Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
İndi bəzi qadınlar kişilərlə cütlük kimi yox, eynicinsli, tərəf müqabili kimi rəqs edirlər. |
Qadınların zərif süzmə hərəkətləri kişivari tullanma hərəkətləri ilə əvəz olunub. |
Azərbaycan rəqsinin qadınlarda incəliyi, zərifliyi, kişilərdə şuxluğu, şücaəti əks etdirdiyi üçün yad elementlər rəqsin keyfiyyətini, milliliyini, ən əsası - estetikliyini itirir. |
Azərbaycan Dövlət Rəqs Ansamblının baletmeysteri, Əməkdar artist Xanlar Bəşirov mövzu ilə bağlı Bizim.media-ya danışaraq illər əvvəl bundan narahat olduğunu deyib:""“Bu ürəyimizi ağrıdan mövzudur. |
İllər əvvəl həmkarlarım qızlara oğlan hərəkətləri göstərməyə başlayanda dedim ki, “siz böyük səhv edirsiniz. |
Bu, gələcəkdə bizim qızların oğlan rəqslərinə meyil salmasına, oğlan kimi rəqs etməsinə gətirib çıxaracaq”, elə də oldu. |
El şənliklərində qədimdə hər kəsin öz havası olardı, çıxıb öz ürəyinə yatan, sümüyünə düşən musiqiyə çox gözəl rəqs edərdi. |
Amma indi aləm qarışıb bir-birinə. |
Bizim ritmlərdən uzaqlaşıblar, daha çox fars, hind ritmlərindən istifadə edirlər. |
Bizim milli rəqslərimizlə bağlı ürəyimizi ağrıdan məsələlər çoxdur, niyə bizim toylarda xalq rəqslərimiz çox az çalınır, onlardan daha çox ermənilər, gürcülər istifadə edir, nəinki özümüz? |
!”"Rəqqas Azərbaycan milli rəqsinin zənginliyindən söz açaraq ona ögey münasibətdən gileylənib:""“Sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin 38 illik tədqiqatı nəticəsində “Azərbaycan qədim rəqs havaları” kitabı var. |
Kitabda 452 xalq rəqslərimiz nota alınıb, izahı yazılıb, 100-dən çox yallı növü var. |
Bunlar hələ qədim xalq rəqslərimizdir, bəstəkarlar sonradan musiqilərimiz əsasında nə qədər rəqslər bəstələyib, onu demirəm. |
Dünyanın heç bir xalqının bu qədər xalq rəqsi yoxdur, Qafqazda ən zəngin ritm də bizdədir. |
Rəqs sənəti bizim milli sərvətimizdir, özündə bir neçə milli elementi birləşdirir. |
Musiqi, folklor, milli geyim, rəqs dili ilə tariximizi əks etdirir”. |
Əməkdar artist rəqqaslıq peşəsinin çətinliklərini də qeyd edib:""“Bizim sənətə olan münasibət dəyişilməlidir. |
Peşəkar rəqqaslar olaraq, əvvəllər 20 ildən sonra təqaüdə çıxırdıq, 90-cı illərin axırlarından o bizim əlimizdən alınıb. |
Bu günə kimi biz də adi insanlar kimi təqaüdə gedirik, amma bu sənət gənclik, cavanlıq tələb edir, səhnədə 20 il, 40 yaşına qədər bacarıq göstərirsən, səhnəyə də bu yaraşır. |
Amma o müddətdən sonra rəqs etmək düzgün deyil. |
Biz burada məşq edirik, dünyaya mədəniyyətimizi rəqsin dili ilə tanıtmaq istəyirik, çıxıb tanıda bilmirik. |
Azərbaycan öz rəqsləri ilə dünya turuna çıxsa, bütün dünya bizim zəngin mədəniyyətimizi, necə istedadlı xalq olduğumuzu görəcək. |
Azərbaycan Dövlət Rəqs Ansamblının bu günə kimi məşq zalı yoxdur. |
Bizim ən azı üç dənə məşq zalımız olmalıdır. |
Ayrı-ayrı zallar olmalıdır, qızlar ayrı, oğlanlar ayrı, solo hissələr ayrı məşq edilməlidir. |
Biz birillik işi üç ilə görürük”. |
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətin istefası haqqında fərman imzalayıb. |
Fərmana əsasən, hazırkı vəziyyətdə Roman Sklyar Qazaxıstanın baş nazirinin səlahiyyətlərini icra edəcək. |
Məlumata görə, Nazirlər Kabinetinin istefasından sonra nazirlər yeni hökumətin təsdiqinə qədər öz vəzifələrini icra edəcəklər. |
“Xəzər hövzəsi ölkələrinin neft məhsullarının Avropa bazarına tədarükü üçün nəzərdə tutulan “Brodı-Plotsk” boru kəmərinin tikintisi yalnız Rusiya-Ukrayna müharibəsindən sonra başlaya bilər”. |
Onun sözlərinə görə, artıq bu, Ukraynanın bərpası Proqramına daxil edilib:""“Təbii ki, bu layihənin reallaşdırılmasında yaranan fasilə məcburi olub. |
“Sarmatiya”nın səhmdarlarından və iştirakçı dövlətlərdən heç biri bu layihədən imtina etməyib və etmir. |
Bizim təsisçilər şirkətin fəaliyyətinin davam etdirilməsi üçün dəstək göstərirlər. |
Bu da müvafiq qərar qəbul edilsə, Rusiya-Ukrayna müharibəsindən sonra bu layihənin reallaşması mərhələsinə başlamağa imkan verəcək”. |
O qeyd edib ki, artıq indidən bu proqramın hansı illəri əhatə edəcəyini söyləmək çox çətindir:""“Ancaq ümid edirik ki, bu layihə müharibə bitdikdən sonra reallaşdırılacaq. |
Ancaq sevindirici haldır ki, bizim layihə Ukraynanın bərpası Proqramına daxil edilib. |
Məhz bundan sonra beynəlxalq donorlar, həmçinin Avropa İttifaqı tərəfindən maliyyə dəstəyi almaq mümkün olacaq”. |
S.Skripka deyib ki, hazırda müəssisənin əsas işi boru kəmərinin tikintisi üçün ayrılmış ərazinin xüsusilə saxlamaqdır:""“Polşada boru kəmərinin tikintisi intensiv aparılır. |
Bununla bağlı ildə bir neçə dəfə “Sarmatia” boru kəmərinin keçdiyi ərazilərin də daxil olduğu marşrutun dəyişdirilməsi ilə bağlı keçirilən tədbirlərdə iştirak edir və bu ərazinin qorunub saxlanması üçün çalışır. |
Bu da layihənin gələcəkdə reallaşdırılmasına imkanlar verəcək”. |
Qeyd edək ki, 20 iyun 2023-cü ildə Avropa Komissiyası Ukraynanın bərpası, yenidən qurulması və modernləşdirilməsinə dəstək üçün yeni mexanizmin yaradılmasını təklif edib. |
Ukraynaya Dəstək Mexanizmi 2024-2027-ci illər üçün Ukraynaya əlaqələndirilmiş və proqnozlaşdırıla bilən dəstək verəcək ixtisaslaşmış maliyyə alətinə çevriləcək. |
Xatırladaq ki, Odessa Brodı-Adamova Zastava (Plotsk) neft kəmərinin tikintisi layihəsi Polşanın Baş naziri Donald Tusk ilə Ukraynanın Baş naziri Denis Şmıqal arasında yanvarın 22-də Polşa hökuməti başçısının Kiyevə rəsmi səfəri çərçivəsində baş tutan görüşün müzakirə mövzularından biri olub. |
Ukrayna hökuməti başçısının sözlərinə görə, Ukrayna və Polşa enerji sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdirlər. |
Ukraynanın Baş naziri iki ölkənin neft nəqli sistemlərini birləşdirəcək yeni boru kəmərinin tikintisi üzrə işə başlamağa hazır olduğunu açıqlayıb. |
O, həmçinin vurğulayıb ki, Brodı-Adamova Zastava kəməri Avro-Asiya Neft Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində yeni neft nəqli marşrutunun bir hissəsi ola bilər. |
Qeyd edək ki, “Sarmatia” Beynəlxalq Boru Kəməri Müəssisəsinin əsas iştirakçıları Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) (25,32% ), Gürcüstanın Georgian Oil and Gas Corporation Ltd (GOGC) (16,09%), Ukraynanın “Ukrtransnafta” (28,79%), Polşanın “Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn S.A.” (28,79%) v... |
Brodı-Plotsk neft boru kəməri bugünkü gün Avrasiya Neft nəqli dəhlizinin çatışmayan əsas və yeganə hissəsindən biridir. |
Bu layihənin reallaşdırılması nəticəsində Xəzər hövzəsi ölkələri öz neft məhsullarını Avropa bazarına çıxarmaq üçün əsas etibarlı marşrut əldə edəcəklər. |
Marşrutun uzunluğu 377 km təşkil edir ki, bu boru kəmərinin də 120 km məsafəsi Ukrayna, 257 km hissəsi isə Polşa ərazisində inşa ediləcək. |
“Azercell”in dəstək olduğu “WikiTeam for ICT” layihəsi çərçivəsində “Wikipedia”ya İKT ilə bağlı Azərbaycan dilində 600-dən çox məqalə daxil edilib. |
“Azercell Telekom” MMC, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birlikdə həyata keçirdiyi “WikiTeam for ICT” layihəsi yekunlaşıb. |
5 ay davam edən layihə çərçivəsində platformada Azərbaycanca İKT ilə bağlı 600-dən çox məqalə yerləşdirilib. |
Layihənin ilkin mərhələsində Azərbaycanda İKT üzrə şirkətlərin siyahısı hazırlanıb, daha sonra onların dəqiq fəaliyyət növü müəyyən edilərək, haqlarında dolğun məlumatlar bölgülər üzrə “Wikipedia” platformasında yerləşdirilib. |
Bu istiqamətdə “Wikipedia”da 4 dildə - Azərbaycan, türk, rus və ingilis dillərində kateqoriya və siyahılar yaradılıb. |
“WikiTeam for ICT” in əsas məqsədi “Wikipedia” platformasında İKT-yönümlü dövlət və özəl sektor iştirakçılarını bir araya gətirən ekosistemin qurulması idi.Layihə investor və şirkətlərin Azərbaycanın İKT ekosisteminə rahat çıxışının təmin olunması üçün mövcud sahədə faydalı kontentin yaradılması, internet resurslarında... |
Bu tip layihələr axtarış və süni intellekt sistemlərində Azərbaycanın İKT ekosisteminin əlçatanlığının təmin olunmasında mühüm rol oynayır. |
Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının müşahidə missiyası seçkiqabağı hazırlıq prosesini müsbət qiymətləndirib. |
Oxu.Az xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyevin MDB PA-nın müşahidə missiyasının rəhbəri, Qazaxıstan Senatının sədr müavini Jakip Asanovun rəhbərlik etdiyi, tərkibinə MDB PA Şurasının Baş katibi Dmitri Kobitskinin və digər rəsmi şəxslərin daxil olduqları nümayəndə heyəti ilə görüşündə bildirilib. |
Fevralın 7-nə təyin olunan növbədənkənar prezidenti seçkisinin tarixdə ilk dəfə ölkənin bütün suveren ərazisində keçiriləcəyini və xalq üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan baş prokuror seçkinin azad və demokratik şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən iş... |
Jakip Asanov, Dmitri Kobistki və digər görüş iştirakçıları müşahidə missiyasının Azərbaycanda olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq, seçkinin yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu və seçkiqabağı hazırlıq... |
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 33-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Zığ qəsəbəsində yerləşən evlərdən birindən 6 min manat dəyərində qızıl və 40 min manat dəyərində “Rolex” markalı qol saatı oğurlayan Qax rayon sakini, əvvəllər məhku... |
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. |
Həmin şəxsdən əlavə olaraq 405 qram narkotik vasitə marixuana da aşkar edilərək götürülüb. |
Həmçinin, Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı ümumilikdə 8 ədəd müvafiq sənədləri olmayan silah könüllü polisə təhvil verilib, müxtəlif şəxslərdən əməliyyat yolu ilə 2 ədəd odlu silah aşkar olunub, 14 fakt üzrə 3 kiloqram narkotik vasitə qanunsuz dövriyy... |
ABŞ İranyönümlü hərbi qruplara qarşı əməliyyatları genişləndirib. |
Birləşmiş Ştatların Mərkəzi Komandanlığı fevralın 3-də gecə saatlarında İraq və Suriya ərazilərində İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) və ona bağlı qüvvələrin 85-dən artıq hədəfinə 125-dən çox yüksək texnologiyalı mərmi ilə zərbə endirdiyini açıqlayıb. |
Bu, ABŞ-nin İordaniyadakı hərbi bazasına pilotsuz uçuş aparatları ilə hücuma cavab hesab olunur. |
Həmin hadisə nəticəsində ABŞ-nin 3 hərbçisi ölmüş, 40-ı yaralanmışdı. |
Bundan əvvəl Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, İordaniyada hərbi hissəyə hücumdan sonra İranla heç bir əlaqə qurulmayıb. |
ABŞ Ordusu Mərkəzi Komandanlığının rəhbəri Maykl Erik Kurila bildirib ki, Sepahın “Qüds” qanadı və onunla əlaqəli olan silahlı qruplar region, o cümlədən amerikalıların təhlükəsizliyinə birbaşa təhdiddir. |
Prezident Cozef Bayden isə söyləyib ki, ABŞ-nin İordaniyadakı bazasına hücumun cavabı davam edəcək, Vaşinqton Yaxın Şərqdə qarşıdurma axtarmasa da, bu cür hərəkətləri cavabsız qoymayacaq. |
Başqa sözlə Ağ ev “Amerikalıya zərər vurana cavab verəcəyik” prinsipinə əsasən, İraq və Suriya ərazisində əməliyyat keçirib. |
Yəməndə husi qiyamçılarına da zərbələr endiriləcəyi açıqlanıb. |
Birləşmiş Ştatlar Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan isə “NBC News”a müsahibəsində Vaşinqtonun Tehrana mümkün hücumu ilə bağlı sualı cavabsız qoyub. |
Aparıcı ABŞ hərbçilərinin İordaniyada öldürülməsinə cavab tədbiri olaraq İranın daxilinə mümkün zərbələrin endirilməsi ilə bağlı sualı üç dəfə təkrarlayıb. |
Lakin müşavir heç bir şərh verməyib. |
Bununla belə o vurğulayıb ki, Birləşmiş Ştatlar Suriya, İraq və Yəməndəki hazırkı bombardmanlarla kifayətlənməyəcək və İordaniyadakı qüvvələrinə qarşı hücuma cavab olaraq əlavə zərbələr endirmək niyyətindədir. |
ABŞ-nin müdafiə naziri Lloyd Ostin isə İraq və Suriyadakı hədəflərə zərbələrin endirilməsinin cavab tədbirlərinin yalnız başlanğıcı olduğunu deyib. |
Vaşinqton Tehranın xaricdəki qüvvələrinə hava zərbələri endirməklə kifayətlənmir və müxtəlif istiqamətlərdə onların fəaliyyətini məhdudlaşdırır. |
Məlumata görə, “Telegram” sosial şəbəkəsi İraqda İrana bağlı yaraqlıların “Sabereen News” adlı kanalını bağlayıb. |
ABŞ-ın Ədliyyə Nazirliyi İranı maliyyələşdirən milyard dollarlıq transfer şəbəkəsinə qarşı terrorizm və sanksiyalardan yayınma ittihamı ilə cinayət işi açaraq 500 min barel İran nefti, habelə bu şəbəkəyə aid 108 milyon dollardan çox maliyyə vəsaitini müsadirə edib. |
Nazirlikdən bildirilib ki, bu, İslam Respublikasının insanları təhdid edən fəaliyyətlər həyata keçirmək üçün istifadə etdiyi pul axınının qarşısını almaq üçün atılan addımlardan biridir:“ABŞ-nin daxildə və bütün dünyada maraqlarımızı qorumaq üçün bunu etməsi çox vacibdir”. |
Böyük Britaniyanın “Santander UK” və “Lloyds” banklarında İranın hesablarının aşkarlanması da nazirliyin fəaliyyətini genişləndirdiyini təsdiqləyir. |
Həmin maliyyə qurumlarında bank hesabları İslam Respublikasının “Neft kimya kommersiya şirkəti”nə (“Petrochemical Commercial Company”- PCC) məxsus olub. |
ABŞ-nin Tehran hakimiyytinə qarşı tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün Britaniya banklarında hesablar açılıb. |
Bildirilib ki, 2019-cu ildə krallığın “UniCredit” və “Standard Chartered” bankları İrana qarşı sanksiyalar rejimini pozduqlarına görə bir milyard dollardan çox cərimələnib. |
Ağ ev Yaxın Şərqdə İran hakimiyyətinin “İslam Müqavimət Hərəkatı” adı altında fəaliyyət göstərən silahlı qruplaşmalarına qarşı təkbaşına mübarizə aparmır. |
London bütün istiqamətlərdə Vaşinqtonu dəstəkləyir. |
Britaniyanın xarici işlər naziri Devid Kemeron “Sunday Times” qəzetinə müsahibəsində iranlı həmkarı Hüseyn Əmir Abdullahianla söhbətinin təfərrüatını açıqlayıb:“Mən ona dedim ki, proksi qüvvələr sizə bağlıdır, siz onlardan boyun qaçıra bilməzsiniz. |
Siz onları yaratdınız, dəstəklədiniz və nəhayət onların etdiklərinə görə cavab verəcəksiniz”. |
Bu kimi xəbərlər İran hakimiyyətinə qarşı əməliyyatın genişləndiyi qənaətinə gəlməyə əsas verir. |
Yaxın Şərqdə İranla ABŞ-nin müharibəsinin ərazisi, arealı artıq cızılmış da sayıla bilər. |
Bu qarşıdurma Tehran hakimiyyətinin silahlı qruplar şəbəkəsinin daha güclü olduğu bölgələrin də xəritəsini yaratmağa əsas verir. |
İran qarışıqlıq olan region ölkələrində - Suriya, İraq, Livan, Yəmən, Qəzza zolağında daha fəaldır. |
Belə çıxır ki, həmin ölkələrin mərkəzi hakimiyyətləri zəif olan Yaxın Şərq dövlətlərində Tehran fəallıq göstərir. |
Bu həm də İranın həmin ölkələrdə sabitliyin yaranmasında maraqlı olmadığını təsdiqləyir. |
İslam Respublikası “düşməni başqa dövlətin ərazisində qarşılamaq” kimi təhlükəsizlik prinsipi ilə hərəkət edir. |
İrandakı hakim ideologiya İsrail və ABŞ-ni düşməni elan edib, onların məhv olmasını istəyir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.