Search is not available for this dataset
text
stringlengths
10
518k
Azərbaycanlı heyətdən 114 nəfər daha sonra Hatay şəhərinə getdi, aralarında həkim və mühəndislərin də olduğu qrup Kahramanmaraş və Hatayda axtarış-xilasetmə işlərinə qatılaraq 53 nəfəri dağıntılar altından xilas etdi.
Fasiləsiz rejimdə, üçnövbəli şəkildə aparılan axtarış-xilasetmə işlərində üç avtomobil, istiliyə həssas axtarış-xilasetmə cihazları, istilik kameraları və xüsusi təlim keçmiş səkkiz axtarış-xilasetmə itindən istifadə olunub.
Azərbaycan komandası, həmçinin, Kahramanmaraşda iki səhra xəstəxanası yaradıb.
Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan xəstəxanalarda 41 həkim və səhiyyə işçisi çalışıb.
Azərbaycan nümayəndə heyətinin tərkibində olan psixoloqlar yerlərdə zəlzələdən zərər çəkənlərə dəstək olublar.
Xəstəxanalarda, o cümlədən cərrahiyyə xidməti və laboratoriyada zəlzələdən zərər çəkmiş təxminən 2 500 insana sağlamlıq xidmətləri və psixososial dəstək göstərilib.
Pediatrlar zəlzələdən zərər çəkən uşaqlara qulluq ediblər.
Azərbaycandan gələn heyət Kahramanmaraş və rayonlarında 10 yerdə çadır şəhərciyi yaradıb.
Kahramanmaraşda səhra mətbəxi yaradan Azərbaycan heyəti hər gün 1 000 nəfər üçün yemək hazırlayıb və zəlzələdən zərər çəkənlərə xidmət göstərib.
Əlavə 10 təyyarə və yük maşını ilə Türkiyəyə adyal və qızdırıcı kimi humanitar yardım göndərilib.
Axtarış-xilasetmə işlərinin tamamlanmasının ardından qrupun bir hissəsi Türkiyəni tərk edib, amma aralarında həkimlərin də olduğu 310 nəfər Kahramanmaraşda tibbi yardım işlərini həyata keçirməkdə davam edib.
Zəlzələ bölgəsini ən son tərk edənlər də azərbaycanlı xilasedicilər olublar.
Türkiyənin ovaxtkı xarici işlər naziri, hazırda Türkiyə Böyük Millət Məclisinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu da Malatyada keçirdiyi mətbuat konfransında bildirmişdi ki, zəlzələ bölgəsini sonuncu tərk edənlər azərbaycanlı xilasedicilər olublar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 8-də Azərbaycan lideri İlham Əliyevlə telefonla danışıb.
Dəstəyə görə Azərbaycana təşəkkür edib.
“Biz necə Qarabağ müharibəsində qardaşlarımızın yanında olduqsa, Türkiyədəki fəlakətdə də İlham qardaşım bütün komandası ilə bizim yanımızda yer aldı”, - R.T.Ərdoğan bildirib.
Qardaş ölkənin lideri aprelin 25-də Azərbaycan FHN-in xilasedici giziri Elvin İsgəndərovu, Müdafiə Nazirliyi Tibb Xidmətinin polkovniki Niyamədin Ağamalıyevi və zəlzələdən sonra Türkiyəyə gedən gənc könüllülərdən Ayxan Allahverdiyevi “Yüksək Fədakarlıq Ordeni və Medalı” ilə təltif etdi.
Bu, rəsmi Ankaranın qardaş dəstəyini qiymətləndirməsinin təzahürü idi.""“Əsrin fəlakəti” adlandırılan zəlzələnin təsirlərinin aradan qaldırılması məqsədilə Türkiyəyə yardım göndərən ilk ölkələrdən biri də məhz Azərbaycan oldu.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, təkcə fevralın 21-nə qədər qardaş ölkəyə zəruri ləvazimatlarla yanaşı, 24 900 000 manat maddi yardım da edilib.
Ümumiyyətlə, zəlzələnin təsirlərinin ən qısa müddətdə aradan qaldırılması ən yüksək səviyyədə Azərbaycan hakimiyyətinin diqqətində idi.Prezident İlham Əliyev prosesə şəxsən nəzarət edirdi.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı fevralın 28-də Azərbaycan Aqrobiznes Forumunda çıxışı zamanı bildirmişdi ki, fevralın 6-da Türkiyədə baş verən zəlzələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva böyük dəstək göstəriblər.
Bundan başqa, Azərbaycanın Kahramanmaraşda 100 milyon dollarlıq tikinti işləri aparmağa başladı.
“Azərbaycan və Türkiyə arasında Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikintisi barədə əməkdaşlıq haqqında” Saziş 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalandı.
Sənədi Azərbaycan tərəfdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Türkiyə tərəfdən isə ətraf, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki imzaladılar.
R.T.Ərdoğan isə noyabrın 11-də sazişi təsdiqlədi.
Onu da deyək ki, Türkiyənin Kahramanmaraş vilayətində inşa olunan “Azərbaycan” yaşayış məhəlləsinin ümumi sahəsi 32 hektar təşkil edəcək.
Layihəyə əsasən, məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir.
Yaşayış məhəlləsində 71 yaşayış binası inşa olunacaq.
Bu binalarda 2, 3 və 4 otaqlı 1 323 mənzil olacaq.
Eyni zamanda, həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 799 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə veriləcək.
Layihənin 100 milyon ABŞ dolları məbləğində hissəsi Azərbaycan tərəfindən icra olunacaq.
Hökumətin icraçı qurumu Mənzil İnşaatı Dövlət Agentliyidir.
Yaşayış məhəlləsində yerləşən ibtidai məktəb və uşaq bağçasının, Baş Plan üzrə 11 və 12-ci məhəllələrin tikintisinə başlanılıb.
20 sinif otağından ibarət 300 şagird yerlik ibtidai məktəb və üç sinif otağından ibarət 60 yerlik uşaq bağçasında təhsilə dəstək məqsədilə əlavə aşağıdakı otaqlar da olacaq:""- xüsusi alətlər və tədris materiallarından ibarət bir emalatxana;"- musiqi dərslərinin keçirilməsi üçün musiqi alətlərindən ibarət bir musiqi ot...
Yuxarıda da qeyd edildiyi kimi, “Azərbaycan” məhəlləsinin Baş Planı üzrə 11 və 12-ci məhəllələrin tikintisinə başlanılıb.
İki məhəllədə ümumilikdə 16 yaşayış binası yerləşəcək.
Bu binalarda ümumilikdə 276 mənzil, 244 qeyri-yaşayış obyekti olacaq.
Onu da deyək ki, Türkiyəyə dəstək təkcə hökumət və dövlət səviyyəsində deyil, xalq səviyyəsində də özünü göstərdi.
Sadə insanlar Türkiyəyə yardım göstərmək üçün səfərbər oldular.
Kimi pul göndərdi, kimi də pal-paltar, yorğan-döşək.
Özünün köhnə, sovet istehsallı avtomobili ilə zəlzələdən zərər çəkənlərə yardım daşıyan Sərvər Bəşirli öz hərəkəti ilə tək Azərbaycanda deyil, qardaş ölkədə də məşhur oldu.
Türkiyədə çoxsaylı insan itkilərinə səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyası qardaş ölkə KİV-ində geniş işıqlandırıldı.
Əksər media vasitələri - “Haber Global”, “Milliyet”, “Yeni Şafak” kimi nüfuzlu sayt və nəşrlər Azərbaycanın dəstəyi ilə bağlı materialları manşetə çıxardılar.
Zəlzələnin bütün mənfi təsirlərinə, çətinliklərə baxmayaraq, Türkiyə bu problemin də öhdəsindən gəldi.
Eynilə Qarabağda olduğu kimi, Kahramanmaraşda da yenidənqurma işləri başlandı.
Azərbaycan yenidənqurma işlərində də fəal iştirak etdi və proses bu gün də davam etdirilir.
Kahramanmaraşla yanaşı, Hatay və Adıyamanda da konteyner şəhərcikləri salındı.
Kahramanmaraşda “Azərbaycan” məhəlləsi inşa edilir.
Beləliklə, iki qardaş olan Bakı və Ankara bu sınaqdan da alnıaçıq, üzüağ və həm də daha güclü çıxdılar.
Azərbaycanın Türkiyəyə verdiyi dəstək növbəti mərhələdə türk dövlətləri arasında inteqrasiyanın güclənməsinə də töhfə verdi.
Nəticə etibarı ilə Azərbaycan və Türkiyə növbəti dəfə həmrəylik nümunəsi ortaya qoydular.
Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə müraciət edib.
İdarədən Oxu.Az-a verilən məlumata görə, müraciətdə deyilir:"“Bir çox hallarda avtomobil sahibləri avtoyuma və ya təmir məntəqələrinin xidmətlərindən istifadə edərkən nəqliyyat vasitəsinin açarlarını işçilərə etibar edir, lakin əmlakın sonrakı aqibətindən xəbərsiz olurlar.
Bəzən belə yanaşmalar məntəqədə çalışan və adətən gənc, hərəkətlərinin məsuliyyətinin fərqinə varmayan şəxslərə nəqliyyat vasitələrindən qanunsuz istifadə fürsəti verir ki, bu da sonda insanların həlak olması, yaralanması, yaxud maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin, oğurluqların, əmlakdan sui-istifadə ...
Bununla yanaşı, xidmət göstərməli olduqları avtomobildən istifadə etməklə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş şəxslər məsuliyyətə cəlb edilərkən hüquqazidd əməlin törədilməsində alət və ya bilavasitə obyekt olmuş nəqliyyat vasitəsi ilə bağlı qərarlar qəbul edilir ki, bu da əmlak sahibi üçün əlav...
Odur ki, avtomobil sahiblərinə müraciət edərək tövsiyə edirik ki, təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən mümkün qədər məntəqəyə yaxın ərazidə olmağa çalışın, avtomobilinizi təsadüfi deyil, tanıdığınız, məsuliyyətli, peşəkar insanlara etibar edin.
Unutmayın ki, bəzən etinasız yanaşdığımız bir hal sonradan bərpası mümkün olmayan fəsadlara yol aça bilər”.
Nazirlər Kabineti “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısı”nı təsdiq edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafının yeni və daha səmərəli dəstəklər hesabına sürətləndirilməsi, qlobal iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyalara qarşı bu sahədə rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin formalaşdırılması məqsədilə aşağıdakı sahələr üzrə fəaliyyət göstərə...
Ötən ilin fevralın 6-da baş vermiş və onminlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələ Türkiyəni olduğu kimi, Azərbaycanı da dərindən sarsıtdı.
Zəlzələ xəbərinin ilk dəqiqələrindən Azərbaycan xalqı və dövləti heç bir yardım çağırışını gözləmədən öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi.
Azərbaycan hazırda Kahramanmaraş vilayətində humanitar fəaliyyətini davam etdirərək burada aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Kahramanmaraş vilayətində inşa olunan “Azərbaycan məhəlləsi”nin ümumi sahəsi 32 hektar təşkil edəcək.
Layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir.
Yaşayış məhəlləsində 71 yaşayış binası inşa olunacaq.
Bu binalarda 2, 3 və 4 otaqlı 1323 mənzil olacaq.
Eyni zamanda, həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 799 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə veriləcək.
Layihənin 100 milyon ABŞ dolları məbləğində hissəsi Azərbaycan Hökuməti tərəfindən inşa olunacaq.
Azərbaycan Hökumətinin icraçı qurumu Mənzil İnşaatı Dövlət Agentliyidir.
Azərbaycan Hökuməti tərəfindən “Azərbaycan məhəlləsi”ndə yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi inşa olunacaq.
Yaşayış məhəlləsində yerləşən ibtidai məktəb və uşaq bağçasının, baş plan üzrə 11 və 12-ci kvartalların tikintisinə başlanılıb.
20 sinif otağından ibarət 300 şagird yerlik ibtidai məktəb və 3 sinif otağından ibarət 60 yerlik uşaq bağçasında təhsilə dəstək məqsədilə əlavə aşağıdakı otaqlar da olacaq:""- xüsusi alətlər və tədris materiallarından ibarət 1 emalatxana"- musiqi dərslərinin keçirilməsi üçün musiqi alətlərindən ibarət 1 musiqi otağı"- ...
İki kvartalda ümumilikdə 16 yaşayış binası yerləşdir.
Bu binalarda ümumilikdə 276 mənzil, 244 qeyri-yaşayış obyekti olacaq.
“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.
Oxu.Az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə müvafiq qərar verib.
Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.
Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.
“Azərbaycan mədəniyyəti üçün ağır itkidir”.
Oxu.Az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti, tanınmış baletmeyster Rəfiqə Axundova ilə vida mərasimində Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova jurnalistlərə açıqlamasında deyib.
A.Kərimova mərhum baletmeysterlə bağlı xatirələrindən bəhs edib:"“Azərbaycan mədəniyyətinə ağır itki üz verdi.
Xoreoqrafiyanın incilərindən biri idi.Xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.
Yaratdığı zərif, gözəl obrazları dərin iz qoyub.
Rəfiqə xanım pedaqoji fəaliyyəti ilə də seçilirdi.
Bu gün tələbələri də onunla vidalaşmağa gəliblər.
Hər zaman xatirələrimizdə yaşayacaq.
Tələbələri onun üslubunun daşıyıcılarıdır.
Hər zaman qəlbimizdə özünəməxsus üslubu ilə yaşayacaq”.
Prezident İlham Əliyevin tapşırıqlarının icrası ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrinin gedişatı ilə yerindəcə tanış olmaq məqsədilə Şuşa, Xocalı, Ağdərə və Ağdam rayo...
Bildirilib ki, qış fəsli və çətin relyefli ərazilər olmasına baxmayaraq, dövlət başçısının tapşırıq və sərəncamları əsasında AAYDA tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası fasilə verilmədən davam etdirilir.
Bunun üçün ərazilərə kifayət qədər texnika və canlı qüvvə səfərbər olunub.
Səfər çərçivəsində Saleh Məmmədov Prezidentin sərəncamı ilə yenidən qurulan və ümumi uzunluğu 41 km olan Şuşa-Laçın avtomobil yoluna baxış keçirib.
Hazırda Şuşa-Laçın avtomobil yolunda köhnə asfalt-beton örtüyün sökülməsi, yararsız qruntun qazılaraq kənarlaşdırılması, əvəzinə yararlı qruntun tökülməsi ilə torpaq işləri icra olunur.
Avtomobil yolu II texniki dərəcəyə uyğun yenidən qurulur.
Daha sonra İdarə Heyətinin sədri Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu km-dən ayrılan və 35,5 km uzunluğa malik Ağdərə-Ağdam, həmçinin Bərdə-Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən və uzunluğu 18 km olan avtomobil yollarında aparılan tikinti işlərinin yerinə yetirilməsi ilə tanış ...
Qeyd edək ki, hər iki avtomobil yolu Prezidentin sərəncamı ilə II texniki dərəcəyə uyğun müasir səviyyədə yenidən qurulacaq.
Layihələrin icra vəziyyəti ilə yerindəcə tanış olan agentliyin İdarə Heyətinin sədrinə məlumat verilib ki, yollar boyunca köhnə örtüyün söküntüsü, yararsız qruntun qazılaraq kənarlaşdırılması işləri tərtib olunmuş qrafikə uyğun şəkildə, yüksək səviyyədə icra olunur.
S.Məmmədov sadalanan avtomobil yollarına baxış zamanı yol infrastrukturu layihələrinin “İnşaat norma və qaydaları”na uyğun vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
Nazirlər Kabineti 1 avqust 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nda dəyişiklik edib.