Search is not available for this dataset
text
stringlengths
10
518k
Belə bir tədbirin ilk dəfə Azərbaycanda keçirilməsi strateji əhəmiyyət kəsb edir.
Bəzi ölkələrdə yeni diplomatik vəzifə olan kibersəfirlərin ölkəmizdə toplanması, müzakirələr, informasiya təhlükəsizliyi strukturu baxımından çox vacib məqamdır.
Qlobal kibertəhdidlərə qarşı ölkələrin birgə fəaliyyəti və mübarizəsi baxımından çox vacib məsələdir”.
Nyu-York məhkəməsi “Vault 7” adlı çox məxfi materiallar silsiləsinin ən böyük sızması ilə bağlı Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş proqramçısı Coşua Şulteyə hökm oxuyub.
Bu barədə “WikiLeaks” təşkilatı özünün “X” hesabında məlumat verib.
Bildirilib ki, o, 40 il müddətinə azadlıqdan məhrum edilib.
BREAKING:Alleged WikiLeaks Vault 7 whistleblower Joshua Schulte given a 40 year sentence in a New York federal court today Watch:Inside the CIA's plot to assassinate Julian Assange The Vault 7 revelations led to a plot by the CIA to assassinate the publisher Julian Assange pic.twitter.com/kr6e2gtwe6"Məlumata görə, prok...
Şulte özü hökumətin ədalət yox, qisas axtardığını deyib.
Qeyd edək ki, “Vault 7” - istifadəçilərin kompüterlərini uzaqdan idarə etməyə və onların məlumatlarına nəzarət etməyə imkan verən proqramlar haqqında MKİ materiallarının sızmasının ən böyük seriyasının kod adıdır.
Bura MKİ-nin Virciniya ştatındakı qərargahında yerləşən kiberkəşfiyyat mərkəzinin izolyasiyalı daxili şəbəkəsində saxlanılan 10 minə yaxın sənəd və fayl daxildir.
Xatırladaq ki, 2017-ci ildə “WikiLeaks” ABŞ kəşfiyyat agentliklərindən sızan məlumatlara əsaslanaraq, MKİ-nın insanların mobil telefonlarından istifadə edərək izlənilməsinə imkan verən zərərli proqram təminatı, eləcə də bütün dünyada smartfonlara çıxış əldə etmək üçün istifadə oluna bilən texnologiyalar hazırladığını b...
Onlar populyar “WhatsApp” və “Telegram” mesencerləri də daxil olmaqla audiotrafiki və elektron mesajlarını oxumağa imkan verir.
Bundan əlavə, MKİ və Britaniya əks-kəşfiyyatı çoxfunksiyalı “Samsung Smart” televizorlarından telefon dinləmə cihazı kimi istifadə etmək yolunu tapıb.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ermənipərəst jurnalistin təxribatlarına uymayıb.
Belə ki, o, həftəlik brifinqində Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı təxribat xarakterli məsələni, xüsusən ATƏT-in qondarma hesabatını şərh etməkdən imtina edib.
“Mənim Azərbaycanda keçirilən daxili seçki ilə bağlı heç bir şərhim yoxdur”, - deyə mətbuat katibi cavab verib.
Jurnalist müzakirəni davam etdirməyə çalışsa da, Miller söhbəti başqa mövzuya keçirib.
Xatırladaq ki, Azərbaycanda prezident seçkisi fevralın 7-də keçiriləcək.
“Sözügedən ərazidə səkinin çökmə olan hissəsində təmir-bərpa işləri aparılırdı”.
Bu barədə Oxu.Az-a Nizami Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Nizami rayonu, Qara Qarayev prospekti ilə Bəhruz Nuriyev küçəsinin kəsişməsində qanunsuz tikintinin aparılması və onun dayandırılması ilə bağlı daha öncə yayımlanmış yazılar həqiqəti əks etdirmir:""“Belə ki, sözügedən ərazidə səkinin çökmə olan hissəsində təmir-bərpa işləri aparılırdı.
Hazırda ərazidə işlər davam etdirilir, yaxın zamanlarda səki sakinlərin istifadəsinə veriləcək”.
12:32"Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsində aparılan qanunsuz tikinti ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərə aydınlıq gətirilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Konkret.az-a verilən məlumatda bildirilir ki, artıq ərazidə tikinti işləri dayandırılıb:“Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən ərazidə şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib ...
Nəticədə Baş İdarə və müvafiq rayon icra hakimiyyəti tərəfindən həmin ünvanda aparılan işlər dayandırılıb və piyada səkisi bərpa edilib”.
“Bəzilərinin beynini elə doldururlar ki… Orada elə olacaq, belə olacaq və s.Futbolçunun bacarığını şişirdir, onu burada az dəyərləndirildiyinə inandırırlar.
Onlar bu günü düşünürlər, sabahı yox.
Ən çox da yerli futbolçuların belə tora düşməsindən narahatam.
Biz bu yöndə də işimizi yaxşılaşdırmalıyıq, oyunçuların menecerinin sağlam adam olmasına əmin olmalıyıq”.
Bu sözləri Futbolinfo.az saytına müsahibəsi zamanı “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
- Yassin Benzianın durumu necədir?
“Braqa” ilə oyunlarda komandaya kömək edə biləcək?
Üzündə üç sümük sınıb, yaxşı ki, zərbədən daha ciddi fəsad almayıb, əsas sümük qırılsaydı, uzun müddət sıradan çıxacaqdı.
Artıq məşqə çıxır, maska geyərək hazırlaşır.
Bu qədər uğurlara rəğmən, yenə öyrənməyə, özünüzü təkmilləşdirməyə davam edirsiniz.
Leverkuzendən “əlidolu” qayıtmısınız?
- Öyrənməyə hər zaman ehtiyac var.
Dünya futbolu sürətlə inkişaf edir, ayaqlaşmaq lazımdır.
Nələrin dəyişdiyini öyrənmək üçün yaxşı oynayan, inkişaf edən, formada olan klubların düşərgəsinə getməyə çalışırdım.
“Bayer”i seçməyimin bir səbəbi də baş məşqçi Xabi Alonsonun karyerasının məni cəlb etməsi idi.Məşqçiliyə yeni başlasa da, zəngin futbolçu karyerası olub.
Mən daha uzun müddət işləmişəm, amma hətta 10-15 il işləyən digər məşqçilərdən də onun təcrübəsi daha çoxdur.
Bir dəfə dünya, iki dəfə Avropa çempionu olub, Çempionlar Liqasında qalib gəlib.
Ancaq böyük klublarda və böyük məşqçilərlə işləyib.
Mourinyodan Benitesə kimi fərqli düşüncələri, futbol fəlsəfəsi olan, daim tələbat duyulan məşqçilərlə çalışıb.
- Həm də əksər vaxtlar kapitan, komandanın lideri olub…"- Bu, önəmli nüansdır.
Seçimimin bir səbəbi də o idi.Bizi çox yüksək səviyyədə qarşıladılar.
İki günümüzü orada keçirdik və faydalı təcrübə oldu.
Ançelottini, Mourinyonu soruşdum, çox faydalı cavablar aldım.
Söhbətimizdən başqa, müşahidələrim də oldu.
Stadionları, yaxınlıqdakı 4 məşq meydançası bir-birini tamamlayırdı.
Məşq meydanlarının qazonu ilə oyunları keçirdikləri meydan bir-birindən fərqlənmirdi.
“BayArena” Almaniyada ən yaxşı futbol stadionu sayılır, amma baza olaraq onlardan qat-qat yaxşıları var.
- Leverkuzendəki şəraitə heyran olmusunuzsa, o zaman bazasının daha yaxşı olduğu deyilən digər klublardakı vəziyyət təsəvvür etmək olar…"- Əsas işin qurulmasıdır, məni də bu cəlb etdi.
Hər şey saat mexanizmi kimi dəqiq qurulub.
Hamı öz işini əla bilir, maraqlı rejimləri var.
İlk görüşümüz məşqdə oldu, çalışmalarına baxdıq.
Daha sonra hotelə yerləşdik və Almaniya vaxtı ilə 15:00-da masa arxasında əyləşib söhbətləşdik.
Avropa Liqasında onlara qarşı iki oyunumuz olmuşdu, hər kisi ətrafında danışdıq, xeyli sual-cavab etdik, uzun söhbətimiz oldu.
Alonso çox səmimi idi, onun verdiyi informasiyalar gələcəkdə işimə yarayacaq.
İşlədiyi məşqçilərin iş metodları, futbolçularla ünsiyyət formaları, özünün inkişafına təkan verən səbəblər - bütün bunlarla bağlı ətrafı danışdıq.
Ertəsi gün taktiki hazırlığın keçirildiyi qapalı məşqdə də iştirak etdik.
- Şərait fərqini başa düşdük, bəs, məşqdə hansı yenilikləri gördünüz?
Keyfiyyətli iş üçün şərait daha yaxşı olmalıdır, oyunçu keyfiyyəti önəmli rol oynayır.
Bundan başqa, çıxış etdiyin çempionatın səviyyəsi mühüm faktordur.
Həkim heyətindən vitaminləşməyə qədər o qədər nüans var ki… Elə incəliklərə diqqət edirlər ki, bizim o səviyyəyə çatmağımız üçün neçə illər lazım olduğunu hesablamaq belə çətindir.
Bəzi şeylər bəsit görünür, amma çox önəmlidir.
Hansı yükləmədən sonra hansı futbolçunun orqanizminin neçə matça dözəcəyini, yüksək tempi saxlamaq üçün nələrin gərək olduğunu hesablayırlar.
Biz bu gün onlarla ayaqlaşa bilmərik, amma yubanmadan eyni şeyləri tətbiq etməyə başlamalıyıq ki, çox geri qalmayaq.
Həm də ən azı 4-5 komandamız bunu etməlidir.
Düzgün futbol oynamaq üçün düzgün yolu tapmalıyıq.
Sonda bütün işi görən futbolçular, insanlardır.
Hər şeyi onların sağlamlığına, yüksək səviyyədə olmasına hesablamalıyıq.
- Son televiziya müsahibənizdə azərbaycanlıların hər sahədə istedadlı olduğunu vurğuladınız.
Mən də sizinlə razıyam ki, insanımız bütün bu dediklərinizi bacaracaq potensialdadır, sadəcə, həmin şəraiti qurmalıyıq.
Bəlkə fərqli coğrafiyada doğulduğumuz üçün bəxtsizik?
Qurban Qurbanov və digərləri deyək ki, Almaniyada doğulsaydı, daha yaxşılara nail olardımı?
- Doğrusu, Azərbaycanda doğulduğum üçün çox şanslıyam.
Gəzdikcə, təcrübə topladıqca buna şahid oluruq.
Avropada şərait gözəl ola bilər, amma yaşam tərzi bizdə daha yaxşıdır.
Adət-ənənələrimiz tam fərqlidir və nə yaxşı ki, belədir.
Azərbaycanı, Bakını çox sevirəm, taleyimdən şikayətim yoxdur.
O ki qaldı futbola, istənilən şəraitdə keyfiyyətli iş görmək olar.
İqlim fərqi var, biz bəzən 35-40 dərəcə istidə məşq edirik, halbuki sərin havada keçilən məşqin keyfiyyəti iki dəfə daha yaxşı olar.
Avropa bu baxımdan bizi üstələyir.
Fiziki göstəricilərdə də bunun rolu var.
Amma Braziliya başda olmaqla daha isti olan ölkələr də var, hansı ki, istedadlı futbolçular yetişdirirlər.
Deməli, şərait, iqlim heç də həlledici faktor deyil.
İmkan daxilində daha yaxşı şərait yaratmaq və daha çox çalışmaq, düzgün işləmək lazımdır.
- Özümüz ora gedə bilmiriksə, oradakı şəraiti burada qurmalıyıq…"- Başqa çıxış yolu görmürəm.
Futbolçu yaxşı şəraitdə məşq etməlidir, sağlam olmalıdır, bütün matçları azarkeş qarşısında oynamalıdır.
Azarkeş məsuliyyət deməkdir, oyunun tempi artır, motivasiya, həvəs, istək yüksəlir.
Stadionlar düzəlməlidir, amma əsas məsələ azarkeşləri stadionlara qaytarmaqla bağlıdır.
Bizdə futbolun çox sevildiyini avrokubok matçları sübut edir.
Elə səviyyəyə çatmalıyıq ki, çempionat oyunlarında da tribunalar boş qalmasın.
Hamı öz işi ilə vicdanla məşğul olmalıdır, hamı eyni nöqtəyə vurmalıdır ki, bunları təmin edək.
Bütün klublarda şərait yaxşılaşmalıdır.
- Potensial var, amma xərclənən pullar daha məqsədyönlü sərf edilməlidir.
- Mənim də düşüncəm odur ki, mövcud olan imkanlarla ilk növbədə ən vacib olanları etməliyik.
Bazalara, stadionlara, şəraitə daha çox diqqət etməliyik.
Ən sadə şeylərdən başlayıb ən yüksəyə doğru gedilməlidir.