Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Daxili İşlər Nazirliyi xəbər verir ki, Pirallahı qəsəbəsi ərazisində evlərin birindən 20 000 manat pul və 7 000 manat dəyərində qızıl-zinət və məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. |
Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Nəsir İbrahimov müəyyən olunaraq saxlanılıb. |
Faktla bağlı araşdırma aparılır. |
Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terrorçularının mövqelərinə zərbələr endirib. |
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. |
Qeyd olunur ki, Asos bölgəsində keçirilən hava əməliyyatı nəticəsində PKK-nın dörd terrorçusu məhv edilib. |
Bütün prezidentliyə namizədlərə seçkiqabağı təşviqat aparmaq üçün bərabər şərait yaradılıb. |
Müşahidəçilər qeyd ediblər ki, Azərbaycanda təşviqat kampaniyası sakit və mütəşəkkil şəkildə, seçki qanunvericiliyinin tələblərinə ciddi şəkildə uyğun olaraq keçirilir. |
Hesabatda vurğulanıb ki, mərkəzi və aşağı seçki komissiyaları, kütləvi informasiya vasitələri (KİV) ölkə əhalisini seçki kampaniyası ilə bağlı ətraflı məlumatlandırır. |
Aralıq hesabatda o da qeyd olunub ki, Mərkəzi Seçki Komissiyasının rəhbərliyi (MSK) və MSK Katibliyinin əməkdaşları tərəfindən mütəmadi olaraq brifinqlər və mətbuat konfransları keçirilir, seçkilərə hazırlığın gedişatı işıqlandırılır, seçki qanunvericiliyinin normaları izah edilir:""“Mərkəzi Seçki Komissiyası ölkə vətə... |
Bu kampaniyaya televiziya və radioda müntəzəm olaraq məlumat xarakterli videoçarxların və sosial reklamların yayımı daxildir. |
Üstəlik, bu kampaniya həmçinin səsvermə günü barədə seçiciləri məlumatlandırmaq üçün reklam lövhələri, bannerlər və afişalardan istifadəni əhatə edir”. |
Vurğulanıb ki, 2024-cü il yanvarın 15-dən etibarən Mərkəzi Seçki Komissiyasının “Seçki-2024” Müstəqil Media Mərkəzi fəaliyyət göstərir:“Burada yerli və xarici KİV nümayəndələri seçki kampaniyasının gedişi ilə bağlı aktual məlumatlar əldə edə bilərlər. |
Xatırladaq ki, MDB-nin müşahidəçi missiyasının tərkibində 169 nəfər akkreditə olunub. |
Buraya Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, həmçinin MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası, Belarus və Rusiya İttifaqı Parlament Assambleyası, MDB İcraiyyə Komitəsinin nümayəndələri daxildir. |
Uzunmüddətli əsaslarla isə 8 müşahidəçi çalışır. |
Onların fəaliyyətini missiyanın Bakıdakı qərargahı əlaqələndirir. |
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. |
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi E... |
Universal Music Group (UMG) bütün sənətçilərinin musiqisini “TikTok”dan siləcək. |
Buna səbəb şirkətlərin yeni lisenziya razılaşması əldə edə bilməmələri olub. |
Məlumata görə, dünyanın ən böyük musiqi nəşriyyatına sahib şirkət Taylor Svift, Ariana Grande, Jastin Biber, “Coldplay”, “The Weeknd” və Dreykin treklərini ehtiva edən musiqi kataloqunu “TikTok”dan çıxarmağı planlaşdırır. |
Artıq UMG-yə məxsus mahnıları olan istifadəçi videolarında səs bağlanacaq, hesab sahiblərindən isə kontent üçün başqa musiqilər seçmələri istəniləcək. |
Musiqi şirkəti hesab edir ki, sosial şəbəkə sənətçilərə kifayət qədər pul ödəmir. |
Onların sözlərinə görə, bir milyarddan çox qeydiyyatdan keçmiş istifadəçisi olan “TikTok”dan yalnız 1% gəlir var. |
UMG - dünyanın ən böyük biznes şirkəti, həmçinin səsyazma leyblərinin ana şirkəti və media holdinqdir. |
O, “Səsyazma leyblərinin böyük üçlüyü”nün ən nüfuzlusudur. |
Şirkətin müxtəlif ölkələrdə regional ofisləri var. |
Almaniyada 90 minə yaxın ictimai nəqliyyat işçisi tətilə çıxıb. |
Məlumata görə, 80 şəhərdə avtobus, tramvay və metronun hərəkəti məhdudlaşdırılıb. |
Tətilə “Verdi” həmkarlar ittifaqı çağırıb. |
Assosiasiya 130 nəqliyyat müəssisəsinin işçilərinin iş şəraitinin yaxşılaşdırılmasını və əməkhaqqının artırılmasını tələb edir. |
Yalnız bir federal əyalətdə - Bavariyada tətillər yoxdur. |
Bu, “Verdi”nin bu həftə çağırdığı ikinci genişmiqyaslı etirazıdır. |
Bir gün əvvəl hava limanının təhlükəsizlik işçiləri işlərini dayandırdılar - mindən çox reys ləğv edildi, tətil 200 min sərnişinin planlarını pozdu. |
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində Şuşada 1 189 nəfər seçici səs verəcək. |
O bildirib ki, məntəqədə 7 fevral növbədənkənar prezident seçkisi günü 1 189 nəfər seçici səs verəcək və artıq bildirişlərin paylanması prosesi başa çatıb. |
“Sevindirici haldır ki, seçicilər özləri məntəqəyə gələrək prezident seçkisinə xüsusi maraq göstərirlər. |
İndiyə kimi bir çox seçicilərimiz yaşadıqları yerdən çıxarış vərəqələri alaraq burada səs verməyə can atırlar. |
Bu baxımdan deyə bilərəm ki, builki seçkilərə xüsusi fəallıq var”, - o deyib. |
İranda polisləri öldürən əsgər intihar edib. |
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. |
Bildirilir ki, dünən Tehranın Pakdəşt qəsəbəsinin 14-cü polis bölməsinin növbətçi əsgəri ehtiyatsızlıqdan atəş açaraq iki polisin ölümünə, bir polisin isə yaralanmasına səbəb olub. |
Məlumat Tehranın Şərq Əyaləti Polis İdarəsi tərəfindən təsdiq edilib. |
Qeyd olunub ki, hadisədən sonra əsgər özünü güllələyərək həyatına son qoyub. |
Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkisində azad olunmuş Zəngilan şəhərində ümumilikdə 32 min 50 nəfər seçici səsvermə hüququndan yararlanacaq. |
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. |
Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşa... |
“Federasiyanın ilk prezidentinin Azərbaycandan seçilməsi gözəl məqamdır”. |
Azərbaycan Respublikası Atçılıq Federasiyasında baş katib postunu tutan funksioner Binə Atçılıq Mərkəzində təşkil olunan tədbirdə müzakirə edilən digər məsələləri açıqlayıb:“Bu gün Baş Assambleyanın ikinci gününə start vermişik. |
Biri Türkiyədən, biri İngiltərədən, biri isə Mərakeşdəndir. |
Bizim qitələr üzrə 6 regional qrupumuz var. |
Bunun 5-i Bakıda təmsil olunur. |
Burda qrup rəhbərlərini də seçdik. |
Bu gün yarışların təqvimini də müəyyənləşdirəcəyik. |
Avropa və dünya çempionatı ilə bağlı müzakirələr olacaq, tarixlər dəqiqləşdiriləcək. |
Həmçinin növbəti Baş Assambleyanın nə vaxt və harada keçiriləcəyi bilinəcək. |
Beynəlxalq çövkən qaydalarını da təsdiq edəcəyik”. |
Bəhruz Nəbiyev prezident seçildiyinə görə sevindiyini bildirib və bütün üzvlərə təşəkkür edib:“Beynəlxalq Çövkən Federasiyası artıq fəaliyyətə başlayıb. |
Azərbaycanın ən qədim milli idman növü olan çövkən bundan sonra beynəlxalq qurum tərəfindən tətbiq olunacaq. |
Mən də federasiyanın ilk prezidenti seçildim və buna görə çox sevinirəm. |
Bütün üzvlərimizə təşəkkür edirəm. |
Çünki yekdilliklə bu posta seçildim”. |
Türkiyənin Kırıkkale şəhərində yük qatarı relsdən çıxıb. |
Məlumata görə, hadisə Ankara-Kırıkkale dəmir yolunda baş verib. |
Qatar relsləri üzərindəki istinad divarının uçması nəticəsində dolğu materialları relslərin üzərinə axıb. |
Qatar dolğu materialına dəyib və relsdən çıxıb. |
Hadisə zamanı iki nəfər yaralanıb. |
Ursula fon der Lyayenin rəhbərlik etdiyi Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) ölkələrinin və orada yaşayan insanların maraqlarını tamamilə görməzlikdən gəlir və bu səbəbdən də onlar onun siyasətindən getdikcə daha çox şikayət edirlər. |
“Ölkələrə Ursula fon der Lyayenin və bütövlükdə AK-nin apardığı siyasətə əməl edən qlobalistlər rəhbərlik edir. |
Beləliklə, Avropa xalqları müəyyən mənada "işğal olunmuş" vəziyyətinə düşüblər. |
Onları fəlakətə aparan elitanın "işğalı" altındadırlar”, - politoloq bildirib. |
Onun sözlərinə görə, Avropa ölkələri arasında parçalanmanın səbəblərindən biri Rusiya-Ukrayna müharibəsi olub:“Beləliklə, bu müharibə Avropa ölkələrini iqtisadiyyatlarının fəlakətli vəziyyətə düşməsinə səbəb olub”. |
“Aİ-yə, qəsdən, ideoloji səbəblərə görə tamamilə irrasional olaraq ölkələri tam fəlakətə aparan insanlar rəhbərlik edir. |
Buna görə də hesab edirəm ki, Avropa bu gün gördüyümüz iğtişaşlarla daha çox üzləşəcək. |
O ki qaldı Ursula fon der Lyayenin başına nə gələcək, bunu Avropa Parlamentinə keçiriləcək seçkilərdən sonra görəcəyik”, - serbiyalı politoloq bildirib. |
O qeyd edib ki, indi Avropada Aİ-nin kənd təsərrüfatı siyasətinə etiraz edən fermerlərin aksiyaları artır:“Almaniya və Fransanın ardınca Aİ-nin digər ölkələrində də etiraz edən fermerlər küçələrə çıxıb. |
İtaliyanın baş nazirinin müavini və infrastruktur naziri Matteo Salvini bildirib ki, o, Avropada fermerlərin kütləvi etirazlarının səbəbini Ursula fon der Lyayenin rəhbərlik etdiyi Avropa Komissiyasının “fəlakətli” siyasətində görür”. |
Sürücülərdən gələn məlumatlara görə, bu yaxınlarda “Yango Pro” tətbiqində qeyri-müəyyən müddətə bloklanan şəxslər üçün yeni prosedur ortaya çıxıb. |
İndi sürücülərin xüsusi prosedur vasitəsilə sifarişlərə giriş əldə etmək şansı var. |
Xüsusi vurğulamaq lazımdır ki, təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması və ya sərnişinlərlə ünsiyyət zamanı qəbuledilməz davranış kimi ciddi pozuntular nəzərə alınmayacaq. |
Bu prosedur Azərbaycanın xidmətin fəaliyyət göstərdiyi bütün şəhərlərində mövcuddur. |
Sürücülər yeni sistemin necə işlədiyi barədə məlumat paylaşıblar. |
Giriş məhdudiyyətlərini nəzərdən keçirmək üçün ərizələr artıq veb-saytda təqdim edilə bilər. |
Bundan sonra xidmət nümayəndələrindən ibarət baxış qrupu sorğunun rəsmi tələblərə cavab verib-vermədiyini öyrənmək üçün təhlil aparacaq. |
Bundan sonra qərar qəbul ediləcək və ərizə uzun müddətdir heç bir pozuntu olmadan xidmətlə əməkdaşlıq edən yüksək reytinqli müstəqil sürücülərdən ibarət komitəyə göndəriləcək. |
Komitə bloklanmış sürücünün arqumentlərini dinlədikdən sonra məhdudiyyətlərin saxlanılması və ya sifarişlərə girişin bərpası ilə bağlı xidmətə tövsiyə verəcək. |
Geniş imkanlara malik yaşayış kompleksi “City Garden Narimanov”da təmir işləri sürətlə davam edir! |
Satış ofisindən aldığımız məlumata əsasən deyə bilərik ki, layihənin birinci hissəsindəki binalarda daxili hörgü işləri tamamlanıb, divarlara yenilənmiş səs izolyasiya sistemi tətbiq edilib. |
Həmçinin mənzillərə kabel sistemi çəkilib. |
Yaxın günlərdə təmirin sonuncu mərhələsinə keçid olunacaq. |
Kafel, parket işləri start götürəcək, boya işlərinə başlanılacaq. |
Qeyd edək ki, “City Garden Narimanov”un təmir-tikintisində məşhur dünya markalarından istifadə edilir. |
Bu markalardan bəziləri aşağıdakılardır. |
Hamam aksesuarları Almaniya istehsalı “Grohe” və “Hansgrohe”, pəncərə şüşələri Amerika markası “Guardian Glass”, kabel sistemi İtaliya markası “Prysmian” yanmayan kabelləri, parketlər Kanada markası “Coswick”, elektrik açarları və aksesuarları İtaliya istehsalı “Gewiss”dir. |
Coğrafi olaraq Bakının mərkəzində yerləşən “City Garden Narimanov” Heydər Əliyev prospektinin yaxınlığında, metronun “Nəriman Nərimanov” stansiyasına qısa məsafədədir. |
Şəki dairəsindən çəkiləcək yeni yol və tunel sayəsində kompleksə daha qısa zaman ərzində çatacaqsınız. |
İndi “City Garden Narimanov” satış mərkəzinə yaxınlaşaraq şəxsi büdcənizə uyğun aylıq ödəniş məbləği təyin edərək tam təmirli, premium mənzil sahibi ola bilərsiniz. |
Satış mərkəzi layihənin daxilində yerləşir və siz bura gələrək həm də inşaatla yaxından tanış ola bilərsiniz. |
Bakıda, Abbas Mirzə Şərifzadə küçəsində, piyada keçidi və avtobus dayanacaq məntəqəsi eyni nöqtədə yerləşir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.