Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bolqarıstan özünün elektrik şəbəkəsi, qonşu ölkələrlə yüksəktutumlu əlaqələri, yaxşı inkişaf etmiş elektrik enerjisi bazarı, bərpa olunan layihələrə sərmayə qoymaq imkanı və yaşıl enerjiyə artan tələbat sayəsində layihəyə əhəmiyyətli dərəcədə dəyər qazandıra bilər”, - deyə o vurğulayıb. |
Səfir qeyd edib ki, bu səylərə töhfə verən mühüm amil Bolqarıstanın bütün Cənubi Qafqaz ölkələri ilə, ilk növbədə Azərbaycanla inkişaf etdirdiyi dostluq münasibətləridir:""“Bolqarıstan Avropa ilə Asiya arasında, Qara dənizin şərq və qərb sahilləri arasında infrastruktur əlaqələrinin daha da inkişaf etdirilməsində maraq... |
Xüsusilə söhbət ümumi maraq doğuran enerji, nəqliyyat və kommunikasiya sahələrindəki layihələrdən gedir”. |
Diplomat bildirib ki, dənizin dibi ilə elektrik kabelinin çəkilməsi iqlim məqsədlərinə nail olmaq və dayanıqlı inkişafa dair həyata keçirilən səylərə təsir etmək üçün imkanlardan yalnız biridir:""“Hər kəs bu kimi layihələrə daha çox cəlb edilməli və əməkdaşlığa köklənməlidir. |
Potensial var və əminəm ki, o qədər də uzaq olmayan perspektivdə fəal və müsbət yanaşma ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması, enerji təhlükəsizliyinin artırılması və vətəndaşlarımız üçün daha yaxşı həyat baxımından öz bəhrəsini verəcək”. |
Azərbaycan Respublikasının Milli Peyvənd Təqviminə uyğun olaraq peyvəndləri tam olmayan uşaqların bağçaya qeydiyyata alınmayacağı ilə bağlı məlumat yayılıb. |
Məsələ ilə əlaqədar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” haqqında qərarının 3-cü maddəsinin 4-cü bəndinə əsasən, məktəbəqədər təhsil müəssisələrinə uşaqla... |
Bildirilib ki, mübadilə vərəqəsi - uşağın doğuşdan etibarən keçirdiyi xəstəliklər və vurulmuş peyvəndlər haqqında məlumatları özündə əks etdirən sənəddir. |
“Mübadilə vərəqi də daxil olmaqla, yuxarıda qeyd edilən sənədlərdən hər hansı olmadıqda uşağın bağçaya qəbulu mümkün deyil”, - məlumatda qeyd edilib. |
Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, ölkəsi artıq özüyeriyən artilleriya qurğularının tədarükü üçün Azərbaycanla müqavilə imzalayıb. |
Artıq bu barədə məlumat “Defence Turk” “X” hesabında da dərc edilib. |
Məlumata görə, söhbət Serbiya istehsalı olan təkərli şassidə dəyəri 339 milyon dollara çatan 48 ədəd 155 mm-lik “Nora B52” özüyeriyən haubitsadan gedir. |
Qeyd olunub ki, “Nora B52” özüyeriyən haubitsa düşmənin şəxsi heyətini, artilleriya batareyalarını, bunkerlərini məhv etmək, həmçinin minalanmış sahələr və sahə maneələrində keçidlər təmin etmək üçün nəzərdə tutulub. |
“Nora B52” haubitsa, əsasən, ABŞ ordusu tərəfindən istifadə edilən və döyüşə bütün quru, dəniz və hava hərbi hissələrinin daxil edilməsini nəzərdə tutan Şəbəkə Mərkəzli Müharibə sisteminin əsas avadanlıqları ilə təchiz edilib. |
“Nora B52” özüyeriyən haubitsa, ilk növbədə, rabitəni sürətləndirən, eləcə də müttəfiq qoşunlarını təsbit etməyə, döyüş situasiyasının modelini qurmağa imkan verən radar və sensorlarla təchiz olunub. |
🔵🇦🇿Azerbaycan, 🇷🇸Sırbistan'dan 155mm Nora obüsü alıyor! |
🔸Sırbistan Cumhurbaşkanı Aleksandar Vucic, Azerbaycan’ın 8x8 kamyona monteli Nora obüsü tedarikini doğruladı. |
Açık kaynaklarda 48 adet obüs tedarikinin 339 milyon dolar değerinde olduğu aktarılıyor. |
pic.twitter.com/5n1zwZJQWl"Mənbə:Caliber |
Futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov UEFA Millətlər Liqası turnirinin 2024/2025 mövsümünün püşkatma mərasimində iştirak edəcək. |
Əsədovdan başqa, milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli də mərasimdə iştirak edəcək. |
Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. |
Qeyd edək ki, C Liqasının 2-ci səbətində qərarlaşan Azərbaycan yığmasının potensial rəqibləri də məlumdur. |
Millimiz 1-ci səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, 3-cü səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr, 4-cü səbətdən isə Belarus, Estoniya, Latviya, Litva/Cəbəllüttariq cütünün qalibi olacaq komandalardan formalaşacaq qrupda yer alacaq. |
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C liqasının 1-ci səbətində yer alan Ermənistan millimizə rəqib ola bilməz. |
“Balet sənəti üçün çox ağır itkidir”. |
Oxu.Az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti, tanınmış baletmeyster Rəfiqə Axundova ilə vida mərasimində opera ifaçısı, Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov jurnalistlərə açıqlamasında deyib. |
Sənət yoldaşı qeyd edib ki, mərhum baletmeysterin baletləri son illər teatrda səhnələşdirilmirdi:"“May ayında Rəfiqə xanımın baletləri teatr səhnəsinə qayıdacaqdı. |
Bu prosesdə özü iştirak edə bilməyəcək. |
Bu balet onun əziz xatirəsinə həsr olunacaq. |
Rəfiqə xanım daim qəlblərdə yaşayacaq sənətkardır. |
Azərbaycan mədəniyyətinə ağır itkidir. |
Türkiyənin “Haber Global” telekanalında Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü ilin fevralın 6-da Kahramanmaraş vilayəti və ətraf ərazilərdə baş vermiş dağıdıcı zəlzələnin ildönümü ilə əlaqədar Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana ünvanlandığı məktub barədə reportaj yayımlanıb. |
Süjetdə qeyd olunub ki, məktubda xalqımızın həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə birlikdə olması, faciənin ağrı-acısını bölüşməsi, sonsuz kədərini birlikdə yaşaması vurğulanıb. |
“Bu fəlakət Türkiyəni olduğu kimi, Azərbaycanı da dərindən sarsıtdı. |
Xalqımız həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə bir qəlb olaraq, faciənin ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı. |
Zəlzələ xəbərinin ilk dəqiqələrindən heç bir yardım çağırışını gözləmədən Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi”, - deyə süjetdə İlham Əliyevin məktubuna istinadən qeyd olunub. |
“Hakim qismində təmsilçiliyimiz nümunəvi olmalıdır”. |
Azərbaycan Şahmat Federasiyasının hakimi bunun böyük etimad olduğunu bildirib:""“Uzun illər bu məqsədə doğru addımlamışam. |
A kateqoriyalı hakim olaraq daha nüfuzlu yarışlarda işləmək imkanı qazanıram. |
Mənə göstərilən yüksək etimadı doğrultmaq üçün səylə çalışacağam. |
Vaxtilə şahmatçı kimi Azərbaycan millisində çıxış etmişəm. |
İndi isə hakim kimi ölkəmi təmsil edəcəyəm”. |
O, beynəlxalq dərəcəli hakimlərin sayının çox olmasını arzulayır:""“Azərbaycan şahmatçıları daim ölkəmizi beynəlxalq arenada layiqincə təmsil ediblər. |
Çox istərdim ki, gələcəkdə şahmatda beynəlxalq dərəcəli hakimlərimiz çox olsun”. |
Qeyd edək ki, İlahə Qədimovaya qədər yalnız Azərbaycan Şahmat Federasiyasının 1-ci vitse-prezidenti Faiq Həsənov A kateqoriyasına sahib olub. |
“106 il əvvəl Nuri Paşanın rəhbərliyi ilə Türkiyə ordusunun Azərbaycana gəlişi və yazılan qəhrəmanlıq dastanı iki dövlət arasında qardaşlıq əlaqələrini əbədiləşdirdi”. |
O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əbədi olacaq:""“Azərbaycan və Türkiyənin bütün şəhidlərinə Allah rəhmət eləsin!”"Ş.Ayrım xatırladıb ki, Türkiyənin ikinci ən böyük şəhidliyi Azərbaycandadır. |
Türkiyədə İstanbul şəhər məhkəməsinin binasında törədilən terror aktı ilə bağlı 34 nəfər saxlanılıb. |
Bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib. |
Qeyd olunub ki, təhlükəsizlik məntəqəsində polislərlə qarşıdurma nəticəsində iki terrorçu öldürülərək zərərsiz hala gətirilib. |
Münaqişə zamanı dörd vətəndaş yaralanıb, onlardan biri xəstəxanada dünyasını dəyişib. |
“Xəsarət alanların vəziyyətləri yaxşıdır. |
Xəsarət alan polis əməkdaşlarımıza və vətəndaşlarımıza tezliklə şəfa diləyirik. |
Mərhum vətəndaşımıza Allahdan rəhmət diləyirəm”, - deyə ədliyyə naziri bildirib. |
Mənbə:iha.com"16:30"Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə terror hücumu zamanı ölənlərin sayı artıb. |
Məlumata görə, hadisə zamanı yaralanan daha bir nəfər həyatını itirib. |
Həmçinin, hücumu təşkil edən DHKP/C terror təşkilatının üzvləri Pınar Birkoç və Emrah Yaylanın da fotoları yayılıb:"""13:35"Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə hücum nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb. |
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. |
Onun sözlərinə görə, hadisə zamanı üçü polis olmaqla altı nəfər yaralanıb. |
Ali Yerlikayanın verdiyi məlumata görə, zərərsizləşdirilən terrorçulardan biri kişi, digəri qadındır. |
adlı hücumçuların DHKP/C (Devrimci Halk Kurtuluş Partisi - Cephesi) terror təşkilatının üzvü olduqları təsbit edilib. |
Türkiyənin “Haber Global” telekanalının əməkdaşı Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə görülən işlərlə tanış olub. |
Jurnalist qeyd edib ki, ümumi sahəsi 32 hektar olan “Azərbaycan məhəlləsi”ndə inşa işləri sürətlə aparılır. |
“Zəlzələdən dərhal sonra Türkiyəyə ilk dost əlini uzadan ölkə Azərbaycan oldu. |
Qardaş ölkə təkcə axtarış-xilasetmə işlərinə deyil, yenidənqurma prosesinə də sürətlə qoşuldu. |
Hazırda dayandığımız nöqtədə işlər sürətlə davam edir. |
Layihəyə əsasən, məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir”, - deyə jurnalist qeyd edib. |
Türkiyənin xarici siyasət kursunda ən diqqətçəkən məqamlardan biri NATO üzrə müttəfiqi ABŞ ilə münasibətlərlə bağlıdır. |
Ankara və Vaşinqton bu gün təxminən mehriban düşmən kimidirlər. |
Türkiyə Alyans ölkəsi olmasına baxmayaraq, ayrı-ayrı regionlarda Ağ Evin siyasəti ilə razılaşmır, əksinə, lazım gələndə onu açıq şəkildə tənqid edir. |
Eyni zamanda, tərəfləri yaxınlaşdıra bilən məqamlar da var. |
Bunlardan biri “F-35” qırıcılarının və “F-16”ların növbəti partiyasının Türkiyəyə tədarükü ilə bağlıdır. |
Vaşinqton bu prosesi mümkün qədər ləngitməyə çalışır. |
Birincisi, ABŞ qırıcıların tədarükünü əlində “kozır” kimi saxlamağa, bu məsələni siyasi alış-veriş predmetinə çevirməyə və mümkün qədər çox qazanclı çıxmağa çalışır. |
İkincisi, Ağ Ev Türkiyənin fərqli regionlarda, o cümlədən Yaxın Şərqdə, Balkan ölkələrində təsir gücünü artırmasından narahatdır. |
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi yanvarın 31-də jurnalistlərə açıqlamasında demişdi ki, ABŞ Türkiyə ilə onun “F-35” qırıcılarının istehsalı proqramına qayıtması imkanını müzakirə edir. |
“Biz “F-35” proqramının Türkiyə üçün “S-300” və ya “S-400” raketlərinin istifadəsi ilə uyğun olmadığına dair fikrimizi dəyişməmişik. |
Ona görə də biz bu müzakirələri davam etdiririk və əgər Türkiyə bu məsələ ilə bağlı narahatlığımızı aradan qaldıra bilsə, o zaman onun “F-35” proqramına doğru hərəkəti bərpa oluna bilər”, - deyə Ağ Ev rəsmisi bildirib. |
Türkiyəyə “S-300” və “S-400” hava hücumlarından müdafiə sistemlərini tədarük edən ölkə Rusiyadır. |
Bu hərbi əməkdaşlıq ABŞ-ni narahat edir. |
Odur ki, Vaşinqton bütün vasitələrlə bu əməkdaşlığın zəifləməsinə çalışır. |
ABŞ dövlət katibinin birinci müavini Viktoriya Nuland da bu günlərdə “CNN Türk”ə müsahibəsində əsas problem kimi “S-400”ləri göstərmişdi. |
Xatırlatmaq yerinə düşər ki, Türkiyə 2019-cu ildə Rusiyadan “S-400” zenit-raket kompleksləri aldıqdan sonra “F-35” proqramından çıxarılıb. |
Bunun əsas səbəbi məhz Ankara ilə Moskva arasında artan hərbi əməkdaşlıqdır. |
Onu da deyək ki, ABŞ Yunanıstana “F-35”lərin veriləcəyini artıq təsdiqləyib. |
Düşünmək olar ki, bu da təsadüfi qərar deyil və birbaşa olaraq Türkiyəni fakt qarşısında qoymağa hesablanıb. |
Məlumdur ki, Afina ilə Ankaranın münasibətləri heç də arzuolunan səviyyədə deyil. |
Belə olan halda ABŞ Yunanıstana “F-35”lər verməklə Türkiyənin “damarına basır” və ondan daha çox şey tələb etmək istəyir. |
Türkiyə isə “F-16”ların yeni partiyasının tədarükü və “F-35” proqramının bərpa olunması üçün bütün səylərini ortaya qoyur. |
Əlbəttə, buna nail olunsa, Türkiyənin müdafiə imkanları daha da güclənəcək. |
Lakin hələlik görünən odur ki, qırıcıların tədarükü tərəflər arasında siyasi alış-veriş məsələsinə çevrilib. |
Bu arada, Türkiyə Rusiya ilə münasibətlərə baxmayaraq, İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməklə ABŞ-nin maraqlarını nəzərə almış oldu. |
Çünki ABŞ NATO-nun genişlənməsində ən çox maraqlı olan tərəfdir. |
İndi Vaşinqton Ankaranın bu jestinə cavab verməklə ikitərəfli münasibətlərin dinamikasını qoruya bilər. |
Əks halda, münasibətlərdəki ziddiyyətin artması və ABŞ-nin etibarsız tərəfdaşa çevrilməsi istisna deyil. |
Bu da reallıqdır ki, Türkiyə “F-35” proqramından çıxarıldıqdan sonra öz müdafiə sənayesini sürətlə inkişaf etdirməyə başladı. |
Bu gün Türkiyənin yerli istehsallı olan “Bayraktar”, “Hürkuş”, “Akıncı”, “Sungur”, “Aksungur” kimi texnikaları dünyanın ən aparıcı ölkələrinin diqqətini cəlb etməkdədir. |
Bundan sonra nə “F-16”, nə də “F-35” Türkiyə üçün o qədər də taleyüklü deyil. |
Türkiyə müdafiə sənayesində artıq sözünü deməklə fərqli regionlarda öz maraqlarını təmin edir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.