Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. |
Bildirilib ki, Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 1340 manat pulunun oğurlanması barədə polisə məlumat daxil olub. |
Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Göygöl rayon sakinləri Kamil Qasımov, qardaşı Murad və Gəncə şəhər sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar. |
Faktla bağlı araşdırma aparılır. |
Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın (GUAM) missiyası Azərbaycanda keçiriləcək prezident seçkisini müşahidə etmək üçün fevralın 6-da tam tərkibdə Bakıya gələcək. |
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. |
Bildirilib ki, altı nəfərdən ibarət olacaq nümayəndə heyətinə GUAM-ın Baş katibi Altay Əfəndiyev, Ukrayna Ali Radasının deputatları Svyatoslav Yuraş, Mixail Papiyev, Gürcüstan parlamentinin deputatı David Matikaşvili və GUAM Katibliyinin proqram koordinatorları Teymuraz Kiladze və Səbuhi Təmirov daxildir. |
Qeyd edək ki, GUAM-ın müşahidə missiyası səsvermədən sonra seçkinin nəticələrinə dair hesabat yayacaq. |
Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi gənclərin məşğulluğunu təmin edən və əmək bazarına peşəkar kadrlar yetişdirən böyük işəgötürəndir. |
Şirkət uzun müddət təcrübəsi olan peşəkar kadrlarla yanaşı, əmək fəaliyyətinə yeni başlayan və iş təcrübəsi olmayan gənclərə də iş imkanları yaradır. |
Təkcə ötən il “Araz” supermarketlər şəbəkəsi tərəfindən 5 minə yaxın gənc işlə təmin edilib. |
Hazırda “Araz”da çalışanların 50%-dən çoxunu gənclər təşkil edir. |
Onların əksəriyyəti iş təcrübəsi olmadan işə başlayan və burada öz fəaliyyətini uğurla davam etdirən gənclərdir. |
İnsan kapitalına yatırım" “Araz”da əmək fəaliyyətinə başlayan gənclərin bilik və bacarıqlarının artırılması məqsədilə mütəmadi olaraq təlimlər təşkil edilir, təkmilləşdirilmə proqramları həyata keçirilir. |
Eyni zamanda əməkdaşların peşəkarlıq göstəricilərinin yüksəldilməsi məqsədilə fərdi inkişaf planları hazırlanıb tətbiq edilir. |
Bunun nəticəsidir ki, əmək fəaliyyətinə aşağı vəzifələrdən işə başlayan gənclər müvafiq sahələr üzrə zəruri bilik və bacarıqlar əldə edərək karyera yüksəlişinə nail olurlar. |
Hazırda “Araz”da 300-ə yaxın gənc mütəxəssis heyətində təmsil olunur. |
Rəhbər vəzifələrdə çalışanların isə 20%-i gənclərdən ibarətdir. |
Əmək bazarına peşəkar kadrların hazırlanması" “Araz” həmçinin Dövlət Məşğulluq Agentliyinin (DMA) gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələrdə də yaxından iştirak edir. |
Birgə layihələr çərçivəsində işsiz və işaxtaran şəxslər əvvəlcə təlimlərə cəlb edilir, daha sonra “Araz” supermarketlər şəbəkəsində müxtəlif vakansiyalar üzrə işlə təmin edilirlər. |
Belə layihələrdən biri də “Peşə hazırlığına dəstək”dir. |
“Bakı Peşə Hazırlıq Mərkəzi” və “Araz”ın birgə layihəsi çərçivəsində satıcı və kassir peşəsi üzrə həm nəzəri, həm də praktiki təlimlər keçirilir. |
Bununla da “Araz” supermarketlər şəbəkəsi nəzəri biliklərə malik olan gənclərə bu bilikləri təcrübədə tətbiq etmək imkanı yaradaraq müasir əmək bazarının tələblərinə uyğun insan kapitalı - kadrlar yetişdirir. |
2023-cü il ərzində dövlət qurumlarının informasiya sistemlərində çoxsaylı audit aparılıb və 697 nöqsan aşkarlanıb. |
Ötən il bu rəqəm 597 olub və builki göstərici ötən il ilə müqayisədə 20 faiz çoxdur. |
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət qurumlarının İT rəhbərlərinin III Zirvə toplantısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib. |
O bildirib ki, bu rəqəm Dövlət informasiya sistemlərində tapılan boşluqlar əsasında yazılan hesablar, sızmış məlumatlar əsasında müəyyən olunan çatışmazlıqların hesabat sayıdır:""“Ötən il ilə müqayisədə insidentlərin sayı çox deyil. |
İllik açılan sorğu sayı 7081 olub. |
Onun da 6649-u emal olunaraq bağlanıb. |
İndikatorlarla dövlət qurumlarından daxil olan insidentləri araşdırırıq və zəruri indikatorlar bloklanır. |
İl ərzində statistikaya baxsaq dövlət qurumların müəyyən dövrlərdəki aktivliyini də müəyyənləşdirmək olar. |
İllik nəticəyə əsasən tərəfimizdən aparılan monitorinq nəticəsində 517 kiberhücum indikatoruna, qurumların təqdim etdiyi insidentlərin araşdırılması nəticəsində isə 674 xüsusi kiberhücum indikatoru müəyyən edilərək bloklanıb. |
Bu da yüzlərlə kiberhücumun qarşısının alınması deməkdir. |
Dövlət qurumlarına diqqətli olmalarını və ən kiçik anomaliya halları zamanı dərhal bizə məlumat vermələrini tövsiyə edirik”. |
İzmirdə müştəri kimi taksiyə mindirdiyi D.A. |
(19 yaş) tərəfindən silahla vurulan Oğuz Erge müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. |
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca xəbər verib:""“İctimaiyyətdə yayılan görüntülər böyük kədərə səbəb olub, çünki xeyirxahlığa qəddarlıqla cavab verilib. |
Cinayətkarın layiq olduğu cəzanı alacağına heç bir şübhəmiz yoxdur. |
Mərhuma Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm”, - deyə o vurğulayıb. |
Xatırladaq ki, qorxunc hadisə fevralın 1-nə keçən gecə baş verib. |
44 yaşlı O.Elge maşını nasaz olduğundan evinə qayıtmaq istəyərkən yolda, soyuqda qalan gənci görüb və onu da ünvanına aparmaq qərarına gəlib (bu barədə maşına quraşdırılan kamerada qeydə alınan söhbətdən məlum olub). |
Ancaq mənzil başına çatanda D.A. |
pul vermək əvəzinə sürücüyə tapançası ilə üç dəfə atəş açıb və “bəzi adamlara etibar etməməlisən”, - deyərək, onun telefonunu və qulaqlığını götürüb hadisə yerini tərk edib. |
Bununla belə, o çox uzağa gedə bilməyib. |
Hüquq-mühafizə orqanları 19 yaşlı şübhəlinin izinə düşərək onu saxlayıblar. |
Hadisə ilə bağlı cinayət işi açılıb. |
Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədovun münaqişə vəziyyəti yaratmaqla ictimai yerdə zor tətbiq etdikləri Həsən Əzizovla bağlı maraqlı faktlar məlum olub. |
Baku.ws-in əldə etdiyi məlumata görə, Həsən Əzizov Ukraynanın paytaxtı Kiyev şəhərində yaşayır. |
44 yaşlı Həsən Əzizov da MMA qaydaları ilə döyüşlərdə iştirak edib. |
1996-cı ildə ilk dəfə cüdo ilə məşğul olmağa başlayıb. |
2006-cı ildən isə qarışıq döyüş növləri ilə məşğul olub. |
2018-ci ildə Ermənistanın MMA döyüşçüsü Lüdvik Şolinyan azərbaycanlı idmançı Həsən Əzizovla döyüşməkdən imtina edib. |
Qeyd edək ki, Xətai Rayon Məhkəməsinin qərarına əsasən, Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. |
Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər. |
Tofiq Musayev və Mehman Məmmədov barələrində isə digər qətimkan tədbiri seçilib. |
Hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. |
Onlar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. |
Bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu döyüblər. |
Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Masallı rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Orxan Məmmədov saxlanılıb. |
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. |
Bildirilib ki, ondan 50 ədəd metadon həbi götürülüb. |
Polis əməkdaşları tərəfindən onun idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı isə oradan ümumi çəkisi 11 kiloqramdan artıq narkotik vasitə və 300 ədəd metadon həbi aşkar olunaraq götürülüb. |
Narkotik vasitələrin 2 kiloqram 538 qramı heroin, 1 kiloqram 517 qramı metamfetamin, 7 kiloqramdan artığı isə marixuana olub. |
“Son zamanlar dövlət qurumlarını hədəf alırlar. |
Bu məlumatı biz saytlarımızda da yerləşdirmişik”. |
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət qurumlarının İT rəhbərlərinin III Zirvə toplantısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib. |
O bildirib ki, böyük qurumları hədəf alan linklər olub:""“İl ərzində 323 yeni subdomen, 119 yeni domen dövlət qurumlarının istifadəsinə verilib. |
Bu da yeni informasiya sistemlərinin artımını göstərir. |
Bir çox sahələrin elektronlaşdırılması, eləcə də təhlükəsizlik məsələlərini də ön plana keçirir. |
Biz artıq bu sahəyə daha çox resurs ayırırıq. |
2023-cü il ərzində 186 saxta domen aşkarlanıb və bloklanıb. |
Bu da dövlət qurumlarının adlarına bənzədilmiş saxta domenlərdir. |
Adlara baxdıqda daha çox hansı dövlət qurumlarının hədəf alındığı aşkardır. |
Hakerlər bununla insanları aldadaraq, onların informasiyalarını oğurlamağı hədəfləyiblər”. |
“2023-cü il ərzində 30 min istifadəçisi olan dövlət elektron poçt sisteminə 27 milyondan çox mail daxil olub”. |
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət qurumlarının İT rəhbərlərinin III Zirvə toplantısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib. |
O bildirib ki, onlardan 24 milyon 800 mini istifadəçilərə çatdırılıb:"“2 milyon 780 mindən çoxu isə bloklanıb. |
Buna səbəb onların zərərverici tərkibə malik olmasıdır. |
Diqqət etsəniz, 10 faizə yaxın, yəni hər 10 maildən biri “fişəng tərkibli” olur. |
Burada dövlət qurumları hədəf alınır və buna görə də elektron poçt sisteminin elektron təhlükəsizliyini daha güclü mərhələyə qaldırmalıyıq. |
Yeni elektron poçt sistemi hazırlanıb və biz növbəti aydan yeni elektron poçt sistemini mərhələli şəkildə dövlət qurumlarının istifadəsinə verəcəyik. |
Bu sistem 60 min istifadəçilik olub, həm funksionallıq, həm də təhlükəsizlik baxımdan əvvəlki sistemdən qat-qat üstün imkanlara malikdir. |
Xüsusi fərq isə daha korporativ olması və inteqrasiyasının daha əlverişli metodlarla təşkil edilməsidir”. |
İsrailin Hərbi Hava Qüvvələri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyanın paytaxtı Dəməşqin cənubunda yerləşən qərargahına zərbələr endirib. |
Məlumatı Suriyada müxalifətinə yaxın olan informasiya kanalları yayıb. |
Bildirilib ki, hadisə fevralın 2-də Dəməşqin cənubunda Seyyidə Zeynəb rayonunda baş verib. |
Hələlik İsrailin rəsmi dairələri məlumatı şərh etməyiblər. |
Türkiyənin İstanbul şəhərinin Şimali Mərmərə şosesinin Hüseynli mövqeyində qəza olub. |
Məlumata görə, şəhərlərarası sərnişin avtobusunun sürücüsünün idarəetməni itirməsi nəticəsində baryerlərə çırpılıb. |
Zərbənin şiddətindən avtobus ona doğru irəliləyən yük maşınına çırpılıb. |
Qəzada avtobus sürücüsü Gültekin Akçan sıxılmış vəziyyətdə qalıb, 18 sərnişin yaralanıb. |
Xəbər verildikdən sonra hadisə yerinə çoxlu polis, yanğınsöndürən və tibbi qrup göndərilib. |
Hadisə yerinə gələn sağlamlıq qrupları yaralılara müdaxilə edərkən, polislər bölgədə digər qəzaların qarşısını almaq üçün təhlükəsizlik tədbirləri görüblər. |
Bu ilin sentyabr ayında Azərbaycanda ilk dəfə Beynəlxalq Kiberdiplomatiya Konfransı keçiriləcək. |
Bu, regionda ilkdir və ev sahibliyi kimi Azərbaycanın seçilməsi bizim uğurumuzdur. |
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət qurumlarının İT rəhbərlərinin III Zirvə toplantısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib. |
O bildirib ki, bu tədbir üzrə tərəfdaşların, dünyada bu istiqamətdə fəaliyyət göstərən diplomatların Azərbaycana gəlməsi ölkəmizi kiberdiplomatiyanın mərkəzinə çevirəcək:"“Bu baxımdan çox unikal tədbirdir. |
Tədbir Rumıniya Respublikasının informatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti arasında imzalanan memorandum nəticəsində təşkil edilir. |
Onların təşəbbüsü olan diplomatiya üzrə beynəlxalq tədbirin regional təmsilçiliyi bizim ölkəmizə verilib. |
Bu tədbir Azərbaycan Respublikası Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyi ilə birgə həyata keçirməyi planlaşdırırıq. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.