text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
"Azərbaycan: Qərb ilə Şərq arasında körpü" kitabının Londonda təqdimatı olub. Londonda tanınmış yazıçı Yuri Siqovun müəllifi olduğu, Böyük Britaniyada nəşr edilmiş "Azərbaycan: Qərb ilə Şərq arasında körpü" kitabının təqdimatı keçirilib. Kitabı, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə, bu... | ANL |
Parisdə azərbaycanlı rəssamın əsərləri sərgilənir. Fransada rəsm əsərlərinin sərgisini təşkil edən Stella Beynəlxalq İncəsənət Cəmiyyətinin dəstəyi ilə Parisin məşhur "İsveçrə şəhərciyi"nin Beynəlxalq İncəsənət Qalereyasında azərbaycanlı rəssam Nigar Nərimanbəyovanın fərdi sərgisi açılıb. Sərginin açılışında Fransa ict... | ANL |
"Natəvan" qalereyasında "İncə əbədiyyət". Bakıdakı "Natəvan" qalereyasında "İncə əbədiyyət" adlı sərgi açılıb. 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr edilən sərgidə dekorativ-tətbiqi sənət əsərləri nümayiş olunub. "İncə əbədiyyət" layihəsi vitraj, keramika və zərgərlik sənətlərini əhatə edib. Sərgidə rəssamlar Gülnar... | ANL |
Mədəniyyət və İncəsənət Universitetində gənc rəssamın işləri sərgilənir. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində gənc rəssam, Rəssamlar İttifaqının üzvü, ADMİU-nun müəllimi Mətin Şərifovun sərgisi nümyiş olunub. Sərgini Universitetin rektoru, professor Fərəh Əliyeva açaraq, rəssamın işi ilə tanış olduğunu, g... | ANL |
"Azərbaycan qadını" jurnalının yaz buraxılışı təqdim olunub. Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan qadını" jurnalının yaz buraxılışının təqdimat mərasimi keçirilib. Mərasimdə SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Xalq artisti, professor Şəfiqə Məmmədovanın bədii rəhbərliyi ilə Azərbaycanın gənc vokal ifaçıl... | ANL |
NİSƏ BƏYİMİN POEZİYASI HAQQINDA DÜŞÜNCƏLƏR. Səksəninci illərin sonlarında işlədiyim "Azərbaycan" jurnalı redaksiyasına bir qız gəldi, şeirlərini gətirmişdi. Öyrəndik ki, o tələbəlik illərindən şeir yazmağa başlasa da, uzun müddət tərəddüd eləmiş, yazılarını heç yerə göndərməmişdi. Yalnız özünə, sözünə arxayın olandan s... | ANL |
Alim və insan ömrünün işığı. GÖRKƏMLİ ELM XADİMİ PROFESSOR MƏHƏMMƏD HƏSƏNOVUN 85 İLLİYİNƏ. Yaşasaydı, 85 yaşını qeyd edəcəkdik atamın - Azərbaycanın görkəmli metodist-alimlərindən biri, pedaqoji elmlər doktoru, professor Məhəmməd Həsənovun... Artıq 17 ildir ki, mənim üçün çox dəyərli və müqəddəs olan insanın yoxluğuna ... | ANL |
Elçin İsgəndərzadə: "Yazdığım əsərlər sevgiylə yoğrulur". Martın 11-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti görüşü keçirilib. Məktəbin budəfəki qonağı şair, alim Elçin İsgəndərzadə olub. Tədbiri giriş sözü ilə açan GƏM-in koordinatoru Emin Piri Elçin İsgəndərzad... | ANL |
Milli-mənəvi dəyərlərimiz və onları gənc nəslə sevdirmək zərurəti. Dünyanın bütün xalqları kimi, bizim - azərbaycanlıların da özümüzə məxsus milli dəyərlərimiz, adət-ənənəmiz, soykökə bağlılıq və uşaq tərbiyə üsullarımız var. Bu dəyərlər minilliklərin sınağından çıxaraq bugünümuzə gəlib çatıb. Sevindirici haldır ki, xa... | ANL |
Milli maarifçilik və mədəni dirçəliş tariximizdə parlaq imza - Nigar xanım Şıxlinskaya. XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycan çar Rusiyasının işğalı altında olmasına baxmayaraq, bir qrup maarrifpərvər və vətənsevər ziyalımız elm və mədəniyyətin inkişafı üçün çalışırdı. "Üsuli-cədid tərəfdarları" və ya qısaca ... | ANL |
"Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalının açılışı olub. Heydər Əliyev Mərkəzində "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalının açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalının iştirakçılarına mürac... | ANL |
Görkəmli ədəbiyyatşünas Arif Hacıyevin 80 illiyi qeyd olunub. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında ədəbiyyatşünas alim, tənqidçi, görkəmli nəzəriyyəçi Arif Hacıyevin 80 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse... | ANL |
Əbülfəs Qarayev İtaliya nümayəndə heyətini qəbul edib. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Heydər Əliyev Mərkəzinin dəvəti ilə Azərbaycanda səfərdə olan Beynəlxalq "Milan Expo-2015" sərgisinin İtaliya pavilyonunun nümayəndələri ilə görüşüb. Qeyd edək ki, Azərbaycan Heydər Əliyev Mərkəzinin təşkilat... | ANL |
Milli Teatr Günü münasibətilə "Bizim Teatr Festivalı-2"nin açılışı olub. "Bir teatr, bir festival" layihəsi çərçivəsində reallaşan festival Bakı Uşaq Teatrının təşəbbüsü və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilati dəstəyi ilə keçirilir. Azərbaycan Teatr Xadimləri İttifaqının binasında keçirilən açılış mə... | ANL |
Bişkekdə Azərbaycan Musiqisi Günü. "Roza Otunbayevanın Təşəbbüsü" Fondu Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyi ilə birgə 2015-ci ilin mart ayının 17-də Bişkek şəhərində, Kalıy Moldobasanov adına Qırğız Milli Konservatoriyasının böyük salonunda "Musiqi - xalqın ürəyidir" adlı, Azərbaycan musiqisinə ... | ANL |
Ülvi Quliyev:“Qara qüvvələr arzularına çata bilməyəcəklər”. Milli Məclisin deputatı, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı müsahibə verib. Müsahibəni təqdim edirik. - Ülvi müəllim, qarşıdan birinci Avropa Oyunları gəlir. İdman s... | ANL |
12 yanvar 2015-ci il tarixində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı özünün 133-cü mövsümündə şair-dramaturq, ictimai xadim Hidayətin iki hissəli tarixi xronoloji dramı olan "Burdan min atlı keçdi" tamaşasını Milli Akademik Dram Teatrının səhnəsində növbəti dəfə tamaşaçıların ixtiyarına verdi. Tamaşaya ... | ANL |
Azərbaycan ozan-aşıq sənəti gürcü mənbələrində. Azərbaycanda şifahi xalq yaradıcılığının əsas qollarından biri aşıq sənətidir. Dastanlar, nəğmələr, rəvayətlər nəsildən-nəslə ötürülür və söyləyənin bacarığından, süjetin təfsilatını, rəngarəng poetik obrazları yaddaşına köçürmək qabiliyyətindən asılı olaraq, dəyişikliyə ... | ANL |
"Azərbaycanla Yunanıstan elm və mədəniyyət işığında". "Elm çırağı" İctimai Birliyi "Azərbaycanla Yunanıstan elm və mədəniyyət işığında" mövzulu seminar keçirib. İctimai Birliyin sədri professor Naidə Məmmədxanova müzakirə edilən mövzunun əhəmiyyətindən danışıb: "Azərbaycan və Yunanıstan arasında əlaqələr əsrlərin dərin... | ANL |
Seyid Nigarinin poetik irsi: eşq və gözəlliyin sehri. Məlum həqiqətdir ki, Aristotelin "Metafizika" adlı əsəri metafizikanın ümumi prinsiplərinin müəyyənləşdirilməsində və elmi ədəbiyyatda geniş şəkildə istifadə olunmasında əsaslı rol oynayıb. Belə ki, metafizika var olması baxımından varlığı tədqiq edən, fizik üstü sə... | ANL |
Bakıda Tacik Kinosu Günləri keçirilir. "Azərbaycan Respublikası hökuməti ilə Tacikistan Respublikası hökuməti arasında Əməkdaşlıq Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı"na uyğun olaraq, Bakıda Tacik Kinosu Günləri təşkil edilib. "Nizami" kino mərkəzində Tacikistan Kinosu Günlərinin açılış mərasimi keçiri... | ANL |
Həqiqət və Rəzalət. Yazıçı Əli İldırımoğlunun “Daş yağan gün” romanındakı bir epizodun bu günümüz üçün də çox aktual olduğunu nəzərə alıb oxuculara təqdim edirik. Eduard Çeburdanidze müsahibinə sərt nəzər salaraq: – Adını daşıdığınız Andranik Ozanyanın türk dünyasına qarşı məkrli xain hərəkətləri məgər birdir, beşdir?!... | ANL |
Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şəkinin yeri və rolu. Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Orta əsrlərə aid mənbələrdə onun adı Şaki, Şəka, Şakki və digər formalarda adlandırılır. Şəhər uzun müddət Nuxa da adlanıb. Qədim müəlliflərdən Ptolomey, Alban şəhərləri içərisində “Niqa” adlı yaşayı... | ANL |
Ləyaqətlər və qüsurlar tarixin sınmayan güzgüsündə. “Özümə gəldikdə mən elmdə məskun olanlardan biri deyiləm. Mən keçmişi sadəcə sevənlərdən və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm”. (Əvvəli ötən şənbə saylarımızda). Yalnız hücum edən qoşun arasında baş verən qorxulu epidemiya ona böyük ziyan vurduqda, Sennaxerib... | ANL |
Fəxrəddin Teyyubun şeirləri. Xalq yazıçısı Anara. Üzümə yad baxıb həyat həmişə, Kitabam, qoyublar kənara məni. Bir adam gəzirəm, qabağa düşə, Aparıb tanıda Anara məni. Dünyanın sözünə düz adamıdı, Süfrəsində halal duz-çörəyi var. Böyük xətir qoya sözümə görə, Apara özüylə Göyçaya bir gün. Gecə də, gündüz də yol gedirəm... | ANL |
“Səhvlərimizin qrammatikası” haqqında qeydlər. Sanki dil də səhvə gedən və səhvdən qayıdan yolun Tək olduğunu qabartmaqla bizə amansız mesajlar yollayır: Başlıcası: Səhv etmə!!! Futbolda səhvlər xal itkisinə səbəb olur. Hekayənin qəhrəmanı Eyvazlıdır! Yaddaşınızın assosiativ divarlarını bir kövrək toxunuşla döydümü bu ... | ANL |
Keçmişdən bu günə uzanan mənəviyyat körpüsü. Son zamanlar folklorşünaslıq sahəsindəki sistemli və ardıcıl elmi-təşkilati fəaliyyəti, bir-birinin ardınca çap etdirdiyi elmi məqalə və kitabları, təşkil və iştirak etdiyi respublika və beynəlxalq konfrans, simpozium və sessiyalar sübut edir ki, Azərbaycan Milli Elmlər Akad... | ANL |
Gülşən ƏLİYEVA-KƏNGƏRLİ. Dünya türkçülüyünün son ülgüsü, ən ali qayəsi Turan idealı idi. XIX əsrin ikinci yarısından başlayaraq Qaspıralı, Ziya Göyalp, Yusif Akçura, Əlibəy Hüseynzadə və s. kimi böyük türkçülər vahid türk dövləti – Turan imperiyası yaratmaq uğrunda mübarizə və fikir mücadilələri aparmışlar. XX əsrin ön... | ANL |
Anar sərhədlərin fövqündə. Görkəmli ədibimiz, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın bu gün 77 yaşı tamam olur. Ustad yazıçımızı bu münasibətlə ürəkdən təbrik edir, ona cansağlığı, yeni yaradıcılıq sevincləri arzulayırıq. Tanınmış Ukrayna ədibi Mixaylo Slaboşpitskinin Xalq yazıçısı Anarın ötən ay K... | ANL |
Azərbaycan ədəbiyyatşünaslığının romantiki. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakultəsində oxuduğum zaman mənə Arif Allahyar oğlu Hacıyevlə tanış olmaq müyəssər olub. O, universitetdə ədəbiyyat nəzəriyyəsindən dərs deyir və xüsusi kurslar aparırdı. İlk mühazirələrin birində mənim... | ANL |
Vaqif möcüzəsi. Amma Vaqifi heç vəchlə yaşlanmış təsəvvür etmək olmur. Yalnız ona görə yox ki, onun musiqisinə, sənətinə əbədi gənclik ruhu, daimi təzəlik xasdır. Canlı Vaqif Mustafazadə ilə, deyən-gülən, həyat eşqiylə, gələcəklə dolu, çoxlu diləkləri, ümidləri, niyyətləri olan Vaqiflə son dəfə 1979-un noyabrında görüş... | ANL |
MİLLƏT VƏKİLİ JALƏ ƏLİYEVA: “SİYASƏTLƏ MƏŞĞUL OLMAQ MASKA TAXIB ÜZÜNÜ İNSANLARDAN GİZLƏTMƏK DEMƏK DEYİL”. Feyziyyə ilə Xəzərin sahilində. – Hər halda, yəqin ki, iki insanın ard-arda evdən getməsi həyatınıza təsirsiz ötüşməyib. – Əvvəllər anam öz evində yaşayırdı. Son iki ildə isə xəstəliyi ilə bağlı olaraq mənimlə qalı... | ANL |
Bu günlərdə Xalq yazıçısı Anarın "Kərəm kimi" kitabı nəşr edilib. Əsər "Azərbaycan" nəşriyyatında çap olunub. Kitaba böyük türk şairi Nazım Hikmət haqda eyni adlı anılar, düşüncələr romanı və müəllifin türk dünyasının ayrı-ayrı şəxsiyyətlərinə həsr etdiyi esseləri daxildir. Eyni zamanda kitabda yer almış "Nazımın çağda... | ANL |
"Oğuz eli" qəzetinin ayrıca buraxılışı olan "Yazıçı"nın mart sayı Xalq yazıçısı Anara həsr olunub. Nəşrin ilk səhifələrində Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Əbülfəz Elçibəyin yazıçıya təbrik məktubları yer alıb. Daha sonra Rəsul Rzanın, Nigar Rəfibəylinin Anara həsr olunmuş şeirləri, yazıçın... | ANL |
Vaqif Mustafazadə anılıb. Martın 16-da Azərbaycanın əfsanəvi cazmeni, dövlət mükafatı laureatı Vaqif Mustafazadənin 75 illik yubileyi münasibətilə "Vaqifsayağı" caz festivalı keçirilib. "Azərtac" xəbər verir ki, festival Mədəniyyət və Turizm Nazirliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, "Gila... | ANL |
Moldovada Azərbaycan mədəniyyəti ilə bağlı tədbir keçirilib. Kişineu şəhərində UNESCO üzrə Azərbaycan və Moldova respublikalarının Milli Komissiyaları tərəfindən Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə həyata keçirilən "Bir-birimizi duyaq və dinləyək" layihəsinin nəticələri ilə bağlı Azərbaycana həsr olunan t... | ANL |
ABŞ hindularının "Oklahoma Fancy Dancers" qrupu Naxçıvanda konsert verib. Naxçıvan şəhərindəki "Gənclik" Mərkəzində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə aborigen amerikalıların - hinduların rəqs ənənələrini nümayiş etdirən "Oklahoma Fancy Dancers" qrupunun konsert proqramı təşkil olun... | ANL |
Xalq qəhrəmanı qarabağlı Qaçaq Aslan obrazı bədii ədəbiyyatda. XIX əsrdə gürcü yazıçılarının Azərbaycan mövzusuna maraq və məhəbbətinin güclənməsinə azərbaycanlılarla gürcülərin çiyin-çiyinə yaşadığı, mübarizə apardığı, mütərəqqi Azərbaycan ziyalılarının toplaşdığı Tiflis ədəbi mühitinin də rolu az deyildi. Məhz bu müh... | ANL |
Novruz atributları və bahar Bayramı motivləri Əli Tudə poeziyasında. Ədəbiyyatımızda özünəməxsus dəst-xətti ilə seçilən Əli Tudə (1924-1996) doğma yurdumuzun təbiət gözəlliklərini vəsf etməkdən yorulmazdı. Dağları, daşları, çayları, gülləri, otları, quşları, heyvanları - ümumiyyətlə, Azərbaycanın hər biri bir dastan ol... | ANL |
Sabitlikdən iraq düşmüş İraq - Ərbil şəhəri. 2003-cü ildən bəri dincliyin, sabitliyin pozulduğu, demək olar, hər gün terror aktlarının, partlayışların meydanına çevrilmiş İraqa səfər ərəfəsində nələr görəcəyimi, müşahidə edəcəyimi, əslində vəziyyətin necə olduğu barədə düşünürdüm. Təyyarə Ərbil hava limanına enəndə art... | ANL |
Miqrasiya Xidmətində çalışan bütün əməkdaşları ad günü münasibətilə təbrik edirəm. Bu kiçik yazını da onların ad gününə bağışlayıram. Bu ilin Qara Yanvar günləri idi, "Şəhidlər" kitabının müəllifi kimi məni Dövlət Miqrasiya Xidmətinə görüşə çağırmışdılar. Yeni təşkilat, yeni xidmət sahəsi, bir də bağ yolumun üstündə ye... | ANL |
Bu qeydləri tanınmış yazıçı, publisist, jurnalist, ictimai xadim Yusif Kərimov haqda yubiley yazısı kimi də qəbul edə bilərsiniz. Bir az bayağı səslənsə də, istər-istəməz sənə qədər deyilən bir fikri yenə təkrarlamalı, yada salmalı olursan: Vaxt hiss olunmadan, ildırım sürəti ilə ötüb keçir. Tanışlarımdan birinin məslə... | ANL |
Bayramın mübarək. Yeni mənzilinə köçmüsən. İstidirmi, soyuqdurmu, bilmirəm. Hər gün gəlib evinin önündə dursam da, qapısından içəri girə bilmirəm. Qapını möhkəm-möhkəm bağlamısan. Üstünü də betonlatdırmısan. Eləcə 11 gündür gəlib üstü yaşıl örpəkli mənzilinin önündə dayanıb səni çağırıram. Cavab vermirsən. Cavab vermir... | ANL |
Tahir Salahov Fransa "Şərəf Legionu". ordeninin zabit dərəcəsi ilə təltif edilib. Azərbaycanın xalq rəssamı, dünya şöhrətli sənətkar Tahir Salahov Fransa Respublikası Prezidentinin sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib. AZƏRTAC xəbər verir ki, bu münasibətlə martın 18-də İçərişəhərdə,... | ANL |
Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda yazıçı, publisist Hüseynbala Mirələmovun "Axirətdən gələn zəng" kitabının İmza günü keçirilib. "Mütərcim" nəşriyyatında çap olunan kitab aybKitab layihəsinin nəşridir. Kitabda yazıçının "Axirətdən gələn zəng" pyesi və iki hekayəsi yer alıb. Təqdimat mərasim... | ANL |
Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycanın dahi cazmeni Vaqif Mustafazadənin 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Tədbirdə Vaqif Mustafazadənin həyat və yaradıcılığından danışılıb, onun Azərbaycanda caz mu... | ANL |
Aşıq Şəmşir yad edilib. "Aşıq Şəmşir" Mədəniyyət Ocağında Dədə Şəmşirin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, Dədə Şəmşirin oğlu Qənbər Şəmşiroğlu, professorlar Məhərrəm Qasımlı, Şirindil Alışanov, Şahlar Əsgərov, Abuzər Xələfov, Folklor İnstitutunun direk... | ANL |
Əbədiyyətin sehrli təcəssümü: alim ömrü, şair taleyi. FƏDAKAR ELM VƏ ƏDƏBİYYAT XADİMİ ƏJDƏR FƏRZƏLİNİ BİR DAHA XATIRLARKƏN... Hər il baharın ilk günü, ilk səhəri oğuzların əfsanəvi Peyğəmbəri Xızır Dədənin Yer üzünə ulu səfəri başlanır. Elə bu səbəbdən də o, öz səfərini öncə Odlar, atəşlər diyarından başlayır. Öncə Ana... | ANL |
Sabitlikdən iraq düşmüş İraq. Sabitlikdən iraq düşmüş İraq. Kərkükdə qaçqın düşərgəsindəyik. Kiçik bir uşaq öz payına düşən su şüşəsini mənə uzadır, başqa birisi isə əlindəki isti çörəyi təklif edir. Çörəkdən kiçik hissə qoparsam da, suyu almağa qıymıram. Çünki bu gün o düşərgədə insanlar suya belə həsrətdirlər. Yaxınl... | ANL |
Ondan artıq povestin, iki romanın, neçə-neçə hekayənin, ruscadan tərcümələrin, sayını-hesabını itirdiyi yüzlərlə publisistik məqalənin, radio verilişlərinin müəllifidir O. Ağlı kəsəndən qələm əlindədir, özü demişkən, başqa heç nəyi bacarmır. Bu, istedadlı nasirimiz Məmməd Orucdur... Ədəbiyyata yetmişinci illərdə, kimsə... | ANL |
Əslində bircə açar qırx qapıya düşsə də, hər qapıya ayrı- ayrı açarlar axtarılıb, son nəticədə qapıların qırxı da bu günədək bağlıdır. Darvinin çürük təkamül nəzəriyyəsi çoxdan əhəmiyyətini itirsədə (bilmirəm, heç ona haçansa inanan olubmu ? hələ də orta məktəb dərsliyində insanın əmələ gəlməsi prosesi kimi təbliğ olun... | ANL |
Hüseynbala Mirələmovun daha bir kitabı ingilis dilində. Yazıçı, dramaturq Hüseynbala Mirələmovun "Cəza" povesti ingilis dilində çapdan çıxıb. Kitab "Mütərcim" nəşriyyatı tərəfindən buraxılıb. Kitabın tərcüməçisi və ön sözün müəllifi yazıçı Kamran Nəzirlidir. Tərcüməçi K.Nəzirli bu haqda açıqlamasında deyib: "Cəza"nın i... | ANL |
Gürcüstan nümayəndələri Azərbaycan Milli Kitabxanasında. Gürcüstan Milli Parlament Kitabxanasının direktoru Georgi Kekelidze və Elektron resurslar üzrə direktor müavini Levan Taktakişvili mart ayının 17-də Azərbaycan Milli Kitabxanasında olublar. Qonaqların direktor Kərim Tahirovla görüşündə Georgi Kekelidze son bir il... | ANL |
Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şəkinin yeri və rolu. Kiş kəndi Şəkinin qədim tarixə malik kəndlərindən biridir. Kiş çayının sahilində, dağətəyi ərazidə yerləşən kənd qədim yaşayış məntəqələrindəndir. Alban tarixcisi Movses Kalankatlının "Alban tarixi" əsərində adı Kis kimi çəkilir. Onun yazdığına görə... | ANL |
Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şəkinin yeri və rolu. Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Orta əsrlərə aid mənbələrdə onun adı Şaki, Şəka, Şakki və digər formalarda adlandırılır. Şəhər uzun müddət Nuxa da adlanıb. Qədim müəlliflərdən Ptolomey, Alban şəhərləri içərisində “Niqa” adlı yaşayı... | ANL |
Sabitlikdən iraq düşmüş İraq - Ərbil şəhəri. Ərbildən ayrılıram, növbəti ünvan isə bir parçamız olan doğma Kərkükdür. Ərbildən Kərkükə təxminən bir saat yoldur. Kərkük İraqın sayca beşinci böyük şəhəridir. Mənbələrə əsasən, Kərkükün əsası 3 min əvvəl şumerlər tərəfindən qoyulub. Hazırda Kərkük vilayətində yaşayan təxmi... | ANL |
Çanaqqala savaşı Vətən sevdası ilə qazanıldı. Qədim dövlətin üzərində əsən soyuq rüzgar hər şeyi silib-süpürmüşdü. Məqsəd Osmanlını yer üzündən silmək, Türkiyəni dövlətsizləşdirmək idi. Günəşi sönməkdə olan Osmanlı dövləti ya birdəfəlik sönüb getməli, ya da var gücünü toplayıb həyata son həmləsini etməli idi. İkincini ... | ANL |
TÜRKSOYLU JURNALİSTLƏRİ MÜKAFATLANDIRMA TƏDBİRLƏRİ BUNU BİR DAHA SÜBUT EDİR. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan aldığım xoş xəbər məni az qala uşaq kimi sevindirdi: TÜRKSOY-un (Uluslararası Türk Mədəniyyət Təşkilatı) baş katibi Düsen Kaseinov... | ANL |
Yarat Müasir İncəsənət Mərkəzində "Şirin Neşat: Gözlərimin evi" sərgisi təqdim olundu. YARAT təşkilatı böyük məmnuniyyətlə 24 mart 2015-ci il tarixində Bakıda YARAT Müasir İncəsənət Mərkəzinin açılış mərasimində "Şirin Neşat: Gözlərimin evi" sərgisinin təqdim ediləcəyi barədə xəbər verir. Sərginin diqqət mərkəzində - A... | ANL |
Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şəkinin yeri və rolu. Şəkidəki Cümə məscidi XVIII-XIX əsrlərə aid abidədir. Məscidin tikintisində yerli inşaat materiallarından istifadə edilib. Plan quruluşuna görə tağlı, sütunlu salondan ibarət olub, daş və ağaclarla bölmələrə ayrılaraq binadakı bu böyük aşırımı örtmə... | ANL |
Onlar quşa döndülər. Səmərqənddə, açıq səma altındakı qədim abidələr muzeyindəyəm. Üz-gözündən qəribə bir qədimlik yağan özbək bələdçim özü də elə ətrafdakı abidələrə bənzəyir. Onların nə vaxt, necə yarandığını, zaman-zaman burda baş verənlərin hamısını yerli-yataqlı bilir. Elə bil, həmin o sirli-sehrli əhvalatları ziy... | ANL |
"Qırım" qəzeti Fikrət Qocanın yaradıcılığından yazıb. Azərbaycanın Xalq şairi Fikrət Qocanın 80 illiyi münasibətilə Krım Muxtar Respublikasının "Qırım" qəzetinin 2015-ci il, 18 mart sayında ədibin yaradıcılığına geniş yer verilib. "Xalqını tükənməkdən qorumasan, gec-tez tarixin səhnəsindən silinə bilər" başlıqlı təqdim... | ANL |
Filizçaya göndərilib cavan ikən, Alqışlayıb onu Katex, Qax, Balakən. Deyib burda yataq zəngin, çoxlaylıdır, Misli, sinkli, qurğuşunlu, qalaylıdır. Min-min ilin əvvəlindən soraqlıdır, Ya dastan, ya nağıl qədər maraqlıdır, Həyatının Qazaxıstan səhifəsi, ...Arxada çöl, öndə qarlı dağ zirvəsi, Naxçıvandan Ərdəbilə, Qarsa g... | ANL |
Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şəkinin yeri və rolu. Şəki təkcə qədim tarixi, memarlıq abidələri ilə deyil, həm də görkəmli şəxsiyyətləri ilə Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində önəmli rol oynayır. Hacı Çələbi xan - Şəkinin I xanı bu bölgənin məşhur simalarındandır. O, 1551-ci ildə şəkili... | ANL |
Azərbaycan "Xalqlar dostluğu" festivalında təmsil olunub. "Belarus-Rusiya Universiteti" (BRU) təhsil müəssisəsinin və Rusiya Federasiyasının "Russki dom" ictimai təşkilatının dəstəyi ilə Mogilyovda əcnəbi tələbələrin "Xalqlar dostluğu" VIII yaradıcılıq festivalı keçirilib. Festivalın şərtlərinə görə, burada Belarusun t... | ANL |
"Bölgələrdən paytaxta" adlı layihə bu dəfə Qubaya həsr edilib. Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" adlı yeni layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir. Layihə çərçivəsində Qubaya həsr olunmuş tədbir Bakı Şəhər Məd... | ANL |
"Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında". Aprelin 6-dan 10-dək Bakı Musiqi Akademiyasında (BMA) Üzeyir Hacıbəylinin anadan olmasının 130, Musiqi Akademiyasının 95 və BMA-nın Orta ixtisaslaşdırılmış musiqi məktəb-studiyasının 35 illiyinə həsr olunmuş "Üzeyir Hacıbəylinin milli lad ... | ANL |
III Ümumrespublika Teatr Festivalı həlledici mərhələdə. Milli Məclisin deputatı Jalə Əliyevanın təşəbbüsü ilə keçirilən gənclərin üçüncü Ümumrespublika Teatr Festivalı final mərhələsinə çatıb. Bakı, Ucar, Naxçıvan, Şamaxı və İmişlini təmsil edən 120-yə yaxın gənc yaradıcı kampda, təlimlərdə, fikir laboratoriyasında və ... | ANL |
Əbülfəs Qarayev eradan əvvəl VI minilliyə aid yaşayış məskənini ziyarət edib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tovuz rayonuna səfəri zamanı eradan əvvəl VI minilliyə aid olan Göytəpə qədim yaşayış yerini ziyarət edib. Ziyarət zamanı abidənin tədqiqatçısı Fərhad Quliyev Göytəpə qədim yaşayış məskənində aparıl... | ANL |
Bakıda Qara Qarayev VI Müasir Musiqi Festivalı keçiriləcək. Aprelin 20-dən 24-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Qara Qarayev VI Müasir Musiqi Festivalı gerçəkləşəcək. Festival çərçivəsində aprelin 20-də Qara Qarayev adına 8 nömrəli uşaq musiqi məktəbində ustad dərsləri təşkil olunacaq, həm... | ANL |
Firuz Mustafanın yeni kitabı nəşr edilib. Onun indiyəcən 40-dan çox bədii və elmi kitabı nəşr olunub, dövlət teatrlarında onlarla pyesinə quruluş verilib. Buraya Firuz Mustafanın müxtəlif illərdə və müxtəif nəşriyyatlarda çap edilən "Dünyanın rəngi", "13 hekayə", "Monohekayələr", "Ölü dildə sevgi məktubları" kitabların... | ANL |
Yunus Oğuz Türkiyənin yayın şirkəti ilə anlaşma imzalayıb. Yazıçı-publisist Yunus Oğuz, tərcüməçi Hüseyn Adıgözəl və Türkiyənin Bilge Kültür Sanat Yayın Dağıtım Sənaye və Ticarət LTD Şirkəti arasında anlaşma imzalanıb. Bu anlaşmaya görə türkiyə türkcəsinə çevrilən kitabların bu şirkət tərəfindən ekskuliziv hüquqları al... | ANL |
Xatırladaq ki, ötən şənbə saylarımızda əsərin. Onun əksəriyyətini eserlər və menşeviklər təşkil edirdi, bolşeviklərin iki, ya üç yeri vardı; buna baxmayaraq, sovetin sədri S.Şaumyan seçildi. Moskvada Stalinin Zaqafqaziyada vəziyyət haqqında məruzəsindən sonra Leninin göstərişilə S.Şaumyan Qafqaz üzrə Fövqəladə Komissar... | ANL |
"Ermənilər qədər məkrli niyyətlərə xidmət edən ikinci qüvvə yoxdur". "Ermənilər uzun illərdir ki, dünyada öz yalanlarını təbliğ etməklə məşğuldur. Onlar dünya ictimaiyyətini inandırmağa çalışırlar ki, guya 1915-ci ildə Osmanlı dövləti öz vətəndaşları olan ermənilərə qarşı soyqırım törədiblər". Bu barədə "525"ə açıqlama... | ANL |
Düzgün danışmağı öyrədən adam. Natiqlik insana məxsus ən ali keyfiyyətlərdən biridir. Qəhrəman müəyyən ərazini, natiq bütün dünyanı fəth edə bilər. Lap qədimdən atlı xalq olan türklər belə deyib: Heyvan iyləşə-iyləşə, İnsan dilləşə-dilləşə. Belə müdrik deyimlər də var: Danış görüm sən kimsən. Və yaxud, İnsan öz dilinin... | ANL |
Əliniyaz Məmmədov: "Həkimlik peşəsi istedad tələb edir". AZƏRBAYCANLI HƏKİM 60 İLİN HEKAYƏSİNİ DANIŞIR. Mayın 2-də Akademik M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkimi, tibb elmləri doktoru professor, ali dərəcəli cərrah - qastroenteroloq Əliniyaz Məmmədovun 60 yaşı tamam olur. Onlarla xəstənin dərdinə şəfa q... | ANL |
Bu yaxınlarda AMEA-nın Ədəbiyyat İnstitutunda "2014-cü ilin ədəbi yekunları" mövzusunda keçirilmiş müşavirədə təqdim olunan məruzələri vaxtaşırı oxucuların diqqətinə çatdırmaq niyyətindəyik. Həmin silsilədən olan məruzələrdən birini təqdim edirik. Dramaturgiya elə bir janrdır ki, onu teatrdan kənarda təsəvvür etmək müm... | ANL |
Daşkənddə "Könlüm keçir Qarabağdan" sərgisi. Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Azərbaycan Dövlət Rəsm Qalereyasının (ADRQ) təşəbbüsü ilə Daşkənddə "Könlüm keçir Qarabağdan" adlı Azərbaycan abidələrinin fotosərgisi keçirilib. Tədbirdə ... | ANL |
Arif Əzizin əsərləri Berlində sərgilənir. Almaniyanın paytaxtı Berlin şəhərindəki "Gallery Schulz" qalereyasında, tanınmış Azərbaycan rəssamı, Əməkdar incəsənət xadimi, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Arif Əzizin "Ruhun rəqsi" adlı fərdi sərgisinin açılış mərasimi keçirilib. "Gallery Schulz" q... | ANL |
Dillər Universitetində Bəxtiyar Vahabzadə yad edilib. Azərbaycan Dillər Universitetində (ADU) Xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbir Bəxtiyar Vahabzadənin 90 i... | ANL |
Bu günlərdə döyüş bölgəsindəydim. Düşmən ordusunun silahlıları əlli metrliyimizdəydi. Hava çox isti olduğundan gözə bir kimsə dəymirdi... Ayaq Qərvəndi arxada qoyuruq. İki kəndin arasında olan orta məktəbi keçəndə dayanmalı oluram. 2011-ci ilin martında Ermənistan silahlısının snayper atəşinə tuş gələn Fariz Bədəlov bu... | ANL |
Nadir şahın tariximizə işıq salan məktubları. Akademik Ramiz Mehdiyevin son dövrlərdə tariximizin tədqiqi və təbliği sahəsindəki fəaliyyətində iki məqam, iki çağırış xüsusilə diqqəti cəlb edir. Birincisi, bu işlər, kitablar nəzərimizə çatdırır ki, biz indiki mərhələdə tariximizə dair yazılmış əsərlərə yenidən baxmalı, ... | ANL |
Azərbaycan dilində qoşa y səsi ilə yazılan sözlərin mütləq əksəriyyəti alınma sözlərdən ibarətdir. Və məlum olduğu kimi, dilimizdə qoşa y samiti ilə yaranan sözlərin heç də hamısı yox, böyük bir qismi, əslində çoxusu, -iyyət şəkilçisi ilə yazılır. Bir daha o qənaətdəyik ki, yanaşı iki y samiti ilə yazılan və -iyyət şək... | ANL |
“Azərbaycanın geosiyasəti”. ƏLİ HƏSƏNOVUN EYNİADLI KİTABI HAQDA DÜŞÜNCƏLƏRİM. Dövlətin varsa, hamı üçün olmasa da, bu dövləti yaşatmaq, onu lider dövlətə (ən azından regionda) çevirmək, yaşatmaq üçün milli düşüncələr ziyalılarımızın ən ümdə vəzifələrindən biri olaraq qalır. Bu təqdirəlayiq haldır. Ziyalımız dövlətin ke... | ANL |
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda tanınmış şair və tərcüməçi Çingiz Əlioğlunun "Qonşunun iti" adlı yeni kitabının imza günü keçirilib. Tədbiri AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq müəllifi təbrik edib və Çingiz Əlioğlunun yaradıcılığı ilə bağlı fikirlərini bölüşüb. AYB-nin mətbuat xidm... | ANL |
Əliağa Vahidin həm peşəkar ədəbiyyatşünasları, həm də çoxsaylı oxucu auditoriyasını ovsunlamış yaradıcılığı insanları poeziyanın qüdrətinə bir daha inandırdı. Bu poeziya təsdiqlədi ki, "qatışıqsız", Azərbaycan dilində nəinki bayatı, qoşma, rübai, eləcə də klassik şeir növü olan qəzəl də yaratmaq olar. Elə beləcə, Vahid... | ANL |
Sahibə Qafarova: "Azərbaycana təzyiqlər qəbulolunmazdır". Müsahibimiz Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, qurumun qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi Sahibə Qafarovadır. - Bugünlərdə AŞPA-nın yaz sessiyası başa çatdı. Bu sessiyanı ölkəmiz üçün nec... | ANL |
Fərdi uçot əsaslı sosial sığorta-gələcəyin təminatı kimi. Bazar iqtisadiyyatına keçid və keyfiyyətcə yeni iqtisadi münasibətlərin yaranması sosial müdafiə sistemində zəruri islahatların aparılmasını, müasir dövrün tələblərinə cavab verən çevik, işlək mexanizmləri təmin edən tam əlaqəli hüquqi və iqtisadi sosial təminat... | ANL |
Mirzə İbrahimov şəxsiyyəti - necə varsa... Bəzən ictimai-mədəni həyatımızda mühüm yer tutan, illərlə vəzifə kürsüsündə olan, elmi-ədəbi yaradıcılığı, işgüzarlığı ilə parlaq görünən bir insanın bütün ömrünü xoşbəxt yaşadığını düşünürük. Amma bu ömrün enişinə, yoxuşuna bələd olanda çox zaman yanıldığımızı anlayırıq. Filo... | ANL |
Yollar yoluma ümid, Yollar qəbrimə açıq. Buda belə ömürdü. Bu bəxt də qaragünlü, Günahları ağ olmuş. Nədən, adam güzgülər. Ayrılıqlar əkilib. Gedən gedib uzaq gedib. Qapıların kilidində. kiriyən bir könüldü. O da bəxtin açılmayan üzündə, Gözlərinə. xəyalları gömüldü. Hər ümiddə. Qız ürəyi bu qapıda tapılar. Ömrün-günün... | ANL |
Söz-sənət adamları ilə bağlı hekayətlər. Həə, deyirəm axı... Ötən əsrin yaşıdı olan nənəm gözünün qabağında böyüyən Məmmədin əvvəl-əvvəl İnfiloğlu, sonra isə İbrahim olmasına birtəhər alışsa da, dönüb Məmməd Araz olmasını heç cür sinirə bilmirdi. Şairin səhhətindəki nasazlıqlar da onu bir tərəfdən üzürdü. Bir vaxtlar y... | ANL |
Fəridə Səfiyeva: “İnam olan yerdə möcüzələr gerçəkləşir”. Bu yaxınlarda Varşava Universitetində Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyevanın Azərbaycan dili dərsliyinin təqdimatı keçirilib. Dərslik Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü, ... | ANL |
Ləyaqətlər və qüsurlar tarixin sınmayan güzgüsündə. Özümə gəldikdə mən elmdə məskun olanlardan biri deyiləm. Mən keçmişi sadəcə sevənlərdən və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm. SSRİ-də sosializmin qurulması kimi nəhəng bir işə rəhbərlik edən Stalinin ünvanına indi hər cür lənətlər yağdırılır. Repressiyaya mər... | ANL |
Ötən ilin ədəbi mənzərəsi. Bu ili biz müstəqilliyimizin iyirmi üçüncü ili kimi qarşıladıq və yola saldıq. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə gücləndiyinin, müstəqil bir respublika kimi həm siyasi, həm də iqtisadi sahədə uğurlarının şahidi olduq. Azərbaycan dövlətinin daha möhkəm özüllər üzərində qurulduğunu... | ANL |
FÖVQƏLİNSAN AXTARIŞI - İLLÜZİYA İLƏ REALLIĞIN KƏSİŞMƏ NÖQTƏSİNDƏ. Dolayısıyla bunu Zərdüştün adı ilə yola çıxıb ömrü boyu dəlicəsinə bir istəklə Fövqəlinsan axtarışında can qoyan Nitşe dedi. Yazılarından başqa heç bir yerdə, həyatının heç bir sahəsində fövqəlinsan olmağa çalışmayan, acıqlı, qəzəbli, aqressiv Nitşe... İ... | ANL |
Ömür kəsən adamlar. Deyirlər ki, hər insan ömründə bir dənə də olsa ağac əkməlidir. Amma heç yerdə deyilməyib ki, hər kəs ömründə bir ağac da olsa kəsməlidir. Mən həyatım boyu, təbiəti sevən adamlara da, onlara nifrət edənlərə də çox rast gəlmişəm. Mən adamlar tanıyırdım ki, ağaclarla birgə böyüyürdülər. Əgər siz də hə... | ANL |
İztirabdan qorxan sevincdən də qorxur... Bibliyadan gətirdiyim bu fikirlərdə qadın xarakterinin bəzi çalarlarının təməli, başlanğıcı görünür; şeytana uymaq, marağına güc gələ bilməmək, qaydalara tabe olmamaq və ən əsası Allahlıq iddiası. Bütün bunlar qadını şər hesab etməyə əsas verir. Görünür bütün cazibə də bundadı. ... | ANL |
Bugünlərdə “Ulduz” jurnalının aprel sayı işıq üzü görüb. Dərgi şair Həyat Şəminin “Ulduz”a baxışlar dəyişir” adlı ekspert yazısı ilə açılır: “Ulduz” jurnalının mart nömrəsi qarşımdadır, inkişaf və yenilənmə isə göz önündə. İstənilən ədəbi orqanın inkişaf və yenilənməsinin bazasında isə mütləq dəyişən məzmun və forma, k... | ANL |
Aziyadə kimdir? Qurban Səid adıyla yazılmış iki kitabdan biri olan “İstanbullu qız” və ya tam almancadakı adıyla desək “Das Madchen vom Goldenen Horn” (Altın buynuz Haliçdən gələn qız) romanının baş qəhrəmanı olan Aziyadə haqqında da “Əli və Nino” romanı kimi müxtəlif mübahisələr olub və bir çox iddialar irəli sürülüb.... | ANL |
Beynəlxalq elm və təhsil sisteminə inteqrasiya: Elmi dərəcələrin uyğunluğu məsələsi. Qloballaşmanın, informasiya-kommunikasiya bumunun özü ilə gətirdiyi üstünlüklərdən biri də elm və təhsil sahəsində beynəlxalq əlaqələrin genişlənməsi və mübadilə xarakterli tədbirlərin böyük vüsət almasıdır. Təhsilin beynəlmiləlləşdiri... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.