text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Qəmər Almaszadənin həyat və sənət yolu “Ömrün səhifələri”ndə. Teatr Xadimləri İttifaqında (ATXİ) ilk qadın balerinamız, milli balet məktəbinin yaradıcılarından biri, Xalq artisti Qəmər Almaszadənin 100 illiyinə həsr edilmiş “Ömrün səhifələri” kitabının təqdimatı olub. Tədbirdə balerinanın həyat və yaradıcılığını əks et... | ANL |
Azərbaycan nümayəndələri Rusiyada folklor simpoziumunda. Rusiya Federasiyasının Rostov-Don şəhərində “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Türkiyənin Səlcuq Universiteti və Rusiyanın Cənubi Federal Universitetinin birgə təşkilatçılığı ilə beynəlxalq mədəniyyət, incəsənət və folklor simpoziumu keçiri... | ANL |
Azərbaycan Dövlət Musiqili Teatrında İlqar Fəhminin “2015-ci kvartal” əsəri səhnələşdirilir. Yaradıcı heyəti əsasən gənclərdən ibarət olan bu tamaşanın quruluşçu rejissorları Anar Sadıqov və Əlif Cahangirlidir. Onlar bu tamaşa ilə Musiqili Teatrda həm də rejissor kimi debüt edəcəklər. “İnsanların mənəvi aşınması, cəmiy... | ANL |
“Azərbaycan” jurnalının aprel sayı. Bu yaxınlarda “Azərbaycan” jurnalının aprel sayı nəşr olunub. Jurnal Nizami Cəfərovun “Ayrılarımı könül candan” yazısı ilə açılır. Yazıda azərbaycançılıq ideologiyası və Səməd Vurğunun azərbaycançılıq idealları haqqında fikirlər öz əksini tapıb. Məmməd İsmayıl, Ramiz Qusarçaylı, Sale... | ANL |
Rəşad Məcidin illər öncə yazdığı, böyük maraqla qarşılanan “10 sentyabr” hekayəsi öz aktuallığını, ədəbi və ictimai dəyərini qoruyub saxlayan əsərlərdəndir. İndiyədək bir çox dillərdə nəşr olunmuş bu hekayə dünyanın ayrı-ayrı ölkələrində ortaya çıxan ABŞ əleyhdarlığını, müxtəlif xalqlarda özünü göstərən anti-Amerika ov... | ANL |
I Avropa Oyunlarının start götürməsinə təxminən bir ay qalır. Gələn ay Azərbaycan tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu, ölkəmizin dostlarını sevindirən, düşmənlərini qıcıqlandıran bir hadisədir. Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Hollandiya kimi inkişaf etmiş ölkələr varkən Avro... | ANL |
Yetər ki, gözümüzü açıb, ətrafa diqqətlə, ağlın diktəsiylə və soyuq başla baxaq. Haqsızlığı görməzliyə vurmayaq... Nə edək ki, bəziləri proseslərə, sadəcə, baxır, heç nəyin fərqinə varmadan yaşayır. Hadisələrə ömründə bir dəfə də olsun yaşadığı şəhər və ya rayonun kandarından kənara addım atmayan qonşusundan eşitdiyi “... | ANL |
Uzaq-yaxın keçmişimiz: Laçındakı su dəyirmanları... Laçın rayonunun inzibati ərazisi Şəlvə (kəndi) çayı, Alxaslı (kənd) çayı və Minkənd (kəndi) çaylarının izi ilə, yüksəkliklərdən, dağ ,dərə və yamaclardan süzülərək axan buz bulaqların izi ilə, bəzən də dağların silsilə-silsilə düzülüşü ilə, insan izlərinin açdığı cığı... | ANL |
Sözün közünü qoruyan şair. "Ulduz" jurnalının 6-cı sayında kiçik pəncərə önündə oturub məchul nöqtəyə diqqət kəsilən gənc şairin fikirlərini, nə düşündüyünü öyrənmək məqsədilə əvvəl şeirlərə göz gəzdirdim. Gənc şair Vaqifin şeir yazmaq sirlərini, gizli üsullarını deyil, sətiraltı fikirlərini öyrənmək duyğusu ilə onun g... | ANL |
Eyyubun 50 yaşı... Eyyub, 50 yaşının tamam olduğu mənə deyiləndə, vərdiş üzrə və "təbrik janrının" tələblərinə uyğun, xoş sözlərlə təbrik etməli, sənə uzun ömür, cansağlığı, yeni yaradıcııq uğurları arzulamalıydım ki, bütün bunları çatdırdım telefon söhbətimizdə. Amma qəribə, xoş bir çaşqınlıq içindəydim. İnanmaq çətin... | ANL |
"Böyüməyən uşaqlar" Yazıçılar Birliyində təqdim olunub. Dünən Azərbaycan Yazıçılar Birliyində (AYB) Modern.az saytının baş redaktoru, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının "Böyüməyən uşaqlar" kitabının təqdimatı keçirilib. Mərasimdə Yazıçılar Birliyinin rəhbərliyi, millət vəkilləri, KİV təmsilçiləri... | ANL |
Rəşad Nuriyevin İstanbuldakı sərgisi maraqla qarşılanıb. İstanbulun nüfuzlu "NİŞ ART" qalereyasında azərbaycanlı rəssam Rəşad Nuriyevin "İthaf" adlı fərdi sərgisi açılıb. Açılış mərasimində Azərbaycan və Türkiyədən olan görkəmli rəssamlar, elm və mədəniyyət xadimləri, İstanbulda fəaliyyət göstərən dərnəklərin nümayəndə... | ANL |
Cənubdakı ədəbiyyatın nümayəndələri M.İbrahimovu özlərinin yolgöstərəni, müəllimi sanırdılar. Çünki Mirzə müəllim cənubda yaranan ədəbiyyata, onun yeniləşməsinə güclü təsir göstərmiş, onların mayakı, yolgöstərəni olmuş, orada bir məktəb yaratmışdı. Bunu yazıçıya gələn məktublar, Mirzə müəllimin özünün müntəzəm olaraq o... | ANL |
Avropa Oyunlarının məşəli Ağdamda alovlanacaq. Sultanbud təpəsi bu gün Ağdamın ən hündür zirvəsi hesab olunur. Bir neçə il əvvəl burada inşa edilən "Bayraq meydanı" təpənin əzəmətini daha da artırıb. Bu gün Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovun təşəbbüsü və dəstəyi ilə ərazidə görülən abadlıq işləri,... | ANL |
İsti avqust günlərindən biri idi. Əlində diplomat çantadan başqa bir yükü olmayan Kamal, Bakının çox əzəmətli görünən aeroportunun qarşısında taksidən düşüb aerovağzala daxil oldu. Onun Moskva şəhərinə uçacağı reysin qeydiyyatı gedirdi. O, qeydiyyat üçün növbəyə dayanmış adamlara yaxınlaşdı. Diplomatı yerə qoyub uçuş ü... | ANL |
Vətən qayğılı şair. Abbas Abdulladan yazmaq istəyirəm. Sözləri ilmə-ilmə toxuyan, 60-cı illərin əvvəllərindən başlayaraq, şeirimizdə türkçülüyümüzü davamlı şəkildə əks etdirən, şeirlərindəki fikir genişliyi ilə, ciddi həyat həqiqətləri ilə duyğu və düşüncələrimizi cilalayan, ovxarlayan Abbas Abdulladan. Ukrayna ədəbiyy... | ANL |
Xaqan Bayramovun əsərləri "NİŞ ART" qalereyasında. Azərbaycanlı rəssam Xaqan Bayramovun İstanbulun nüfuzlu "NİŞ ART" qalereyasında sərgisi təşkil olunub. Sərginin açılış mərasimində Azərbaycandan və Türkiyədən görkəmli rəssamlar, elm və mədəniyyət xadimləri, İstanbuldakı digər qalereyaların təmsilçiləri, media mənsubla... | ANL |
Ağdamda kitab bayramı. Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə kitab bayramı keçirilib. 525.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin Ağdam Rayon İcra Hakimiyyəti ilə birgə ... | ANL |
Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" sənədli filminin təqdimatı keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Arzu Əliyeva təqdimat mərasimində iştirak ediblər. Faşizm üzərində Q... | ANL |
İbrahim Əbilov "Səlahiyyətli səfir" kimi. Azərbaycanın dövlətçilik tarixində özünəməxsus parlaq iz qoymuş dövlət xadimləri sırasında İbrahim Əbilovun da adı var. Azərbaycan Sovet Respublikasının Türkiyədə ilk səfiri olmuş İbrahim Əbilov 1881-ci ildə Ordubadda dünyaya gəlib. Məmməd Tağı Sidqinin Ordubadda "Əxtər" məktəb... | ANL |
Amerikasayağı demokratiya və ya beynəlxalq hüquq. "Heç kəs Azərbaycanla diktat dili ilə danışa bilməz". Məşhur bir deyim var, demokratiya heç də mükəmməl sistem deyil, amma hələ ki, bəşəriyyət ondan yaxşısını icad eləməyib. Təəssüf ki, son zamanlar Qərbin, xüsusən, Amerikanın tutduğu mövqe və atdığı addımlar bu deyimin... | ANL |
Bu yaxınlarda AMEA-nın Ədəbiyyat İnstitutunda "2014-cü ilin ədəbi yekunları" mövzusunda keçirilmiş müşavirədə dinlənilən məruzələri vaxtaşırı oxucuların diqqətinə çatdırmaq niyyətindəyik. Həmin silsilədən olan daha bir məruzəni təqdim edirik. Uzun müddətdir ki, uşaq ədəbiyyatı və onun problemləri, müasir durumu, perspe... | ANL |
Ağlımdakı son sən. Sanki bütün şəhər boşalmışdı, Bir mən idim, bir də sənin yoxluğun, Halbuki yaxınımdaydın. Çoxluğun içində tənhalaşmaq, Vidalaşmaq sevdiyinlə... Aşmaq dənizləri, Fikir körpüsü qurmaq. Və qalmaq tən ortasında. Böyük bir boşluq kimi yadımda qaldın. Uzaqlığını başa düşmədin? Yanımda ola-ola mən olmayan y... | ANL |
Miniatürlər. Nurbala baba bulağı göstərir. Atamın dediyinə görə, qayınatası rəhmətlik Nurbala babanın kənddə dəyirmanları və çoxlu torpaq sahələri varmış. Fərasətli kişi imiş. Babam həm də hazırcavablığı və baməzəliyi ilə kəndimizdə və ətraf kəndlərdə tanınırdı. Günlərin birində kəndin yuxarı başında Taxtara deyilən ər... | ANL |
Görkəmli teatr və kino xadimi, SSRİ Xalq artisti Adil İsgəndərovun anadan olmasının 105 illiyi münasibətilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının kollektivi, korifey sənətkarın ailə üzvləri Fəxri Xiyabanda unudulmaz ustadın xatirəsini yad ediblər... | ANL |
"Azərbaycandan olan gənc rəssamlar Praqanı salamlayır". Azərbaycanın Çexiyadakı səfirliyi, Çarlz Universitetinin nəzdindəki Azərbaycan və Xəzər Araşdırmaları Mərkəzi və Gənclərin Sosial-Psixoloji Reabilitasiyası Mərkəzi - "Dirçəliş" təşkilatının birgə təşkilatçılığı ilə "Azərbaycandan olan gənc rəssamlar Praqanı salaml... | ANL |
Cəmi 68 nömrəsi Xədicə xanım Əlibəyovanın redaktorluğu ilə çıxdıqdan sonra fəaliyyəti dayandırılan jurnalın nəşri illər sonra bərpa edilib. Jurnal Sədaqət Qəhrəmanovanın "Baş redaktordan" adlı yazısı ilə açılır. Baş redaktor Azərbaycan qadınının ailə ənənələrindən, övladlarının düzgün tərbiyəsində milli-mənəvi dəyərlər... | ANL |
"Uzun illərdən sonra Azərbaycana səfərimdən çox məmnunam. "Özgələr arasında doğma, doğmalar arasında özgə" filminin final səhnələrindən birini Bakıda lentə almışam. Bu fikirlər Rusiya Kinematoqrafçılar İttifaqının sədri, məşhur kinorejissor Nikita Mixalkovun "Baku Guide" bələdçi kataloqunun may buraxılışında dərc olunm... | ANL |
Rauf Tahirovu bizim Şabranda rəssam kimi tanıyırlar. O məktəb illərində mənim rəsm müəllimim olub. Saleh müəllimlə tanışlıqdan sonra Rauf Tahirovun rəssamlığının səbəbini anladım. Demə, o elə uşaqlıq çağlarından böyük sənətkarımız Səttar Bəhlulzadəni Şabranda evlərində tez-tez görüb. Axı, əmisi Saleh müəllim bu böyük r... | ANL |
Milli-mənəvi dəyərlər misilsiz sərvət kimi. Milli-mənəvi dəyərlər və müasirlik. "Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onu... | ANL |
Qılıncdan kəsərli qələm. İnkişaf etmiş intellekt sahibinin əlində olan qələmin yazdığı hər söz, hər ifadə insanı həm güldürə, həm ağlada, həm sevdirə, həm də nifrətə sövq edə bilər. Cəmiyyət üçün hər zaman aktual olan mövzulara həsr olunmuş bədii ədəbiyyat nümunəsi istedadlı yazıçı-publisist, Azərbaycan Yazıçılar İttif... | ANL |
Xalq yazıçısı Elçinin əsəri Lənkəran Teatrının səhnəsində. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Xalq yazıçısı Elçinin "Cəhənnəm yuxuları" pyesinin motivləri əsasında hazırlanmış tamaşanın premyerası olub. Səhnə əsərində ötən əsrdə Azərbaycan tarixinin qara səhifəsinə yazılmış 1937-ci il Stalin rejimin... | ANL |
Seyran Səxavət "Seçilməmiş əsərlər"ini Yazıçılar Birliyində təqdim etdi. Ötən gün Yazıçılar Birliyində (AYB) yazıçı Seyran Səxavətin ikicildilk "Seçilməmiş əsərlər"inin təqdimatı keçirilib. Tədbiri AYB-nin katibi Rəşad Məcid açaraq Seyran Səxavətin yaradıcılığı, insani keyfiyyətləri ilə bağlı fikirlərini bölüşüb. Bakı ... | ANL |
İstiqlal yolunun şanlı mücahidləri - Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri. Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, müstəqillik uğrunda daima mübarizə aparıb. Ötən əsrin əvvəllərində ölkəmizdə milli azadlıq hərəkatı daha da gücləndi. Azərbaycanın demokratik qüvvələri , mütəfəkkir şəxsləri, s... | ANL |
Ölkəmizin XX əsrdəki yeni tarixinin - Azərbaycan Xalq Cümhuriyyəti tarixinin 97-ci ili tamam olur. Bəşər tarixinin hər yüz ili qlobal, yaxud lokal siyasi, iqtisadi, ictimai, mədəni hadisələr yaradır. Həmin hadisələr zamanı fəlakətlər, tələfatlar, insan qırğınları ilə bərabər (təzadlı görünsə də) tərəqqi meylləri də müş... | ANL |
Bir kərə yüksələn bayraq. (Nəcibə Bağırzadənin "Uzaqdakı yaxınlar" kitabına Ön söz). Nəcibə Bağırzadənin "Uzaqdakı yaxınlar" kitabı çox vacib və çox önəmli kitabdır. Oxucusunu kədərli duyğulara və ağır düşüncələrə qərq edən kitabdır. Bir insanın, bir ailənin,bir nəslin faciəsini əks etdirən kitabdır. Onlarla insanın ba... | ANL |
Müstəqillik dövrü ədəbiyyatşünaslığımız elmi-ədəbi təfəkkür işığında. Müstəqillik dövrü ədəbiyyatşünaslığının ilk çərəyinin tamamlanmasına iki ildən də az vaxt qalır. AMEA Nizami adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin rəhbərliyi ilə son iki ildə geniş vüsət alan ədəbi-elmi canlanma və yenilənmə ədəbiyy... | ANL |
Abidə ucaldılandan bəri Vaqif müəllim hər gün - səhərlər də, axşamlar da yolunu şəhər parkından salardı; parkın gözəgəlimli yerində qoyulmuş postament üzərindəki atasının görüşünə gələrdi saçlarına vaxtından əvvəl dən düşmüş oğul... Çox vaxt yanında 6-7 yaşlarında bir oğlan uşağı da olardı, axı ağlıkəsən uşağın xahişin... | ANL |
Qafqazdan Berlinədək. 5-ci ordunun tərkibi əsasən azərbaycanlılardan olan 416-cı milli diviziyası bu qələbənin əldə olunmasında çox mürəkkəb və çətin vəzifələr yerinə yetirmişdir. Azərbaycanın qorxmaz əsgərləri bu ağır döyüşlərdə əsl qəhrəmanlıq göstərmişdilər. Baş serjant Bədəlovun topçu dəstəsi də düşmənə qarşı igidl... | ANL |
Müstəqillik dövrü ədəbiyyatşünaslığımız elmi-ədəbi təfəkkür işığında. Cəfər Cabbarlı irsini dərindən tədqiq edən Asif Rüstəmli göstərir ki, böyük dramaturq Azərbaycan xalqının tarixi taleyi və milli azadlıq mübarizəsini iki möhtəşəm əsərdə müvəffəqiyyətlə əks etdirib: "Od gəlini" və "1905-ci ildə". XX yüzilin dəhşət və... | ANL |
Şuşa və ümumiyyətlə Qarabağ mühitini təsvir edən, insanların yaşam tərzindən, adətlərindən, xasiyyətlərindən, həyat qanunlarından bəhs edən bu əsərdən yeni nəsil xəbərsizdir. Ona görə məhz bu gün, Şuşanın işğalı günü "Qarabağ şikəstəsi"ni oxucularımıza təqdim etməyi lazım bildik. Yolların tozu-bürküsü - odlu bir nəfəs ... | ANL |
"Venesiya Biennalesi"ndə Azərbaycan pavilyonunda iki sərgi açılıb. 56-cı "Venesiya Biennalesi" - Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) dəstəyi ilə Azərbaycan pavilyonunda iki sərginin açılışı olub. Heydər Əliyev Fondunun vitse-pr... | ANL |
"Heydər Əliyev və Azərbaycan kinosu" müzakirə edilib. "Nizami" Kino Mərkəzində "Heydər Əliyev və Azərbaycan kinosu" mövzusunda konfrans keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Niz... | ANL |
Jurnalistikanın prinsiplərinə necə əməl olunur? Nəşrə başlayan hər bir qəzet qarşısına məqsəd qoyur. Və bu məqsədə çatmaq üçün dünya təcrübəsinə söykənən jurnalistikanın prinsiplərinə əməl etməlidir. Bəs, görəsən jurnalist qəbul olunmuş prinsiplərə əməl edirmi? Jurnalist var ki, öz yaradıcılığında prinsiplərə söykənir,... | ANL |
Azərbaycan multikulturalizmi Litvada. Xəbər verdiyimiz kimi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihəsi çərçivəsində "Azərbaycan multikulturalizmi" fənni yerli və xarici universitetlərdə tədris edilir. Litva Pedaqoji Universitetində "Azərbaycan multikulturalizmi" fənnini professor Rafael Həsənov tədris edir. ... | ANL |
I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti. Şərait. Azərbaycanda Birinci Avropa Oyunlarına gedən yol bəlkə də ilk dəfə Milli Azadlıq Hərəkatından başladı. Xalq ayağa qalxdı, şəhid verdi, qan bahasına öz azadlığını bərpa etdi. Dünya ölkələri arasında öz səsi, öz sözü oldu. Üçrəngli bayrağını dalğ... | ANL |
Qarayaxma üzrə peşəkar təşkilatlar. RUSLAN ATAKİŞİYEV: "MÖTƏBƏR TƏDBİRLƏR HESABINA AZƏRBAYCANA SƏFƏR EDƏN ƏCNƏBİLƏRİN SAYI DAHA DA ARTIR". Əgər idmanın müxtəlif növləri üzrə qitəmiqyaslı olimpiya oyunları deyil, qarayaxma üzrə beynəlxalq yarışlar keçirilsəydi, yəqin ki, ilk pillələrdə "Freedom House", "Human Rights Wat... | ANL |
Abidə ucaldılandan bəri Vaqif müəllim hər gün - səhərlər də, axşamlar da yolunu şəhər parkından salardı; parkın gözəgəlimli yerində qoyulmuş postament üzərindəki atasının görüşünə gələrdi saçlarına vaxtından əvvəl dən düşmüş oğul... Çox vaxt yanında 6-7 yaşlarında bir oğlan uşağı da olardı, axı ağlıkəsən uşağın xahişin... | ANL |
Qafqazdan Berlinədək. 5-ci ordunun tərkibi əsasən azərbaycanlılardan olan 416-cı milli diviziyası bu qələbənin əldə olunmasında çox mürəkkəb və çətin vəzifələr yerinə yetirmişdir. Azərbaycanın qorxmaz əsgərləri bu ağır döyüşlərdə əsl qəhrəmanlıq göstərmişdilər. Baş serjant Bədəlovun topçu dəstəsi də düşmənə qarşı igidl... | ANL |
Müstəqillik dövrü ədəbiyyatşünaslığımız elmi-ədəbi təfəkkür işığında. Cəfər Cabbarlı irsini dərindən tədqiq edən Asif Rüstəmli göstərir ki, böyük dramaturq Azərbaycan xalqının tarixi taleyi və milli azadlıq mübarizəsini iki möhtəşəm əsərdə müvəffəqiyyətlə əks etdirib: "Od gəlini" və "1905-ci ildə". XX yüzilin dəhşət və... | ANL |
Şuşa və ümumiyyətlə Qarabağ mühitini təsvir edən, insanların yaşam tərzindən, adətlərindən, xasiyyətlərindən, həyat qanunlarından bəhs edən bu əsərdən yeni nəsil xəbərsizdir. Ona görə məhz bu gün, Şuşanın işğalı günü "Qarabağ şikəstəsi"ni oxucularımıza təqdim etməyi lazım bildik. Yolların tozu-bürküsü - odlu bir nəfəs ... | ANL |
"Venesiya Biennalesi"ndə Azərbaycan pavilyonunda iki sərgi açılıb. 56-cı "Venesiya Biennalesi" - Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) dəstəyi ilə Azərbaycan pavilyonunda iki sərginin açılışı olub. Heydər Əliyev Fondunun vitse-pr... | ANL |
"Heydər Əliyev və Azərbaycan kinosu" müzakirə edilib. "Nizami" Kino Mərkəzində "Heydər Əliyev və Azərbaycan kinosu" mövzusunda konfrans keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Niz... | ANL |
İnsanlara şəfa vermək onun həyatının mənası idi. Böyük Vətən Müharibəsində faşizm üzərində qələbədən 70 il keçir. Faşizmə qarşı vuruşan insanların böyük əksəriyyəti dünyasını dəyişsələr də, daima qəlblərdə, könüllərdə yaşayırlar. Belə igid insanlar sırasında tibb xidməti podpolkovniki Qədəmşah Sadıqov da var. İnsanlara... | ANL |
Tarix onu oxuyub öyrənənlərdən ötrü vur-tut xronologiya və statistikadan ibarətdir. Amma o tarixin canlı şahidləri Vətənin məğrurluğunu, əzəmətini, vüqarını şərəflə üzərində daşıyır, qələbəyə aparan yolu keçmişin qaranlığında gözdən itməyə qoymur, özləriylə bərabər yaşatmağa davam edirlər. Ona görə də tarixin əsl həqiq... | ANL |
Bu bir kəlmə söz yerlə-yeksan olan şəhər və kəndlərin naləsi, gül əvəzinə güllə bitirən, su əvəzinə qanla suvarılan torpağın həsrəti, kəsik qol kimi ümidsiz, əlacsız görünən dəmiryol xətlərinin, meyvəsi dərilməmiş quruyan bağ-baxçanın özü boyda kədəri, ağrısı idi. Bir də ki, anaların, ataların, gəlinlərin, qızların, qo... | ANL |
Hər ümidsiz işdə xeyli ümid var, Qaranlıq gecədən ağ səhər doğar. Nizami Gəncəvi. ...Batalyonun ancaq bir hissəsi hücuma keçirdi. Çox sürətlə irəli gedirdilər. Tankların, “BTR”lərin ağırlığı altında elə bil yer titrəyirdi. Bir saat sonra Naxçıvanikin ətəyindəydilər. Tanklar dayanıb kəndə sarı xeyli mərmi atdı. Düşmən t... | ANL |
Yalan dünyanın gerçək həqiqətləri. İmzaların və üslubların əlvanlığı ilə cazibədar görünən çağdaş ədəbi prosesdə özünəməxsus yeri, dəst-xətti olan müəlliflərdən biri yazıçı, publisist, şərqşünas alim və tərcüməçi Fazil Güneydir. Mən onun imzasını 70-ci illərin ortalarından “Kirpi” jurnalında (və digər mətbuat orqanları... | ANL |
Ləyaqətlər və qüsurlar tarixin sınmayan güzgüsündə. Özümə gəldikdə mən elmdə məskun olanlardan biri deyiləm. Mən keçmişi sadəcə sevənlərdən və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm. 1956-cı ildə Nikita Xruşşov Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayındakı gizli məruzəsində Stalinin şəxsiyyətinə pərəstişi... | ANL |
Yaz yağışında Kitab Bayramı. Yazağzı yollandıq ora... Bəri-bəzəyi özündən olan Ağdama. Yaşıl çəmənliklər qoynunda arın-arxayın uçuşan kəpənəklər diyarına... Səslər və duyğular səltənətinə... Günəşin bol məkanına... Mənimlə yol yoldaşı olanlar Ağdamla tanışlıq üçün yol almışdılar. Mən Ağdama qovuşmaq üçün. Onlar Ağdamı ... | ANL |
İstiqlal yolunun şanlı mücahidləri - Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri. Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, müstəqillik uğrunda daima mübarizə aparıb. Ötən əsrin əvvəllərində ölkəmizdə milli azadlıq hərəkatı daha da gücləndi. Azərbaycanın demokratik qüvvələri, mütəfəkkir şəxsləri, si... | ANL |
“Tolerantlıq və multikulturalizm əcdadlarımızdan qalan mənəvi mirasdır”. BAKIDA “MƏDƏNİYYƏTLƏRARASI DİALOQ VƏ AZƏRBAYCAN MULTİKULTURALİZMİ” MÜZAKİRƏ EDİLİB. Multikulturalizm həyat tərzimizdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Mədəniyyətlərarası dialoq və Azərbaycan multikulturalizmi” mövzusunda dəyirmi ... | ANL |
Ötənlərdə başqa bir saytda “Sarıköynəklər oxuyurdu” adlı köşə yazmışdım. Yazı sosial problemlərdən bəhs edirdi. Bəndəniz şəhərin artan hay-küyündən, maşınların aramsız siqnallarından narahatlığını bildirirdi... Şərhlər bölümündə “Sual” ləqəbli birisi “Ədəbiyyat qəzeti”ndən niyə çıxarılmağımın səbəbilə maraqlanırdı və b... | ANL |
Qəhrəman şəhər. Dörd il açılmayıb burda könüllər, Dörd il Bakıda da yaz olmayıbdır. Qəhrəman şəhərin çəkdiklərindən. Bakının çəkdiyi az olmayıbdır. Oynamaq olmazdı çiçəklə,güllə,- Onu ana Vətən haraylayırdı. Cəbhədə birinə atılan güllə, Arxada bir nəsil yaralayırdı. Bakı qılınc kimi qalmadı qında, Sıyrıldı kədərin, min... | ANL |
Dostluq çağdaş zamanın sıradan çıxarmaqda olduğu dəyərlərdən biridi. Bir az dərin fikirləşəndə başa düşürsən ki, deyəsən elə “dost” sözünün özü də mənasını dəyişib. Əgər müasir insan üzünü belə görmədiyi minlərlə adamla sosial şəbəkələr vasitəsiylə “dost” ola bilərsə və bu anlayış sadəcə foto bəyənmək, nəyəsə şərh yazm... | ANL |
Əsrlərdən keçdi, gəldi, Sənin əlin tutan məşəl! Yuxulardan uçdu, gəldi, Sənin əlin tutan məşəl! Arzuları çin eylədi, Sənin əlin tutan məşəl! Cənab İlham Heydər oğlu. Yerlər oğlu! Göylər oğlu! Əməlindən şölələnib, Amalından şölələnib, Kamalından şölələnib, Sənin əlin tutan məşəl! Elə qalxıb, enməyəcək, Sənin əlin tutan ... | ANL |
Ötən əsrin 70-ci illərində şəhərdə ədəbi dərnəklər vardı. Hərəmiz öz qismətimizi, öz taleyimizi yaşasaq da, bizim ümumi bir taleyimiz də var: bu poeziyadır, ədəbiyyatdır. O zaman ali təhsilimizi başa vurub hərəmiz bir yana dağılıb getsək də, həmən ümumi taledə bir yerdə olduq. Və bu şərikli tale illər keçəndən sonra ye... | ANL |
BU, HƏR YAŞDA İNSAN ÜÇÜN KAMİLLİK AÇARIDIR. Xalq yazıçısı Elçin elmi-nəzəri, publisistik ədəbiyyatlarda haqqında ən genişçalarlı monoqrafiya, esse və məqalələr yazılan çağdaş ədəbiyyatımızın görkəmli nümayəndəsidir. Bu mənada onun yaradıcılığı ilə bağlı yeni fikir söyləmək olduqca çətindir. Elçinin məhsuldar qələmi, əd... | ANL |
Heydər Əliyev irsinin tədqiqi məsələləri mövzusunda elmi konfrans keçirilib. Mədəniyyət və Turizm Nazirliyi, A.A.Bakıxanov adına Tarix İnstitutu və Milli Kitabxana “Ulu öndər Heydər Əliyev irsinin tədqiqi məsələləri” mövzusunda elmi konfrans təşkil edib. Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq sözü Mə... | ANL |
Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) Musa Yaquba həsr olunmuş “Qara daşın sədası” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri AYB katibi Rəşad Məcid Musa Yaqubun şeirləri ilə açıb. Şair Əjdər Ol aparıcısı olduğu tədbirdəki giriş sözündə M.Yaqubun yaradıcılığından bəhs edib. “Azərbaycan” jurnalının baş reda... | ANL |
FƏXRƏDDİN TEYYUBUN ŞEİRLƏR KİTABI İŞIQ ÜZÜ GÖRÜB. Tanınmış şair Fəxrəddin Teyyubun “Kölgəm mənim yol yoldaşım” kitabı çapdan çıxıb. Kitabda müəllifin ayrı-ayrı illərdə yazdığı şeirləri toplanıb. Nəşrin redaktoru Zülfüqar Şahsevənli “Dünya belə deyildi...” adlı ön sözdə Fəxrəddin Teyyubun yaradıcılığından söz açıb: “Fəx... | ANL |
DƏRGİNİN RUS ƏDƏBİYYATINA HƏSR OLUNMUŞ 320 SƏHİFƏLİK BU SAYI 50-yə QƏDƏR MÜƏLLİFİN YARADICILIĞINI ƏHATƏ EDİR. Azərbaycan Yazıçılar Biriyinin təşəbbüsüylə nəşr olunan “Dünya ədəbiyyatı” dərgisinin bu özəl sayı bütünlüklə rus ədəbiyyatına həsr edilib. Bununla biz nəsrimizə, dramaturgiyamıza səmərəli təsir göstərmiş böyük... | ANL |
I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti. İyunun 12-də bütün dünya idmansevərlərinin diqqəti Bakıya yönələcək. Həmin gün Odlar Yurdumuzun paytaxtında I Avropa Oyunları start götürəcək. Avropanın ən güclü idmançıları qalib adı uğrunda mübarizə aparacaqlar. Belə bir mötəbər yarışın ölkəmizdə keç... | ANL |
Heydər Əliyev: müstəqillik tariximizin Əbədiyyət rəmzi. Kainat kimi dünyamızın tarixi də sonsuzdur. O qədər sonsuz ki, bəzən onu insanların sadəcə “baxıb keçdiyi bir pəncərə”yə də bənzədiblər. Tarixin pəncərəsindən bu dünyaya baxıb keçənlərin sayı da sonsuzdur. Bu sonsuzluq zəncirində çox nadir simalar olur ki, onlar s... | ANL |
Yazı yazan səni necə qarğıyım? Hərdən ümid olmur çıxam sabaha. Bu dərdi sinəmdə necə saxlayım? Hələ həyatımı başlamamışam, Könlüm istəyəntək yaşamamışam, Hələ bircə dəfə oxşamamışam, O qara tellərə dən düşüb daha. Gərək gecikməyim bu son qatara, Bəlkə xoşbəxtliyə məni apara. Etibar qalmayıb dövrə, həyata, O qara tellər... | ANL |
İstiqlal yolunun şanlı mücahidləri - Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri. Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, müstəqillik uğrunda daima mübarizə aparıb. Ötən əsrin əvvəllərində ölkəmizdə milli azadlıq hərəkatı daha da gücləndi. Azərbaycanın demokratik qüvvələri , mütəfəkkir şəxsləri, s... | ANL |
Sən elə Yaxşı İnsansan ki, səndən küsmək də günahdır. Dualar hər İnsanın qəlbinə dolmur və hər insanın da dilinə gəlmir. Yadında saxla ki, MƏscidin qapısını təkcə sənin üçün açıq qoymayıblar... lll. ÇörƏyi kəsən bıÇaqla baş kƏsmƏzlƏr! HörmƏt və ehtiramı özündən hürkütmə. KönlündƏn qırılan teli Barmaqla bağlamaq olmaz. ... | ANL |
Azərbaycan musiqiçiləri Seul səhnəsində. M. Maqomayev adına Dövlət Filarmoniyasının solistləri - pianoçu Səidə Tağızadə və violonçel ustası Aleksey Miltyix Koreya Respublikasının paytaxtı Seulda konsert proqramı ilə çıxış ediblər. Azərbaycanın bu ölkədəki səfirliyinin və Koreya Fondunun birgə təşkilatçılığı ilə Seul şə... | ANL |
Bugünlərdə Xalq şairi Zəlimxan Yaqubun daha bir kitabı işıq üzü görüb. "Şərq-qərb" nəşriyyatında nəfis tərtibatla çap olunmuş kitabın nəşrə hazırlayanı və redaktoru Musa Nəbioğludur. Bundan əvvəl şairin "Qürbət düşüncələri" və "Mənə ümid kimi bax" kitabları, eyni zamanda Musa Nəbioğlunun Zəlimxan Yaqub yaradıcılığına h... | ANL |
Çingiz Abdullayevin latış dilində əsəri nəşr edilib. Latviyanın "Yuventa" nəşriyyatı Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevin latış dilində "Tənha qəlblərin məskəni" əsərini nəşr edib. Bu, azərbaycanlı müəllifin latiş dilində üçüncü kitabıdır. Hal nəşriyyat azərbaycanlı müəllifin latış dilində daha dörd kitabının... | ANL |
"Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq". ƏBÜLFƏS QARAYEV: "BU DEVİZ ALTINDA BAKIDA KEÇİRİLƏCƏK III ÜMUMDÜNYA MƏDƏNİYYƏTLƏRARASI DİALOQ FORUMUNDA MÜASİR İNKİŞAF TENDENSİYALARI VƏ QLOBAL ÇAĞIRIŞLAR, ÜMUMBƏŞƏRİ DƏYƏRLƏRİN QORUNMASI İLƏ BAĞLI MÜZAKİRƏLƏR TƏŞKİL OLUNACAQ". Çağdaş dünyamızda mədəniyyətlərarası ... | ANL |
Bayram Səfərov: "Bunu düşünmək cəhənnəmin özüdür". Müsahibimiz Şuşa şəhər icra hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərovdur. Orada təhsil almışam, əmək fəaliyyətinə başlamışam, ailə qurmuşam. 1992-ci ildə bütün növ silahlarla silahlanmış ermənilərin ba... | ANL |
ürəyimdən xəbərsiz, sakit qohum gördüm. Ürəyi tərtəmiz, işıqlı adamlar, Susmayan, qısılmayan, özündən, sözündən qorxmayan. Bəlkə ona görə gözlərim. bahalı maşınlara, villalara yox, xırdaca çöl çiçəklərinə ilişib qalır. başımı qaldıranda da. Amma səni bataqlıq kolları. Qəribin qapısını, Küləklər açıb-bağlar. Rüzgarın sə... | ANL |
Rəmzlər arasında Narın yeri. Dilçilikdə ən çox sözü keçən məsələ dilin işarəviliyidir. "...dilin işarəvi təbiəti məsələsini də sistemli elmi məsələ şəklində ilk dəfə Ferdinand de Sössür irəli sürüb. İnsanların hələ dinlə tanışmadıqları dövrlərdə - Allahın qəlblərinə qoyduğu sonsuz sevginin hansı istiqamətə yönəldəcəklə... | ANL |
Moskvadakı "Bakı" kinoteatrında "Yarımdünya" göstərilib. Moskvadakı "Bakı" kinoteatrında baş prodüser Tural Əsədovun və baş rolun ifaçısı, aktrisa Gülsarənin iştirakı ilə "Yarımdünya" adlı bədii filmin nümayişi olub. "AZEproject" tərəfindən təşkil olunmuş filmin nümayişində Azərbaycanın Rusiya Federasiyasındakı səfirli... | ANL |
Azərbaycan Beynəlxalq kitab sərgisində. Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyi 10-cu Beynəlxalq Podqoritsa kitab sərgisində iştirak edib. Sərgidə nümayəndəliyimiz və Azərbaycan-Monteneqro mədəni və iqtisadi əlaqələr Mərkəzi tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanları və iqtisadiyyatı, Ermən... | ANL |
İstiqlal yolunun şanlı mücahidləri - Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri. Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, müstəqillik uğrunda daima mübarizə aparıb. Ötən əsrin əvvəllərində ölkəmizdə milli azadlıq hərəkatı daha da gücləndi. Azərbaycanın demokratik qüvvələri , mütəfəkkir şəxsləri, s... | ANL |
İkiyə bölünmüş Qərvənd... Həmsöhbətim Ağdamın Qərvənd kəndindəndir. Həyatının 15 ilini qonşu Zəngişalı-Mahrızlı kəndinin inkişafına həsr edib. Onu digərlərindən fərqləndirən cəhət isə keçmiş Sovet dövründə cavan yaşında kolxoz sədri vəzifəsinə təyin edilməsiydi. Bu gün yaşı yetmişi haqlasa da özünü gümrah hiss edir. On... | ANL |
"Avropa Oyunları Azərbaycana mədəni və iqtisadi baxımdan faydalı olacaq". "Birinci Avropa Oyunlarının davamlı inkişaf yolunda olan Azərbaycanda keçirilməsi bir çox düşmənlərimizi narahat edir. Bu narahatlığın səbəbi aydındır. Türk dövlətlərinin güclənməsi, onların dini və milli tolerantlığı, iqtisadi və siyasi müstəqil... | ANL |
Doğrusu, həmin məqalədəki bir çox cəsarətli fikirləri ilk baxışdan diqqətimi çəkdi. "Dünyamızı pis kişilərin ümidinə qoymayın, yaşayın, Şirməmməd müəllim" - deyən müəllif, yaxşıların azalacağından qorxuya düşərək, 30 il əvvələ qayıdaraq, vaxtilə hörmətli müəllimimizin auditoriyada söylədiyi bəzi məqamları xatırlatmaqla... | ANL |
Hekayələr. Qasım kişi yerinə girib yuxuya gedən kimi özünü Qarabağda, doğma kənd-kəsəyində, ev-eşiyində görürdü. Həyət-baca işləri ilə məşğul olurdu:yer belləyib lək düzəldirdi, ağac əkirdi, inəyə, dana-doluğa, qoyun-quzuya baxırdı... Kəndin içindəki çayxanaya gedib tay-tuşları ilə çay içir, ordan-burdan danışırdı. Söh... | ANL |
Dahi Bəstəkar Qara Qarayev anılıb. Fəxri Xiyabanda görkəmli bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin xatirəsi anılıb. Musiqişünaslar, elm, ədəbiyyat, incəsənət xadimləri bəstəkarın xatirəsini ehtiramla yad ediblər. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Qara Qarayevin həyat... | ANL |
"Müasir türk rəsm sənətində təxəyyül, məkan və zaman"ın açılışı olub. Heydər Əliyev Mərkəzində "Müasir türk rəsm sənətində təxəyyül, məkan və zaman" adlı sərginin açılış mərasimi keçirilib. Bakıda ilk dəfə təqdim olunan bu sərgi Türkiyə Respublikasının Mərkəzi Bankı ilə birgə təşkil edilib. Mərasimdə çıxış edən Heydər ... | ANL |
Şair Taleh Həmidlə görüş keçirilib. Bakının Binəqədi rayonundakı 276 saylı məktəbdə şair Taleh Həmidlə görüş keçirilib. Görüşü giriş sözü ilə məktəbin direktoru Bəhram Şiriyev açaraq, Taleh Həmidin yaradıcılıq yolundan, onun ötən əsrin 70-80-ci illərdə ədəbiyyata uğurlu gəlişindən bəhs edib. Direktor Taleh Həmidin bütü... | ANL |
Bərdədə tarix və mədəniyyət abidələrinin mühafizəsinə diqqət artırılıb. Tarixi abidələr ulu keçmişimizin əvəzsiz maddi yadigarlarıdır. Onlar əsrlərin sınaqlarından çıxaraq bu günümüzə qədər gəlib çatmışlar. Təsadüfi deyil ki, hər xalqın, ölkənin tarixinin qədimliyi məhz maddi mədəniyyət abidələrinin çoxluğu və qədimliy... | ANL |
Alman-Azərbaycan Cəmiyyəti 25 yaşında. Alman-Azərbaycan Cəmiyyətinin fəaliyyətinin 25 illik yubileyi münasibəti ilə "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət Birliyində tədbir keçirilib. Tədbirdən öncə Dövlət Rəssamlıq Akademiyasında gənc rəssam David Baumannın "Azərbaycan - Odlar Yurdu" mövzusunda animasiya sərgisi təq... | ANL |
İstiqlal yolunun şanlı mücahidləri - Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri. Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, müstəqillik uğrunda daima mübarizə aparıb. Ötən əsrin əvvəllərində ölkəmizdə milli azadlıq hərəkatı daha da gücləndi. Azərbaycanın demokratik qüvvələri , mütəfəkkir şəxsləri, s... | ANL |
"Avropa Oyunları böyük əhəmiyyət kəsb edir". "Birinci Avropa Oyunları gələcəkdə Azərbaycanla dünya ölkələri arasında daha sıx əlaqələrin qurulmasında böyük əhəmiyyət kəsb edir". Bu barədə İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev bildirib. O, xatırladıb ki, birinci Avropa Oy... | ANL |
Yusif Babanlı:“Avroparlament başda olmaqla anti-Azərbaycan dairələrinin bütün cəhdləri fiaskoya uğrayacaq”. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü, YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü Yusif Babanlının "525"ə müsahibəsi. -Yusif müəllim, q... | ANL |
Mən kimi sevdimsə, qəlbimdə sevdim, Kimi sevdiyimi bir kimsə bilməz. Məni əvvəlimə qaytarma, Allah. Məni əvvəlimə qaytarma, Allah, Əvvəlim şaxtalı, qış qoxuludu. Qayıtsam səsimdən oyanar, vallah, Yatıbdı, qoy yatsın- daş yuxuludu. Ürək sızıldadır qara günləri, O illər dəhşətli kitab kimidi. Elə açılmazdı dür-düyünləri,... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.