Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub. |
Həmin il həqiqi hərbi xidmətə çağırılıb. |
Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib. |
Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsi ilə başa vurub. |
2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. |
Bir müddət sonra öz arzusu ilə təyinatı cəbhə bölgəsindəki hərbi hissələrdən birinə edilib. |
19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlə ilə məhv edib. |
Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək beş saat onlarla təkbətək döyüşüb, düşməni ağır itkilərə məruz qoyub. |
O, səhər saatlarında döyüşdə qəhrəmancasına şəhid olub. |
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. |
Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. |
Biləsuvar şəhərində lisey-məktəb kompleksi və küçə onun adını daşıyır. |
2008-ci ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi “İstiqlal” snayper tüfəngləri ailəsindən olan 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə “Mübariz” adlandırılıb. |
2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto Parkında Mübariz İbrahimov adına xatirə lövhəsi vurulub. |
2016-cı ildə Sumqayıtda küçələrdən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib. |
2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində heykəli ucaldılıb. |
Azərbaycanda növbədənkənar prezident seçkisi ilə əlaqədar səsvermə prosesi başa çatıb. |
Oxu.Az bildirir ki, ölkəmizdə səsvermə səhər saat 08:00-dan axşam saat 19:00-a kimi keçirilib. |
Hazırda verilən səslərin hesablanması prosesi davam edir. |
08:00"Azərbaycanda növbədənkənar prezident seçkisi ilə əlaqədar səsvermə prosesinə start verilib. |
Oxu.Az bildirir ki, Azərbaycanda səsvermə səhər saat 08:00-dan axşam saat 19:00-a kimi keçirilir. |
Seçki Məcəlləsinə əsasən, seçkilər günü saat 07:50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib kilidləyir, saat 08:00-da səsvermənin başlandığını elan edir. |
Bildirək ki, seçki günü səsvermə məntəqəsində seçiciyə seçki bülleteni verilir. |
Bunun üçün səs verən şəxs seçici vəsiqəsini və şəxsiyyət vəsiqəsini (və ya onu əvəz edən sənədi) təqdim etməlidir. |
Seçici seçki bülletenini aldıqdan sonra məntəqə seçki komissiyasının üzvü şəxsiyyət vəsiqəsinin (və ya onu əvəz edən sənədin) seriyasını və nömrəsini seçicilər siyahısına yazır. |
Seçici yazıların düzgünlüyünü yoxlayır və bülleteni alarkən imza atır. |
Seçkilərdə iştirak edərkən Azərbaycan Respublikasının vətəndaşları yalnız bir namizədin lehinə səs verə bilərlər. |
Laçındakı “Zerti” Aqrosənaye Parkında fəaliyyət göstərən bütün müəssisələr dünyanın ən yeni texnologiyaları ilə ayaqlaşdığından, laçınlılar xaricdən dəvət edilmiş mütəxəssislərdən dərs alaraq həm işlə təmin olunur, həm də peşəkar vərdişlərə yiyələnirlər. |
“Laçın Abadlıq Xidməti” ASC-nin direktoru Nəsimi Əsədovdan aldığımız məlumata görə, “Zerti” Aqrosənaye Parkında yeni istehsalat müəssisələri açılıb. |
Onun sözlərinə əsasən, yeni müəssisələrin açılması nəticəsində Laçında 60 yeni vakansiya elan edilib. |
Bununla da əvvəlki göstəricilər nəzərə alınmaqla, Laçına qayıtmış 500 sakinin işlə təmin olunması həyata keçirilib. |
Yanvar ayından etibarən, Laçında yüksək keyfiyyətli dam örtüklərinin istehsalına başlanılıb. |
Cəmi 15-20 ilə korroziyaya uğrayan dəmir dam örtüklərindən fərqli olaraq, Laçında müasir italyan avadanlıqları ilə ötrüklər istehsal edilir ki, onların da 100 ildən artıq davamlılığı var. |
Məlum olduğu kimi, “Bakı Abadlıq Xidməti” MMC tərəfindən quruculuğu həyata keçirilən Laçında bütün tikinti materialları, o cümlədən dam örtükləri ən yüksək standartlara cavab verir. |
Yerli müəssisənin işə düşməsi isə nəqliyyat və çatdırılma xərclərini aradan qaldıracaq. |
Eyni zamanda, laçınlıların qabaqcıl texnologiyaları mənimsəyərək işə cəlb edilməsinə şərait yaradılacaq. |
Bu mənada, “Laçın” Aqrosənaye Parkında fəaliyyət göstərən hər bir müəssisə, həm də tədris-təlim mərkəzi sayıla bilər. |
Belə ki, istehsal müəssisələri ilə paralel olaraq, Aqrosənaye Parkında məktəblər də qurulur ki, həmin məktəblərdə xaricdən dəvət almış mütəxəssislər bir neçə ay ərzində innovativ texnologiyalarla düzgün rəftar, istehsal gücünün artırılması üsulları ilə bağlı dərslər keçirlər. |
Yeri gəlmişkən, dünyada plastik qapı-pəncərə istehsalında bir nömrə sayılan “Schuco” məktəbi Laçında açılmaq üzrədir. |
Bu, o deməkdir ki, məşhur brendin keyfiyyətli nümunələrini artıq Laçından da əldə etmək mümkün olacaq. |
“Bakı Abadlıq Xidməti” MMC-nin mühəndisi Fuad Məmmədovun fikrincə, Laçın istehsalı dam örtükləri işğaldan azad edilmiş Qarabağda quruculuq işlərinə cəlb edilmiş tikinti şirkətlərinin ehtiyaclarını qismən qarşılamağa qadirdir. |
Qeyd edək ki, cəmi 11 ay ərzində bir çox müəssisələrin - o cümlədən, heyvandarlığın inkişafı üçün seleksiya mərkəzinin, orqanik istixanaların, “Aydınoğlu” mebel fabrikinin, ət kəsimi, yuyucu vasitələr istehsal edən sexlərin fəaliyyət göstərdiyi “Zerti” Aqrosənaye Parkı yeni fəaliyyətə başlayan sahələr - ayaqqabı fabrik... |
Hazırda yerli sakinlərin çalışdığı Aqrosənaye Parkının 1200 laçınlını işlə təmin edəcək potensialı var. |
Küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. |
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. |
Eyni zamanda bütün məlumat sürət tablolarından “Güclü külək” işarəsi də götürülüb. |
12:29"Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb. |
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. |
Eyni zamanda, bütün məlumat sürət tablolarında “Güclü külək” işarəsi qoyulub. |
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş olunur. |
Fevralın 4-5-də Tərtər rayonunda minaya düşən Həsənəli Əlizadə və Azər Məmmədovun son durumları açıqlanıb. |
Həkimlər onların vəziyyətini orta ağır və stabil kimi dəyərləndirirlər. |
Qeyd edək ki, fevralın 4-də Tərtər rayonu Qızıloba kəndi ərazisində rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü Həsənəli Şahin oğlu Əlizadə heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb. |
Fevralın 5-də Tərtər şəhər sakini, 1966-cı il təvəllüdlü Azər Əhməd oğlu Məmmədov rayonun Göyarx kəndi ərazisində heyvan otaran zaman piyada əleyhinə minaya düşüb. |
Hər iki şəxsin sol ayağı amputasiya edilib. |
Faktlarla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır. |
“Hökumət evi”ndə təmir-bərpa işlərinin aparılması planlaşdırılır. |
Təmir-bərpa işləri çərçivəsində 575 kvadratmetr ərazidə daş və beton səthlərdən suvaq çıxarılacaq, 109 kvadratmetr ərazidə taxta arakəsmələr, dam örtüyü söküləcək. |
Bundan başqa, 69,3 kvadratmetrlik, eləcə də 2,7 kvadratmetrlik hissələrdə 41-60 sm çıxıntılı divar memarlıq detalları bərpa ediləcək və yenidən qurulacaq. |
Həmçinin gücü dörd baldan yuxarı olan küləyə qarşı əlavə tədbirlər həyata keçiriləcək. |
Ölkə ərazisində fevralın 7-nə gözlənilən hava proqnozu açıqlanıb. |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. |
Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var. |
Mülayim cənub-qərb küləyi əsəcək. |
Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 12-16 dərəcə isti olacaq. |
Atmosfer təzyiqi normadan yuxarı 762 mm civə sütunu olacaq. |
Azərbaycanın rayonlarında əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. |
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. |
Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq. |
Qeyd edək ki, sabah Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. |
Cizgi filmləri uşaqların həyatında mühüm rol oynayır. |
Onlar uşaqlara müxtəlif bacarıqlar, yaradıcılıq imkanları qazandırmaqla yanaşı, mənfi təsirlər də göstərə bilər. |
Dünya praktikası"Amerika Birləşmiş Ştatları (ABŞ) cizgi filmi sənayesinə görə qabaqcıl ölkələr sırasındadır. |
“Hollywood” studiyalarında dünyada məşhur olan animasiya filmləri istehsal edilir. |
ABŞ-dən sonra Yaponiya da cizgi filmi sektorunda önəmli paya malikdir. |
Fransada hazırlanan animasiyalar daha çox təhsil və əyləncə mövzularına həsr olunur. |
Çin, Cənubi Koreya kimi ölkələrin istehsal etdiyi filmlər də dünyada maraqla izlənilir. |
Azərbaycana qonşu ölkələr, xüsusən Rusiyada ənənəvi olaraq uğurlu cizgi filmləri çəkilir. |
Rusiyada istehsal edilən və Azərbaycanda da böyük izləyici kütləsi qazanan “Maşa və ayı” cizgi filmini xüsusilə qeyd edə bilərik. |
Bu ekran əsəri dublyaj olunaraq hazırda dünyanın onlarla ölkəsində yayımlanır. |
Ümumilikdə rus cizgi filmləri dünya bazarının 1%-ni təşkil edir. |
Son statistikalara görə, animasiya məhsulları üçün qlobal bazarın həcmi ildə 250 milyard dolları ötür ki, bunun da təxminən 2,5 milyardı Rusiyadan gəlir. |
Rusiya Animasiya Filmləri Assosiasiyasının analitik hesabatına görə, ölkədə ildə 5500 dəqiqəyə yaxın animasiya hazırlanır. |
Assosiasiyanın məlumatına görə, 2022-ci ildə 13 tammetrajlı film istehsal olunub, bu filmlərdən 7 milyard rubldan çox vəsait əldə edilib. |
Cizgi filmlərindən danışarkən Türkiyə təcrübəsini ayrıca qeyd etmək lazımdır. |
Qardaş ölkədə son illərdə bu sektorda sürətli inkişafa nail olub. |
Türkiyədə istehsal edilən cizgi filmlərinin demək olar ki, bir çoxu Azərbaycanda sevilərək izlənilir. |
Ölkədə bu sahəyə dəstək məqsədilə 6 qurum - Mədəniyyət və Turizm Nazirliyi, Kino Baş İdarəsi, Sənaye və Texnologiya Nazirliyi, Ticarət Nazirliyi, Türkiyə Məşğulluq Agentliyi, Texnologiya İnkişafı Bölgəsi, Türkiyə Elmi və Texniki Araşdırmalar Şurası maliyyə ayırır. |
2022-ci ildə açıqlanan hesabatda qeyd edilib ki, Türkiyədə 100-ə yaxın animasiya studiyası var, işçi qüvvəsi təxminən 1500-2000 nəfərdir. |
Son dövrlərdə istehsal edilən - həm qısa, həm də uzunmetrajlı türk cizgi filmləri təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkələrində yayımlanır. |
Onlardan “Kral Şakir”, “Kuzucuk”, “Niloya”, “Rafadan Tayfa”, “Keloğlan Masalları”, “Köstebekgiller” və digərlərinin adını çəkə bilərik. |
Cizgi filmlərinin əsas yayımını isə “TRT Çocuk” telekanalı həyata keçirir. |
Bəs Azərbaycanda cizgi filmi sektorunda hazırkı vəziyyət necədir, yerli istehsal varmı, onlar auditoriyanın diqqətini cəlb edə bilirmi? |
Eləcə də bu sahəyə ayrılan vəsait və diqqət, xarici ölkələrlə əməkdaşlıq və idxal da maraq kəsb edən məsələlər sırasındadır. |
Azərbaycan telekanallarında cizgi film yayımı"Audiovizual Şuranın ötən ilin dekabr ayında açıqladığı statistikaya görə, cizgi filmləri Azərbaycan telekanallarında yayımlanan proqramların 1%-ni əhatə edir. |
Ayrılıqda isə İctimai TV-də 8,4%, Xəzər TV-də 1,4%, “Space” TV-də 0,9% cizgi filmləri yayımlanır. |
ARB telekanalında isə cizgi filmləri verilmir. |
Bununla belə TV-nin nəzdində ayrıca olaraq “ARB Günəş” telekanalı fəaliyyət göstərir, kanalda yalnız cizgi filmləri və uşaq verilişləri yayımlanır. |
Buna görə də “ARB Günəş” Azərbaycanda cizgi filmi sektoru üzrə yeganə ixtisaslaşmış kanal sayılır. |
Telekanaldan sorğumuza cavab olaraq qeyd edilib ki, hazırda efirdə yayımlanan cizgi filmlərinin 85 faizini xaricdə istehsal olunan animasiyalar təşkil edir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.