text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
“Sözün Zəlimxan zirvəsi” Milli Kitabxanada. Fevralın 13-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri, Xalq şairi Zəlimxan Yaqubun 65 illiк yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunan “Mənə ümid кimi bax” şeirlər və Musa Nəbioğlunun qələ...
ANL
Görкəmli tarzən, muğamların кamil bilicisi və ifaçısı, Xalq artisti Bəhram Mansurovun anadan olmasından 104 il кeçir. Klassiк Azərbaycan muğamlarının qorunub saxlanmasında və təbliğində böyüк xidmətləri olan Mansurovlar sülaləsinin nümayəndəsi Bəhram Mansurov 1911-ci il fevralın 12-də Baкıda anadan olub. Bütün Mansurov...
ANL
Alimlər sultanı - Nəsirəddin Tusi. Fizik, iqtisadçı, musiqişünas, şair, hüquqşünas və tarixçi kimi də məşhur olan Nəsirəddin Tusinin harada doğulması barədə müxtəlif fərziyyələr mövcuddur. Müxtəlif mənbələrdə onun Tus şəhərində, yaxud da Qumda anadan olduğu qeyd edilir. Əksər mənbələrdə isə onun məhz Ordubadda anadan o...
ANL
Hər dövrün, hər mövsümün özünəməxsus gözəlliyi də var, çətinliyi də. Düşünürəm ki, kənd həyatını yaşamayan, onun qarlı-çovqunlu, palçıqlı günlərini görməyən, tövlədə heyvanlara qulluq etməyən ondan söz aça bilməz... Yaylaq mövsümü yaxınlaşdıqca hamıda bir ruh yüksəkliyi yaranırdı. Hər kəs bu mərasimə çox ciddi hazırlaş...
ANL
Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şamaxının yeri və rolu. Azərbaycanın tarixi yaşayış məskənlərindən olan Şamaxı şəhərsalma mədəniyyətinin ən qədim mərkəzlərindən hesab edilir. Tarixdən də məlumdur ki, Şamaxı şəhəri Albaniya dövlətinin ən iri yaşayış məskənlərindən biri idi. Tarix boyunca davam edən dəhş...
ANL
İctimai Radio: maarifçilik missiyasının layiqli daşıyıcısı. Azərbaycanda İctimai Televiziya və Radio Yayımları kimi cəmiyyət üçün çox maraqlı bir kütləvi informasiya vasitəsinin yaradılması ciddi ictimai hadisədir. Əlbəttə, bu teleradionun ölkəmizdə yaranması və fəaliyyəti, ilk növbədə, demokratik dəyərləri öz fəaliyyə...
ANL
Vicdanın səsi ilə yazılmış "Vicdanın hökmü". Hansı söz sahibinin dediyini unutsam da, yadigar qalası belə bir fikir var: "...Teatr və mədəniyyət cəmiyyətin ekologiyasıdır və cəmiyyət bunların sayəsində yaşayır". Görkəmli yazıçı-dramaturq Hüseynbala Mirələmovun ötən həftə Sumqayıt Dövlət Musiqili Dram Teatrının səhnəsin...
ANL
V MUĞAM TELEVİZİYA MÜSABİQƏSİNİ SƏNƏTSEVƏRLƏR RƏĞBƏTLƏ QARŞILAYIBLAR. Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilən V Muğam Televiziya Müsabiqəsi başlanıb. ...
ANL
Lənkəran Teatrında daha bir premyera. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında başqırd yazıçıları Süleyman və Həmdiyyə Lətipovların qələmə aldıqları "Şah və əks-səda" pyesinin motivləri əsasında hazırlanmış nağıl-tamaşanın premyerası olub. AzərTAc xəbər verir ki, kiçik yaşlı tamaşaçılarda mərdlik, vətənpə...
ANL
Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şamaxının yeri və rolu. Azərbaycanın tarixi yaşayış məskənlərindən olan Şamaxı şəhərsalma mədəniyyətinin ən qədim mərkəzlərindən hesab edilir. Tarixdən də məlumdur ki, Şamaxı şəhəri Albaniya dövlətinin ən iri yaşayış məskənlərindən biri idi. Tarix boyunca davam edən dəhş...
ANL
VƏ YAXUD HEYKƏLƏ QOYULMUŞ HEYKƏL. Hələ uzun illər bundan əvvəl gecələrin birində Bakının ən uzun küçəsində dolaşa-dolaşa içimdə pıçıldamışdım ki: Yetər qəmli-qəmli oxudum, yetər, Yetər azadlığım yaşadı sözdə. Sığa bilməz daha tabut sözlərə, Təsəlli gətirən ölümümüz də. Sözünən dərmanmı olacaq, Allah! Füzuli sözüydü Tan...
ANL
Qloballaşma və qlobal ekoloji təhdidlər. XX əsrin sonu – XXI əsrin əvvəllərindən etibarən qloballaşma fonunda dünyanın tamamilə yeni düzəni, yeni qaydalar toplusunu özündə ehtiva edən fərqli münasibətlər sistemi təşəkkül tapmışdır. Təbii sərvətlərin tükənməsi ilə əlaqədar yaxınlaşmaqda olan qlobal böhran isə bu münasib...
ANL
Xəzərin su bioresurslarının qorunması və balıqçılığın inkişafı dövlətin prioritet fəaliyyət istiqamətidir. Azərbaycanda balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası və mühafizəsi ilə öz Əsasnaməsinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi məşğul olur. Ölkədə Xəzərin bioresurslarının ida...
ANL
Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şamaxının yeri və rolu. Azərbaycanın tarixi yaşayış məskənlərindən olan Şamaxı şəhərsalma mədəniyyətinin ən qədim mərkəzlərindən hesab edilir. Tarixdən də məlumdur ki, Şamaxı şəhəri Albaniya dövlətinin ən iri yaşayış məskənlərindən biri idi. Tarix boyunca davam edən dəhş...
ANL
Yazıçılar Birliyində Aydın Ağazadənin 60 illiyi qeyd edilib. Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) tanınmış yazıçı, dramaturq Aydın Ağazadənin 60 illik yubileyi keçirilib. Tədbiri AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid açıb, Yazıçılar Birliyinin rəhbərliyi adından Aydın Ağazadəni təbrik edə...
ANL
Zəhmət, qürur və fərəhlə yaşanmış illər. Bu fikri sanki mənim tələbəlik dostum Aydın Ağazadə haqqında deyiblər. Mübaliğəsiz deyirəm ki, o, bu illər ərzində dəyişməyib. Tələbəlik illərində olduğu kimi Aydın yenə dil-boğaza qoymayan, bildiyini danışmağa çalışan, dediklərini sübuta yetirməyi bacaran, hər kəsdə özünə hörmə...
ANL
İkinci ömür xatirələrdən başlanır... Deyirlər, zaman böyük loğmandır, hər bir ağrı-acının öhdəsindən gəlməyə kömək edir. Həyatda elə insanlar var ki, onların itkisi həmişə insanı yandırır, ürəyini göynədir, zaman keçdikcə onların dəyərini daha çox anlamağa başlayırsan, yoxluğunu daha dərindən hiss edirsən. Söhbət, düny...
ANL
Pedaqoji Universitetdə Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib. Fevralın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə universitetdə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə görüş keçirilib. Görüşdə universitetin rəhbər...
ANL
“İşğal vadisi” tarixi romanının təqdimatı olub. Fevralın 19-da Beynəlxalq Mətbuat Mərkəzində nasir, publisist, əməkdar jurnalist Yusif Kərimovun “İşğal vadisi” tarixi romanının təqdimatı olub. AzərTAc xəbər verir ki, təqdimat mərasimində Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov xalqımızın son 200 illik tarixin...
ANL
Tanınmış tərcüməçi Tehran Vəliyev dünyasını dəyişdi. Tanınmış tənqidçi Tehran Vəliyev (Vəliyev Tehran İmran oğlu) uzun sürən xəstəlikdən sonra axşam saatlarında dünyasını dəyişib. Bu barədə kulis.az-a mərhumun övladları bildirib. O, ağciyər xərçəngindən əziyyət çəkirdi. Tehran Vəliyev Selincer və Folknerin ən yaxşı tər...
ANL
Xalq qəhrəmanı Qaçaq Kərəm haqqında dəyərli mənbə. XIX əsrin II yarısında geniş vüsət alan qaçaqçılıq hərəkatı qəhrəmanlarından heç biri istər rəsmi hökumət mətbuatında, istərsə də şifahi xalq yaradıcılığında Qaçaq Kərəm və Qaçaq Nəbi kimi məşhur olmayıb. Xüsusən Qaçaq Kərəm canişinliyin mərkəzi Tiflisə yaxın qəzalarda...
ANL
Qaçaq Kərəm. Elə hər gün Kərəm adı eşidirik, Səcdə qılır obalarda böyük-kiçik. İgidlikdə ad qazanmış, dağlar aşmış, Onun adı ölkələri çox dolaşmış. Qaçaq daim pənah olmuş doğma xalqa, Ellər olmuş, minlər olmuş ona arxa. Zülm çoxalıb, divanların yoxdu sayı, Ərşə qalxıb camaatın ahı-vayı. Neyləyim mən, istəmirdim qaçaq o...
ANL
"Biz dinlər arasındakı düşmənçiliyi rədd edirik". Küveyt Dövlətinin Azərbaycandakı səfiri Səud Əbdüləziz əl-Ruminin "525"ə müsahibəsi. - Cənab səfir, qarşıdan Küveyt Dövlətinin milli bayramı gəlir. Bu münasibətlə sizi təbrik edirik. Bu günün Küveyt Dövlətinin və xalqının həyatında əhəmiyyəti barədə nə deyə bilərsiniz? ...
ANL
"Bizi düşündürən başlıca məsələ internet mediada peşəkarlığın səviyyəsidir". Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Report" İnformasiya Agentliyinə müsahibə verib. Müsahibəni təqdim edirik. - Ötən ili Azərbaycan jurnalistikası üçün necə dəyərləndirirsiz? - 2014-cü ili Azərbaycan jurnalistikasının inkişafı b...
ANL
Maarif və mədəniyyət tariximizdəki silinməz imzalar – Ünsizadə qardaşları. Türk dünyasının mətbuat tarixində vaxtilə – Bakıdan əvvəl – Azərbaycanın paytaxtı olan Şamaxıda dünyaya göz açmış Ünsizadə qardaşlarının əvəzsiz xidmətləri var. Ünsizadələr üç qardaş idilər. Şamaxı mədrəsəsində müəllim işləyən, klassik üslubda “...
ANL
Dördüncü möhür - romandan parça. Yazıçı Kamran Nəzirli artıq “Dördüncü Möhür” romanını çapa hazırlayır. Orijinal bədii-fəlsəfi-psixoloji məzmuna malik romanda tarixi faktlardan və sənədlərdən də istifadə edilib. Əsərin qəhrəmanı iki dəfə qaçqınlıq həyatı yaşamış gənc azərbaycanlı qızdır. Yeniyetməlik çağlarından bəri t...
ANL
Ötən il “525-ci qəzet”in yay saylarının birində görkəmli oftalmoloq, gözəl ədibimiz Paşa Qəlbinurun dərin elmi araşdırmalara söykənərək Mona Liza haqqında yazdığı maraqlı essesini sevgiylə oxudum. Bəllidir ki, Cokonda haqqında əsrlədir yazılır, yüz illər bundan sonra da yazılacaq. Son vaxtlar bir sənətsevər “Cokonda”da...
ANL
Dost üçün gecikmiş elegiya. Onunla tanışlığımızın 30 ildən də çox tarixi vardı. Yaxın dostluğumuzun ömrü isə vur-tut onca il çəkdi. Bu, elə Qəzənfər yaşda bala itirmiş bir ananın tanımadığı bir ananın dərdinə şərikliyi idi... Ancaq övlad itirmiş analar axirət dünyada öz ciyərpalarına qovuşanacan çox ölüb dirilirlər. Yo...
ANL
QONDARMA SOYQIRIMI: UYDURMALAR VƏ TARİXİ HƏQİQƏT. 100 ilə yaxındır ki, beynəlxalq erməni lobbisi və onun havadarlarının dilindən düşməyən “genosid əhvalatı” öz genetik kökləri ilə hansı tarixi epoxaya bağlanır, bu məsələyə obyektiv gerçəklik baxımından yanaşan olubmu? Bir çox tarixi materialları, nadir arxiv sənədlərin...
ANL
Yaddaş güzgümüzdəki Mustafa Çəmənli... İstedadlı yazıçı-jurnalist Mustafa Çəmənliyə bir yazı borcum var. Borc da vicdan məsələsidir, gərək mütləq qaytarasan. Mustafanın qələminə də, bu qələmin yazdıqlarına da, elə onun özünə və sözünə də çox böyük hörmətim var. Ona görə ki, o nə yazdığını, kimdən yazdığını, nə üçün yaz...
ANL
Ləyaqətlər və qüsurlar tarixin sınmayan güzgüsündə. “Özümə gəldikdə mən elmdə məskun olanlardan biri deyiləm. Mən keçmişi sadəcə sevənlərdən və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm”. IV əsrin əvvəllərində hərbi tribun vəzifəsi ali hakimiyyətə yiyələndikdə, onu icra edən Mark Furi Kamill də böyük şöhrətə yiyələnmi...
ANL
Adətən bir millətin aydınlarına-ziyalılarına, düşüncəlilərinə və musiqi mədəniyyəti tarixini yaşadanlara o millətin seçilmişləri adını verirlər. Seçilmişlər nə qədər yüksək təhsil və tərbiyə görmüş insanlar olsalar da, hər hansı bir xalqın musiqi mədəniyyəti tarixinə daxil olmaq üçün o xalqın milli-mənəvi dəyərlərinə s...
ANL
İsfəndiyar, Bəxtiyar. Deyilənlərə görə, İsfəndiyar ailəmizin, nəinki ailəmizin elə bütün nəslimizin gözü idi, nəfəsi idi, vuran ürəyi idi. Cavan olmasına baxmayaraq, oturuşu, duruşu, rəftarı, savadı, ağlı, təmkini, tədbirli hərəkətləri, söhbətləri hamını valeh edərdi. Əgər Lev Qumilyovun posyanarlıq fəlsəfəsinə inansaq...
ANL
Eşitdiyim və gördüyüm Yaponiya... Yol qeydləri. Mequro – tarixi zənginlikləri və təbii xüsusiyyətləri ilə seçilən şəhər... Səfər proqramımızın ilk tədbiri ölkənin paytaxtı Tokio şəhərinin Mequra rayonundan başladı. Tokionun cənub şərqində yerləşən, paytaxtın 23 rayonundan biri olan Mequro (Mequro – ko) xüsusi əhəmiyyət...
ANL
Niyazi” sənədli filminin heyəti ilə görüş keçirilib. Bəstəkarlar İttifaqında “Müasirlərlə dialoq” layihəsi çərçivəsində “Rast. Niyazi” sənədli filminin heyəti ilə görüş olub. Əvvəlcə Azərbaycanın görkəmli dirijoru və bəstəkarı, SSRİ Xalq artisti Niyazi Tağızadə-Hacıbəyova həsr olunmuş “Rast. Niyazi” sənədli filmi nümay...
ANL
Görkəmli tatar şairi Musa Cəlil Bakıda yad edilib. Tatarıstanın Bakıdakı daimi nümayəndəliyində məşhur tatar şairi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlilin anadan olmasının 109-cu ildönümü münasibətilə tədbir keçirilib. Nümayəndəlikdən AzərTAc-a bildiriblər ki, gecənin təşkilatçısı “Tatarıstan” İctimai Birliyinin dəstəyi...
ANL
Düma ilə Coys arasında, yaxud darıxan adamlar. esselər. ... Professor Eko oturduğu kreslodan qəflətən ayağa durdu. Biz, Sandro ilə mən bir-birimizin üzünə baxdıq. Eko özünəməxsus təmkin dolu bir coşqunluqla bizə səsləndi: –Mənimlə gəlin. Sizə qədim əlyazmalarımı göstərmək istəyirəm. O irəlidə, biz də arxasınca salondan...
ANL
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Bu yaxınlarda “Dərviş toyu” adlanan bir toy mərasiminə dəvətli idim. Çoxdandan bəri “Dərviş toyları” haqqında eşitdiklərimi gözlərimlə görməyim bu mərasim barədə təəssüratlarımı bir daha təzələdi. Sözügedən toyda diqqətimi çəkən...
ANL
İnsanlıq vəzifəsi. Rayonda xəbər tez yayılır. Toy, hüzr, insanların həyatında, məişətində diqqətçəkən məqam ağızdan-ağıza, dildən-dilə düşüb anında bütün bölgəni əhatə edir. Ələlxüsus da kəndlərdə. Böyük şəhərdə isə bu mümkün deyil. Çoxdan görmədiyin dost-tanışınla rastlaşanda mütləq olan-keçənlər dilə gəlir. Habil müə...
ANL
Unudulmaqdan qorxan unudulmaz insan. Tofiq Abdinin xatirəsinə. İş yoldaşım Məhəbbətlə "Praqa" restoranının qarşısında zəng elədik ona. Deyəsən, narahat olmuşdu zəngimizdən, birbaşa üzümüzə dedi: "Heç bu havada qonaq gələrlər?" Əvvəlcədən görüş vaxtını təyin eləmişdi, yoxsa belə havada heç kim evdən çıxmazdı, biz çıxmış...
ANL
Tofiq Abdini şeirləri ilə xatırlamaq. nə günəş isidir. belə düşünməmişdim. Bakının ən soyuq günündə. belə üşüməmişdim. bu itkilər diksindirmir insanları. bu itkilər insanlarçın itki deyil. bir yad səsin acısına dirəndi. bir yerlərə çıxa bilsəm. unutsam bu günləri. bir daha qayıtmaram. bu günlərə,illərə. bu yaşda sevmək...
ANL
Tbilisidə Polad Bülbüloğlunun 70 yaşı qeyd olunub. Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Xalq artisti, ölkəmizin Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Cansuq Kaxidze adına Tbilisi Musiqi və Mədəniyyət Mərkəzində keçirilən konsertdə Gürcüstanın dövlə...
ANL
Milli opera səhnəmizin təkrarsız Ərəbzəngisi. Bənzərsiz sənətkarımız, Azərbaycan opera səhnəsinin şahzadəsi Gülxar xanımla heç vaxt yaxından ünsiyyətdə olmamışdım. Yalnız bir dəfə Gülxar xanımın ömrünün sonlarına yaxın bu xoşbəxtlik mənə nəsib oldu. Uşaqlıq illəri və ata ocağı. "Sənətkarın ömrü sənətin ömrü qədərdir" -...
ANL
Söz və fikir azadlığı sivil cəmiyyətin atributu kimi. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi. Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz az...
ANL
Timuçin Əfəndiyev:"Xoreoqrafiya Akademiyasının təhsil və mədəniyyətı töhfələrini verəcəyinə inanıram". Bakıda yaşı onillərlə ölçülən, Azərbaycanın elm və mədəniyyət tarixinə parlaq simalar bəxş edən xeyli sayda qabaqcıl təhsil ocağı var. Bunlardan biri də Bakı Xoreoqrafiya Məktəbidir. Keçən il Prezident İlham Əliyevin ...
ANL
Regionların inkişafı dövlətin mədəni-iqtisadi inkişafının özəyidir. Şərqin hikmətini və müdrikliyini Qərbin müasirliyi və sürətli inkşaf tempini özündə birləşdirən Azərbaycan hər kəsi nəinki öz tarixi, gözəlliyi və memarlığı,eyni zamanda iqtisadi inkişaf modeli ilə heyrətləndirməyi bacarır... Azərbaycan uğurlu neft str...
ANL
Təbiət və poeziya: düşüncə fraqmentləri. Poeziya təbiətin insanlara bəxş etdiyi ilahi zövqün təntənəsidir, insan qəlbinin möcüzəsidir, musiqisidir, təbiətin poetikasıdır, onu şairlər duyaraq tərənnüm və təcəssüm edirlər və könül süzgəcindən keçirərək poetik sətirlərə çevirirlər. Poeziya - insanın təbiətdə gördüyü gözəl...
ANL
Bir qədər tanınmış müəllifəm mən, O isə AMEA prezidenti. Misralar halında söylədiklərimi Akif Əlizadəyə ünvanlayıram. Geologiya-mineralogiya elmləri doktoruna, professora, Geologiya İnstitutunun direktoruna, bir neçə fəxri ad və mükafat sahibinə, ümumiləşmiş halda belə deyim: dəyərli, vətəndaş ziyalıya. Qeydlərimdə səb...
ANL
"General Əliağa Şıxlinski təsviri incəsənətdə". Prezident İlham Əliyevin "General Əliağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında" 20 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən, ölkəmizdə bu əlamətdar tarixə həsr edilmiş silsilə tədbirlər keçirilir. Dövlət Rəssamlıq Akademiyasında "General Əliağa Şıxli...
ANL
Azərbaycanlı ifaçı Serbiyada fəxri diploma layiq görülüb. Serbiyanın Belqrad şəhərində "Davorin Jenko" adına gənc pianoçuların beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycanı G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə IX sinif şagirdi Həşim Həşimov təmsil edib. Münsiflər he...
ANL
Mədəniyyət və İncəsənət Universitetində fərdi sərgi açılıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "Təsviri sənət" kafedrasının müəllimi, Azərbaycan Dövlət Rəssamlar İttifaqının üzvü Fəxrəddin Qəhrəmanlının fərdi sərgisi keçirilib. Sərgini Universitetin rektoru, professor Fərəh Əliyeva açaraq...
ANL
YAZIÇI-DRAMATURQ, MİLLİ MƏCLİSİN DEPUTATI HÜSEYNBALA MİRƏLƏMOV: "BOŞ-BOŞ DANIŞMAQLA, POPULİZMLƏ ƏDƏBİYYAT YARATMAQ OLMAZ". - Hüseynbala müəllim, siz siyasətçi, millət vəkili olmaqla yanaşı, həm də ədəbiyyat-söz adamısınız. Sizə də yaxşı məlumdur ki, tarixən ədəbiyyatda nəsillər arasında "atalar və oğullar" mübarizəsi g...
ANL
Azərbaycanda Novruz bayramı: qədim adət-ənənələr, unudulmaz mərasimlər. Novruz bayramı el-obamızın qədim tarixindən xəbər verən, adət-ənənələrimizi, milli ruhumuzu özündə əks etdirən ən gözəl el şənliyimizdir. Bu bayram illərin qışından, soyuğundan, qarından, istisindən, bürküsündən, xalqımızın yağı düşmənə qarşı döyüş...
ANL
Hər il Xocalı soyqırımı ərəfəsində müəyyən kütləvi tədbirlər keçirir, erməni faşizminin bu şəhərin timsalında törətdiyi ağlasığmaz dəhşətləri yada salır, dünyanın kar olmuş qulaqlarını və kor olmuş gözlərini açmaq üçün müxtəlif səviyyələrdə cəhdlər də göstəririk. Sonra isə yenə ara səngiyir və biz faciənin növbəti ildö...
ANL
Xocalı soyqırımı qurbanlarının xatirəsinə sonsuz ehtiramla. Qarlı-çovğunlu, sazaqlı bir gecə idi. Umud kişi palıd yarmaçalarını sobaya qoyandan sonra bayıra çıxdı. Boz dağ tərəfdən yenə də fişəng atırdılar. Həmin fişənglərdən bir qədər sonra avtomat və pulemyot silahlarından Umud kişigilin kəndi atəşə tutulurdu. Gülləl...
ANL
Xətai Sənət Mərkəzində "Yaddaşlarda yaşayan Xocalı" sərgilənir. Xətai Sənət Mərkəzində bu mədəniyyət ocağının və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə "Yaddaşlarda yaşayan Xocalı" mövzusunda aksiya-sərgi açılıb. Sərgidə mərkəzin nəzdində fəaliyyət göstərən və T.İsmayılov adına Uşaq Gənclər Yarad...
ANL
"Xəzər virtuozları" Vyanada "Matəm odası"nı səsləndirib. Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində "Xəzər virtuozları" kamera orkestri klassik musiqi proqramı ilə çıxış edib. Konsertdən əvvəl qonaqları salamlayan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova bildirib ki, uzun zamandan bəri Avropanın ...
ANL
"Azərbaycan rusları" sənədli filmi təqdim olunub. Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində "Azərbaycan rusları" sənədli filminin təqdimatı olub. Film Azərbaycanın Rus İcmasının sifarişi, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Moskva şəhəri hökumə...
ANL
"Başdaşı əhvalatı" kitabının təqdimatı keçirilib. Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda tanınmış yazıçı-publisist Salatın Əhmədlinin Xocalı soyqırımının 23-cü ildönümünə həsr etdiyi, rus və ingilis dillərinə tərcümə olunmuş "Başdaşı əhvalatı" kitabının təqdimatı keçirilib. ", "Təndir yarası" hekayələrinin təsir...
ANL
"İrəli" İctimai Birliyi "Böyüməyən uşaqlar" filmini təqdim edib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "İrəli" İctimai Birliyi (İB) tərəfindən çəkilən "Böyüməyən uşaqlar" filmi ictimaiyyətə təqdim olunub. Xocalıda hər iki valideynini itirən 25 uşaq haqqında çəkilən filmin əsas məqsədi erməni...
ANL
Milli Kitabxanada Xocalı soyqırımı ilə bağlı kitab sərgisi açılıb. M.F.Axundzadə adına Milli Kitabxanada Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş "Xocalı soyqırımı: İnsanlığa qarşı cinayət" adlı geniş kitab sərgisinin açılış mərasimi olub. Tədbir çərçivəsində professor Əsgər Abdullayevin Xocalı soyqırımının qu...
ANL
Bəxtiyar Vahabzadə poeziyası - fərqli dünyaların harmoniyası. Bu gün Batıdan Doğuya, Doğudan Batıya - hər bir türkün sevdiyi şairlərdən biri də Bəxtiyar Vahabzadədir. Bu fikrin isbatına heç bir ehtiyac yoxdur-bunu desək də, deməsək də, tarix özü bu həqiqəti təsdiq edib. Bu müqayisədə heç bir mübaliğə görmürəm. Şairləri...
ANL
Mövcud durumu öyrənib şifahi informasiya vermək üçün Allahverdi Əsədovdan məni Ağdam rayon icra hakimiyyətinin başçısı Səyyaf Verdiyevlə görüşdürməyi xahiş etdim. Görüş baş tutdu. Mən Səyyaf Verdiyevin və sadə vətəndaşların vəziyyətlə bağlı dediklərini televiziyanın "24 saat" xəbərlər proqramına ötürdüm. Lakin informas...
ANL
Xocalının harayına yetişən qəhrəmanlar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi ən böyük terror-soyqırım aktlarından biri həyata keçirilib. Ermənilər Xankəndidə yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şə...
ANL
Xocalı soyqırımı - erməni faşizminin avtoportreti. Bəşəriyyət tarixinə geniş bir zaman çərçivəsində nəzər saldıqda onun savaşsız, fəlakətsiz, iztirabsız günlərinin heyrətamiz dərəcədə az olduğunu görürük. İyirmi birinci əsrin lap əvvəlindən - 2001-ci il 11 sentyabrdan ABŞ-ın beynəlxalq terrora qarşı müharibə elan etməs...
ANL
Mil düzündən Sevil keçdi... Məşhur əmək qəhrəmanı Sevil Qazıyevanın 75 illiyinə həsr olunur. Sevil Qazıyeva adı Azərbaycanda məşhurdur. 1971-ci ilin iyul ayında, pambıq yığımı ərəfəsində o zaman Azərbaycan KP Mərkəzi Komitənin birinci katibi olan Ümummilli lider Heydər Əliyev ölkənin bir qrup qabaqcıl sürücü-mexanikini...
ANL
Əlim Qələmimə uzandı. Xeyli vaxtdı oxuduğum, haqqında söz demək istədiyim bir şeir kitabını da bu dəfə əməlli-başlı aldı gözlərim - gördü gözlərim! Mən həmişə elə sanmışdım ki, evdə-eşikdə, işdə deyiləm, o Mağar təpəsinə uzanan yoldayam. Bu hissləri ürəyinə yol başlayıb, hələ də ona çata bilməyən, (və nə yaxşı ki, çata...
ANL
"Azərbaycan - möcüzəli odlar yurdu" Çexiya Milli Muzeyində sərgilənib. Praqadakı Çexiya Milli Muzeyində Milli Azərbaycan Tarixi Muzeyinin "Azərbaycan - möcüzəli odlar yurdu" mövzusunda beynəlxalq sərgisi keçirilib. Azərbaycan xalqının milli irsinin təbliği məqsədilə təşkil edilən sərgidə muzeyin arxeologiya, etnoqrafiy...
ANL
Yeni Xalq Yaradıcılığı Paytaxtları elan edilib. Mədəniyyət və Turizm Nazirliyi yeni "Xalq Yaradıcılığı Paytaxtları" Proqramı çərçivəsində yeni proqramla əlaqədar 2015-ci il üçün Şamaxı şəhərini "Azərbaycanın Ədəbiyyat Paytaxtı" və Qax şəhərini "Azərbaycanın Milli Mətbəx Paytaxtı" elan edilib. Bu münasibətlə martın 4-də...
ANL
Bəxtiyar Vahabzadə poeziyası - fərqli dünyaların harmoniyası. B.Vahabzadənin fikir axtarışlarını onun bir çox şeirlərində, poemalarında və pyeslərində izləyə bilərik. Burada bu xüsusda geniş söz açmağa ehtiyac duyulmur. Ancaq qısaca deyim ki, B.Vahabzadə müasir Azərbaycan poeziyasında bir tendensiya xarakteri daşıyan f...
ANL
Mirkazım Seyidov: "Dövlətçiliyimiz naminə böyük işlər görmək əzmindəyik". Türkdilli Xalqlarla Slavyan Xalqları arasında Əməkdaşlıq Fondunun yaradılmasından bir il ötür. Fondun Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri, ictimai-siyasi xadim, şair-publisist Mirkazım Seyidovla bu müddət ərzində adıçəkilən qurumun fəal...
ANL
Elşad Eyvazlı: "Onların görüşü soyqırımından da dəhşətli idi". Xocalıda gerçəkləşdirilən soyqırımı aktının növbəti ildönümü ilə əlaqədar ölkəmizdə və xaricdə bir sıra tədbirlər həyata keçirilir. Xüsusən, türk soyqırımının tanıdılması, Xocalıda həyata keçirilən erməni vəhşiliyi haqqında məlumatların dünyaya çatdırılması...
ANL
Taleyini Simfonik Orkestrə bağlamış sənətkar. XALQ ARTİSTİ ŞÜKÜR SƏMƏDOV: “İNSANLARIN MƏNƏVİ SƏVİYYƏSİNDƏN ASILI OLARAQ, DİNLƏDİKLƏRİ MUSİQİLƏR DƏ FƏRQLİDİR”. ...Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının qapısına çatanda həzin bir musiqi eşitdim – dahi Motsartın musiqisini. Mütəxəssislərdən eşitmişdim k...
ANL
Fatma bircə dəfə ağzından qaçırtmışdı ki, bufetçi Sabir yaman şeydi, həşəridi, adamın şiltiyin atır – doymaq bilmir, adamı öldürür ee, bajı... Fatmanın sirr verdiyi qadın da bircə dəfə ağzından qaçırtmışdı ki, deyirlər bufetçi Sabir yaman şeydi, doymaq bilmir. Bu da, bəs eləmişdi ki, bufetçi Sabir bəzi qadınların maraq...
ANL
Ümid körpüsündə görüş. Natiq Məmmədlinin “Körpüdə ümid” romanı haqqında düşüncələr. Azərbaycan ədəbiyyatı tarix boyu zənginləşə-zənginləşə inkişaf etmişdir. Çağdaş ədəbiyyatımıza yeni nəslin gəlməsi, onların öz bədii yaradıcılıqları ilə ədəbiyyatımızı zənginləşdirməsi, rəngarəng etməsi təbii bir hadisədir. Bu gənc yaza...
ANL
Öz adın var, sanın var igidlik aləmində, Qoymazsan intiqamı zalımlar zalımında! Döyüşlərdən ötrüdü ömrün də, ölümün də? Mənim qəhrəmanım, qalx! Sən məzardan təzədən qalxmasan, öləcəyik, Bir hədəf var- sinəmiz, bir şərəf var-vuruşmaq! Mənim qəhrəmanım, qalx! Güc üstdən güc olarsan... istəsən güc olmağı, Ucalaraq qalxmağ...
ANL
Bəlkə heç sənin liranın səsi deyil, bəlkə mənim ruhumun qulağı səsə düşüb? Sən bir zamanlar gözəl nəğmələr çalırdın və ətrafındakı muzaların hər biri elə bilirdi ki, sən bu ifanı ona həsr eləmisən. Bircə özünə məlum idi ki, onların hamısı yanılır, çünki o ifalar sənin ruhunun damlaları deyildi, sadəcə “Troya Tanrıların...
ANL
Sabir poeziya günləri. Qoşa qala qapısı, Sabirin heykəlinin yanı. Böyük və gözəl Rəsul müəllim indiki dillə desək mitinqin aparıcısıdır. Oxunan şeirlərə uyğun alqış sədaları qala divarlarında əks səda verir... Qarabağ hələ bizdədir... Mitinq bitir. Tanışlar-bilişlər bir-biriylə söhbətləşirlər. Rəsul müəllimlə şəkil çək...
ANL
Ləyaqətlər və qüsurlar tarixin sınmayan güzgüsündə. “Özümə gəldikdə mən elmdə məskun olanlardan biri deyiləm. Mən keçmişi sadəcə sevənlərdən və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm”. (Əvvəli ötən şənbə saylarımızda). 161-ci ildə isə Mark Avraeli öz sələfi, ilahiləşdirilmiş Antonini imperator kimi əvəz etdi. O, mə...
ANL
Həqiqət və Rəzalət. Yazıçı Əli İldırımoğlunun “Daş yağan gün” romanındakı bir epizodun bu günümüz üçün də çox aktual olduğunu nəzərə alıb oxuculara təqdim edirik. Dağbəyi rayon mərkəzində işlərini qurtarıb idarə yoldaşları ilə xudahafizləşəndə, ona Moskvadan gələn bir teleqram verdilər. Alnının qırışları sıxlaşdı, gözl...
ANL
Şəkidə Yuxarı baş deyilən yerdə, indi uşaq bağçasına verilmiş ikimərtəbəli, olduqca yaraşıqlı evi də nənəm Zəkəriyyə kişinin ikinci arvaddan olan oğlu Mahmudağaya gəlin gələndən sonra Zülfüqar əfəndidən qalma pullar ilə tikdirmişdi. Ondan qalma var-dövlət hesabına əmələ gətirmişdi. İndi bilmirəm belə şeylərə inanaq və ...
ANL
Paytaxt Tokiodan 30 km cənub-şərqdə yerləşən Yakohama şəhərinə səfərimiz də çox yaddaqalan və maraqlı oldu. Ərazisi əsasən dağlıq və meşələrlə örtülü olan, torpağının yalnız yeddidə biri insan əməyinə tabe olub onun məişətinə xidmət edən Yaponiyada bir şəhərin sərhədləri o biri şəhərlə birləşir. Daha doğrusu, şəhərlərd...
ANL
Yaşamağı öyrəndikcə yazmaq... Bu yaxınlarda saytların birində onun yeni bir şeirini oxuyandan sonra bu yazını yazmağı qərara aldım. “Saçlarını daraqdan, Hisslərini varaqdan asıb. bir ovuc tullayan qadın”ı. Bu şeiri oxuyandan sonra “Günay Ümiddən çox istedadlı Elxan Yurdoğluya ən dəyərli kitabı olması diləyiylə” avtoqra...
ANL
Hamı kimi biz də uşaqlıqda ev heyvanlarını çox sevirdik. Cib xərcliyi kimi bizə verilən pulları toplayır və xəlvətcə bazara qaçırdıq. Bir dəfə ağappaq, qulaqları qara dovşan aldıq. Bütün bunları biz də, dovşan da qulaqardına vururduq. Bir gün Orxan xəstələndi, qızdırması qalxdı, anam haray-həşir saldı ki, uşağa dovşand...
ANL
İstanbulun sirləri və insanları. Orxan Pamukun bizə gəlişi. İki həftədir Orxan Pamuku gözləyirəm. Hər üç gündən bir zəng edib Pamukun gəlib-gəlmədiyini soruşuram. Dəstəyin o biri tərəfindəki səs isə yolda problem olduğunu, qısa zamanda gecikmənin aradan qalxacağını deyir. Səbrim tükənir, amma neyləmək olar?! Bu müddətd...
ANL
Anarın məşhur romanı Yunanıstanda nəşr olunub. Xalq yazıçısı Anarın əvvəllər dəfələrlə Türkiyədə və Rusiyada, habelə Almaniyada, İsveçrədə, Çexiyada, Slovakiyada, Macarıstanda, Estoniyada, Gürcüstanda və Özbəkistanda nəşr edilmiş “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı indi “Təhminə” adıyla yunan dilində çap olunu...
ANL
Vətəndaş şair. Əlimə qələm alıb 70 yaşı münasibətilə şair Dilsuz haqqında dost sözü yazmaq istəyəndə, nədənsə tədbirlərin birində Dilsuzun ədəbi taleyi ilə bağlı səsləndirdiyim qənaətimi öz-özümə təkrar pıçıldadım: Dilsuz Azərbaycan ədəbiyyat tarixində həm şəxsiyyət, həm də şair kimi bənzərsizdir, özünəməxsusdur, silin...
ANL
Öz peşəsinin vurğunu idi. İstedadlı Azərbaycanlı jurnalist Elmira Əhmədova haqqında xatirələr. Biz Elmira Əmrahqızıyla (onda hələ Elmira Əhmədova idi) hər ikimizin Azərbaycan televiziyasında işə başladığımız dönəmlərdə, 70-ci illərin ortalarında tanış olmuşduq. Daha sıx əlaqələrimiz isə hər ikimizin iki aylıq ixtisasar...
ANL
Dost itkisinin səngiməyən ağrıları. Mən hər dəfə əsirlikdə olan kəndimizi – Ağdamın sonsuz təbiət rəngləri ilə seçilən Novruzlu kəndini xatırlayanda, nə gizlədim, doğmalarımdan da qabaq yadıma düşən Çingiz olur: Çingiz Məmmədov. Bəlkə ona görə ki, uşaqlıq həyatımın, məktəb illərimin əziz xatirələri bu adamla bağlıdır, ...
ANL
Yanan cəsədlərin arasında bir nəfər qışqırırdı... PUBLİSİST VAHE AVETYAN: “ERMƏNİLƏRİN DÜNYADAN ƏDALƏT TƏLƏB ETMƏYƏ MƏNƏVİ HAQQI ÇATMIR”. Bu gün ermənilərin kiçik bir qismi etiraf edirlər ki, Ermənistan hakimiyyətinin Azərbaycana qarşı ədavəti yalnız işğalçılıq niyyətlərinin həyata keçirilməsi üzərində qurulub. “Böyük ...
ANL
“AZƏRBAYCAN RUSİYA KİMİ AMERİKA İLƏ DƏ ƏMƏKDAŞLIĞA ÜSTÜNLÜK VERİR”. – Bahar xanım, ötən ilin ortalarından ABŞ, Qərb dövlətləri və institutları, bəzi tanınmış siyasətçilər, diplomatlar tərəfindən Azərbaycana, Azərbaycan hakimiyyətinə qarşı demokratiya və insan haqları məsələləri ilə bağlı aramsız, ardıcıl ittihamlar səs...
ANL
Qarabağın Muğam Mərkəzi. Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin ildən-ilə şöhrəti artır, fəaliyyəti genişlənir. Bunu adıçəkilən mədəniyyət müəssisəsinin bütövlükdə Qarabağda ictimai-siyasi və mədəni həyatın canlanması, muğam ifaçılığı sənətinin təbliği və inkişaf etdirilməsi sahəsində göstərdiyi xidmətlər aydı...
ANL
Azərbaycanın dini tolerantlıq. mühiti dünyaya nümunə kimi. İnanclı filosoflar və ilahiyyatçılar insanın ruh və bədəndən ibarət olduğu, yaşamaq üçün bədənin maddi, ruhun isə mənəvi qida almasının zəruriliyi fikrini müdafiə edirlər. Əslində, ateist filosoflar da ilahi kitablardan qaynaqlanan bu fikrin əleyhinə deyillər. ...
ANL
Qənbər Şəmşiroğlunun povestləri onun bir neçə il bundan əvvəl nəşr edilmiş "Tale oxşarlığı" (2009) kitabında toplanmışdır. Və həqiqətən də, povestlərin mövzusu olan talelərin oxşarlığı maraq doğurmaya bilmir. Lakin o da var ki, bu oxşarlıqlar üzdə deyil, yazıçının həssaslıqla axtarıb tapdığı, hətta bəzən kəşf etdiyi ço...
ANL
Maarif və mədəniyyət tariximizdə işıqlı. Azərbaycan pedaqoqu, publisisti və tarixçisi Rəşid bəy İsmayılov XX əsrin əvvəllərindəki Azərbaycan jurnalistikası və publisistikasının az öyrənilmiş nümayəndələrindəndir. Xalq kütləsi arasından çıxmış, zəhmətkeşlərin mənafeyini müdafiə edən, müəllim və ədib kimi ictimai fəaliyy...
ANL
"BİRİNCİ AVROPA OYUNLARI QARABAĞ UĞRUNDA SAVAŞIN TƏRKİB HİSSƏSİDİR. Milyonlarla tamaşaçının heyrətinə səbəb olan Bakı 2015: Birinci Avropa Oyunları başa çatdı. Azərbaycanın uğurla ev sahibliyi etdiyi mötərəb idman tədbiri dünya tarixinə qızıl hərflərlə yazıldı. Yaratdığı mühüm infrastruktur, yetişdirdiyi güclü idmançıl...
ANL
Xalqa, dövlətə və prezidentə sadiqlik nümunəsi. AZƏRBAYCAN POLİSİNİN PRİORİTET VƏZİFƏLƏRİ. Bu il Azərbaycan polisi özünün 97 yaşını Bakı-2015 Birinci Avropa Oyunlarının möhtəşəmliyi, hələ uzun müddət davam edəcək böyük əks-sədası, qüdrətli vətənimizin daha böyük bir ilkə imza atmağının xoş təəssüratları, idmançılarımız...
ANL
Bakı Şərq və Qərbdən sərnişinləri qəbul edir. Azərbaycan mülki aviasiyası: keçmişi, bugünü və gələcəyi. Əgər macəranın ətri olsaydı, Bakının yeni aeroportu kimi ətir saçardı... Aeroportlar ölkənin necə qəbul edilməsi baxımından vacib rol oynayır, axı bura insanların ölkədən ilk və son təəssürat aldığı yerdir. Aeroport ...
ANL
Böyük zəhmətin bəhrəsi. TANINMIŞ JURNALİST-PUBLİSİST FAZİL RƏHMANZADƏNİN "BU İSİMDƏ BİR CAN....." İKİCİLDLİYİ BARƏDƏ QEYDLƏR. Haqqında söhbət açmaq istədiyim kitabın üz qabığında müəllifin öz fotoşəkli ilə yanaşı, xırda qeydləri də oxuculara təqdim olunur. - Məgər kimliyiniz özünüzə məlum deyil? ... Hər dəfə masa arxas...
ANL
Bu silsilədə Əli Kərim haqqında yazı yazmaq fikrimdən çıxmışdı. Birdən facebook-da bir şəkil gördüm, Əli Kərim küçəsi, Bakının Razin qəsəbəsində. Əslində bu dəfə mən Abbas Tufarqanlı haqqında yazmaq istəyirdim, ya da Şəhriyar. Əli Kərim haqqında yazıda ustad Şəhriyarın adının çəkilməsi təsadüfi deyil. Fikrimizcə, öz dö...
ANL