Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
- Səhhətinizdəki problem nə ilə bağlıdır, sirr deyilsə, bilmək olar? |
- O vaxt biz ekstremal idman növləri ilə bağlı Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası yaratmışdıq. |
Özüm də paraşütdən tullanırdım. |
Bir dəfə uçuş zamanı paraşütün əyləci düzgün verilməmişdi, o dolaşmışdı. |
Təəssüf ki, mən havada olarkən bunun fərqinə vardım. |
Paraşütün əyləci ayrı-ayrılıqda sağa və sola dönmə üçün istifadə edilir. |
Lakin ikisi bir yerdə sürətin azaldılmasına xidmət edir. |
Onlar doğru tənzimlənmədiyi halda sən 30-40 km/saat sürətlə yerə çırpılırsan. |
Mən havada çox qala bilməzdim, çıxış yolu axtardım, bir yamaca eniş etməyi sınadım. |
Lakin təəssüf ki, yerə çırpıldım və onurğa sütununda iki fəqərəm sındı. |
Bütünlükdə hərəkət qabiliyyətimi itirdim. |
Almaniyada bunun əməliyyatının mümkün olduğunu öyrəndim və məni ora apardılar, xüsusi sement maddədən qırılan iki fəqərələri bərpa etdilər. |
Yerimə qabiliyyətim bərpa olundu. |
Lakin görünür ki, sement canlı maddə olmadığı üçün zaman keçdikcə süni fəqərələr yeyilməyə başladı. |
İllər sonra həkim müayinəsi zamanı iki fəqərənin yeyildiyi məlum oldu. |
Bu bel sütunun qabarmasına səbəb oldu. |
İki ağır cərrahi əməliyyatlar keçirdim. |
Nəhayət 30 santimetr ölçüsündə titan implant qoyuldu. |
Hazırda hərəkət edə, gəzə bilirəm. |
Lakin implant yad cisim olduğundan orqanizmlə tam adaptasiya olmayıb. |
Bu, çox yeni texnologiyadır və nə həkim, nə də mən bilmirik ki, iki-üç il sonra nə baş verəcək. |
- 2008-ci ildə sizin başçılığınız ilə ilk dəfə Azərbaycan-Antarktida ekspedisiyası Bakıdan yola düşüb. |
Neçə nəfərlik heyət olub, ekspedisiya zamanı nələr baş vermişdi? |
- Biz Çiliyə məxsus olan və istifadə edilməyən “Patriot Hills” stansiyasına Cənubi Amerikadan, Çilinin Punta Arenas şəhərindən xüsusi təyyarə ilə uçmağa icazə ala bildik. |
Ora ekspedisiya üçün icazə almaq asan olmayıb, təxminən altı aya qədər müvafiq sənədlər hazırlanıb. |
Orada xüsusi yaşamaq, davranış, hətta məişət tullantılarından istifadə qaydaları var. |
Bunların hər birinə riayət etməlisən. |
Orada olduğun müddətdə tullantıları da xizəklərlə xüsusi qablaşdırılmış formada özünlə daşımalısan və sonda baza stansiyasında təhvil verməlisən. |
Tullantıların utilizasiya prosesi xüsusi qaydalarla məhz baza stansiyalarında aparılır. |
Biz həm də Çilidən olan tədqiqatçılarla əlaqə qurmağa müvəffəq olduq. |
Cənubi Afrikadan da bir ekspedisiya hazırlaşırdı. |
Dörd nəfər Cənubi Afrika vətəndaşı bizə təklif etdi ki, ekspedisiyanı birlikdə təşkil edək və biz də razılaşdıq. |
Nəzərə alsaq ki, xüsusi geyimlər alınmalı, təyyarə icarəyə götürülməlidir, maliyyə cəhətdən birgə çalışmaq daha əlverişli idi.“Patriot Hills” (Vətənpərvər təpələri) stansiyası ətrafında doğurdan da təpələr var, Antarktika buzları adətən hamar olmur, orada küləyin formalaşdırdığı iti kəskin buz çıxıntıları çox olur. |
Lakin Çili stansiyasının ətrafında hamar, mavi buz olduğu üçün, təyyarə ora enə bilir. |
Biz bunun üçün Çiliyə viza almalı idik, oranın ən cənub şəhəri olan Punto Arenasın hava alanına endik. |
Qazaxıstanda qeydiyyata alınan, rus ekipajlı bir yük təyyarəsi Antarktidaya səfər edir. |
Ora gedən ekspedisiyaların yükləri Punto Arenasdan “Patriot Hills”ə daşınır. |
2008-ci il dekabrın axırı getdik, fevralın əvvəlində döndük. |
“Patriot Hills” stansiyasından Kanada istehsalı olan kiçik təyyarə bizi Antarktidanın ən hündür zirvəsi olan Vilson zirvəsinin (5000 metr) yaxınlığına apardı. |
İki azərbaycanlı - mən və Tərlan Ramazanov adlı komanda üzvü, həmçinin dörd nəfər Cənubi afrikalı həmin zirvəyə qalxdıqdan sonra oradan Cənub qütbünə yürüşə başladıq. |
Antarktidada cəmi 42 gün qaldıq. |
Onun 37 gününü qitədə keçirdik, tədqiqatlar apardıq. |
- Ən vacib alınmalı təchizat nələr idi? |
- Xüsusi çadırlar, rütubəti buraxmayan və eyni zamanda havalandırma imkanına malik gödəkçələr, nazik yun və ya sintetik materialdan olan alt geyimləri alınmalıdır. |
Pambıq material qətiyyən olmaz. |
Çünki pambıq təri özündə saxlayaraq islanır. |
Suyu canında saxladığı üçün soyuq hava şəraitində buza çevrilir və donma təhlükəsini real edir. |
Qidalar önəmli idi, orada bir gün ərzində bir dəfəyə 6 min kalori qəbul etməlisən ki, səhər saat 10:00-dan axşam saat 19:00-a qədər xizək üzərində ümumi çəkisi 60-70 kq-lıq yükü - çadırlar, qida, tədqiqat üçün zəruri avadanlıqlar və tullantıları özünlə bərabər daşımağa gücün olsun. |
Havadan asılı olaraq elə gün olurdu 8 km, elə gün olurdu 22 km-lik yol qət edə bilirdik. |
- Bu ekspedisiya zamanı həyati əhəmiyyətli nə kəşflər etdiniz? |
Mən anladım ki, ibtidai insan heç vaxt daim 34-35 dərəcə şaxta olan yerdə uzun müddət yaşamayıb. |
İnsan 40 dərəcə şaxtanı hiss edir, hətta mənfi 40-la mənfi 44 dərəcənin fərqini də hiss edir. |
Amma 44 dərəcə şaxtadan sonra fərq hiss etmir. |
İbtidai insan, bəlkə də, təsadüfi olaraq bir qış mövsümünü çox soyuq ərazidə yaşayıb, amma insanın daim belə temperatur şəraitində yaşamaq üçün təkamül etmədiyini deyə bilərik. |
- Bəs gətirilən nümunələr harada qorunur? |
- Peyk rabitəsi vasitəsilə Bakı ilə danışırdıq. |
Onlara məlumat vermişdik ki, biz buradan geoloji nümunələr toplayırıq. |
O nümunələr Azərbaycan Geologiya Muzeyində saxlanılır. |
- Yenidən Antarktikaya getməyi düşünürsüzmü? |
Antarktidada bir mövsümlük elmi-tədqiqat bazası yaratmağı istəyirik. |
Bunu Qərbi Kaspi Universitetinin imkanları ilə etməyi düşünürük. |
Tarix boyu bu cür işlər universitetlər tərəfindən həyata keçirib. |
Elmi-tədqiqat bazasının yaradılması üçün bir neçə variant var. |
Onlardan biri Paraqvaya məxsus, istifadəsiz, boş saxlanılan bir stansiyadır, oranı icarəyə götürməyi düşünürük. |
Digər variant Antarktidanın materikə yaxın adalarından birində baza yaratmaqdır. |
Bu məsələyə tezliklə qayıdacağam, sadəcə səhhətimi bir qədər normallaşdırmağa çalışıram. |
- Dediyiniz bu layihəni neçə nəfərlik heyətlə gerçəkləşdirməyi düşünürsünüz? |
- Çox ibtidai bir planlama aparmışıq, hələlik tam plan hazır deyil. |
Biz Qərbi Kaspi Universiteti olaraq düşünürük ki, bunu 3-4 nəfərdən ibarət kiçik bir qrupla gerçəkləşdirə bilərik. |
Təbii ki, bu günə qədər kimsə bunu edə bilərdi, lakin görünən odur ki, hələ edilməyib. |
Biz ümid edirik ki, edə biləcəyik. |
İlkin olaraq meteoroloji müşahidələr aparmaq, iqlim dəyişikliklərinin tendensiyaları, insan orqanizminin sərt qışa, soyuğa necə davam gətirəcəyini və s.kimi tədqiqatlar aparmağı düşünürük. |
- Ekspedisiya zamanı gün ərzində fasilə etmək imkanı olur, yoxsa dayanmaq olmaz? |
- Fasilə müddəti maksimum 3-4 dəqiqədir. |
Ondan artıq bir yerdə dayanmaq olmaz. |
Üç dəqiqədən sonra bədən soyuyur, tər buz bağlayır. |
Dayandığın müddətdə çərəzlər, bal, xüsusi kalorisi çox olan qidalardan yeyə bilərsən. |
Kim olur-olsun heç kim geri qalanları 3-4 dəqiqədən artıq gözləməyəcək. |
Geri qalan qruplar dumanda görünməz olurlar. |
Düzdür, onlar xizək izləri ilə gəlib çata bilirlər, amma istənilən halda bu təhlükəlidir. |
- Oradakı stansiyalarda süni formada məhsul yetişdirilirmi? |
- Bəli, Cənub qütbündə yerləşən ABŞ-yə məxsus “Amidsen-Skott” stansiyasında süni işıq, enerji istehsalı ilə göyərti yetişdirilir. |
Mən düşünürəm ki, o stansiya hətta Mars planetinə hazırlıq stansiyasıdır. |
Marsda orta hesabla mənfi 200-250 dərəcə temperatur olur. |
Bu stansiya sanki bu temperaturların fərqinə hesablanıb, onlar belə mühitin gözlənilməz nəticələrinin yarada biləcək hallarını araşdırırlar. |
- Bu səfərlər barədə kitab, yaxud memuar yazmısınızmı? |
- Yazılan kitablar var, hansı ki, onlar dərs vəsaitləri kimi istifadə edilir. |
“Afrikanın geologiyası”, “Afrikanın bioloji müxtəlifliyi”, “Antarktidanın qlobal iqlimə təsiri”, “Antarktidanın geologiyası”, “Cənubi Amerikanın geologiyası” və digər kitablar dərc edilib. |
Azərbaycan vətəndaşları üçün faydalı ola biləcəyini düşündüyümüz məlumatları, fotofaktları bir araya gətirərək, elmi işçilər cəlb edərək ərsəyə gətirdiyimiz dərs vəsaitləri bu gün də istifadə edilir. |
Ümumiyyətlə düşünürəm ki, insanların iradəsi, istəyi olarsa, öhdəsindən gələ bilməyəcəkləri heç bir iş ola bilməz. |
Bu, bütün sahələrdə, peşələrdə belədir. |
İngilislər, almanlar bu cür istəklər, iradə əsasında vaxtilə dünyanı gəzərək kəşf edirdilər. |
Hətta bu barədə amerikalı tədqiqatçı “Cənub Antarktida müqaviləsi və onun proseslərinə” adlı kitab yazıb. |
O kitabda Azərbaycana yarım səhifəlik hissə həsr edib. |
Orada qeyd edib ki, Azərbaycanın dinamikliyini ölkənin iqtisadi inkişafını nəzərə alsaq, belə düşünürük ki, yaxın gələcəkdə Azərbaycan da burada stansiya yaradacaq. |
Bu, bizim üzərimizə daha bir məsuliyyət qoyur ki, bunu mütləq yaratmalıyıq. |
- Azərbaycan-Antarktida ekspedisiyasından savayı hansı səfərləri olub? |
- Antarktida, Afrika, Cənubi Amerikaya ekspedisiya etdik. |
Növbəti səfərimiz Alyaskaya planlaşdırılırdı. |
Alyaskanın Denali dağlarına aid massivdə hündürlüyü 6190 metr olan, Şimali Amerikanın ən yüksək dağı sayılan Mak-Kinli dağına çıxmağı düşünürdük. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.