Search is not available for this dataset
text
stringlengths
10
518k
Qeyd edək ki, 1992-ci ildə Ağdərə, Hadrut və bir sıra istiqamətlərdə günahsız azərbaycanlıların qanını tökən terrorçunun abidəsi Xankəndi universitetinin qarşısındakı parkda yerləşirdi.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Beynəlxalq Maliyyə Korporasiyasının iqlim biznesi üzrə qlobal direktoru Cemi Fergüssonla görüşündə COP29, “yaşıl” keçidin və enerji təhlükəsizliyinin, dövlət-özəl tərəfdaşlığı layihələrinin dəstəklənməsi məsələləri nəzərdən keçirilib.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) iqlim biznesi üzrə qlobal direktoru, COP üzrə tapşırıqlar qrupunun rəhbəri Cemi Fergüssonla görüşüb.
BMK ilə müxtəlif istiqamətlər üzrə əlaqələrin önəmini vurğulayan iqtisadiyyat naziri qurum tərəfindən ölkəmizdə kiçik və orta biznesin inkişafı, dövlət-özəl sektor tərəfdaşlığı və digər sahələr üzrə əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Bildirilib ki, Korporasiya ilə enerji səmərəliliyinin artırılması, “yaşıl” enerji zonalarının yaradılması, tullantıların emalı kimi istiqamətlərdə layihələrin icrası Azərbaycanın strateji inkişaf hədəfləri ilə yanaşı, regional inkişafa töhfə verə bilər.
Cemi Fergüsson IFC adından Azərbaycanı COP29-a ev sahibliyi münasibətlə təbrik edib, təmsil etdiyi qurumun daim dəstək verməyə hazır olduğunu vurğulayıb, ölkəmizdə milli inkişaf hədəflərinə nail olmaq məqsədilə həyata keçirilən sosial-iqtisadi islahatları müsbət dəyərləndirib.
Tərəflər bu il Azərbaycanda keçiriləcək COP-29, “yaşıl” keçid, enerji təhlükəsizliyi, dövlət-özəl tərəfdaşlığı üzrə əməkdaşlığın inkişafı məsələlərini nəzərdən keçiriblər.
14:15"İqtisadiyyat naziri Mikayıl Cabbarov COP üzrə tapşırıqlar qrupunun rəhbəri Cemi Fergüsson ilə görüşüb.
O, bu barədə öz “X” hesabında paylaşım edib.
Bildirilib ki, Cemi Fergüsson ilə qurumla ölkəmiz arasında əməkdaşlığın gündəmində olan məsələləri müzakirə edilib.
Beynəlxalq Maliyyə Korporasiyasının (@IFC_org) #iqlim biznesi üzrə qlobal direktoru, #COP üzrə tapşırıqlar qrupunun rəhbəri Cemi Fergüsson ilə qurumla ölkəmiz arasında əməkdaşlığın gündəmində olan məsələləri müzakirə etdik:– #Yaşılenerji-yə keçidin və enerji təhlükəsizliyinin… pic.twitter.com/Wx3fCtVNG7
Müdafiə Nazirliyinin hərbi hissələri üçün yeni inşa edilən yeməkxanalarda şəxsi heyətə isti çörəyin və müxtəlif çeşiddə şirniyyat məmulatlarının hazırlanması məqsədilə çörəkbişirmə sexləri yaradılır.
Qeyd olunub ki, həmin sexlərdə tələbata uyğun olaraq isti çörək və şirniyyat məmulatları, müxtəlif çeşidli bulkalar və s.bişirilərək şəxsi heyətin qidalanmasına daxil edilir.
Nazirliyin məlumatına görə, hazırda Azərbaycan Ordusunun hərbi hissələrində müasir tələblərə cavab verən yeməkxanalar və ərzaq anbarlarının inşası davam etdirilir:""“Yeməklərin keyfiyyətinin və çeşidliyinin daha da artırılması, eləcə də şəxsi heyətə milli, dadlı və yüksək kalorili, keyfiyyətli xörəklərin hazırlanmasını...
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Qeyd olunur ki, hadisə Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində qeydə alınıb.
YPX avtomobili ilə “Mercedes” markalı avtomobil toqquşub.
Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib.
Hadisənin təfərrüatları məlum deyil.
ABŞ-nin Texas ştatında böhran davam edir.
Belə ki, bir müddət öncə Texasın qubernatoru Qreq Abbottun qərarı ilə qanunsuz miqrasiyanın qarşısını almaq üçün Meksika ilə 50 kilometrlik sərhəd boyu tikanlı məftildən sədd çəkilib.
Birləşmiş Ştatlar Prezidenti Cozef Bayden administrasiyası bu qərardan Ali Məhkəməyə şikayət verib.
Yanvarın 22-də məhkəmə administrasiyanın xeyrinə qərar çıxarıb və qubernatorun səlahiyyətlərini aşdığını elan edib.
C.Bayden sərhədçilərə tikanlı məftilləri sökmək əmri verib.
Bundan sonra Texas qubernatoru ştatın ABŞ-yə xüsusi hüquqlarla daxil olduğunu nəzərə alaraq ştatın işğala məruz qaldığını açıqlayıb.
Qubernator Texasın problemlərini özü həll edəcəyini deyib.
Yanvarın 27-də o bildirib ki, Texas mərkəzi hakimiyyətlə münaqişəyə hazırdır.
Son məlumatlara görə, Texas rəhbərliyi qeyri-qanuni miqrantların öz ərazilərindən köçürülməsi proqramının bir hissəsi kimi 102 mindən çox insanı digər ştatlara daşıyıb.
Prezident seçkisi ərəfəsində bu hadisə ölkə daxilində ciddi problemə çevrilib.
Bu, əlbəttə, hazırda müxalif düşərgəni təmsil edən Respublikaçılar Partiyasının əlini gücləndirir.
Keçmiş Prezident, respublikaçıların əsas siması sayılan Donald Tramp bildirib ki, ABŞ sərhədindəki vəziyyət kütləvi qırğın silahına dönüb.
O, bunu ölkəsinin tarixinin ən pis vəziyyəti kimi qiymətləndirib.
Bundan əlavə, cənub sərhədində miqrantlarla bağlı vəziyyət Konqresdə illik büdcənin müzakirəsi zamanı demokratlar və respublikaçılar arasında fikir ayrılığına səbəb olan məsələlərdən birinə çevrilib.
Ali Məhkəmənin federal sərhəd agentlərinə maneələri aradan qaldırmağa icazə verən qərarına baxmayaraq, Texas qubernatoru Meksika sərhədi boyunca tikanlı məftillərin çəkilməsinin davam etdirilməsini tapşırıb.
Bundan sonra vəziyyət daha da gərginləşib.
Bir sıra amerikalı və beynəlxalq media qurumları yenidən Texasın ABŞ-dən ayrılması ehtimalından danışmağa başlayıblar.
Florida ştatının qubernatoru Ron DeSantis bildirib ki, ştatda qeyri-qanuni miqrant axını ilə mübarizə aparmaq üçün Texasa Milli Qvardiya əsgərlərindən ibarət bir tabor göndərəcək.
Əlbəttə, bu vəziyyət birdən-birə yaranmayıb.
Hazırda davam edən xaosun arxasında bir sıra köklü səbəblər, o cümlədən ABŞ-nin beynəlxalq hüquqa hörmət etməməsi dayanır.
Çünki miqrasiya beynəlxalq humanitar hüququn əsas problemlərindən biridir.
Beynəlxalq hüququn tələbləri bu problemin həllini nəzərdə tutur.
ABŞ isə absurd davranır:bir yandan beynəlxalq hüququ, demokratiyanı əlində “bayraq” kimi tutur, digər tərəfdən isə özü bu tələblərə əməl etmir, əksinə, miqrasiyaya rəvac verir.
ABŞ-nin keçmiş prezidenti Donald Tramp və amerikalı iş adamı İlon Mask Texasdakı etirazları dəstəklədiklərini açıqlayıblar.
Bu, onu deməyə əsas verir ki, miqrasiya böhranı artıq həm də siyasi mübarizə predmetinə çevrilir.
Ölkə daxilindəki müxalifət, C.Baydenə qarşı olan kəsim, şübhəsiz ki, bu vəziyyətdən istifadə etməyə çalışacaq.
Bu isə ABŞ-dəki prezident seçkilərinə birbaşa təsir göstərəcək.
Texasdakı hazırkı vəziyyətin gələcəkdə digər ştatlara da yayılması istisna deyil.
Əslində proses məhz buna doğru gedir.
Necə deyərlər, artıq bıçaq sümüyə dirənib.
Siyasilərin və nüfuzlu şəxslərin Texası dəstəkləməsi bu ştatın gələcəkdə müstəqil olması ilə bağlı ehtimalları artırır.
Çünki Texasın ABŞ-dən ayrılması ilə bağlı baza formalaşır.
Nəzərə almaq lazımdır ki, D.Trampın kifayət qədər tərəfdarı və nüfuzu var.
O, gələcəkdə bu imkanlarından istifadə edərək mövcud vəziyyətin daha da gərginləşməsinə, habelə hakimiyyət əleyhinə etirazların başlanmasına çalışa bilər.
Əgər belə olarsa, bunun günahkarı D.Tramp yox, məhz hazırkı hakimiyyət olacaq.
Çünki mövcud iqtidar nə insan haqlarına, nə də beynəlxalq hüquqa məhəl qoyur.
Beləliklə, “Texas böhranının” ABŞ hakimiyyətini silkələyən bir hadisə kimi tarixə düşməsi mümkündür.
Naxçıvan Muxtar Respublikanın Səhiyyə Nazirliyinin tabeliyindəki təcili tibbi yardım xidmətinin rəhbərliyinə təyinat olub.
O, bundan əvvəl hazırda ləğv prosesində olan “Naxçıvan Sığorta” ASC-nin İdarə Heyətinin sədri olub.
Xatırladaq ki, ötən ilin noyabr ayında Naxçıvan şəhər Təcili Tibbi Yardım Mərkəzinin bazasında təcili tibbi yardım xidməti yaradılıb.
Azərbaycan Ordusunun bir qrup yüksək rütbəli hərbi qulluqçusunun Türkiyədə səfəri davam edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, qardaş ölkədə səfərdə olan nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin Ankara şəhərində yerləşən parkdakı abidəsini və Türkiyənin banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib.
Azərbaycan və Türkiyənin ulu öndərlərinin xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.
Səfər çərçivəsində azərbaycanlı nümayəndələr Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler və Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüblər.
Hər iki görüşdə Azərbaycan ilə Türkiyənin digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığının dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu vurğulanıb, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib.
Ordumuzun yüksək rütbəli hərbi qulluqçuları Milli Müdafiə Universitetinin Quru Qoşunları Ali Hərbi Məktəbinin tədris korpuslarını ziyarət edib, buranın maddi-texniki bazası və yaradılan şəraitlə tanış olublar.
Onlara tədris prosesi barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində azərbaycanlı nümayəndə heyəti Türkiyə Respublikasının Silahlı Qüvvələrinin müxtəlif komandanlıqlarını və əməliyyat mərkəzlərini, eləcə də hərbi sənayə şirkətlərini ziyarət edib, burada qərargah fəaliyyətləri, silah-texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
15:04"Türkiyədə səfərdə olan Azərbaycan Silahlı Qüvvələrinin generalları Ankarada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, genarallar Heydər Əliyev parkında olub və ulu öndərin abidəsini ziyarət ediblər.
Azerbaycan Silahlı Kuvvetlerinde görevli Generaller, Azerbaycan’ın merhum Cumhurbaşkanı Haydar Aliyev’in aziz hatırası için Ankara’da bulunan Haydar Aliyev Parkı’nı ziyaret etti.
Generaller, Aliyev Anıtı’nda saygı duruşunda bulundu.#MillîSavunmaBakanlığı pic.twitter.com/Gg9Lu0vPdx
“Aralıq dənizinin şimal hissəsində yerləşən, Fransanın vaxtilə işğal etdiyi Korsika adasında insanlar müstəqillik hərəkatına başlayıblar.
Fəallara qarşı təzyiq artır, küçələrdə həbs olunurlar”.
Bununla bağlı Türkiyənin “Haber Global” kanalı süjet hazırlayıb.
Bildirilib ki, Korsikanın bir qismi muxtariyyət, bir qismi isə müstəqillik tələb edir.
Müstəqillik tələb edən hissə isə muxtariyyətin yetərsiz olduğunu düşünür:""“2023-cü ilin sentyabr ayında Fransa Prezidenti Emmanuel Makron adanı ziyarət edəndə Korsikaya özəl bir muxtariyyət verilə biləcəyinə eyham vurub.
O, məclisdə həm sağçıların, həm də müstəqillik istəyənlərin ortaq bir mətn üzərində anlaşmağını istəyib.
Bundan ötrü onlara altı ay vaxt verib.
Mart ayında həmin altı aylıq müddət tamam olur.
Bir ay sonra Fransa daxili işlər nazirinin Korsikaya gəlişi və bu məsələlərin müzakirəsi gözlənilir”.
Ətraflı “Haber Global”ın süjetində:
Kakao qan təzyiqini, damarlardakı sərtliyin göstəriciləri yüksək olan zaman aşağı sala bilir.
Bu barədə britaniyalı alimlərin araşdırmasından məlum olub.
Bildirilib ki, mütəxəssislər kakaonun tərkibində olan birləşmələri, xüsusilə flavanolları təhlil ediblər.
Sonra təcrübə iştirakçılarından bir neçə gün ərzində altı flavanol kapsulu qəbul etmələri istənilib.
Təcrübədə plasebo (dərman kimi görünən, ancaq müalicəvi xüsusiyyətləri olmayan maddə) qəbul edən nəzarət qrupu da olub.
Alimlər iştirakçıların təzyiqlərini və qan damarlarının sərtliyini kapsul qəbul etməzdən əvvəl və doqquz saat ərzində qiymətləndiriblər.
Məlum olub ki, iştirakçıların qan təzyiqi və arterial sərtliyi yalnız yüksək olduqda aşağı düşüb.
Qan təzyiqi aşağı olanlara isə kapsulun heç bir təsiri olmayıb.
Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Cinayət işi üzrə aparılmış istintaqla müəyyən edilmişdir ki, Bəxtiyar Hacıyev tamah niyyəti ilə 23 yanvar 2013-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanında kommersiya hüquqi şəxs kimi vergi ödəyicisi olaraq vergi uçotuna alınmış direktor vəzifəsinə özünün özünü təyin etdiyi “HUMAN CAPITAL CONSULTING” Məhdud Məsuliy...
2016-2018-ci illərdə özünün şəxsən nəzarət və rəhbərlik etdiyi “Premium Class Azerbaijan” dil mərkəzində əmək müqaviləsi bağlanılmadan ayrı-ayrı müddətlərdə xarici dillərin tədrisi üçün müəllimlər və ofisin fəaliyyəti ilə bağlı digər xidmətlərin yerinə yetirilməsinə işçilər cəlb edərək ödənişli əsaslarla müqavilə bağla...
2016-2022-ci illərdə “Caspian Plaza” biznes mərkəzində icarəyə götürdüyü ofisin otaqlarını və zalını ayrı-ayrı şəxslərə dil kurslarının, təlim, seminar və müxtəlif tədbirlərin keçirilməsi üçün aylıq və ya bir neçə saatlıq ödənişli əsaslarla müqaviləsiz subicarəyə verməklə gəlirlər əldə edib.
Bəxtiyar Hacıyev vergi qanunvericiliyinin tələblərini pozmaqla 2016-2022-ci illər üzrə mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etməməklə ümumilikdə 52 min 489 manat 44 qəpik məbləğində xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınıb.
Bundan başqa, Bəxtiyar Hacıyev tamah niyyəti ilə dövlət qeydiyyatına alınmamış “İctimai Siyasət İnstitutu” (Public Policy Institute) adlı qurumun təsisçisi və direktoru kimi özünü təqdim edib xeyli miqdarda pul vəsaitlərinin qrant layihəsi adı altında resipiyent kimi ona ayrılması barədə danışıqlar aparıb razılıq əldə ...
2022-ci ilin fevral-may aylarında Bakı şəhərində dövlət qeydiyyatına alınmamış “İctimai Siyasət İnstitutu” adlı təşkilatın “layihə meneceri” kimi çıxış edərək tədbirlər zamanı qəhvə fasiləsinin təşkilinə, kommunal və rabitə xidmətlərinə, kompüterlər, kameralar, monitor, mikrofon, yaddaş kartı və digər avadanlıqların al...