Search is not available for this dataset
text
stringlengths
10
518k
Nəqliyyat üzrə digər ekspert Arzu Süleymanov isə diqqəti Avropa təcrübəsinə çəkir:“Avropada parklanma yerləri təşkil edilərkən “shared street” - “paylaşılmış küçə” konsepsiyası tətbiq edilir.
Bu konsepsiyaya görə küçələr piyadalar üçün prioritetdir və bir istiqamətli küçələrdə az sayda avtomobilin dayanması üçün yer ayrılır, daha çox fiziki məhdudiyyətli insanların, qocaların avtomobillərinin dayanmasına icazə verilir.
Əgər yaxınlıqda xəstəxana varsa, bu da nəzərə alınır.
Amma restoranlar, əyləncə mərkəzləri nəzərə alınmır.
Azərbaycanda belə bir konsepsiya tətbiq edilmir.
Bizdə küçələr Avropa ilə müqayisədə enli olsa da, bəzən düzgün təhlil aparılmadığı üçün nəqliyyatın hərəkəti üçün problem yaranır.
Xüsusilə bir istiqamətli yollarda parklanma yerləri yaradılarkən ölçülər nəzərə alınmalıdır”.
1-ci zona üzrə 95 %, 2-ci zona üzrə 70 %, 3-cü zona üzrə 33 % iş görülüb.
4-cü zonada parklanma ödənişsiz olsa da, müvafiq infrastruktur işləri həyata keçirilir.
Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı iş yerlərinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb.
Parklanma yerlərinin idarəolunmasının əsas məqsədi şəhərin küçə-yol şəbəkəsində tıxacların və sıxlıqların azaldılması, ictimai nəqliyyatın orta hərəkət sürətinin və bunun nəticəsində onun cəlbediciliyinin artmasıdır.
Parklanmanın düzgün idarəedilməsi şəhər yollarında xaosun qarşısını alır və küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən effektiv istifadə etməyə imkan yaradır.
Müşahidələr göstərir ki, parklanmanın idarə olunmasından sonra əvvəllər avtomobil saxlamaq üçün çətinliklə yer tapılan küçələrdə artıq xeyli sayda boş yer mövcuddur”.
Türkiyə məhkəməsi İstanbul kilsəsində silahlı insidentlə bağlı ilkin dinləmə üçün gətirilən 34 məhbusdan 25-i barəsində həbs qərarı çıxarıb.
Bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.
“Kilsədə atəş açaraq vətəndaşımızın ölümünə səbəb olan “İslam Dövləti” terror təşkilatının üzvü Əmirjon Klıkov və onunla birlikdə olan David Tanduyev də daxil olmaqla, 25 nəfərin həbsinə order verilib”, - deyə nazir bildirib.
Qeyd edək ki, yanvarın 28-də Türkiyənin İstanbul şəhərində italyan kilsəsi “Santa Maria”ya silahlı hücum olmuşdu.
Bakının Səbail rayonu Neftçilər prospektindəki (Dövlət Kukla Teatrının qarşısı) yeraltı keçidə vurulan yeni qadağanedici işarələr sosial şəbəkələrdə müzakirə yaradıb.
“Qafqazinfo” xəbər verir ki, işarələrlə velosiped və skuter sürücülərinin bu keçiddən istifadəsi, bundan savayı, sözügedən yerdə şəkil çəkdirmək qadağan edilib.
Bildirilib ki, bəzi yeniyetmə və gənclər keçiddən təyinatı üzrə istifadə etməyərək burada skeytbordinq hərəkətləri edirlər.
Velosiped istifadəçiləri, xüsusilə kuryerlik edənlər isə qadağaların onların hərəkətlərinə və fəaliyyətlərinə maneə törətdiyini, ərazidə onların keçməsi üçün başqa alternativin olmadığını bildirirlər.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, bir neçə gün əvvəl keçidin divarlarına vurulmuş nişanlar artıq sökülüb:""“Sözügedən ünvandakı qadağalar sakinlərin müraciəti əsasında tətbiq olunub.
Belə ki, bəzi paytaxt sakinləri, xüsusən də yeniyetmə və gənclər yeraltı keçiddən təyinatı üzrə istifadə etmək əvəzinə, orada velosiped, skuter sürüb, piyadaların gediş-gəlişinə mane olurlar.
Eyni zamanda keçidin müəyyən hissələrində dayanıb fotoçəkiliş aparanlar da vətəndaşların sərbəst hərəkətinə maneə törədiblər.
Bununla bağlı vətəndaşlar dəfələrlə agentliyə müraciət ediblər.
Bu kimi səbəblərdən həmin yeraltı keçiddə qadağanedici işarələr qoyulmuşdu.
Lakin bu qadağaların cəmiyyətdə birmənalı qarşılanmadığı, etiraz doğurduğu nəzərə alınaraq, sonradan həmin işarələr götürülüb.
Bununla belə, velosipedçi və skuterçilərə tövsiyə edirik ki, yeraltı keçidlərdən, piyada zolaqlarından keçərkən qanunvericiliyin tələblərinə riayət etsinlər, həm özlərini, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atmasınlar”.
Azərbaycanda “Uber” taksi şirkətində gediş qiymətinə 10 qəpik servis haqqı əlavə edilməsi müzakirələrə səbəb olub.
Bununla bağlı şirkətə rəsmi sorğu ünvanladıq.
“Uber”in Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, sözügedən xidmət haqqı sürücünün gəlirinə heç bir təsir göstərmir.
“Bu həftədən etibarən “Uber” proqramında sifariş edilən səfərin qiymətinə 0,1 manat xidmət haqqı daxildir.
Bu, ödənişi xidmətin fəaliyyəti və inkişafı üçün istifadə edəcəyik.
Xidmət haqqı sərnişin və xidmət arasında qarşılıqlı ödəniş olduğu üçün sürücünün gəlirinə təsir göstərmir.
Nəzərinizə çatdırmaq istəyirik ki, bazarda bu xidmət haqqı artıq standartdır”, - deyə məlumatda qeyd olunur.
“Servis haqqı deyəndə nə nəzərdə tutulur və niyə məhz 10 qəpik?”, “Bu məbləğ hansı meyara əsasən müəyyən olunub?” suallarına isə şirkət cavab vermək istəməyib.
10:20"Azərbaycanda taksi qiymətlərinə xidmət haqqı əlavə edilib.
Oxu.Az xəbər verir ki, bəzi taksi şirkətlərində gediş qiymətinə 10 qəpik servis haqqı əlavə edilib.
Bunun taksi xidmətini inkişaf etdirmək üçün istifadəçilərdən alınan ödəniş olduğu qeyd edilib.
ABŞ-nin Florida ştatının Kliruoter şəhərində “Beechcraft Bonanza V35” yüngül təyyarəsi treyler parkına çırpılıb.
Yerli yanğınsöndürmə xidmətinin rəisi Skott Elers həm təyyarədə, həm də mobil evdə bir neçə nəfərin öldüyünü bildirib.
O, ölənlərin dəqiq sayını açıqlamayıb.
Elersin sözlərinə görə, təyyarə parkdakı evlərdən birinin üzərinə düşüb.
Qəza nəticəsində yanğın daha dörd qoşquya yayılıb.
Yanğınsöndürmə rəisi qeyd edib ki, üç qoşquda olanlar çölə çıxa biliblər və xəsarət alan olmayıb.
“Biz bayırda bütün mənzili silkələyən partlayış eşitdik və hər tərəfi tüstü bürüdü”, - deyə hadisənin şahidlərindən biri bildirib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov 2 fevral - Gənclər Günü münasibəti ilə ölkənin gənc vətəndaşlarını təbrik edib.
Nazir təbrikini “X” sosial şəbəkəsindəki hesabında çatdırıb.
“Gənclərimizin vətənpərvərliyi, ictimai-siyasi həyatdakı fəal mövqeyi, peşəkar kadr potensialının formalaşmasında yaxından iştirakı və beynəlxalq müstəvilərdə ölkəmizi yüksək səviyyədə təmsil etməsi qürurvericidir.
Onların iqtisadi fəallığının artırılmasına, gənc sahibkarlara dəstək fəaliyyətimizin mühüm istiqamətlərindəndir.
Bugünkü əlamətdar tarix münasibətilə gənclərə təbriklərimizi çatdırır, firavanlıq, uğurlar və yüksəliş arzulayırıq”, - deyə o qeyd edib.
Bu gün 2 fevral – #Azərbaycan Gəncləri Günüdür.
Gənclərimizin vətənpərvərliyi, ictimai-siyasi həyatda fəal mövqeyi, peşəkar kadr potensialının formalaşmasında yaxından iştirakı və beynəlxalq müstəvilərdə ölkəmizi yüksək səviyyədə təmsil etməsi qürurvericidir.
Onların iqtisadi… pic.twitter.com/jHt3FIJnGd
Qan Turalı yazır...""Süni ət mövzusu xüsusən də son aylarda dünya mediasında ən çox müzakirə edilən mövzulardan biridir.
Bill Qeyts süni əti “gələcəyin qidası” adlandırır.
Ancaq süni ətin əleyhdarları da az deyil.
İtaliya parlamenti laboratoriyada hazırlanan hər cür əti qadağan edilməsi ilə bağlı qərar çıxardı.
Qadağanı pozanları 60 min avroya qədər cərimə gözləyir.
İtalyanlar öz qərarlarını italyan mətbəxini və kənd təsərrüfatını qorumaqla əsaslandırırlar.
Halbuki məsələ heç də o qədər sadə deyil.
“Good Food Institute”un (Yaxşı Qida İnstitutu) qurucusu Brus Fridrix təmiz ət adlandırdığı süni ətin heyvandarlığı və əkinçiliyi də dəyişdirəcəyini bildirir:“Biz heyvanları yemləmək üçün həddən artıq çox yem istehsal edirik.
Toyuqlara 9 kalorilik yem verir, bunun müqabilində isə cəmi 1 kalorini ət kimi geri ala bilirik.
Bu, son dərəcə qeyri-məhsuldar bir yanaşmadır.
2050-ci ildə isə bu, indikindən 70, ya da 200 faiz çox ət istehsal edəcəyik”.
Fridrix və onunla eyni fikirdə olanlar heyvandarlıq və ona bağlı olan yemçiliyin ekologiyaya böyük zərbə vurduğunu qeyd edərək süni ətin bəşəriyyəti xilas edəcəyini bildirir.
Bu ətlər heyvan hüceyrələrindən götürülən nümunələr əsasında hazırlanır və dadını ət dadından fərqləndirmək çətindir.
Çox böyük əhaliyə sahib olan Hindistan və Çin kimi ölkələrdə süni ət istehsalı və istehlakı xüsusilə aktual görünür.
Çünki əhalisi milyardı keçən bu ölkələrin əhalisinin ətlə təchizatı həqiqətən də böyük bir problemdir.
Süni ətin bəşəriyyətin qida rasionuna daxil olub-olmayacağına qərar vermək çətindir.
Bütün dəyişikliklər kimi bu dəyişikliyi də insanların dərhal qəbul etməsinə inanmaq sadəlövhlük olardı.
Ancaq aparılan müzakirələrin süni ətə qarşı müqavimətin hələlik çox güclü olduğunu göstərir.
Azərbaycanda da süni ətin məmnunluqla qarşılanacağını gözləmək əbəsdir.
Bütün bu proses isə söz yox ki, zamanın ixtiyarındadır.
İşin bu tərəfi ilə qida mühəndisləri ilə məşğul olacaqlar.
Lakin məsələnin sosial-fəlsəfi də tərəfi var.
Bir az da bu tərəfə diqqət edək.
Tarixin erkən çağlarında quldarlıq vardı.
Hətta quldarlıq ABŞ-də XIX əsrin ortalarına qədər mövcud idi.Ya da feodal təhkimçiliyi.
Bu gün bizə quldarlıq və təhkimçilik son dərəcə dəhşətli gəlir.
İŞİD yezidiləri bazarda kölə kimi satdıqda bütün bəşəriyyət dəhşətə düşmüşdü.
Halbuki, cəmi bir əsr əvvəl qul alveri son dərəcə təbii bir şey idi.Bir sözlə, bəşəriyyətin keçmişi ilə bu gününü müqayisə etdikdə bir zamanlar çox adi, təbii kimi görünən situasiyaların bu gün necə qorxunc və qəddar olduğunu müşahidə etmək çətin deyil.
Qadınlarla bağlı vəziyyəti də götürə bilərik.
Qadınlara səsvermə hüququnun verilməsi prosesi olduqca ağrılı və məşəqqətlə, mübarizələrlə mümkün oldu.
Halbuki, bu gün heç kim qadınların səsvermə hüququna şübhə ilə yanaşmır.
Hətta, qadın deputatlar, qadın hökumət üzvləri və hökumət başçıları var.
Eləcə də heyvanların öldürülməsi məsələsi...
Bu gündən etibarən heyvanların öldürülməsinə qarşı bir ictimai etiraz dalğası vardır.
Bəli, bu dalğa bir az zəif kimi görünə bilər.
Ancaq quldarlıq əleyhdarı olan dalğa ilk zamanlarda bundan da zəif idi.Ya da qadınların mübarizəsi...İnsanın ət yemək üçün başqa bir canlını öldürməsi yaxın gələcək üçün son dərəcə dəhşətli görünəcək.
Eynilə indi quldarlığın dəhşətli göründüyü kimi..."Bəli, cəngəllikdə yaşayan, ovçuluqla dolanan, ovçuluq olmadan həyatda qala bilməyən insanların vəziyyəti ilə bizim indiki vəziyyətimiz eyni deyil.
Heyvan öldürmək bir zamanlar zərurət idisə artıq bu zərurət demək olar ki, aradan qalxıb.
Bu mənada heyvanların qida üçün öldürülməsi ciddi şəkildə mübahisələndirilir.
Süni ət müzakirəsi də məhz belə bir fikri palitrada üzə çıxır.
Dünya fərqli dinlərin, məzhəblərin, millətlərin və irqlərin birgə yaşadığı bir yerdir.
Artıq bu mənzərəyə heyvanlar da daxil olmaqdadır.
Bu mənada bir zamanlar qullara, təhkimli kəndlilərə, qadınlara, zəncilərə necə mərhəmət göstərilmişdirsə artıq bu mərhəmət heyvanlara qarşı da göstəriləcək.
Süni ətlə bağlı müzakirələrdə məsələnin bu cür sosial-fəlsəfi məqamlarını da nəzərə almaq lazımdır.
Bəşəriyyəti mərhəmət xilas edəcək.
Bank kartından oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.