Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Hüceyrələrin əhəmiyyətli stressə məruz qaldığı və daha sürətli qocaldığı mikroqravitasiya şəraitində tədqiqatçılar xərçəngin inkişafını və müalicə təsirlərini Yerdəkindən daha sürətli şəkildə müşahidə edə biliblər. |
Tədqiqat qrupuna rəhbərlik edən doktor Katriona Ceymison bildirib ki, son kosmiki sınaqlar zamanı yeni eksperimental dərman - “Rebeksinib” bədxassəli zülalların əmələ gəlməsinin qarşısını alıb və daha yüksək effektivliyini göstərib. |
Alim və onun komandası ilin sonuna qədər Yerdə “Rebeksinib”in klinik sınaqlarına başlamağa ümid edirlər. |
Beləliklə, kosmosda aparılan tədqiqatlar xərçənglə mübarizədə yeni perspektivlər açır, dərmanların sürətli sınaqdan keçirilməsi və inkişafının mümkünlüyünü nümayiş etdirir ki, bu da bu xəstəliyin yeni müalicə vasitələrinin yaradılmasına səbəb ola bilər. |
2018-ci il iyunun 11-i gecə saat 1-də 1978-ci il təvəllüdlü Şahin İmamov Xaçmaz rayon Polis Şöbəsinə könüllü gələrək mayın 31-də qonşusu Elburus Abdullayevlə birlikdə Mirzağa adlı şəxsi meşə ərazisində öldürdüklərini və meyiti orada basdırdıqlarını bildirib. |
Məlumatın düzgünlüyünün yoxlanılması məqsədi ilə həmin şəxs Əbilyataq kəndindəki meşə massivinə aparılıb. |
Onun göstərdiyi yerdən meyit qazılaraq çıxarılıb və patoloji anatomiya şöbəsinə göndərilib. |
Öldürülən şəxsin Xaçmaz şəhər sakini 1967-ci il təvəllüdlü Mirzağa Əzizov olması müəyyənləşdirilib. |
1975-ci il təvəllüdlü Elbrus Abdullayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. |
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. |
Lent.az məlum qətl hadisəsinin istintaq materiallarını təqdim edir:"İstintaqla müəyyən edilib ki, Elbrus Abdullayev tanışı Mirzağa Əzizova olan 4500 manat borcundan yaxa qurtarmaq və onun yaşadığı Bakı prospekti ev 95 mənzil 5-də olan 5500 manat pulunu ələ keçirmək üçün onu öldürmək qərarına gəlib. |
Niyyətini həyata keçirməyi şəhər sakini Şahin İmamova təklif edib. |
Mayın 31-i saat 12 radələrində zəngləşib görüşəndən sonra Mirzağa Əzizovu aldadıb, öz avtomobili ilə rayonun Əbilyataq kəndində yerləşən meşə massivinə gətiriblər. |
Orada baltanın çapıcı hissəsi ilə həmin şəxsin başına zərbələr vurub, onu qazdıqları quyuya atıblar. |
Ardınca huşsuz halda olan Əzizovun baş və boyun nahiyələrinə belin iti hissəsi ilə əlavə zərbələr endirib, zərərçəkəni xüsusi amansızlıqla öldürüblər. |
Mərhumun şalvarının cibindən onun yaşadığı mənzilin açarını götürüb, meyiti cinayətin alətləri ilə birgə quyuda basdırıblar. |
Sonra öldürdükləri şəxsin evinə gedib, ona məxsus pulları və başqa ölkəyə getməsi görüntüsünü yaratmaqdan ötrü xarici pasportunu götürüblər. |
Həmin gün birlikdə Bakı şəhərinə gedərkən, yolda pasportun vərəqələrini cırıb, məhv ediblər. |
İş üzrə dindirilmiş Elbrus Abdullayev bildirib ki, Quba rayonun 2-ci Nügədi kəndində anadan olub, Xaçmaz şəhərinin Gəncəvi küçəsində fərdi evdə yaşayıb və Şahin İmamov qonşusudur. |
Mirzağa Əzizovla 2014-cü ildən dostluq edib, bir-birilərinin evinə gediş-gəlişləri olub:"""Elbrus Abdullayev"“Mirzağanın sol ayağı fiziki qüsurlu olduğundan o, ağsayaraq gəzirdi. |
Ailə qurmamışdı, Xaçmaz şəhərinin Bakı prospektində, əlillər üçün inşa edilmiş binada yaşayırdı. |
2016-cı ildə mənə faizə 500 manat borc pul verdi. |
Həmin məbləği qaytarandan sonra ayrı-ayrı vaxtlarda ondan ümumilikdə faizsiz 4500 manat pul götürmüşəm. |
Lakin imkanım olmadığından borclarımı qaytara bilmədim. |
Mirzağa bir neçə dəfə məndən pulunu tələb etsə də, ondan möhlət istəmişəm. |
Mayın 20-də Mirzağanın evində qonaq olarkən o, evində 7000 manat pul saxladığını dedi. |
Ayın 24-də görüşəndə Mirzağa borcu barədə arvadıma danışdığını dedi, bu hərəkətinə görə ona acıqlandım. |
Mayın 30-da yaşadığım evdə olan zaman Şahin İmamova zəng edərək, onunla vacib işim olduğunu söylədim. |
Axşam qonşumun evinə gedib onu çölə çağırdım. |
Sərxoş vəziyyətdə olan Şahin gəlib mənim “Mercedes” markalı avtomobilimə əyləşdi. |
Söhbət əsnasında, Mirzağanın tək yaşadığını, evində 7000 manat pulu olmasını və ona təxminən 4500 manat borcum olduğunu dedim. |
Bildirdim ki, Mirzağanı öldürüb, evindən pulu götürüb aramızda bölüşdürək. |
Bununla da, borcdan canımı qurtarım. |
Mayın 31-i səhər saat 9-da qonşumla görüşüb cinayəti nə cür törədəcəyimiz barədə danışdıq. |
Şahin Mirzağanı rayonun Əbilyataq kəndində yerləşən meşə massivində öldürməyi və meyiti də orada basdırmağı təklif etdi. |
Aramızdakı razılaşmaya əsasən mən Mirzağanın başını qatmalı, Şahin isə fürsətdən istifadə edib, balta ilə başına zərbələr vurmalıdır. |
Sonra yaşadığım evin həyətindən daş baltasını götürüb, avtomobilin yük yerinə qoydum. |
Zəng edib danışandan sonra avtomobili Bakı prospekti ilə Z.Tağıyev küçəsinin kəsişməsinə tərəf sürdüm və Mirzağanın bizi gözlədiyini gördük. |
Şahin avtomobildən düşüb sağ arxa oturacaqda əyləşməklə öz yerini ona verdi. |
Maşında Şahin Mirzağaya, yalandan meşə ərazisindən torpaq yığıb Bakıda yaşayan dostuna göndərmək istədiyini dedi. |
Mirzağa heç nədən şübhələnmədi və razılaşdı. |
Mağazadan araq, pivə, ərzaq, meşə torpağını daşımaq üçün kisələr və iki ədəd bel aldıq. |
Əbilyataq kəndində yerləşən meşəyə yollandıq. |
Şahin əvvəllər orada yaşadığından, həmin əraziyə bələd idi.Saat 12 radələrində meşəyə çatdıq. |
Şahin araq, Mirzağa isə pivə içdi. |
Səhhətimdə problem, eyni zamanda sükan arxasında olduğum üçün spirtli içki qəbul etmədim. |
Hər üçümüz bel ilə meşə torpağını qazıb kapron kisələrə yığdıq. |
Təxminən 1 saatdan sonra, Mirzağanın üzü qazdığımız quyuya tərəf olarkən, Şahin baltanın kəsici hissəsi ilə onun başına zərbə vurdu. |
O, yerə yıxılandan sonra baş və boyun nahiyələrinə ardınca daha üç dəfə güclü zərbələr endirdi. |
Öldüyünü görüb, onu qazdığımız quyuya atdıq. |
Şahin quyuya düşüb belin iti hissəsi ilə Mirzağanın başına əlavə xəsarətlər yetirdi. |
Mən də quyuya tullanıb mərhumun ciblərini axtarmağa başladım. |
Şalvarının sağ cibindən mənzilin açarını tapdım. |
Mirzağanın idman papağını, 6 ədəd torpaqla dolu kisələri, baltanı və beli quyuya tulladıq”. |
Mərhumun mobil telefonu, yeyib-içdikləri yerdə qaldığı üçün, onu söndürüb avtomobilinə qoyub. |
Saat 14 radələrində Mirzağanı basdırıb, meşə massivindən çıxıblar. |
Əbilyataq kəndinin çıxışındakı kanala, özlərində qalan daha bir ədəd beli və dörd ədəd boş kisəni atıblar. |
Əlillər üçün inşa edilmiş binanın yanına çatandan sonra, Şahin avtomobildə qalıb:""“Mirzağanın yaşadığı bloka daxil olaraq, 2-ci mərtəbəyə qalxdım və mənzilin qapısını açarla açdım. |
1-ci otaqda ağ rəngli paketin içindən, dəsmala bükülmüş pulları və mərhumun xarici pasportunu götürdüm. |
Əskinazları sayıb, ümumi məbləğin 5500 manat olmasını gördüm. |
Pasportu götürməkdə məqsədim o idi ki, guya Mirzağa xarici ölkəyə gedib. |
Yarım saatdan sonra qayıdıb tapdığım məbləğin yarısını Şahinə verdim. |
Orada qonşum 500 manata mişar daşları, qum və digər tikinti materialları aldı. |
2 saatdan sonra Şahinlə birlikdə Bakıya getmək üçün yola çıxdıq. |
Şabran rayonunda, Mirzağaya məxsus evin açarını və pasportunu Vəlvələ çayına tulladım. |
Sumqayıta az qalmış mərhumun telefonunu da sındırıb pəncərədən çölə atdım. |
Saat 22 radələrində Bakıya çatdıq. |
“20 yanvar” metrostansiyasının yaxınlığında yerləşən geyim mağazalarından özümüzə təzə paltar və ayaqqabı aldıq. |
Geri qayıdanda Şahini Xırdalan dairəsində düşürdüm, özüm isə rayona gəldim. |
Qonşum iki gün Mehdiabad qəsəbəsində, tanışının evində qaldı. |
Şahin İmamov"İyunun 5-i və ya 6-da görüşəndə, Şahinin təklifi ilə mərhumu basdırdığımız yerin üstünə dizel yanacağı tökdük. |
Bunu da ona görə etdik ki, meşədə olan yırtıcı heyvanlar quyudan meyiti qazıb, çıxartmasınlar. |
İyunun 10-da Şahinin hərbi xidmətdə olan oğlu İmam qısa müddətli məzuniyyətə gəlmişdi. |
Bununla əlaqədar təşkil olunan məclisdə spirtli içki qəbul edən Şahin gecə saat 1 radələrində sərxoş halda valideynlərinə, həmçinin oğlum Aydına törətdiyimiz hadisəni danışdı. |
Yolda Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib yalandan namus üstündə adam öldürdüyümü bildirdim”. |
Zərərçəkmiş şəxsin hüququ varisi Vaqif Əzizov ifadəsində göstərib ki, bir neçə rayon sakininin, o cümlədən Elbrus Abdullayevin qardaşı Mirzağa Əzizova pul borcu olub:"""“Axırıncı dəfə Mirzağanı mayın 29-da tanışımın yas mərasimində görmüşdüm. |
Bundan bir həftə sonra qardaşıma zəng etsəm də, telefon nömrəsinə zəng çatmadı. |
Narahat qalıb qardaşlarımdan Mirzağanı xəbər alanda, onlar da onun harada olmasını bilmədiyini dedilər. |
Qardaşımın hər il Bakıya, Mərdəkan qəsəbəsində yerləşən sanatoriyalara istirahətə getdiyini bildiyimdən, onun orda olmasını düşündük. |
İyunun 11-də Mirzağanın meyitinin morqda olduğunu bildik. |
Həmin gün meyiti təhvil alıb kənd qəbirstanlığında dəfn etdik. |
Polis şöbəsində mənə bildirdilər ki, Elburus və Şahin adlı şəxslər qardaşımı öldürüb, meşədə basdırıblar”. |
Məhkəmə iclasında Şahin İmamov və Elburus Abdullayev ittihamlar üzrə özlərini təqsirli biliblər. |
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərə ağır cəza verilməsini xahiş edib. |
Məhkəmə nəticəyə gəlib ki, Elburus Abdullayev və Şahin İmamov Cinayət Məcəlləsinin 120.2.1-ci (qrup halında qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11-ci (quldurluqla... |
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Elburus Abdullayev və Şahin İmamov qəti olaraq 19 il müddətinə azadlıqdan məhrum olunublar. |
Bukingem Sarayı Kral III Çarlzın xərçəng xəstəliyindən müalicə olunduğunu açıqlayıb. |
Müalicə müddətində o, vəzifələrini yerinə yetirməyə davam edəcək, lakin kütləvi tədbirlərdə iştirak etməyəcək. |
Sarayın bəyanatında deyilir ki, kral müalicəsinə müsbət yanaşır və bütün ictimai vəzifələrinə tam şəkildə qayıtmağı səbirsizliklə gözləyir. |
Kralın nümayəndəsi əlahəzrətin hansı xərçəng xəstəliyinə tutulduğunu açıqlamasa da, bunun prostat xərçəngi olmadığını vurğulayıb. |
Bakının Nizami rayonu, Naxçıvanski 38 ünvanında park salınır. |
Xezerxeber.az-ın məlumatına görə, artıq qazıntı prosesinə başlanılıb, lakin işləri davam etdirmək mümkün deyil. |
Səbəb isə ərazidə yerləşən obyekt və sex kimi istifadə edilən avtoqarajlardır. |
Ərazidə iş aparan şirkət əməkdaşının sözlərinə görə, bu obyektlərin sahibləri ilə sadəcə zənglə əlaqə yarada biliblər. |
Nizami Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Naxçıvanski küçəsi 38 və 48 ünvanlarında məhəllənin abadlaşdırılması işlərinə başlanılıb. |
Məhəllədə uşaq-əyləncə və idman qurğuları, yeni işıqlandırma sistemi, söhbətgahlar və oturacaqlar quraşdırılacaq, sakinlərin şəxsi avtomobilləri üçün parklama yerləri yaradılacaq. |
Bu məqsədlə sözügedən ünvanlarda sakinlər tərəfindən çəpərlənərək zəbt edilmiş ərazilər, eyni zamanda, beş ədəd dəmir avtoqaraj və beş ədəd köhnə tipli söhbətgah götürülüb. |
Digər daş avtoqarajların götürülməməsinə səbəb isə onların müvafiq sənədlərinin olmasıdır. |
Xalq artisti Flora Kərimova növbəti açıqlaması ilə diqqət çəkib. |
Olay.az yazır ki, sənətçi “Space Star”da Əməkdar artist Elza Seyidcahanla olan qalmaqalından danışıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.