Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Dərslikdə milli, dövlət və mənəvi həyatın ən mühüm tarixi hadisələri, obraz və rəmzləri obyektiv və adekvat şəkildə təqdim olunmaması dərin narahatlıqla qeyd olunub. |
Müzakirə iştirakçıları səslənən iradlara əsaslanaraq vurğulayıblar ki, bu dərslik təhrif olunmuş və yanlış şəkildə tədris olunarsa, nəsillərin milli tərbiyəsi və təhsili kimi ən mühüm missiya pozulacaq. |
Tədbirin iştirakçıları təhsil nazirliyindən yeni vəsaitin hazırlanması üçün tarixçiləri, kilsə xadimlərini və digər elm adamlarını dəvət etməyi tələb ediblər. |
Səslənən tənqidlər də təbii ki, hakim partiya tərəfindən diqqətlə izlənib. |
Təsadüfi deyil ki, tənqidlərin ardı-arası kəsilmədiyi və hər gün sıraya yenilərinin əlavə edildiyi bir dövrdə N.Paşinyanın cəza maşını işə düşüb. |
Məlum olub ki, martın 27-də Milli Təhsil və İnnovasiyanın İnkişafı Mərkəzinin şöbələrindən biri bağlanacaq. |
Şöbə müdiri vəzifəsini icra edən tarix elmləri üzrə fəlsəfə doktoru Arman Maloyan və 9 əməkdaşı işsiz qalacaq. |
Məsələ burasındadır ki, dərsliklə bağlı kəskin tənqid səsləndirənlərdən biri də məhz Arman Maloyan olub. |
Bir faktı da nəzərə almaq lazımdır ki, şöbə əməkdaşlarından biri daha əvvəllər qeyri-adekvat elmi səviyyədə yazıldığı üçün zəmanətli dərsliklər siyahısından çıxarılan 7-ci sinif üçün “Ermənistan tarixi” adlı digər dərsliyin həmmüəllifidir. |
Bununla belə, etirazlar səngimir və “Təhrif olunmuş dərsliyi alaq otlarından təmizləyin” adlı Təşəbbüs Qrupu Təhsil Nazirliyinin qarşısında Janna Andreasyanın istefası tələbi ilə etiraz aksiyası keçirib. |
Bu təşəbbüsə Ermənistan Xalq Hərəkatının koordinatoru Vazgen Petrosyan, deputat Larisa Alaverdyan, “Zartnok” qəzetinin redaktoru Sevak Akopyan kimi simalar da qoşulub. |
Məlumata görə, təhsil naziri istefa verənə qədər davamlı etiraz aksiyaları keçiriləcək. |
Artıq İrəvan Dövlət Universitetinin Tarix fakültəsi də kilsənin başlatdığı kampaniyaya rəsmən qoşulub. |
Müəllim heyəti dərsliyin adının dəyişdirilməsindən narahat olduğunu bildirib və məsələdə siyasi motivlər olduğunu xatırladıb. |
Görünən odur ki, Ermənistanda “Mülki müqavilə” və kilsə arasında qarşıdurma yeni mərhələyə qədəm qoyub. |
Tərəflər bir-birini müxtəlif məsələlərdə ittiham etməklə yanaşı, əllərində olan rıçaqlardan tam istifadə etməkdən çəkinmirlər. |
N.Paşinyan cəza maşınını işə salır, kilsə isə nüfuzundan istifadə edərək, müxtəlif şəxsləri, qurumları dövlətə qarşı qaldırır. |
Hazırda erməni dövlətində din-dövlət qarşıdurması kifayət qədər dərinləşib. |
Hadisələrin gedişatı hansı tərəfin qalib gələcəyini göstərəcək. |
“Bir vaxt vardı, deyirdilər ki, “Qənirə Qəzənfər müəllimin qardaşı qızıdır”. |
Son 15 ildə isə deyirdilər ki, “Qəzənfər Paşayev Qənirə xanımın əmisidir”. |
Bu sözləri Modern.az saytına müsahibəsi zamanı Əməkdar Elm Xadimi, Filologiya elmləri doktoru və professor, folklorşünas, dilçi, mətnşünas alim Qəzənfər Paşayev deyib. |
Müsahibəni təqdim edirik:""- 87 yaşlı professordan öncə soruşmaq istərdik ki, özünü necə hiss edir? |
- Çox sağ olun, Allaha şükür ki, yaxşıyam. |
Adam yazıb-yaradanda yaxşı olur, özünü toparlayır. |
İndinin özündə də mən Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda işləyirəm. |
2004-cü ildən Yazıçılar Birliyinin Təftiş komissiyasının sədriyəm. |
Yəni ictimai işlər və yaradıcılıqla məşğulam. |
Bu gün mənim “525-ci qəzet”də 2 səhifəlik yazım çıxıb. |
İraqla mədəni, ədəbi əlaqələrimizin inkişafında rol oynamış Bəndəroğlu barəsində şənbə günü 2 səhifəlik yazım çıxacaq. |
Bu o deməkdir ki, hələlik hər şey yaxşıdır. |
Bundan böyük xoşbəxtlik varmı?! |
Yaradan mənə gümrah ömür bəxş edib. |
Mən həmişə yaradana dua edirəm. |
Deyirəm ki, mənə bundan sonra da gümrah ömür versin, başqalarının xidmətinə ehtiyacım olmasın. |
Arzu edirəm ki, siz də bu yaşa çatasınız. |
Onda bu yaşın ləzzətini anlayacaqsınız. |
- Siz “6 il Dəclə və Fərat sahillərində” kitabının müəllifi kimi məşhurlaşmısınız. |
Yəqin ki, Yaxın Şərqdə baş verən prosesləri izləyirsiniz. |
Bu gün İraqda, Fələstində fəlakətli günlər yaşanır:terror, qan-qada, ölüm-itim... - Yaxın Şərqdə baş verənlər böyük problemdir. |
İraqı çox bərbad vəziyyətə qoydular. |
Guya ki, orada atom silahı vardı. |
Hamısı bəhanə idi.Liviya lideri Müəmmar Qəddafini nə günə saldılar? |
Liviya dünyanın elə bir nümunəvi ölkəsi idi ki, orada 5000-dən çox əcnəbi gəlib işləyirdi və 1000 dollardan aşağı maaş yox idi.Eləcə də Fələstin məsələsi tarixi bir problemdir. |
Bu, çətin həll olunası məsələdir. |
İmkan vermirlər ki, problem həll olunsun. |
Dünyanın əksər dövlətləri Fələstinin dövlət olmasını istəyir. |
Bir-iki güclü dövlət buna imkan vermir. |
O “yekə” dövlətlər kiçik dövlətləri həmişə təzyiq altında saxlayırlar. |
Kiçik xalqların faciəsi böyük olur. |
Təbii ki, İraq mənim üçün vətəndir. |
Mənim “6 il Dəclə və Fərat sahillərində” kitabımı bu yaxınlarda yenə ərəbcə buraxıblar. |
Kitab 20 ərəb ölkəsinə yayılır. |
O kiçik ensiklopediya hesab olunur. |
Ona görə ki, orada hər şeyi vicdanla yazmışam. |
Bir kəlmə də o yan-bu yan yoxdur. |
Bu yaxınlarda “525-ci qəzet”də biri yazıb ki, “mən Qəzənfər Paşayevin “6 il Dəclə və Fərat sahillərində” kitabında “Coca-Cola” kimi içkilərə nəsə qatıldığını və bunun sayəsində insanın ondan davamlı içmək istədiyi ilə bağlı məlumat oxudum. |
Deyirdim ki, yarım saat yox, lap 10 dəqiqədən bir içim, təki “Coca-Cola” içim. |
Yazını oxuduqdan sonra bu içki tərəfə baxmıram”. |
Görün, “6 il Dəclə və Fərat sahillərində” kitabından bu adam nələr götürüb. |
Çünki Qəzənfər Paşayev məlumatı dəqiq verib. |
Bu əsərdə çox maraqlı nüanslar var. |
İraqda imkanlılarla imkansızlar arasında bir az fərq yaratmışdılar. |
“Konduktor” mənə dedi ki, sən harada durmusan? |
Dedi ki, yox, sən ya belə, ya da elə durmalısan. |
Bir kərküklü gördüm, o mənə məsələni izah etdi. |
Dedi ki, bu tərəf bahalıdır, digər tərəf isə ucuz. |
Xarici olduğum üçün bahalı tərəfdə durdum. |
Bütün bunların hamısı dünyanı bölüb parçalayanların siyasəti idi.İraqda əvvəllər küçədə meyvə-tərəvəz filan satılardı. |
Axşam olanda üzərinə bir brezent-filan çəkib çıxıb gedərdilər. |
“Məhsulların oğurlanmasından qorxmursunuzmu?”, - deyə soruşduqda şəhadət barmaqlarını göyə tutub, “onu qoruyan var deyərdilər”. |
İndi küçədə bir şey qoyub gedə bilərsən? |
İraqda xalqın vəziyyəti çox ağırlaşıb. |
- Son illər türkdilli xalqların birliyi istiqamətində mühüm işlər görülür. |
Türk Dövlətləri Təşkilatı yaradılıb. |
Sizcə, bu təşkilat gələcəkdə dünyanın güc mərkəzlərindən biri ola bilərmi? |
- Bilirsiniz, bəzən çox ucadan danışıb çığır-bağır salırıq. |
Lakin elə etmək lazımdır ki, çox gözə girməyəsən. |
Türk dövlətlərinin birləşməsi əlbəttə ki, yaxşıdır. |
Hətta mən bu dövlətlərin birləşib hərbi qurum da yaratmalı olduqlarını düşünürəm. |
Əlbəttə, güc olanda artıq sənə toxuna bilmirlər. |
Türkiyə bu gün çox güclü bir dövlətdir. |
Ordusu dünyanın ən güclüləri arasında ilk “onluq”dadır. |
Türkiyə gəmilər, təyyarələr, silahlar istehsal edir. |
İstehsal etdiyi silahları dünyaya satır. |
Bunu gözü götürməyənlər və mane olmaq istəyənlər var. |
Zəlimxan Yaqub deyirdi ki, “Əvvəl-axır dünya türkün olacaq”. |
Deyirəm ki, əvvəl-axır dünyada türkün yeri olacaq. |
İmperatorluğu adi xalqlar yarada bilmir. |
İmperiyalar ağılla, idrakla, güclə yaradılır. |
Biz indi qurulacaq sistemi birlik adlandıracağıq. |
Necə ki, Avropa Birliyi, NATO var. |
Türk Birliyi də olacaq, inşallah! |
- Hazırda hansısa araşdırma və ya kitab üzərində işləyirsinizmi? |
Yaxın zamanlarda yeni əsərinizin çap olunması gözlənilirmi? |
- Hazırda “Həyat düşüncələrim” adlı əsər üzərində çalışıram. |
İnsan yaşa dolduqca, xatirələrlə yaşayır və yaddaş bərpa olunur. |
Bu baxımdan mən belə bir əsər üzərində işləyirəm. |
Yoldaşlar da mənə təkidlə deyirdilər ki, xatirələrini yaz. |
Allah ömür versə, onu işləyib bitirəcəyəm. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.