Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Ermənistanın Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, ötən ilin yanvar-noyabr aylarında Avropa İttifaqı (Aİ) ölkələrindən idxal (1,81 milyard ABŞ dolları) 2021-ci ilin müvafiq dövrünə, yəni Rusiya-Ukrayna münaqişəsindən əvvəlki dövrə nisbətən 2,2 dəfə artıb. |
Rusiyaya sanksiyalarda əsas rol oynayan Aİ ölkələrindən bəzilərinə nəzər salsaq görərik ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə ötən ilin 11 ayında Almaniyadan Ermənistana ixrac (505 milyon ABŞ dolları) 2,8 dəfə, Polşadan (133 milyon ABŞ dolları) 3,2 dəfə, Avstriyadan (76 milyon ABŞ dolları) 3,6 dəfə, Fransadan (157... |
Aİ ölkələrindən əlavə Rusiyaya sanksiya tətbiq edən digər böyük ölkələrin də Ermənistana məhsul ixracına baxsaq Amerika Birləşmiş Ştatlarından ixracın (584 milyon ABŞ dolları) 5,5 dəfə, Yaponiyadan (327 milyon ABŞ dolları) yeddi dəfə, Cənubi Koreyadan (143 milyon ABŞ dolları) 3,6 dəfə, Böyük Britaniyadan (98 milyon ABŞ... |
Bunlarla yanaşı, Ermənistanın ixracındakı artımlara da diqqət edək. |
Ötən ilin 11 ayında Ermənistan 6 milyard 946 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da 2,6 dəfə artım deməkdir (2021-ci ilin eyni dövrü ilə müqayisədə). |
İxracın strukturuna detallı nəzər salanda məlum olur ki, ölkə yüksək texnoloji məhsulların xarici ölkələrə satışını kəskin artırıb. |
2022-ci ilin müvafiq dövrü ilə müqayisədə maşın, avadanlıq və mexanizmlər ixracı 89 % artdığı halda, 2021-ci ilin eyni dövrünə nisbətən 22 dəfəlik artım olub. |
Qeyd edilən dövrdə xaricə satılan digər mallar da 2021-ci ilin eyni dövrünə nisbətən kəskin artıb. |
Belə ki, yerüstü, hava və su nəqliyyatı vasitələron ixracı (533 milyon ABŞ dolları) 14,5 dəfə, avadanlıq və aparatların ixracı (130 milyon ABŞ dolları) 4,3 dəfə, qiymətli və yarım qiymətli daşlar, qiymətli metallar və onlardan məmulatların ixracı (2,14 milyard ABŞ dolları) 7,2 dəfə artıb. |
Məsələnin maraqlı tərəfi ixracın artımına əsas səbəb olan bu malların əksəriyyətinin Ermənistanda istehsal olunmaması və ya bu həcmdə ixracı təmin edən potensialdan uzaq olmasıdır. |
Aydın məsələdir ki, bu məhsullar başqa ölkələrdən alınır və üçüncü ölkəyə, yəni Rusiyaya satılır. |
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi Təhlil şöbəsinin rəhbəri Günay Quliyeva açıqlamasında bildirib ki, Rusiyaya qarşı sanksiyalar Qərb ölkələrinin məhsullarının məhz Ermənistan vasitəsilə Rusiyaya təkrar ixrac olunmasına imkan yaradıb:“Ermənistan işlənmiş avtomobillərin, məişət elektronik... |
2023-cü ildə Ermənistanın Rusiyaya ümumi ixracına daxil olan təkrar ixrac məhsullarının ümumi dəyəri 2022-ci illə müqayisədə 50% artımla, təxminən 3,2 milyard ABŞ dolları təşkil edib. |
Rusiyadan bu və digər nağd pul daxilolmaları da Ermənistan iqtisadiyyatının 2023-cü ildə artımının əsas səbəblərindən biridir”. |
Bu faktlar “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında da əksini tapıb. |
Hesabatda Ermənistan iqtisadiyyatının hələ uzun müddət Rusiyadan çox ciddi şəkildə asılı qalacağı bildirilir. |
Ermənistanın reytinqini “BB-” səviyyəsində təsdiqləyən “Fitch” ölkənin ticarət və enerji baxımından Rusiyadan çox asılı olduğunu qeyd edir və hesab edir ki, Ermənistanın yaxın gələcəkdə Rusiyadan asılılıqdan əhəmiyyətli dərəcədə uzaqlaşacağı gözlənilmir. |
Analitiklər Ukraynada müharibə başlayandan bəri Rusiya və Ermənistan arasında ticarətin kəskin artdığını da bildirirlər. |
Ermənistan hökumətinin də məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarətinin üçdə birindən çoxu Rusiyanın payına düşüb ki, bu da ölkədə xarici ticarətin diversifikasiyasının çox aşağı səviyyədə olması ilə bərabər, yalnız bir ölkədən asılı vəziyyətdə olduğunu göstərir. |
Eyni zamanda ikitərəfli ticarət dövriyyəsinin dəyəri 40%-dən çox artaraq 6,3 milyard ABŞ dollarına çatıb. |
“Fitch” 2024-cü il üçün Ermənistan iqtisadiyyatı ilə bağlı proqnozunda artımı şərtləndirən digər əsas amil kimi istehlak xərclərinin artmasını göstərib. |
Belə ki, Rusiyadan Ermənistana gələn miqrantların, həmçinin Qarabağdan köçən etnik ermənilərin istehlak səviyyəsinin yüksəlməsinə töhfə verəcəyi proqnozlaşdırılır. |
Sonda qeyd edək ki, “Fitch” beynəlxalq reytinq agentliyinə görə Ermənistan iqtisadiyyatı yaxın gələcəkdə də Rusiyadan ciddi asılı olaraq qalacaq, bu isə müstəqil dövlətin iqtisadi inkişafı üçün ciddi təhlükədir. |
İqtisadi təməlləri zəif sütunlar üzərində olan Ermənistanın qeyd edilən bu vəziyyətdən çıxması, ölkə iqtisadiyyatının şəffaf, həqiqi gəlirlər hesabına formalaşması üçün strateji addımlar atmağa ehtiyacı var. |
Ölkənin davamlı və real sektora əsaslanan iqtisadi artıma sahib olması üçün mövcud potensialdan düzgün istifadə etməsi əsas şərtlərdəndir. |
Buna aparan yol isə mütləq şəkildə regional sabitlikdən, qonşularla sülh və əmin-amanlıq şəraitində qarşılıqlı əməkdaşlığın genişləndirilməsindən və inkişaf etdirilməsindən keçir. |
Bir neçə gün əvvəl Azərbaycana gələn “Kurtlar Vadisi” serialında “Güllü Erhan” obrazını canlandıran türkiyəli aktyor Erhan Ufak barəsində inzibati protokol tərtib olunduğu iddia edilir. |
Qaynarinfo-ya daxil olan xəbərdə bildirilir ki, Erhan Ufak Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimələnib. |
Sözügedən maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır. |
Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. |
Elektron Məhkəmə Sistemində Erhan Ufak adlı şəxslə bağlı məhkəmə işi barədə məlumatın yerləşdirilməsi iddiaların əsassız olmadığına şübhələri artırır. |
Sistemindəki məlumatdan aydın olur ki, Erhan Ufak dövlət qurumunun qərarından narazı qalaraq Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi təqdim edib. |
İş hakim Günel Əkbərlinin icraatındadır. |
Məhkəmənin vaxtı barədə isə məlumat yoxdur. |
Qeyd edək ki, Erhan Ufakın Azərbaycanda “Sənət Akademiyası” açıb. |
“Rəqqasə Fatimə Fətəliyeva barəsində olan məhkəmə qərarını icra etməkdən boyun qaçırır”. |
Bunu “Qaynarinfo”ya açıqlamasında şairə Nazilə Səfərlinin vəkili Fuad Bədəlov deyib. |
O bildirib ki, bu səbəbdən rəqasə Fatimənin axtarışa verilməsi ilə bağlı icra orqanlarına müraciət olunub:""“Məhkəmə qərarı tam icra olunmayıb. |
İcra tədbirləri görülüb, sadəcə icra olunmayıb. |
İcra müddəti başa çatıb, artıq barəsində tədbirlər görüləcək. |
Əgər icra məmuru hansısa icra tədbirləri düzgün görməyibsə, barəsidə şikayət verilir, yox borclu yayınırsa, borclu barəsində axtarış verilir. |
Rəqqasə Fatimə barəsində axtarış verilib, məcburi icra tədbirlərinin görülməsi ilə bağlı müraciət olunub”. |
Məsələ ilə bağlı Fatimə Fətəliyeva ilə əlaqə saxlanılıb. |
Lakin rəqqasə bu barədə danışmaq istəmədiyini bildirib. |
Qeyd edək ki, şairə Nazilə Səfərli və rəqqasə Fatimə Fətəliyeva arasında gedən məhkəmə birincinin xeyrinə başa çatıb. |
Nərimanov Rayon Məhkəməsində Mehriban Əfəndizadənin sədrliyi ilə keçirilən məhkəmədə iddiaçı Nazilə Səfərlinin ərizəsində bildirilib ki, o, səbəbsiz yerə Fatimə Fətəliyeva tərəfindən təhqir edilib. |
Məhkəmə zamanı “şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi, mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia qismən təmin olunub. |
Qətnamədə Fətəliyevanın elə eyni hesabdan işlətdiyi ifadələrə görə video şəklində təkzib verməsi tələb olunub. |
Xatırladaq ki, Fatimə Fətəliyeva sosial şəbəkənin canlı yayımında “Mənim ailəm, oğlum, qızım, yoldaşım, nəslim var. |
Ona görə də Nazilə Səfərli, ağzını yum, otur yerində. |
Yadına sal ki, neçə il əvvəl gəlmisən mağazama, ərəb rəqsi üçün paltar götürmüsən. |
Hara getmisən, kim üçün ərəb rəqsi oynamısan, yadına sal. |
Mən ərəb rəqsi oynayıb ailəmi saxlayıb, uşaq böyütmüşəm”, - deyib. |
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. |
ABŞ təşkilatı Azərbaycanda seçki mühitinin öyrənilməsi üçün sorğu keçirdi. |
Üç min respondent nədən danışdı? |
Ödənişli hərbi xidmət tətbiq edilə bilərmi? |
Hərbi ekspertlər nəyə etiraz edirlər? |
Ukrayna prezidentliyinə potensial namizəd olaraq kimlərin adı hallanır? |
“Bizə elə rahatdır, ona görə hamama qoymuşuq”. |
Dəm qazından zəhərlənməyə yol açan səbəblər, günahkarı harda axtaraq? |
“Qadın rəhmətə getdi, onu tabutda gətirə bilmədik”. |
Nərimanov rayonunda dəmir yolunun ikiyə böldüyü ərazi. |
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: |
“Antarktidada bir mövsümlük elmi-tədqiqat bazası yaratmağı düşünürük. |
Bunu Qərbi Kaspi Universitetinin imkanları ilə həyata keçirmək istəyirik. |
Tarix boyu bu cür elmi ekspedisiyalar, tədqiqat bazalarının yaradılması universitetlər tərəfindən həyata keçirilib. |
Elmi-tədqiqat bazasının yaradılması üçün bir neçə variant var. |
Təbii ki, bu günə qədər kimsə bunu edə bilərdi, lakin hələ ki, edilməyib. |
Ümid edirəm ki, biz bunu edə biləcəyik”. |
Oxu.Az keçmiş ekologiya və təbii sərvətlər naziri, Qərbi Kaspi Universitetinin rektoru, ilk dəfə Azərbaycan-Antarktida ekspedisiyasını həyata keçirən Hüseynqulu Bağırov ilə müsahibəni təqdim edir:"""- Rəsmilər qeyri-rəsmi formatı kimi olsa da, necəsiniz, vəzifədən uzaqlaşdıqdan sonra hansı sahədə fəaliyyət göstərirsini... |
Şablon səslənsə də Vətənə, ölkəyə bağlı insanam. |
O vaxt ölkə rəhbərliyi lazım bilib, məqsədəuyğun hesab edib və mənə lazım bildiyi sahədə iş tapşırıb. |
Düşünürəm ki, dövlət işində çalışdığım illərdə ölkə rəhbərliyinin mənə tapşırdığı işləri layiqincə yerinə yetirməyə çalışmışam, nə dərəcədə alındığına tapşırıq verən ölkə rəhbəri və buna şahidlik edən insanlar qiymət verə bilər. |
Mənə tapşırılan funksiyanı yerinə yetirib dövlətə borcumu verdikdən sonra yenidən həyatımı öz sevdiyim sahədə – müəllimlikdə davam edirəm. |
- Nazir olduğunuz dövrlərdə də pedaqoji fəaliyyətinizi davam etdirirdiniz? |
- O vaxt iş həcmi o qədər böyük idi ki, mən pedaqoji fəaliyyətlə çox məhdud çərçivədə məşğul ola bilirdim. |
Universitetin idarə edilməsi, inkişafı ilə bağlı işlərdən tamam kənar idim. |
Oradakı vəziyyəti izləyə belə bilmirdim. |
Bu gün isə mən özümü səhhətim imkan verdiyi qədər pedaqoji fəaliyyətə həsr edə bilirəm. |
- 2001-ci ildə nazir təyin olunmuşdunuz və kifayət qədər yaddaqalan fəaliyyət dövrünüz olub. |
2001-ci ildən bu günə qədər maraqlıdır, nələr dəyişib? |
Həyat davam edir, fəaliyyət sahələri dayanmadan inkişaf edir. |
Əlbəttə, ölkənin bir sıra fəaliyyət sahəsindən cavabdeh şəxs olmaq çətin və məsuliyyətlidir. |
Yeni yaradılan nazirliyin təşkil edilməsi mənə tapşırılmışdı. |
Bu işləri görərkən, nazirliyi qurarkən ixtisaslı kadrlar arasında ən uyğun peşəkarlardan faydalanmağa çalışmışam. |
Düzdür, 10 min işçisi olan bir təşkilatda hamını yaxşı tanımaq, əslində necə bir insan olduğunu anlamaq mümkün deyil. |
Mən vicdanla mənə etimad göstərilən sahədə işimi layiqincə görməyə çalışmışam. |
- Vəzifənin müsbət tərəfləri, yoxsa əlavə məsuliyyət və yorğunluq çoxdur? |
Müəllim, həkim, mühəndis və digər sahələrdə çalışmaq, işini görmək peşə fəaliyyətidir. |
Bu isə hərbi xidmət kimi Vətənə qulluq etmək deməkdir. |
Mən də Vətənə mülki dövlət qulluqçusu kimi üzərimə düşən borcu, xidməti vermişəm. |
Təbii ki, müsbət tərəfi sənin atdığın hər bir doğru addımın dövlət başçısı tərəfindən bəyənilməsidir. |
Məsuliyyət - bəli, çox idi.""- Sizin 68 yaşınız tamam olub, gec də olsa təbrik edirik. |
Sizin çox yaxşı səyyah və alpinist olduğunuz barədə çox yazılıb. |
Hələ də bu hobbiləriniz davam edir? |
- Əslində, mental baxımdan yanaşsaq, bəli, davam edir. |
Lakin səhhətimdə ciddi problemlər yaşadım, bir neçə əməliyyat keçirdim. |
Bu səbəbdən də müəyyən fəsadlar yarandı. |
Və nəticədə praktiki olaraq ekspedisiyaların təşkilində fasilə vermək məcburiyyətində qaldım. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.