text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
"Köhnə saat"ımız Kiyevdə göstərilib. Ukrayna paytaxtındakı "Kiyev" kinoteatrında "New Vision" V Beynəlxalq qısametrajlı filmlər festivalı keçirilib. Bu beynəlxalq baxışda Azərbaycanı "Azanfilm" kinostudiyasında istehsal olunmuş "Köhnə saat" adlı 9 dəqiqəlik animasiya təmsil edib. Filmin rejissoru və ssenari müəllifi Ca... | ANL |
Milli Konservatoriyada tanınmış musiqişünas və publisist, sənətşünaslıq doktoru Ülkər Əliyevanın "Musiqidə təsvirilik: mahiyyəti, spesifik xüsusiyyətləri və təsnifatı" kitabının təqdimatı olub. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, elmi iş üzrə prorektor Lalə Hüseynova müəllifdən və onun yeni layihəsindən söz açaraq bild... | ANL |
Xalq artisti Alim Qasımovdan yeni sənət layihəsi. Xalq artisti Alim Qasımov "Pərişanın" adlı yeni layihəsini təqdim edib. Tədbirdə Xalq artistinin yeni layihəsindən söz açılıb. Bildirilib ki, Alim Qasımovu klipdə ud ifaçısı Kənan Tərlanoğlu müşayiət edir. Bu, gənc musiqiçinin ilk işidir. Tədbirdə çıxış edən Alim Qasımo... | ANL |
Bolqarıstanda Azərbaycan haqqında kitabların sərgisi açılıb. Bolqarıstanın ən böyük elm və mədəniyyət ocağı olan Müqəddəs Kiril və Metodiy adına Milli Kitabxanada Azərbaycan haqqında kitablardan ibarət sərginin açılışı olub. Kitablar Milli Kitabxanaya Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən hədiyyə edilib. Kitabx... | ANL |
Əbülfəs Qarayevin müsahibəsi Misirin nüfuzlu "Əl-Məsəiyyə" qəzetində. Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmiş Misirin nüfuzlu "Əl-Məsəiyyə" qəzetinin baş redaktorunun müavini Məhəmməd Sələmə tədbir çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə apardığı müsahibəni d... | ANL |
Bu günlərdə cib telefonuma zəng gəldi. Həyat yoldaşı Nüşabə xanımdı, Vaqifin telefonundan zəng edirdi. V.Səmədoğlunun haçansa mənə ithaf etdiyi şeirindən misraları xatırladım: Dostum, mən öləndən sonra. səs qaytaran düyməsini, bir dəfə də eşidərsən. artıq döyünməyən. Bütün bunların təsiriylə Vaqifin doğum günü ərəfəsin... | ANL |
Bülbül irsinin fədakar qoruyucusu və təbliğatçısı. Azərbaycan milli ifaçılıq sənətinin korifeyi, Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün həyat yoldaşı, 40 ildən artıq Bülbül irsinin fədakar qoruyucusu və təbliğatçısı olmuş görkəmli ictimai xadim, Prezident təqaüdçüsü Adelaida xanımın vəfatından 40 gün ötdü. ... | ANL |
"Azərbaycan növbəti sınaqdan uğurla çıxacaq". "MÜASİR İNKİŞAF" İCTİMAİ BİRLİYİNİN FƏALİYYƏTİNİN 10 İLİ TAMAM OLUR. Sabah "Müasir İnkişaf" İctimai Birliyinin yaranmasının10 ili tamam olur. Təşkilatın İdarə Heyətinin sədri Mübariz Göyüşlü ilə söhbətimizdə bu müddət ərzində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən da... | ANL |
Sənə deyəcəklərim. Afaq Şıxlının "Sənə demədiklərim" kitabını oxuyarkən düşündüklərim. Afaq bacım, səni özündən qabaq şeirlərini tanımışam. Elə hey səsin gəlir qulağıma. Yazı yazan yazıb düzüb, Qədəhimə kədər süzüb. Qayıdıb yenə dönürəm. Mərhum Adil Mirseyidə hamımız ağladıq, hamımız yandıq. Neçə misra. Gözlərini. Bakı... | ANL |
Xalq üçün yaşanan həkim-vətəndaş ömrü. 30 ilə yaxın bir müddət ərzində azdan-çoxdan sözlə işləmişəm. Çox mövzularda irili-xırdalı yazılarım olub. Lakin bəzən elə mövzular olub ki, onlar əməlli-başlı məni küncə sıxıb. Mövzuya "açar salmağa" çətinlik çəkmişəm. Elə bu yazıda olduğu kimi. Erməni faşistlərin dağıdıb viran e... | ANL |
BDU-nun gənc tədqiqatçılarının türkologiyaya ilk töhfəsi. Son illər Azərbaycanda dilçiliyin inkişafı istiqamətində uğurlu addımlar atılıb. Ölkə prezidenti cənab İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında"... | ANL |
Kitabxana işçiləri ilə təcrübə mübadiləsi aparılıb. Səbail Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanasında Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində ixtisasını artıran rayon MKS filiallarının (Abşeron, Tovuz, Astara, Göygöl, Sabirabad, Laçın, Qax, Bərdə, T... | ANL |
Məşhur rəssam Sakit Məmmədov daha bir mükafata layiq görülüb. Azərbaycanın Əməkdar rəssamı, UNESCO Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki, "Vətən oğlu" qızıl ordeninin, "Dədə Qorqud" mükafatının, Leonardo da Vinçi medalının, "Avropanın şərəfi" ordeninin, Rusiyanın nüfuzlu ... | ANL |
"Milli dəyərlər və istiqlal uğrunda mübarizələr" müzakirə edilib. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş "Milli dəyərlər və istiqlal uğrunda mübarizələr" mövzusunda respublika konfransı keçirilib. Tədbirdə muzeyin dir... | ANL |
Səfəvilər dövründə yaşamış Azərbaycan şairi Valinin irsinə bir baxış. Son zamanlarda Tehranın Məclisi-Şurayi-İslamiyi-İran kitabxanasında Azərbaycan şairi Valinin lirik şeirlər toplusu divanı aşkar edilib. Valinin öz divanından və Tehranın Məclisi Şurayi-İslamiyi-İran kitabxanası kataloqundan şairin həyatı mühiti barəd... | ANL |
"Dahinin istəyi, qələmin qüdrəti" təqdim edildi. Dünən Beynəlxalq Mətbuat Mərkəzində BDU-nun Jurnalistika fakültəsinin mətbuat tarixi kafedrasının müəllimi, filologiya elmləri namizədi Qərənfil Dünyaminqızının "Dahinin istəyi, qələmin qüdrəti" kitabının təqdimatı keçirilib. Tanınmış ziyalılar və mətbuat nümayəndələrini... | ANL |
Əngin şair Yahya Kəmal Bəyatlıya. Dünyanın nə gözəl yazıymış, Allah! bir dağ üstündə. Boy atıb bitmişdim torpaq üstündə. Palıd ocağında yanan közlərdim;. Murovu canımdan çox əzizlərdim!.. Axşamdan-səhərə sübhü gözlərdim: Bir şeh damlasıtək yarpaq üstündə. Dağdan-dağa qonmaq ömürlük peşəm: Hər zirvə sirrinə aşiyan quşam... | ANL |
Həyatda yeni iz açmaq istədim, Solu adlasam da, sağa gecikdim. Çalışdım yüksəlim zirvəyə qədər, Dolaşdım aranda, dağa gecikdim. Çalındı vədəsiz tale zəngləri, Başlandı mənimlə əzab cəngləri. Qarşıma töküldü baxtın rəngləri, Boyandım qaraya, ağa gecikdim. Bir ömür yaşadım qəlbim yatmadı, Fikrimə sığmadı, ağlım batmadı..... | ANL |
İctimai, siyasi və iqtisadi həyatda geriqalma və onun səbəbləri barədə suallara bir əsrdir ki, İslam dünyasının alim və ziyalıları (Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, M.Ə.Rəsulzadə...) cavab axtarır. Təəssüf ki, biz elmin tarixini, elmin fəlsəfəsini öyrənməyə zamanında diqqət yetirməmişik. Karl Yaspersə görə, “bəşəriyy... | ANL |
İrqçiliyin eybəcər sifəti. Adamları dərinin rənginə görə deyil, könülün rənginə görə ölçün. Adamlar irqlərə bölünmürlər, irqlər adamlara və adam olmayanlara bölünürlər . Boris Şapiro-alman fiziki və şairi. Hitlerin irqçi ideyası və ari irqi üçün nəzərdə tutduğu imperiyasından ötəri planları ondan ötəri elə əhəmiyyətli ... | ANL |
Şeirimizin sübhçağı. Mikayıl Müşfiqin qocalıq şəklini heç kim görməyib. Çünki o yoxdur, Müşfiq qocalmayıb. Bu yerlə çarpışan göylə əlləşən, Dostdan, aşinadan necə əl çəkim? Minillik ənənələri olan Azərbaycan şeirinin sübh çağı, gənclik nəfəsi idi Müşfiq. Onun bütün şeirləri özünə oxşayır. Müşfiq məhz o şeirin içindən b... | ANL |
Bugünlərdə “Naşir” jurnalının növbəti sayı nəşr olunub. Dərgi ölkədə və xaricdə baş verən ədəbi yeniliklərlə açılır: Yeniliklər sırasında Ağdamda keçirilən kitab bayramı, Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” mükafatının təqdimatı, Vaşinqtondakı Bibliya muzeyi, azərbaycanlı alpinist Murad Aşurlunun “Öz Everes... | ANL |
Rübailin “Rübailər”i nəşr olunub. Bu yaxınlarda şair Rübailin “Rübailər” kitabı işıq üzü görüb. Kitabın girişində qeyd olunub ki, oxucuların mühakiməsinə verilən bu rübailər toplusu şairin uzun illər müşahidə etdiyi hadisələrin bədii məhsuludur: “Dağlardan süzülən bulaq suyuna bənzəyən bu rübailər müxtəlif zövqlü oxucu... | ANL |
TANINMIŞ MUSİQİÇİ PYER TİLUA AZƏRBAYCANIN, MİLLİ MƏDƏNİYYƏTİMİZİN FRANSADA VƏ DİGƏR QƏRB ÖLKƏLƏRİNDƏ LAYİQİNCƏ TƏBLİĞİNƏ ÇALIŞIR. İyunun 5-də Azərbaycan Dövlət Filarmoniyasında fransalı bəstəkar və “LAmoureux” simfonik orkestrinin bədii rəhbəri Pyer Tiluanun “Xocalı-613” əsəri Üzeyir Hacıbəyli adına Dövlət Simfonik ork... | ANL |
Bu gözəl, çox fəal və həyatsevər qadınla biz onun öz qəzeti üçün yer icarəyə götürdüyü “Ayna-Zerkalo” nəşriyyat evində tanış olduq. 2000-ci ildə Lalə Abbasova qısa müddət ərzində paytaxt qadınları arasında populyarlıq qazanmış həftəlik “Qadın dünyası” qəzetini təsis etdi. İndi Azərbaycanda çeşid-çeşid nəşr olunan və əs... | ANL |
“Sən Strasburqdasan”... Həyat yoldaşı Nüşabə xanımın Vaqif Səmədoğluya müraciətlə yazdığı esse belə başlanır. Şairin sağikən uzaqlığından danışır Nüşabə xanım. Ölümü müvəqqəti ayrılıq saymaq nə üçündü? Təsəlli, yaxud aldanış üçünmü? Ən yaxınını, doğmasını itirmiş insanın hissi, düşüncəsidi bu.. Məsələ heç o dünyada gör... | ANL |
Bu günlərdə orfoqrafiya lüğətində bəzi dəyişikliklər məsələsi xeyli aktuallaşıb. AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin təklifi ilə ilk öncə qoşa “y” samitli sözlərin yazılışı məsələsinə yenidən baxılmalı, ciddi dəyişikliklər edilməlidir. Bu haqda ötən şənbə nömrələrimiz... | ANL |
“Kərəm kimi” işığında epizodik Nazım Hikmət xatirələri. Xalq yazıçısı Anarın türk dünyasının, türk dilinin böyük şairi Nazım Hikmətə həsr olunan “Kərəm kimi” düşüncələr romanını oxuyub başa vurdum. Zənnimcə, bu, müasir Azərbaycan ədəbiyyatından mütaliəsinə daldığım ən qalın kitabdır. Həcmi təxminən min səhifəyə çatan ə... | ANL |
Sevda Məmmədəliyeva Strasburqdakı beynəlxalq toplantıda iştirak edib. Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin 4-cü iclası başa çatıb. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iclasda fə... | ANL |
“Azərbaycanın xalq rəqsləri” Özbəkistan mediasında. Özbəkistanın “silkway.uz” saytında Sergey Qurbanovun “Azerbaydjanskiye narodnıye tansı - Yallı” sərlövhəli məqalə dərc edilib. Müəllif yazır ki, xalq rəqsləri hər bir ölkənin mədəniyyətinin bir hissəsidir: “Məhz milli rəqslərlə xalqın tarixini, onun yüksəliş və süqutu... | ANL |
“Azərbaycan multikulturalizmi: tarixi təcrübələr və gələcəyin cəmiyyət modeli” Almaniyada. Multikulturalizm həyat tərzimizdir. Berlinin Brandenburq Elmlər Akademiyasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Almaniya- Azərbaycan Forumu, Azərbaycanın Almaniyadakı səfirliyi və Berlin Humboldt Universitetinin t... | ANL |
Xatirəsi qəlbimizdə yaşayacaq. BDU-nun MÜƏLLİMİ, FƏDAKAR İNSAN, DƏYƏRLİ ZİYALI RÜSTƏM HƏSƏNOVU İTİRDİK. Rüstəm müəllim... Həyatımız boyunca sevdiyimiz, dəyər verdiyimiz müəllimlərdən biri idi o. Tələbə ikən universitet dəhlizlərində tez-tez qarşılaşsaq da, tanış olmamışdıq onunla. İlk tanışlığımız 4-cü kursun əvvəlləri... | ANL |
Birdən-birə nə düşmüşdü yadına, Vərəqlədin keçmişini illərin?! Saydın, seçdin, seçmələdin nə yaxşı, Əllisini, yetmişini illərin?! Bu seçdiyin ürəyincə deyilsə, Ələ gələn gərəyincə deyilsə, Donluq olub, çörəyincə deyilsə, Nə gəzirsən itmişini illərin?! Nəyi vardı, xəlbirlədin, ələdin, Acısını şirininə caladın. Çağaydımı... | ANL |
Qloballaşmanın milli ədəbiyyatlara təsiri müzakirə edildi. Sinergetik Tədqiqatlar İctimai Birliyi (STİB) AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi və Gənc Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda keçirilən V Şairlər Günü çərçivəsində Yazıçılar Birliyinin "Natəvan” klubunda "Qloballaşma çağında mi... | ANL |
İyunun 5-də Xarici İşlər, Mədəniyyət və Turizm nazirlikləri, "Paşa Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyətinin (ASC) və "Silk Way" şirkətinin dəstəyi ilə "İRS Publishing House" tərəfindən hazırlanmış "Bakı simfoniyası" kitabının "Four Seasons" otelində təqdimat mərasimi keçirilib. Əvvəlcə layihənin rəhbəri, "İrs" jurnalın... | ANL |
Görkəmli ədib və alim Həmid Məmmədzadənin irsinə bir nəzər. İbtidai və orta təhsilini Təbrizdə alandan sonra Təbriz Universitetinin Tarix və Ədəbiyyat fakultəsinə qəbul olunan H. Məmmədzadə sonra Tehran Universitetinə dəyişilib və ali təhsilini orada tamamlayıb. Bir müddət Ərdəbildə müəllim işləyən H. Məmmədzadə 1946-c... | ANL |
Rusiya-Azərbaycan münasibətləri və Dağlıq Qarabağ problemi. QƏRBİN TƏZYİQİNƏ QARŞI AZƏRBAYCANIN İRADƏSİ VƏ ƏZMİ. 28 May - Respublika günü münasibətilə təşkil olunan rəsmi qəbulda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, Dağlıq Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi ... | ANL |
Oksfordda Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin ilk konfransı keçirilib. NƏRGİZ PAŞAYEVA: "NİZAMİ GƏNCƏVİ ADINA ELMİ MƏRKƏZİN MƏQSƏDİ MÜVƏQQƏTİ FUNKSİYA DEYİL, 800 İLLİK TARİXƏ MALİK OKSFORD UNİVERSİTETİNDƏ DAİMİ QALMAQDIR". İyunun 6-da Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Mə... | ANL |
İlk dəfə onunla Təbrizdə görüşmüşdüm. Oxuduğu şeirlərindən kəşf eləmişdim Məhəmməd Rza Çalğını. Söhbət elədik. "Dərd indi dəbdir" adlı müsahibəm Səlim Babullaoğlunun "Kitabçı" jurnalında dərc olundu. Bu günlərdə 5 iyun Şairlər günü üçün Çalğın da dəvət edilmişdi Bakıya. Çalğının çıxışını hamı maraqla qarşıladı. Böyük y... | ANL |
Günümüzün kitabı. Ermənilik təkcə türklərə qarşı deyil, ümumən bəşəriyyətə qarşı yönəldilmiş ideoloji sistem olmaq etibarilə həm də milli xislətdir. Tarixən belə xislətlər bəşəri duyğulara qənim kəsilib. Əslində, olmuşları xatırlayanda erməniliyin faşizmdən fərqlənmədiyi qənaətinə də gəlirsən... Siyasi elmlər üzrə fəls... | ANL |
Üzeyir Hacıbəyli Mükafatı ən doğru ünvanda. GÖRKƏMLİ MUSİQİŞÜNAS, ƏMƏKDAR ELM XADİMİ ZEMFİRA SƏFƏROVA DAHİ BƏSTƏKARIN ADINI DAŞIYAN MÜKAFATA LAYİQ GÖRÜLÜB. AMEA-nın 70 illik yubileyi ərəfəsində elmin inkişafında mühüm nailiyyətlər əldə edən alimlərin gərgin əməyini, əvəzsiz xidmətlərini, elmin müxtəlif sahələrinə verdi... | ANL |
Bəxtiyar Vahabzadənin ədəbiyyata və ədəbi-tarixi prosesə baxışı. Xalq şairi Bəxtiyar Vahabzadənin zəngin yaradıcılıq irsində ədəbi-tənqidi yazıları xüsusi yer tutur. 60 illik yaradıcılığı boyu o, bədii əsərlərlə yanaşı, müntəzəm olaraq ədəbi-tarixi prosesin gedişatı ilə bağlı aktual məsələlərə diqqət yetirmiş, müxtəlif... | ANL |
Zəriflik və kübarlıq poeziyası. Çağdaş Türk şeirinin ən kübar xanım yaradıcılarından biri Afaq Şıxlıdır. Çağdaş Türk Aydınlığının ən nurlu xanım simalarından biri Afaq Şıxlıdır. Çağdaş Türk mədəniyyətinin ən dəyərli xanım təmsilçilərindən və təbliğçilərindən biri Afaq Şıxlıdır. Çağdaş Dünya insanlığının universal xanım... | ANL |
Qönçə Almaz Ağay (Gonca Elmas Akay) bir neçə ay bundan əvvəl Bakıya gəlmişdi. Atatürk Mərkəzindəki görüşümüzdə bütün aydınlığı ilə hiss etdim ki, Qönçə xanım yeni nəsil Türkiyə (ümumən türk) ədəbiyyatının ən intellektual, geniş dünyagörüşlü, vətənpərvər nümayəndələrindən biridir. Və bu təbii, gülərüz, simpatik xanımın ... | ANL |
Sevil Gültən "Uşaqlıq illərimin şəkilləri"ni imzalayıb. Ötən gün Yazıçılar Birliyində şair, tərcüməçi Sevil Gültənin "Uşaqlıq illərimin şəkilləri" kitabı üçün İmza günü keçirilib. Kitabda müəllifin son illər mətbuatda çap olunmuş esseləri toplanıb. Nəşrin girişində qeyd olunduğu kimi, "müəllif gah xəyal qanadlarında uş... | ANL |
Yazıçılar Birliyində (AYB) yeniyetmə yazar Alsunun "Quş yuxusu" kitabının təqdimatı olub. Tədbiri AYB-nin gənclər üzrə katibi Rəşad Məcid açaraq on yaşlı Alsunun ədəbiyyata, mütaliəyə olan marağından, yaşının azlığına baxmayaraq, müəllifin məsələlərə münasibətindəki özünəməxsusluğundan danışıb: "On yaşındaykən kitab çı... | ANL |
Birinci Avropa Oyunlarına. Gənclik gözəllikdi, sevgi həvəsdi, Gözəl dünyamızı qorumaq üçün. Gəncliyin sevinci, gülüşü bəsdi, Təki yarış olsun dünyada hər gün! Olimpdən yarışa baxan allahlar, Dünyaya insandan yaxın allahlar, Baxma yay fəslidir, dünyada qışdır, Yarış da. Sənsiz səninlə. Səni tanıyıram, sən Həvva idin, Qə... | ANL |
Ədəbiyyat İnstitutunda Bəxtiyar Vahabzadənin 90 illiyi qeyd olunub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinə həsr edilən “Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin fenomeni kimi” mövzusunda elmi konfrans... | ANL |
"Dostluğun əsas şərti onun təmənnasız olmasıdır". Qəzetimizdə dəfələrlə onun dəyərli yazıları çap edilib. Xəlil Məcidoğlunun fəaliyyəti qonşu ölkələrdə də yaxından izlənilib. Bir neçə il əvvəl İrana səfəri zamanı yerli qəzetlərdən birində onunla geniş müsahibə də dərc olunmuşdu. Xəlil müəllimə Allahdan rəhmət diləyir v... | ANL |
Çəkib çox sınağa bu dünya məni, Gözlərim hələ də yollarda qalıb, Sevmişəm yurdumu, doğma Vətəni, Şirin arzularım solub, saralıb. Qəlbimi açmışam doğmaya, yada, Qaranlıq yollarda çıraq tutmuşam. Nə qədər əzablı yolum olsa da, Haqqı, ədaləti unutmamışam. Qəlbimin qapısın açıq qoymuşam, Girib urulayıb kim necə gəldi. Çoxu... | ANL |
Bütün aləmləri öz işığına qərq edən Günəşdən soruşdular: - Bu qədər əzəmətin, bu qədər işığın ola-ola, nədən batmaqla, qeyb olmaqla barışıb qaranlığa meydan verirsən? Gözlə görülən "əbədilərin" dəyişməməsi adamı yorur, bezdirir. Hətta, dəyişməzsə, həyatın təkamülünü öhdəsinə götürən işıq da bu sırada qərar tutar. Hər ş... | ANL |
"Almaniya bir rəssamın gözü ilə" "Kapellhaus"da sərgilənib. -Azərbaycan Mədəniyyət Birliyində azərbaycanlı rəssamların əsərlərindən ibarət "Almaniya bir rəssamın gözü ilə" adlı səkkizinci sərginin açılışı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Sərgi Almaniyanın Azərbaycandakı səfirliyi, Dövlət Rəssamlıq ... | ANL |
"Qız qalası" beynəlxalq incəsənət festivalı başlanıb. Heydər Əliyev Fondunun təşəbbüsü və xüsusi dəstəyi, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, Müasir İncəsənət Muzeyi, "Qız qalası" incəsənət qalereyası və "Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə "... | ANL |
Azərbaycan tarixşünaslığının misilsiz məxəzləri: "Kitabi-Dədə Qorqud" və "Gülüstani-İrəm". "Kitabi-Dədə Qorqud" dastanı Azərbaycan ərazisində dövlətçilik tarixinin dəqiqləşdirilməsinin tarixi məxəzlərindən biridir. Təqdim edilmiş məqalə "Kitabi-Dədə Qorqud" eposu işığında Azərbaycanın elmi tarixinin təkmilləşməsinə yön... | ANL |
Xan nəslindən olan unudulmaz sərkərdə. Azərbaycanın milli hərb sənəti tarixinə qızıl səhifələr yazan görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin anadan olmasının 120 illiyi tamam olur. Azərbaycan Respublikası Prezidentinin “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 aprel tarixli Sərənca... | ANL |
Vətən, övladının üzündən öpdü! Qarabağ ağrılı ən ağır yük var. Vaqif Bəhmənlinin misralarında. “Novruz naxışları” ilbəil artır. Vaqif Bəhmənlinin misralarında. Babalı, nənəli nəvə görürəm , Vaqif Bəhmənlinin misralarında. Sizdə ustadımız çalışır bizim;. Eşidib Ankara, London səsini, Dincliyə çağırır Yer kürəsini;. Seyr... | ANL |
Bir zaman baxçamda güllər əkərdim, Gülümü köksümdən qopardı dünya. Arzular qoşmuşdum, arzu dalınca, Şəklimi qoymuşdun sən də balınca. Dönüb rüzigara iti qılınca, Başımı bədəndən apardı dünya. Qoşa çinar idik, gənclik çağında. Boy atıb bitmişdik cənnət bağında. Günəş gülümsərdi al yanağında. Ömrü minib sürən çapardı dün... | ANL |
Özünü vətənə oxşadan şair. YUSİF NƏĞMƏKARLA ÜZ-ÜZƏ. Ona şeir aləmində ilk xeyir-duanı böyük şairimiz Rəsul Rza verib. “Ədəbiyyat və incəsənət” qəzetində şeirlərinə “Uğurlu yol” yazıb. İndi onun səsi qardaş Türkiyədən, şeir müsabiqələrindən, təntənəli poeziya-musiqi məclislərindən gəlir. Lap bu yaxınlarda “Çanaqqala” po... | ANL |
Müsəlman elmi ənənəsində humanitar “inanan” düşüncə tərzi özünün spesifik prinsiplərinə əsaslanaraq məntiqi təfəkkürə qarşı çıxır. “İnanan təfəkkür”ün aksiomatik əsasını nüfuz prinsipi təşkil edir. Buna görə də bəzi tədqiqatçılar belə təfəkkürü avtoritar təfəkkür adlandırırlar. Belə çıxır ki, müsəlman elminin “əslində ... | ANL |
İrqçiliyin eybəcər sifəti. Adamları dərinin rənginə görə deyil, könülün rənginə görə ölçün. Adamlar irqlərə bölünmürlər, irqlər adamlara və adam olmayanlara bölünürlər . Boris Şapiro-alman fiziki və şairi. Yəhudilər altı ölüm düşərgəsinə gəlib çıxanda onları əzabverici təcrübələr gözləyirdi. Auşvits-Birkenaunun komenda... | ANL |
Sənətdə uğurun Mehriban Zəki formulu. Atası aktyorluğu bitirib, amma sənətinin arxasınca getməyib, ailəsini saxlamaq üçün müxtəlif işlərdə çalışıb. Anası uzun müddət bağça müəlliməsi işləsə də, əsasən uşaqlarına baxıb, iki qız, bir oğlan. Mehriban ikinci uşaq olub ailədə, ikinci qız. Ailədə hamıdan çox diqqət tələb edə... | ANL |
Terror qurbanı nazirimiz Behbud xan Cavanşir, yaxud “Qərib məzar”ın izi ilə. 1920-ci ildə bolşeviklərin XI Qırmızı ordusunun Azərbaycanı işğalından sonra ermənilər müsəlman şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları olan ictimai-siyasi xadimlərə qarşı terror aktları həyata keçiri... | ANL |
Səfir Həsən Hami/Hassan Hami/ siyasi elmlər üzrə fəlsəfə doktorudur. Bir müddət beynəlxalq münasibətlər üzrə müstəqil müxbir kimi çalışıb. İlk dəfə onunla 6-7 il əvvəl Bakıya gələn Mərakeş yazıçıları ilə Milli Kitabxanadakı toplantıda görüşdük. Sonra isə bir neçə il əvvəl Norveç səfirinin evində mənimlə bağlı düzənlənm... | ANL |
Ədəbiyyata həyatdan gələn yazıçı. Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri də Mustafa Çəmənlidir. M.Çəmənlinin yaradıcılığını janr baxımından iki yerə bölmək olar: Birinci nəsri - hekayə, povest-romanları, ikinci bədii publisistikası. Yazıçı hər iki janrda istənilən səviyyədə lazımi mövzuları seç... | ANL |
Ədəbiyyata həyatdan gələn yazıçı. Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri də Mustafa Çəmənlidir. M.Çəmənlinin yaradıcılığını janr baxımından iki yerə bölmək olar: Birinci nəsri - hekayə, povest-romanları, ikinci bədii publisistikası. Yazıçı hər iki janrda istənilən səviyyədə lazımi mövzuları seç... | ANL |
Ədəbiyyat İnstitutu biblioqrafiya güzgüsündə. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun 2013-cü il uğurlarını təsbit edən daha bir kitab işıq üzü gördü: “Nizami adına Ədəbiyyat İnstitutu. AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli nəşrə yazdığı “Bir ilin elmi hesaba... | ANL |
Milli Konservatoriyada yeni və təkmilləşdirilmiş musiqi alətlərinin təqdimatı olub. Bu ilin 9 iyunu Azərbaycan musiqi mədəniyyəti tarixinə yaddaqalan, əlamətdar bir gün kimi yazıldı. Həmin gün Azərbaycan Milli Konservatoriyasının Böyük zalında “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasınd... | ANL |
Düma ilə Coys arasında və yaxud Don Kixotun ölümü. Nəyə görəsə qafiyə məndə bir qadının mini ətəyini xatırladır. Qafiyə var, qulaq qafiyəsidir. Qafiyə var, sözün kökünün qafiyəsidir. Ətək yuxarıya doğru qalxdığı kimi qafiyə də kökə doğru dartınır. Amma sözün kökünə müdaxilə edə bilmir. Romanla bağlı təsəvvürlərimizi bi... | ANL |
Gövhər Baxşəliyeva:“Yer adları dəyişdirilərkən təkcə yerli sakinlərin istəyi əsas sayıla bilməz”. Siz bir parlamentari olaraq, yaz sessiyasının yekunlarını necə qiymətləndirirsiniz? - Parlamentin yaz sessiyası da əvvəlki sessiyalar kimi məhsuldar olub. Bütövlükdə sessiya zamanı ölkəmiz və xalqımız üçün böyük əhəmiyyət ... | ANL |
Milli rəqslərimiz milli dəyərimizdir. Mənim havamı çal. Mahnı çalınır, ritm yaranır, əllər göyə qalxır, bədən ritmə uyğun hərəkət edir. Amma heç də həmişə rəqs musiqi sədaları altında başlamayıb. Bir vaxtlar rəqs tamaşaçıların çəpik çalmaları ilə əldə edilən ritmik zərblərin mahiyyəti ilə yaranıb. Müxtəlif peşələrlə, h... | ANL |
Minskdə Kamran Nəzirlinin kitablarının təqdimatı olub. Belarus Respublikasının paytaxtı Minsk şəhərində fəaliyyət göstərən "Qobustan" Azərbaycan Cəmiyyəti belaruslu ziyalılarla birlikdə Azərbaycan yazıçısı Kamran Nəzirlinin kitablarının təqdimatını keçirib. Minsk şəhərinin A. Rus, ingilis və Azərbaycan dillərində nəşr ... | ANL |
Sevda Məmmədəliyeva Avstriyanın mükafatına layiq görülüb. Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Avstriya Respublikasının elm və incəsənət üzrə fəxri xaç ordeni ilə təltif edilib. Ordenin təqdimat mərasimində Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex iki ölkə arasında mədəni əlaqələri... | ANL |
“Qala” Qoruğunda daha bir beynəlxalq sərgi açılıb. “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VI Beynəlxalq “Qız qalası” incəsənət festivalının bağlanış mərasimi keçirilib, IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin açılışı olub. Mərasimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Nam... | ANL |
Xan nəslindən olan unudulmaz sərkərdə. Tatar alayı Çervonoqrad kəndində yerləşdiyi vaxt o, müvəqqəti yavərlik vəzifəsini təhvil verir. Avqust ayının 25-də Cəmşid xan Novoselka kəndinin yaxınlığında gedən qızğın döyüşlərdə yaralanır. Alay komandiri polkovnik Polovtsev Cəmşid xanı "Müqəddəs Georgi" Silahı" mükafatını təq... | ANL |
Türk postmodernizmində roman. Postmodernist dünyagörüşü modelinin təməlində kinayəli parodiya durur. Parodiya komik təqlid, predmet və hadisə üzərində gülmə kimi öz təbiətinə görə reallaşaraq müasir insanın bəşəriyyətin minillər ərzində yaratdığı mədəniyyət simvollarını öz mənafeyi naminə istifadə etməsini daha yaxşı ə... | ANL |
Bu gündən “Arts Council Azerbaijan” və birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olan “Azərbaycan Coca-Cola Bottlers” şirkətinin təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Xoşbəxt anlar” adlı fotomüsabiqə başlayır. “Arts Council Azerbaijan” təşkilatından AZƏRTAC-a bildirilib ki, birinci Avropa Oyunlar... | ANL |
İyunun 17-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda gənc şairə Arzu Hüseynin "Sonu əlvida" şeirlər kitabı üçün imza günü keçirilib. AybKitab layihəsinin XIII nəşri olan "Sonu əlvida"nın imza mərasimində Birliyin katibi Rəşad Məcid çıxış edərək Arzu Hüseynin istedadlı gənclərdən biri olduğunu, bəyənilə... | ANL |
Kanadada "Azərbaycan günü" keçirilib. Azərbaycanın Kanadadakı səfirliyi və Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi Toronto şəhərində "Azərbaycan günü" təşkil edib. Tədbirdə Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı qonaqlar, o cümlədən, Ontario əyaləti parlamentinin üzvü Cek Maklaren iştirak ediblər. Təd... | ANL |
Azərbaycan rəssamının əsərləri Luvrda sərgilənir. Luvrda keçirilən "Carrusel du Louvre" adlı beynəlxalq sərgidə tanınmış Azərbaycan rəssamı Sakit Məmmədovun və onun şagirdlərinin rəsmləri nümayiş etdirilir. Azərbaycanın Əməkdar rəssamı, UNESCO Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri ... | ANL |
Xan nəslindən olan unudulmaz sərkərdə. Cəmşid xan Naxçıvanski həbs ediləndən 68 gün sonra, yəni avqustun 8-də ona dindirilmə protokolu tərtib ediblər. Cəmşid xan ad gününü Nargin adasında öz yaddaşında qeyd edir, ömrünün 26-cı baharına qədəm qoyur. Avqust ayının 13-də XI qızıl ordunun hərbi şurasının xüsusi şöbəsinin h... | ANL |
Güclü dövlət quruculuğunun banisi. Müasir dünyada müstəqil dövlət quruculuğu prosesi böyük aktuallıq kəsb edir. Ulu öndər Heydər Əliyevin güclü dövlət konsepsiyasının bu baxımdan çox böyük əhəmiyyəti vardır. Təcrübə göstərir ki, Azərbaycanda dövlət quruculuğu uğurla inkişaf edir. Azərbaycan Prezidenti Administrasiyası ... | ANL |
"Ömrün və elmin romantikası"nın müəllifinə məktub. Zəngin və mənalı ömür yolunuza işıq tutan "Ömrün və elmin romantikası" kitabınızı aldım. Oğlunuz Azər Turanın redaktorluğu və tərtibi ilə nəfis şəkildə nəşr olunan bu möhtəşəm əsərinizə filologiya üzrə fəlsəfə doktoru, çağdaş ədəbi tənqidimizin tanınmış nümayəndəsi Eln... | ANL |
Tədqiqatçı-yazar Süleyman Kəbirlinin 75 illiyi qeyd edilib. Ağcabədidə Qarabağ ədəbi məclisinin və rayon Veteranlar Şurasının təşkilatçılığı ilə tanınmış ziyalı, tədqiqatçı- yazar, "Tarixi mahal-Kəbirli eli" kitabının müəllifi Süleyman Kəbirlinin anadan olmasının 75-ci ildönümü münasibəti ilə yubiley tədbiri keçirilib.... | ANL |
Tbilisidə azərbaycanlı rəssamın sərgisi açılıb. Gürcüstan paytaxtındakı Parlament Kitabxanasında istedadlı azərbaycanlı rəssam Rizvan İsmayılovun "Şərq müdriklərinin qonaqlığında" adlı sərgisi açılıb. Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) birgə təşkil etdikləri sərgini... | ANL |
"Sarvan" folklor ansamblı Türkiyədə mükafatlandırılıb. Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) nəzdində fəaliyyət göstərən "Sarvan" folklor ansamblı Türkiyənin Dənizli şəhərində keçirilən 15-ci rəqs festivalında iştirak edib. Ansambl 7 gün davam edən festivalda gürcü və Azərbaycan xalq rəqslərini sə... | ANL |
"Mövcudluğun dözülməz yüngüllüyü" YAY Qalereyasında sərgilənir. YAY Qalereyasında "Mövcudluğun dözülməz yüngüllüyü" adlı sərgi açılıb. Sərgidə Yaxın Şərq və Şimali Amerika ölkələrini təmsil edən dörd rəssamın əsərləri birlikdə nümayiş etdirilib. Dubayda yerləşən Quadro Qalereyasının tərəfdaşlığı ilə hazırlanan bu sərgi... | ANL |
Şərqin nəzəri və modern elmi düşüncəsi. Təsəvvüfün bir idrak vasitəsi olaraq rolu nədən ibarətdir? Min ildən artıq bir müddət ərzində bəşər mədəniyyəti xəzinəsinə minlərlə əvəzsiz mütəfəkkir və əsər bəxş edən bu həyat və düşüncə tərzi doğrudanmı iddia etdiyi kimi insanı həqiqətə qovuşdurur? Nədir həqiqət? İkimin illik ... | ANL |
Duyğuların ilmə-ilmə çiçəkləndiyi sənət. AZƏRBAYCANDA XALÇAÇILIQ ÖZÜNÜN YENİ İNKİŞAF DÖVRÜNÜ YAŞAYIR. Elə sənətlər var ki, orada bir xalqın mənəvi aləmi, xarakteri, mədəniyyəti, dünyagörüşü və həyat fəlsəfəsinə güzgü tutan köklü xüsusiyyətlər öz təcəssümünü tapıb. Azərbaycan xalqı üçün belə sənət növü xalçaçılıqdır. Mü... | ANL |
İnsan Hüquqları üzrə Avropa Ermənistan dövlətinin cavabdehliyini təsdiqlədi. Azərbaycan Respublikasının beynəlxalq aləmdə son nailiyyətlərindən biri də beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasında tamhüquqlu üzv kimi təmsil olunmadır. Bu faktın özü, hər şeydən əvvəl, ölkəmizdə demokratiyanın mövcudluğunu, hüqu... | ANL |
Azərbaycanda Milli İnsan Hüquqları Günü. Müasir dövrdə insanın hüquq və azadlıqlarının təmini və səmərəli şəkildə müdafiəsi hər bir dövlətin və cəmiyyətin inkişafının mühüm amili kimi çıxış edir. İyunun 18-i Azərbaycanda İnsan Hüquqları günüdür. Fərəhli haldır ki, Azərbaycan dünyada öz Milli İnsan Hüquqları Gününü qeyd... | ANL |
Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Birinci xanım Mehriban Əliyevaya açıq məktub. Bu gün bizə zillənib. Bu dünyanın baxışı. Gənclərimiz yağdırır. Titrədir dağı-daşı. İndi doğur Xəzərdən. Allah sizi qorusun. Nəfsdən, bəd nəzərdən. Dünya belə qurulub, Yamanlar fitnə salır, Yaxşılar zəfər çalır. | ANL |
YANMIŞ GAVALI AĞACINA AĞI. Xilas edə bilmədim onu, ürəyimə axan göz yaşımla. Zülümlə vidalaşdım. ağac qardaşımla. Yazda çiçəkləriylə. nəğmə səpirdi, işıq səpirdi üstümüzə. Yayda meyvələriylə. ləzzət verirdi ürəyimizə. Yellədə-yellədə yarpaqlarını, sərinlik çiləyirdi istimizə. İndi yarpaq xəzəlləri. ölü kəpənək kimi qon... | ANL |
“Kəndin payızı” silsiləsindən. Adamlar əlindən alar barını, Özü azuqəsiz qalar ağaclar;. Külək tərpətdikcə yarpaqlarını, Ayrılıq havası çalar ağaclar;. Elə ki, payızın qırovu düşər, Tək qalmaq qorxusu bağrını deşər, Özü-öz içində yeknəsəkləşər, Saralmış saçını yolar ağaclar. ...Bozarmış yollara baxıb, yorular, Çılpaq b... | ANL |
Poetik düşüncələr səltənətində. Çağdaş Azərbaycan poeziyası qədim və zəngin ənənəyə, çoxşaxəli biçim qatlarına, geniş seçim rəngarəngliyinə, fəlsəfi düşüncə çalarlarına, poetik deyim və duyum bənzərsizliyinə malik milli mənəvi sərvətlərimizin üst layında könül dünyamızı oxşayan söz, fikir məbədimiz, mücadilə yarağımızd... | ANL |
Hacı Zeynalabdin Tağıyevin müraciəti. Gənclərin biri Hacıya müraciət edərək soruşur: “Hacı əfəndi, siz bizdən qeyri-türk ilə evlənməyəcəyimizə dair imza aldınız. Amma ölkəmizdəki məktəblərdə təhsil alan türk qızı yoxdur. Onda ziyalı və təhsilli bir kimsənin cahil bir qızla evlənməsi, bilmirəm, nə dərəcədə düzgündür?”- ... | ANL |
Üzeyir Hacıbəylinin qəzetçiliyinin erkən dövrü Bakıda ictimai-siyasi durum. Qafqazın qədim və məşhur yaşayış məntəqəsi olan Bakı şəhəri XX əsrin əvvəllərində nəhəng çar imperiyasının sənaye mərkəzlərindən birinə çevrilməkdə idi. Buna əsas səbəb ilk növbədə neft hasilatının təşəkkül və inkişaf tapması idi. Tarixdən məlu... | ANL |
Azərbaycan Yazıçılar Birliyi 60 illik yubileyi münasibəti ilə şair Yusif Nəğməkarı təbrik edib. Təbrik məktubunu oxuculara təqdim edirik. Hörmətli, Yusif Nəğməkar! Sizi - tanınmış istedadlı şairimizi 60 yaşınızın tamam olması münasibətilə təbrik edirik. Siz bədii yaradıcılığa ötən əsrin 70 - ci illərindən başlamısınız.... | ANL |
Azərbaycan multikulturalizmi fənni dünya universitetlərində uğurla tədris olunur. Multikulturalizm həyat tərzimizdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı bir il ərzində ölkədə və xaricdə Azərbaycan multikulturalizmini təbliğ edən çoxsaylı layihələr həyata keçirməkdədir. Hazırda respublikamızın və xarici ... | ANL |
Çağdaş Azərbaycan ədəbiyyatşünaslığının və sənətşünaslığının görkəmli nümayəndəsi, Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Timuçin Əfəndiyev əlli ilə yaxındır ki, bir alim, təhsil və elm təşkilatçısı kimi xalqımıza xidmət etməkdədir. Bu yaxınlarda Timuçin ... | ANL |
Bu günlərdə V Azərbaycan Şairlər günündəki çıxışında Türkiyə Səfirliyinin Kültür və Tanıtım müşaviri Seyid Əhməd Arslan qısa bir vida çıxışı etdi. İyun ayının sonuna doğru vəzifəsini bitirib Ankaraya qayıdacağını söylədi. Əslində bəlkə qısa vaxtda ədəbi-mədəni mühitdə yetərincə tanınan, nüfuza malik olan Seyid Əhməd bə... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.