Search is not available for this dataset
text
stringlengths
10
518k
Qara Qarayev 1950-ci ildən 1953-cü ilə qədər Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışıb.
1952-ci ildə Sülh uğrunda Müdafiə Komitəsinin üzvü seçilib, 1953-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri təyin olunub.
Həmin ildə Ümumittifaq Sülh həmrəyliyi tərəfdarlarının IV konfransının nümayəndəsi seçilib və Leninqrad Dövlət Kiçik (“Malıy”) opera teatrında “Yeddi gözəl” baletinin ilk tamaşası qoyulub.
O, 1954-cü ildən 1982-ci ilə qədər SSRİ Lenin və Dövlət mükafatları komitəsinin üzvü, 1955-ci ildən 1976-cı ilə qədər SSRİ Ali Sovetinin IV-IX çağırış deputatı olub.
1956-cı ildən 1973-cü ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi olaraq fəaliyyət göstərib, 1956-cı ildə Azərbaycan Bəstəkarlarının I qurultayına nümayəndə, 1957-ci ildə SSRİ Kinematoqrafiya İşçiləri İttifaqının üzvü seçilib.
Həmin ildə “Don Kixot” filminə musiqi bəstələyib.
1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Həmin ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasının professoru olub.
Moskvada Azərbaycan incəsənət dekadasının iştirakçısı olub.
Çexoslovakiyada “Yeddi gözəl” baletinin premyerasında iştirak edib.
1963-cü ildə “Yeddi gözəl” baleti Birləşmiş Ərəb Əmirliklərində və CAR-da səhnəyə qoyulub.
Qara Qarayevin yaradıcılığında Vətən mövzusu bir sıra əsərlərin özəyini təşkil edib.
İkinci simfoniya, Cövdət Hacıyevlə yazdığı “Vətən” operası, “Ürək mahnısı” kantatası, “Səadət mahnısı”, “Azərbaycan” süitası belə əsərlərdəndir.
Qara Qarayev Tatyana Neçayeva ilə ailə həyatı qurub və bu cütlükdən Fərəc adlı oğlu və Züleyxa adlı qızı dünyaya gəlib.
O, öz həyat yoldaşını çox sevib, başa düşüb və etibar edib.
Həyat yoldaşına həsr olunmuş yeganə musiqi əsəri - “Prelüdiya lya major”u Qarayev yuxuda eşidib, səhər isə qələmə alaraq Tatyanaya təqdim edib.
1982-ci il mayın 13-də Moskva şəhərində vəfat edib, Bakıda Fəxri xiyabanda dəfn olunub.
1982-ci ildə Azərbaycan Dövlət Kamera Orkestrinə bəstəkarın adı verilib, 1984-cü ildə “Bəstəkar Qara Qarayev” gəmisi dənizə buraxılıb, 1989-cu ildə səkkizillik orta musiqi məktəbinə Qara Qarayevin adı verilib.
1991-ci ildə Bakı şəhərində metronun “Avrora” stansiyasının adı dəyişdirilərək bəstəkarın xatirəsinə “Qara Qarayev” adlandırılıb.
Həmin ildə Bakı şəhərinin küçələrindən birinə Qara Qarayevin adı verilib.
1998-ci ildə “Qara Qarayev” poçt markası buraxılıb.
2007-ci ildə Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı keçirilib.
TÜRKSOY 2018-ci ili “Qara Qarayev İli” elan edib.
2018-ci il oktyabrın 1-də Bakının Nizami küçəsində yerləşən ev-muzeyinin açılış mərasimi olub.
Yanvar ayında birjalarda kakao paxlasının qiyməti tarixi maksimuma çatıb.
2023-cü ilin əvvəli ilə müqayisədə füçerslər 60-70% bahalaşıb.
Dünya birjalarında kakao paxlasının qiymətinin rekord dərəcədə artması tünd şokolad qıtlığı yarada bilər.
İstehsalçılar şokolad məhsullarının qiymətlərinin 60-70% arta biləcəyi barədə xəbərdarlıq edirlər.
Bu, Afrika ölkələrində iqlim dəyişikliyi fonunda məhsul azlığı səbəbindən xammalın qiymətinin kəskin artması ilə bağlıdır.
Mənfəəti qorumaq üçün istehsalçılar kakao yağını daha ucuz yağlarla əvəz etməklə keyfiyyətə qənaət edə bilərlər.
Qeyd olunub ki, şokoladın tərkibindəki kakaonun faizini də azaltmaq mümkündür.
Sumqayıtda 67 yaşlı kişinin spirtli içkidən zəhərlənərək öldüyü bildirilib.
Söhbət Corat qəsəbə sakini, 1957-ci il təvəllüdlü Adil Əliyevdən gedir.
Məlumata görə o, ötən axşam komaya düşüb və xəstəxanaya yerləşdirilib.
Elə tibb müəssisəsində də ölüb.
Məsələni dəqiqləşdirmək üçün TƏBİB-lə əlaqə saxlanılıb.
TƏBİB-dən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, 1957-ci il təvəllüdlü (kişi cinsli) şəxs 04.02.2024-cü il tarixində saat 19 radələrində ağır vəziyyətdə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
O, alkoqol zəhərlənməsi diaqnozu ilə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Aparılan müalicə tədbirlərinə baxmayaraq, saat 19:40-da dünyasını dəyişib.
Məlumatda bildirilib ki, şəxsin qəbul etdiyi içki saxta olub və elə bu səbəbdən də komaya düşüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Şərur Rayon Məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş Düdəngə kənd icra nümayəndəsi Mübariz Quliyevə hökm oxunub.
“Qafqazinfo” xəbər verir ki, məhkəmə M.Quliyevə Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə bəraət verib.
Bildirilib ki, kənddə yerləşən mədəniyyət evinin metodisti G.Əhmədova icra nümayəndəsinin onu təhqir etdiyini və prinsip apardığını iddia edərək məhkəməyə müraciət edib.
Lakin məhkəmə araşdırması zamanı ittihamlar sübuta yetirilməyib.
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) 11 fevral 2024-cü il tarixində keçiriləcək.
Bakalavrlar “İmtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı çap etmək üçün bu linkə daxil olmalıdırlar.
Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.
Tərtər rayonunda heyvan otaran zaman piyada əleyhinə minaya düşən Azər Məmmədovun sol ayağı amputasiya edilib.
A.Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra Bərdə rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Burada onun sol ayağı amputasiya edilib.
Məlumata görə, A.Məmmədov bir müddətdir fərdi təsərrüfatında xırdabuynuzlu heyvanların saxlanılması ilə məşğul olur.
Hadisə də işğaldan azad edilən Göyarx kəndi ərazisində otlaq sahəsində qoyunları otararkən baş verib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
12:36"Fevralın 5-də saat 11:45 radələrində Tərtər rayonu Həsənqaya kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, 1966-ci il təvəllüdlü Azər Əhməd oğlu Məmmədov heyvan otararkən minaya düşüb.
Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.
12:10"Tərtərdə heyvan otaran şəxs minaya düşüb, araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, fevralın 5-də saat 11 radələrində Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlunun sol ayağından xəsarət alması barədə rayon prokurorluğ...
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
İrəvanda baş verən partlayışdan sonra dağıntılar altından iki vətəndaşın - bir kişi və bir qadının cəsədi tapılıb.
Bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sarkisyan xəbər verib.
Yerli media ölənlərin ər-arvad ola biləcəyini ehtimal edib.
Sarkisyan isə hələlik bu barədə dəqiq məlumat olmadığını bildirib.
Axtarış-xilasetmə işləri davam etdirilir.
Sosial şəbəkələrdə partlayışın baş verdiyi anın görüntüləri yayılıb.
12:24"İrəvanın Erebuni rayonunda güclü partlayış baş verib.
Qeyd olunur ki, partlayış nəticəsində insanlar dağıntılar altında qalıblar.
İlkin məlumatlara görə, hadisə yaşayış binasında qeydə alınıb.
Sosial şəbəkə istifadəçiləri isə partlayışın çörək sexində baş verdiyini qeyd ediblər.
Vətəndaşlar paytaxtın Xətai rayonunda yerləşən 7 saylı şəhər poliklinikasının xidmət keyfiyyətindən narazıdırlar.
Bu barədə Oxu.Az-a vətəndaşlar tərəfindən ünvanlanan şikayətdə qeyd edilib.
Vətəndaşlar iddia edirlər ki, ən böyük problemlərdən biri TƏBİB sisteminin işləməməsidir:""“Xəstələr həkim qəbuluna yazılmaq üçün bəzən saatlarla gözləməli olurlar.
Dəfələrlə qaynar xəttə yığıb şikayət etmişik, amma sistemin işləməməsi səbəbindən problem öz həllini tapmır.
Qeyd edim ki, bu hal digər poliklinikalarda da müşahidə olunur.
Bundan başqa rentgen və USM aparatlarının normal işləməməsi də xəstələrdə narazılıq yaradır.
Bəzən günlərlə USM, bəzən də rentgen aparatı işləmir.
Vətəndaşa da rahat şəkildə “aparat işləmir, başqa yerə gedin” deyə bildirirlər”.
Məsələ ilə bağlı TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 7 nömrəli Şəhər Poliklinikasına müraciətlər xəstəxana məlumatlarının idarəetmə sistemi üzərindən elektron qaydada qeydə alınır:""“Xəstəxana məlumatlarının ...
Proqram təminatını uğurla tətbiq edə bilmək üçün vaxtaşırı təkmilləşdirilmə işlərinə zərurət yaranır.
Digər dövlət qurumlarının sistemində təkmilləşmə işləri aparıldığı zaman bir müddətlik sözügedən sistemdə də ləngimələr qeydə alınır.
Lakin bu uzunmüddətli və daimi xarakterli deyil.
Hazırda hər hansı çətinlik müşahidə olunmur.
Ultrasəs müayinəsi (USM) həkimi səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında bir neçə gün işdə olmayıb.
Müəssisənin rentgen cihazında yaranan texniki nasazlıq aradan qaldırılıb.
Hazırda USM aparatı və rentgen cihazı vətəndaşlara xidmət üçün tam işlək vəziyyətdədir”.
Ermənistandan Azərbaycana keçmək istəyərkən saxlanılan Çex Respublikasının vətəndaşı ilə bağlı araşdırma davam edir.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat araşdırmalarını Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) aparır.
Daha əvvəl yayılan məlumata əsasən, onun saxlanılması barədə Çex Respublikasının Azərbaycandakı səfirliyinə məlumat verilib.
Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi, Xocalı şəhəri də böyük tikinti meydançasını xatırladır.
Bir zamanlar yurdlarından didərgin düşən Xocalı sakinlərinin bu il doğma şəhərlərinə qayıtmaları üçün geniş bərpa-quruculuq işləri həyata keçirilir.
“Bakı Abadlıq Xidməti” MMC-nin memarı Elnur Abdullayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda Xocalı şəhərinin ərazisində 283 fərdi evdə əsaslı bərpa-quruculuq işləri görülür.
Fərdi evlərlə yanaşı, şəhərin infrastrukturu da yenidən qurulur.
Artıq rabitə, elektrik, içməli su, kanalizasiya və digər daşıyıcı xətlərin çəkilişi yekunlaşıb, ev birləşmələri işi aparılır.
Şəhər ərazisinin məişət tullantılarından və yabanı bitkilərdən təmizlənməsi, abadlaşdırma və yaşıllaşdırma prosesi də davam edir.