Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Səkkiz nəfər itkin düşüb”, - deyə milli polisin rəhbəri general Benjamin Akorda bildirib. |
Daşqınlar səbəbindən 400 minə yaxın yerli sakin evlərini tərk etmək məcburiyyətində qalıb, 82 minə yaxın insan təxliyə mərkəzlərinə yerləşdirilib. |
Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Xocalı rayonunda artilleriya mərmiləri aşkar edilib. |
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. |
Bildirilib ki, ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş 8 ədəd 122 mm zirehdələn, 273 ədəd qəlpəli-fuqaslı və 285 ədəd 122 mm top mərmiləri arxalığı təhlükəsizlik qaydalarına riayət edilməklə ərazidən müsadirə edilib. |
Bakı-Sumqayıt yolu istiqamətində xüsusi hərəkət zolaqları təşkil edildikdən sonra avtobusların orta hərəkət sürəti 14 km/saat artıb, sərnişinlərin səfər müddəti isə 25 dəqiqə azalıb. |
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. |
“Xüsusi hərəkət zolaqları ictimai nəqliyyatının əsas komponentlərindən biri olmaqla yanaşı, zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır”, - deyə qurum bəyan edib. |
Azərbaycan Şahmat Federasiyasının daha bir hakimi “A” kateqoriyalı hakim statusu alıb. |
Bu barədə Şahmat Federasiyası məlumat yayıb. |
Bildirilib ki, Beynəlxalq Şahmat Federasiyasında mövcud normativlərə cavab verən İlahə Qədimova “A” kateqoriyalı hakimlik lisenziyasını əldə edib. |
Qeyd edək ki, bununla ölkəmizdə “A” kateqoriyalı hakimlərin sayı ikiyə çatıb. |
Bu günə qədər Azərbaycan Şahmat Federasiyasının 1-ci vitse-prezidenti Faiq Həsənov “A” kateqoriyasına layiq görülən yeganə hakimimiz olub. |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. |
President.az xəbər verir ki, məktubda deyilir:""“2023-cü ilin fevralında Türkiyədə baş vermiş və on minlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələlərdən bir il ötür. |
Bu faciə nəticəsində həlak olmuş bacı-qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onlara uca Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm. |
Bu fəlakət Türkiyəni olduğu kimi Azərbaycanı da dərindən sarsıtdı. |
Xalqımız həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə bir ürək olaraq, faciənin ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı. |
Zəlzələ xəbərinin ilk dəqiqələrindən heç bir yardım çağırışını gözləmədən Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi. |
Baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması işlərinə və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunmuş xilasedicilərimiz, həkimlərimiz və könüllülərimiz türkiyəli həmkarları ilə çiyin-çiyinə böyük cəsarətlə, əzmlə və fədakarlıqla fəaliyyət göstərdi. |
Dövlət və özəl qurumlarla yanaşı kiçikdən böyüyə hər bir soydaşımız zəlzələ qurbanlarına dəstək və mənəvi dayaq olmaq üçün əlindən gələni əsirgəmədi. |
Sizin qətiyyətli rəhbərliyiniz altında Türkiyə Hökuməti zəlzələnin səbəb olduğu irimiqyaslı dağıntıların aradan qaldırılması, zərər çəkmiş bölgənin dirçəldilməsi, evsiz qalan milyonlarla insanın evlə təmin edilməsi üçün var qüvvəsi ilə çalışır. |
Azərbaycan da hazırda Kahramanmaraş vilayətində humanitar fəaliyyətini davam etdirərək burada aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir. |
Biz bu nəcib və şərəfli missiyada Türkiyənin yanında olmağımızdan böyük qürur duyuruq. |
Bütün bunlar Azərbaycan-Türkiyə sarsılmaz birliyinin və həmrəyliyinin növbəti təzahürü olaraq qardaşlıq salnaməmizə əbədi olaraq həkk olundu. |
Türkiyə yaxşı gündə və hüznlü gündə Azərbaycanın yanında olduğu kimi biz də daim Türkiyənin yanındayıq və bundan sonra da olacağıq. |
Çünki biz bir millət, iki dövlətik. |
Əminəm ki, Sizin liderliyiniz, Türkiyə xalqının mübarizə əzmi, həmrəylik ruhu və mətin iradəsi sayəsində qüdrətli Türkiyə dövləti bu çətinliklərin də öhdəsindən tez bir zamanda gələcək, bu acı sınaqdan şərəflə və daha da güclənmiş çıxacaqdır. |
Bu hüznlü gündə bir daha Türkiyənin kədərinə şərik olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından başsağlığı verirəm”. |
“Canavar mənim üçün maska deyildi, sanki tən yarım idi”. |
Bu sözləri Oxu.Az-a açıqlamasında İctimai Televiziyada yayımlanan “Maska” şousunun qalibi, 2014-cü ildə “Start a fire” mahnısı ilə Danimarkada ölkəmizi “Avroviziya” mahnı müsabiqəsində təmsil edən estrada müğənnisi Dilarə Kazımova deyib. |
Müğənni “Maska” şousuna qatılmasından bəhs edib:""“Qərarı layihə rəhbərlərindən aldım və buna çox sevindim. |
Çünki bu şounun pərəstişkarı idim. |
Azərbaycanda belə bir şounun keçirilməsini səbirsizliklə gözləyirdim. |
Orada iştirak edəcəyimi biləndə isə sevincimin həddi-hüdudu olmadı. |
Hələ də elə bilirəm ki, yuxudayam”. |
Dilarə Kazımova “canavar” obrazını özünün seçdiyini qeyd edib:""“Mənə digər obrazlar da təklif olunmuşdu. |
Ümumiyyətlə, mənim heyvanlara olan sevgim hər kəsə məlumdur. |
Mən özüm canavar maskasını seçdim. |
O mənim üçün maska deyil, sanki tən yarımdır. |
Göstərmək istədiyim hər şeyi bu “Canavar”la etdim. |
Mən ona maska deyil, canlı kimi baxıram. |
Canavarın gözlərində qəribə enerji yatır”. |
“Qalib olduğum üçün çox xoşbəxtəm. |
Müsabiqələrdə iştirak etmək məndə çox vaxt alınmırdı. |
Bəzi məqamlar olur, haqsızlıqlar hər zaman mənim bəxtimə düşürdü. |
Hələ də bunun real olduğuna inanmıram. |
İctimai Televiziyaya, başda rəhbərlik olmaqla bütün “Maska” komandasına, tamaşaçılara haqlı seçim etdikləri üçün təşəkkürümü bildirirəm”, - deyə D.Kazımova əlavə edib. |
Xatırladaq ki, İctimai Televiziyada yayımlanan “Maska” şousunun qalibi ötən gün bəlli olub. |
Qeyd edək ki, şounun ilk buraxılışı 2023-cü il dekabrın 10-da baş tutub. |
Şouda münsiflər kürsüsündə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğənnilər Murad Arif və Nigar Camal, aparıcı Kamilə Babayeva əyləşiblər. |
Həmin görüntüləri təqdim edirik:""Nəzrin Vahid |
Parlament seçkisinin keçirilməsi planlaşdırılan 2024-cü il Gürcüstan üçün gürcü oliqarx, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının təsisçisi Bidzina İvanişvilinin siyasətə qayıdışı ilə əlamətdar oldu. |
Partiyanın yeni nizamnaməsinə görə, o, ölkənin baş naziri postuna seçilmək üçün səlahiyyət qazandı. |
Bundan əlavə, “Gürcü Arzusu” Partiyasının fəxri sədri kimi, o, hökumət başçısı vəzifəsinə namizədlər irəli sürə və partiyanın növbədənkənar qurultayını çağıra bilər. |
Hadisələrin davamında partiyadaxili gedişlər edildi, belə ki, “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze ölkənin baş naziri postuna namizəd oldu, keçmiş baş nazir İrakli Qaribaşvili isə partiyanın sədri kürsüsünə əyləşdi. |
Bu yerdəyişmələrin səbəbi nədir? |
Bu, onların hər biri üçün vəzifələrinin aşağı salınmasıdır, yoxsa əksinə, yüksəlişdir? |
Oxu.Az-ın bu sualına cavab verən politoloq, Gürcüstanın Təhlükəsizlik və Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, Qara Dəniz Beynəlxalq Universitetinin professoru Nika Çitadze qeyd edib ki, keçmiş baş nazir İrakli Qaribaşvili üçün bu, daha çox vəzifəsinin aşağı salınmasıdır:""- Qaribaşvilinin hansısa... |
Bu, öz növbəsində “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının reytinqinə təsir edirdi. |
Partiyanın qurucusu Bidzina İvanişvili isə bu məqamdan narazı idi.Təbii ki, bu, Qaribaşvilinin vəzifəsinin aşağı salınması idi, amma sanki elə görünür ki, o, tutduğu vəzifədən azad edilməyib, sadəcə, başqa işə keçirilib. |
Yeri gəlmişkən, bu metoddan Sovet İttifaqı dövründə yüksəkvəzifəli məmurlar işdən uzaqlaşdırılarkən istifadə olunurdu. |
“Gürcü Arzusu” Partiyasının sədri fəxri sədrdən daha az səlahiyyətlərə malikdir. |
Qaribaşvili İvanişvilinin razılığı olmadan heç nə edə bilməyəcək. |
Digər tərəfdən, o qədər də yüksək reytinqə malik olmayan İrakli Kobaxidzenin baş nazir vəzifəsinə namizədliyi irəli sürülüb. |
Bu onu göstərir ki, “Gürcü Arzusu” Partiyasının fəxri sədrinin parlament seçkisi öncəsi ehtiyat skamyası çox da zəngin deyil. |
Baxmayaraq ki, digər tərəfdən, müxalifət də o qədər fəal deyil. |
Ümumiyyətlə, sosioloji sorğuların nəticələrinə görə, Gürcüstan əhalisinin təxminən 40 faizi nə hakim partiyanı, nə də onun əleyhdarlarını dəstəkləyir. |
- İrakli Qaribaşvilinin hökumət başçısı postunda atdığı son siyasi addımlardan biri Gürcüstan və Ermənistan arasında “Strateji Əməkdaşlıq Memorandumu”nun imzalanması oldu. |
Bu, Ermənistanın baş naziri Nikol Paşinyanın Tbilisiyə son səfəri zamanı baş verdi. |
Qəribədir ki, memorandumun mətni heç bir yerdə dərc olunmayıb. |
Eyni zamanda, bəzi gürcü ekspertlər bu sənədin imzalanmasının səhv qərar olduğu qənaətindədirlər, çünki Ermənistan hələ də Abxaziyadakı Baqramyan adına erməni batalyonunun hərəkətlərinə görə üzr istəməyib, bu batalyonun fəaliyyətini pisləməyib, həmçinin, İrəvan 1993-cü ildə gürcü qaçqınların geri qayıtmasından bəhs edə... |
- Gürcüstanın bütün qonşu dövlətlərlə yaxşı münasibətləri olmalıdır, baxmayaraq ki, Rusiyanı nəzərə alsaq, bu, hazırda çətin və hətta mümkünsüzdür. |
Ancaq burada vacib bir məqam var. |
Bildirilir ki, Gürcüstan və Ermənistan arasında “Strateji Əməkdaşlıq Memorandumu” imzalanıb. |
Bəs niyə Gürcüstanla Azərbaycan arasında belə bir sənəd yoxdur? |
Aydındır ki, Bakı ilə Tbilisi arasında münasibətlər uzun müddətdir ki, strateji tərəfdaşlıq xarakteri daşıyır, iqtisadi, hərbi və digər sahələrdə çoxlu birgə sazişlər və sənədlər imzalanıb. |
Amma Azərbaycanla strateji tərəfdaşlıq haqqında memorandum yoxdur. |
Amma axı Bakı ilə Tbilisi arasında ən sıx əlaqələr qurulub, çoxsaylı nəqliyyat və enerji layihələri həyata keçirilir. |
Mən Gürcüstanla Ermənistan arasında razılaşmanın əleyhinə deyiləm, amma vurğulayıram ki, eyni sənəd Bakı ilə Tbilisi arasında da imzalanmalıdır. |
Türkiyə ilə də mehriban qonşuluq münasibətləri gücləndirilməlidir. |
Baqramyan adına batalyona gəlincə, burada onu qeyd etmək lazımdır ki, Ermənistan hər zaman bu batalyonla əlaqələrini inkar edib. |
Ermənistanın gələcəkdə beynəlxalq təşkilatlarda gürcüstanyönümlü qətnamələri dəstəkləyəcəyinə təminat varmı? |
- BMT Baş Assambleyası məcburi köçkünlərin öz evlərinə qaytarılması hüququnu tanıyan qətnamələr qəbul etdi. |
Ermənistan əvvəllər bu sənədləri dəstəkləmirdi. |
Ola bilsin ki, indi hər şey dəyişəcək, çünki İrəvan öz xarici siyasət oriyentasiyasını dəyişir. |
Bir neçə gün əvvəl Nikol Paşinyan bildirib ki, Rusiya artıq Ermənistanın əsas hərbi tərəfdaşı ola bilməz. |
Bundan başqa, Ermənistan Respublikası Beynəlxalq Cinayət Məhkəməsinə qoşulub (Moskvada bu, qeyri-dost addım kimi qiymətləndirilib - red.). |
İndi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün ilkin şərtlər mövcuddur. |
Mən hesab edirəm ki, bu sənəd imzalanacaq. |
Müvafiq olaraq, İrəvan Cənubi Qafqaz regionunda daha konstruktiv mövqe tutmalı olacaq ki, bu da Gürcüstan, Azərbaycan və Ermənistan arasında üçtərəfli əməkdaşlığa müsbət təsir göstərəcək. |
Ortamüddətli perspektivdə bu ehtimal böyükdür. |
Kommunikasiyalar blokdan çıxarılandan və Ermənistan-Türkiyə sərhədi açıldıqdan sonra dörd dövlətin - Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan arasında regional əməkdaşlıqdan danışmaq mümkün ola bilər. |
- Baş nazir vəzifəsinə namizəd İrakli Kobaxidze artıq Gürcüstanın Cənubi Qafqazda sülh, əməkdaşlıq və sabitliyin təşviqi üçün səylərini davam etdirəcəyinə söz verib. |
Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına kömək etmək üçün Tbilisinin hansı imkanları var? |
- Gürcüstan mühüm geosiyasi oyunçu deyil, lakin danışıqlar üçün öz meydançasını təqdim edə bilər, çünki Tbilisi Bakı və İrəvanla mehriban qonşuluq münasibətlərini saxlayır. |
Vaşinqton və Brüssel, mənim anladığım qədər, Azərbaycan üçün o qədər də rahat platformalar deyil. |
“Regiondakı hər bir müşahidəçi üçün tamamilə aydındır ki, Azərbaycan həm “Şərq-Qərb”, həm də “Şimal-Cənub” layihələri boyunca ticarət əlaqələrində, beynəlxalq enerji bazarında və infrastruktur sahəsində əvəzolunmaz rol oynayacaq”. |
Ekspert hesab edir ki, Bakının logistika marşrutlarının yaradılmasında İrəvanı nəzərə almamaq imkanının olmasına baxmayaraq, Azərbaycan Ermənistanı regional əhəmiyyətli layihələrin, o cümlədən Orta Dəhlizin bir hissəsinə çevrilə biləcək Zəngəzur dəhlizinin bir parçasına çevirmək perspektivini seçir:""“Fikrimcə, Azərbay... |
S.Antiç qeyd edib ki, Azərbaycan Ermənistana “siyasi empatiya” ilə yanaşır:""“Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdiyindən bəri Azərbaycan rəhbərliyi qalib tərəfin uzunmüddətli və davamlı sülhə gətirib çıxara biləcək variantları ayıq-sayıq qiymətləndirməsinin nə qədər vacib olduğunu başa düşür”. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.