Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Diyetoloqlar deyirlər ki, insanlar gündəlik əvəzinə yedikləri qidaları telefona yazsalar, həm qəbul edilən kalori miqdarına, həm də qidalanma saatlarına nəzarət etmiş olarlar. |
Gün ərzində üç dəfə yemək həkimlərin əsas məsləhətidir. |
Hansısa yemək növbəsini ixtisara salıb ötürmək arıqlamaya ən böyük zərbədir. |
Bir illik araşdırma nəticəsində məlum olub ki, yediklərini yazanlar pəhriz saxlayan digər adamlarla müqayisədə üç kilo daha çox çəki itirib. |
Lakin bəzən pəhriz saxlayan insanların çəki atdıqca üzə çıxan bir sıra xəstəlikləri olur. |
Bu barədə sosial şəbəkələrdə də paylaşımlara rast gəlinir. |
Artıq çəki orqanizmi sanki güclü saxlayır, arıqladıqca isə ciyər və ürəklə bağlı bir sıra problemlər üzə çıxmağa başlayır. |
Mövsüm dəyişən ərəfələrdə, virus infeksiyaların oyandığı dönəmlərdə pəhriz saxlayan şəxslərin orqanizmində müşahidə edilən nisbi zəifləmələr az deyil. |
Bəs onda pəhriz zamanı xüsusilə diqqət edilməli məqam hansıdır? |
İnsanlar hansı qidalardan istifadə etməlidir ki həm pəhriz, həm də metabolizm zəifləməsin? |
Elə insanlar varmı ki, artıq çəki ilə paralel hansısa xəstəliklərdən əziyyət çəksinlər və onlara pəhriz qadağan olunsun? |
Məsələ ilə bağlı Oxu.Az-ın suallarını diyetoloq Leyla Nur cavablandırıb. |
O bildirib ki, mövsüm dəyişən zamanlarda virus infeksiyalara yoluxur və müalicə prosesi uzun çəkirsə bu, həmin şəxslərin immun sisteminin zəif olmasından irəli gəlir:""“Bu məqamın pəhriz saxlayıb-saxlamamaq ilə əlaqəsi yoxdur. |
İmmun sistemi də birbaşa qida rasionumuzla əlaqəlidir. |
Amma pəhriz saxlasa da, saxlamasa da insan sağlam qidalanmır, sağlam həyat tərzi sürmürsə immunitet aşağı olacaq. |
Bu gün cəmiyyətdə pəhriz ilə bağlı insanların şüuruna yerləşdirilən yanlış informasiyalar çoxdur”. |
Diyetoloq xüsusi ilə vurğulayıb ki, pəhrizin düzgün formada təşkili çox önəmli məsələdir:""“Hansı insanlar ki pəhriz saxlayan zaman düzgün bölgü aparmır və günlərlə ac qalır. |
Təbii ki, belə olanda səhhətinizdə problemlər olacaq. |
Yanlış məqamlardan biri də pəhriz zamanı qidaların rəngarəngliyinə diqqət etməkdir. |
Çox az qida qəbul etmək, eyni qidalardan istifadə etmək, lifli qidalar istifadə etməmək və s.doğru deyil. |
Hətta bəzən yağsız, duzsuz, ədviyyatsız qidaları pəhriz zənn edirlər. |
Bu sadalananlardan zəruri miqdarda istifadə etmədikdə insan orqanizmi pozulur, immunitet zəifləyir. |
Pəhriz uğurlu olmadığı üçün də çəki atmaq mümkün olmur. |
Qidalanma balanslaşdırılmış və yetərli formada təşkil edilməlidir. |
Yəni, hər bir insanın qida və kalori tələbatı individualdır. |
Bunun az olması da, çox olması da problem yarada bilər. |
Bizim istehlak etdiyimiz qidaların tərkibində həm zülallar, həm yağlar, həm də karbohidratlar zəruri miqdarda olmalıdır. |
Qida rasionumuza ət, yağ, çərəz, meyvə, taxıl, tərəvəz və s.istehlak etməliyik və fikir verməliyik ki, orqanizmin tələbatı olan vitamin, mineralları qəbul edək”. |
Leyla Nur qeyd edib ki, qəbul etdiyimiz qidaların paketlənmiş, zavod istehsalı olmamasına diqqət etsək daha çox effekt almış olarıq:""“Hər bir qidanı mümkün qədər təbiətdən gəldiyi formada, kimyəvi maddələrə çox az miqdarda məruz qalmış halda istehlak etmək yaxşıdır. |
Qidaların konservləşdirilməsi tərkibinin təbiiliyini itirməsinə səbəb olur. |
Eləcə də hazırda atmosferin çirklənməsi səbəbindən günəşdən, torpaqdan kifayət qədər vitamin və minerallarla təmin oluna bilmirik. |
Qidalarımızı nə qədər seçsək də orqanizmin vitamin və mineral ehtiyacları zəruri miqdarda ödənmir. |
Buna görə də immunitetin güclü olması üçün vitamin qəbulu, xüsusilə də D vitamini önəmlidir. |
Bizim D vitamini almalı olduğumuz Günəşin UVB şüaları yer səthinə çatmır. |
Buna görə də insanlar arasında 99 faiz D vitamini çatışmazlığı var. |
Bu səbəbdən də mütəmadi D vitamini qəbulu tövsiyə edilir”. |
“Piylənmə özü ayrı bir xəstəlikdir və müalicə tələb edir. |
O özü ilə bərabər paralel xəstəliklərə gətirib çıxarır ki, günümüzdə piylənmə ilə əlaqəsi olan ən geniş yayılan xəstəlik TİP-2 diabetdir. |
Burada qidalanma mütləq nizamlı olmalıdır. |
Bəzən deyirlər ki, TİP-2 diabet varsa, ömür boyu dərman içmək lazımdır. |
Əgər insan qidalanma vərdişlərini dəyişir, sağlam həyat tərzi prinsiplərinə riayət edirsə, paralel olaraq həkimin təyinatlarına düzgün riayət etməklə bundan sağala bilər”-, deyə diyetoloq qeyd edib. |
Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi (ITIA) rəsmi saytında fransalı tennisçi Maksens Brovilin yeddi il müddətinə diskvalifikasiya edildiyini açıqlayıb. |
İdmançı 2017 və 2018-ci illərdə danışılmış oyunlarla bağlı ittihamlarla üzləşib. |
Brovil bütün ittihamları rədd edib və ITIA-nın istintaqı ilə əməkdaşlıq etməkdən boyun qaçırıb. |
Tennisçi yoxlama üçün şəxsi cihazlarını təqdim etməyib. |
Diskvalifikasiyadan əlavə, Brovil 5 min dollar məbləğində cərimə olunub. |
Fransız idmançının diskvalifikasiya müddəti 2023-cü il iyunun 20-dən başlayır və 2030-cu il iyunun 19-da başa çatır. |
Bu müddətdə fransıza ITIA üzv təşkilatların tennis tədbirlərində oynamaq, məşq etmək və ya iştirak etmək qadağandır. |
Xatırladaq ki, ötən yay daha bir fransalı tennisçi Aleksis Musialek oyunların təşkilinə görə ömürlük tennisdən uzaqlaşdırılıb. |
Fövqəladə Hallar Nazirliyi (FHN) Abşeronda ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı açıqlama verib. |
Nazirlikdən verilən məlumata görə, “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. |
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. |
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının yeddimərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 45 kvadratmetr olan iki otaqlı mənzildə baş verdiyi müəyyən olunub. |
Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın genişlənərək mənzilin digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. |
Yanğın nəticəsində mənzilin bir otağının yanar konstruksiyaları 20 kvadratmetr sahədə yanıb. |
Hadisə zamanı tüstüdən boğulmuş 1932-ci il təvəllüdlü Ə.Mehdiyevin meyiti aşkar olunub. |
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. |
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. |
18:57"Abşeronda yaşayış binasında yanğın olub, ölən var. |
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. |
Bildirilib ki, hadisə “Yeni Bakı” yaşayış massivində qeydə alınıb. |
Yanğın nəticəsində bir nəfər ölüb. |
Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) əməkdaşları cəlb olunub. |
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisini müşahidə etmək üçün Azərbaycanda səfərdə olan Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 5-də Mərkəzi Seçki Komissiyasında olub. |
AZƏRTAC-ın məlumatına görə, Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşdə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub. |
Vurğulanıb ki, iki ölkə arasındakı münasibətlər həm də ali seçki orqanları arasında sıx əməkdaşlığın qurulmasına səbəb olub. |
M.Pənahov qeyd edib ki, seçki sisteminin inkişafında qarşılıqlı əlaqə və təcrübə mübadiləsi mühüm rol oynayır. |
O bildirib ki, seçicilərin seçki məntəqələrinə gəlib öz iradələrini sərbəst ifadə etmələri üçün hər cür şərait yaradılıb. |
Gürcüstan nümayəndə heyətinin rəhbəri Giorgi Kalandarişvili seçki prosesində şəffaflığın xüsusi əhəmiyyət kəsb etdiyini deyib və bu sahədə təcrübə mübadiləsinin vacibliyindən danışıb. |
Qonaq seçkinin qanunvericiliyin tələblərinə uyğun keçiriləcəyinə əminliyini ifadə edib. |
Rusiya diplomatlarının Avropa İttifaqı (Aİ) daxilində hərəkəti məhdudlaşdırıla bilər. |
Məlumata görə, Çexiya hakimiyyəti növbəti anti-Rusiya sanksiyaları paketi çərçivəsində rusiyalı diplomatların akkreditə olunduğu ölkəyə gediş-gəlişinin məhdudlaşdırılmasını təklif edib. |
Lakin Şengen zonası daxilində hərəkət faktiki olaraq heç bir şəkildə idarə olunmadığı üçün belə tədbirləri həyata keçirmək reallıqda çox çətindir. |
Qeyd edək ki, hazırda Aİ-nin anti-Rusiya sanksiyalarının sayı rekord həddədir. |
Mövcud məhdudiyyətlərin sayı artıq 17 mini ötüb. |
Mədəniyyət Nazirliyi Füzulidə Mərkəzi Kitabxana binasında baş verən yanğınla bağlı məlumat yayıb. |
Nazirlikdən verilən məlumata görə, yanğın fevralın beşində təqribən saat 18:30 radələrində Füzuli rayon Zobcuq qəsəbəsində yerləşən Füzuli Rayon Mərkəzi Kitabxanasının inzibati binasında qeydə alınıb. |
Yanğın qeyri-iş saatında baş verdiyi üçün əməkdaşlar işdə olmayıblar, bu səbəbdən xəsarət alan yoxdur. |
FHN-nin əməkdaşlarının müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb. |
Hazırda vəziyyət nəzarət altındadır. |
Dəymiş ziyanın həcmi, hadisənin baş vermə şəraiti araşdırılır. |
19:12"Füzulidə Mədəniyyət Evi yanır. |
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən briqadası cəlb edilib. |
Hazırda yanğının söndürülməsinə çalışılır. |
Qeyd edək ki, ümumi sahəsi 500 kvadratmetr olan Mədəniyyət Evində klub icma mərkəzi və Füzuli Mərkəzləşmiş Kitabxana Sisteminin filialı fəaliyyət göstərir. |
Yanğının səbəbləri ekspertizanın nəticələrindən sonra məlum olacaq. |
İsrail Qəzza zolağında keçirdiyi əməliyyat zamanı Fələstinin radikal HƏMAS hərəkatının silahlı qüvvələrinin yarıdan çoxunu artıq zərərsizləşdirib və tam qələbə qazanana qədər fəaliyyətini dayandırmaq niyyətində deyil. |
Bu barədə yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahu ordu bazalarından birinə səfəri zamanı bildirib. |
Hərbçilərlə ünsiyyətdə olan Netanyahu onların yüksək döyüş ruhunu qeyd edib və Qəzza zolağında qələbənin artıq “yolda” olduğunu vurğulayıb. |
“Bizim hesablamalarımıza görə, biz onların qüvvələrinin yarıdan çoxunu, yəni 24 batalyonundan 18-ni məhv etmişik. |
Qalan terrorçulara qarşı aktiv təmizləmə reydləri həyata keçiririk. |
Biz son qələbəyə doğru gedirik və bundan əl çəkməyəcəyik. |
İsrail həm cənubunda, həm də şimalında təhlükəsizliyi bərpa edəcək”, - Netanyahu bildirib. |
Eyni zamanda, baş nazir İsrailin Qəzza zolağında tam qələbəyə nail olmasını İran üçün ölümcül zərbə adlandırıb. |
“Yekun qələbə vacibdir, çünki o, İsrailin təhlükəsizliyini təmin edir. |
Tam qələbə artıq göz qabağındadır. |
Bu, İran, “Hizbullah”, husilər və təbii ki, HƏMAS-dan ibarət şər oxuna ölümcül zərbə vuracaq”, - Netanyahu bəyan edib. |
“Miss Japan 2024” gözəllik müsabiqəsinin qalibi olan Ukrayna əsilli model Karolina Şiino evli kişi ilə münasibətinin təfərrüatı mediada işıqlandıqdan sonra tituldan imtina edib. |
Assosiasiya sponsorlar və münsiflər də daxil olmaqla maraqlı tərəflərdən üzr istəyib və müsabiqənin ən yüksək mükafatının ilin sonuna qədər boş qalacağını bildirib. |
Xatırladaq ki, yanvarın 24-də Ukraynanın Ternopil şəhərində anadan olmuş və 5 yaşında Yaponiyaya köçən 26 yaşlı model müsabiqənin qalibi olub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.