Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Prezident İlham Əliyev vurğuladı ki, beynəlxalq ictimaiyyətin yekdil mövqeyi ilə COP29-un Azərbaycanda keçirilməsi barədə qərar ölkəmizə etimadın və hörmətin təzahürüdür. |
Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan tərəfi bu tədbirin uğurla keçirilməsi üçün bu təşkilatla və bütün BMT ailəsi ilə yaxından əməkdaşlıq etməyə hazırdır. |
Azərbaycanın beynəlxalq tədbirlərin təşkili üzrə zəngin təcrübəsinin olduğunu vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, COP29 ölkəmizdə keçirilən və ümumiyyətlə dünyada miqyasına görə ən çox iştirakçının qatıldığı tədbirlərdən biri olacaq. |
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan tərəfindən həm təşkilati, həm də tədbirin mahiyyəti nöqteyi-nəzərindən bütün zəruri addımlar atılır və bu baxımdan ölkəmiz beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığı yüksək qiymətləndirir. |
Azərbaycan Prezidenti COP29-un təşkili prosesinə könüllülərin də yaxından cəlb olunacağını dedi. |
Dövlətimizin başçısı qeyd etdi ki, COP29-un Azərbaycanda keçirilməsi barədə qərar regional sülh gündəliyinin irəliləyə aparılması kontekstində əldə edilib və bu da ümumiyyətlə COP-un tarixində yeni bir inkişafdır. |
Prezident İlham Əliyev Azərbaycanın milli və regional səviyyədə yaşıl enerjiyə keçid istiqamətində təşəbbüsləri barədə məlumat verdi, COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin yaşıl enerjiyə keçid istiqamətində səylərinə və bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığının daha da inkişafına təkan verəcəyinə əminl... |
Qonaq COP çərçivəsində Azərbaycanın sədrliyinin çox mühüm mövzuya – iqlim maliyyələşdirilməsi mövzusuna həsr olunduğunu və bunun COP-un gündəliyində duran ən vacib məsələlərdən biri olduğunu qeyd edərək, bu xüsusda çoxtərəfli diplomatiyanın və bütün tərəfdaşlarla inklüziv şəkildə işin aparılmasının vacibliyinə toxundu. |
Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan həmişə çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verib və beynəlxalq təşkilatlarda, çoxtərəfli platformalarda daim çox fəal siyasət yürüdüb. |
Bu baxımdan Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini və bunun Hərəkata üzv dövlətlər tərəfindən yüksək qiymətləndirildiyini qeyd etdi, ölkəmizin digər beynəlxalq təşkilatlarla da uğurlu əməkdaşlığını vurğuladı. |
Görüşdə COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirlikləri, COP29 və COP30-a müvafiq olaraq ev sahibliyi edəcək Azərbaycan və Braziliya arasında üçtərəfli əməkdaşlığın vacibliyi vurğulandı. |
15:40"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stili qəbul edib. |
Bununla bağlı President.az məlumat yayıb. |
Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Melikovun həyat yoldaşı Qalina Anatolyevna Melikova dünyasını dəyişib. |
Bu barədə Rusiyanın Dağıstanda fəaliyyət göstərən rəsmi informasiya agentlikləri məlumat yayıblar. |
Məlumatda qeyd olunub ki, S.Melikovun həyat yoldaşı uzun müddət ağır xəstəlikdən əziyyət çəkib. |
Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Svetlana Jurova Ermənistanın Rusiya ilə hərbi əməkdaşlıqdan imtina etməsinə münasibət bildirib. |
Deputat baş nazir Nikol Paşinyanın bəyanatını “bunlar sadəcə sözlərdir” ifadəsi ilə dəyərləndirib. |
Daha əvvəl Paşinyan bildirib ki, İrəvan bundan sonra hərbi-texniki tərəfdaşlığı tək Rusiya ilə inkişaf etdirə bilməz. |
O, izah edib ki, ölkə öz silahlı qüvvələrinin inkişaf konsepsiyasına yenidən baxmalıdır. |
“Ermənistan müdafiəyə ehtiyacı olduğu üçün bizimlə əməkdaşlıq etdi. |
Ermənistan artıq heç nəyin onu təhdid etmədiyinə və artıq bunun öhdəsindən özlərinin gələ biləcəyinə inanır. |
Ya da başqası onlara nəsə söz verib. |
Bunlar sadəcə sözlərdir, siyasətçilər indi ictimaiyyətdə çox şey deyirlər. |
Yəqin ki, sanksiyalar və bu çətin vəziyyət fonunda Ermənistan da Qərbə oxşar bəyanatlar verir. |
Bütün bunlar bitən kimi Ermənistan hərbi əməkdaşlıq xahişi ilə bizə qayıdacaq”, - deyə Jurova cavab verib. |
Sabirabadda yenidoğulmuşun ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. |
Sabirabad Rayon Prokurorluğundan verilən məlumata görə, ötən il noyabrın 4-də Sabirabad rayon sakini 1989-cu il təvəllüdlü Günay Ağayevanın Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzin doğum evində yenidoğulmuşun ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb. |
Aparılmış araşdırmalarla qeyd olunan Mərkəzin Doğum şöbəsinin həkim mama-ginekoloqu Naibə Mahmudova və həkim-neonatoloqu Gülnarə İmanova tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi, yəni doğuşdan öncə dölün vəziyyətinin düzgün qiymətləndirilməməsi, Günay Ağayevaya diaqnozun düzgün təyin edilməməsi, tibbi göstər... |
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. |
Bu ilin yanvar ayında İran həbsxanalarında azı 74 məhbus dar ağacından asılıb. |
Bu barədə “Azad İran” “Telegram” kanalı İranda İnsan Haqları Təşkilatına (HENGAW) istinadla xəbər verib. |
Məlumata görə, edam hökmü icra edilən məhbuslardan yalnız 12-si barədə İran hökumətinin rəsmi mənbələrində və Məhkəmə Sisteminə bağlı internet saytlarında məlumat verilib. |
İranda edamlara etiraz edən siyasi məhbuslar aclıq aksiyasına başlayıblar. |
Belə ki, Tehranın “Evin” və Kərəcin “Qızılhisar” həbsxanasında əksəriyyəti qadın olmaqla 80-dən çox siyasi məhbus da aclıq aksiyası keçirir. |
Sosial şəbəkələrdə bəzi hüquqşünaslar və vətəndaş cəmiyyətinin üzvləri tərəfindən əmək kitabçasının ləğv olunması ilə bağlı fikirlər səsləndirilməkdədir. |
Bir neçə gün əvvəl mətbuata açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov bu sənədin ləğv olunmasının və əmək kitabçalarının dövriyyədən çıxarılmasının vaxtının çatdığını bildirib. |
Fikrini də belə əsaslandırıb ki, indi bütün əsas təyinatlar - pensiya, müavinətlər və s.sığorta stajı ilə həyata keçirilir:""“Əmək kitabçaları bütün funksiyalarını itirib. |
Hazırda əmək kitabçalarının yeganə rolu əmək stajını göstərməkdir. |
2006-cı ildən başlayaraq hər kəs üçün fərdi sosial sığorta hesabları mövcuddur və bir daha demək istəyirəm ki, əmək pensiyasının bütün növləri, müavinətlər və digərləri təyin olunarkən hər bir şəxsin həmin hesabda toplanan vəsaitinə uyğun hesablanır. |
Ona görə də Azərbaycanda əmək kitabçalarının dövriyyədən çıxarılmasını ləngidən ciddi bir əsas yoxdur”. |
Doğrudan da əmək kitabçalarına ehtiyac qalmayıb? |
Bizim.Media-nın suallarını cavablandıran Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin direktoru Mais Musayev əmək kitabçaları ilə bağlı bəzi mühüm məqamları diqqətə çatdırıb. |
O, son illərdə “Rəqəmsal məşğulluq” şüarı ilə məşğulluq xidmətlərinin, ümumilikdə məşğulluq sahəsində idarəçiliyin elektronlaşdırılması üçün bir sıra layihələr icra olunduğunu bildirib:""“Əmək və məşğulluq” altsisteminin (ƏMAS) istifadəyə verilməsi ilə Azərbaycanda əmək və məşğulluq sahəsində islahatların yeni və mühüm... |
Bu sistem əmək münasibətlərinin tənzimlənməsi və məşğulluğun təmin edilməsi proseslərində işəgötürənlər və işçilərin, işsiz və işaxtaranların vahid elektron platformada cəmləşməsini, eləcə də insan resursları ilə işin təşkilini təmin edir. |
Eyni zamanda, bu sahədə şəffaflığın təmin edilməsinə zəmin yaradan elektron platformadır. |
“Əmək və məşğulluq” altsisteminin tətbiqi ilə kağız üzərində kadr inzibatçılığının elektron müstəviyə keçirilməsi və ümumilikdə əmək bazarının rəqəmsallaşdırılması təmin edilir”. |
Müsahibimiz, əmək kitabçalarının dövriyyədən çıxarılması prosesinin mərhələli şəkildə həyata keçirilməli olduğunu vurğulayıb:""“Bu proses ƏMAS üzərindən tədricən aparılacaq. |
İlk növbədə isə Əmək Məcəlləsində rəqəmsallaşma ilə bağlı qanunvericiliyə dəyişiklər edilməlidir. |
Mövzu ilə bağlı müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib”. |
Departament direktoru, ləğv olunma prosesinin vaxtını və qaydalarını da açıqlayıb:""“İlk mərhələ kimi, 2014-cü ilin iyunun 1-dən sonra əmək fəaliyyəti olan şəxslərin əmək kitabçalarının ləğvi nəzərdə tutulub. |
Çünki həmin şəxslərin əmək tarixçəsi artıq ƏMAS-da mövcuddur və zamanla əmək kitabçalarının dövriyyədən çıxarılması baş tutacaq. |
Bu tarixdən əvvəl əmək fəaliyyətinə başlayan şəxslərin isə stajını müəyyənləşdirmək yenə də əmək kitabçaları üzərindən aparılacaq”. |
Ötən gündən sürücülərin utilizasiya haqqı ödəmələri ilə bağlı qərar qüvvəyə minib. |
Avtomobillərin texniki baxışı zamanı sürücülər istehsal tarixi 10 ili keçmiş avtomobillər üçün dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödəyəcəklər. |
Qərara əsasən, 1 nömrəli əlavənin 2-ci hissəsində müəyyən edilən utilizasiya haqları traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli Qərarı ilə müəyyən edilən mexaniki nəqliyyat vasitələri üçün 2024-cü il fevralın 1-dən iki il müddətinə 50% tə... |
Bəs görəsən, utilizasiya prosesi maşın bazarına necə təsir edəcək? |
Utilizasiya haqqı avtomobillərə olan tələbatı artıracaqmı? |
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Emin Qəriblinin sözlərinə görə, köhnə avtomobillərin sayı azalacaq:"""“İndi alternativ enerji ilə çalışan avtomobillərə daha çox üstünlük verilir. |
Onların gömrük rüsumları və digər idxalda olan bütün rüsumlar aradan qaldırılıb, ləğv olunub. |
Yeni nəsil, ətraf mühiti çirkləndirməyən avtomobillər daha çox gətirilir. |
Köhnə maşınlar problem yaratdığı üçün bu kimi yollarla sayını azaltmağa çalışırlar. |
Köhnə avtomobillər ətraf mühitə olduqca böyük ziyan vurur. |
Bu səbəbdən düzgün addım kimi qiymətləndirirəm”. |
Ekspert rüsumların artacağını qeyd edib:""“Bu, dünya təcrübəsində tətbiq olunan prosesdir. |
Hesab edirəm ki, rüsumları da artıracaqdır. |
Avropada mühərrikin gücündən asılı olaraq irihəcmli avtomobillərə görə əlavə vergilər var. |
Bu gün istehlak cəmiyyətində ifrat dərəcədə xərclər var. |
Qarşısını almaq üçün belə yollara əl atırlar. |
Düşünürəm ki, gələcəkdə irihəcmli avtomobillər üçün əlavə vergilər tətbiq olunacaq. |
Bununla yanaşı, bir ailədə bir neçə avtomobil varsa, onlar da əlavə vergi ödəməli olacaqlar. |
Yəqin ki, bu kimi tələblərin sayı artacaq”. |
İqtisadçı Rəşad Həsənov isə əlavə edib ki, utilizasiya prosesinin başlanmasının avtomobil bazarına müəyyən təsirləri olacaq:"""“Nəzərə almaq lazımdır ki, proses yeni başlayıb. |
İlkin olaraq istifadədən kənarlaşdırılmış avtomobillər əsas predmet olacaq. |
Çünki bunlar insanların nəqliyyata olan tələbatını tam şəkildə ödəmirdi. |
Belə olduğu təqdirdə müvafiq utilizasiya prosesi birbaşa olaraq tələbi kəskin şəkildə artırmayacaq. |
Digər tərəfdən, kifayət qədər köhnəlmiş avtomobillərin utilizasiyasından söhbət gedirsə, onun kompensasiyası avtomobil bazarında yeni avtomobil alma imkanlarını ciddi şəkildə artırmır. |
Lakin uzun və ortamüddətli dövrdə, əlbəttə, proses genişləndikcə təkrar avtomobil bazarında canlanmanı artıracaq. |
Çünki bu kimi yararsız avtomobil azgəlirli sosial qrupun əlində cəmlənir. |
Onlar yeni avtomobil istehlakında aktiv iştirak etməyəcəklər, ancaq təkrar bazarda olacaqlar. |
Bu zaman qiymət artımı müşahidə oluna bilər. |
Utilizasiya fondunun yaradılması ilə bağlı tətbiq olunan rüsumlar, öz növbəsində, ili köhnə avtomobillərin qiymətlərində orta hesabla 500 manat ətrafında alıcılıq gücü, əhalinin gəlirli dinamika, iqtisadiyyatın inkişaf tempi fonunda bir artıma gətirib çıxaracaq”. |
Ötən gün gecə saatlarında paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi “Atçılıq” yaşayış massivində xarici dövlət qeydiyyat nişanlı yük avtomobili qaz xəttinə çırpılıb. |
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. |
Bildirilib ki, qəza nəticəsində müxtəlif diametrli 150 metr uzunluğunda orta və aşağıtəzyiqli qaz xətləri yararsız hala düşüb, 3 000 abonentin qaz təchizatında fasilə yaranıb. |
Hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə əraziyə təbii qazın verilişi dayandırılıb, qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlərə başlanılıb. |
Bərpa işlərinin günün sonunadək yekunlaşdırılması nəzərdə tutulub. |
“Google”un həmtəsisçisi Larri Peyc Puerto-Rikodakı şəxsi Cayo Norte adasını gizli şəkildə 2018-ci ildə 32 milyon dollara satın alıbmış. |
Peyc adanı ABŞ “Virgin Island Properties” adlı məhdud məsuliyyətli şirkət vasitəsilə alıb. |
Peyc və onun həyat yoldaşı Lyusinda Sautvort bu şirkətin qəyyumları və faktiki sahibləridirlər. |
Qeyd edək ki, indi “Google” yaradıcısının Karib dənizində və Cənubi Sakit okeanda ən azı beş şəxsi adası var. |
Peyc və onun nümayəndələri “Business Insider”in sorğularına cavab verməyiblər. |
“Qərb təşkilatı ilk dəfə Qarabağda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində müşahidələr aparacaq”. |
Onun sözlərinə görə, bu seçki “Oracle Advisory Group” təşkilatının müşahidə edəcəyi 5-ci kampaniya olacaq:""“Yəni indiyədək Azərbaycanda 4 dəfə seçkiləri müşahidə etmişik. |
Artıq bu ölkədə 5 təcrübəli işçimiz var. |
Hansı ki, onlar Azərbaycanda digər komandaları təlimatlandıracaq və bu seçkilərdə olduqca fəal müşahidələr aparacağıq”. |
Azərbaycanda səfərdə olan Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq Ağdam şəhərinə səfər edib. |
Parlamentlərarası İttifaqın baş katibini Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin həmsədri Cavanşir Feyziyev, Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər müşayiət ediblər... |
Ağdama gələn Parlamentlərarası İttifaqın baş katibinə Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, mədəni, tarixi, dini abidələrimizi məhv etmələri və şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin burada həyata keçirdiyi tikinti-quruculuq işləri barədə məlumat verilib. |
Qonaqlar Ağdam şəhərində ermənilərin yerlə-yeksan etdikləri binaların, o cümlədən Ağdam Dram Teatrının qalıqlarına baxıblar, Şəhidlər xiyabanında erməni barbarlığının şahidi olublar. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.