Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bildirib ki, Vətənsiz qalan insanın üzü heç zaman gülməz. |
Qərbi Azərbaycan İcmasının həyata keçirdiyi işlərdən danışan Əməkdar jurnalist F.Xəlilzadə vurğulayıb ki, ən böyük arzusu ata-baba yurduna qayıtmaqdır. |
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümu... |
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb... |
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir. |
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. |
Niderland hakimiyyəti istifadəçi məlumatlarının təhlükəsizliyinə təminat verilmədiyinə görə “Facebook” sosial şəbəkəsindən tamamilə imtina etməyi düşünür. |
Ölkənin Daxili İşlər Nazirliyi şəbəkədəki məxfi məlumatların emalı metodundan narahat olduğunu xatırladıb və qaydalara məhəl qoyulmasa, ölkədə platformanı bloklamaqla hədələyib. |
Hələ yeddi il əvvəl ölkənin Məlumatların Mühafizəsi İdarəsi istifadəçilərin məlumatlandırılması və həssas məlumatların idarə edilməsi sahələrində “Facebook”un məlumatların məxfiliyi qanunlarını pozduğunu aşkar edib. |
Bildirilir ki, platformanın rəhbərliyi Niderland hakimiyyətinin tələblərini nəzərə alaraq istifadəçi məlumatlarının məxfilik qaydalarını tənzimləməsə, “Facebook” ölkə üzrə bloklanacaq. |
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev İstanbulda xəstəxanaya yerləşdirilib. |
Oxu.Az-ın xəbərinə görə, bu barədə onun yaxın dostu rejissor Ramiz Mirzəyev məlumat yayıb. |
Cavanşir Quliyevin vəziyyətinin ağır olduğu bildirilir. |
AŞPA Azərbaycandakı seçkini müşahidə etmək üçün dəvət almasa da, bu strukturda Azərbaycana qarşı addımların əsas “dirijoru” olan Frank Şvabe və onun əlaltıları seçki prosesinə müdaxilə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyasına qarşı açıq təzyiq və şantajlara əl atırlar. |
Caliber.Az xəbər verir ki, Şvabe və onun dəstəsi büroya təsir göstərmək üçün şəxsi əlaqələrdə olduğu missiya üzvlərindən istifadə edir, onlara müvafiq göstərişlər göndərir. |
Əsas tələb odur ki, heç bir müsbət cəhəti əks etdirmədən seçkini gözdən salmaq üçün yalnız mənfi cəhətləri aşkar edib qabartmaq lazımdır. |
Şvabenin adamları bu məqsədlə öz “həmkarlarını” açıq şəkildə hədələyir və şantaj edirlər. |
Qeyd edək ki, ATƏT-in missiyasında ABŞ, Fransa kimi ölkələrdən sifarişləri yerinə yetirən, Şvabe ilə əlaqədə olanlar çoxdur. |
Bu seçkidə onlar əslində Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun yox, öz maraqlarını güdürlər. |
Məlumata görə, bu şəxslər Davranış Kodeksini və Müşahidəçi Metodologiyasını pozaraq, yalnız seçkini nüfuzdan salmağa yönəlmiş “faktları” tapmaq tapşırığı alıblar və onlar da öz növbəsində missiyanın digər üzvlərinə bu tələblərə əməl etmələri üçün təzyiq göstərirlər. |
Bunun yekunu isə yalnız maksimum qərəzli və mənfi hesabat hazırlamaq ola bilər. |
Görünür, Şvabe və onun dəstəsi, eləcə də ATƏT missiyasındakı “dostları” hələ də 7 fevral seçkisinin Azərbaycan üçün əhəmiyyətini dərk etməyiblər. |
Onlar hələ də başa düşə bilməyiblər ki, seçkini gözdən salmaq cəhdi Qarabağdakı qələbəyə kölgə salmaq cəhdindən başqa bir şey deyil. |
ABŞ-nin Minnesota Universitetinin alimləri müəyyən ediblər ki, pişik sahibləri daha az stressə məruz qalırlar. |
Onlarda infarkt və digər ürək və damar xəstəlikləri riski daha az olur. |
Tədqiqatın nəticələri “Journal of Vascular and Interventional Neurology” jurnalında dərc olunub. |
Tədqiqatçılar müəyyən ediblər ki, pişiklər bir çox səbəbə görə sahiblərinin sağlamlığına fayda verə bilər. |
Araşdırmada iştirak edən pişik sahiblərinin müşahidəsi nəticəsində məlum olub ki, pişiklərlə ünsiyyət stressi aradan qaldırmağa kömək edir. |
Bu, insult kimi ürək-damar xəstəliklərinin inkişaf riskinin azalması ilə birbaşa bağlıdır. |
Ev heyvanı ilə oynamaq və onu sığallamaq həm də yaxşı əhval-ruhiyyəyə görə cavabdeh olan serotonin hormonunun ifrazını stimullaşdırır. |
Bundan əlavə, təmiz havada heyvanla gəzmək, sahiblərinin gündəlik fiziki aktivlik səviyyəsini artırır, sağlamlığına və dözümlülüyünə müsbət təsir göstərir. |
Ukraynada müharibə davam edir. |
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. |
O bildirib ki, son iki gündə Kiyev də daxil olmaqla Ukraynada yenidən hava həyəcan siqnallarının ardı-arası kəsilməyib:""“Xüsusən Ukraynanın Belarus və Rusiya ilə sərhədlərində vəziyyət son günlər daha da gərginləşib. |
Ötən gün axşam Ukrayna Ordusunun Krım ərazisində Rusiyaya məxsus hərbi bazalara endirdiyi zərbələrin ardınca gecə Donetsk vilayətinin Avdiyevka və Baxmut istiqamətində döyüşlər şiddətli hal alıb”. |
Qeyd edilib ki, Donetsk vilayəti istiqamətində Novaya Mixaylovka kəndi ətrafında gedən döyüşlərdə 2001-ci il təvəllüdlü, azərbaycanlı hərbçi Murad Babayev həlak olub:""“Onu doğulub-böyüdüyü Dnepropetrovsk vilayətində dəfn ediblər. |
Məndə olan məlumata görə, bu, artıq müharibədə həlak olan 39-cu milliyətcə azərbaycanlı olan Ukrayna Silahlı Qüvvələrinin hərbçisidir”. |
“CinemaPlus” kinoteatrlar şəbəkəsində “Efsane” türk komediya filminin qala gecəsi keçirilib. |
Oxu.Az xəbər verir ki, ilin ən iddialı komediya filmi olaraq kinosevərləri güldürmək üçün hazırlanan film yeddi min illik qatığın sirrini əyləncəli şəkildə izah edir. |
Film Çorumda yaşayan Sadık və ailəsi minilliklərdən bəri ailə ənənəsi olaraq qatıq hazırlayır və qatıqlarının dadı və müalicəvi xüsusiyyətləri ilə tanınır. |
Bu əfsanəvi qatığın sirrini ailənin böyüyü Dədə saxlayır və özü hazırlayır. |
Amma yay günü babanın evinin damına qar yağması hər şeyi dəyişir. |
İnanclara əsasən, əgər yayda qar yağarsa, bu möcüzəvi qatığın sirri Dədə tərəfindən ailənin başqa üzvü ilə paylaşılmalıdır. |
Hər kəs bu dəyərli sirri əldə etmək istəyir. |
Qeyd edək ki, filmin rejissoru və ssenari müəllifi Selçuk Aydemirdir. |
Baş rolları isə Ahmet Kural, Cengiz Bozkurt və Cemile Canyurt canlandırıblar. |
Cəlilabad rayonunun Göytəpə şəhərində xəstəxana üçün yeni binanın inşasına başlanılıb. |
Oxu.Az xəbər verir ki, xəstəxana binası 2 hektar sahədə inşa olunur. |
Səhiyyə ocağı üçmərtəbəli olmaqla 60 çarpayıdan ibarət olacaq. |
Məlumata görə, tibb ocağında sakinlərə səhiyyə sahəsində ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılacaq. |
ABŞ-nin keçmiş prezidenti Donald Tramp ölkədə sərhəd nəzarətini gücləndirmək, Ukrayna və İsraili dəstəkləmək üçün ayrılacaq vəsaiti birləşdirən əlavə maliyyələşdirmə qanun layihəsinə yalnız axmaqların səs verə biləcəyi deyib. |
“Ancaq axmaq və ya radikal solçu demokrat gün ərzində yalnız 5 min keçiddən sonra hakimiyyətə sərhədi bağlamaq hüququ verən bu dəhşətli sərhəd qanun layihəsinə səs verə bilər”, - Tramp “Truth Social” səhifəsində yazıb. |
O, həmçinin qeyd edib ki, təqdim olunan sənəd demokratlar üçün hədiyyədir və sərhədlər və immiqrasiya üzrə xarici yardımla bağlılığı olmayan ayrıca qanun layihəsi hazırlamaq lazımdır. |
Xatırladaq ki, ABŞ Senatı cənub sərhədində nəzarətinin gücləndirilməsi, Ukrayna və İsrailə yardım üçün ayrılacaq vəsaitləri birləşdirən maliyyə paketini millət vəkillərinin müzakirəsinə təqdim edib. |
“İzləyicilərə mesajımız birlik, bərabərlik və ailənin önəmidir”. |
Bu sözləri Oxu.Az-a açıqlamasında “Efsane” türk komediyasının Bakıda keçirilən qala gecəsində filmin baş rolunu canlandıran Ahmet Kural deyib. |
Aktyor çox gözəl film ərsəyə gətirdiklərini qeyd edib:""“Çox şanslıyıq ki, beş-altı il sonra yenidən Bakıdayıq. |
Çox gözəl film ərsəyə gətirdik. |
İzləyicilərə mesaj birlik, bərabərlik və ailənin önəmidir. |
Yeddi min illik qatığın sirri əyləncəli şəkildə göstərilir”. |
A.Kural sonda Bakıya gəlişindən söz açıb:“Bakıya səfərim ilk dəfə deyil. |
Filmə bütün enerjimizi verdik”. |
Avstraliya və ABŞ okeanoloqları qədim dəniz süngərlərinin tədqiqi nəticəsində ilk kimyəvi sübut əldə ediblər. |
Onlar təsdiq ediblər ki, 1860-cı illərin ortalarından bəri Yer kürəsində orta temperatur 1,7 dərəcə Selsi artıb. |
Bu, BMT ekspertlərinin hazırkı hesablamalarından nəzərəçarpacaq dərəcədə yüksəkdir. |
Alimlərin kəşfi “Nature Climate Change” jurnalında dərc olunub. |
Jurnalın mətbuat xidmətinə məlumat verən Qərbi Avstraliya Universitetinin (Krouli) professoru Malkolm Makkalok bildirib ki, alimlər Karib dənizinin dibində dayaz ərazilərdə rast gəlinən “Ceratoporella nicholsoni” növünün uzunömürlü süngərlərinin əhəngli qabıqlarını tədqiq edərkən bu qənaətə gəliblər. |
Bildirilir ki, alimlər Puerto-Riko və Santa-Kruz adalarının sahillərində qədim və nisbətən müasir süngər nümunələrini toplayıb, onların yaşını təyin ediblər və əhəngli qabıqların müxtəlif təbəqələrində stronsiumun nisbətini ölçüblər. |
Bu, Karib dənizində temperaturun 1700-cü ildən 2020-ci ilə qədər necə dəyişdiyini öyrənməyə, eyni zamanda Yer kürəsində orta temperaturu müəyyən etməyə imkan verib. |
Baku TV Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimov haqqında reportaj hazırlayıb. |
Ziyalı bir ailədə doğulan Koroğlu Rəhimov vətən sevgisi ilə böyümüşdü. |
1969-cu ildə orta təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Bakıya gəlir və Azərbaycan Neft və Kimya İnstitutunun avtomexanika fakültəsinə daxil olur. |
1972-ci ildə ordu sıralarına çağırılır və hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa vurur. |
Hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilini tamamlayır. |
1979-cu ildə əmisi qızı Aybəniz xanımla ailə həyatı qurur. |
1988-ci ildə azərbaycanlıların Ermənistandan qovulması, 1990-cı ilin 20 Yanvar hadisələri, 1992-ci ilin Xocalı soyqırımı Koroğlu Rəhimovun düşməndən qisas almaq, torpaqlarımızı erməni faşistlərindən təmizləmək arzusunu daha da alovlandırır. |
O, 1992-ci ilin martın 17-də könüllü olaraq Milli Ordu sıralarına yazılır. |
1992-ci ilin aprelin 30-da K.Rəhimov N saylı hərbi hissədə 2-ci motoatıcı bölüyün komandiri təyin edilir. |
Qısa müddət ərzində onun qəhrəmanlığı dillərdə əzbər olur. |
Ağdərə döyüşlərində də qəhrəmanlıqlar göstərən Koroğlu üçüncü sovxozu da erməni faşistlərindən azad edir. |
Qəhrəmancasına həlak olan Koroğlu Rəhimovun ölüm xəbəri hamını sarsıdır. |
Üç övladı - qızı Ülviyyənin, oğlanları Rəşad və Samirin gözünü yolda qoyur. |
O, Ülviyyənin doğum gününə gələcəyinə söz vermişdi. |
Ülviyyə atasına bağlı qız idi.Birdən ağlamağa başladı. |
Dedi ki, saqqallılar atamı öldürdü”, - şəhidin həyat yoldaşı Aybəniz Rəhimova həmin günləri xatırlayarkən deyib. |
Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Natalya Budarina və komissiyanın üzvü Anton Lopatin Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisində beynəlxalq müşahidəçi qismində iştirak edəcəklər. |
Bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının Mətbuat Xidməti məlumat yayıb. |
Qeyd olunub ki, Azərbaycanda keçirilən prezident seçkisində 88 ölkədən ekspertlər də daxil olmaqla 85 mindən çox müşahidəçi akkreditasiyadan keçib. |
Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. |
Laçında fəaliyyət göstərən yeni müəssisə ekoloji baxımdan təmiz, tüstüsüz odunlar istehsal edəcək. |
Belə ki, müəssisə üçün Moldova istehsalı olan müasir avadanlıqlar gətirilib. |
Həmçinin burada yerli sakinlərin çalışacağı nəzərdə tutulur. |
Ətraflı “AzTV Xəbər”in süjetində: |
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilidəki meşə yanğınlarında həlak olanlarla bağlı başsağlığı verib. |
Bu barədə XİN-in “X” səhifəsində paylaşım edilib. |
“Çilidə baş vermiş meşə yanğınlarında ölənlərin ailələrinə dərin hüzünlə başsağlığı veririk. |
Bu böyükmiqyaslı faciə ilə mübarizə aparan Çili xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik”, - paylaşımda deyilir. |
We express heartfelt condolences to the families of the victims of devastating wildfires in #Chile, and stand in solidarity with the people and government of Chile as they battle this tragedy of a great scale. |
Kaliforniya alimləri Beynəlxalq Kosmik Stansiyada (BKS) gözlənilməz kəşf ediblər. |
Yerdəki tədqiqatların məhdudiyyətlərindən məyus olan elm adamları araşdırmalarını kosmosda davam etdirmək qərarına gəliblər və xərçəngə qarşı mümkün vasitə aşkar ediblər. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.