Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib. |
Tağıyev Vasif Natiq oğlu birinci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib. |
Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb. |
Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. |
Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. |
Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb. |
Qeyd edək ki, dünən Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində edam hökmü çıxarılıb. |
Azərbaycan Premyer Liqasının XXI turunda “Sumqayıt” doğma meydanda “Neftçi”ni 2:1 hesabı ilə məğlub etdi. |
Bu, yenidənqurmadan sonra Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan ilk matç oldu. |
Samir Abasovun baş məşqçisi olduğu komanda hazırda 34 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. |
- Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra ilk matç keçirildi. |
Arena ilə bağlı təəssüratınız necədir? |
- Əvvəlcə mütləq onu qeyd etməliyəm ki, matç vaxtı stadionda çox möhtəşəm atmosfer var idi.Komanda 10 il sonra yenidən doğma evinə qayıtdı. |
Öz adımdan həm stadionu dolduran azarkeşlərə, həm də arenanın tikilməsində əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm. |
Artıq bizim fanatlarımız da ev oyunlarımızı daha müasir, geniş, gözəl mənzərəsi olan, demək olar ki, hər sektordan meydanı əla görməyin mümkün olduğu oturacaqlara malik stadiondan rahatlıqla izləyə biləcəklər. |
Arena doqquz minə yaxın azarkeş tutumuna malikdir. |
Bütün fanatlarımızı dəvət edirik, hər matçda tribunaları doldurmalarını istəyirik. |
- “Sumqayıt” Premyer Liqanın XXI turunda, yeni arenada “Neftçi”ni 2:1 hesabı ilə üstələdi. |
Ab-havanın yaxşı mənada komandaya təsir etdiyini deyə bilərik? |
- “Neftçi”yə daha əvvəl də qalib gəlmişdik. |
Onda da komandamız yaxşı oynamışdı. |
Ümumiyyətlə, bu görüşdən əvvəl “Sumqayıt” üçüncü, “Neftçi” isə ikinci pillədə yer almışdı. |
Yəni demək istədiyim odur ki, bu qələbə təsadüfi və ya bir oyunluq partlayış deyil. |
Amma məhz açılış matçındakı əla çıxış və qazanılan qələbədə stadionu dolduran və bu atmosferi yaradan azarkeşlərimiz böyük pay sahibi oldular. |
Bunu matçdan sonra komandamızın baş məşqçisi Samir Abasov da vurğuladı. |
O da qeyd etdi ki, azarkeşlər oyun ritminin düşməsinə imkan vermədilər və onsuz da, yüksək motivasiya ilə meydana çıxan futbolçuları bir az da həvəsləndirdilər. |
Ümid edirik ki, növbəti qarşılaşmalarda da bu ab-hava təkrarlanacaq. |
- Mərkəzi arenada Premyer Liqa oyunlarının keçirilməsi üçün bir sıra çatışmazlıqlar var idi. |
Onları həll etmək üçün çox xərc tələb olundu? |
Möhtəşəm tədbir baş tutdu, açılış etdik, komandamız qələbə qazandı, o qədər yorğunluğun, stresin qarşılığında bu elə gözəl duyğudur ki, nə xərc gözə görünür, nə də başqa bir şey. |
Amma ümumiyyətlə, mövzuya fərqli yanaşmağın tərəfdarıyam. |
Stadionla bağlı danışarkən görülən işlər haqqında “çatışmazlıq” sözünü deməzdim. |
Sadəcə, Premyer Liqanın kriteriyalarına uyğun bəzi dəyişikliklər və əlavələr olundu. |
Bunları özümüz, komandamız üçün edirik. |
Bacardığımız qədər işləri tez yekunlaşdırıb oyunlarımızı daha tez bu arenada keçirmək istəyirdik deyə zaman məsələsində, bəlkə də, haradasa sıxıntı yaşadıq. |
Amma artıq bunların hamısı arxada qalıb. |
Fakt odur ki, bizim Premyer Liqa tələblərinə cavab verən, böyük tutuma malik müasir stadionumuz var. |
- Azərbaycan Kubokunun ilk görüşündə “Kapital Bank Arena”da “Neftçi”yə 2:3 hesabı ilə uduzdunuz. |
Həmin matçı da burada keçirmək mümkün olsaydı, fərqli nəticə qeydə alına bilərdi? |
- Az əvvəl qeyd etdiyim kimi, mümkün olan ən qısa zamanda doğma arenamıza qayıtmaq istəyirdik. |
Kubok matçını çatdıra bilmədik, ondan üç gün sonrakı Premyer Liqa oyununa çatdıq. |
Bəlkə də, fərqli nəticə olardı. |
- Fevralın 9-da gerçəkləşəcək cavab qarşılaşmasından gözləntiləriniz nədir? |
Cavab görüşü üçün yaxşı motivasiyamız var. |
Həmişəki kimi, komandadan qələbə gözləyirik. |
Bunun üçün mümkün olan hər şeyi edəcəyik. |
Komandama və baş məşqçimizə inanıram, futbolçular da özlərinə inanırlar. |
- Artıq çempionatda ikinci pillədə qərarlaşmısınız. |
Sizcə, komanda mövsümü medalçılar sırasında bitirə biləcək? |
Klubun prezidenti olaraq mən də, Müşahidə Şurasının rəhbərliyi və üzvləri, komandamızın baş məşqçisindən tutmuş futbolçulara, inzibati heyətdən ofis işçilərinə qədər, “Sumqayıt” futbol klubuna aid olan kim varsa, hamı bunu arzulayır, bu xüsusda əlbir fəaliyyət göstəririk. |
Azarkeşlərimiz də bu yolda ən böyük təkanverici qüvvəmizdir. |
Bu şəhər belə bir nailiyyətə, uğura layiqdir. |
Mövsümün sonunda necə olacağını birlikdə görəcəyik. |
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov TDT-nin baş katibi Kubaniçbek Ömüraliyevlə görüşüb. |
Oxu.Az xəbər verir ki, bunu baş katib özünün “X” hesabında yazıb. |
“Bu gün Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə görüşməkdən şərəf duyuram. |
Biz TDT-nin fəaliyyətini və Azərbaycanda növbədənkənar prezident seçkilərini izləyən Beynəlxalq Müşahidəçilər Missiyasına aid məsələləri müzakirə etdik”, - deyə o bildirib. |
@Bayramov_Jeyhun, Minister of Foreign Affairs of Azerbaijan @AzerbaijanMFA today in #Baku. |
We discussed our activities of OTS and matters concerning our International Observer Mission monitoring Azerbaijan's early Presidential Elections. |
Mikro, kiçik və orta sahibkarlar KOB klaster yaratmaqla bir sıra vergi güzəştləri əldə edə bilərlər. |
Qanunvericilikdə KOB klaster şirkəti və onun iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. |
Belə ki, KOB klaster şirkəti müvafiq reyestrə daxil edildiyi tarixdən 7 il müddətinə mənfəət, KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və əmlak vergisindən, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azaddır. |
KOB klasterin iştirakçısı olan şəxs isə 7 il müddətində KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə etdiyi mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən azad olunur. |
KOB klaster üçün nəzərdə tutulan güzəştlərdən yararlanmaq istəyən kommersiya hüquqi şəxs KOB klaster şirkətinin şəhadətnaməsini almalıdır. |
Bunun üçün kommersiya hüquqi şəxs Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) yazılı formada (Ünvan:Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) və ya elektron qaydada ([email protected]) müraciət edə bilər. |
Müraciət zamanı kommersiya hüquqi şəxs ərizə, eləcə də KOB klasterin iştirakçısı olmaq istəyən azı 10 mikro, kiçik və ya orta sahibkarlıq subyektinin siyahısını və onların KOB klasterinin fəaliyyətində iştirakı haqqında ərizələrini, KOB klasterin funksional xəritəsini, hüquqi şəxsin nizamnaməsində dəyişikliklər edilməs... |
Ərizəni və digər sənədləri linkdən yükləmək olar:https://smb.gov.az/az/nav/kob-klaster"Qeyd edək ki, KOB klaster - eyni və ya oxşar iqtisadi fəaliyyət sahələrində, müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini, vahid bazarı və xidmətləri bölüşən, qarşılıqlı iqtisadi münasibətlər quraraq əlaqəli, bir... |
Mətbuat Şurasında prezident seçkisi ilə bağlı qaynar xətt fəaliyyət göstərəcək. |
Bu barədə şuradan məlumat verilib. |
Bildirilib ki, şuranın (012) 441-35-96 şəhər, (050) 242-09-91 və (055) 789-85-03 mobil nömrələri səsvermə başlayan andan bitənədək bu rejimdə fəaliyyət göstərəcək. |
Jurnalistlər bu nömrələrlə əlaqə saxlayaraq prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat vermək imkanı əldə edəcəklər. |
Bundan başqa Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri paytaxtdakı və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında jurnalistlərin peşə fəaliyyətlərini gerçəkləşdirmələri üçün yaradılmış vəziyyəti müşahidə edəcəklər. |
Qeyd edək ki, Mətbuat Şurası jurnalistlərin prezident seçkisinin işıqlandırılması ilə bağlı sərbəst fəaliyyətlərinə dəstək məqsədilə müvafiq instansiyalarla əlaqəli şəkildə işləyəcək. |
Gürcüstan və Azərbaycan arasında “İpək Yolu” gömrük-keçid məntəqəsinin inşası Gürcüstan hökumətinin yeni fəaliyyət planında əksini tapıb. |
APA-nın Tbilisi müxbiri xəbər verir ki, baş nazirliyə namizəd İrakli Kobaxidzenin ölkə parlamentinə təqdim etdiyi hökumət planında Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsinin inşası üzrə aktiv işlərin davam etdiriləcəyi qeyd olunub. |
Bildirilib ki, sözügedən gömrük məntəqəsi ölkələrin nəqliyyat və logistika imkanlarının inkişafına töhfə verəcək, eyni zamanda regionda nəqliyyat və ticarət əlaqələrini daha da gücləndirəcək. |
Hökumətin planına əsasən, Şərq-Qərb istiqamətində magistral yolların inşası da davam etdiriləcək və işlərin tamamlanmasından sonra Tbilisidən Batumiyə getmək üçün sərf edilən vaxt 3,5 saata endiriləcək. |
“WhatsApp” ani mesajlaşma sistemində onlayn piramida dələduzluq sxemi əsasında bir çox vətəndaşın pulunu ələ keçirməkdə təqsirləndirilən Vahid Rzayevin cinayət işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli olub. |
“Qaynarinfo” xəbər verir ki, növbəti iclas martın 4-də keçiriləcək. |
Məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə aparılacaq. |
Vahid Rzayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə mühakimə olunur. |
Bu maddədə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. |
Vahid Rzayevin cinayət işi üzrə 24 nəfər zərərçəkmiş qismində tanınıb. |
O, 2022-ci ildə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb. |
Həmin vaxt DİN-in yaydığı məlumatdan aydın olur ki, Vahid Rzayev “WhatsApp” proqramında “Yatırım” adlı qrup yaradılıb. |
Sosial şəbəkələrdə qrupun reklamını təşkil edərək müxtəlif yalan şirnikləndirici vədlərlə insanların etibarını qazana bilib. |
Ona müraciət edən vətəndaşlara yatırım etmək adı ilə qoyduqları sərmayənin ikiqat mislini ödəyəcəyi barədə həqiqətə uyğun olmayan vədlər verən qrupun admini qurduğu dələduzluq piramidası əsasında 100-dən artıq vətəndaşı aldadıb. |
Baş İdarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxsin Vahid Rzayev olduğu müəyyən edilib və o, qısa zamanda saxlanılıb. |
Onun bir neçə ay ərazində zərərçəkənlərə 200 min manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib. |
Faktlarla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb. |
Vahid Rzayev təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. |
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin fevralın 6-da Kahramanmaraş vilayəti və ətraf ərazilərdə baş vermiş dağıdıcı zəlzələnin ildönümü ilə əlaqədar paylaşım edib. |
R.T.Ərdoğan özünün “X” hesabında etdiyi paylaşımda qeyd edib ki, zəlzələ nəticəsində 53 537 insan həyatını edib, 107 mindən çox insan yaralanıb. |
“Müalicəsi davam edən yaralılarımıza Allahdan şəfa diləyirəm. |
Bəşər tarixinin ən qədim yaşayış məskənlərindən olan 11 əyalətimizdə baş verən dağıntılar həqiqətən də çox böyük idi.Belə böyük fəlakətlər, böyük iztirablar həm də xalqların birliyinin, həmrəyliyinin, qardaşlığının gücünün sınandığı dönüş nöqtələridir. |
Allaha şükürlər olsun ki, xalqımız bu ağrılı və tarixi sınaqdan uğurla çıxdı”, - Türkiyə lideri qeyd edib. |
Bir yıl önce yaşadığımız Kahramanmaraş merkezli depremlerde kaybettiğimiz canların acısı ilk günkü tazeliğiyle yüreklerimizi yakmayı sürdürüyor. |
Yitirdiğimiz 53 bin 537 canımızın her birine Allah’tan rahmet, yakınlarına ve milletimize başsağlığı diliyorum.… pic.twitter.com/19AufD6qMt |
“Bolqarıstan Xəzər dənizindən yaşıl enerjinin Avropaya ötürülməsini nəzərdə tutan Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi (“Black Sea Energy”) layihəsi üzrə əməkdaşlıqda maraqlıdır”. |
“Biz layihədə iştirakda maraqlı olduğumuzu bildirdik və dörd tərəfdən (Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan) aldığımız müsbət cavabdan məmnunuq. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.