Search is not available for this dataset
text
stringlengths
10
518k
“Azərbaycan və Ermənistan arasında parlamentlərarası dialoq platformasının yaradılması ilə bağlı müzakirələr martda Cenevrədə baş tuta bilər”.
Bunu Bakıda səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq “Trend”ə müsahibəsində deyib.
O qeyd edib ki, PAİ regionda baş verən son hadisələrdən, Azərbaycanla qonşuları arasında olan münasibətlərdən xəbərdardır və bütün dünyada sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün yaradılmış bir təşkilat kimi, tərəflərlə müzakirələr aparmağı zəruri hesab edir.
“Mən Azərbaycan hakimiyyəti ilə müzakirələr aparmışam və aldığım cavablardan məmnunam.
İndiki mərhələdə biz prinsipial razılaşma əldə etməyə çalışırıq ki, PAİ hər iki ölkəyə bir araya gəlib müzakirələr aparmaq üçün parlament səviyyəsində platforma təqdim etsin.
Biz iki ölkənin parlamentlərinin yüksəksəviyyəli rəhbərliyini müzakirələrə dəvət etməyi planlaşdırırıq.
Biz diplomatiyanın ənənəvi formasını tamamlayan parlament diplomatiyasına inanırıq”, - deyə PAİ-nin baş katibi bildirib.
O əlavə edib ki, PAİ parlamentariləri ilkin olaraq qeyri-rəsmi formatda görüş keçirməyə dəvət etmək fikrindədir.
Çunqonq PAİ-nin irəli sürdüyü və Azərbaycandan dəstək alan təşəbbüsü həyata keçirməyə hazır olduğunu bildirib.
“Mən bu daimi dialoq platformasının yaradılması üçün Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanı Ermənistandan olan həmkarları ilə danışıqlar aparmaq üçün Cenevrəyə dəvət edəcəyəm.
Ümid edirik ki, bu il martın 23-27-də keçiriləcək Parlamentlərarası İttifaqın növbəti Assambleyası zamanı belə bir görüşü təşkil edə biləcəyik.
Bu yolla biz iki ölkənin parlamentləri arasında qarşılıqlı anlaşmaya nail ola biləcəyik.
Bundan sonra biz iki ölkə arasında davam edən sülh danışıqlarının uğurlu nəticəsi üçün əlverişli mühit yaratmağa çalışa bilərik”, - deyə o bildirib.
Çunqonq əlavə edib ki, PAİ təşəbbüsünün məqsədi iki dövlət arasında danışıqlar yolu ilə hakimiyyətin etdiklərini təkrarlamaq deyil.
“Mən çox şadam ki, bu təşəbbüsə hər iki tərəfdən müsbət reaksiya var.
Biz iki ölkənin parlamentləri arasında qarşılıqlı fəaliyyətə ümid edirik, çünki inanırıq ki, o, mümkün anlaşılmazlıqları aradan qaldırmaq və xoş niyyət yaratmaq üçün güclü potensiala malikdir”, - deyə PAİ-nin baş katibi bildirib.
O qeyd edib ki, burada ilk növbədə müsbət qüvvələri səfərbər etmək lazımdır.
“Biz mövcud olan müsbət qüvvələrə arxalanmalıyıq və digər qüvvələrin dağıdıcı potensialını minimuma endirməliyik.
Mən Prezident İlham Əliyevlə danışıqlardan çox məmnunam və bu danışıqlarda Azərbaycanın sülh prosesinin uğurla irəliləməsinə sadiqliyi ifadə olunub.
Hər iki tərəfin danışıqlar prosesində marağı bizim üçün çox vacibdir.
Mən müsbət qüvvələri cəlb etmək istəyirəm.
Dediyim kimi, aldığımız cavabdan çox məmnunam”, - deyə Çunqonq bildirib.
Britaniya Hərbi Dəniz Qüvvələri yeddi il ərzində ilk dəfə Atlantik okeanında qitələrarası ballistik raketin ilk sınağına hazırlaşır.
Bildirilir ki, döyüş başlıqsız “Trident II” raketi ABŞ-nin şərq sahillərindən 90 kilometr aralıda “HMS Vanguard” atom sualtı qayığından buraxılacaq.
Sursatın Braziliya ilə Qərbi Afrika arasında dənizə düşməzdən əvvəl təxminən altı min kilometr getməsi gözlənilir.
Bundan əvvəl Britaniya qitələrarası ballistik raket sınağını 2016-cı ildə keçirmişdi.
Gəncədə tüstüləyən zibil maşınının görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, MAN markalı yük avtomobili naməlum səbəbdən tüstüləyib.
Buna baxmayaraq, sürücü nəqliyyat vasitəsini şəhərboyu idarə edib.
Görüntülər digər nəqliyyat vasitəsində yerləşdirilən videoqeydiyyatçı tərəfindən qeydə alınıb.
Videodan məlum olur ki, zibil maşınının yük yerindən çıxan tüstü digər avtomobillər üçün təhlükəli vəziyyət yaradıb.
Həmin görüntüləri təqdim edirik:""Nəzrin Vahid
Bred Pitt Tarantinonun “Kinotənqidçi” filmində baş rolda çəkiləcək.
Pitt üçün bu film Kventin Tarantino ilə üçüncü işi olacaq.
Əvvəllər aktyor “Şərəfsiz əclaflar” və “Bir zamanlar Hollivudda” filmlərində rol alıb.
Rejissorun sayca 10-cu işi olan bu filmdə hadisələr 1970-ci illərdə Los-Ancelesdə cərəyan edəcək.
Baş qəhrəman porno jurnalda dərc olunan kino haqqında köşə yazılarının müəllifi olacaq.
Tarantino bildirib ki, qəhrəmanı realdır, o, yeniyetmə ikən resenziyalarını oxuduğu müəllifindən ilham alıb.
7 fevral növbədənkənar prezident seçkisi günü Zəngilan rayonunun Ağbənd kəndində yeni yaradılan məntəqədə 561 nəfər seçici səs verəcək.
O qeyd edib ki, bu seçicilər həmin ərazidə tikinti-bərpa işləri ilə məşğul olan şəxslərdir:""“İki aya yaxındır ki, məntəqəmiz bütün lazımi avadanlıqlarla təchiz olunub və seçki gününü səbirsizliklə gözləyirik”.
B.Novruz bildirib ki, bu tarixi günlərdə hər birimiz sevincli və qürurluyuq:""“Məntəqədə veb-kameralar quraşdırılıb və səsvermə prosesinin tam şəffaf keçəcəyindən əminik.
Biz də bunun üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə...
Bu gün Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Dövlət Qurumlarının İT rəhbərlərinin III Zirvə Toplantısı keçirilir.
Oxu.Az xəbər verir ki, tədbir dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyətinin təcrübə mübadiləsinə cəlb edilməsi və qurumlararası kommunikasiyanın gücləndirilməsi məqsədilə mütəmadi şəkildə XRİTDX tərəfindən təşkil edilir.
Tədbirdə 73 dövlət qurumundan 100-dən artıq nümayəndə, eləcə də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı Elmir Vəlizadə də iştirak edib.
Zirvə Toplantısını giriş sözü ilə açan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general-mayor Allahverən İsmayılov iştirakçıları salamlayıb.
O, ulu öndər, ümummilli lider Heydər Əliyevin 1997-ci ilin 2 fevral tarixində imzaladığı Fərmanı diqqətə çatdıraraq Zirvə Toplantısında iştirak edən gəncləri Gənclər Günü münasibətilə təbrik edib.
A.İsmayılov çıxışında bu Zirvə Toplantısının dövlət qurumlarının informasiya təhlükəsizliyinin gücləndirilməsinə, xüsusilə də kritik infrastrukturlarının təhlükəsizliyi məsələlərinin müzakirəsinə, eləcə də cari ilin 7 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkisi döv...
Daha çox şəkil burada:PhotoStock.az"Könül Cəfərli
Birinci vitse-prezident Mehriban Əliyeva Gənclər Günü ilə bağlı paylaşım edib.
Mehriban Əliyevanın “Instagram” hesabındakı paylaşımda deyilir:""“Hər bir Azərbaycan gəncinə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq, bütün təşəbbüslərində uğurlar diləyirəm!”"A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)
İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-la birbaşa hərbi toqquşmadan çəkinməklə bağlı göstəriş verib.
Bu barədə Birləşmiş Ştatlar mətbuatı dini liderə yaxın mənbədən məlumat əldə edib.
Mənbə iddia edib ki, bu həftənin əvvəlində İranın Ali Milli Təhlükəsizlik Şurası fövqəladə iclas keçirib.
İclasda bir neçə gün əvvəl İordaniyanın şimalında ABŞ bazasına pilotsuz təyyarənin hücumu nəticəsində üç amerikalı hərbçinin öldürülməsi və Birləşmiş Ştatların bu hücuma görə İrandan qisas almaq ehtimalları nəzərdən keçirilib.
Daha sonra iclasın yekunları barədə Əli Xameneiyə məruzə edilib.
Ali dini lider isə ABŞ-la birbaşa hərbi toqquşmalardan çəkinməyi, iranlılara amerikalıların ölümündə əli olan qrupların hərəkətlərindən məsafə saxlamağı əmr edib.
Kanadada qədim yelkənli gəminin bir hissəsi sahilə çıxıb.
Onu yerli sakinlər aşkar ediblər.
Bu barədə Nyufaundlend və Labrador Gəmi Qəzalarını Mühafizə Cəmiyyətinin prezidenti Nil Bercess xəbər verib.
Onun sözlərinə görə, tapıntı Nyufaundlend adasının cənub-qərbində, Keyp-Rey burnunda aşkar edilib.
Gəminin 19-cu əsrdə inşa edildiyi qeyd olunub.
Həmçinin vurğulanıb ki, gəminin adaya çıxan hissəsinin ölçüsü 24 metrdir.
Bu onun ortaölçülü şxundan (iki və daha artıq dor ağacı olan yelkənli gəmi) daha böyük olduğunu göstərir.
Mütəxəssis hesab edir ki, yelkənli qayığı 2022-ci ilin sentyabrında regiondan keçən və Nyufaundlendin sahil xəttini dəyişdirən “Fiona” qasırğası dənizin dibindən qaldırıb.
O qeyd edib ki, adanın yaxınlığındakı dəniz dibi minlərlə batmış gəmi ilə doludur.
Bakıda işlədiyi mağazada müştəri ilə dalaşaraq ona ağır xəsarətlər yetirməkdə ittiham edilən 1993-cü il təvəllüdlü S.Tahirova hökm oxunub.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Tahirov Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.
İttihama əsasən, paytaxt sakini M.Qurbanov hadisə günü Yasamal rayonu Ə.Ələkbərov küçəsində yerləşən meyvə-tərəvəz mağazasına gedib.
O, satıcıdan qiymətləri soruşduqda deyilən məbləğlərlə razılaşmayaraq endirim edilməsini istəyib.
S.Tahirov isə mağazada rəhbər olan qohumunu göstərərək qiyməti onun təyin etdiyini və etirazı varsa, məsələni onunla müzakirə etməyi məsləhət bilib.
Lakin M.Qurbanov təkidlə S.Tahirovla danışıb və münaqişə yaradıb.
Münaqişə zəminində satıcı müştəriyə başı ilə zərbə endirib.
Nəticədə M.Qurbanov baş beynin yüngül əzilməsi, alın sümüyünün mərkəzi qəlpəli, basılmış kəllə əsası ilə əlaqəli və burun sümüyünün kökündə yerdəyişməyən sınıqları, gözün iç bucağının qançırı xəsarətləri alıb.
Məhkəmədə M.Qurbanov onu vuran satıcını bağışlamadığını bildirib və həbsini tələb edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə 31 yaşlı S.Tahirova 6 il 6 ay həbs cəzası verilib.
İbtidai istintaq və məhkəmə prosesi müddətində polisin nəzarətində olan gənc məhkəmə zalındaca həbs edilib.
Növbədənkənar prezident seçkisi ilə əlaqədar seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi üçün ayrılan müddət sabah başa çatır.
Oxu.Az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyaları səsvermə gününə azı 3 gün qalanadək seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsini təmin etməlidir.
Növbədənkənar prezident seçkisi ilə əlaqədar bu müddət 2024-cü il fevralın 4-dək olan dövrü əhatə edir.
Bir neçə aydır ki, Azərbaycanda, o cümlədən paytaxt Bakıda avtomobillərin parklanması yeni qaydalarla təşkil olunur.
Nazirlər Kabinetinin ötən il iyunun 25-də qəbul etdiyi “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” barədə qərara əsasən, Bakının parklanma yerləri “Mərkəz”, I, II, III və IV zonalar olmaqla 5 yerə bölünüb.
Hər saat üçün “Mərkəz”də 1 manat, I zonada 0,7 manat, II zonada 0,4 manat, III zonada isə 0,3 manat ödəniş tələb olunur.
IV zonada isə parklanma ödənişsizdir.
Bundan əlavə digər parklanma zonalarında həftə sonu və həftə içi saat 22:00-dan 07:00-a qədər avtomobillərin parklanması ödənişsizdir.
Bəs Bakıda avtomobillərin parklanması effektiv təşkil olunubmu?
Müşahidələr göstərir ki, paytaxtda parklanma yerlərinin sayı sürətlə artır, az qala hər küçədə, tində avtomobil saxlamaq üçün yerlər müəyyən edilir.
Nəticədə paytaxtın bəzi ərazilərində parklanma yerləri az qala yaşayış binalarının həyətindədir.
Bir sıra küçələrdə isə hərəkət zolaqlarının sayı az olduğu üçün avtomobillərin parklanması tıxaclara səbəb olur.
Bəzən isə parklanma yerləri ehtiyac olmadan yaradılır.
Məsələn, paytaxtın Nizami və Zahid Xəlilov küçələrində parklanma yerlərinin olması normal qəbul edilə bilər.
Çünki bu küçələrin hər iki tərəfində kifayət qədər sosial obyektlər var.
Bakının Əhməd Cəmil küçəsində isə hər hansı ictimai əhəmiyyət kəsb edən obyekt yoxdur və parklanma yerinin lazımsız təşkil edildiyini demək olar:""Azərbaycan Texniki Universitetinin dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov da hesab edir ki, Bakıda parklanma siyasəti tam effektiv deyil:“Parklanma yerləri elə təşkil ed...
Yolda olan zolaqların sayı azı 3-dürsə, həmin zolaqların birini parklanma üçün ayırmaq olar.
Lakin yolda iki zolaq varsa, bu zaman orada parklanma təşkil edilməməlidir”.
Onun sözlərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) işinin öhdəsindən gəlsə də, parklanma yerlərinin təşkil edilməsini elmi cəhətdən əsaslandırmalıdır:“Parklanma yerlərinin hamısı pasportlaşdırılmalıdır.
Ümumi sxem üzrə baxılmalıdır ki, hansı ərazidə hərəkətə əngəl var.
Hazırda Bakıda parklanmanın elmi əsaslarla təşkil edilməsi müşahidə edilmir, bir neçə küçədə nizamsızlıq müşahidə olunur.
Odur ki, Bakıda təşkil edilən parklanmanı 50 % effektiv hesab edirəm”.