Search is not available for this dataset
text
stringlengths
10
518k
Bildirilib ki, o, Polşanın Varşava Dövlət Universitetinə təqaüdlə qəbul olsa da, təhsilini yarımçıq qoyub.
Ağır xəsarət alan Həsənəli Əliyevin sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.
Keçmiş “Sovetski” ərazisində tərəfimizdən heç bir yenidənqurma işləri aparılmır.
Yasamal Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə yenidənqurma işlərinin aparılması ilə bağlı heç bir rəsmi məlumat yoxdur.
10:54"Keçmiş “Sovetski” ərazisində yaradılan Mərkəzi Parkın üçüncü hissəsində yenidənqurma və abadlıq işlərinə başlanıldığı deyilir.
Oxu.Az xəbər verir ki, bu barədə foto və məlumat sosial şəbəkələrdə paylaşılıb.
İddia edilir ki, abadlıq işləri Təzəpir məscidinin yaxınlığında yerləşən ərazidə aparılır.
İşlərin başlanıldığı hissədə evlərin bir neçə il əvvəl söküldüyü deyilir.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.
Qeyd edək ki, Mərkəzi Parkın üçüncü hissəsinin ümumi ərazisi 8,2 hektar planlaşdırılıb.
Bunun 6,4 hektarı yaşıllıq sahəsi üçün nəzərdə tutulub.
Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyev evində hücuma məruz qalıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir müddət əvvəl baş verib.
Məlumatda bildirilib ki, 55 yaşlı hüquqşünasa əvvəllər vəkili olduğu müvəkkillərindən birinin qardaşı, 31 yaşlı Ceyhun Məmmədov hücum edib.
O, M.Əliyevin evinə gəlib, onunla danışmaq istədiyini deyərək otağa daxil olub.
Bu vaxt Ceyhun əlindəki bıçağı professorun belinə dirəyib, ondan pul tələb edib.
“İşini” rahat görmək üçün M.Əliyevi kresloya oturmağa məcbur edən şəxs onun əllərini-ayaqlarını kəndir və kabellə, ağzını isə yapışqan lentlə bağlayıb.
Ceyhun bundan sonra hüquşünasın telefonunu götürüb.
Bank proqramı vasitəsilə özünə 8 min manat pul köçürüb.
Daha sonra nağd pul və digər əşyalarını götürərək evdən qaçıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində C.Məmmədov həbs edilib.
Barəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsinin müvafiq bəndləri ilə cinayət işi başlanıb.
Bu günlərdə iş üzrə ibtidai araşdırma başa çatıb.
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Mayis Əliyev Vəkillər Kollegiyasının üzvüdür.
O, uzun illərdir Azərbaycan Universitetinin professoru, “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədridir.
ABŞ-də yaşayan azərbaycanlı həkim Ramil Mereyev səhhəti ilə bağlı yerləşdirildiyi xəstəxanada vəfat edib.
Oxu.Az xəbər verir ki, Texas ştatının Hyuston şəhərində yaşayan həmyerlimiz bu gün “Memorial Hermann Texas Medical Center” xəstəxanasında dünyasını dəyişib.
Bildirilib ki, ixtisasca həkim olan Ramil bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilibmiş.
O, 10 və 8 yaşlarında iki övlad atası olub.
R.Mereyevin cənazəsinin Azərbaycana göndərilməsi istiqamətində iş aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu fevralın 9-da fevral ayı üzrə pensiyaların ödənişinə başlayacaq.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Həmin gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçiriləcək.
Pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə veriləcək.
Artım bu ilin əvvəlindən tətbiq olunur və yanvar ayının artımı da həmin məbləğin üzərinə əlavə edilərək pensiyaçılara ödəniləcək.
Müvafiq qrafikə uyğun olaraq gələn həftə ərzində respublikamızın digər bölgələri üzrə fevral ayının pensiyalarının, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin bu ay üzrə pensiyalarının da indeksləşdirmə əsasında artırılmış məbləğlə ödənişi nəzərdə tutulub.
Dünən, fevralın 5-də İsveçin NATO-ya daxil olması məsələsi nəhayət ki, həll oluna bilərdi.
Macarıstanda - parlamenti hələ də “İsveç protokolu”nu təsdiqləməmiş yeganə ölkədə - tətildə olan deputatlar fevralın 5-də növbədənkənar iclasa toplaşmalı idilər.
Lakin hakim “Fides” Partiyasından olan deputatlar ona məhəl qoymayıblar.
Mətbuatın yazdığına görə, “Fides” səsvermənin tətil bitdikdən sonra, fevralın 26-da keçirilməsinin tərəfdarıdır.
Eyni zamanda, Macarıstan İsveçin Baş naziri Ulf Kristerssonun Budapeştə səfərinə qədər gözləmək fikrindədir.
Lakin Kristersson Macarıstan parlamenti İsveçin Şimali Atlantika Alyansına qoşulmaq ərizəsini təsdiqləyənə qədər bu ölkəyə səfər etmək niyyətində deyil.
Düzü, Türkiyə “İsveç protokolu”nu ratifikasiya etdikdən sonra Macarıstanın da eyni şeyi edəcəyinə və bunun yaxın gələcəkdə baş verəcəyinə şübhə edənlər azdır.
Beləliklə, İsveçin NATO qarşısındakı son maneəsi aradan qalxacaq.
Bundan sonra İsveç üçün nə dəyişəcək?
İsveçli analitik, professor, Uppsala Universitetinin Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun (IRES) tədqiqatçısı Qreq Saymons vəziyyəti Oxu.Az-a şərh edib:""- Müəyyən mənada İsveç üçün çox şey dəyişməyəcək.
Stokholmun bir neçə ildir ki, səy göstərdiyi siyasi məqsədə nail olunmasının rəsmi təsdiqi və tanınması olacaq.
Yeri gəlmişkən, bu hərəkat Ukraynada 2022-ci ildə başlayan müharibədən xeyli əvvəl yaranıb.
Hazırkı formada İsveç qeyri-rəsmi olaraq ABŞ-yə tabe olan vassal dövlətdir.
Stokholm ABŞ-nin geosiyasi fəaliyyətinin obyektinə çevrilmək üçün beynəlxalq münasibətlərdə istənilən subyektlikdən əl çəkməyə hazırdır.
İsveçin NATO-ya qoşulması ilə bağlı imzalanmış protokolların mürəkkəbi quruyan kimi İsveç dövləti rəsmi surətdə ABŞ-nin vassalı olacaq.
Yeri gəlmişkən, Stokholm artıq Birləşmiş Ştatlara İsveç hərbi bazalarından istifadə etməyi təklif edib.
- Türkiyə ilə İsveç arasında münasibətlər necədir, axı Ankara uzun müddət Stokholmun NATO-ya qəbuluna qarşı çıxıb?
Yeri gəlmişkən, Türkiyə parlamentinin İsveçin NATO-ya daxil olmasını təsdiqləməsi ilə bağlı qərarından sonra Ankara və Stokholm rəsmiləri arasında təmaslar intensivləşib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin Baş naziri Ulf Kristersson ilə NATO-ya üzvlük prosesi, terrorla mübarizə və ikitərəfli əlaqələri müzakirə edib.
Bundan əvvəl Türkiyə və İsveçin xarici işlər nazirləri Hakan Fidan və Tobias Billström də eyni şeydən danışmışdılar.
Bəs Türkiyə İsveçdən hansı güzəştləri almağa nail oldu?
Hərbi mallara qoyulan embarqonun ləğvi, antiterror qanunvericiliyinin sərtləşdirilməsi, yoxsa başqa bir şey?
- Türkiyə praqmatik dövlətdir, regional gücdür və beynəlxalq münasibətlərdə mühüm amildir.
Ankara reallıqları çox gözəl anlayır.
Əgər Türkiyə tərəfi İsveçin NATO-ya üzv olmasına icazə vermək qərarına gəlibsə, bu o deməkdir ki, Türkiyə arxa fonda görülən işlərdən maksimum yararlanıb.
İsveçin NATO-ya qəbulu ilə bağlı razılaşma danışıqlarda təzyiq rıçaqı idi.
Yeri gəlmişkən, Türkiyə Cümhuriyyətinin İsveç vasitəsilə istədiyi nəticəni alması heç də vacib deyil.
Avropa İttifaqı və ABŞ çox şey verdilər.
Amma təbii ki, İsveç özünü yaxşı aparmağa məcbur olub, o, keçmiş təkəbbürlü hərəkətlərinin və Türkiyəyə münasibətinin əvəzini ödəyir.
- Macarıstan hansı preferensiyalar əldə edə bilər?
Məlumdur ki, Stokholm və Budapeşt münasibətlərində çoxdandır sərinləşmə var.
İsveç Macarıstan hökumətini “diktatura” adlandırdı, bu isə Budapeşt tərəfindən xoş qarşılanmadı və qarşılanmır.
- Hesab edirəm ki, İsveç beynəlxalq münasibətlərdə böyük rol oynamır.
Stokholmun dediklərinin və etdiklərinin böyük ölçüdə əhəmiyyəti yoxdur.
Eyni zamanda, ölkə daxili ziddiyyətlərdən parçalanır.
Bu vəziyyətdə “sonuncu gülən” Macarıstan olacaq.
Üstəlik, Budapeştə prosesi (NATO-ya daxil olmaq - red.)
sona çatdırmaq üçün hansısa cəlbedici stimullar təklif edilsə, təəccüblənmərəm.
İsveç isə yəqin ki, axmaq işlərinə davam edəcək.
Ancaq fərq ondadır ki, indi o, qlobal geosiyasi dəyişikliklərin bu çətin dövründə subyektə deyil, kiminsə konkret obyektinə çevriləcək.
Ola bilsin ki, artıq heç bir İsveç müstəsnalığı, eləcə də İsveçin özünəməxsus təkəbbürü olmayacaq.
Yer üzündəki iqlim dəyişikliyi səbəbindən çox güclü qasırğaların olacağı gözlənilir.
Bu cür fəlakətləri təsnif etmək üçün yeni kateqoriyaya ehtiyac yaranıb.
Bu nəticəyə Lourens Berkli Milli Laboratoriyasının amerikalı klimatoloqları gəliblər.
Mövcud Saffir-Simpson qasırğa şkalasına 1-dən (33-42 m/s) 5-ə (70 m/s-dən çox) qədər beş kateqoriya daxildir.
Artıq Laurensa Laboratoriyasının alimləri, Saffir-Simpson şkalası üzrə hipotetik 6-cı kateqoriya (85m/s) təqdim ediblər.
“Məqsədimiz riskin böyüklüyünü və qlobal istiləşmə şəraitində qasırğaların getdikcə daha çox problemə çevriləcəyini diqqətə çəkməkdir”, - deyə elmi işin müəlliflərindən biri Maykl Vehner bildirib.
2023-cü il fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş 7,6 maqnitudalı zəlzələ qardaş ölkənin növbəti sınağı oldu.
Dəhşətli təbii fəlakət nəticəsində 50 mindən çox insan həlak oldu.
Bu fəlakət Azərbaycanı da dərindən sarsıtdı.
Xalqımız həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə bir ürək olaraq, faciənin ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı.
Zəlzələ xəbərinin ilk dəqiqələrindən heç bir yardım çağırışını gözləmədən Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi.
Zəlzələnin ilk günündən Azərbaycan qardaş ölkənin yanında oldu, ona hərtərəfli dəstək və yardım göstərdi.
Prezident İlham Əliyev fevralın 6-da türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi.
Dövlət başçısı başsağlığı məktubunda bildirdi ki, Azərbaycan Türkiyəyə hər cür dəstək göstərməyə hazırdır.
Fevralın 8-də Prezident Türkiyənin ölkəmizdəki səfirliyində oldu, zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdi.
Dövlət başçısı bildirdi ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirdik:“Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik.
Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə”.
Azərbaycan ilk gündən axtarış-xilasetmə məqsədilə Türkiyəyə 100-dən çox xilasetmə mütəxəssisi göndərdi.
Həmin xilasedicilər Kahramanmaraşda və zəlzələdən ziyan görmüş, dağıntılara məruz qalmış ətraf ərazilərdə böyük şücaət, fədakarlıq göstərdilər.
Onlar dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin isə cəsədini çıxardılar.
Həmin günlərdə Türkiyənin əksər kütləvi informasiya vasitələri Azərbaycan xilasedicilərinin fəaliyyətini geniş işıqlandırmışdı.
Azərbaycan bəyan etdi ki, son ana qədər Türkiyə xalqına yardıma davam edəcək.