text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Yolunuz açıq olsun, Türkiyənin və Azərbaycanın dəyərli övladı! “Çəkilən zəhmətlərə dəyəcəkmi, alınacaqmı?” tərəddüdləri də öz yerində. Amma başlamalısan, həyat başlanğıcların üzərində qurulub. Elə ümidi, inamı, tərəddüdü və bəzən də şübhəni tutalğac edib başlamalısan. Nə istədiyini, nələrə varmaq istədiyini, nələr yara...
ANL
Közərən xatirələrin poetik ünvanı. Kədərlə elə qolboyun olmuşam ki, sevinc də qapımdan içəri girib, bizi ayırmağa cəsarət etmir. Axır vaxtlar hamının qaçıb canını qurtarmağa çalışdığı bu yaş ovqatımdan qopmaq çox çətindir mənə. İnsanı xəfəliyə çəkib, özünə çökdürən bu civərək duyğu heç bilmirən nə vaxt gəlir, hardan gə...
ANL
Dastan təfəkkürünün roman təzahürü. Azərbaycan romanının hansı ideya-estetik, poetexnoloji mənbələr əsasında formalaşdığı sualı ortaya çıxanda verilən çox müxtəlif cavablar içərisində biri (görünür, ən mükəmməli!) Doğrudur, bizim ən görkəmli romançılarımız Qərbdən çox şeylər əxz etmişlər, ancaq fakt faktlığında qalır k...
ANL
“Tanrının kölgəsi” kitabının təqdimatı olub. İyunun 19-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda gənc şair Emin Pirinin “Tanrının kölgəsi” şeirlər kitabının təqdimatı keçirilib. Birliyin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Emin Pirinin yaradıcılığı haqqında iştirakçıları məlumatlandırıb...
ANL
Anarın “Göz muncuğu” romanı Türkiyədə işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın “Göz muncuğu” romanı bugünlərdə Türkiyədə, “Bəngü” yayın evində türkcə çapdan çıxıb. Əsəri türk dilinə tərcüməçi Seyfəddin Altaylı çevirib. Kitabın arxa qapağında yazılıb: “Anar yalnız Azərbaycanın deyil, b...
ANL
“Gəncləşən muğam”ın daha bir təntənəsi. Azərbaycan şifahi ənənəli professional musiqisinin bir qolu olan muğam sənəti xalqımızın çox böyük ehtiram bəslədiyi janr olaraq əsrlərdən bəri ifa olunur və yaşayır. Şübhəsiz ki, hər zaman sevilərək ifa olunan və dinlənilən bu janr son dövrdə daha da diqqət mərkəzindədir. XXI əs...
ANL
“Cəngi” Azərbaycanın qədim milli rəqsidi. Ta qədimdən, pəhləvan yarışlarından əvvəl, ya sonra, bəzən də döyüşlər zamanı “Cəngi” çalınarmış. Dahi Üzeyir bəyin “Koroğlu” operasında “Cəngi”dən istifadə etməsi bu rəqs haqqında çox şey deyir. Mərhum Rafiq Babayevin isə estrada-folklor ansamblını yaradarkən qrupa bu adı verm...
ANL
Bu da bizim olana sahib çıxmaq, bizə məxsus olanı qorumaq, saxlamaq istəyidi. Ermənilərin özününküləşdirməyə çalışdığı “Sarı gəlin”in səsləndirilməsindən, qonaqlara açdığımız süfrələrimizə qonşularımızın öz adlarına çıxarmaq istədikləri yeməklərimizin düzülməsinə kimi hər şey bunun üçündü. Sivil, mədəni yolla “Sarı gəl...
ANL
Müasir Azərbaycan ədəbiyyatında postmodernizm. "Yarımçıq əlyazma" postmodernizmin əksər texnika və prinsiplərini özündə ifadə etdirən, postmodernist dekonstruksiyasının milli metafizik dünyagörüşümüzün əsaslarından olan klassik mətnlərə tətbiq edildiyi ilkin uğurlu romanlardan biridir. Romanın yüksək bədii təfəkkür və ...
ANL
Muzey Mərkəzində "Kofe rəngi" sərgilənir. Muzey Mərkəzinin Sərgi Qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və "Cofe planet" şirkətinin dəstəyi ilə "Kofe rəngi" adlı sərgi açılıb. Açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev təmsil etdiyi qurumun böyük art-layi...
ANL
“Azərbaycanca-Gürcücə lüğət”in təqdimatı keçirilib. İyunun 19-da Azərbaycanda Atatürk Mərkəzi “Azərbaycanca-Gürcücə lüğət” adlı kitabın təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, mərasimində Mərkəzin rəhbəri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov belə bir kitabın nəşr edilməsini Azərbaycan-Gürcüstan xalqları arasında d...
ANL
Naxçıvanda xalq teatrlarının festivalı başlanıb. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında xalq teatrlarının festivalına start verilib. Festival Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il fevralın 7-də imzaladığı "Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin ke...
ANL
Poeziyamızda silinməz imza - Məstan Günər. DƏYƏRLİ ŞAİRİMİZİN YAXINLAŞMAQDA OLAN 80 İLLİYİNƏ. Məstan Dəmirçioğlu. Bu imzalar əlli ildən artıq poeziya yolçusu olan bir şairin tanıtmaları idi. Amma hansı imzaynan çıxış etməyinə baxmayaraq bir şeirindən, hətta bir misrasından bilirdik ki, bu şeir Məstanındır. Bəli, o, dəm...
ANL
Hava küləkli və yağışlı olduğundan coğrafiya müəllimi axırıncı dərsdən uşaqları bir az tez buraxdı. Sinif yoldaşım Kamillə tələsik gəlirdik ki, yolda çox islanmayaq. O bizi görən kimi birnəfəsə dedi: - Xəbəriniz var, Canəli kişinin oğlu İltimas axşam canavar vurub. Uzaq olsa da, leşini də gətirib atıb həyətlərinə! Odee...
ANL
Martin MakDonaxın tamaşaları Gənc Tamaşaçılar Teatrında. Dövlət Gənc Tamaşaçılar Teatrı Birinci Avropa Oyunları çərçivəsində repertuarında olan ən maraqlı Azərbaycan və dünya dramaturgiya nümunələrini şəhərimizin qonaqlarına, eləcə də yerli tamaşaçılarına təqdim etməkdə davam edir. Belə səhnə əsərlərindən biri də Oskar...
ANL
"Lahıc" sənədli filmi Polşada mükafat qazanıb. Festivalın münsiflər heyətinin üzvləri kino, media və turizm sahəsində dünyada tanınmış şəxslərdir. Festivalın münsiflər heyətinə Oskar mükafatı laureatı Zbiqnev Zmudski sədrlik edib. Festivalda dünyanın müxtəlif ölkələrindən 160 film iştirak edib. "Ekologiya" nominasiyası...
ANL
Muzey əşyalarının bərpa və konservasiya işləri müzakirə edilib. Mədəniyyət və Turizm Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində növbəti elmi bərpa şurası keçirilib. Elmi şuranın iclasında son aylar ərzində mərkəzdə bərpa və konservasiya olunmuş Yevlax, Lerik, Masallı, Ağsu, Astara və digə...
ANL
Xalq arasında "Torpaqqala" və "Bəyimli qalası" kimi tanınan, ilk orta əsrlər dövrünə aid 12 hektar sahəni əhatə edən şəhər qalıqları Girdiman çayının sol sahilində Ağsu rayonunun Çiyni bələdiyyəsinə aid Bəyimli kəndi ərazisində yerləşir. Abidənin ərazisi uzun illər ərzində əkin yeri kimi istifadə olunmuş, bunun nəticəs...
ANL
Azərbaycanın turizm potensialı Dnepropetrovskda sərgilənir. Dnepropetrovskda "Azərbaycan-Ukrayna Gənclər İttifaqı" İctimai Təşkilatının təşkilatçılığı ilə Azərbaycanın turizm potensialına və Birinci Avropa Oyunlarına həsr olunmuş "fotosuşka" (sərgi) keçirilib. Qeyd edək ki, "fotosuşka" fotoqrafiya mübadiləsini nəzərdə ...
ANL
Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Qubanın yeri və rolu. Quba rayonu təkcə səfalı təbiətinə görə deyil, həm də tarixi və mədəni sərvətlərinə görə seçilən bölgələrimizdən biridir. Qafqaz Albaniyasında Xobota şəhəri haqqında məlumat verən Karl von Pruner həmçinin qədim mənbələrdə Firuz Qubad adlanan şəhərin...
ANL
Təmayüllü təlim haqqında. Hər şeydən öncə, "təmayüllü təlim" və "təmayüllü məktəb" anlayışlarını bir-birindən fərqləndirmək lazımdır. Təmayüllü təlim - yuxarı sinif şagirdlərinin meyl, maraq və qabiliyyətləri maksimum nəzərə alınmaqla, təlim prosesinin strukturunda, məzmununda və təşkilində dəyişikliklər aparmaq hesabı...
ANL
Naxçıvanın fundamental tarixinin yazılmasının ikinci mərhələsi uğurla yekunlaşıb. "NAXÇIVAN TARİXİ"NİN İKİNCİ CİLDİNİN MƏZMUNU VƏ MAHİYYƏTİ BUNU DEMƏYƏ ƏSAS VERİR. "Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. Tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifəl...
ANL
Şabranda Xaqani poeziya bayramı keçirilib. “Ölkəmizdə ədəbiyyata və mədəniyyətə xüsusi dövlət qayğısının göstərildiyi hər kəsə bəllidir. Məlum olduğu kimi, Azərbaycanda sözügedən sahələrə diqqət və qayğı siyasətinin əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Eyni zamanda, cənab İlham Əliyevin dövlət ba...
ANL
Əbülfəs Qarayev Neftçalada vətəndaşları qəbul edib. Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşlarla görüşləri davam edir. Ötən gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Şirvan şəhəri, Neftçala, Bil...
ANL
Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Qubanın yeri və rolu. Xınalıq kəndinin əhalisi dünyada ona heç oxşarı olmayan unikal bir dildə danışırlar. Bu dili xınalıqlılar Kətiş dili adlandırırlar. Kətiş dilini bəzi mütəxəssislər Şimali Qafqaz ailə qrupunun Nax-Dağıstan dil ailəsinə aid edirlər. Digər mütəxəssislə...
ANL
Anti-Azərbaycan şəbəkəsinin növbəti həmləsi - OCCRP. "AZADLIQ" RADİOSUNDA ÜZƏ ÇIXAN KORRUPSİYA HALLARI QƏRB İNSTİTUTLARI İLƏ ƏLAQƏLİ FƏALİYYƏT GÖSTƏRƏN TƏŞKİLATLARDA DA MÖVCUDDUR". Anti-Azərbaycan qüvvələri dövlətimizin əleyhinə qərəzli kampaniya apararaq Birinci Avropa Oyunlarını "boykot" etməyə çalışsalar da onlar mə...
ANL
Eldar İbrahimov:"Almaniyanın anti-Azərbaycan "xor"unda yer alması hiddət doğurur". "Almaniyanın bəzi dairələri tərəfindən son zamanlar Azərbaycana qarşı atılan haqsız addımlar böyük təəssüf hissi doğurur". Bunu mətbuata açıqlamasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov dilə gətirib. Onun ...
ANL
Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Qubanın yeri və rolu. Quba rayonu təkcə səfalı təbiətinə görə deyil, həm də tarixi və mədəni sərvətlərinə görə seçilən bölgələrimizdən biridir. Çox sayda etnik qrupun yurd yeri, misilsiz təbiətə malik dağ kəndlərinin üstünlük təşkil etdiyi unikal bölgələrimizdən biri ola...
ANL
Dünya bir nəğmədir... İstedadlı şair dostum Yusif Nəğməkarın 60 illik yubileyi münasibətilə. Dünya bir nəğmədir, Yusif Nəğməkar, Dürüst oxuyana, çalana əhsən. Duzlu göz yaşını içib nəğmənin, Ondan öz kamını alana əhsən! Skripka deyilən sinə kamanı, Köksündə göynədir ahı-amanı. Sazın tellərində qopan tufanı, Təzə tufanl...
ANL
Təbərik xalanın oğlu Moskvada oxuyurdu. Yay tətillərində kəndə gələndə bəzi xırda-xuruş alıb gətirib kənd əhlinə altdan-altdan satardı ki, yol pulunu çıxartsın. Ona görə altdan-altdan ki, Sovet vaxtı alver cinayət sayılardı, tələbənin bu işə “qurşanması” isə ikiqat cinayət olardı, yazığı buna görə ali məktəbdən qova da...
ANL
Cavidin “İblis”, Saramaqonun “İsanın İncili” əsərlərində İblis surətləri. Nobel mükafatı laureatı olan Portuqaliya yazıçısı Joze Saramaqonun (1922-1999) “İsanın incili” romanı mənəvi baxımdan dərin duyğu və düşüncələri əks etdirən nadir sənət nümunəsidir. Romanda uzun əsrlər boyu davam edən dini müzakirələr, gizli tari...
ANL
Dördüncü yazı. Bir çoxları elm məbədinə ona görə daxil olurlar ki, burda onlar öz potensiallarını tam açmağa imkan verir (İdmançılar idmandan ləzzət aldıqları kimi bu insanlar da elmi fəaliyyətdən ləzzət alırlar). Ancaq başqa bir qisim alimlər elmə təsadüfən gəlirlər və öz ağıllarını yüksək əmək haqqı və mükafat xətrin...
ANL
Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi. Çin zəngin tarixə və unikal mədəniyyətə malik olan bir ölkədir. Dünyaya Konfutsi kimi dahini vermiş bu ölkə təəccüb doğuran kontrastlara, göz oxşayan landşafta malik olmaqla, həm də göydələnlərin bəzədiyi müasir şəhərləri ilə seçilir. Şimala uzanan Qobi səhrasının hə...
ANL
Tamaşaçı olmayanlar teatrdan nə istəyir? Çexovun məşhur “Qağayı” əsərində Şamrayev keçmiş teatrın xiffətini eləyib təəssüf hissi ilə söylənir: “1873-cü ildə bilirsiniz o, yarmarkada necə oynayırdı? İnsanlar qəşş edirdilər. İndi belə aktyorlar yoxdur. Əvvəlki aktyorlar qollu-budaqlı palıd kimi əzəmətliydilər, indikilər ...
ANL
Ədəbiyyatın bədii-fəlsəfi gücü onun “balaca boy” janrında - lirik poeziyadadır. Təsadüfi deyil ki, min ildən artıq möhtəşəm bir dövrdə Azərbaycan ədəbiyyatını həm Şərq, həm də dünya ədəbi-tarixi prosesində əsasən şeirlə təmsil olunub. Yazılı klassik ədəbiyyatımızda qəzəl, qəsidə, rübai şifahi poeziyamızda, o cümlədən, ...
ANL
- Cənab səfir, Azərbaycanın Xocalı şəhərində baş vermiş dəhşətli hadisələrdən 23 il ötdü. Dövlətiniz erməni təcavüzünün tanınması üçün “Xocaliya Ədalət” adlı beynəlxalq kampaniyaya start verib, Yunanıstanda ilk dəfə olaraq bir neçə şəhərdə bu kampanıya keçirilib. Yüzlərlə tələbə və sakin ictimai şəkildə öz dəstəklərini...
ANL
Azərbaycançılıq ideyasının təbliği. İki böyük yaradıcı şəxsiyyətin - Üzeyir Hacıbəyli və Əhməd Cavadın əsəri olan Azərbaycan Himnini hər eşidəndə məni kövrəldən “Səndən ötrü can verməyə cümlə hazırız...” misrasında insanı hədsiz qürurlandıran bir çalar var. Bu da mətndəki “cümlə” ifadəsi ilə təsbit olunan milli, dini m...
ANL
Geniş yaradıcılıq imkanları və təkamül zərurəti. Azərbaycan ədəbi mətbuatında yarım əsrə yaxındır ki, gənclik nəşri kimi “Ulduz” jurnalı yeni yaradıcı nəslin ən davamlı və mötəbər ədəbiyyat kürsüsüdür. Ədəbi gəncliyin yaradıcılıq axtarışlarını, boy artımını, eksperimentlərini, üslub müxtəlifliklərini, uğurlarını və kəs...
ANL
Seyid Əhməd Arslana Bəxtiyar Vahabzadə Mükafatı təqdim olundu. TÜRKİYƏNİN MƏDƏNİYYƏT VƏ TANITMA MÜŞAVİRİ İLƏ AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNDƏ KEÇİRİLƏN VİDA TƏDBİRİNDƏ “ÇANAQQALA. Ötən gün Yazıçılar Birliyində «Çanaqqala. Milli ruh» kitabının təqdimatı və Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşa...
ANL
Orfoqrafiya qaydalarının təkmilləşdirilməsinə ciddi ehtiyac var. Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dili neçə yüz illərdir ki, onun milli-mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Ona görə də ana dili hər bir xalqın qürur mənbəyidir. Tarix boyu başı min cür bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zam...
ANL
Bu da bizim olana sahib çıxmaq, bizə məxsus olanı qorumaq, saxlamaq istəyidi. Ermənilərin özününküləşdirməyə çalışdığı “Sarı gəlin”in səsləndirilməsindən, qonaqlara açdığımız süfrələrimizə qonşularımızın öz adlarına çıxarmaq istədikləri yeməklərimizin düzülməsinə kimi hər şey bunun üçündü. Sivil, mədəni yolla “Sarı gəl...
ANL
Anti-Azərbaycan şəbəkəsinin Avropa mərkəzi. Artıq Avropada anti-Azərbaycan kampaniyasının mərkəzində Almaniyanın dayandığı sübut olunub. Təsadüfi deyil ki, Avropa Parlamenti və Avropa Şurasında ölkəmiz əleyhinə qəbul olunan qərarlarda ermənipərəst mövqeyi ilə seçilən Martin Şults, Elmar Brok kimi alman siyasətçiləri fə...
ANL
Zaqatalada “Bilik” və “Multikulturalizm” dəyərləri ilə bağlı tədbirlər keçirildi. “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2015-ci il tarixli Sərəncamının icrası ilə bağlı millətlərarası, multikulturalizm və dini ...
ANL
Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində monopoliya güclənib”. “ATƏT-in Minsk qrupunun vasitəçiliyində son vaxtlar diqqət çəkən məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində monopoliyaçılığı gücləndirmələridir”. Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktor...
ANL
Bugünkü gənclərin vətənpərvərlik, vətəndaşlıq, azərbaycançılıq ruhunda böyüməsində, onların özlərinə karyera qurmaq yolunda dəstəklənməsində müstəsna rolu olan “İrəli” Gənclər Təşkilatı ilə mənim sıx əlaqələrim var. Bu təşkilatın bir sıra maraqlı layihələrində mənim də iştirakım olur. Lap bu günlərdə təşkilatın “Gənc Ə...
ANL
Solmayan sətirlərin işığında: Əziz Şərifdən yadigar məktublar. AZƏRBAYCAN ƏDƏBİ VƏ ELMİ-İCTİMAİ FİKRİNDƏ MİSİLSİZ MÖVQEYƏ MALİK ALİMİN 120 İLLİYİ TAMAM OLUR. Vaxtilə qədim bir mülk Naxçıvanda çox maraqlı və kədərli hadisələrin şahidi kimi hamının diqqət mərkəzində idi. 300 il yaşı olan bu mülkdə fədakar zadəgan qızı, g...
ANL
Vüqar Əlisoyun lövhələri. Vüqar Əlisoyun şeirləri nə vaxtdır ki, əlimin altındadır- kompüterimin “iş stolu”nda. Özüm xahiş edib götürmüşəm, oxumağa isə vaxtım yoxdur. Sonra əmin olacam ki, yox, vaxtı lənətləmək lazım deyilmiş- sadəcə ovqatım o olmayıb. Və qəribədir ki, günün sonunda kompüterimi söndürmək istəyərkən “iş...
ANL
Yaz lövhələri. yellənən yengəciklər. çiçəklərin. nazını çəkir, başına dönür. bəmbəyaz, çəhrayı. gəlinciklər. meyvə olacağını düşünür. çəpərin dibində. ayağı yerdən, əli göydən üzülmüş. nəm torpağa gömülmüş. qoca çinar... sinəsində yamyaşıl fidanlar, şivlənmək eşqilə. pöhrələr, nəmyaşıl təbəssümlə. günəşə gülümsünür. Hə...
ANL
Kamal Abdullayev: “Prezidentin Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq təşəbbüsü real həllini tapacaq”. Multikulturalizm həyat tərzimizdir. Müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı əlaqələrini dərinləşdirən qloballaşma dövründə istər ölkədaxili, istər də beynəlxalq müstəvidə multikult...
ANL
Həqiqət və Rəzalət. Yazıçı Əli İldırımoğlunun “Daş yağan gün” romanındakı bir epizodun bu günümüz üçün də çox aktual olduğunu nəzərə alıb oxuculara təqdim edirik. Eduard Çeburdanidze sözünə fasilə verib nəyi isə deməyə tərəddüd edirmiş kimi fikrə getdi və bir siqaret yandırıb kinayə ilə: – Qəribədir, – dedi, – siz də b...
ANL
Ləyaqətlər və qüsurlar tarixin sınmayan güzgüsündə. “Özümə gəldikdə mən elmdə məskun olanlardan biri deyiləm. Mən keçmişi sadəcə sevənlərdən və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm”. (Əvvəli ötən şənbə saylarımızda). Sulla istədiyi adama – gözəl qadınlara, müğənnilərə, mimik aktyorlara bütöv xalqların torpaqların...
ANL
Şair Əkbər Qoşalı: “Ədəbiyyat dünyanı xilas cəhdidir”. Universitetdə oxuyanda Atatürk Mərkəzinə praktikaya getmişdik. Məlum oldu ki, bizim praktika rəhbərimiz Əkbər Qoşalı adlı bir şair olacaq. Elə ilk tanışlıqda “dağ adamı” (gülümsər, qırmızıyanaq) təsiri bağışlayan Əkbər müəllim ürəyimə yatdı. Sonralar onunla dostlaş...
ANL
Rəsul Rza poeziyasında milli qurtuluş motivləri. XX yüzilin poetik təfəkküründə izini və imzasını qoyan qüdrətli sənətkarlardan biri Rəsul Rzadır. Bu cəhətdən onu dünya poeziyasını öz estetik təcrübələri və yenilikləri ilə zənginləşdirən Giyom Apolliner, Vladimir Mayakovski, Nazim Hikmət, Emil Verxarn, Pol Elyuar, Edua...
ANL
Çoxlarının arzuladığı, amma giriş izni olmadıqları bir aləmin – şeir-sənət, mənəviyyat dünyasının sakini, fəxrimiz Hacı Oqtaya, böyük ehtiramla. Xeyli vaxtdır, görünmürəm mən ortada. Uzaqdayam indi fani qayğılardan. Bilmirlər ki, doymuşam mən röyalardan. Baş vururam aləmlərə min sualla, Mələk məni arındırır xəyallardan...
ANL
Elçinin "Teleskop" əsərinin London premyerası böyük maraqla qarşılanıb. "Buta" İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən ikinci Beynəlxalq "Buta" incəsənət festivalı çərçivəsində Azərbaycanın Xalq yazıçısı Elçinin "Teleskop" əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib. İngilis dil...
ANL
Təkrarsız səs, misilsiz avaz və yanğılı "Laçınım" harayı. Ata, ana, bacı və qardaşlar əzizlərinin itkisi üçün qəmə batarlar, ağlayarlar, sızlayarlar, ah-nalə edərlər, ürəklərinin yanğısını, alovunu bir azca da olsa ovundurmağa çalışarlar. Səbrlə, təmkinlə, yavaş-yavaş təsəlli ilə dözərlər. Bəs onda dilsiz, ağızsız dağl...
ANL
TV kanalları acı bir xəbər yaydı: böyük türk yazıçısı Yaşar Kamal uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir. Bu böyük yazarla bir neçə dəfə şəxsən görüşmək mənə də nəsib olmuşdu. Yaxın günlərdə işıq üzü görəcək "Kərəm kimi" kitabımın bir bölümü "Nazımın çağdaşları" adlanır. Bu bölümdən Yaşar Kamala aid olan hiss...
ANL
Fəttah Heydərov:"Millət öz kökündən qopmamalıdır". "AZƏRBAYCAN XALQI HƏMİŞƏ ÖZ MƏNƏVİ DƏYƏRLƏRİNİ QORUMAĞA QADİRDİR". Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun "525"ə müsahibəsi. - Fəttah müəllim, siz millət vəkili, siyasətçi, uzun illər müxtəlif rəhbər və...
ANL
"Yol" filmi İranda keçirilən festivalın baş mükafatını alıb. Rejissor Fehruz Şamıyevin quruluş verdiyi "Yol" filmi İranda keçirilən IX "Ruyesh" Beynəlxalq qısametrajlı film festivalının baş mükafatına layiq görülüb. Rejissor filmin festivalın "Müsəlman ölkələri" proqramında qalib olduğunu bildirib: "Filmdə baş qəhrəman...
ANL
Ülvi hisslərin poetik vəhdəti. Azərbaycan zəriflərinin bədii sözə marağı, öz duyğu və düşüncələrini poeziya dili ilə nəsrlə, publisistik yazılarla ifadə etməsi ənənədən gəlir. Mərhum yazıçımız, professor Əzizə xanım Cəfərzadənin "Azərbaycanın şair və aşıq qadınları" toplusunda XII əsrdən XX əsrə qədər dərdi-dilini, ürə...
ANL
Fikrət Əmirov musiqisi Meksikada səslənib. Meksikanın paytaxtı Mexiko şəhərində Livan Respublikasının Mədəniyyət Günləri çərçivəsində silsilə konsert proqramları təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Mexiko şəhər filarmonik orkestrinin ifasında xalqımızın böyük bəstəkarı Fikrət Əmirovun "Ərəb möv...
ANL
Bakıda Türk Uşaq Ədəbiyyatı həftəsi keçirilir. Bakıda Türk Uşaq Ədəbiyyatı həftəsinə start verilib. Tədbir Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ilə Türkiyə Baş Nazirliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə layihəsi çərçivəsində baş tutub. R. Behbudov adına Dövlət Mahnı Teatrında t...
ANL
Ötən gün Yazıçılar Birliyində (AYB) gənc yazar Ramil Əhmədin aybkitab layihəsi çərçivəsində nəşr edilən "Zaman tuneli" kitabının imza günü keçirilib. Birliyin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid gənc müəllifi təbrik edərək, həm onun haqqında, həm də aybkitab layihəsi barədə fikirlərini bölüşüb: "Ramil Əh...
ANL
"İncəsənət və zərgərlik" sərgisi açılıb. Heydər Əliyev Mərkəzində "İncəsənət və zərgərlik" (Art and Jewellery) sərgisinin açılış mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub. Sərgidə məşhur "Stephen Webster" brendi tərəfindən Leyla Əliyevanın rəsmlərinin motivləri əsası...
ANL
"Bölgələrdən paytaxta"nın növbəti tədbiri Qəbələyə həsr edilib. Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" adlı yeni layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdir. Layihə çərçivəsində növbəti tədbir Qəbələyə həsr olunub. Tədbir Bakı ş...
ANL
Səhnəmizin fədakar xadimi İbrahim İsfahanlı. Tiflisin azərbaycanlı mühitinin mədəni tərəqqisində mühüm rol oynayan Tiflis Azərbaycan Teatrı 1873-cü ildə yaranıb. İctimai teatr kimi fəaliyyətə başlayan mədəniyyət ocağı ötən illər ərzində ətrafında peşəkar aktyor ordusu birləşdirməyə müvəffəq olub. Kadr potensialı, ustal...
ANL
- Novruz müəllim, bir musiqi, bir mədəniyyət, bir sənət adamı kimi Azərbaycan musiqisinin, Azərbaycan mədəniyyətinin bugünkü durumunu qənaətbəxş hesab edirsinizmi? Ötən illərlə - təxminən, 60-80-ci illərlə müqayisədə son illər Azərbaycan mədəniyyətində qazandıqlarımız çoxdur, yoxsa itirdiklərimiz? Dünyanı başına götürə...
ANL
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı. Hər bir dövlətin, cəmiyyətin gələcəyini indiki uşaqlar və gənclər müəyyən edir. Bu mənada gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsi və digər vacib amillər onların gələcəkdə cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır. Müstəqill...
ANL
Qızlarıma, nəvələrimə. Gözlərimə bəs eləmir. Yerə-göyə bəs eləyən. Dünyamızın dərdinə yaz. Böyük yola əl uzadan. yerlər, göylər bihuş olan. bənövşəyə, nərgizə də. Mən Rəşiddən incik düşən. Şirin-şəkər xəyalına, Kola-kosa ilişəndə. Əllərimin qan xalına gülənlərin. Sorğusuna-sualına düşən işıq!.. yola-izə səpələnən. işıq...
ANL
"Muğam aləmi" ərəfəsində daha bir konsert. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə keçirilən IV Beynəlxalq Muğam Festivalına həsr olunmuş silsilə tədbirlər davam edir. "Çahargah" dəstgahına həsr olunan növbəti konsert əməkdar artistlər Teyyub Aslanov, Ruzə İbiş...
ANL
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə fevral ayı ərzində "Bakı-2015" ilk Avropa Oyunlarına həsr olunmuş "Bizim olimpiada" adlı festival gerçəkləşdirilib. Festival Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin, uşaq musiqi və incəsənət məktəblərinin ş...
ANL
"Azərbaycanda Qafqaz almanları muzeyi" müzakirə edilib. Mədəniyyət və Turizm Nazirliyində "Azərbaycanda Qafqaz almanları muzeyi" konsepsiyası layihəsinin müzakirəsi keçirilib. Müzakirədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayey, nazir müavini Sevda Məmmədəliyeva, nazirliyin məsul işçiləri, Almaniyanın ölkəmizdəki sə...
ANL
Fransada Azərbaycan cazının təqdimatı olub. Azərbaycanın Fransadakı səfirliyinin, Bezye şəhər meriyasının və Azərbaycanın Dostları Assosiasiyasının dəstəyi ilə, sözügedən şəhərdə ifaçılarımızın etno-caz janrında geniş konsert proqramı təşkil edilib. Mərasimi açan Bezye şəhərinin meri Rober Menar Azərbaycanın qədim tari...
ANL
Rusiyada Nəriman Nərimanov haqqında kitab buraxılıb. Moskvada məşhur rusiyalı tarixçi-qafqazşünas, professor Rudolf İvanovun "Ölüm-dirim savaşı. Açılmış arxivlər Nəriman Nərimanovun Azərbaycanda bolşevizm təhriflərinə qarşı mübarizəsinin sirlərini üzə çıxarır" adlı kitabı nəşr edilib. Yeni nəşrin təqdimatı M.İ.Rudomino...
ANL
Düşüncə şairi, düşüncələrimin şairi. Rəsul Rza deyəndə öncə gözümün qabağına bir şəkil gəlir. Duyğulu-düşüncəli, azca da sifətinə təbəssüm qonmuş bir portret. Təbii ki, evimizdəki kitabxanada. Portretin altında da əlyazma ilə R.Rza imzası. Ədəbiyyata marağım kitablarla lap erkən ünsiyyətimin təməlini qoymuşdu. (Atam Ad...
ANL
Yaşı minillərlə ölçülən ənənələrimiz: Laçında Çərşənbə və Novruz mərasimləri. Vətən torpağının hər daşı qəhrəmanlıq tariximizin bir sirrini özündə yaşadır. Xalqın qazandığı qələbələr də, dücar olduğu fəlakətlər də bir çox yurd yerlərində, adlarında əbədiləşmiş və canlı tarixə çevrilib. Laçın dağları deyilən yurdumuzun ...
ANL
Azərbaycan Dillər Universitetində konfrans. Dünən Azərbaycan Dillər Universitetində "Qadınların ictimai, iqtisadi və sosial sahələrdə hüquqlarının qorunması" mövzusunda konfrans keçirilib. Univeristetin Qadınlar Şurasının sədri, professor Məsməxanım Qazıyeva qadınların ailə və cəmiyyət həyatında iştirakının olmadığı ha...
ANL
Novruz Nəcəfoğlunun türkiyəli oxucularla növbəti görüşü - "Bəmbəyaz keçiddə". Bugünlərdə Türkiyədə tanınmış nasir Novruz Nəcəfoğlunun "Bəmbəyaz keçiddə" kitabı çapdan çıxıb. Kitabda Türkiyənin tanınmış yazarı İmdat Avşarın tərcüməsində ədibin iki povesti və bir-birindən maraqlı yeddi hekayəsi yer alıb. Bakı Dövlət Univ...
ANL
Fazil Güney "Yalanın gerçəkliyi"ni təqdim edib. Martın 4-də Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda yazıçı Fazil Güneyin "Yalanın gerçəkliyi" kitabının təqdimatı olub. "Azərtac"ın xəbərinə görə, mədəniyyət xadimlərinin, ədəbiyyatşünasların və ədəbiyyatsevərlərin iştirak etdikləri tədbirdə kitabın məziyyətlər...
ANL
Nurəngiz Gün Yazıçılar Birliyində yad edilib. Ötən gün Azərbaycan Yazıçılar Birliyində unudulmaz şairə Nurəngiz Günün anım mərasimi keçirilib. Mərasimi şair Elçin İsgəndərzadə açaraq bu günü anım mərasimi kimi yox, əbədiyaşarlıq bayramı kimi səciyyələndirib. E. İsgəndərzadə bildirib ki, Nurəngiz Gün hələ Sovet dönəmind...
ANL
Səməndər Rzayev Dövlət Film Fondunda anılıb. Martın 4-də Dövlət Film Fondunda Səməndər Rzayevin 70 illik yubileyi qeyd olunub. Fonddan APA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçirilən yubiley tədbirin...
ANL
Alim və müəllim şəxsiyyətinin miqyası. İnsan var ki, bioqrafiyasının təqvim faktları onun kim olduğunu, fəaliyyətinin qiymətini, insanlıq keyfiyyətini dərhal üzə çıxarır. Belə insanın ömür yolunda baş verən hadisə və faktların onun ictimai rəydə yer tutmasına, xalq arasında ləyaqət nümunəsi kimi tanınmasına xidmət edir...
ANL
Füzuli səltənətinin əsgəri. Əlimin altinda olan kitabları cəmləyib vərəqlədikcə, dəfələrlə oxuduğum ayrı-ayrı məqalələrə ötəri nəzər saldıqca ağlıma bir fikir gəldi: kaş, şəxsiyyətinə və qələminə böyük hörmət bəslədiyim bu söz adamı ya şair olaydı, ya da yazıçı. Mən də onun kitabları barədə tutarlı söz deməkdə çətinlik...
ANL
Ədəbi-mədəni təmaslarda Abbasqulu ağa Bakıxanov nümunəsi. XIX əsrin ilk onilliklərindən etibarən Azərbaycan ədəbiyyatı, maarif və ictimai fikrinin bir çox tanınmış nümayəndələri Tiflis ədəbi-ictimai mühiti ilə sıx bağlı şəkildə fəaliyyət göstərib. Onların yaradıcılığının inkişafına, əsərlərində qabaqcıl, demokratik mey...
ANL
DOST İTKİSİ. Unudulmaz dostum Həsən Mirzənin xatirəsinə. Qönçələnməz nə çiçəyim, nə gülüm, Bir də daha yaşıllaşmaz səmənim. Həsən Mirzə, uçdu ömrün sarayı, Yoxa çıxdı igidlərin harayı. Hanı indi dalğalanan dağ çayı, Hanı indi buzlu suda çimənim? Harda qaldı Mirzalının məzarı, Hara düşdü İbrahimin güzarı. Onlar yoxdu, ö...
ANL
Ölümə çəkdi. Ömür dənmiş dəyirmanda, Üyüdüb bəlimə çəkdi. Bu bəxtimin qarasını gülə tut, Yaralıyam, yarasını külə tut, İrfanidə gedənləri dilə, tut, Ruhani çal, Ruhani çal əfəndim. Zamana bax, sınağında qalmışam, Onun-bunun qınağında qalmışam, Güneylərin yanağında qalmışam, Ruhani çal, Ruhani çal, əfəndim. Canımda bir ...
ANL
Milli teatr bayramı. 142 il bundan əvvəl, başda görkəmli maarifçi Həsənbəy Zərdabi olmaqla, bir qrup azərbaycanlı ziyalının, dahi Mirzə Fətəli Axundzadənin 22 il qabaq yaratdığı “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasına səhnə həyatı verməsi ilə milli teatr tariximizin ilk səhifəsi yazıldı. Şərqdə ilk peşəkar teatr...
ANL
Şabranlıların dəyər verdikləri və unutmadıqları insan. Zəhmli səslənən prokuror sözü latın dilindən götürülüb. Qədim Romada belə bir vəzifə sahibi var idi – prokurator və o, geniş səlahiyyətli şəxs sayılırdı. Habil Qurbanovun bizim Şabran rayonunda prokuror işlədiyi illərdə – 1996-cı ildə mən AzTV-nin “Xəbərlər” proqra...
ANL
Rənglərə boyanmış ömür. İş yerimdə Abdulla müəllimin kitab rəfinə tez-tez baxıram. Onda hər zaman maraqlı kitablar olur. Bir gün yenə onunla söhbətdən sonra kitab şkafına nəzər saldığımda Azərbaycanın Xalq rəssamı Davud Kazımov haqqında nəfis tərtibatda çap olunmuş kitabı gördüm. Götürüb vərəqlədim, bu gözəl insan və u...
ANL
Ləyaqətlər və qüsurlar tarixin sınmayan güzgüsündə. “Özümə gəldikdə mən elmdə məskun olanlardan biri deyiləm. Mən keçmişi sadəcə sevənlərdən və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm”. (Əvvəli ötən şənbə saylarımızda). Qəddarlıq ən nifrətəlayiq qüsurdur. Qüsurlar insan xarakterinin nöqsanlı cəhətləri olmaqla, onun ...
ANL
Həqiqət və Rəzalət. Yazıçı Əli İldırımoğlunun “Daş yağan gün” romanındakı bir epizodun bu günümüz üçün də çox aktual olduğunu nəzərə alıb oxuculara təqdim edirik. – Bir halda ki, söhbəti dərinləşdirdiniz, imkan verin fikrimi tamamlayım. Andranikin qoçaq, ütük adam olduğuna şübhə etmirəm. Lakin Andranikin faciəsi ondadı...
ANL
Kamal Abdullayev:“Prezident multikultural təhlükəsizliyi təmin etmək məqsədilə böyük iş aparır”. Multikulturalizm həyat tərzimizdir. Azərbaycanın zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə malik olmasını beynəlxalq aləm açıq şəkildə etiraf və qəbul edir. Ölkəmiz milli-mədəni müxtəlifliyinə və etnik-di...
ANL
Ölüm də Ömürmüş... Yunan mifologiyasına görə, xalq Palıddan yaranıb. Belə deyirlər ki, Ön Asiyada Makedoniyalı İsgəndər bir Palıd ağacı əkibmiş ... Bizim xalqın yaddaşında da Palıd müqəddəsliyi yaşayır. Vaqif Səmədoğlu Səməd Vurğunun əkdiyi Palıd ağacıydı! Vaqif Səmədoğlu da getdi. Allahın bir vaqifi də azaldı. “Qardaş...
ANL
Yolumuz zirvələri qarla örtülü, okean səviyyəsindən, sudan 3776 metr hündürlükdə səma ilə qucaqlaşan Fuci dağının ətəklərinədir. Yaponlarda belə bir məsəl var: “Bu dağa ömründə bir dəfə qalxmayan axmaqdır, iki dəfə qalxan isə axmağın lap yekəsidir”. Biz gündoğar ölkənin əsas rəmzi olan, yolu düşən turistlərin, elə macə...
ANL
Qorqudşünaslıq elminin genişlənən imkanları. Dünya dastan yaradıcılığında böyük yeri olan “Kitabi-Dədə Qorqud” dastanlarının taleyində, yayılmasında və cəmiyyətə çatdırılmasında bir neçə böyük hadisə xüsusilə qeyd edilməlidir. Bu hadisələri aşağıdakı kimi konkretləşdirmək olar: * VII əsr – “Kitabi-Dədə Qorqud” dastanla...
ANL
IV Respublika Muğam müsabiqəsinin yekun konserti olub. Milli Konservatoriyada IV Respublika Muğam müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi və yekun konserti keçirilib. Müsabiqə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi, Təhsil Nazirliyi və Mil...
ANL
“Bizim Olimpiada” festivalının qalibləri mükafatlandırılıb. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Q.Abbasov adına mədəniyyət sarayında “Bizim Olimpiada” adlı festivalın qaliblərinə mükafatların təqdimatı ilə bağlı mərasim keçirilib. Bu ilin fevral ayı ərzində qurumun şəbəkəsinə daxil olan mədəni...
ANL
Milli Konservatoriyadan Polad Bülbüloğluya hörmət və məhəbbətlə... Bu yaxınlarda 70 illik yubileyi təntənəli surətdə keçirilən Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar və müğənni, ictimai xadim Polad Bülbüloğlunun həyat və yaradıcılığına nəzər saldıqda onun sənətinə marağın, pərəstişin, sözün əsl mənasında,vurğunlu...
ANL
Gənc yaşlarından siyasətdə... Martın 10-da Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun 55 yaşı tamam olur. Ə.Həsənov Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsu...
ANL
R. Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan aşıq sənətinin tanınmış nümayəndələrindən biri, Şirvan aşıq mühitinin yetirməsi, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aşıq sənəti kafedrasının müdiri Əhliman Rəhimovun 60 illik yubileyi qeyd olun...
ANL