Search is not available for this dataset
text
stringlengths
10
518k
Kreditorlar portala “ASAN Login”dən istifadə etməklə daxil ola bilərlər.
Hər bir istifadəçi “Müştəri kabineti”ndə ona aid məlumatların doğruluğunu yoxlaya, habelə yeni məlumat (əlaqə vasitələri) əlavə edə bilər.
Kreditorlar həftənin 7 günü, günün 24 saatı, heç yerə getmədən, vaxtlarına qənaət edərək portal vasitəsilə hesabatlarla tanış olmaqla yanaşı, kreditlər üzrə təminat kimi yüklü edilmiş əmlakların girovdan azad edilməsi və vətəndaş qəbulu üçün tam şəffaf və onlayn şəkildə müraciət edə biləcəklər.
ƏSF-nin hədəfi ləğvedici təyin olunduğu bankların ləğv prosesinin daha effektiv və çevik şəkildə başa çatdırılmasıdır və portalın istifadəyə verilməsi Fond ilə LPO bankların kreditorları arasında məlumat mübadiləsində, habelə ləğv prosesinin sürətləndirilməsində böyük rol oynayacaq.
Bakı və Naxçıvan arasında aviadaşımalara olan tələbatın gözlənilən artımını nəzərə alaraq “Azərbaycan Hava Yolları” aviaşirkəti bu istiqamətdə səfər etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi məsləhət görür.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Video-təlimatla bu linkə keçid alaraq tanış ola bilərsiniz:https://youtu.be/9PiPTkNkBSU.
Əlavə suallar yarandığı təqdirdə sərnişinlər [email protected] elektron poçt ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
Avstraliyada məktəbli qız dəniz donuzcuğunu xilas etmək üçün ilanla döyüşüb.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşıb.
Məlumata görə, 12 yaşlı qız dəniz donuzcuğunu evdə tapmadığı üçün həyətdə axtarmağa başlayıb.
Kolu aralayanda isə nəhən ilanın onu udmaq üzrə olduğunu görüb.
Cəsarətli qız dərhal ilanın quyruğundan yapışaraq onu fırlatmağa başlayıb.
“Helikopter” effekti nəticəsiz olmayıb.
Dəniz donuzcuğu xilas olub, ac ilan isə qızın əlindən xilas olan kimi oradan uzaqlaşıb.
Məktəbli qızın cəsarəti sosial şəbəkələrdə heyrətlə qarşılanıb və çoxsaylı müzakirələrə səbəb olub.
“Azərbaycan, Bakı ilə bağlı həmişə ən xoş xatirələrim olub”.
Bunu “Sabah” klubunun yeni baş məşqçisi Rimas Kurtinaytis “Sərhədçi”yə 96:71 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının XIII turunun oyunundan sonra mətbuat konfransında deyib.
Litvalı mütəxəssis yenidən Azərbaycanda olmaqdan məmnunluq duyduğunu bildirib:“Məşqçi karyeramda böyük fasilə yaranmışdı.
“Sabah”dan zəng gələndə həyat yoldaşımla məsləhətləşib gəlmək qərarı verdim.
Bakı bu illər ərzində çox dəyişib.
63 yaşlı çalışdırıcı keçmiş yetirmələrindən bəzilərinin hələ də oynamasına sevindiyini söyləyib:“Fuad Niftəliyev və Zaur Paşayevin hələ də karyeralarını davam etdirdiklərini görməkdən şadam.
Mən özüm 41 yaşımda karyeramı başa vurmuşam.
Bu cür basketbolçularla yenidən birlikdə çalışmaqdan məmnunam”.
Rimas Kurtinaytis Azərbaycan basketbolunun inkişafına töhfə verməyə çalışacağını sözlərinə əlavə edib:“İndi hər klubda 6-7 legioner basketbolçu var.
18 il əvvəl vəziyyət belə deyildi.
Həmçinin yerlilər də çox artırıblar.
Bir sözlə, Azərbaycan basketbolunda müsbətə doğru çox dəyişiklik var.
Yalnız azarkeş sayının azlığına təəssüflənirəm.
“Qala”nın dönəmində oyunlara daha çox tamaşaçı gəlirdi.
Düşünürəm ki, azarkeşləri tribunalara cəlb etməyin üzərində çalışmalıyıq”.
O, sabiq yetirməsi Tahir Baxşıyevin Azərbaycan millisinin baş məşqçisi olmasına da münasibət bildirib:“Tahirlə noyabrda Litvada görüşmüşdüm.
Onun millinin baş məşqçisi olmasına şadam.
Yaxşı məşqçi olub-olmayacağını isə zaman göstərəcək”.
“Sabah”ın baş məşqçisi komandanın gələcək hədəflərindən də bəhs edib:“Avrokuboklarda hədəf daha yüksək olmalıdır.
Çempionlar Liqasında iştirak etmək istəyirik.
FİBA Avropa Liqasına hörmətsizlik kimi çıxmasın, Çempionlar Liqası daha nüfuzlu turnirdir”.
Qeyd edək ki, Rimas Kurtinaytis 2002-2006-cı illərdə Azərbaycan milli komandasının və “Qala” klubunun baş məşqçisi olub.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və “Bakı Gəmiqayırma Zavodu” MMC (BGZ) arasında dənizdə neft-qaz hasilatına xidmət edəcək yeni gəmilərin tikintisinə dair müqavilə imzalanıb.
Bu barədə səhmdar cəmiyyət məlumat yayıb.
Bildirilib ki, ASCO-nun Müşahidə Şurasının qəbul etdiyi Gəmiçiliyin 2022-2030-cu illəri əhatə edən Strateji İnkişaf Planına uyğun olaraq neft-qaz sənayesində göstərilən dəniz nəqliyyatı xidmətlərinin keyfiyyətinin artırılması, o cümlədən donanmanın yenilənməsi işləri də diqqətdə saxlanılır.
Bu istiqamətdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə ötən dövrdə mühüm addımlar atılıb, dənizdə neft-qaz hasilatında işləmək üçün nəzərdə tutulan müxtəlif tipli gəmilər alınaraq müvəffəqiyyətlə istismara verilib.
SOCAR ilə uğurlu əməkdaşlığın davamı olaraq yaxın illərdə üçü sərnişin, dördü dalğıc gəmisi olmaqla, ümumilikdə yeddi yeni gəminin tikintisi barədə qərar verilib.
Razılığa əsasən, bu gəmilərin inşası BGZ-də həyata keçiriləcək.
Bu gün həmin gəmilərdən dördünün tikintisinə dair ASCO-nun İdarə Heyətinin (İH) sədri Rauf Vəliyev və BGZ-nin İH-nin sədri Elşad Nuriyev arasında müvafiq müqavilənin imzalanması mərasimi keçirilib.
Müqaviləyə əsasən, BGZ 18-24 ay ərzində ASCO-nun sifarişinə uyğun olaraq hər biri 50 nəfər tutuma malik üç ədəd sərnişin və bir ədəd dənizin 60 metr dərinliyində işləmək üçün nəzərdə tutulan hibrid mühərrikli dalğıc gəmisini inşa edərək təhvil verəcək.
İmzalanma mərasimində bildirilib ki, beynəlxalq standartların tələblərinə uyğun tikiləcək gəmilər geniş texniki imkanlara malik olacaq və ölkəmizin neft-qaz hasilatı istiqamətində görülən işlərdə dəniz nəqliyyatı xidmətinin keyfiyyətinin daha da artırılmasında mühüm rol oynayacaqlar.
Tədbirdə o da vurğulanıb ki, tikiləcək sərnişin gəmilərini aparıcı dizayn şirkəti layihələndirib.
Dalğıc gəmisinin inşası isə “ASCO Mühəndislik” MMC-nin təqdim etdiyi layihə əsasında həyata keçiriləcək və bu gəmi Xəzər dənizində üzən ilk hibrid mühərrikli dalğıc gəmisi olacaq.
ASCO-nun ekoloji siyasətinə, eləcə də Beynəlxalq Dənizçilik Təşkilatının və bir sıra digər təsnifat cəmiyyətlərinin emissiyaların azaldılması ilə bağlı tələblərinə uyğun inşa ediləcək bu gəmi həm də Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ili”nə mühüm töhfə verəcək.
Müqavilənin imzalanması mərasimində ASCO, BGZ, SOCAR nümayəndələri ilə yanaşı, Azərbaycan Dövlət Dəniz Akademiyasının Gəmiqayırma və gəmi təmiri mühəndisliyi ixtisasında təhsil alan iki nəfər əlaçı IV kurs tələbəsi də iştirak edib.
Tədbirdən əvvəl R.Vəliyev tələbələri qəbul edərək, onlarla gəmiçilik sahəsində ölkəmizdə həyata keçirilən layihələrdən və qarşıda duran hədəflərdən danışıb.
Sədr görüşdə gələcəyin mütəxəssislərinə ixtisaslarını yaxşı mənimsəmələri barədə tövsiyələrini verib və onlara uğurlar arzulayıb.
ABŞ və Böyük Britaniya silahlı qüvvələri Yəməndə üsyançı hərəkat olan “Ənsar Allah”ın (Husilər) hədəflərinə azı dörd zərbə endirib.
Bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat verib.
Bildirilib ki, Qırmızı dəniz sahilindən təxminən 100 kilometr aralıda yerləşən Həccə əyalətinin Əl-Cərr bölgəsi hücuma məruz qalıb.
Ölənlər, xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.
İtaliyanın ən çox axtarılan 10 mafiozundan biri Korsikanın Bastia şəhərində həbs edilib.
Bu vaxta qədər 40 yaşlı Marko Raduano bir il ərzində gizlənməyə müvəffəq olub.
Vieste cənub şəhərindən (Apuliya bölgəsi) “boss” hesab edilən Marko Raduano Sardiniyada qətl və adam öldürməyə cəhd ittihamı ilə ömürlük həbs cəzası çəkdiyi həbsxanadan qaçıb.
O, çarşaflardan düzəltdiyi kəndir sayəsində həbsxananın pəncərəsindən aşağı enib.
Cinayətkar qaçdıqdan sonra “İnterpol”un ən təhlükəli cinayətkarlar siyahısına daxil edilib.
Onun axtarışına və saxlanılmasına “Koza Nostra”nın “bossların bossu” olan Matteo Messina Denaronun həbsində iştirak edən eyni bölmədən karabinerlər cəlb olunublar.
Uzun müddətdir ki, Ermənistan iqtisadi baxımdan çətinliklər yaşayır.
Bu ölkənin iqtisadiyyatı illərlə Rusiya və digər ölkələrdən gələn erməni diasporunun pulları, o cümlədən maddi yardımları ilə nəfəs alıb.
Lakin bu yardımlar iqtisadi inkişafa nail olmaq, qlobal layihələrdə iştirak etmək üçün nəinki kifayət etmir, hətta xaricdən asılılıq yaradaraq ölkənin rifahı və gələcəyi üçün əsas əngəllərdən birinə çevrilir.
Vəziyyətin ən acınacaqlı tərəfi isə Ermənistanın iqtisadiyyatını əsaslı formada gücləndirmək əvəzinə, statistik göstəriciləri müəyyən vasitələrlə müsbət formada təqdim etməsi, bu rəqəmlərlə öz vətəndaşlarını aldatmasıdır.
İlk olaraq şişirdilən rəqəmlərə yer verən bəzi mətbuat orqanlarının yaydığı xəbərlərə nəzər salaq.
Bunlar sırasında ən gülünc olan faktlardan biri 2024-cü il üçün Cənubi Qafqazda adambaşına düşən büdcə xərcləri ilə bağlı statistik göstəricidir.
Bu göstəricilərə görə, Ermənistan adambaşına düşən büdcə xərclərində 2650 ABŞ dolları ilə ilk yerdə, Gürcüstan 2 435 ABŞ dolları ilə ikinci yerdə, Azərbaycan isə 2 130 ABŞ dolları ilə üçüncü yerdə qərarlaşıb.
Məsələyə ilk olaraq Ermənistanın maliyyə naziri Vahe Hovhannisyanın büdcə gəlirləri və xərcləri ilə bağlı açıqladığı rəqəmlərə əsaslanaraq nəzər salaq.
Bu rəqəmlərdə 2024-cü ildə Ermənistanın dövlət büdcəsinin gəlirləri indiki məzənnə ilə 6,7 milyard ABŞ dolları, xərclərinin isə 7,8 milyard ABŞ dolları olduğu göstərilir.
Əhalinin sayına baxsaq, adambaşına düşən gəlir təxminən 2,2 min ABŞ dolları, xərclər 2,6 min ABŞ dolları təşkil edir.
Burada gəlirlər və xərclər arasında yaranan 400 ABŞ dolları fərq isə ianələr, yardımlar və borclar hesabına qapadılır.
Ümumiyyətlə büdcə gəlirləri və xərclərinin nəyin hesabına formalaşması, hansı faktorlara əsasən qeydə alınması çox mühüm amildir.
Azərbaycanda 2024-cü ilin dövlət büdcəsinin xərcləri 21,7 milyard ABŞ dolları, adambaşına düşən büdcə xərcləri isə 2 165-2 170 ABŞ dolları təşkil edir.
Ölkəmizin büdcə gəlirləri birbaşa yerli fiskal mənbələr, yəni 100% vergi, gömrük və sair daxili mənbələr hesabına formalaşır, heç bir xarici qrant, maliyyə institutlarından borc alınmır.
Amma digər Cənubi Qafqazın iki ölkəsinin büdcəsi xarici maliyyə mənbələri, o cümlədən xarici borclar hesabına formalaşır.
Alınan borclar büdcə xərclərində öz əksini tapır ki, bu da rəqəmlərin şişirdilməsi ilə nəticələnir.
Adambaşına düşən xərclərdə əhali faktoruna da nəzər yetirsək görərik ki, Azərbaycan əhalisinin 10 milyon nəfər olması bu xərclərin həcminə təsir edir.
Burada belə bir sual yarana bilər ki, qonşu ölkələrdə əhali çox olarsa bu, büdcədə də müsbət formada öz əksini tapacaq.
Lakin bu zaman nəzərdən qaçan məqamlar var.
İstənilən ölkənin güclü iqtisadiyyatının olması üçün əsasən iki faktor rol oynayır.
Bunlardan biri təbii sərvətlərə, əlverişli coğrafi mövqeyə malik olması, digəri isə ölkənin real sektoru, bu istiqamətdə istehsal fəaliyyətidir.
Azərbaycan bütün bu faktorlara sahibdir və aparılan islahatlar, yatırılan mühüm investisiyalar ölkə iqtisadiyyatını nəinki inkişaf etdirir, hətta dəyişən geosiyasi vəziyyətlərdən, qlobal böhranlardan qoruyur.
Lakin Ermənistana baxsaq bu zaman təməlləri çürük olan iqtisadiyyat görərik.
Ölkə təbii sərvətlər və kənd təsərrüfatı baxımdan məhdud imkanlara malikdir ki, bu da ölkənin özünü təminetməsini zəiflədir.
Buna əsaslanaraq deyə bilərik ki, Ermənistanın əhalisi 10 milyon olsa idi, o zaman indikindən daha acınacaqlı vəziyyətdə olardı.
2024-cü il üzrə Cənubi Qafqaz ölkələrinin birlikdə büdcə xərcləri 38 milyard ABŞ dolları təşkil edir.
Bunun 22 milyard ABŞ dolları və ya 60%-i Azərbaycanın payına düşür.
Qalan 40% isə digər iki ölkə arasında bölüşdürülür.
Bu faktın özü bölgədəki iqtisadi-fiskal mənbələrin əsas mərkəzi kimi Azərbaycanın xüsusi üstün paya malik olduğunu göstərir.
Ölkəmiz həqiqətən enerji mənbələri, kənd təsərrüfatı potensialı, eyni zamanda strateji mövqeyi ilə ön plandadır.
Ermənistanın iqtisadi cəhətdən ayaqda qalmasında vacib bir rolu əsasən Rusiyadan gələn yardımlar və erməni diasporasının maliyyə dəstəyi oynayıb ki, bu mənbələr davamlı və böyüyən iqtisadiyyat yaratmaq üçün tamamilə əlverişsizdir.
Ermənistanın iqtisadi göstəriciləri rəqəmlərdə artsa da, əslində mahiyyət o qədər də dəyişməyib.
Rusiya-Ukrayna münaqişəsinə qədər Ermənistanın aldığı yardımlar münaqişə dövründə Rusiyaya tətbiq olunan sanksiyalar hesabına artımla əvəzlənib.
Bir sözlə əvvəllər yardımlar hesabına şişirdilən rəqəmlər indi sanksiyalardan istifadə ilə şişirdilir.
Sadəcə əvvəlkindən fərqli olaraq hazırkı vəziyyət statistik göstəricilərdə əksini tapır.
BeynəlBeynəlxalq Valyuta Fondunun baş iqtisadçısı, “Goldman Sachs”ın keçmiş baş valyuta strateqi Robin Bruksun sosial şəbəkədəki paylaşımında “Ermənistanın gömrük polisinin uzun və şanlı tarixində Avropa İttifaqından malların daşınmasında heç vaxt bu qədər böyük sıçrayış qeydə alınmamışdı.
Bütün bunların hələ yenidən qablaşdırıb Moskvaya göndərilməsini heç demirəm ki, onsuz da oraya da yönləndirilir” fikri heç də təsadüfi deyil.