Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
O, qanunsuz sahibkarlıq fəaliyyəti və qaçaqmalçılıq yolu ilə əldə etdiyi məzənnəyə görə xeyli miqdarda ümumilikdə 133 min 849 manat 44 qəpik məbləğində xeyli miqdarda pul vəsaitlərinin cinayət yolu ilə əldə etdiyini bilə-bilə əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə həmi... |
Sonradan paytaxtın Yasamal rayonu, Zərdabi küçəsi, məhəllə 3166 ünvanında inşa edilmiş 6 saylı yaşayış binasında 3 otaqdan ibarət ümumi sahəsi 124,07 kvadratmetr olan 61 saylı təmirsiz mənzilin öz adına 155 min manata alınmasına sərf edib. |
Bundan başqa, Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Muradova arasında olan məhkəmə baxışının hazırlıq iclası keçirilərkən, B.Hacıyev məhkəmənin normal iş rejimini kobud surətdə pozub Ülviyyə Muradovanın və valideynlərinin ünvanına təkrarən ucadan nalayiq ifadələr işlədib. |
Daha sonra ona zor tətbiq etməklə və sağlamlığına zərər vurmaqla hədələyib üzərinə hücum etmiş, əlindəki yumrulanmış kağız bükülüsü ilə qəsdən başına vuraraq əli ilə qolundan tutub dartıb. |
Eyni zamanda, icra məmuru Orxan Abdullayevi hər iki əli ilə qəsdən sinəsindən vurub itələyərək fiziki zor tətbiq etməklə müqavimət göstərib, yumruqla qəsdən Ülviyyə Muradovanın başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə və itələyərək başını iclas zalının giriş qapısına vurmaqla onun sağlamlığına yüng... |
Təqsirləndirilən Bəxtiyar Hacıyev ona irəli sürülən ittihamla təqsirli bilmədiyini deyib. |
Məhkəmənin növbəti iclası fevralın 16-a təyin edilib. |
Qeyd edək ki, Bəxtiyar Hacıyevə qarşı İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini ... |
“Neftçi”nin təklifi mənim üçün gözlənilməz oldu”. |
36 yaşlı mütəxəssis Bakı klubundan təklif alana qədər Azərbaycanda çalışmaq barədə düşünmədiyini etiraf edib:“Klub səviyyəsində ölkə daxilində işləmək planım yox idi.Ancaq “Neftçi” rəhbərliyi tərəfindən maraqlı təklif gəldi. |
Klubun qadın futbolu ilə bağlı çox yaxşı layihələrinin olması qərarıma təsir etdi. |
Bu üzdən mövsümün sonuna qədər komandada çalışmaq qərarına gəldim”. |
Ölkə xaricindən təkliflərinin olduğunu bildirən S.Əsgərov Azərbaycanda qalmasını belə əsaslandırıb:“Ölkə xaricindən təkliflərim var idi.Əsasən Türkiyədən maraqlanırdılar. |
Orada isə ikinci dövrə yeni başlayıb. |
Belə bir məqamda getmək istəmədim. |
Çünki hansısa komandaya ya dövrələrarası fasilədə, ya da mövsümün əvvəlində keçmək daha yaxşı olar”. |
“Neftçi”də çalışmaqla yanaşı, Azərbaycan millisinin baş məşqçisi vəzifəsini yerinə yetirməkdə davam edəcək Siyasət Əsgərov qərarında bu amilin də rol oynadığını vurğulayıb:“Milli üzvlərinin çoxu ölkə xaricində çıxış edir. |
Azərbaycanda oynayanların əksəriyyəti isə “Neftçi”dədir. |
Həmçinin burada aşağı yaş qrupu üzrə yığmaların üzvləri də çıxış edirlər. |
Təklifi qəbul etməyimin əsas səbəbi də bu amil oldu. |
Millinin oyunçularının ölkə xaricinə yollanmalarına, daha yaxşı liqalarda çıxış etmələrinə çalışırıq”. |
Qeyd edək ki, Siyasət Əsgərov ötən gün “Neftçi” ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə bağlayıb. |
84 saylı Füzuli seçki dairəsində seçkiyə hazırlıq prosesi ilə tanış olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) müşahidəçiləri işğaldan azad edilmiş ərazilərdə yerləşən seçki məntəqələrindəki vəziyyətlə də maraqlanıb. |
Bu barədə secki-2024.az saytına açıqlamasında 84 saylı Füzuli dairə seçki komissiyasının (DSK) sədri Ramiz Teymurov məlumat verib. |
DSK sədri bildirib ki, ATƏT/DTİHB-nin uzunmüddətli müşahidəçiləri olan Lars Nyholm və Evgeniy Loginov seçki günü azad edilmiş ərazilərdəki seçki məntəqələrində səsvermə prosesini izləmək istədiklərini deyiblər. |
Bu baxımdan, həmin ərazilərdə təhlükəsizliyin necə təmin edildiyi ilə maraqlanıblar. |
“Bizim dairədə mövcud olan 77 məntəqənin 3-ü 44 günlük müharibədə azad edilmiş ərazilərdə yerləşir. |
Dairə üzrə ümumilikdə 54 min 457 seçici qeydiyyatdadır. |
1 257 seçici ilk dəfə səsvermə hüququndan istifadə edəcək. |
7 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. |
Dairə üzrə 1 015 müşahidəçi qeydiyyatdan keçib”, - R.Teymurov qeyd edib. |
DSK sədri seçkilərə hazırlıq prosesinin qanunvericiliyin tələblərinə uyğun aparıldığını diqqətə çatdırıb. |
“İranı qorxutmağa cəhd edilərsə, sərt cavab veriləcək”. |
Bu sözləri Minab şəhərində (Hörmüzqan vilayəti) çıxışı zamanı İranın Prezidenti İbrahim Rəisi deyib. |
“Əvvəllər digər ölkələr İslam Respublikası ilə danışmaq istəyəndə təhdid dilindən istifadə edib, hərbi ssenari ilə qorxudurdular. |
İndi isə belə sözlər eşidilmir, əksinə, hamı iddia edir ki, onların İranla münaqişəyə girmək niyyətləri yoxdur”. |
Yanvarın 27-də Suriya-İordaniya sərhədindəki Ət-Tanf bölgəsində Qərb koalisiyasının hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində üç ABŞ hərbçisi həlak olub, 40-ı yaralanıb. |
Yanvarın 29-da ABŞ-yə səfəri zamanı NATO-nun baş katibi Yens Stoltenberq zərbəyə görə Tehranı günahlandıraraq deyib ki, “İran regionda sabitliyi pozmağa davam edir, o cümlədən Qırmızı dənizdə gəmilərə hücumu davam etdirən terrorçuları dəstəkləyir”. |
İran Xarici İşlər Nazirliyi Stoltenberqin bu açıqlamalarını tənqid edib. |
Yanvarın 30-da ABŞ Prezidenti Co Bayden İordaniya və Suriya sərhədindəki ABŞ hərbi bazasına hücuma cavab olaraq addımlar atmaq qərarına gəldiyini açıqlayıb. |
“Politico” qəzeti mənbələrə istinadən yazıb ki, hazırlanan tədbirlər arasında İraq və Suriyadakı İran qoşunlarına zərbə endirilməsi də nəzərdən keçirilir. |
ABC televiziyasının məlumatına görə, Bayden İrana birbaşa zərbə endirməyi məqsədəuyğun hesab etmir, çünki Yaxın Şərqdə münaqişənin kəskinləşməsi onun yenidən ABŞ prezidenti seçilmək perspektivlərini qaralda bilər. |
Azərbaycan Qarabağı işğaldan azad etməklə Ermənistanın dövlət quruculuğuna çox böyük təkan verib. |
Məlum olub ki, bu ölkənin normal konstitusiyası belə yoxdur. |
Daha çox təcavüzkarlığı təşviq edən, qonşu dövlətlərə ərazi iddiası irəli sürən İrəvan mövcud sənədlə beynəlxalq hüququn normalarını pozur. |
Fevralın 1-də ölkənin baş naziri Nikol Paşinyan “İctimai Televiziya”ya müsahibəsində əsas qanunun yarıtmazlığını bir daha bəyan edib. |
O bildirib ki, Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneədir:“Dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, müharibə olacaq və heç vaxt sülh yaranmayacaq”. |
O, qonşularla münasibətləri inkişaf etdirmək, yaxşılaşdırmaq üçün ölkəyə yeni konstitusiya lazım olduğunu vurğulayıb. |
Müstəqillik Bəyannaməsi İrəvanın Bakı və Ankara ilə münasibətlərinin normallaşması prosesində ən ciddi maneədir. |
Bu sənədi 1990-cı il avqustun 23-də o zaman ölkənin Ali Sovetinin sədri vəzifəsini tutmuş Levon Ter-Petrosyan imzalayıb. |
Yeri gəlmişkən, bəzilərinin ağız dolusu təriflədiyi, sonralar prezident olmuş bu şəxsin dövründə anti-Azərbaycan addımlarının əsası qoyulub. |
Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında” Ermənistan Ali Soveti və “Dağlıq Qarabağın Milli Şurası”nın qərarı da əsas tutulur. |
Bundan başqa sənəddə 1915-ci ildə Osmanlı dövlətində “erməni soyqırımının” beynəlxalq səviyyədə tanınmasına nail olunması da vurğulanıb. |
Azərbaycan və Ermənistanda eyni gündə - 1918-ci il mayın 28-də müstəqillik elan olunub. |
1991-ci il Azərbaycan müstəqillik haqqında özünü AXC-nin varisi elan edib. |
Ermənistan isə o dövlətin demokratik ənənələrini inkişaf etdirməyi əsas məqsəd olaraq götürür. |
İrəvan 1918-ci ildə Azərbaycan torpaqları üzərində qurulan Ermənistan dövlətinin varisi olduğundan bəhs etmir. |
Çünki bu, indiki Ermənistanın ərazisini, sərhədlərini müəyyənedici, təyinedici başlıca faktordur. |
Ancaq iki ölkə arasında münasibətlərin normallaşmasının əsas hüququ bazası o dövrdən başlayır. |
Sovetlərin dövründən çəkilmiş xəritələr də işğala haqq qazandırmaqdır. |
Ermənistanın himnində, bayrağında Türkiyə və Azərbaycana qarşı düşmənçilik yaymaqla yanaşı, həm də ərazi iddiası irəli sürülür. |
Ötən ilin mayında Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bu məsələyə toxunaraq ölkəsində ən hündür dağın Ararat (Ağrı dağı) deyil, Araqats olduğunu vurğulamışdı:“Ararat və Araqatsdan söz düşmüşkən, mən Ermənistanın suveren ərazisi olan və ya olmayan ərazilərdən danışıram. |
Araqat Ermənistanda, Ağrı dağı isə Türkiyədədir. |
Türkiyə ilə bizim dəqiq müəyyən edilmiş sərhədimiz var. |
O əlavə edib ki, Ağrı dağı Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazisidir. |
Baş nazir daha sonra deyib:“Ermənistan həmin əraziyə iddia edərsə, Türkiyə bizimlə əməkdaşlıq edər? |
O qeyd etmişdi ki, uşaqlar Ermənistanın ən yüksək dağını Araqats yox, Ararat adlandırırlarsa, bu, İrəvanın Türkiyəyə qarşı ərazi iddiaları olması deməkdir. |
N.Paşinyan bildirmişdi ki, belə halda Türkiyə Ermənistanın inkişafına kömək etməz və onu məhv etmək üçün hər şeyi edər:“İndi isə sual verirəm:Ermənistanda ən yüksək dağ hansıdır? |
Ermənistan parlamentinin sədri Alen Simonyan da bu günlərdə konstitusiya dəyişikliyindən bəhs edərək dövlət himni və gerbinin gec-tez dəyişdiriləcəyini vurğulayıb. |
İrəvan rəsmiləri mövcud konstitusiya və Müstəqillik Bəyannaməsinin Ermənistan dövlətinin mövcudluğuna mane olduğunu daha tez-tez etiraf edir. |
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən də Ermənistanın əsas qanununun dəyişməsi məsələsinə toxunub. |
Dövlət başçısı bildirib ki, İrəvanın Müstəqillik Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və onun ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da konstitusiyasında öz əksini tapıb. |
O vurğulayıb ki, hazırda qonşu ölkədə bu mövzuda müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər. |
İrəvan rəsmilərinin çıxışlarına əsasən, belə qənaətə gəlmək olar ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh sazişi, müqaviləsi, sərhədlərin delimitasiya və demarkasiyasına başlıca maneə konstitusiyadır. |
Bu baxımdan İrəvanın rəsmi Bakını sülh sazişinin, müqaviləsinin imzalanmasını gecikdirməsində ittiham etməsi, özünü ictimai rəydə sülhsevər kimi göstərməyə çalışması saxtakarlıqdır. |
Çünki bu ölkənin qüvvədə olan konstitusiyası Azərbaycana qarşı müharibə aparmağa, ərazi iddiası etməyə əsas verir. |
Nikol Paşinyan və komandası konstitusiyaya zidd olaraq sülh və bu kimi mətləblərdən danışırlar. |
Bu da Ermənistan hakimiyyətinin götürdüyü öhdəliklərin icrasını mümkünsüz edir. |
Odur ki, Ermənistan hakimiyyəti bu qanuna əsaslanaraq Azərbaycanla əldə edilən razılaşmaları istənilən vaxt poza bilər. |
Vacib məsələlərdən biri də beynəlxalq güclərin məsələyə laqeyd münasibətidir. |
Azərbaycanla Ermənistan arasında mütləq sülh sazişi, sülh müqaviləsinin imzalanmasını tələb edən, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasını, normallaşmadan bəhs edən, bu istiqamətdə rəsmi Ankara və Bakını az qala bu addımları atmağa məcbur edənlər ən vacib məsələyə qanun aliliyinə diqqət etmirlər. |
Ermənistan üçün ali qanun Müstəqillik Bəyannaməsi əsasında yazılan konstitusiyadır. |
Bu əsas qanun 1995-ci il iyulun 5-də qəbul edilib. |
2005-ci il noyabrın 27-də dəyişiklik olunub. |
2015-ci il iyulun 15-də isə Konstitusiya islahatı üzrə Ermənistan prezidenti yanında xüsusi komissiya 20 il öncə qəbul olunmuş sənədə əlavə və dəyişikliklər edib. |
Ancaq heç birində Ermənistanın regionda pozuculuq fəaliyyətinə əsas verən məsələlərə diqqət yetirilməyib. |
Odur ki, beynəlxalq ictimaiyyət ilk növbədə rəsmi İrəvanı və havadarlarını Ermənistanda konstitusiya islahatının aparılmasına sövq etməsi vacib sayılır. |
Çünki reallığı əks etdirən qanun olmadan bütün cəhdlər nəticəsizi qala bilər. |
Mövcud sənədin yenidən yazılması tərəflər arasında etimad mühitinin yaranmasına da təkan verər. |
Beləliklə, Azərbaycan bütün şərtləri və təklifləri ilə 1918-ci ildən sonra yarımçıq qalmış Ermənistan dövlətinin qurulması üçün yol göstərir:Yeni Konstitusiya yazın. |
Yeni əsas qanun həm də bu ölkənin niyyətini və maraqlarını özündə ehtiva edəcək. |
Çünki bu dövlət yanlış təməllər üzərində qurulub, Bu, rəsmi İrəvanın və havadarlarını mövqeyinə də aydınlıq gətirər. |
Necə deyərlər, cənab Paşinyan, saxta açıqlamalardansa, haydı, yeni konstitusiyanın yazılması üçün iş başına. |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stili qəbul edib. |
AZƏRTAC xəbər verir ki, Bakının gözəlliyinin onda heyranlıq doğurduğunu deyən Saymon Stil COP29-un Azərbaycanda keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. |
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi. |
Qonaq BMT-nin faktaraşdırıcı missiyasının artıq Azərbaycanda olduğunu və Azərbaycan tərəfi ilə səmərəli müzakirələr apardığını, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un keçirilməsi ilə bağlı Azərbaycan tərəfindən görülən hazırlıq işlərinin yüksək qiymətləndirild... |
Saymon Stil BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının əməkdaşlarının Azərbaycanda müxtəlif sahələr üzrə tərəfmüqabilləri ilə çox məhsuldar görüşlər keçirdiklərini və müzakirələr apardıqlarını vurğuladı. |
O, COP29-un keçirilməsi üzrə Azərbaycanda yaradılmış təşkilat komitəsində qadınların yer almasını müsbət dəyərləndirdi. |
Qonaq qeyd etdi ki, artıq COP-un 28 dəfə təşkil edilməsi və təmsil etdiyi təşkilatın heyətinin COP-un keçirilməsi üzrə zəngin təcrübəsini nəzərə alaraq BMT ailəsi olaraq Azərbaycanı dəstəkləməyə və təcrübələrini bölüşməyə hazırdırlar. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.