Search is not available for this dataset
text
stringlengths
10
518k
Solaxay oyunçu Türkiyə milli komandasının heyətində 12 dəfə meydana çıxıb.
Simptomları anasından gizlədən britaniyalı gənc xərçəng diaqnozundan bir neçə gün sonra vəfat edib.
Məlumata görə, 21 yaşlı Cerald Qrin uzun müddət bel-kürək ağrılarından əziyyət çəkib.
O, bunun səbəbini çarpayının narahatlığı ilə əlaqələndirib və bu barədə heç kimə deməyib.
Ancaq britaniyalı qəfildən qusmağa və qan öskürməyə başlayıb.
Bunu görən anası gəncin etirazına baxmayaraq onu xəstəxanaya aparıb.
Ceraldın ağır anemiya olduğunu aşkar edən həkimlər böyrəklərin drenasiyası üçün cərrahiyyə əməliyyatı keçiriblər.
Əməliyyat klinik ölümlə nəticələnib.
Həkimlər onu həyata qaytara bilsələr də, oğlan üçün artıq hər şeyin gec olduğu müəyyən edilib.
Belə ki, gəncin xərçəngin sağalmaz formasına tutlduğu aydın olub.
Bir neçə gün sonra gənc həyatla vidalaşıb.
Britaniyalının kədərdən sarsılmış yaxınları hər kəsi orqanizmlərindəki ən kiçik dəyişiklikləri belə diqqətdən kənarda qoymamağa çağırır.
Bildirilir ki, Cerald narahatedici simptomları valideynlərindən gizlətməsəydi, ona kömək etmək mümkün olardı.
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsa...
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə N saylı hərbi hissədə maliyyə xidmətinin rəisi işləmiş Faiq Zeynalov ifadə verib.
Şahid deyib ki, hazırda hərbi hissələrin birində maliyyə xidmətinin rəisi vəzifəsində çalışır:""“2018-2021-ci illər ərzində ayrı-ayrı vaxtlarda 3 hərbi hissədə maliyyə xidmətinin rəisi olmuşam.
İşlədiyim hər üç hərbi hissədə də maliyyə yoxlamaları aparılıb.
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsindən hərbi hissənin şəxsi heyətinə sərf olunması üçün olan vəsaitdən əlavə vəsaitlər istəmişəm.
Amma baş idarədə bundan xəbərləri olmayıb.
Daha sonra təftiş zamanı bu pullar ortaya çıxıb.
Həmin puldan 60 faizini təftişə gələnlərə qaytarmışam”.
Faiq Zeynalov bildirib ki, onun tərəfindən ümumilikdə 3 hərbi hissədə maliyyə yoxlaması zamanı 629 min manat ziyan müəyyən olunub, lakin həmin məbləğlə razı olmayıb.
Onun sözlərinə görə, sənədlər məhv edildiyi üçün bu məbləğin azaldılması mümkün olmayıb:“Özüm ilk hərbi hissədən sənədlərin bir hissəni taparaq maliyyəçilərə təqdim etdim.
Onlar da araşdırandan sonra məbləğin həmin hissəyə aid olan şişirdilmiş vəsaitlərini sildilər”.
Daha sonra şahid Faiq Zeynalov ifadəsinin davamında göstərib ki, ikinci xidmət etdiyi hərbi hissədə ziyan 429 min manat yazılıb:“Bu məbləğlə bağlı sənədləri taparaq yoxlamanı aparanlara verdim.
60 min manatını sübut edə bildim ki, hərbi hissənin xərcləri olub.
Araşdırılandan sonra 60 min manat qeyd olunan vəsaitdən çıxarıldı.
Yerdə qalan pulu isə mənimsəməyimlə bağlı yazıldı.
Həmin vaxtı mənin işimə təftişə Bayram Bayramov gəlmişdi.
Bayram müəllim 2020-ci ilin dekabrında yoxlamada oldu.
Həmin vaxt Vətən müharibəsindən yeni çıxmışdıq.
Bayram müəllim fəaliyyətimi dərindən yoxlamadı.
Ümumilikdə 200 min manat ziyan müəyyən edildi.
Onda Bayram müəllimlə yoxlamaya gələnlərə 80 min manat verdik.
Bayram müəllim isə özünə çatan pulu götürmədi”.
Faiq Zeynalovun sözlərinə görə, 2021-ci ildə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi Rafael Xələfov, Hüseyn Paşayev və İsrafil Rəsulzadə hərbi hissəyə təftişə gəliblər:“Onlar apardıqları təftişdə yeyintini çox çıxarmışdılar.
Rafael Xələfov məni Nizami müəllimlə hədələdi.
Mənə dedi ki, külli miqdarda yeyintiyə yol vermisən, yeyinti çoxdur, terrorçususan.
Həmin təftişlərin sonunda külli miqdarda yeyintinin olmasını müəyyən etdilər.
Mən 194 min manatlıq vəsaitin xərclənməsi barədə sənəd təqdim etsəm də, bunu nəzərə almadılar.
Rafael Xələfov məndən 170 min manat istədi.
Sonradan restoranda Rafael Xələfov, Bayram Bayramovla birlikdə görüşdük.
Orada içində 100 min manat olan çantanı Bayram müəllimin yanında stolun üstünə qoydum.
Daha sonra Bayram müəllim vasitəsilə 60 min manat vermişəm”.
Şahid deyib ki, sonuncu hərbi hissədə aparılan yoxlama zamanı 6 min 300 manat ziyan müəyyən edilib.
Onun sözlərinə görə, ümumilikdə ittihamda göstərilən vəsaitin 130-135 min manatı onun tərəfindən mənimsənilib.
O bildirib ki, dövlətə tərəfindən vurulmuş ziyanın ödənilməsinə çalışır və yaxın müddətdə bir hissəsini ödəyəcək.
Daha sonra prosesdə iki şahid ifadə verib.
Məhkəmənin bu hissəsi qapalı keçirilib.
Proses fevralın 9-da davam etdiriləcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə,...
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.
İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Ermənistan Respublikasının Konstitusiyasına dəyişikliklər mövzusu Azərbaycan və Ermənistanın siyasi məkanında getdikcə daha çox müzakirə olunur.
Dünən, fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi və Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı birbaşa çağırışlar var.
Bundan əlavə, bu sənədə istinadlar Ermənistan Konstitusiyasında öz əksini tapıb.
Ermənistanın digər hüquqi sənədlərində də Azərbaycana qarşı ərazi iddiaları var və Ermənistanın qoşulduğu bir çox konvensiya və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı müddəalar yer alır.
Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqla görüşündə qeyd edib ki, Ermənistan Konstitusiyasına və digər hüquqi sənədlərə dəyişikliklər edilərsə, sülh əldə oluna bilər.
Dünən Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində konstitusiya referendumunun keçirilməsinin zəruriliyini bəyan edib:“Bu gün, həqiqətən də, biz Müstəqillik Bəyannaməsi ilə bağlı vəziyyəti tənzimləməliyik.
Əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsindən qidalanacaqsa, yəni Qarabağla Ermənistanın “birləşməsi”ni əsas götürəcəksə, bizdə müharibə qaçılmaz olacaq və heç vaxt sülh üzü görməyəcəyik”.
Bəs Ermənistanın baş nazirinin bəyanatlarına inanmağa dəyərmi?
Axı onun tabeliyində olanlar da çox vaxt bu bəyanatlarla razılaşmırlar.
Məsələn, onun Ermənistanla Azərbaycan arasında bir növ “hücum etməmək haqqında paktı” imzalamaq təklifi ilə bağlı durumda olduğu kimi.
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan, əslində, rəhbərinin sözlərini bir növ rədd edərək, bunu “siyasi” bəyanat adlandırdı.
Onun fikrincə, müzakirələrin başqa mərhələyə keçməsi üçün “adekvat müsbət rəylərə” ehtiyac var.
Vəziyyəti Oxu.Az-a sülhməramlı təşəbbüsləri ilə tanınan erməni fəal, bloqer İşxan Verdyan şərh edib:""- Prinsipcə, dünyada elə hallar var ki, məmurlar və xarici işlər orqanlarının nümayəndələri öz ölkələrinin rəhbərlərinin bəyanatlarını “təmizə çıxarırlar”.
ABŞ Prezidenti Co Baydenin Çin lideri Si Cinpini “diktator” adlandırması buna bariz nümunədir.
Bundan sonra ABŞ-nin Dövlət katibi Antoni Blinken vəziyyəti düzəltməyə çalışdı.
Paşinyanın davranışına gəlincə, buna erməni prizmasından baxmaq lazımdır və o zaman çox şey aydın olacaq.
Doğrudan da, o, tez-tez gözəl söz xətrinə, ekspert qiymətləndirməsi olmadan daxili auditoriyaya, müəyyən qədər də xarici auditoriyaya oynayaraq açıqlamalar verir.
- Ermənistanda siyasətçilərin və ekspertlərin paylaşımlarına və açıqlamalarına əsaslansaq, ölkənin gerbinə, himninə və Konstitusiyasına dəyişikliklərin aktiv müzakirəsi gedir.
Dünən Nikol Paşinyan bunu yenidən deyib.
Bu günlərdə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Ermənistanın himni və gerbinin dəyişdirilməsinin zəruriliyini bəyan edib.
Bir çox erməni ekspertlər ölkə Konstitusiyasının hətta birinci sətrində Azərbaycana qarşı ərazi iddialarının olması ilə razılaşırlar.
Düzdür, onlar ehtiyat edirlər ki, Paşinyan Konstitusiyanı dəyişdirməklə hazırkı Müstəqillik Bəyannaməsinə əsaslanan üçüncü respublikanın tarixini bağlamaq istəyir.
- Ermənistanın Sovet İttifaqının dağılmasından bu günə qədərki inkişafına nəzər salaq.
Ermənistan Respublikası Müstəqillik Bəyannaməsi ilə təşəkkül tapdı.
Bəs o zaman Ermənistan faktiki müstəqil ölkə idimi?
Dövlət aparatı yox idi, məmurların beynəlxalq təşkilatlarla ünsiyyət təcrübəsi yox idi.Müstəqil respublikanın yaranması onun var olması demək deyildi.
Ona Nikol Paşinyan rəhbərlik edir.
Ermənistan dövlətçiliyinin formalaşması, suverenlik əldə etməsi - bütün bunlar indiki zamanda baş verir.
İndi bizə yeni Müstəqillik Bəyannaməsi lazımdır, biz arzu-niyyət bəyannaməsi yazmamalı, olanı bəyan etməliyik.
Üstəlik, əgər biz bu sənədi Konstitusiyada qeyd edəcəyiksə, orada sabah dəyişilməli heç bir məqam ola bilməz, çünki o zaman bütün hüquqi struktur yenidən dəyişdirilməli olacaq.
Hesab edirəm ki, köhnə Müstəqillik Bəyannaməsi səhv idi.Konstitusiya isə qeyri-qanuni qəbul edilib, çünki orada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var.
Bu bəyannamə Konstitusiyaya daxil edilərkən mətndə beynəlxalq münaqişəni nəzərdə tutan müddəaların olması xalqa izah edilmədi.
Amma qanuna görə, bütün məqamlar aydınlaşdırılmalı idi.""Bir çox erməni ancaq bu yaxınlarda, səs-küy, müzakirələr başlayanda xəbər tutdu ki, Bəyannamədə və müvafiq olaraq Konstitusiyada belə məqamlar var.
Deməli, bir daha deyirəm, ölkənin əsas qanunu qeyri-qanuni sayıla bilər, ona görə də biz yeni sənəd üzərində işə başlamalıyıq.
Nikol Paşinyanın qurmağa çalışdığı yeni ölkə üçün yeni Konstitusiya lazımdır.
Əgər o bacararsa, o zaman müstəqil Ermənistan yaranacaq ki, məntiqlə bu, indiki üçüncü respublika ilə heç bir əlaqəsi olmayan dördüncü respublikaya çevriləcək.
Türkiyənin Muş şəhərində heyvan dolu yük maşını qatarla toqquşub.
İlkin ehtimala görə, hadisə nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.
Hadisənin detalları məlum deyil, araşdırma aparılır.
Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) ötən il təqdimatını keçirdiyi ləğv prosesində olan (LPO) bankların Kreditorlarının Elektron Portalı istifadəyə hazırdır.
Oxu.Az xəbər verir ki, portalın məqsədi bankların ləğvini şəffaf həyata keçirmək, bu barədə onların kreditorlarını vaxtında məlumatlandırmaq, kreditorlarla əlaqələri genişləndirmək, habelə onların maraqlarını qorumaqdır.
Elektronlaşmanın geniş vüsət aldığı bir zamanda, habelə COVID-19 pandemiyasını və gələcəkdə bu qəbildən olan mümkün təhlükələri nəzərə aldıqda Kreditorların Elektron Portalının istifadəyə verilməsi xüsusi əhəmiyyətə malikdir.
Bu, şübhəsiz ki, LPO bankların kreditorları üçün məlumatların əlçatanlığının daha sadələşdirilmiş şəkildə təmin edilməsinə öz töhfəsini verəcək.