Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Eyni zamanda bu istiqamətdə fəaliyyət göstərənlərlə əməkdaşlıq edir, yaxud qruplaşmalar yaradır. |
Tehran rəsmilərinin açıqlamalarına əsasən demək olar ki, həmin qruplaşmalar İran hakimiyyəti ilə əlaqəli fəaliyyət göstərirlər. |
Odur ki, İslam Respublikası ABŞ və İsrailə qarşı müharibəni bu kimi qruplaşmaların əli ilə başqa dövlətin ərazisində aparır. |
Tehran bu yolla öz ərazisində müharibənin getməsini qabaqlayır, hakimiyyəti qoruyur. |
Onun əsas davası mövcud rejimi mühafizə etməkdir. |
İndiki şəraitdə əməliyyatların İran daxilinə transformasiyası ehtimalı yoxdur. |
Tehranı zəiflətmək üçün əsas amil xaricdəki “müqavimət hərəkatları”nın neytrallaşdırılmasıdır. |
Bu, İranın Yaxın Şərqdəki əl-qolunun bağlanması ilə nəticələnər. |
Bu səbəbdən onlar xaricdəki qruplaşmalarını gücləndirirlər. |
İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Bağdada səfəri zamanı da İraqla təhlükəsizlik məsələlərini müzakirə edib. |
Onun bu ölkədəki qruplaşmalarına ismarış çatdırdığı da istisna deyil. |
Çünki İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei Birləşmiş Ştatlar hərbçiləri ilə birbaşa döyüşə girməmək barədə tapşırıq verib. |
Onun bu əmri qruplara toparlanmaq üçün vaxt vermək anlamına da gəlir. |
Hadisələrə əsasən, belə ehtimal etmək olar ki, ABŞ ilə İran qarşıdurması belə tezliklə başa çatmayacaq. |
Savaşın bitməsi Fələstin-İsrail münasibətlərinin normallaşmasından başlayar. |
Belə bir vəziyyət isə həm də İranın və onu dəstəkləyənlərin regionda siyasi, hərbi və ideoloji baxımdan tərk-silah edilməsi deməkdir. |
HƏMAS-ın aqibəti bölgədəki güclərin toqquşmasının yekunu ola bilər. |
Bu həm də İran hakimiyyətilə bağlı məsələnin də böyük bir hissəsinə aydınlıq gətirər. |
Hələ ki Tehran hakimiyyəti ABŞ və müttəfiqləri ilə başqa dövlətlərin ərazisində döyüşür. |
Alman fermerlər subsidiyaların götürülməsinə etiraz olaraq Hannoverdəki NDR Teleradio və Yayım şirkətinin girişlərini və dayanacaqları bağlayıblar. |
Məlumata görə, etirazlarda 30-dan çox traktor və iyirmidən çox başqa maşın iştirak edir. |
Nümayiş təşkilatçıları fermerlərin etirazlarının kifayət qədər işıqlandırılmamasını tənqid edərək, ötən həftə Almaniyada qəbul edilmiş, fermerlərə yanacaq subsidiyalarının azaldılmasını nəzərdə tutan dövlət büdcəsi maddəsinin ləğvini tələb edirlər. |
Bundan əvvəl Frankfurt-Mayn hava limanı fermerlərin etirazları səbəbindən nəqliyyatın hərəkətində fasilələr olacağı barədə xəbərdarlıq etmişdi. |
“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları yanvarın sonu və fevralın əvvəllərində Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər”. |
Bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb. |
Qeyd edək ki, mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. |
BQXK, həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. |
BQXK-nın prosedurlarına uyğun olaraq başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir. |
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları abtiterror tədbirlərindən sonra Qarabağda qondarma qurumun rəhbərləri olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş... |
Şəki Apellyasiya Məhkəməsində rəsmi sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilən İlqar Mustafayevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb. |
E-huquq.az-ın əldə etdiyi məlumata görə, hakim Ələddin Məcidovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilib. |
Belə ki, İ.Mustafayevin irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilib. |
Birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. |
Qeyd edək ki, ittihama görə, o, rəsmi sənəd hesab edilən ərizəyə arvadının imzasını özü əlyazma ilə çəkməklə həmin ərizəni saxtalaşdırıb. |
Bundan başqa, o, saxta olduğunu bilə-bilə həmin sənədi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qəsdən təqdim etməklə mənzilə arvadının adına daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alıb. |
Yevlax Rayon Məhkəməsinin hökmü ilə İ.Mustafayev Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib. |
Lakin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyinə görə ona cəza təyin olunmayıb. |
“Azərbaycan gimnastları çıxış etdikləri, öz proqramlarını nümayiş etdirdikləri zaman insan özünü nağıllardakı kimi hiss edir. |
Adama elə gəlir ki, onların əllərindəki alətlər sehrlidir”. |
Bolqarıstan əsilli sabiq gimnast əvvəllər dəfələrlə Bakıda olduğunu bildirib:“Buradakı təlim-məşq toplanışlarında, eləcə də yarışlarda iştirak etmişəm. |
Bakıda yüksək təcrübəyə malik çoxlu peşəkarlar var. |
Onlar hər zaman bizə kömək göstərməyə hazırdırlar. |
Bakıya səfər etməyi çox xoşlayıram. |
Ab-hava və şərait yüksək səviyyədədir. |
O, fərdi gimnast olaraq yığmanın heyətində yer alır. |
Builki yarışlara daha yaxşı hazırlaşmaq və təcrübəmizi artırmaq məqsədilə buradayıq. |
Əsasən xoreoqrafiya üzərində işləyirik”. |
12 ildir məşqçi kimi fəaliyyət göstərən Adela Dimova Bakını çox sevdiyini vurğulayıb:“Buranı bəyənirəm. |
Məndə xoş təəssürat yaradan qədim şəhərdir. |
Milli Gimnastika Arenasını bəyənirəm, çünki burada qalmaq üçün şərait var. |
Təəssüf ki, bizdə bu cür şərait yoxdur. |
Bir sözlə, burada idmançılar üçün hər bir imkan yaradılıb”. |
Məşqçi sonda Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini Mariana Vasilyevaya təşəkkürünü bildirib:“Mariana xanım mənim məşqçim olub. |
Mənə təkcə gimnastikanı deyil, həm də həyatı öyrətdiyi üçün ona minnətdaram”. |
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. |
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. |
Bu məqsədlə Xidmət tərəfindən yanğından mühafizə fəaliyyəti sahəsində müvafiq lisenziya almış müəssisələrdə lisenziyanın şərtlərinə riayət olunması, həmçinin müəssisələrin gördüyü işlər və göstərdiyi xidmətlərlə bağlı mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. |
Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlamalar zamanı “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri” fəaliyyət növü üzrə icazəyə malik “Ecfire” və “Active Solutions” Məhdud Məsuliyyətli cəmiyyətlərinin qeyd olunan fəaliyyət növləri üzrə... |
Belə ki, keçirilmiş yoxlamalar zamanı müəyyən edilib ki, sözügedən müəssisələr fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun müvafiq ixtisasa malik mütəxəssislərlə və işçi heyətlə, istifadə olunacaq avadanlıqlarla, eləcə də müvafiq işləri aparmaq üçün maddi-texniki baza ilə təmin olu... |
Qeyd edək ki, fəaliyyətlərində ciddi qanun pozuntuları aşkar olunan yanğından mühafizə fəaliyyəti üzrə lisenziyaya malik belə müəssisələr tərəfindən görüləcək işlərin və göstəriləcək xidmətlərin baş verə biləcək yanğınların söndürülməsi işində qeyri-effektivliyi şübhə doğurmur ki, bu da öz növbəsində baş verə biləcək y... |
Qeyd olunanları nəzərə alaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü bəndinə əsasən, aidiyyəti üzrə qaldırılmış vəsatətlər nəticəsində yanğından mühafizə fəaliyyəti üzrə lisenziyanın şərtlərinə riayət etməyən adı çəkilən müəssisələrin müvafiq lisenziyaları ləğv olunub. |
Dövlət Yanğın Nəzarəti Xidməti bu sahədə pozuntuların aşkar olunması və aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. |
Müstəqil xarici siyasət yürüdən ölkələrin hədəfə alınması, xaos və qarşıdurma yaratmaq müasir Fransanın prioritetləri sırasındadır. |
Emmanuel Makron prezident seçiləndən sonra bu xətt özünü daha qabarıq hiss etdirib. |
Ermənistanla Azərbaycan arasında yaşanan münaqişədə Parisin bu siyasəti özünü daha qabarıq göstərib. |
Qarabağı azad etməklə separatizmə son qoyan Bakıya qarşı total hücumların da başında məhz Yelisey sarayı dayanır, birtərəfli qaydada İrəvana dəstək verməklə yanaşı, onu silahlandırır, sülh prosesinə maneə yaradır. |
Lakin necə deyərlər, sən saydığını say, gör fransız fermerləri nə sayır. |
E.Makronun yarıtmaz siyasəti özünü tək xarici deyil, daxili siyasətdə də büruzə verməyə başlayıb. |
Fermerlərin Almaniyadan start götürən genişmiqyaslı aksiyaları sürətlə Avropanın bir çox ölkələrinə, o cümlədən Fransaya da keçib. |
Afrikadakı müstəmləkələrindən biabırcasına qovulan Yelisey sarayı ciddi sınaqla üzləşib. |
Xaricdən gətirilən ucuz ərzağa etiraz edən fermerlər Paris də daxil olmaqla, iri şəhərlərdə həyatı iflic ediblər. |
Aksiyalarda vergilərin mütəmadi artırılması və enerji daşıyıcılarının qiymətlərinin qaldırılmasına da etirazlar səslənir. |
E.Makron hakimiyyətinin ən qorxduğu hal etirazların inqilaba çevrilməsidir. |
Təsadüfi deyil ki, baş verənlər “fermerlər inqilabı” adlandırılır. |
Fransa Kənd Təsərrüfatı İttifaqının rəhbəri Arno Russonun səsləndirdiyi fikirlər də təhlükənin pik həddə olduğunu təsdiqləyir. |
Onun fikrincə, baş verənlər narazılığın pik həddidir:""“Ucuz idxal yerli istehsalçılara ciddi zərbə vurub, onlar müflis olmaq təhlükəsi ilə üzləşiblər. |
Bura yanacağın qiymətinin qaldırılması və vergilərin artırılmasını da daxil edə bilərik. |
Fermerlər sadəcə rəqabətə davam gətirə bilmirlər. |
Verdikləri bəyanatlardan belə çıxır ki, Fransanın problemləri onlar üçün yaddır. |
Məsələn, bu yaxınlarda Baş nazir təyin edilən Qabriel Attalın çıxışları onun reallıqdan uzaq olduğunu göstərir”. |
Bütün bunlar məsələnin ciddiliyindən xəbər verir. |
Etirazçılar açıq deyirlər ki, onlarla bağlı olan qanunları kənd təsərrüfatından xəbəri olmayan kostyumlu məmurlar deyil, fermerlərin içindən çıxan və aqrar sahəyə bələd olan şəxslər hazırlamalıdırlar. |
Narazılığın kökündə həm də Makronun yanlış siyasəti durur. |
Prezident və komandası hesab edib ki, Ukraynadan ixracın artırılması əsas olmalıdır. |
Bununla da yerli istehsalçıları zərbə altına salıb. |
Fermerlər subsidiyaların məhdudlaşdırılması da bura daxildir. |
Əvvəla, Afrikadakı müstəmləkələrindən biabırcasına qovulan E.Makron daha bir problemi öz adına yaza bilər. |
Görünən odur ki, dünyanın bir çox ölkələrində qarşıdurma yaratmaqda ittiham olunan Yelisey sarayı qazdığı quyuya düşür. |
Ən əsası baş verənlər yayda keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində ölkə üçün ciddi sınağa çevrilib. |
Aksiyalar mütəmadi hal alarsa, oyunların təxirə düşə biləcəyi təhlükəsi artır. |
İkincisi, Fransa rəsmiləri öz çıxış və hərəkətləri ilə aksiyaları gücləndirirlər. |
Etirazçıları da ən çox özündən onların populist və pafoslu çıxışlarıdır. |
Prezident Emmanuel Makronun etirazlara etinasızlığı da onları qəzəbləndirib. |
Məsələn, Makron fermerlərin çıxışlarına reaksiya vermək əvəzinə, İsveçə yollanıb. |
Bununla da demək istəyib ki, qlobal məsələlər onun üçün daha əhəmiyyətlidir, daxili xaos güclənsə də olar. |
Üçüncüsü, etiraz dalğası Fransa, eləcə də, Almaniyada kəskin daxili siyasi böhranlara gətirib çıxara bilər. |
Bu baxımdan Avropa Parlamentinə iyunda keçiriləcək seçkilərdə Rusiyaya rəğbət bəsləyən daha çox deputatın mandat almaq təhlükəsi var. |
Artıq Fransada Rusiyaya qarşı sanksiyalara qoşulmamaq çağırışları artıb. |
Fransadaxil bir çox ölkələrdə fermerlərin aksiyaları bütövlükdə Avropa İttifaqının çöküşünü sürətləndirə bilər. |
Necə deyərlər, Aİ-nin uzun illərdir fəxr etdiyi “aqrar sosializm” ideyası fiasko ilə nəticələnir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.