Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Dünəndən bu işlə məşğul olmağa başladıq. |
Düzü, Diakabini siyahıya salmaq istəyirdim. |
Bəzən onun sürətinə ehtiyacımız ola bilər. |
Qurbanova gələn mesajla söhbətə fasilə veririk. |
Murad Musayevin “Sabah”dan istefa verməsi xəbərinə görə sanki pərt olub. |
Rusiyalının məhz “Qarabağ”a 1:7 hesablı məğlubiyyətdən sonra vida etməsindən narahatdır. |
Diktofonsuz söhbətdə onlara məğlubiyyətdən sonra istefa verən məşqçilərə görə həmişə məyus olduğunu deyir, özünü günahkarmış kimi hiss edir. |
Biz isə davam edirik…"- 2017-ci ildə milli komandaya baş məşqçi təyin edildiniz…"- Yenə yığma ilə bağlı sual? |
Hamı bilmək istəyir ki, 6 il üçün razılaşdırılıb ilk öncə 3 illik müqavilə bağladığınız halda niyə bir il tamam olan kimi istefaya getdiniz? |
Siz danışmırsınız, o vaxt başverənləri, hamının qismən bildiklərini özünüz dilə gətirmirsiniz və yerli məşqçilərin adı hətta namizədlər siyahısına salınmır. |
- Yenə mənə aid olmayan suala cavab verməli oluram. |
- Azərbaycanlı məşqçi “Qarabağ”da uğur qazanırsa, niyə millidə bunu etməsin? |
Söhbət məhz sizin baş məşqçi olmağınızdan da getmir, adlı-sanlı mütəxəssis kimi milli komandanın nəticələrinin yaxşılaşdırılması, ümumi sistemin qurulması üçün verə biləcəyiniz töhfədən gedir. |
Niyə yaxanızı kənara çəkirsiniz? |
- Bu, yaxanı kənara çəkmək deyil. |
Getdiyim yerdən danışmağı düzgün saymıram, istəmirəm. |
- Danışmırsınız və müxtəlif şayiələr ortaya çıxır. |
Məsələn, deyirlər ki, Qurbanov bir il işləsə də, müqavilənin pozulmasına görə təzminat kimi 3 ilin maaşını alıb. |
- Belə bir informasiyanın çıxacağına inanmıram, çünki olmayıb. |
Müqavilə bağlanarkən də, pozularkən də orada hamı mənim tanıdıqlarım idi.İlk növbədə AFFA prezidenti Rövnəq Abdullayev. |
Rövnəq müəllim və mən olan yerdə belə söhbət, ümumiyyətlə, ola bilməzdi. |
Abdullayevlə tanışlığımız hələ “Neftçi”dən başlayıb, bir yerdə işləmişik. |
İTV-dəki müsahibəmdə də demişəm, bəli, 6 illik danışılmışdı, rəsmi olaraq 3 illik müqavilə bağlanıldı. |
Bütün rəsmi müqavilələrdə bənd olur ki, əgər klub və ya federasiya tərəfindən əməkdaşlığa son qoyularsa, qalan dövrün təzminatı verilməlidir. |
Belə söhbətlərin yayılması xoş deyil, amma məndə də bu bənd var idi, işdən çıxarılacağım halda təzminatı almalıydım. |
Detallara girmək istəmirəm, amma işbirliyi başa çatanda mənə deyildi ki, təzminat da ödəniləcək. |
Mən həmən cavab verdim ki, narahat olmayın, mən təzminat məbləğini götürməyəcəm. |
AFFA-nın ovaxtkı baş katibi Elxan Məmmədovla təkbətək söhbətimiz oldu, o mənə bu barədə dedi. |
Daha sonra İcraiyyə Komitəsinin ümumi iclasında Rövnəq müəllim də bildirdi ki, təzminatı alacaqsan. |
Hər iki söhbətdə bildirdim ki, təzminat üçün yox, Azərbaycan futboluna müəyyən fayda vermək üçün gəlmişdim. |
İşləmədiyim dövr üçün haqq etmədiyim pulu istəmərəm və götürmədim də. |
O, federasiyanın, Azərbaycan futbolunun puludur, onu uşaq futboluna, stadionlara və s.xərcləmək daha məqsədəuyğundur. |
Bir il işləyib üç ilin pulunu almaq… Alsaydım, hansısa qanunu pozmazdım, müqavilədə göstərilmişdi, amma mən həmin məbləğdən imtina etdim. |
- Siz getdiniz və həmin pullar əcnəbi məşqçilərə xərcləndi və hamısı da müqaviləsinin sonunadək işlədi. |
Bir insan hamı ilə eyni cür ola, dil tapa bilməz. |
Bir şeyə əminəm ki, vəzifəm nə idisə, onu yerinə yetirməyə canla-başla çalışırdım və yetirdim də. |
Sonda nə oldusa, hamıyla əl sıxıb görüşdüm. |
Planlar, arzular var idi, bu müddətdə ən azı işlək bir mexanizmi qurmaq, sistem yaratmaq olardı, başlamışdınız da. |
- “Mən olsaydım, belə edərdik” demək istəmirəm. |
Fikirlər, planlar var idi.Amma nələrsə alınmadı. |
Geri qayıdıb o dərinliklərə girmək istəmirəm. |
Çünki nə olur-olsun, bizə uşaqlıqdan ailəmizdə deyiblər ki, rəhbərə qarşı düzgün davranmalıyıq. |
Necə də olsa, onlar AFFA-nın rəhbəri idilər. |
İşbirliyimiz alınmaya bilər, lakin davranışımızda diqqətli olmalıyıq, düzgün təmas qurmalıyıq. |
Bizim birgə işimiz alınmayıbsa, bu o demək deyil ki, onlara qarşı çıxmalıyam. |
Bəzi qaranlıq, təsirli məqamlar var ki, onları deməliyəm. |
Təzminat məsələsində olduğu kimi. |
Mənə “vermirik” deməyiblər, təklif ediblər, mən imtina etmişəm. |
- Həmin dövrdə sizə qarşı haqsızlıq olmadımı? |
- Bilmirəm necə edək ki, keçmişə qayıtmayaq. |
Bu gün də həmin insanlarla normal münasibətdəyəm. |
Qarşıdakı AFFA prezidenti seçkilərindən nə gözləyirsiniz, necə olmasını istəyirsiniz? |
Söhbət rəhbər dəyişikliyindən getmir, futbolda inkişafa nail olmaq üçün düşüncədə, baxışda olan dəyişiklikdən gedir. |
Bu barədə çox danışmaq olar və danışmalıyıq. |
Söhbətimizin əvvəlində danışdığımız şərait məsələsinə qayıtmalı olacağıq. |
Gözəllik üçün nəsə etməməliyik, keyfiyyəti axtarmalıyıq. |
O keyfiyyətin harada olduğunu axtarmalıyıq. |
Birdən-birə çempion olaq, hansısa yüksək səviyyəyə çataq - bu yanaşma yanlışdır. |
Bəlkə də ona bir dəfə çata bilərsən, əvəzində 10-15 il geriyə düşərsən. |
Həmin səviyyəyə 5 ilə çataq, amma davamlı olsun. |
İndi bəzi klublarımız fərqli işlər görür. |
Məsələn, “Sabah” bu gün uşaq futbolunda yaxşı işlər görür, diqqəti ora yönəldiblər, bünövrədən başlayıblar. |
Akademiyada təhsilə, hazırlığa ciddi önəm verirlər. |
“Turan Tovuz”un rəhbərliyi, Ehtiram Quliyev sıfırdan başlamaq istəyir, uğuru pillə-pillə qazanmaq niyyətindədir. |
Çempionatımızda çox güclü komandalar görmüşük. |
“Xəzər-Lənkəran”, “Neftçi”, “Qəbələ”, “Bakı”, “İnter”, “Simurq” kimi komandalarla gərgin mübarizəmiz olurdu. |
Maliyyə həddindən artıq çox idi, bəlkə də ən az büdcə elə “Qarabağ”da idi.Hamı ən yüksək səviyyədə olmaq istədi və bu, inkişafa mane oldu. |
Bir neçə il maraqlı çempionat izlədik və hər şey məhv oldu. |
Pulu dağıtmaqdansa, daha yaxşı inkişaf yolu seçilməliydi. |
Çox illərimizi itirmişik və itiririk. |
- Ona görə seçkilərlə bağlı soruşdum… Dövlətin qayğısı var, kifayət qədər maliyyə ayrılır, düzgün inkişaf yolunu niyə seçə bilmirik? |
- Seçki məsələsi mənə aid məsələ deyil (gülür). |
Bu dəqiqə hansı ölkələrin inkişafa necə nail olması ilə bağlı o qədər misallar var ki. |
UEFA-nın müxtəlif proqramları var, vəsait də ayrılır. |
Dövlət səviyyəsində qayğı da hər zaman olub, proqram qəbul edilib. |
Sadəcə, düzgün yanaşma olmalıdır və tələsməmək lazımdır. |
2-3 ilə hansısa yüksək səviyyəyə nail olmaq mümkün deyil, sadədən başlayıb səbirlə və düzgün işləmək gərəkdir. |
Keyfiyyətə nail olmaq lazımdır. |
İstedadlı gənclərimiz yetərincədir, onları qorumaq, yetişdirmək lazımdır. |
Məsləhət verən çoxdur, əsas olan bu işin içindəki insanların doğru yönəlməsidir. |
- Siz İcraiyyə Komitəsinin üzvü də olmusunuz. |
Həmin vaxt bu ideyaları reallaşdırmağın mümkünsüz olduğunu gördünüz? |
- O vaxt ola bilər ki, mən də İcraiyyə Komitəsinə tam hazır deyildim. |
Baş məşqçi kimi çalışdığımdan bəzi detallara qarışmaq istəmirdim. |
Hamı işləyir, iş saatını doldurur, Azərbaycan futbolu naminə addımlar atılır. |
Sadəcə, bəzən o ən bəsiti, haradan başlamaq lazım olduğunu axtarıb tapa bilmirik. |
Vəziyyət elə yerə gəlib ki, hamımız bir olmalıyıq. |
Nə vaxtsa AFFA ilə işbirliyim alınmayıb deyə bu gün futbolu kənara qoymamalıyam. |
Daha yaxşısı üçün şəxsi mübarizə aparmamalıyıq, əl-ələ verməliyik. |
- Müsahibəyə görə təşəkkür edirəm. |
Ailə institutu dövlətin kiçik modeli, cəmiyyətin ilkin özəyidir. |
Azərbaycanda isə ailə həm də milli dəyərlərin əsas daşıyıcısı olaraq, sosial mahiyyəti ilə yanaşı, eyni zamanda, mənəvi anlamı ilə xüsusi əhəmiyyətə malikdir. |
Dəyərlərin aşınmaya məruz qaldığı qlobal mühitdə Azərbaycan xalqının ailə modeli müasirlik və eyni zamanda, ənənələrə sadiqliyi təcəssüm etdirən nümunə sayıla bilər. |
Xalqımız tarixən ailə institutunu yüksək milli və əxlaqi dəyərlər çərçivəsində qoruyub saxlayıb. |
Əlbəttə ki, möhkəm və sağlam ailə həm də güclü cəmiyyət və dövlət deməkdir. |
Azərbaycanda müasir dövlət quruculuğunda bu məsələlər diqqət mərkəzində saxlanılır, ailə və nikah məsələləri qanunvericiliklə təfərrüatlı şəkildə tənzimlənib. |
Azərbaycan Konstitusiyasının 17-ci maddəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. |
Lakin bir sıra hallarda sağlam ailə institutuna xələl gətirən hadisələr meydana çıxır ki, bunlardan biri də erkən nikahlardır. |
Erkən nikah problemi, təəssüf ki, bu gün də cəmiyyətdə aktual problemlərdən biri olaraq qalmaqda davam edir. |
Mətbuatda yetkinlik yaşına çatmayan qızların adət-ənənələrdən və mental dəyərlərdən irəli gələrək yeniyetmə yaşında nişanlanması, zorla ərə verilməsi, məişət zorakılığına məruz qalması barədə məlumatlar hələ də yer alır. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.