Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
“Qarabağ”ın hazırkı bazası Azərbaycan reallığında çox yaxşıdır - fitnes mərkəzimiz, məşq və oyun meydançalarımız var. |
2014-cü ildə bir dəfə vəsait sərf olunub, şərait qurulub və ondan faydalanırıq. |
Düzdür, indi də müəyyən xərclər var, amma əsas iş 10 il əvvəl görülüb, əvəzində futbolçularımız özünü evdəki kimi hiss edir, orada qidalanır, istirahət edir, hazırlaşırlar. |
- Mövcud şərait dəvət edilən futbolçuların da seçimində böyük rol oynayır. |
- Oğlunuz Musanı soruşmamış digər suallara keçmək istəmirəm. |
İspaniyada toplanışa başlayıblar. |
- “Yurqorden” qışda 10-dan çox futbolçu ilə vidalaşıb. |
Musanın qalması göstərir ki, ona ümid böyükdür. |
Ata kimi yox, məşqçi kimi deyirəm. |
- Bəlkə saxlayıb “Qarabağ”da bir az da püxtələşdirmək və sonra yola salmaq lazım idi? |
Burada oynamağı da çətin idi.""- Atasının rəhbərliyi altında oynamaq mane olurdu…"- Bir az olurdu. |
- Musanın komanda yoldaşı “Barselona”ya keçmək üzrədir. |
Oğlunuzun da böyük klubların nəzər saldığı vitrinə çıxdığını deyə bilərik? |
Öncə indiki klubuna uyğunlaşmalıdır. |
Böyük klubların diqqət mərkəzinə düşmək üçün özünü sübut etməlidir. |
Yaxşı başlamışdı, sonra qollarının davamı gəlmədi. |
Avropada statistikaya böyük önəm verirlər. |
Özü ilə də söhbət etdim, İsveçə uyğunlaşmaqdadır. |
“Qarabağ”ın rəqibləri ilə yanaşı, “Yurqorden”in rəqiblərini də analiz edib Musaya kömək etməlisiniz. |
- Yox, o işlə adaşı olan əmisi məşğul olur (gülür). |
- “Qarabağ” ötən il Musadan başqa Qara Qarayev, Ramil Şeydayev və milliləşdirilən Filip Ozobiçlə vidalaşdı. |
Limit üzündən yerli oyunçu sıxıntınız ola bilərdi. |
Emin Səfərovu “Qəbələ”dən buna görə almaq istəyirdiniz? |
- Dediyiniz futbolçu ilə bağlı konkret söhbət olmayıb. |
- İsayevi təkcə limitə görə yox, bacarığına görə seçmişik. |
Həmin mövqedə futbolçuya ehtiyacımız var idi, İsayevi transfer etmək fürsəti düşdü, dəyərləndirdik. |
“Sabah” rəhbərliyi sağ olsun, danışdıq, razılaşdıq. |
- Amma “Qarabağ” Alekseysiz daha yaxşı görünür. |
Gəldiyi gündən heyətdə yer alan İsayev oynamadı və onun sabiq klubuna 7 qol vurdunuz. |
- Bizdə yaxşı oynamayan futbolçu yoxdur (gülür). |
- Alekseyi transfer edəndə “Sabah”la onun keçmiş komandasına qarşı oynmayacağına razılaşmısınız. |
- Razılaşmamız yalnız kubokdakı iki oyuna aid idi.Çempionat matçında Aleksey də forma geyə biləcək. |
- Leandro Andrade üçün nə qədər pul təklif edirlər? |
Satacaqsınız, yoxsa qalacağını demək olar? |
Həm özünə, həm də kluba çox yaxşı təklif gəlmişdi. |
- Həmişə futbolçular müəyyən vaxt küsürlər, sonra işlər yoluna düşür. |
Get-gedə futbolçulara qarşı ürəyim daha yumşaq olur, onları başa düşürəm. |
Öz karyeramı yada salıb onlara haqq verirəm. |
Mən də vaxtilə başqa klublardan daha yaxşı təklif alıb getmək istəmişəm. |
Onu edəndə böyük ehtimalla mən də düz etməmişəm. |
Bir yerə imza atdıqsa, müqaviləmiz varsa, ona sadiq olmalıyıq. |
Getmək istəyəndə də bu, qarşılıqlı razılıqla olmalıdır. |
Halallıq üçün, narazı qalmamaq üçün. |
Futbolçuları başa düşməyə çalışıram, onların 90 faizinin başqa bacarığı, qabiliyyəti yoxdur, hamısı məşqçi işləyə bilməz. |
Ona görə də qısa karyeraları ərzində çox qazanmağa çalışmaları başadüşüləndir. |
Mən də bunu nəzərə alıram, oyunçunu buraxmırıqsa, əvəzində şəraitini yaxşılaşdırırıq. |
Mənə müsahibəsində özü demişdi ki, istedadı var idi, onu əsl futbolçuya siz çevirmisiniz. |
“Krasnodar”a gedəndən sonra sanki zəifləyib, “Qarabağ”dakı Kadi deyil. |
Bəlkə də özü özünə xəyanət etdiyi üçün inciməmisiniz? |
- İnciməmişəm, futbolçunu başa düşməyə çalışıram. |
Buradan gedən futbolçularla oturub üzbəüz söhbət etmişəm, hamısı yaxşı uşaqlardır, məni qəbul edir, dinləyirlər. |
Mənə həmişə pis təsir edən başqa məqamdır - futbolçuların ətrafı onların ağlını əlindən alır. |
- “Partizan”a gedib-qayıdan Patrik Andrade misalı…"- Məncə də. |
Bəzilərinin beynini elə doldururlar ki… Orada elə olacaq, belə olacaq və s.Futbolçunun bacarığını şişirdir, onu burada az dəyərləndirildiyinə inandırırlar. |
Onlar bu günü düşünürlər, sabahı yox. |
Ən çox da yerli futbolçuların belə tora düşməsindən narahatam. |
Biz bu yöndə də işimizi yaxşılaşdırmalıyıq, oyunçuların menecerinin sağlam adam olmasına əmin olmalıyıq. |
Hər menecer futbolçuya düzgün yol göstərmir, bəzən onların karyerasına zərbə vururlar. |
Halbuki bəzi futbolçular var ki, onların öz komandaları olur. |
Məsələn, Kadidə güc, sürət, düşünmə bacarığı var idi.Amma onun yeri məhz “Qarabağ” idi, burada ən yaxşı oyununu göstərirdi, gərək getməzdi. |
5-10 manat artıq qazanmaq imkanı ola bilər, amma futboldan həzz alması üçün “Qarabağ”da qalmalıydı. |
Avropa klubları ilə fərqimiz həm də istəklərlə bağlıdır. |
Biz bəzən hansısa oyunçudan ən yaxşısını almaq üçün onun bəzi istəklərinə göz yumuruq, Avropada isə belə deyil. |
- Kadi qayıtmaq istəsə…"- Kadi bizim uşağımızdır, qayıtsa, istəyərəm. |
Onun həyatı ilə maraqlanmışdım, çox əziyyət çəkmiş biridir. |
Çox kasıb olub, demək olar yaşamaq üçün oynayıb, Portuqaliyada aşağı liqanın autsayderində çıxış edirdi. |
Çox xatirələrimiz var, uşaqlıqda çox əziyyət çəkmişdi, buna görə onu daha çox istəyirdim. |
Ailəsinin ehtiyacları var idi, getməyi lazım bildi. |
Biz də pis şərait yaratmamışdıq. |
Gedən futbolçulardan kim qayıtmaq istəyibsə, qapımız açıq olub. |
- Menecerlərlə bağlı narahatlığınıza görə soruşuram:Deyəsən, sizdən israrla istənilən futbolçu yalnız Leandro Andrade deyildi…"- Var idi, ehtiyac duymadıq. |
Elə menecerlər də var ki, danışanda başa düşürlər. |
Klub nümayəndələrimizdən Asif Əsgərov futbolçuların yaxınları ilə, ailələri ilə danışır, başa salmağa çalışır, doğru yolu göstərir, onlar da anlayırlar. |
Bəzən kənardan hansısa futbolçu bizim oyunçulara zəng edir, onlara vəd verib beyinlərini qarışdırır. |
Görürsən ki, futbolçu bir ay özündə olmur. |
- Ramil Şeydayevi çox istəyirdiniz. |
O da Tailanda pula görə getdi və qısa müddətdən sonra Türkiyəyə yollanmalı oldu. |
Hərəsinin bir xasiyyəti var, məhz ona görə də bəyənirəm. |
Ramilə gəlincə, dediklərinizlə razıyam, amma indi Türkiyəyə gedib, inşallah alınar. |
- Bəzi futbolçular var ki, sanki “Qarabağ”da oynamaq üçün doğulub. |
Siz Kadini dediniz, başqalarını da əlavə etmək olar. |
Lakin elələri də var ki, yaxşı oyunçu olsalar da, sanki “Qarabağ” onların klubu ola bilmədi. |
Maqaye Geye və Qaspar Panadero gününü əvəzedici komandada keçirdi. |
- Geye bacarığına görə əsl “Qarabağ”lıq oyunçu idi, xarakteri ona imkan vermədi. |
İdman formasını qoruya bilmədi, peşəkar deyildi, həyat tərzi ona mane olurdu. |
Meydanda düşünmə qabiliyyəti, topla davranışı, bitiriciliyi - hər şey yerində idi.Nəfsini saxlaya bilmədi və özü öz karyerasını bitirdi. |
Qasparla bağlı isə razıyam, onun karyerası bizdə alınmadı. |
- Adama Diakabi də eyni yolu gedir? |
Son kubok oyununda sanki ümid verdi, qol vurdu. |
- Onun bəlli karyerası var, potensialına şübhə yoxdur. |
Yaxşı futbolçu olmaq üçün bütün keyfiyyətləri var. |
Onda da xarakter problemi özünü büruzə verir. |
Diakabidə xroniki hal alan mikrozədələr həddindən artıq çox idi.Yanvardan bəri sanki yaxşı formaya düşür. |
İki dəfə özü ilə söhbət etmişəm, sanki zədəylə mübarizə aparmaqdan yorulub. |
Oynamaq istəyir, amma alınmır, oynamayanda da psixoloji cəhətdən sarsılır. |
Bizim eksperiment aparmağa vaxtımız yoxdur, ən hazırlıqlılara şans verməyə məcburuq. |
- Yayda siyahıdan kənarda qalmışdı, onu “Braqa” ilə oyunlar üçün sifariş edəcəksiniz? |
- Bizim iştirak ərizəsi ilə bağlı problemimiz olacaq. |
Legioner olduğu üçün Adama ilə bağlı çətinlik var. |
İkisini də siyahıya salmaq üçün kimlərisə çıxarmalıyıq. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.