Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Oxu.Az bildirir ki, bu barədə sosial şəbəkə istifadəçisi paylaşım edib. |
O qeyd edib ki, hər dəfə maşınla keçəndə piyadalara yol verir, sonra görür ki, sən demə, avtobus gözləyirlərmiş. |
Onun sözlərinə görə, keçiddə daha bir problem - maşınların zolağa yaxın məsafədə park edilməsidir. |
Avtobus dayanacağı piyada zolağı ilə eyni nöqtədə kəsişə bilərmi, yoxsa aralarında müəyyən məsafə olmalıdır? |
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Oxu.Az-ın suallarına cavab olaraq bildirib ki, dayanacaqla piyada zolağı eyni nöqtədə yerləşə bilməz. |
Bu, yoldakı həllərdən asılıdır. |
Tutaq ki, “cib” tipli olursa, dayanacaqla piyada keçidi arasında beş metr məsafə olmalıdır. |
Qarşıda dayanacaq varsa, piyada zolağı (zebra) birbaşa ona doğru olmamalıdır. |
Çünki bu, həm yolu keçən, həm avtobusa minib-düşən sərnişinlər üçün diskomfort yaradır. |
Ümumi olaraq, “cib”lərə də qarşıyam. |
Hesab edirəm ki, “anticib”lərin qurulması daha məqsədəuyğun olar. |
Bu zaman həm avtobusların yan alması, həm sərnişinlərin rahat düşməsi təmin edilər”. |
Piyada zolaqlarına gəlincə, ekspertin fikrincə, iki zolaqdan artıq olan küçələrimizdə təhlükəsizlik adacıqlarının qurulmasına ehtiyac var. |
R.Ağamirzəyev onu da diqqətə çatdırıb ki, yolda hərəkətin nizamlanması ilə bağlı uğurlu nümunə artıq Bakıda var. |
Eyni nümunənin bütün küçə və prospektlərimizdə olması yaxşı olar:"""“Məsələn, bu istiqamətdə son beş ildə ən uğurlu layihə Bakının Həsən Əliyev küçəsində həyata keçirilib. |
Burada həm mobilliyi az olan insanlar nəzərə alınıb, təhlükəsizlik adacığında panduslar qurulub, hərəkət işıqforla nizamlanır. |
Dayanacaq isə piyada zolağından beş metr irəlidədir. |
Düşünürəm ki, bütün geniş küçə və prospektlərimizdə hərəkət bu cür təşkil olunmalıdır”. |
Gəncə şəhərinin Heydər Əliyev, Nizami, Atatürk prospektlərində, Cavadxan və Mirzə Abbas Abbaszadə küçələrində yerləşən bir sıra tarix-memarlıq abidələrinin fasadına qanunsuz vurulmuş reklam lövhələri aşkar edilib. |
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən xəbərə görə, Xidmətin Gəncə Regional İdarəsinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı aşkar olunan qanunsuz reklamların sökülməsi ilə bağlı obyekt sahiblərinə xəbərdarlıq edilib. |
Dövlət Reklam Agentliyi ilə əməkdaşlıq çərçivəsində qeyd olunan ünvanlarda yerləşən 25 memarlıq abidəsinin fasadına vurulmuş qanunsuz reklam lövhələri sökülərək nöqsanlar aradan qaldırılıb. |
Hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir:""“Bütün vətəndaşlarımızı tarix-mədəniyyət abidələrinin mühafizəsinə, gələcək nəsillərə tam şəkildə çatdırılmasına dəstək göstərməyə, dövlət tərəfindən mühafizə edilən abidələrin qorunub saxlanılmasında iştiraka səsləyirik. |
Eyni zamanda istifadəsində və ya mülkiyyətində tarixi abidələr olan vətəndaşlarımızı abidələrimizin estetik görünüşünün qorunmasına həssas yanaşmağa çağırırıq”. |
“Valyuta hərraclarında dollara tələbin yenidən yüksəlməsi müşahidə olunub. |
Dünən keçirilən hərracda 78,7 milyon dollarlıq sifariş qeydə alınıb. |
2 gün öncə isə daha 64,2 milyon dollar satılmışdı. |
Bu son 2 hərracda 142,9 milyon dolların satılması deməkdir”. |
Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb. |
Bildirib ki, yanvar ayının 23 və 25 tarixlərində keçirilən hərraclarda sifariş ayrı-ayrılıqda 50 milyon dollara çatmırdı:"“Bu isə ondan xəbər verir ki, son günlər dollara tələb artıb. |
Bunun psixoloji tərəfləri olsa da valyuta bazarında volatillik ehtimalı ilə bağlı yayılan xəbərlər də tələbi gücləndirir. |
Bu baxımdan, Mərkəzi Bankın kommunikasiyadan daha aktiv şəkildə istifadə etməsi çox vacibdir. |
Doğrudur, Azərbaycanda idxalın artması da dollara tələbi yüksəldir. |
Belə ki, 2023-cü ilin ilk 11 ayında Azərbaycan idxalı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 5,1 faiz artaraq 15,8 milyard dollara çatıb. |
İllik rekord idxalın qeydə alınacağı istisna deyil. |
Dollara tələbin artması kontekstində 2024-cü ildə manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə əvvəllərdə də qeyd etdiyimiz kimi, Azərbaycanda hələ ki üzən məzənnə rejiminə keçilməyib. |
Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. |
Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. |
Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olaraq qalmaqdadır”. |
Prezident İlham Əliyevin sərəncamı ilə dünən bir qrup gəncə Prezident mükafatı verilib. |
Bu mükafata layiq görülənlər arasında ifaçılıq istedadı ilə seçilən Rəvanə Seymur qızı Ağamirova da var. |
Anadangəlmə görmə məhdudiyyəti ilə I dərəcə gözdən əlilliyi olan Rəvanə Ağamirova yaradıcılıq müsabiqələrində, festivallarda həmişə istedadı ilə fərqlənib. |
O, 2005-ci ildə İsmayıllı rayonunda anadan olub. |
Bir müddət əvvəl “Ay Laçın” mahnısını oxuyaraq qəlbləri fəth edib. |
“Modern”ə danışan Rəvanə Ağamirova bu mükafata layiq görüldüyü üçün Prezidentə təşəkkür edib:""“Mən 2005-ci ildə dünyaya gəlmişəm. |
İsmayıllı rayonunun Talış kəndində anadan olmuşam. |
Sevincimin həddi-hüdudu yoxdur. |
Lənkəran gənclər şəhəri elan olunduğuna görə mükafatlandırma orada olacaq, - deyə o bildirib. |
Rəvanə bir ildən çoxdur ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarıdır:""“Bir ildən çoxdur ki, orada benefisiar kimi fəaliyyət göstərib, təlim alıram. |
Müəllimlərimə, xüsusən də mənim əziyyətimi çəkən müəlliməm, vokalist Humay Aslanovaya təşəkkür edirəm”. |
O bundan sonrakı məqsədlərindən də danışıb:""“Bundan sonrakı fəaliyyətimdə əsas məqsədim konservatoriyanı bitirib, hansısa təhsil müəssisəsində işləməkdir. |
Hazırda mənim ən böyük istəyim budur”. |
Gəncə şəhərində yaşayış binasında baş verən yanğın söndürülüb. |
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. |
Bildirilib ki, Gəncə şəhəri, Atatürk prospektində mənzildə baş vermiş yanğın FHN-in yanğından mühafizə qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. |
14:39"Gəncə şəhərində yaşayış binasında yanğın olub, zəhərlənən var. |
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) dörd yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. |
Beşmərtəbəli binanın üçüncü mərtəbəsində olan birotaqlı mənzildə baş vermiş yanğın söndürülüb. |
Yanğın nəticəsində evin 12 kvadratmetr sahəsi yanıb. |
Binada yaşayanlardan 10 nəfər təxliyə olunub. |
Onlardan 2005-ci il təvəllüdlü P.Alıyev tüstüdən zəhərlənib və xəstəxanaya yerləşdirilib. |
Daha bir qadına isə yerində tibbi yardım göstərilib. |
13:27"Gəncədə yanğın hadisəsi qeydə alınıb. |
APA-nın məlumatına görə, şəhərin Atatürk prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın baş verib. |
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. |
Son aylar Ermənistanın siyasi və ictimai mühitində baş verən prosesləri izləyəndə aydın olur ki, baş nazir Nikol Paşinyan qarşısına ölkəyə əməlli-başlı “əl gəzdirmək” məqsədini qoyub. |
Çıxışlarında gah gerbi tənqid edən, gah yeni konstitusiyaya ehtiyac duyulduğunu açıqlayan hökumət başçısının əslində əsas məqsədlərindən biri kilsəyə qarşı açılmış gizli savaşı qazanmaq həvəsidir. |
Təsadüfi deyil ki, son aylar erməni dövlətinin ictimai həyatı məktəblərdə tədris edilən tarix dərsliyi qalmaqalı ilə çalxalanır. |
Əslində 7 və 9-cu siniflərin dərsliklərində aparılan dəyişikliklər bir sıra mətləblərdən xəbər verir. |
Hakimiyyətə gəldiyi ilk gündən erməni kilsəsi ilə gərginlik yaşayan N.Paşinyan hər fürsətdə Üçkilsəni (Eçmiədzini) “sındırmağa”, səlahiyyətlərini məhdudlaşdırmağa, nüfuzunu azaltmağa çalışır. |
Elə yeni konstitusiyaya kilsə barədə maddənin salınmamasını arzulayan baş nazir tərəfdarları vasitəsilə fevralın 24-də katalikos II Qareginin istefası tələbi ilə mitinq təşkil etməyi planlaşdırır. |
Digər tərəfdən isə baş nazir Ermənistan məktəblərində tədris edilən tarix kitablarından “Erməni kilsəsinin tarixi” mövzusunun çıxarılmasına nail olub. |
Bu da kilsə ilə hökumət arasında uçurumun ciddi şəkildə dərinləşdiyini göstərir. |
Hadisələrin fonunda hakimiyyətin diktəsi ilə tarix kitablarının bəzilərinin adı “Vətənim” olaraq dəyişdirilib. |
Maraqlıdır ki, 7-ci siniflərin dərsliyinə salınan xəritədə Qarabağ Azərbaycanın sərhədləri daxilində göstərilib. |
Bununla yanaşı, dərsliklərə “məxməri inqilab” mövzusu əlavə olunub, inqilabın simalarına xüsusi bölmələr ayrılıb. |
Kilsə ilə münasibətləri kəskin olan N.Paşinyanın göstərişi ilə artıq bir sıra siniflər üçün nəzərdə tutulan “Erməni tarixi” kitabının adı dəyişdirilərək “Ermənistan tarixi” adlandırılıb. |
Həmin qərar isə cəmiyyətdə, xüsusən də Eçmiədzində ciddi rezonans doğurub. |
Dərslik üzərində işləyən ekspertlərin etirafına görə, “Erməni tarixi” siyasi tarix deyil, əfsanələr toplusu olduğu üçün ondan imtina etməyin vaxtı çatıb. |
Bu kitabda çoxlu səhvlər var və məktəblilərə aşılanan bilgilərə əsasən, qədim və orta əsrlərdə ermənilər çox güclü və yaxşı olub, digər bütün millətlər isə pis və zəif. |
Belə bir absurdun 30 il ardıcıl olaraq tədris edildiyini nəzərə alsaq, erməni cəmiyyətinin hansı xəstəlikdən və niyə əziyyət çəkdiyi anlaşılar. |
Erməni kilsəsi əslində hücumların ona qarşı yönəldiyini anladığı üçün hərəkətə keçib. |
İlk olaraq Eçmiədzinin Tədris Komitəsi təhsil naziri Janna Andreasyana məktub göndərərək, “Erməni tarixi” fənninin 7-ci sinif dərsliyinin hazırlanması prosesində və məzmununda bir sıra nöqsan və səhvlərin olması barədə xəbərdarlıq edib. |
Bundan əlavə, kilsə öz rıçaqlarını işə salaraq, müxtəlif şəxslər vasitəsilə hökumətin bu qərarını tənqid edərək ictimaiyyəti “aydınlatmaq” qərarına gəlib. |
Məsələn, tarix elmləri doktoru Hayk Demoyan da nazirə məktub yazıb, etirazını bildirib. |
Bundan əlavə, “Trésors d'Arménie” Erməni Assosiasiyasının təhsil departamentinin direktoru Anqela Arutyunyan da məsələ ilə bağlı danışıb. |
O, dərsliyin müəllifi Smbat Hovhannisyanı tənqid edib və səhvlərə yol verdiyini vurğulayıb. |
Tarix elmləri doktoru, qondarma Erməni Soyqırımı Muzey-İnstitutunun keçmiş direktoru Hayk Demoyan isə bildirib ki, dərslik vəsaitinin hazırlanması üçün redaksiya heyəti yaradılmayıb, müxtəlif tarixi dövrlərlə bağlı mütəxəssislər cəlb olunmayıb. |
Tarixçi üçün bu fakt təkcə təəccüb deyil, həm də qorxu yaradır. |
“Erebuni” Tarix-Arxeoloji Muzey-Qoruğunun direktoru, urartoloq Mikael Badalyan bildirib ki, kitabda fərziyyələrə çox yer ayrılıb və çox vaxt mütləq həqiqətlər kimi təqdim olunub. |
O, problemi həm də onda görür ki, dərsliyi bir nəfər yazıb və müəllif Ermənistan tarixinin deyil, dünya tarixinin mütəxəssisidir. |
Tənqidçilər sırasına kilsənin sifarişi ilə son olaraq keçmiş ədliyyə naziri Qevorq Danielyan da qoşulub. |
O, daha da irəli gedərək baş verən hadisəni erməni dövlətçiliyindən imtina kimi dəyərləndirib. |
Bundan əlavə, müxalifətin də müxtəlif simaları, müəyyən şərqşünas və politoloqlar, alimlər də kilsənin səsinə səs verərək tənqid axınına qoşulublar. |
Məsələ burasındadır ki, işin mahiyyətini bilmədən, ağına-bozuna səsləndirilən bəyanatlar erməni cəmiyyətində ciddi çaşqınlığa səbəb olub. |
Məsələnin kökü isə “Erməni tarixi” sözünün “Ermənistan tarixi” termini ilə əvəz olunmasıdır. |
Məsələ burasındadır ki, bu addımı ilə Paşinyan dövlətin kilsədən üstün olduğunu bir daha Eçmiədzin rahiblərinin diqqətinə çatdırır. |
Həm də erməni kimliyinin kilsə tərəfindən qorunduğunu və vahid tandem təşkil etdiyini nəzərə alsaq, sırf “erməni” sözünün kitabların üzündən yığışdırma səbəbi aydın olar. |
Amma baş verən qalmaqal səngimək bilmir və kilsə yenidən hərəkətə keçərək, tarix dərsliyi ilə bağlı müzakirələrə də start verib. |
Müzakirələrdə müxtəlif mütəxəssislər, alimlər, təhsil strukturlarının nümayəndələri iştirak ediblər. |
Bildirilib ki, sözügedən məktəb dərsliyində kobud konseptual, metodik, elmi, o cümlədən kilsə-elmi və digər əsas səhv və çatışmazlıqlar var. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.