Search is not available for this dataset
text
stringlengths
10
518k
“Yandex” axtarış sistemi şirkəti restrukturizasiya barədə elan edib.
Belə ki, Niderlandın “Yandex N.V.” şirkəti biznesini 475 milyard rubla (8,8 milyard manat) investorlar konsorsiumuna satacaq və ana şirkət olmaqdan çıxacaq.
Eyni zamanda, menecer komandası xüsusi səhmdar hüquqları əldə edəcək və şirkəti idarə etməyə davam edəcək.
Qrupun yeni ana şirkəti Rusiyanın Kalininqrad vilayətində qeydiyyatdan keçmiş “Yandex” olacaq.
Şirkətin əsas sahibi “Yandex” menecerlərinin başçılıq etdiyi “Konsorsium.Pervıy”, habelə “Leta Capital” vençur fondunun təsisçisi Aleksandr Çaçavanın, “Infinitum” depozitarının rəhbəri Pavel Prassın, LUKOIL qrupunun və sahibkar Aleksandr Ryazanovun strukturları olacaq.
Mövcud idarəetmə komandası qrupun əhəmiyyətli yenidən təşkili, büdcənin təsdiqi, iri əməliyyatların təsdiqi və Nizamnaməyə dəyişikliklər kimi əsas qərarların qəbulu üçün xüsusi səhmdar hüquqları əldə edəcək.
Bu məqsədlə “Menecerlər Fondu” dövlət qeydiyyatına alınıb.
Artyom Savinovski “Yandex”in baş direktoru olaraq qalacaq; şirkət İsraildə yaradılmış “Nebius”, “Toloka”, “Avride” və “TripleTen” startapları, həmçinin Finlandiyada data mərkəzi istisna olmaqla “Yandex N.V.” qrupunun bizneslərini, xidmətlərini və aktivlərini özündə saxlayacaq.
“Yandex restrukturizasiyadan sonra özəl, müstəqil və ictimai şirkət olaraq qalacaq”, - bəyanatda deyilir.
Prezident İlham Əliyev Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, 2024-cü il yanvarın 1-nə 2023-cü il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:""- orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin ed...
Ölkə ərazisində fevralın 6-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin günün ikinci yarısında bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var.
Arabir güclənən cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru zəifləyəcək.
Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 9-13 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 751 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək.
Azərbaycanın rayonlarında əsasən şimal və qərb rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.
Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Hərbçilərin düzgün qidalanması müdafiə sisteminin vacib şərtlərindəndir.
Çünki qidalanma onların gündəlik fəaliyyətinə, döyüş hazırlığına, təlim-tədrisinə təsir edən əsas amillərdəndir.
Bu baxımdan, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının qidalanma rasionunda və rejimində də zaman-zaman müəyyən yeniliklər edilib.
Hazırda da bu istiqamətdə NATO standartları tətbiq edilməkdədir.
Dövlət müstəqilliyinin ilk illərində Azərbaycan Ordusu hələ tam formalaşmamışdı, texnika ilə təchizat bir yana, şəxsi heyətin normal qidalanmasında ciddi problemlər vardı.
Vahid qidalanma cədvəli yox idi, hərbçilərin gündəlik qida rasionu düzgün tənzimlənmirdi.
Nəticədə əsgərlər əllərində torba və ya su bidonları ilə rayon mərkəzlərinə, kəndlərə enirdilər.
Qapı-qapı gəzib çörək və digər yeyəcəklər yığırdılar, artezianlardan su daşıyırdılar.
Hətta faktlar var ki, keçmiş döyüş bölgələrində, düşmənlə cəbhə xəttinə yaxın yaşayış yerlərində bir evdə beş çörək bişirdisə, onun ikisi hərbçilər üçün ayrılırdı.
Birinci Qarabağ müharibəsindəki məğlubiyyəti və bir neçə rayonun işğalını nəzərə alsaq, bunların nə qədər acı bir durum olduğunu təsəvvür etmiş olarıq.
Təəssüf ki, 1990-cı illərin əvvəlləri Azərbaycan hərb tarixində məhz belə yadda qalıb.
Azərbaycan dövləti siyasi və iqtisadi cəhətdən inkişaf etdikcə hərbi sahə də dirçəlməyə başladı.
Bununla belə, çatışmayan hələ çox şey vardı.
Burada da zamana ehtiyac duyulurdu və o zaman çox sürətlə keçdi.
Artıq Azərbaycan əsgəri kimdənsə çörək almır.
Çünki Silahlı Qüvvələrdə vahid və nizamlı qida rasionu və təminatı yaradılıb.
Müasir standartlara cavab verən bütün hərbi hissələr soyuducu anbarlarla təchiz edilib.
Həmçinin hərbi hissə daxilində təsərrüfat işlərinə mülki işçilər cəlb olunub, artıq əsgər yeməkxanalarında əsgərlər deyil, mülki aşpazlar çalışırlar.
Ordunun gündəlik qidalanması necə təşkil olunur, qida rasionuna nə daxildir?
Bu suala cavab tapmazdan əvvəl dünyanın bəzi qabaqcıl ölkələrində hərbi qulluqçuların qida rasionuna diqqət çəkək;"“Business Insider”in araşdırmasına görə, ABŞ Silahlı Qüvvələrində konservləşdirilmiş hərbi qidalar mülayim temperaturda 3,5 il, isti iqlimdə isə doqquz ay ərzində təzə qalır.
Ordunun qida rasionunda fastfudlardan və üçillik saxlama müddəti olan pizzalardan da istifadə olunur.
ABŞ hərbiçiləri daha çox “MRE” - yeməyə hazır qidalardan istifadə edirlər.
Bu qidaları xüsusi isitməyə və hər hansı bir qatqı əlavə etməyə ehtiyac olmur.
Onların seçimlərinə lobya, toyuq əriştəsi və spagetti daxildir.
Həmçinin pendir, qurudulmuş meyvə içkiləri, badam, xaşxaş toxumu da “MRE” formasında qida rasionuna daxil edilib.
Əsgərlər, hətta ad günlərini xüsusi “MRE” tortlarla qeyd edə bilirlər.
Alimlərin tədqiqatlarından sonra 3 il saxlama müddəti olan bibərli pizza da hərbçilərin qida rasionuna daxil edilib.
Bəzi hallarda dini və sosial baxışlarına görə (vegetarianlar və s.)onların qida rasionuna digər yeməklər də əlavə olunur.
Böyük Britaniyada əsgərlərin qida rasionuna milli yemək olan “tikka masala” toyuğu əlavə olunub.
Onlara, həmçinin vegetarian yeməkləri, makaron, donuz əti və lobya da verilir.
Cənubi Koreyada əsgərlərə toyuqlu düyü, lobya, donuz əti kolbasaları, küftələr, qurudulmuş ədviyyatlı tərəvəz bulyonu verilir.
Koreyanın dəniz piyadaları potensial təhlükələrə hazır olmaq üçün hərbi təlimlər zamanı heç bir qatqıya və isitməyə ehtiyacı olmayan hazır yeməklərlə qidalanırlar.
Bu ölkənin ordusunda milli yemək kimi düyü və ət tərkibli “bibimbap”dan da istifadə edilir.
2020-ci ildə ordu əsgərlərin tezliklə veqan yeməkləri yeyə biləcəklərini bəyan edib.
Yeni menyuya “tofu”, tərəvəzlər, salatlar və vegetarian “bibimbap” da daxil edilib.
Bəs Azərbaycan Silahlı Qüvvələrində hərbi qulluqçuların qida rasionunda hansı yeniliklər edilib?
Bu istiqamətdə NATO və qardaş Türkiyənin qidalanma sistemi necə tətbiq olunur?
Bir sözlə, şəxsi heyətin qida rasionu müstəqilliyin ilk illərindəki vəziyyətdən nə ilə fərqlənir?
“Hərbi qulluqçuların kontingenti və onların qida təminatı normalarından asılı olaraq hərbi yeməkxanalar əsgər, matros, kursant və zabit yeməkxanalarına bölünür.
Şəxsi heyətin qidalanmasının düzgün təşkili, onların səhhətlərinin qorunması və möhkəmləndirilməsi, həmçinin döyüş və ictimai hazırlığının yüksəldilməsi ən mühüm şərtlərdəndir.
Buna görə də hərbi hissə komandirləri, maddi-texniki təminat bölmə rəisləri və ərzaq xidməti rəisləri şəxsi heyətin keyfiyyətli, tam dəyərli, dadlı və müxtəlif çeşidli yeməklərlə qidalanmasının təmin edilməsinə daim qayğı göstərirlər.
Hərbi qulluqçuların ərzaq payı normaları Nazirlər Kabinetinin 8 yanvar 2013-cu il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilib.
Ərzaq payı normaları əsas və quru ərzaq paylarına bölünür.
Əsas ərzaq payı normalarına ümumqoşun ərzaq payı norması, dənizçi heyəti üçün ərzaq payı norması, uçuş heyəti üçün ərzaq payı norması, müalicə ərzaq payı norması və kursant ərzaq payı norması daxildir.
Hərbi lisey kursantları üçün ərzaq payı normasına xüsusi təyinatlı dəstələrinin ərzaq payı norması, kəşfiyyat qrupları üçün ərzaq payı norması, ümumqoşun quru ərzaq payı normaları daxildir.
Əsas ərzaq payı normalarından başqa müxtəlif xüsusi şəraitlərdə xidmət edən hərbi qulluqçulara müxtəlif əlavə ərzaqlar verilir.
Əsas ərzaq payı normasına əlavə ərzaqların verilməsi hərbi qulluqçuların müxtəlif iqlim, ərazi və çətin xidmətlə bağlı şəraitlərdə enerjisini daha da çoxlu miqdarda itirməsi ilə əlaqələndirilir”.
Nazirlikdən qeyd edilib ki, adi şəraitdə xidmət edən hərbi qulluqçuların ərzaq payı normalarının enerji dəyəri ümumqoşun ərzaq payı norması üzrə gündəlik 4 000-4 100 kkal, dənizçi heyəti üçün ərzaq payı norması üzrə gündəlik 4 035-4 120 kkal, uçuş heyəti üçün ərzaq payı norması üzrə gündəlik 4 385-4 450 kkal, müalicə ə...
“2013-cü ildən etibarən milli yeməklər hərbi qulluqçuların qida rasionuna daxil edilib.
Yemək menyuları tərtib olunarkən şəxsi heyətin fikirləri nəzərə alınmaqla müxtəlif çeşidli dolmalar (kələm, badımcan, pomidor, bibər), küftə-bozbaş, parça-bozbaş, düşbərə, səbzi plov, dovğa və digər milli yeməklərin bişirilməsinə üstünlük verilir.
Yüksək dağ şəraitində yerləşən və döyüş növbətçiliyi aparan bölmələrin şəxsi heyəti üçün yay mövsümündə 4,5 litr (2 litr içmək üçün və 2,5 litr yeməklərin hazırlanması üçün), qış vaxtı isə 3,5 litr (1 litr içmək üçün və 2,5 litr yeməklərin hazırlanması üçün) iç qablaşdırılmış su təminat normalarına daxil edilib”, - məl...
Ərzaq növlərinin çeşidləri 50 növdən 125 növə çatdırılıb"Nazirlikdən, həmçinin qeyd edilib ki, iş günü hesab olunmayan bayram günlərində normanın dəyərinin 30 faizi həcmində əlavə ərzaq payı verilir:""“Hərbi hissələrin təhlükəli, əlverişsiz, yüksək dağlıq şəraitində yerləşən bölmələrinin şəxsi heyəti üçün uzunmüddətli ...
Belə ki, tez bir zamanda yeməklərin hazırlanmasını asanlaşdırmaq və şəxsi heyəti çeşidli yeməklə təmin etmək məqsədilə müxtəlif çeşidli dolmalar (kələm, badımcan, pomidor, bibər, qarışıq dolma), küftə, tas kabab, ətli noxud, ətli lobya, ətli yaşıl lobya və mərcimək şorbası konservləşdirilmiş halda şəxsi heyətin qidalan...
Şəxsi heyətin qidalanmasının yaxşılaşdırılması məqsədilə ərzaq növlərinin çeşidləri artırılaraq 50 növ ərzaqdan 125 növ ərzağa çatdırılıb.
Yeni inşa edilən yeməkxanalarda şəxsi heyət üçün isti çörəyin və müxtəlif çeşiddə şirniyyat məmulatlarının hazırlanması üçün çörəkbişirmə sexləri nəzərdə tutulub.
Həmin sexlərdə tələbata uyğun olaraq isti çörək və şirniyyat məmulatları olaraq müxtəlif çeşidli bulkalar bişirilərək şəxsi heyətin qidalanmasına daxil edilir.
Hazırda Azərbaycan Ordusunun hərbi hissələrində müasir tələblərə cavab verən yeməkxanalar və ərzaq anbarlarının inşası davam etdirilir.
Yeməklərin keyfiyyətinin və çeşidliliyinin artırılması, eləcə də şəxsi heyətə milli, dadlı xörəklərin hazırlanmasının təmin edilməsi məqsədilə əsgər aşpaz heyəti peşəkar mülki aşpaz heyəti ilə əvəz olunub”.
Qurumun mətbuat xidmətinin məlumatına görə, şəxsi heyətin mənəvi-psixoloji durumu öyrənilən zaman məlum olub ki, qidalanma zamanı əsgərlər tərəfindən milli yeməklərə üstünlük verilir:""“Bu da çox müsbət qarşılanır.
Bu səbəbdən sovet ordusunun dövründə olan buğda yarması, darı, arpa, yulaf kimi ərzaq növləri əsas normadan çıxarılaraq, milli yeməklərimiz olan küftə, parça-bozbaş, qarışıq dolma, düşbərə, müxtəlif çeşidli plov və digər milli yeməklərlə əvəz olunub.
Azərbaycan Ordusunda şəxsi heyətin qidalanması və gündəlik normanın çatdırılması daimi olaraq nəzarətdə saxlanılır.
Şəxsi heyətin təzə ərzaq məhsulları ilə təmin edilməsi üçün əlavə olaraq zəruri tədbirlər həyata keçirilir.
Bundan başqa, uzun müddətdir ki, döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədi ilə Azərbaycan Ordusunda hərbi qulluqçular təsərrüfat işlərinin görülməsi və yeməklərin hazırlanması kimi işlərdən azad edilib”.
Daxili Qoşunlarda qidalanma necədir?
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, Daxili Qoşunlarda şəxsi heyətin normaya uyğun, keyfiyyətli qidalanması diqqət mərkəzindədir.
“DİN-in Daxili Qoşunlarının hərbi hissələrinin əsgər yeməkxanalarının fəaliyyəti normativlərə uyğun təşkil olunur.
Hərbi hissə komandanlığının xüsusi nəzarətində olan əsgər yeməkxanalarında hazırlanan qidanın keyfiyyəti, eləcə də buradakı səliqə-sahmana və gigiyenik qaydalara ciddi əməl edilir.
Qidaların hazırlanması və rasiona uyğun təşkili ilə xüsusi hazırlığı ilə seçilən mülki işçi heyəti məşğul olur.
Hərbi hissələrdə şəxsi heyətinin qida rasionunda milli mətbəxə üstünlük verilir.
Belə ki, şəxsi heyətin qidalanması müvafiq əmrin tələbləri əsasında təşkil olunur.
Həftə ərzində hərbi qulluqçular normativlə müəyyən olunan qida ilə təmin edilir.
Xüsusilə qida rasionuna birinci xörək yarmalı şorba, lobya şorbası, kələm borşu, düyü şorbası, noxud şorbası, küftə bozbaş, ikinci xörək olaraq isə qarabaşaq - mal əti ilə, makaron - mal əti ilə, plov - mal əti ilə, kartof əzməsi - mal əti ilə, kartof əzməsi - mal əti konservi ilə, kələm dolması, mal əti sousu və s.dax...
Bununla yanaşı, gündəlik olaraq mövsümi salatlar və meyvə şirələri də verilir”, - deyə məlumatda qeyd olunub.
Bəzi ölkələrdə hərbi qulluqçulara spirtli içkilər verilir"Hərbi ekspert Tərlan Eyvazov bildirib ki, Azərbaycan Silahlı qüvvələrinin hərbi qulluqçuları müstəqilliyin ilk illərində keçmiş Sovet İttifaqı qaydaları ilə qidalanırdılar.
“Son dövrlər orduda hərbi qulluqçuların qidalanmasında yeniliklər edilib.
Hazırda daha çox milli mətbəxə üstünlük verilir.
Bu proses 10 il əvvəl başlayıb.
Hərbi hissələrdə əvvəllər əsgər əməyinə əsaslanan təsərrüfat işlərinə, hərbi qulluqçuların gündəlik yeməklərinin hazırlanmasına mülki işçilər, qadın aşpazlar cəlb olunublar.