Search is not available for this dataset
text
stringlengths
10
518k
Bakının Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən Zığ gölü ətrafında acınacaqlı ekoloji vəziyyət hökm sürür.
Durumu əks etdirən görüntüləri bloqer Anar Əliyev paylaşmışdı.
Bununla bağlı Oxu.Az-ın sualını cavablandıran Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, Zığ gölünün ətrafının abadlaşdırılması ilə bağlı layihə hazırdır və təhlil mərhələsindədir.
“Zığ gölünün reabilitasiyası, təmizlənməsi və ətrafının abadlaşdırılması ilə bağlı layihə işlənilib və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumunda ekspertizadan keçirilib.
Hazırda sözügedən layihə təhlil olunma mərhələsindədir.
Bununla bağlı yekun qərar verildikdən sonra işlərə başlanılacaq və ictimaiyyətə məlumat veriləcək”, - deyə İ.İbrahimova qeyd edib.
122 saylı Xankəndi seçki dairəsinin Xankəndi şəhərində yaradılmış 14 saylı seçki məntəqəsi zəruri texniki vasitə və metodiki vəsaitlərlə təmin olunub, seçici siyahıları və məlumat lövhələri asılıb.
Secki-2024.az saytı xəbər verir ki, seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub.
Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib.
Seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlərin paylanması işi başa çatdırılıb.
Seçki məntəqəsinə bülletenlər gətirilib.
Məntəqə prezident seçkisinin keçirilməsi üçün tam hazırdır.
Ər-Riyadda nəşr olunan “Əl Cəzirə” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkisi haqqında məqaləsi dərc olunub.
Secki-2024.az saytı xəbər verir ki, məqalədə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusuna qarşı başlatdığı və 44 gün davam edən müharibədə Qələbəsi və ötən il aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində işğal altında olan Xankəndində Azərbaycan Bayrağının dalğa...
Müəllif yazır ki, prezident seçkisində 7 namizəd, o cümlədən müxalifətin nümayəndələri iştirak edəcəklər.
Yazıda diqqətə çatdırılır ki, Azərbaycan Xarici İşlər Nazirliyi prezident seçkisinə hazırlıqla bağlı səfirliklərə plan təqdim edib və ölkə hüdudlarından kənarda yaşayan vətəndaşların səsvermə hüququnun təmin edilməsi üçün lazımi tədbirlər görülüb.
Belə ki, Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən 18 yaşına çatmış, ölkədən kənarda yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan vətəndaşların adlarının olduğu seçici siyahıları hazırlanıb və Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
Məqalənin sonunda vurğulanıb:“Prezident seçkisi Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində, onun ərazi bütövlüyü və suverenliyinin tam təmin edildiyi şəraitdə keçiriləcək”.
“Təbii ki, bəzi çatışmazlıqlar və bizi məyus edən idmançılar var.
Federasiyanın onlara göstərdiyi etimadı tam doğrultmurlar”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu deyib.
Funksioner yığma üzvlərinin Portuqaliyadakı Qran-pri və Fransadakı “Böyük Dəbilqə”dəki çıxışlarına toxunub:""“Bizim üçün ilin əsas yarışı Paris-2024 Yay Olimpiya Oyunlarıdır.
Hazırda bütün hazırlıqlar ora yönəldilib.
İlin əvvəlidir, bəzi idmançılarımız yaxşı formada deyillər.
Bu, nəticələrdə də sözünü deyir.
Portuqaliya Qran-prisinin və Parisdəki “Böyük Dəbilqə”nin nəticəsinə baxanda hesab edirik ki, komanda plana uyğun olaraq yaxşı nəticə göstərir.
Bəzi çəki dərəcələrində idmançılar onlardan çoxdan gözlənilən performansı göstərməyə başlayıblar.
Parisdə iki gümüş medalımız oldu.
“Böyük Dəbilqə” və digərləri elə də önəmli deyil.
Hazırlıq prosesinin düzgün getməsi, zədənin olmaması bizim üçün önəmlidir.
Baş katib fevralın 16-18-də Bakıda keçiriləcək “Böyük Dəbilqə”nin də onlar üçün vacib olduğunu diqqətə çatdırıb:""“Mayda dünya çempionatı gerçəkləşəcək.
Bakıdakı turnir bir növ hazırlıq yarışı olacaq.
Hazırda nəticədən çox hazırlıq prosesinin düzgün getməsinə önəm veririk”.
R.Rəsullu Yay Olimpiya Oyunları üçün seçim sənədlərinin olduğunu xatırladıb:""“İlk növbədə reytinq önəmlidir.
Həmin vaxtda kimin formada olmasına da önəm veriləcək.
73, 100 və +100 kq-dan başqa digər çəkilərdə daxili rəqabət güclüdür.
Sonda məşqçilər heyəti öz fikrini bildirəcək, sonra federasiya rəhbərliyi ilə qərar verəcəyik.
Digər çəkilərlə bağlı qərarı maydakı dünya çempionatından sonra verəcəyik”.
Türkiyədə 2023-cü ilin 6 fevralında baş vermiş güclü zəlzələ nəticəsində ən çox zərər çəkmiş şəhərlərdən biri də Osmaniyədir.
Hazırda zəlzələdən əvvəl minlərlə insanın yaşadığı küçələrin boş olduğu, qəzalı vəziyyətə düşmüş binaların isə sakinlər tərəfindən tərk edildiyi görünür.
Türkiyədə “əsrin fəlakət”indən dörd gün sonra dağıntılar altından çıxarılanda su içmək təklifinə “hələ müayinə olunmamışam” cavabı ilə hər kəsi güldürməyi bacaran Hazal arzusunu açıqlayıb.
O, çox sevdiyi müəlliməsinin yolunu davam etdirmək istədiyini deyib.
Qeyd edək ki, böyük faciədən bir il sonra qızcığaz artıq yeni şəraitə adaptasiya olmağa başlayıb:mahnılar oxuyur, musiqi alətlərində ifa edir, muncuqlardan bilərziklər düzəldir.
Qeyd edək ki, ötən il fevralın 6-da Hatayda baş verən dəhşətli zəlzələ zamanı Hazal anası və iki qardaşı ilə birlikdə günlərlə dağıntılar altında qalmışdı (atası işlə əlaqədar xarici ölkədə olub).
Anasının qucağında həyat mübarizəsi aparan uşaq 72 saat sonra axtarış-xilasetmə qrupları tərəfindən tapılmışdı.
Qızcığazı xilas edən heyət ondan su istəyib-istəmədiyini soruşub.
“Yox istəmirəm, hələ müayinədən keçməmişəm”, - deyən Hazalın cavabı isə hər kəsi təəccübləndirib.
Həmin faciədə o, özündən böyük qardaşı Ahmet Efeni itirsə də, anası və digər böyük qardaşı Cihanla xilas edilib.
Ailə hazırda Mersinin Tarsus rayonunda məskunlaşıb.
Çex Xarici İşlər Nazirliyi vətəndaşının Ermənistandan Azərbaycana keçmək istəyərkən saxlanılması faktını təsdiqləyib.
Bununla bağlı Çexiya XİN rəsmisi Mariana Vernerova açıqlama verib.
Vernerovanın sözlərinə görə, buna səbəb kimi onun sərhədi qanunsuz keçmək istəməsi göstərilib.
O bildirib ki, həmin şəxs ailəsi ilə danışıb.
13:51"Ermənistandan Azərbaycana keçmək istəyərkən saxlanılan Çex Respublikasının vətəndaşı barədə bu ölkənin Azərbaycandakı səfirliyi danışmaqdan imtina edib.
Xatırladaq ki, fevralın 3-də Çex Respublikasının vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub və hərbçilər tərəfindən saxlanılıb.
Elə həmin gün müvafiq məlumat Çex Respublikasının Azərbaycandakı konsulluğuna göndərilib.
Hazırda faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmaları davam edir.
Terror aktları törətmək məqsədilə Ukraynanın Odessa şəhərindən Voronejə (Rusiya) göndərilən partlayıcı maddələr Gürcüstanda saxlanılıb.
Bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətindən bildirilib.
Məlumata görə, partlayıcı maddələrin daşınmasında Gürcüstan, Ukrayna və Ermənistan vətəndaşları iştirak ediblər.
Yük yanvarın 19-da ölkə ərazisinə çatdırılıb.
Bir detonator və altı xüsusi açar olan partlayıcının ümumi çəkisi 14 kq olub.
Maddələrin daşınmasının təşkilatçılarının Gürcüstanda da terror aktları törətməyi planlaşdırdıqları istisna edilməyib.
Bakıda milli komandalar arasında keçiriləcək futbol üzrə beynəlxalq turnirin təqvimi dəqiqləşib.
Oxu.Az xəbər verir ki, FIFA-nın təşkilatçılığı ilə fərqli konfederasiyalardan olan yığmaların iştirakı ilə baş tutacaq mini-turnirdə 4 komanda hərəsi iki oyun keçirəcək.
Matçlar martın 22-də və 25-də gerçəkləşəcək.
Azərbaycan yığması ilk oyununu Bolqarıstana, ikinci görüşünü isə Monqolustana qarşı keçirəcək.
Yoldaşlıq görüşü xarakteri daşıdığından, heç bir komanda qalib elan olunmayacaq və mükafat almayacaq.
Qarşılaşmaların hansı stadionda keçiriləcəyi və başlama saatı hələlik bəlli deyil.
22 mart"Azərbaycan - Bolqarıstan"Tanzaniya - Monqolustan"25 mart"Azərbaycan - Monqolustan"Tanzaniya - Bolqarıstan
“Özbaşına tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün işçi qrupu yaradılıb”.
Bunu ötən gün Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev Oxu.Az-a açıqlamasında bildirib.
O, mühafizə zonaları ilə bağlı bütün məlumatların toplanıldığını vurğulayıb:""“Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüzminlərlədir.
Bəzi hallar var ki, əvvəllər bir boru xəttinin keçdiyi ərazi mühafizə zonası olub, sonradan həmin boru xətti istismardan çıxarılıb.
Belə olduqda məlumatlara düzəlişlər edirik”, - deyə M.Eynullayev əlavə edib.
Bəs görəsən, işçi qrupu prosesi hansı şəkildə tənzimləyəcək?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakı və Abşeron ərazisində 100 minlərlə çıxarış ala bilməyən fərdi həyət evləri və torpaq sahələri olduğunu bildirib:"""“Sənədsiz fərdi həyət evləri və torpaq sahələrinin bir hissəsi sovetlər dövründən qalıb, digər hissəsi isə 1990-c...
Tikililərin və yaxud torpaq sahələrinin hər birinin hansısa rəsmi dövlət qurumu tərəfindən verilmiş sənədləri var.
Bir vaxtlar kolxoz və sovxozlar tərəfindən torpaq sahələri ayrılırdı.
Əvvəlcə rayon icra hakimiyyətləri, daha sonra isə 2007-ci ilə qədər bələdiyyələr tərəfindən vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələri ayrılırdı.
Hansı torpaqlara çıxarışın alınması mümkün oldusa, zamanında vətəndaşlar çıxarış aldılar.
Bəzi torpaqlara isə çıxarış almaq mümkün olmadı, bu günə qədər vəziyyət dəyişməyib.
Sənədsiz evlər indi də yetəri qədərdir.
Artıq sənədləşmə ilə bağlı mesaj verilib.
Düşünürəm ki, yaxın gələcəkdə bu proses yenidən başlayacaq”.
Ekspert sənədsiz tikililərlə bağlı problemlərin həddindən artıq çox olduğunu vurğulayıb:""“İşçi qrupunun yaradılmasında əsas məram torpaqların təyinatının müəyyən olunmasıdır.
Bəzi ərazilər var ki, artıq orada yaşayış massivləri salınıb, avtobus xətləri işləyir, orta məktəblər və uşaq bağçaları tikilib, avtomobil yolları çəkilib, küçə adları, mənzil ünvanları verilib.
Bu tip torpaqların təyinatı artıq müəyyən olunmalıdır.
Bir çox ərazilər var ki, bir zamanlar oradan neft boruları, elektrik naqilləri keçirdi, hazırda isə onların bəziləri artıq fəaliyyət göstərmir.
Təbii ki, onlar balansdan çıxarılacaq və torpaqların təyinatı dəyişdirilərək yaşayış məntəqələrinə çevriləcək.
Yəni tikililərə çıxarışın verilməsi üçün öncə torpaqların təyinatı müəyyən olunmalıdır.
Daha sonra torpağın çıxarışı olduqdan sonra tikililərə çıxarışın təyinatına uyğun sənəd verilməlidir”.
“Qadağan olunmuş ərazilərdə tikilmiş əmlaklar var.
Düşünürəm ki, həmin əmlaklara çıxarışların verilməsi mümkün olmayacaq.
Daha çox dəmiryol xətlərinin yaxın məsafəsində tikilən evləri misal gətirmək olar.
Bununla yanaşı, Abşeron ərazisində dağların üzərində də yaşayış evləri tikilib.
Vulkanların ən çox Abşeron ərazisində olduğunu nəzərə alsaq, həmin ərazidəki evlər də təhlükə saçır.
Bu problemlər həll olunmadan həmin ərazilərə çıxarışların verilməsi mümkünsüzdür.
Öncə torpaqların təyinatının bəlli olması, tikililərin tikinti normativlərinə uyğunluğunun yoxlanılması vacibdir.
Bu tip məsələlər həll olunduqdan sonra artıq çıxarışların verilməsinə başlanıla bilər”, - deyə E.Fərzəliyev əlavə edib.