Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Qeyd edilməlidir ki, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun 9.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarla “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən ni... |
Həmin Qaydaya əsasən, erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə, yəni onun tibbi (o cümlədən reproduktiv sağlamlıqla bağlı), psixoloji, fizioloji, mənəvi və sosial-iqtisadi fəsadlarına dair məlumatlandırma və maarifləndirmə ilə bağlı tədbirlərin keçirilməsi üçün müvafiq mərkəzi icra hakimiyyəti orqa... |
Qaydalarda qohumlar arasında nikah dedikdə baba və (və ya) nənəsi ümumi olan şəxslər arasında bağlanılmış nikah başa düşülür. |
Bu isə həm üçüncüdərəcəli, həm dördüncüdərəcəli qohumları əhatə edir. |
Göründüyü kimi, erkən nikahların və qohum nikahlarının fəsadları barədə cəmiyyətdə maarifləndirmə işləri aparılsa da, təəssüf ki, hazırda bu cür nikahlar eyni tendensiya ilə bağlanmağa davam edir. |
Bu isə bu problemlərin qarşısının alınması yolu kimi daha qətiyyətli addımların atılmasını şərtləndirir və bu sahədə konkret qadağaların qanunvericilikdə müəyyən edilməsinə dair ictimaiyyətin çağırışlarının intensivliyini artırır. |
Araz Poladov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri |
Ağalı kəndində məntəqə üzrə ən yaşlı sakin 95 yaşlı Bənövşə Nuriyevadır. |
Onun sözlərinə görə, Bənövşə xanım səhhəti ilə əlaqədar səsvermə zamanı səyyar xidmətdən istifadə edəcək. |
M.Fərhadov bildirib ki, Zəngilanın Ağalı kəndində yerləşən məntəqədə 7 fevralda keçiriləcək seçkidə 1 206 nəfər seçici səs verəcək:""“Onlardan 605 nəfər Ağalı kəndinin sakinləri, digər seçicilər isə ətraf kəndlərə işləmək üçün gələn seçicilərdir”. |
Məntəqədə veb-kameraların quraşdırıldığını və seçkinin tam şəffaf keçirilməsi üçün bütün şəraitin olduğunu deyən Mübariz Fərhadov əlavə edib ki, illərdir həsrətini çəkdiyimiz torpaqlara qayıtmaq çox qürurverici haldır:""“30 il keçməsinə baxmayaraq, Allah bizə öz yurdumuza qayıtmağı nəsib etdi. |
Ağalı camaatı yüksək əhvali-ruhiyyə ilə 7 fevralda keçiriləcək seçkilərə hazırlaşır və hər kəs səbirsizliklə öz namizədinə səs vermək üçün seçki gününü gözləyir”. |
Bakıda nasaz avtomobil tıxaca səbəb olub. |
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. |
Bildirilib ki, texniki nasaz avtomobilin yolda qalması Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında sıxlığın yaranmasına səbəb olub. |
Metronun “20 Yanvar” stansiyası istiqamətində yaranan sıxlığın qarşısını almaq üçün DİN NİİM-in əməkdaşları yol polisinə məlumat veriblər. |
Hazırda sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə işlər görülür. |
Masallı-Lənkəran magistral yolunun kənarında ov məhsullarının satışını həyata keçirən şəxslər saxlanılıblar. |
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat yayıb. |
Qeyd olunub ki, həmin şəxslər qeyri-qanuni yollarla əldə edilmiş vəhşi heyvan və quş ətinin satışı və istifadəsinin qarşısının alınması ilə bağlı Dövlət Xidməti və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının birgə keçirdiyi monitorinqlər zamanı saxlanılıblar. |
Araşdırma zamanı onların Lənkəran rayonu, Şirinquyu kənd sakini Elməddin Niftullayev, Qumbaşı kənd sakinləri Emin Əliyev və Samir Musayev olduğu üzə çıxıb. |
Faktla bağlı qanun pozucularından ümumilikdə 10 baş çöl quşu götürülüb, hazırda monitorinqlər davam edir. |
Türkiyənin Bitlis vilayətinin Tatvan rayonunda yaşayış binasının damındakı buzları təmizləyən şəxs həyatını təhlükəyə atıb. |
Hadisəyə şahidlik edən sakinlərdən biri gördüklərini çəkərək sosial şəbəkələrdə paylaşıb. |
Orta yaşlı kişinin həyatına məsuliyyətsiz yanaşması sosial şəbəkə istifadəçiləri tərəfindən qınağa səbəb olub. |
Boliviya millisinin sabiq müdafiəçisi Serxio Hauregi Meksikada həvəskar futbol matçı zamanı meydançada güllələnib. |
Bu barədə “Proceso” məlumat yayıb. |
Məlumata görə, oyun zamanı 38 yaşlı Hauregi su içmək üçün yan xəttə yaxınlaşıb və bu zaman bir kişi onun yanına qaçaraq odlu silahdan altı atəş açıb və naməlum istiqamətdə gözdən itib. |
Heç kim hücumçunu dayandırmağa çalışmayıb. |
Qeyd edək ki, Serxio peşəkar karyerasını 2012-ci ildə başa vurub. |
Boliviya millisinin heyətində 13 oyun keçirib ki, onlardan doqquzu dünya çempionatının seçmə mərhələsinin bir hissəsi olub. |
Serxio 2004-2005-ci illərdə milli komandada çıxış edib. |
Azərbaycanlı MMA idmançısı Vüqar Kərəmovun Yaponiyada gözlənilən döyüşü təxirə salınacaq. |
Oxu.Az-ın məlumatına görə, fevralın 24-də Yaponiyanın Saqa şəhərində keçiriləcək “Rizin Landmark 8” turnirinin iştirakçıları arasında Azərbaycanın qarışıq döyüş növləri üzrə idmançısı Vüqar Kərəmov da qüvvəsini sınayacaqdı. |
Vüqar Kərəmov (66 kiloqram) yaponiyalı Kasumasa Madjuma ilə döyüşəcəkdi. |
Buna səbəb fevralın 1-də Vüqar Kərəmovun barəsində xuliqanlıq ittihamı ilə 1 ay 26 günlük həbs qətimkan tədbirinin seçilməsidir. |
Turnirin təşkilatçıları V.Kərəmovun iştirakı, ona texniki məğlubiyyət verilib-verilməyəcəyi ilə bağlı hələlik heç bir açıqlama yaymayıb. |
Qeyd edək ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov münaqişə vəziyyəti yaratmaqla ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək xuliqanlıq hərəkətləri törətməkdə ittiham ediliblər. |
Bu gündən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sahibkarlar üçün zəmanət və subsidiya mexanizmi üzrə müraciət imkanı yaradılıb. |
Onun sözlərinə görə, sahibkarlar Elektron Hökumət Portalı (e-gov.az) və edf.gov.az saytı üzərindən “Elektron kredit və zəmanət” informasiya sistemində qeydiyyatdan keçərək mexanizmdən yararlanmaq üçün müraciət edə bilərlər:""“Mexanizm çərçivəsində bu ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların məbləği ... |
Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndini 36 aya qədər müddətdə dövlət subsidiyalaşdırır və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir”. |
“İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi bu ərazilərdə iqtisadi aktivliyin bərpa olunması və investisiya qoyuluşlarının sürətlənməsinə dəstək məqsədilə həyata keçirilir. |
Mexanizm həmin ərazilərdə qeyri-neft sektoru üzrə qanunla qadağan olunmayan bütün iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün nəzərdə tutulub”, - deyə O.Xalıyev əlavə edib. |
Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi təsdiqini tapıb, rəhbər heyət seçilib. |
İki gün ərzində Binə Atçılıq Mərkəzində keçirilən tədbirə bütün qitələri əhatə edən 19 ölkədən 29 nümayəndə qatılıb. |
I Baş Assambleyada Beynəlxalq Çövkən Federasiyasının Əsasnaməsi də təsdiqlənib. |
Quruma Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev prezident seçilib. |
Polşanın nümayəndəsi Matsey Miçel Olbriç baş katib olub. |
Eyni zamanda vitse-prezidentlər və regional qrupların rəhbərləri də müəyyənləşiblər. |
Vitse-prezident postuna Böyük Britaniyadan Anna Holl, Türkiyədən Zübeyir Bekiroğlu və Mərakeşdən Mohammed Mubdi seçiliblər. |
Londondan Nyu-Yorka uçan “JetBlue” aviaşirkətinə məxsus təyyarənin sərnişinləri dava salan sərxoş şəxsi zərərsizləşdiriblər. |
Yayımlanan görüntülərdən dörd nəfərin sərxoş şəxsi tutmaq üçün necə mübarizə apardığı və stüardessaların onu sakitləşdirməyə kömək etdiyi məlum olur. |
Sərnişinlərdən birinin sözlərinə görə, hər şey sərxoş adamın ortalıqda gəzməsi, yüksək səslə danışması və özünü aqressiv aparması ilə başlayıb. |
Ekipaj üzvləri nəzakətlə ondan sakitləşməyi xahiş etdikdə, o, aqressivləşib, bundan sonra digər sərnişinlər vəziyyətə müdaxilə etməli olublar. |
“Sonunda onu dəhlizə atıb bağlayıblar. |
İnsident olan yerə yaxın əyləşən yaşlı cütlüklərə yazığım gəldi. |
O, saxlanılan zaman sərnişinlər alqış sədaları altında öz yerlərinə qayıtdılar”, - deyə hadisə şahidi bildirib. |
Müdafiə Nazirliyi işğaldan azad edilən ərazilərdə Azərbaycan Ordusunun mühəndis bölmələri tərəfindən görülən tədbirləri açıqlayıb. |
Nazirlikdən verilən məlumata görə, azad edilən ərazilərdə ümumilikdə mühəndis-istehkam bölmələri 36 000 hektaradək ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib. |
Onlardan 10 400-ü piyada əleyhinə mina, 3 300-ü tank əleyhinə mina, 11 850 partlamamış döyüş sursatı olub. |
Vətən müharibəsindən sonra 480 kilometrə qədər təmas xətti boyu 2 kilometr dərinliyində ərazilər, o cümlədən Buzluq yüksəkliyindən Laçın dağınadək 100 kilometrə yaxın ərazi Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları tərəfindən minalanıb. |
Qeyd olunub ki, Qarabağ iqtisadi rayonunda minalar əsasan yaşayış məntəqələrinə və qəbiristanlıqlara yaxınlaşma istiqamətlərində, Xocalı və Şuşa ətrafında meşəlik ərazilərdə, eləcə da magistral yolların üzərində basdırılıb. |
Bakıda evlərdən oğurluq edilib. |
Daxili İşlər Nazirliyi (DİN) xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ləhiş bağları ərazisində müxtəlif vaxtlarda iki evin həyətindən ümumilikdə 13 000 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakin... |
Faktla bağlı araşdırma aparılır. |
Paytaxtın Nizami rayonu, metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında Bakı Şəhər Ticarət və Xidmət Departamenti ilə Nizami Rayon İcra Hakimiyyəti birgə reyd keçirib və zəbt olunan səki təmizlənərək piyadaların istifadəsinə verilib. |
Bu barədə Baku.ws-ə Nizami Rayon İcra Hakimiyyətindən məlumat verilib. |
13:00"Paytaxtın Nizami rayonu, Xalqlar dostluğu metrostansiyasının yaxınlığından yaşayan sakinlər narazıdırlar. |
Baku.ws xəbər verir ki, ərazidəki mağaza və dükanlar satdıqları malları səkiyə düzərək yolu zəbt edirlər. |
Belə olan halda da, piyadalar məcbur qalıb avtomobil yoluna çıxmalı olurlar. |
Həmçinin səkilərə yığılan əşyalar onsuz da dar olan yolda sıxlığa səbəb olur. |
Sözügedən görüntüləri təqdim edirik: |
“7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. |
Bununla bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində İşçi Qrup yaradılıb”. |
Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılov bildirib. |
O qeyd edib ki, bu İşçi Qrupa Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə yanaşı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mərkəzi Seçki Komissiyası və bir çox özəl qurumlar daxildir:""“İşçi Qrupun yaradıldığı ilk gündən tədbirlər planı təsdiqlənib və işimizi qurmuşuq. |
Qısa müddət ərzində 6 mindən çox məntəqə dayanıqlı internetlə təmin olunub. |
Həmçinin 1000-dən çox məntəqədə kameralar quraşdırılıb. |
Bu seçkilərdə tətbiq olunan texnologiya qurğularından biz qarşıdan gələn onillikdə olan seçkilərdə də istifadə edəcəyik. |
Dünən MSK-da XRİTDX rəisi, rəqəmsal inkişaf və nəqliyyat naziri və MSK sədri ilə görüş keçirib və seçkiyə hazırlıqla bağlı geniş müzakirə aparıblar. |
Biz növbədənkənar prezident seçkisinə tam hazırıq”. |
Veb-kamera quraşdırılan məntəqələrin siyahısı ilə MSK-nın saytına keçid edərək tanış olmaq olar. |
Slovakiya fermerləri Vışeqrad qrupunun (Aİ-də Slovakiya, Çexiya, Polşa və Macarıstandan ibarət regional birlik) digər ölkələrinin fermerləri ilə koordinasiyada Fransa və Almaniyada Aİ-nin kənd təsərrüfatı siyasətindəki çatışmazlıqlara qarşı keçirilən etiraz aksiyalarına qoşulmağa hazırdırlar. |
Bu barədə Slovakiyanın Kənd Təsərrüfatı və Ərzaq Palatasının rəhbəri Emil Maho məlumat verib. |
“Vışeqrad qrupundakı tərəfdaşlarımızla razılaşsaq, slovakiyalı fermerlər küçələrə çıxmağa hazırdırlar. |
50 deyil, 100 və ya 200 traktor küçələrə çıxacaq”, - deyə E.Maho bildirib. |
Onun sözlərinə görə, etirazların məqsədi bürokratiya ilə mübarizə olacaq. |
Bloqer Anar Əliyev Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən Zığ gölü ətrafından süjet hazırlayıb. |
Zığ gölündə baş tutacaq abadlıq işlərindən söz açıb, şəhərlə müqayisə edib. |
Anar Əliyev qeyd edib ki, gölün ətrafında yeni parklar, ictimai məkanların salınması nəzərdə tutulur. |
Onun sözlərinə görə, burada ekoloji vəziyyət acınacaqlıdır. |
Yerüstü piyada keçidi problemləri də qalmaqdadır. |
Bloqerin yeni süjetini təqdim edirik: |
Almaniyanın Hamburq şəhərində yerli hakimiyyət orqanları qurbağa populyasiyasını xilas etmək üçün tunellərin tikintisinə təxminən 500 min avro (920 min manat) xərcləyiblər. |
Bu barədə “Bild” öz mənbələrinə istinadla bildirib. |
“Polad və betondan hazırlanmış dörd tunel vergi ödəyicilərinə təxminən yarım milyon avroya başa gəldi”, - deyə nəşr vurğulayıb. |
Qeyd olunub ki, yerli təbiət mühafizəçiləri 2020-ci ildə 1 002, bir il sonra isə 616 qurbağa sayıblar. |
Həmçinin gölməçə tritonlarının sayı da azalıb. |
Yaşıllar Partiyasından olan yerli hakimiyyət suda-quruda yaşayanların yollardan keçməsinin qarşısını almaq üçün yeraltı tunellər tikməyə başlayıb. |
Pirallahı qəsəbəsində evdən oğurluq edilib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.