Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Şiinonun “Miss Japan” titulunu qazanması Yaponiya ictimaiyyəti arasında yapon kimliyinin nədən ibarət olduğu ilə bağlı müzakirələrə səbəb olub. |
Bir çox yaponlar qalibin yapon köklərinin tamamilə olmamasından qəzəbləniblər və bəziləri hətta onun qələbəsinin siyasətə əsaslandığını bildiriblər. |
Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində edam hökmü çıxarılıb. |
APA xəbər verir ki, bu barədə İran Ədliyyə Nazirliyinin saytında məlumat verilib. |
Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib. |
Məhkəmə iclası təqsirləndirilən şəxs və onun vəkillərinin iştirakı ilə keçirilib. |
Məhkəmə iclasında Azərbaycan Respublikası səfirliyinin bir sıra məsul şəxsləri də iştirak edib. |
İclasın əvvəlində təqsirləndirilən şəxsə hakim izahat verib və prokurorun nümayəndəsi ittiham aktını oxuyub. |
Yayımlanan ittiham aktına əsasən, Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxs səfirlik daxilində odlu silahdan istifadə etməklə Azərbaycan Respublikası vətəndaşını qəsdən öldürməkdə, qanunsuz silah saxlamaqda, gəzdirməkdə və ictimai asayişi pozmaqda ittiham olunur. |
Prokurorun nümayəndəsi ittiham aktını oxuduqdan sonra təqsirləndirilən şəxs və vəkili müdafiə çıxışı edib. |
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. |
Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. |
Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. |
Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. |
3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib. |
Tağıyev Vasif Natiq oğlu birinci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib. |
Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb. |
Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. |
Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. |
Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb. |
Bakının Nərimanov rayonu, Qarabağ prospektində yerləşən piyada səkilərinin birində təhlükə saçan qutu qoyulub. |
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər paytaxt sakini tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb. |
Həmin görüntüləri təqdim edirik: |
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. |
Əmək pensiyalarındakı artım nə qədər vətəndaşı əhatə edəcək? |
Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində qərar verildi. |
Yasin Hüseynzadə edam olunacaq. |
Rusiya sülhməramlılarından nə xəbər? |
Onlar barədə niyə heç kim danışmır? |
Əsrlikdə olan ukraynalı həbçilərin ailə üzvləri kütləvi aksiyalara başladılar. |
Utilizasiya haqqı istehsal ilinə görə avtomobillər arasında necə bölüşdürüləcək? |
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: |
Naxçıvanda 278 mindən çox seçici qeydiyyata alınıb. |
Məntəqələrin hər birində bütün lazımi hazırlıq işləri başa çatdırılıb. |
Naxçıvan Muxtar Respublikasında ümumilikdə altı Dairə Seçki Komissiyası üzrə 310 seçki məntəqəsi mövcuddur. |
Onlardan 16-sı qapalı məntəqə kimi fəaliyyət göstərəcək. |
Bütün seçki məntəqələrində seçicilərin rahat, sərbəst, şəffaf şəraitdə səs vermələri, müşahidələrin aparılması üçün hər cür şərait yaradılıb. |
Məntəqələrdə müşahidə kameraları yerləşdirilib ki, bu kameralar vasitəsilə seçki prosesini canlı izləmək mümkündür. |
Muxtar respublikada 17 500-dən artıq sakin ilk dəfə səsvermə hüququndan istifadə edəcək. |
Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində ağacın yolun hərəkət hissəsinə aşması səbəbindən Xətai prospekti istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb. |
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. |
05.02.2024, 20:20"Bakıda yolun hərəkət hissəsinə aşan ağac götürülüb. |
Qeyd edək ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları dərhal hadisə yerinə gəliblər. |
05.02.2024, 20:08"Bakıda ağac yola aşıb, avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. |
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. |
Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində ağac yolun hərəkət hissəsinə aşıb. |
Bu səbəbdən də Xətai prospekti istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. |
Sürücülərdən nəzərə almaları xahiş edilir. |
Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov və Belarus Prezidentinin Administrasiyasının xarici siyasət idarəsinin rəisi İqor Sekreta arasında görüş keçirilib. |
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. |
Bildirilib ki, görüş zamanı Azərbaycan ilə Belarus arasında ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və ali səviyyədəki siyasi dialoqun ikitərəfli əməkdaşlığın bütün sahələrində inkişaf etdirməsi üçün əsas rol oynadığı qeyd olunub. |
İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın hazırkı müsbət dinamikası xüsusi olaraq vurğulanıb. |
Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər mühüm beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. |
“Daimler AG” (Mercedes-Benz) və “BMW AG” (BMW) şirkətləri Çində fəaliyyət göstərmək üçün birgə müəssisə yaratmaq icazəsi alıblar. |
Çinin bazar tənzimləyicisi müvafiq qərarı təsdiqləyib. |
Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının qərarı “Mercedes-Benz (China) Investment Limited” və “BMW Brilliance Automotive Ltd” şirkətlərinə aiddir. |
Bundan əvvəl “Mercedes-Benz” və BMW-nin müştərək müəssisə yaratmaq qərarı Avropa Komissiyası tərəfindən təsdiq edilmişdi və bu, sazişin Avropa İqtisadi Zonasına məhdud təsiri səbəbindən rəqabətlə bağlı narahatlıq doğurmadığı qənaətinə gəlib”. |
Əbədi rəqiblər olan “Mercedes-Benz” və BMW dəfələrlə reklam kampaniyalarında öz brendləri arasında rəqabət aparıblar. |
BMW reklam afişalarından birində zebra kimi boyanmış “Mercedes-Benz ML” krossoveri və onun arxasınca gepard rənglərində BMW X5 təqdim edilib. |
Digər bir təxribat məqsədli reklamda “BMW 5 Series” sedanları və uneversalları ilə yüklənmiş “Mercedes-Benz” avtomobil daşıyıcısı göstərilib və üzərində “Mercedes-Benz də sürücünün zövqünü oxşaya bilər” yazılıb. |
Namibiya hökuməti ölkə Prezidenti Haqe Qeynqobun vəfatından sonra fevralın 5-dən etibarən onun dəfn tarixinə qədər davam edəcək matəm elan edib. |
“Namibiya Respublikası Hökuməti bütün vətəndaşların nəzərinə çatdırır ki, 2024-cü il fevralın 4-də Vindhukda vəfat etmiş Namibiya Respublikasının Prezidenti Zati-aliləri Haqe Qotfrid Qeynqob üçün matəm müddəti 2024-cü il fevralın 5-dən dəfn tarixinə qədər davam edəcək”, - deyə ölkənin Rusiyadakı səfirliyindən bildirili... |
Qeyd olunub ki, matəm günlərində Namibiya bayrağı respublikada və onun dünyadakı diplomatik nümayəndəliklərində yarıya qədər endiriləcək. |
Xatırladaq ki, Qeynqob xərçəng diaqnozu ilə bazar günü 82 yaşında ölüb. |
O, 2015-ci ildən Namibiyaya rəhbərlik edib. |
Azərbaycanda növbədənkənar prezident seçkisinin əhəmiyyətini, geosiyasi miqyasa təsirlərini həzm edə bilməyənlər yenə hərəkətə keçib. |
Onlar yalnız bağlı olduğu mərkəzlərdən təlimatlar alırlar və həmin tezislər uyğun hərəkət edirlər, ictimai rəyi çaşdırmağı qarşıya məqsəd qoyurlar. |
Elə bu günlərdə Qərbin ənənəvi oyuncaq təşkilatı kimi Azərbaycan əleyhinə istifadə edilən “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin (SMDT) və onun rəhbərliyində təmsil olunan Anar Məmmədliyə Qərbdən xüsusi tapşırıq alması haqda məlumat yayıldı. |
Məlumat siyasi ekspert Telman İsaya istinadən mediada işıqlandırıldı..""Xəbərə görə, Anar Məmmədliyə seçki günü ictimai rəyi manipulyasiya etmək və neqativ məcraya yönləndirmək üçün 500 nəfər müəyyənləşdirmək, həmin adamları “seçki pozuntuları” videoları çəkmək üçün texniki avadanlıqlarla təchiz etmək tapşırılıb. |
Lakin necə deyərlər, bu plan suya düşüb və təlimatı hazırlayanlarla onu icra etmək öhdəliyi təyin edilən şəxslər bu istiqamətdə heç bir şeyə nail ola bilməyiblər. |
İflasa uğrayan cəhdlə bağlı Oxu.Az-a bir sıra əlavə detallar da məlum olub. |
Aldığımız məlumata əsasən, Anar Məmmədli səriştəsizliyini ört-basdır etmək üçün dəridən-qabıqdan çıxır. |
İndi o, özünü sübut etməkdən ötrü yeni plan üzərində işləyir. |
İndiyədək Anar Məmmədli cəmi 20-30 nəfərlik təxribat qrupu formalaşdırmağa nail olub, onların əksəriyyəti “Azadlıq” qəzeti və “Azadlıq” radiosunun əməkdaşlarından ibarətdir. |
Lakin Anar Məmmədlinin xüsusi qruplar formalaşdırmaq cəhdləri plana uyğun nəticə vermir və o, faktiki olaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmir. |
Anar Məmmədli və onun ətrafına topladığı bir neçə nəfərlə seçki günü müxtəlif məntəqələrin işini pozacaq təxribatlar törətmək, məntəqələrdə səs-küy salmaq, bilərəkdən gərginlik yaratmaq və xüsusi video görüntülər paylaşmaq tapşırılıb. |
Aldığımız məlumata görə, Anar Məmmədliyə verilən tapşırıq (500 nəfərlik qrup) faktiki olaraq, icra olunmadığından, ona öz qüvvəsini jurnalist Xədicə İsmayılın “dəstəsi” ilə birləşdirmək tövsiyə olunub və bu günlərdə məsələ müzakirə də edilib. |
Bu da çıxış yolu...Daha doğrusu növbəti fiasko. |
Qısası, Anar Məmmədli və onun ətrafı ağalarının istəyinə uyğun istənilən effektiv fəaliyyətə malik deyillər. |
Buna görə də, bəzi səbəblərdən, o cümlədən, ayrılan vəsaitin bölüşdürülməsi məsələdəki fikir ayrılıqları üzündən “koalisiya” baş tutmayıb və Anar Məmmədli ilə Xədicə İsmayılın ayrı-ayrılıqda “işləməsi” qərara alınıb. |
“Qardaş Türkiyədə böyük insan itkisi və dağıntılara səbəb olan zəlzələnin birinci ildönümündə, faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”. |
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabındakı paylaşımında bildirilib. |
“Bir Millət İki Dövlət kəlamı ilə bağlı olduğumuz Türkiyənin həm sevinc, həm də kədərində daim yanındayıq”, - deyə paylaşımda deyilir. |
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənubunda və Suriyanın şimal-qərbində 7,8 və 7,5 bal gücündə iki zəlzələ on minlərlə insanın həyatına son qoyub. |
Qardaş #Türkiyə|də böyük insan tələfatı & dağıntılara səbəb olan zəlzələnin birinci ildönümündə, faciə qurbanlarının ailələrinə & yaxınlarına dərin hüznlə başsağlığı veririk. |
#BirMillətİkiDövlət kəlamı ilə bağlı olduğumuz Türkiyənin həm sevinc, həm də kədərində daim yanındayıq. |
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. |
Jurnalist Rufik İsmayılovun müsahibi Əməkdar jurnalist, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, yazıçı-publisist Flora Xəlilzadə olub. |
O, doğulub boya-başa çatdığı Qərbi Azərbaycanın Zəngəzur bölgəsindən, Qarakilsə rayonunun Urud kəndindən söhbət açıb. |
Bildirib ki, Urud Cənubi Qafqazın ən qədim yaşayış məskənlərindən biridir. |
Əməkdar jurnalistin sözlərinə görə, bu kənddə min ildən çox yaşı olan Alban-Türk qəbiristanlığı, Babək qalası, Bazarçay üzərindəki qədimi körpü və digər maddi-mədəniyyət abidələri bu yurdun tarixən türklərə məxsusluğunu, burada məskunlaşan əhalinin bizim əcdadlarımız olduğunu ortaya qoyur. |
Urud kəndinin həsrətini, nisgilini daim ürəyində daşıyan F.Xəlilzadə ümummilli lider Heydər Əliyevin yeniyetməlik dövründə yay tətilini bu kənddə keçirdiyini, həmçinin Xalq rəssamı Hüseyn Əliyevin Urudun gözəl təbiətini əks etdirən rəsm əsərləri yaratdığını dilə gətirib. |
O, bu kəndin yetirdiyi şəxsiyyətlər barədə də məlumat verib. |
Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasətindən danışan F.Xəlilzadə qeyd edib ki, ötən əsrin əvvəlində ermənilər onun hər iki babasını, dörd dayısını amansızlıqla qətlə yetiriblər. |
Bildirib ki, sovetlər dövründə də Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı ayrı-seçkiliyini hər zaman hiss edib və görüb. |
O, bununla bağlı şahidi olduğu hadisələri, böyüklərdən eşitdiyi həqiqətləri dilə gətirib. |
Ulu öndər Heydər Əliyev tərəfindən SSRİ dövründə Qərbi Azərbaycandakı soydaşlarımıza daim dəstək göstərildiyini diqqətə çatdıran müsahib vurğulayıb ki, 1988-ci ildə yenidən deportasiyaya məruz qalan azərbaycanlılara siyasi hakimiyyəti dövründə yenə də ümummilli lider mənəvi dayaq olub. |
Əməkdar jurnalist ötən əsrdə ailə üzvlərinin deportasiyaya məruz qaldığını söyləyib. |
Bildirib ki, ermənilər insanları zorla öz evlərindən çıxarıb, qadın və uşaqları sürüyərək qarın içinə atıblar. |
O, soydaşlarımızın bir çoxunun yollarda qar və şaxtadan, bir qisminin isə yurd həsrətindən dünyasını dəyişdiyini deyib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.