Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Almaniya, Fransa, Belçika, Hollandiya, İtaliya, Polşa, Yunanıstan, Portuqaliyada fermerlər təşkilatın "yaşıl" gündəliyinə, yüksək vergilərə, artan xərclərə və onların nöqteyi-nəzərindən xarici kənd təsərrüfatı istehsalçılarının haqsız rəqabətinə qarşı çıxırlar. |
Baş verənlər Fransanın sosial partlayışın astanasında dayandığını da göstərib. |
Fermerlərin səbir kasası daşıb və onlar etirazlarını sərt formada bildirirlər. |
Əminliklə deyə bilərik ki, Avropa sürətlə yoxsulluğa yuvarlanır, qitə ölkələri islahatlar keçirib cəmiyyətin rifahının yüksəlməsinə nail ola bilmədilər. |
Beləliklə, fermerlərin ilk baxışda adi görünən etirazları yaxın bir neçə ayda Fransanın iqtisadi yox, həm də siyasi həyatını köklü şəkildə dəyişə bilər. |
Artıq bir çoxları ölkədə baş verənləri 1787-ci il Böyük Fransa inqilabı günlərini xatırlatdığını bildirilər. |
O zaman da Fransa iqtisadiyyatının tam tənəzzülü iqtisadi böhrana çevrildi və nəticədə inqilab baş verdi. |
Nəticədə də mütləq monarxiya devrildi. |
Makron Fransasında da 200 il əvvəl yaşananların təkrar oluna biləcəyi ehtimalı günbəgün artır. |
Ancaq mən heç nəyə yararlı çıxmadım”. |
Bu sözləri Azvision.az saytına müsahibəsi zamanı “Şah İsmayıl” operasında bir zamanlar Ərəbzəngi obrazını yaradan, oxuduğu muğam və xalq mahnılarımız ilə ürəklərə yol tapan Əməkdar artist Sahibə Əhmədova deyib. |
Muğam ifaçısı dörd ilə yaxındır ki, xərçəng xəstəliyi ilə mübarizə apardığını deyib. |
- Sinə xərçəngindən əziyyət çəkirəm. |
Ayaqlarım şişib, tromb damarlarımı tutub, hərəkət edə bilmirəm. |
Vaxtında müalicə üçün maddi imkanım olmadı. |
Uzun müddət kimyaterapiya müalicələri aldım. |
Mənə deyiblər ki, əməliyyat olunmalıyam və hər iki sinəm götürülməlidir. |
Övladlarımın da maaşı azdır, müalicə və əməliyyat üçün isə kifayət qədər yüksək məbləğdə pul lazımdır. |
Telefonda “YouTube”u izləyirəm, türkiyəli qızılaxtaranların verilişlərinə baxıram. |
Oğlum sosial şəbəkələrdə adıma səhifələr açıb, ora girirəm. |
- Həm xarici görünüşünüz, həm də səsiniz yaxşı mənada əzəmətlidir. |
Atamın da, anamın da səsi var idi.""- Muğam ifalarınız “YouTube”a yerləşdirilib. |
Hərdən keçmişə qayıdıb özünüzü dinləyirsinizmi? |
Məsələn, mən sonuncu dəfə sizin”Qatar” və “Arazbarı” muğamlarınızı dinlədim. |
- Qulaq asıram, amma ağlamaq məni tutur. |
Ancaq mən heç nəyə yararlı çıxmadım. |
Ömrümün 40 ilini sənətə həsr etdim. |
Ayaqlarımda tromb ola-ola, xəstə-xəstə səhnəyə çıxdım. |
Gəncliyimi tez-tez xatırlayıram. |
Səsimin gur vaxtları idi.Canlı muğam oxuyurdum. |
Yenisini çəkmək üçün gərək köhnə ifanın çəkilişi silinərdi. |
Buna görə də oxuduqlarımın çoxusu arxivləşdirilmədi. |
“Mirzə Hüseyn” segahını heç kim mənim kimi oxuya bilməmişdi. |
Onun səs yazısı rəhmətlik müğənnimiz Məhəbbət Kazımovun dayısında var idi.Əlaqəmiz kəsildi deyə götürə bilmədim. |
Rəhmətlik müğənni Şəfada mənim çoxlu kasetlərim var idi, yığmışdı. |
Rəhmətə gedəndən sonra o da itib batdı. |
- Səhnədən neçə yaşınızda ayrıldınız? |
Eşitdiyimə görə, həyat yoldaşınız sizi səhnədən ayırıb və sonrakı həyatınızı üç övladınızın böyüməsinə həsr etmisiniz. |
59 yaşımda səhhətimlə əlaqədar səhnədən ayrıldım. |
Bizim aramızda qısqanclıq olmayıb. |
Mən o zaman artıq səhnədə idim. |
Əksinə özünün də səsi var idi və bu sənətə gəlmək istəyirdi. |
Ancaq səsini zədələmişdi, zildən oxuya bilməyəcəkdi. |
Mənimlə eyni səhnəni paylaşan sənət yoldaşlarımın hamısı rəhmətə gedib. |
Canəli ilə “Şah İsmayıl” operasında eyni səhnəni paylaşmışdıq. |
- Sonralar onunla əlaqə saxlayırdınızmı? |
- Əlaqəm yox idi, sənət rəqabətdir. |
Ona görə də can deyib, can eşidən olmamışıq. |
- Müğənnilərimiz Gülyaz Məmmədova ilə Gülüstan Əliyevanın yolunu gözləyirsiniz. |
Müsahibələrinizdən birində demişdiniz ki, sizə baş çəkməyə söz veriblər, amma hələ də gəlməyiblər. |
Ürəkləri nə zaman istəsə gələ bilərlər. |
- Xan Şuşinskini görmək sizə qismət olub. |
Sənətə yeni başlayanda sizi imtahan edənlərdən biri də Xan əmi idi.""- O zaman şəhərə təzə gəlmişdim. |
Məni Azərbaycan Dövlət Akademik Filarmoniyasına apardılar. |
Xan əmi və bir neçə müğənni oturmuşdu. |
Xan əmi dedi:“Ay qızım, nə oxuya bilərsən? |
Həmin vaxt üç dondurma yemişdim, boğazım ağrıyırdı. |
Dedi, üzərində çalışsan, səndən gözəl xanəndə olacaq. |
Heç vaxt bu səhnə yadımdan çıxmır. |
Zeynəb Xanlarovanı ilk dəfə orada gördüm. |
Zeynəb Xanlarova və Arif Babayev ilə bir səhnədə çıxış edəcəm deyə o qədər sevinirdim ki. |
Hətta arzum idi ki, birgə çıxış edim və o anda səhnədə ölüm. |
Övladlarınızda və ya nəvələrinizdə bu istedadı görmüsünüz? |
- İndi özünüz üçün zümzümə edəndə nə oxuyursunuz? |
- Türk mahnıları oxumağı xoşlayıram. |
Daha sonra “Xatırla məni”, “Ana” mahnısını zümzümə edirəm. |
Anam bu dünyadan vaxtsız, Qarabağ deyə-deyə köçdü. |
Qeyd edək ki, Sahibə Əliqulu qızı Əhmədova 1956-cı il yanvar ayının 11-i Ağcabədi rayonunun Hacılar kəndində anadan olub. |
Orta təhsilini həmin rayonun Boyat kəndində alıb. |
Uşaqlıqdan milli musiqiyə böyük marağı olub. |
İlk musiqi müəllimi Ağcabədi rayonunda fəaliyyət göstərən “Rast” ansamblının tanınmış xanəndələrindən olan əmisi oğlu Sabir Abbasov olub. |
1975-ci ildə Asəf Zeynallı adına Orta-ixtisas Musiqi Texnikumunun xanəndəlik fakültəsinin muğam şöbəsinə daxil olub və görkəmli muğam ustadı, Əməkdar müəllim Nəriman Əliyevdən dərs alaraq muğam sənətinin sirlərini öyrənib. |
Texnikumda təhsilini davam etdirməklə yanaşı, 1976-cı ilin oktyabr ayından etibarən ustad tarzən Bəhram Mansurovun təşəbbüsü ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işə başlayıb. |
Opera səhnəsində ilk ifa etdiyi obraz M.Maqomayevin “Şah İsmayıl” operasından “Ərəbzəngi” obrazı olub. |
Elə ilk gündən Sahibə xanımın özünəməxsus tərzdə və yüksəs peşəkarlıqla ifa etdiyi bu obraz tamaşaçıların yaddaşında bu günə qədərdə böyük iz buraxıb və haqlı olaraq da “Səhnəmizin Ərəbzəngisi” adını qazanıb. |
Sonralar isə opera səhnəsində silsilə ana obrazlarında çıxış edib. |
Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Leylinin anası, Məcnunun anası, Z.Hacıbəyovun “Aşıq Qərib” operasında Qəribin anası, Ş.Axundovanın “Gəlin qayası” operasında Camalın anası, R.Mustafayevin “Vaqif” operasında qarı və s.obrazları müvəffəqiyyətlə ifa edib. |
Operanın nəzdində respublikamızın hüdudlarından kənarda Rusiya, Bolqarıstan, Türkiyə kimi bir çox ölkələrdə qastrol səfərlərində olub. |
Həmçinin Sahibə xanım M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti olaraq bir çox dövlət səviyyəli tədbirlərin və konsert proqramlarının iştirakçısı olub. |
Muğam və xalq mahnılarımızın mahir ifaçısı olan Sahibə xanımın ifasında “Bayatı-Şiraz”, “Çahargah”, “Şur”, “Segah”, “Orta Mahur”, “Mahur-hindi”, “Rahab”, “Bayatı-kürd”, “Qatar”, “Şahnaz” muğam dəstgahları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Simayi-Şəms” kimi zərbi-muğamları lentə alınıb və bir çoxu Azərbaycan Televiziya... |
O cümlədən, Sahibə xanım “Uca dağlar”, “Ahu kimi”, “Alma almaya bənzər”, “Dağlardan aşdım” və s.xalq mahnılarını böyük şövqlə ifa edib. |
Uzun illər göstərdiyi fəaliyyətin nəticəsi olaraq bir çox diplom və fəxri fərmanlarla təltif olunub. |
16 sentyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb. |
İtaliyalı fermerlər uzunmüddətli etiraz aksiyası təşkil etmək üçün 200 traktordan ibarət karvanla Romaya doğru hərəkət ediblər. |
Məlumata görə, karvan fevralın 5-də axşam Romaya çatacaq. |
Yolboyu onlara İtaliyanın digər bölgələrindən də fermerlər qoşulacaqlar. |
Onlar çoxgünlük etiraz aksiyası üçün özləri ilə su və yemək götürəcəklər. |
Hazırda polislə şəhərə yaxın iki magistral yoldan birində dayanacaq yeri müəyyən etmək üçün danışıqlar aparılır. |
“Azərbaycanda pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağı proqnozlaşdırılır”. |
Oxu.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov pensiyaların indeksləşdirilərək artırılmasına dair mətbuat konfransında deyib. |
O bildirib ki, yanvar ayı üzrə edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək. |
Nazir müavini söyləyib ki, 2024-cü il üzrə pensiyaların maliyyələşdirilməsi üçün 6,5 milyard manat vəsait nəzərdə tutulub. |
Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı yeni sərəncamla bütün növ pensiyalar indeksləşdirilərək 11,2 faiz artırılıb. |
Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək. |
“Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitən Azərbaycan vətəndaşları prezident seçkisində səsvermə hüququndan istifadə edə biləcəklər”. |
Onun sözlərinə görə, əgər hər hansı vətəndaşın şəxsiyyətin vəsiqəsinin etibarlılıq müddəti bitibsə, vaxtı keçmiş olsa belə, həmin şəxsin kimliyini müəyyənləşdirmək üçün əsasdır:""“Şəxsiyyət vəsiqəsinin vaxtı bitibsə belə, həmin vətəndaş o şəxsiyyət vəsiqəsi ilə gəlib səs verə bilər”. |
MSK sədrinin müavini bildirib ki, yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı hər hansı bir problem yoxdur:""“Yeni nəsil şəxsiyyət vəsiqələri 2018-ci ildən verilir və 10 il müddətinə verilir. |
Etibarlılıq müddətin bitməsi problemi köhnə şəxsiyyət vəsiqələri ilə bağlı ola bilər”. |
Filippinin Mindanao adasında baş verən daşqınlar və torpaq sürüşmələri 17 nəfərin həyatına son qoyub. |
“Biz 17 nəfərin öldüyünü, daha dörd nəfərin yaralandığını təsdiqləyirik. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.