Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. |
Qərara əsasən, hüquqi şəxslərin nəzarət-kassa aparatı (NKA) operatoru olması üçün tələblər sərtləşdirilib. |
Belə ki, aparata xidmət göstərmək istəyən şirkətin azı 12 nəfər əməkdaşı, Bakıda və digər regionlarda zəruri avadanlıqlarla təchiz edilmiş azı 6 filial və yaxud məntəqəsi olmalıdır. |
Əvvəl hər iki halda tələb 1 vahid idi.""Bundan başqa, operator kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxsin tələblərə uyğunluğunun yoxlanması müddəti 2 gündən 5 günə çatdırılıb. |
Şirkətin təqdim etdiyi modelinin nümunəsinin texniki sınağı 60 gün ərzində, sertifikatlaşdırılması isə 30 gündən gec olmayaraq təqdim həyata keçiriləcək. |
Moskvanın Basmannı məhkəməsi tanınmış rusiyalı yazıçı Boris Akunini (Qriqori Çxartaşvili) qiyabi həbsə məhkum edib. |
Bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb. |
“Moskvanın Basmannı rayon məhkəməsinin qərarı ilə Qriqori Çxartaşvili qiyabi olaraq iki ay müddətinə həbs edilib”, - deyə məlumatda qeyd olunub. |
Qeyd edək ki, Boris Akunin Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaqda ittiham olunub. |
67 yaşlı tanınmış yazıçı Rusiya hökuməti tərəfindən terrorçu və ekstremistlər reyestrinə daxil edilib. |
Onun müəllifi olduğu kitabların Rusiya ərazisində satışının qadağan olunduğu və kitab mağazalarında satışdan yığışdırıldığı da bildirilib. |
Yazıçı hazırda Londonda yaşayır. |
Yaponiyanın Noto yarımadası regionunda yanvarın 1-də baş vermiş zəlzələ 50 min evi dağıdıb. |
Dağıntılar nəticəsində yaranan tullantıların həcmi 2,4 milyon tonu ötüb. |
İsikava prefekturasının qubernatoru Hirosi Hase mətbuat konfransı zamanı zəlzələdən sonra yaranan zibillərin utilizasiyasını çox ciddi problem adlandırıb. |
O bu məsələdə dəqiq planın olmasının vacibliyini də qeyd edib. |
“Zəlzələ nəticəsində prefekturada təqribən 2,4 milyon ton zibil əmələ gəlib. |
Bunlar hələlik Ekologiya Nazirliyinin hesablamalar üçün tövsiyələrinə əsaslanan ilkin rəqəmlərdir. |
Bu təxminən İsikava prefekturasındakı zibilin yeddiillik həcminə bərabərdir”, - deyə qubernator bildirib. |
Sumqayıt şəhərində məişət tullantılarının yollara yayılması və antisanitar vəziyyətin müşahidə edilməsi ilə bağlı müvafiq tədbirlər görülüb. |
Bu barədə Oxu.Az-a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. |
Bildirilib ki, səhər saatlarında şəhərin 20 Yanvar küçəsində yol kənarına qoyulan məişət tullantıları havanın küləkli olması səbəbindən əraziyə yayılıb:""“Qısa müddətdə Təmizlik Departamentinin işçiləri tərəfindən ərazidə təmizlik işləri aparılıb. |
Hazırda ərazidə heç bir tullantı və xoşagəlməz mənzərə yoxdur”. |
12:50"Sumqayıt şəhərində məişət tullantıları antisanitar vəziyyət yaradıb. |
Bu barədə Baku.ws-in “qaynar xətti”nə məlumat daxil olub. |
Belə ki, şəhərin 20 Yanvar küçəsində zibil qalaqları həm ətrafa yayılıb, həm də sakinlərin narahatlığına səbəb olub. |
Görüntüləri olduğu kimi təqdim edirik: |
Türk Dövlətləri Təşkilatının (TDT) Beynəlxalq Seçki Müşahidə Missiyası (BSMM) fevralın 7-nə təyin edilmiş prezident seçkisini izləmək üçün Azərbaycanda fəaliyyətə başlayıb. |
Secki-2024.az xəbər verir ki, TDT-nin Baş katibi, səfir Kubanıçbek Ömuralıyevin rəhbərlik etdiyi missiyaya qurumun katibliyinin rəsmiləri, üzv dövlətlərin Mərkəzi Seçki komissiyalarının (MSK) nümayəndələri və TDT ölkələrinin mütəxəssisləri daxildir. |
Nümayəndə heyətinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində və MSK-da görüşləri nəzərdə tutulub. |
TDT-nin müşahidəçiləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə də seçkiləri izləyəcəklər. |
TDT-nin nümayəndə heyətinin fevralın 8-dək Azərbaycanda səfərdə olacağı nəzərdə tutulur. |
Küləkli hava şəraiti Bakı-Quba-Rusiya Federasiyası yolunda qum fırtınasına səbəb olub. |
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. |
Qum fırtınası sürücülərə çətin anlar yaşadıb. |
Həmin görüntüləri təqdim edirik:""Nəzrin Vahid |
Tehranın Beheşti Universitetinin sosiologiya üzrə professoru Əhməd Şəkərçi işdən qovulub. |
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. |
Tələbə media qrupları bunu İranda professorların, müəllimlərin və tələbələrin işdən qovulmasının davamı adlandırıblar. |
Məlumata görə, professorun universitetlə müqaviləsinin ləğv edilməsinə səbəb isə “Qadın, Həyat, Azadlıq” şüarı altında xalq etirazlarında öyrəncilərə dəstək verməsi olub. |
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 6-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə görüşüb. |
AZƏRTAC xəbər verir ki, görüşdə MSK sədri ilk dəfə olaraq seçkinin azad edilmiş ərazilərimizdə də keçiriləcəyini diqqətə çatdırıb. |
O qeyd edib ki, seçicilər həmin ərazilərdə yaradılmış 26 məntəqədə səs verəcəklər. |
“Biz bu seçkini Zəfər seçkisi adlandırırıq”, - deyən M.Pənahov seçkidə mübarizə aparacaq namizədlər, həmçinin ölkəmizdə seçicilərin və yaradılmış məntəqələrin sayı, seçicilər və müşahidəçilər üçün yaradılmış şərait barədə məlumat verib"MSK-nın sədri seçkini müşahidə etmək üçün 90 mindən çox müşahidəçinin qeydiyyatdan k... |
Türk Dövlətləri Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri, qurumun Beynəlxalq münasibətlər və hüquq komissiyasının sədri Osman Mesten TÜRKPA-nın seçkini fəal şəkildə müşahidə edəcəyini diqqətə çatdırıb. |
O, həmçinin bildirib ki, TÜRKPA həmişə Azərbaycanın yanındadır və bu, hər zaman belə olacaq. |
“İlk dəfə olaraq seçkini bütöv Azərbaycan torpaqlarında müşahidə etmək bizim üçün də xüsusi əhəmiyyət daşıyır. |
Səsvermə günü seçkini işğaldan azad olunmuş torpaqlarda müşahidə edəcəyik. |
Demokratik ölkə olan Azərbaycanda seçkinin ölkə qanunvericiliyinin tələblərin uyğun şəkildə keçiriləcəyinə inanırıq. |
Fevralın 8-də mətbuat konfransı keçirəcəyik və ilkin nəticələrimizi açıqlayacağıq”, - deyə Osman Mesten qeyd edib. |
Ermənistan parlamentinin spikeri Alen Simonyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında ciddi pərdəarxası mübarizə gedir. |
Bu barədə Ermənistan KİV yazır. |
Bildirilir ki, qarşıdan gələn 2026-cı il seçkisi ilə güclənən ambisiyaların və şəxsiyyətlərin toqquşması “məxməri inqilab”ın iki əsas fiquru, həmçinin Nikol Paşinyanın yerinə namizədlər arasında kəskin qarşıdurmaya səbəb olub. |
Məlumata görə, mübarizə açıq hücumlar və korrupsiya ittihamları şəklini alıb. |
Simonyan Paşinyanın qarşısında Qriqoryanın fəaliyyətini pisləməyə çalışıb. |
Baş nazir isə Simonyanın ailə üzvlərinin “Synergy” şirkətinin tender satınalmasında iştirakına diqqət çəkib, bu da hüquq-mühafizə orqanlarının marağına səbəb olub. |
Simonyan bir də ayılıb ki, qardaşının həyat yoldaşının həbsi ilə bağlı korrupsiya qalmaqalının mərkəzindədir. |
Onun vəziyyəti şərh etməməsi vəziyyəti daha da gərginləşdirib. |
KİV onu da diqqətə çatdırır ki, Simonyana məxsus “Freenews TV”nin yayımı maliyyə problemlərinə görə müvəqqəti olaraq dayandırılıb. |
Bildirilir ki, hakim partiyanın bəzi üzvləri birbaşa və ya dolayısı ilə Simonyanın istefasını tələb edirlər və artıq bu məsələni Paşinyan qarşısında qaldırıblar. |
Bütün bunlar spikerin siyasi gələcəyi ilə bağlı ciddi şübhələr yaradır. |
Partiyada hesab edilir ki, bu və ya digər şəkildə onun adı ilə bağlı müntəzəm qalmaqallar reytinqə mənfi təsir göstərə bilər. |
Simonyanın keçən il cəzasız qaldığı tüpürməklə bağlı qalmaqallı hadisədən sonra “Vətəndaş sazişi” ümid edir ki, Paşinyanın bununla bağlı xəbərdarlıqları da nəzərə alınmaqla, onun ailəsinin korrupsiyada iştirakı diqqətdən kənarda qalmayacaq. |
Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorkyanın dövlət satınalmalarında sui-istifadə halları ilə bağlı həbsi, onsuz da, kifayət qədər çətin olan siyasi vəziyyətdə gərginliyi daha da artırıb. |
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. |
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. |
Bildirilib ki, bu çərçivədə Qəbələ rayonunun Həmzəli kəndi ərazisində fiziki şəxs tərəfindən qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkar edilib. |
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikilinin sökülməsi təmin edilib. |
FIFA referisi Fəridə Lütfəliyeva və FIFA referi köməkçisi Sevda Nuriyeva UEFA-dan təyinat alıblar. |
AFFA-nın rəsmi saytı xəbər verir ki, hakimlər 17 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ikinci mərhələsinin oyunlarını idarə edəcəklər. |
İrlandiya, Albaniya və İsrail komandalarının yer aldığı B qrupunun matçları fevralın 20-dən 26-dək Albaniyada keçiriləcək. |
2004-2009-cu illərdə “Barselona” klubunun hücumçusu olmuş, hazırda Kamerun Futbol Federasiyasının prezidenti olan Samuel Eto'O vəzifəsini tərk etmək qərarına gəlib. |
Artıq Samuel Eto'O ərizəsini Kamerun Futbol Federasiyasına təqdim edib, lakin federasiyanın icraiyyə komitəsi keçmiş futbolçunun istefasını qəbul etməyib. |
Qeyd olunur ki, icraiyyə komitəsinin üzvləri yaxın günlərdə yenidən Samuel Eto'O ilə görüşüb sözügedən məsələni müzakirə edəcəklər. |
Məlumat üçün əlavə edək ki, 2014-2018-ci illərdə Türkiyədə top qovan Eto'O 2021-ci ildən Kamerun Futbol Federasiyasının prezidenti vəzifəsini icra edir. |
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. |
Oxu.Az xatırladır ki, seçkidə yeddi prezidentliyə namizəd mübarizə aparır. |
Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:""1. |
Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;"2. |
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;"3. |
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;"4. |
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;"5. |
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;"6. |
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;"7. |
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev. |
Qeyd edək ki, Azərbaycanda 125 seçki dairəsi üzrə 6 319 seçki məntəqəsi var. |
Bildirək ki, xarici ölkələrdə olan vətəndaşların səsverməsi üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. |
“Həkimlər hələ evdən çıxmağa icazə vermirlər”. |
Bunu “Qaynarinfo”ya açıqlamasında Xalq artisti Rafiq Əzimov səhhətindən danışarkən deyib. |
Aktyor ev şəraitində yavaş-yavaş gəzdiyini bildirib:""“Əməliyyat olunandan xeyli vaxt keçir. |
Amma hələ də tam yeriyə bilmirəm. |
Həkimlər deyirlər ki, sinirlər tam qaydasına düşəndən sonra hara istəyirsən gedə bilərsən. |
Damarlarım hələ tam möhkəmlənməyib”. |
Rafiq Əzimov teatrda yeni aldığı rollarına görə, narahat olduğunu vurğulayıb:""“Rollarım var, məşqlər gedir. |
Yeriyə bilmədiyimdən teatra gedə bilmirəm. |
Mehriban Ələkbərzadə ad günüm ilə bağlı bizə gəlmişdi, məni təbrik etdi, bildirdi ki, narahat olma, tamam sağal sonra gələrsən”. |
Qeyd edək ki, Xalq artisti Rafiq Əzimov bir müddət öncə teatrda tamaşa oynayarkən səhnədə yıxılıb. |
Ayağı büdrəyən aktyor əməliyyat olunub. |
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür. |
Oxu.Az xatırladır ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvarın Əliabad kəndində anadan olub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.