Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Məlumat verilib ki, Ağdamda hər şeyi məhv edən erməni vandalları buradakı qəbirləri də dağıdıblar. |
Sonra Martin Çunqonq Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçirilən quruculuq işləri, o cümlədən Qarabağ xanlarının türbələri və yaşayış evi - “İmarət” Kompleksində, Ağdam şəhər Cümə məscidində aparılan təmir-bərpa işləri ilə tanış olub. |
Qonağa məlumat verilib ki, erməni işğalçılarının “Qafqazın Xirosiması”na çevirdikləri Ağdam yaxın illərdə tamamilə yenidən bərpa olunacaq, regionun ən gözəl şəhərlərindən birinə çevriləcək və doğma yurdlarından 30 il ayrı düşmüş insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək. |
Şimali Koreya lideri Kim Çen In ölkənin dəniz qüvvələrini müharibəyə hazır olmağa və ölkənin dəniz suverenliyini müdafiə etməyə çağırıb. |
“Kim Çen In hərbi gəmiqayırma zavoduna səfəri zamanı müharibə hazırlığını gücləndirmək və dəniz suverenliyini qorumaq üçün ölkənin donanmasını gücləndirməyə çağırıb”, - deyə bildirilir. |
Fevralın 2-də səhər saatlarında Şimali Koreya qərb sahilindən qanadlı raketlər buraxıb. |
Hərbçilərin məlumatına görə, Şimali Koreya raketləri təxminən saat 11:00-da (Bakı vaxtı ilə 06:00) buraxıb. |
Nə qədər mərmi atıldığı açıqlanmayıb. |
Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda keçiriləcək prezident seçkisini müşahidə edəcək. |
Secki-2024.az saytı xəbər verir ki, onlar fevralın 5-dən 8-dək Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisinin müşahidəsində iştirak edəcəklər. |
Nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin rəhbərlik edəcək. |
Parlamentarilər MDB, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyalarının xətti ilə Azərbaycana yola düşəcəklər. |
Müşahidəçilər sırasına Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsi sədrinin birinci müavini İlyas Umaxanov, Federasiya Şurasının Federal struktur, regional siyasət, yerli özünüidarəetmə və şimal məsələləri üzrə komitə sədrinin müavini Anatoli Şirokov və Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və d... |
Azərbaycanda fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkisi ilə əlaqədar Seçki Məcəlləsinə uyğun olaraq ölkəmizin Çin Xalq Respublikasındakı səfirliyində seçki məntəqəsi yaradılıb. |
Məntəqə seçki komissiyasının üzvləri, katibləri və sədri seçilib. |
Secki-2024.az saytı xəbər verir ki, Çində yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan Azərbaycan vətəndaşları fevralın 7-də yerli vaxtla səhər saat 8:00-dan axşam 19:00-dək səfirlikdə yaradılmış seçki məntəqəsində səs verə biləcəklər. |
Yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edə biləcəklər. |
Məntəqə seçki komissiyası prezident seçkisinin qanunvericiliyin tələblərinə uyğun qaydada təşkili üçün tam hazırdır. |
Çində konsulluq qeydiyyatında olan vətəndaşlarımızın prezident seçkisi ilə əlaqədar maarifləndirilməsi üçün bütün zəruri işlər görülüb. |
Belə ki, səsvermədə iştirakla əlaqədar konsulluq qeydiyyatında olan vətəndaşlarımız məlumatlandırılıb. |
Bundan başqa, səfirliyin rəsmi internet səhifəsində, sosial şəbəkə hesablarında, habelə həmvətənlərimizin “Wechat” messencer proqramındakı qruplarında elan yerləşdirilib. |
Azərbaycanın Çindəki səfirliyində yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən həmin gün Pekində olacaq səsvermə hüququna malik seçicilər də səs verə biləcəklər. |
Qeyd edək ki, növbədənkənar prezident seçkisində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. |
Prezident İlham Əliyev “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yaradılması haqqında 18 mart 2015-ci il tarixli sərəncamında dəyişiklik edib. |
Fərmana əsasən, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi üçün ayrılmış torpaq sahəsinin ölçüsü 400 hektardan 369,26 hektara endirilib. |
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir. |
Sabiq təhsil naziri Misir Mərdanov bu günlərdə verdiyi müsahibəsində deyib ki, imtahan vermək arzusunda olan adamların bilik və bacarıqları ilə onlara imtahanda verilən suallar üst-üstə düşmür. |
Doğrudan da tez-tez fikirlər səslənir ki, Dövlət İmtahan Mərkəzinin hazırladığı testdəki bəzi sualların cavabı tədris prosesində yoxdur. |
Məsələ ilə bağlı Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov açıqlama verib. |
Bizim.Media-ya açıqlamasında o bildirdi ki, Misir müəllim uzun müddət bu sahədə işləyib, bu sahəyə cavabdeh şəxslərdən biri olub:""“Yaxşı olardı ki, Misir müəllim fikirlərini daha aydın şəkildə ifadə edərdi və onun təkliflərindən də müəyyən qədər faydalanmaq olardı. |
Doğrudan da təhsil sistemimizdə kifayət qədər problem var. |
Həm təhsil verənlərin, həm də təhsili qiymətləndirənlərin işində müəyyən boşluqlar var. |
Bu da son nəticədə təhsilimizə ziyan vurur. |
Bu gün məktəblərdə verilən bilik şagirdlərə kifayət etmir. |
Ona görə də şagirdlər repetitor yanına gedir. |
Bununla belə 2 sahədə öyrəndikləri bəzən abituriyentə bəs eləmir. |
Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi suallar məzunlardan daha çox bilik tələb edir”. |
Millət vəkili problemin bununla bitmədiyini söylədi:""“Sistemin özündə problem var. |
Məsələn, tədris ili bitməmiş biz imtahan keçiririk. |
Bütün fəsillər mənimsənilməmiş Dövlət İmtahan Mərkəzi imtahan keçirir(?!) |
Belə həssas məqamlar ümumi təhsil sistemimizdə çoxdur. |
Mənə elə gəlir ki, ümumi sistemdə bir şəffaflıq yaradılmalıdır. |
Yalnız bundan sonra hansısa nəticələri obyektiv saya və onun müzakirəsini apara bilərik”. |
Ceyhun Məmmədov hesab edir ki, təhsildə zəruri islahatların keçirilməsinə ehtiyac var:""“İslahatlar keçirilməli, uyğunlaşdırma aparılmalıdır. |
Məsələn, ali məktəblərə qəbulu DİM həyata keçirir. |
Buna paralel olaraq Elm və Təhsil Nazirliyi müəllimlərin işə qəbulunu aparır. |
Mənə elə gəlir ki, bu məsələyə xüsusi diqqət edilməli və vahid qəbul prosesi yaradılmalıdır. |
Bir sözlə təhsilimizdə kompleks məsələlər çoxdur. |
Bu kompleks məsələlər də təhsil sistemimizə öz neqativ təsirini göstərir”. |
Rusiyada ölkə pasportu almış miqrantlar üçün hərbi xidmətə çağırış 50 yaşa qədər artırıla bilər. |
Bu barədə Dövlət Dumasına deputatlar Aleksey Juravlyov, Aleksandr Boroday və Mixail Şeremet tərəfindən qanun layihəsi təklif edilib. |
Onların sözlərinə görə, əcnəbilər xüsusi olaraq “yaş həddi çatana” (hazırda 30 yaş) qədər gözləyirlər və yalnız bundan sonra vətəndaş olurlar. |
Müəlliflər Daxili İşlər Nazirliyinin statistik məlumatlara istinadla bildiriblər ki, ötən ilin yanvar-oktyabr aylarında 318 mindən çox əcnəbi Rusiya vətəndaşı olub. |
Xatırladaq ki, bundan əvvəl də Rusiyada işləyən əcnəbilər üçün yeni öhdəliklər qüvvəyə minib. |
Belə ki, 2024-cü il yanvarın yeddisindən Rusiyada işləmək üçün patent alan əcnəbi vətəndaşlar, onun verildiyi tarixdən iki ay ərzində Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanına işə qəbul haqqında bildiriş təqdim etməlidirlər. |
“Biz inanırıq ki, 2024-cü ilin birinci yarısında Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalana bilər”. |
Bu barədə “Fitch Solutions” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı proqnozunda bildirilib. |
“Çox güman ki, sülh sazişinə Zəngəzur dəhlizinin yaradılmasına Azərbaycanın nəzarətini gücləndirmək müddəaları daxil olacaq. |
2023-cü ilin sentyabrında Qarabağda uğurlu hərbi əməliyyatdan sonra Azərbaycan qısa və ortamüddətli perspektivdə regional təhlükəsizliyini gücləndirib”, - “Fitch Solutions”un şərhində qeyd edilib. |
Məqalədə həmçinin qeyd olunur ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar birbaşa görüşlər yolu ilə aparılır. |
Azərbaycan bankları ölkənin regionlarında kredit verməyə elə də həvəs göstərmirlər. |
Bunu Azərbaycan Mərkəzi Bankının kreditləşmə ilə bağlı açıqladığı statistika da göstərir. |
Belə ki, 2023-cü ilin sonuna bankların kredit portfeli 23,2 milyard manat təşkil edib ki, bunun da 17,7 milyard manatı və 76 %-i Bakı və onun ətrafında formalaşıb. |
Bəs banklar niyə regionlarda kredit vermək istəmirlər? |
Elman Sadıqov deyir ki, regionlarda kredit verməyin riski Bakı ilə müqayisədə yüksəkdir:“Nəinki Bakı ilə regionlar arasında, hətta ayrı-ayrı rayonlar arasında risk dərəcələrində fərq var. |
Məsələn, Aran rayonlarında risk daha yüksəkdir. |
Çünki biznes mühiti zəifdir, dövriyyə azdır və bu rayonlarda yaşayanlara verilmiş kreditlər vaxtında və yaxud ümumiyyətlə geri qaytarılmaya bilər. |
Şimal və Şimal-Qərb rayonlarımızda isə risk nisbətən aşağıdır. |
Çünki həmin rayonlar iqtisadi baxımdan aktivdir, turizm obyektləri mövcuddur və vətəndaşlar aldıqları kreditləri normal qaytara bilərlər”. |
Bundan başqa, onun sözlərinə görə, regionlarda yaşayan əhalinin maliyyə savadlılığı, kreditə yanaşması (məsuliyyəti) paytaxtla müqayisədə zəifdir:“Bakı və onun ətrafında yaşayanların çoxu bilir ki, kredit götürübsə, onu vaxtında qaytarmalıdırlar, əgər qaytarmasa, ona qarşı hüquqi tədbirlər görə bilərlər, girov qoyduğu ... |
Regionlarda yaşayanlar dediyim məsələlər barədə elə də düşünmürlər. |
Çünki rayon yerində hamı bir-birini tanıyır, kiməsə qarşı sərt addımlar atmaq, əmlakını əlindən almaq çətindir. |
Kəndlərdə bir evdə bir neçə ailə yaşayır. |
Bunların evsiz qalması məsələsi var. |
Digər tərəfdən rayonda, kənddə heç kim “bankda batan ev”i almaq istəmir. |
Yəni regionlarda müsadirə edilmiş əmlakları satmaq asan deyil. |
Halbuki Bakıda girov əmlakların satılması problem deyil”. |
Digər ekspert Xalid Kərimli də hesab edir ki, bankların Bakı və onun ətrafına fokuslanması təkcə risk amili ilə bağlı deyil, həm də paytaxt və regionların iqtisadi inkişafı arasındakı fərqdən qaynaqlanır:“Bakıda yaşayanların gəlirləri regionlarla müqayisədə xeyli yüksəkdir. |
Paytaxtda orta aylıq əmək haqqı regionları azı 30-40 % üstələyir. |
Bütün iqtisadiyyat demək olar ki, Bakıda cəmləşib. |
Üstəlik, regionlardakı daşınmaz əmlakların çoxunun qeydiyyatı yoxdur. |
Bu da onların girov qoyulmasına mane olur. |
Bakıda isə əmlakın qeydiyyatı sarıdan vəziyyət xeyli yaxşıdır”. |
“İndiki aşıqların çoxu ədəbiyyatı yaxşı bilir, amma musiqidən heç anlayışları yoxdur. |
İfa etdikləri sazı qoysan qabaqlarına, desən ki, bunun haqqında danış, susarlar. |
Çünki musiqi təhsili almayıblar, bilmirlər ki, ifa etdikləri sazın pərdə düzümü və ya kökləri hansı interval əsasında düzülüb və bu musiqi aləti necə köklənir....”"Bunu Oxu.Az-a müsahibəsində “Dalğa” qrupunun və “Rövşən” musiqi məktəbinin yaradıcısı, məşhur aşıq Çingiz Mehdipur deyib. |
Onunla müsahibəni təqdim edirik:""- İlk dəfə aşıq musiqisini, saz havalarını nota köçürən azərbaycanlı aşıq kimi tanınırsınız. |
- Saz ifaçılığını öz əmim, ustad aşıq Eynulladan öyrənmişəm, ikinci ustadım rəhmətlik aşıq Hüseyn Əsadi olub. |
Güneydə iki-üç yaxşı ifaçıdan biri də mən idim. |
Ancaq öyrəndiyim zaman çəkdiyim çətinlikləri, tədrisdə fərqləri ki görmüşdüm, onu asanlaşdırmaq istəyirdim. |
Həm də düşünürdüm ki, aşıq musiqisində ifalar bir az musiqi prinsipindən uzaqlaşır. |
Misal üçün, ifa zamanı ölçü (ritm) kimi bir sıra musiqi qaydalarına diqqət olunmur. |
Həmçinin, başqa millətlər də bizim musiqimizlə tanış olsunlar deyə Tehranda not öyrənmək istədim. |
Bizim zamanda, islam inqilabı olandan sonra, çox təəssüf ki, musiqi haram sayıldı və universitetləri, kollecləri (orada “hünəristane musiqi” deyirdilər) bağladılar. |
Dostumun məsləhəti ilə “Çəng” adlı özəl musiqi məktəbində nəzəriyyəni öyrəndim. |
Neçə il sonra başqa bir musiqi məktəbində də təhsil aldım. |
Altı-yeddi il sonra Tehrandan köçdüm Təbrizə. |
Orada musiqi ustadı Yahya İsmayılzadə ilə Üzeyir Hacıbəyovun “Azərbaycan xalq musiqisinin əsasları” kitabını oxuduq. |
Mən Təbrizə gələndən sonra orada rəhmətlik Əli Səliminin musiqi məktəbində başladım notla tədris etməyə. |
Az adam sinədən-sinəyə - yəni, sadəcə, müəlliminin ifa etməsinə baxaraq - öyrənə bilirdi. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.