Search is not available for this dataset
text
stringlengths
10
518k
NATO və Sovet İttifaqı standartları arasında böyük fərq var.
NATO-da tətbiq olunan standartlar daha mükəmməldir.
Biz bunu qardaş Türkiyənin hərbi sistemində müşahidə edirik.
Türkiyə Silahlı Qüvvələri ilə hərbi əməkdaşlıq çərçivəsində qida təminatı onlara uyğunlaşdırılıb.
Türkiyə Ordusunun qida təminatı da NATO standartlarına əsasən təşkil olunur.
Müəyyən ölkələr var ki, həmin ölkələrdə hərbi qulluqçulara spirtli içkilər də verilir.
Azərbaycanda yerli şirkətlər ordu üçün quru qidalar istehsal edirlər.
Hər il ordunun qida təminatında yeniliklər edilir.
Müstəqilliyin ilk illərində hərbi qulluqçuların qida rasionunda ətin miqdarı azaldılmışdı.
Hazırda daxili istehsal imkan verir ki, ordu kifayət qədər keyfiyyətli qida ilə təmin edilsin”, - deyə T.Eyvazov bildirib.
Hərbi ekspert Üzeyir Cəfərov da bildirib ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının qida rasionunda müstəqilliyin ilk illəri ilə müqayisədə xeyli dəyişiklik edilib, müsbət istiqamətdə irəliləyişlər müşahidə olunur.
“Bununla belə hələ də köhnə standartlardan tam imtina olunmayıb.
Prezident İlham Əliyev ordunun NATO və Türkiyə standartlarına uyğunlaşdırılması barədə göstəriş verib.
Bu istiqamətdə bir sıra yeniliklər olub və yenə də olacağı gözlənilir.
Bu gün istənilən hərbi qulluqçuya müraciət etsək, onlar qidalanmadan şikayət etməyəcəklər, çünki hərbi hissələrdə gündəlik üç dəfə, təyinatına görə bəzi qoşun növlərində isə beş dəfə qida ilə təminat olur.
Keçmiş Sovet İttifaqı dövründə hərbi qulluqçuların qidalanması primitiv üsullarla aparılırdı.
Lakin bəzi müsbət tərəflər də var idi.Qidalar laboratoriyalarda yoxlanılır, onların enerji dəyəri müəyyən olunur, hərbi qulluqçular fiziki aktivliklərinə görə müxtəlif qidalarla təmin olunurdular”, - deyə ekspert qeyd edib.
Türkiyədə hərbi qulluqçuların qidalanmasında Osmanlı izi"Türkiyəli hərbi ekspert Osman Qazi Kandemir bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin qidalanmasında Osmanlıdan qalan ənənəvi qidalanma sistemindən istifadə edilir.
“Bu sistemdə hərbi qulluqçular əvvəlcədən hesablanan gündəlik kalori tələbatına uyğun qidalarla təmin olunurlar.
Qidaların aylıq maliyyəti hesablanır.
Bu hesaba görə hər əsgərə müəyyən miqdarda pul ayrılır.
Bu pullar cəmlənərək qoşun və birliklərə hərbi qulluqçuların qida rasionunun təmin edilməsi üçün hesablanır.
Mərkəz ərzaq məhsullarını alaraq birliklərə paylayır.
Zabitlərin gündəlik qida tələbatının ödənilməsi üçün əlavə vəsait verilir.
Onlar birliklərdə yemək yeyəndə həmin qidanın xərci onlara ayrılan vəsaitdən çıxılır.
Bu, Osmanlı dövründən davam edən bir sistemdir.
NATO və bəzi Qərb ölkələrində fərqli sistemdən istifadə olunur.
Onlar xüsusi yetişdirilən hərbi qulluqçular, birliklər üçün nəzərdə tutulan ödənişsiz qidalardan istifadə edirlər.
Azərbaycan Silahlı Qüvvələrində də Türkiyənin hərbi təcrübəsindən istifadə edilir.
Təbii ki, bura hərbçilərin qidalanması da daxildir.
Ola bilər ki, Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçuların sayı artdıqca fərqli sistem istifadə edilsin”, - deyə türkiyəli ekspert vurğulayıb.
Beləliklə, bir daha əmin olduq ki, hərbi qulluqçuların qidalanması onların döyüş qabiliyyətinə birbaşa təsir göstərir.
Bunu 2020-ci ildə 44 günlük Vətən müharibəsi və tarixi Zəfərimiz də sübut etdi.
Əgər zamanın tələbi ilə zamanında ayaqlaşmasaydıq, ordu quruculuğunu kompleks şəkildə formalaşdırmasaydıq, bugünkü Azərbaycan Ordusu ilə fəxr edə bilməzdik.
Bu gün isə Ordumuzla qürur duyuruq.
Milli dəyərlərimiz içərisində özünəməxsus yer tutan ənənələrdən biri qonaqpərvərlikdir.
Adətə görə, evə gələn qonağı qarşılayarkən hörmət əlaməti olaraq əvvəlcə çay təklif edilir.
Diqqət etsəniz, azərbaycanlıların bir çox qonaqlıq məclisləri çay ilə başlayıb, elə çay ilə də bitir.
Amma dünyada sudan sonra ən çox istehlak edilən içki növü kimi çayın da zərərləri az deyil.
Beş minillik tarixi olan çayın yaranmasını böyük Çin imperatoru Shen Nunginin adı ilə əlaqələndirirlər.
Çayın faydaları və zərərləri barədə bir çox iddialar, araşdırmalar aparılıb.
Çayın isti halda içilməsinin doğru olduğunu deyənlər də var, əksini iddia edənlər də.
Kardioloq Oleq Varfolomoyev təcrübələrinə əsaslanaraq, çayın əsəb sistemini sakitləşdirdiyini deyib.
Çay antioksidant təsiri ilə ürək sağlamlığına faydalıdır, eləcə də təzyiqi normallaşdıra bilir.
Onun fikrincə, çayda olan polifenol və flavanoidlər beyin və ürəyə yaxşı təsir edir, qanın laxtalanmasının qarşısını alır.
Alimlər sübut edib ki, müntəzəm olaraq çay içənlər ürək xəstəliyi və insultdan əziyyət çəkmirlər.
Amma çayı normasında və qaydasında içmək lazımdır.
Gündə yaxşı dəmlənmiş 3 fincan çay ürək-beyin xəstəliklərini 24 faiz azaldır.
Bir qrup alim isə tünd çayın, müntəzəm olaraq çay istehlakının orqanizmə faydasından çox ziyanı olduğunu vurğulayırlar.
Üstəlik, əgər həmin çay qaynar və tünddürsə onun zərəri ikiqat artır.
Buna görə də, mütəxəssislər çayı qaynar yox, ilıq halda içməyi məsləhət görürlər.
Həm də gün ərzində iki dəfədən çox çay içmək tövsiyə edilmir.
Türkiyəli qida mütəxəssisi Vedat Görel isti içkilərin qaynar içildiyi zaman (çay, kofe, süd və s.)qırtlaq və yemək borusu xərçənginə səbəb olduğunu deyib.
Çində 456 min insan, Amerikada isə 50 mindən çox insan arasında araşdırma aparılıb.
İllərlə izlənən bu insanların 65 dərəcə və yuxarı temperaturda olan isti içkilər qəbul etmələrinin yemək borusu xərçəngi riskini artırdığı sübut olunub.
Onun sözlərinə görə, mütəmadi olaraq isti içkilərin 65 dərəcədən yuxarı temperaturda istehlak edilməsi qida borusunu aşındırır və törəmə yaradır.
Bəs ümumiyyətlə, gündəlik həyatda isti, yoxsa sərin içkilərə üstünlük verilməlidir?
Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, dosent, qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, insan orqanizminə daxil olan bütün içkilər qaynar vəziyyətdə yox, bədən temperaturuna uyğun hərarətdə olmalıdır:"""“Hər şeydən öncə mədə şirəsində və ağız suyu vəzləri tərə...
İsti içkilər qəbul edilən zaman bu fermentlər parçalanır və bu, həzm prosesini ləngidir.
Həzm prosesinin normal getməsi üçün nəinki içkilər, eləcə də yeməklər qaynar halda yox, bədən temperaturuna uyğun optimal temperaturda qəbul edilməlidir.
Bu zaman istehlak edilən qidalar və içkilər mədə-bağırsaq traktı (həzm yolu) tərəfindən asanlıqla həzm olunur.
Yalnız bu halda istehlak etdiyimiz qidalar orqanizmə faydalı olur”.
E.Fərzəliyev qeyd edir ki, çay tərkibində olan polifenol maddələrin birləşmələri insan orqanizminə müsbət təsir edir:""“Onlar maddələr mübadiləsini stimullaşdırır, beynin daha yaxşı qidalanmasını təmin edir.
Çay və çay əvəzedici bəzi içkilər insan orqanizmi üçün vacib olan mühüm əhəmiyyət kəsb edən funksiyaları icra edir.
Məhz bu baxımdan Azərbaycan çay istehlakına görə dünya ölkələri sırasında ön sıralarda qərarlaşır.
Ölkəmizdə çay istehsalı ilə yanaşı çay qablaşdırma zavodları da fəaliyyət göstərir”.
Qaynar halda istehlak edilən nəinki çay, eləcə də bütün qidalar insan orqanizminə mənfi təsir edə bilər deyən qida təhlükəsizliyi üzrə ekspert yalnız çayın qida borusunda müəyyən törəmələrin yaratdığı iddiaları ilə razılaşmadığını bildirib:""“Düşünürəm ki, insan orqanizminin qida vasitələrinin təsirindən törəmələrinin ...
Çünki yağların istehsalında yüksək temperaturda - 200-210 dərəcədə qızma halı baş verir.
Nəticədə molekulyar quruluşda, strukturda parçalanma olur.
Parçalanma nəticəsində sərbəst radikallar formalaşır.
Bunların insan orqanizmində toplanması şiş xəstəliklərinin, onkoloji xəstəliklərin yaranmasına stimul verir.
Bu baxımdan da yağlarla qidalanarkən ehtiyatlı olmaqda fayda var”.
Qida rasionunda isti, yoxsa soyuq halda içkilərin qəbuluna üstünlük vermək lazımdır?
E.Fərzəliyevin sözlərinə görə bu, adətən daha çox mövsümi xarakter daşıyır:""“Yayda sərin, qışda nisbətən isti içkilərə meyil artır.
Düşünürəm ki, bu hal insan orqanizminin maddələr mübadiləsinə müsbət təsir edir.
Çünki orqanizmin qəbul etdiyi qidaların temperatur göstəricisi optimal temperaturdan fərqli olduqda, maddələr mübadiləsi pozulur.
Bu zaman bir çox mənfi hallar baş verə bilər.
Odur ki, ilin isti mövsümündə sərin içkilərə, soyuq mövsümündə isə nisbətən isti içkilərə üstünlük verilməsi orqanizmin gedişatına müsbət təsir edir.
Ümumiyyətlə su belə, artıq içildikdə insan orqanizmi üçün mənfi nəticələr verə bilər.
Günlük qida rasionunda orqanizmə lazım olan zəruri komponentlərin vaxtında çatdırılması önəmlidir.
Balanslaşdırılmış qidalanma prinsipi çox vacibdir.
Çünki orqanizmin doğru-düzgün inkişafına, hüceyrələrin, toxumaların qidalanması üçün zəruri olan qidaların istehlakı daha vacibdir.
Odur ki, sağlam qidalanma prinsiplərinə əməl edildiyi təqdirdə insan orqanizmi normal inkişaf edir.
Balanslaşdırılmış qida rasionuna görə, orqanizmə enerjivermə qabiliyyətində olan karbohidratların, yağların, zülalların, eyni zamanda əvəzolunan-əvəzolunmaz amin turşularının, vitaminlərin, ultramikro, mikro-makro elementlərin və bu kimi digər komponentlərin vaxtında və lazımi miqdarda qəbulu orqanizmin düzgün inkişafı...
Prezident İlham Əliyevin imzaladığı yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların artırılması istiqamətində ardıcıl şəkildə atılan addımların növbəti davamıdır.
Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi məlumat yayıb.
Sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.
Həmçinin, qulluq stajına görə əlavələr təyin edilmiş pensiyaların həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğlərinin və 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımların da qeyd olunan qədər indeksləşdirilməklə bu ilin əvvəlindən artırılması təmin edilir.
Bildirilib ki, artımlar elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac yoxdur.
Qeyd olunub ki, yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək:""“Məsələn, şəxsin pensiyası 500 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 11,2 faiz, yəni 56 manat artırılmaqla 556 manata çatdırılacaq, yanvar ayının 56 manat artımı da fevral ayının pensiyasına əlavə olunaraq v...
Məlumata əsasən, ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək.
Qeyd edək ki, pensiyaların indeksləşdirilməklə artırılması ötən ilin əvvəlindən bütün növ pensiyalara şamil olunur.
Hazırkı artım da həm ümumi əsaslarla pensiya təyin olunmuş, həm də qulluq stajına görə əlavə alan pensiyaçıları (pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.)
Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2023-ci il üzrə orta inflyasiya dərəcəsini (8,8 faiz) üstələyir.
Eyni zamanda, Sərəncamla istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da 8,8 faiz indeksləşdirilərək artırılır:""“Məsələn, şəxsin fərdi hesabında 50 min manat pensiya kapitalı toplanıbsa, bu m...
Bu da onu göstərir ki, işləyən şəxslərin fərdi hesablarında toplanan pensiya kapitalları yalnız hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə əsasında mütəmadi olaraq artırılır”.
Babək rayonunda dəm qazı 41 yaşlı qadının ölümünə səbəb olub.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonun Naxışnərgiz kəndində qeydə alınıb.
Belə ki, dəm qazının sızması nəticəsində kənd sakini, 1983-cü il təvəllüdlü Məleykə Mahmud qızı Zamanova dünyasını dəyişib.
Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılır.