Search is not available for this dataset
text
stringlengths
10
518k
Odur ki, Ağ Ev bu barədə düşünməlidir və bilməlidir ki, prosesi uzatmağa çalışdıqca özü itirə, həmçinin Türkiyə kimi dünyada sözü keçən tərəfdaşdan məhrum ola bilər.
Suraxanı rayonu Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində çürümüş ağacın avtomobilin üstünə aşması nəticəsində xəsarət alan olmayıb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-a məlumat verilib.
Bildirilib ki, hadisədən sonra qurumun əməkdaşları hadisə yerinə gəlib və ağacın aşması nəticəsində yaranan fəsadları aradan qaldırıblar.
15:38"Suraxanı rayonu Hövsan qəsəbəsində güclü külək nəticəsində İlqar Əhlimanov küçəsində çürümüş ağac avtomobilin üstünə aşıb.
Bu barədə Bizim.media-ya qəsəbə sakinləri məlumat veriblər.
Sakinlərin dediklərinə görə, aşan ağac çoxdan çürüyübmüş.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Halbuki həmin ərazinin yaxınlığında iki məktəb yerləşir və hadisə baş verən küçə məktəblilərin istifadə etdiyi yoldur.
Yəni hadisənin fəsadları ağır ola bilərdi.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu göndərilib.
Bakının Xətai rayonunda 1985-ci il təvəllüdlü Əhəd Salahov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı İlkin Qurbanovu qətlə yetirib.
“Teleqraf”ın əldə etdiyi məlumata görə, Əhəd yaxın münasibətdə olduğu, tez-tez Bakı şəhərində, müxtəlif ünvanlarda görüşüb birlikdə vaxt keçirdiyi, daim dəstək olması, mənəvi cəhətdən atalıq etməsi, müxtəlif məsələlərdə, o cümlədən dini məsləhətlər verməsi nəticəsində dərin hörmətini qazandığı, özü üçün müqəddəs insan ...
Bu vaxt Firudin Məmmədov Əhəd Salahova uzun müddətdir tanıdığı 1974-cü il təvəllüdlü İlkin Qurbanovun mütəmadi olaraq ziyankarlıq etdiyini, buna görə də onu öldürməyin lazım olduğunu bildirib.
Əhəd Firudin Məmmədova ziyankarlıq etmiş istənilən şəxsi, o cümlədən əvvəllər tanımadığı İlkini də heç bir təmənna olmadan öldürməyə hazır olduğunu bildirib.
Əhəd İlkini öldürmək sifarişini qəbul edib və özündə cinayət törətmək qətiyyətini yaradıb.
O, hadisənin törədiləcəyi əlverişli yeri müəyyənləşdirmək məqsədilə Firudin Məmmədovla birlikdə İlkinin yaşadığı Xətai rayonu, NZS qəsəbəsinə gedib.
Orada İlkinin yaşadığı ünvanı görməklə cinayəti törədəcəyi sahəni dəqiqləşdirib.
Əhəd bir neçə dəfə həmin əraziyə gedib, orada İlkini izləyib.
Növbəti dəfə, yəni oktyabrın 31-də Firudin Məmmədovun sifarişi ilə İlkin Qurbanovu qətlə yetirib.
Qətl hadisəsi 2011-ci ildə baş versə də, uzun illər üstü açılmayıb.
Bu səbəbdən illərlə bağlı qalmış cinayət kimi istintaq orqanını arxivində yatıb.
Lakin son illər əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərin üstünün açılması istiqamətində Baş Prokurorluqda aparılan araşdırmalar zamanı bu cinayətin də üstünün açılması üçün cinayət işi tələb olunub və araşdırılıb.
Aparılan araşdırmalardan sonra qətlin törədilməsində günahkar bilinən şəxslər müəyyən ediliblər.
“Mənə bir mobil nömrə verdi ki...”"2022-ci il avqustun 24-də Əhəd Salahov Cinayət Məcəlləsinin 120.2.5-ci (sifarişlə qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.
İstintaq materiallarına əsasən, hadisədən qısa müddət sonra, yəni 2011-ci il noyabrın 4-də qətlin sifarişçisi Firudin Məmmədov Bakı şəhərinin Xocalı prospektində avtomaşında sol dirsək oynağının ön səthini iti kəsici alətlə kəsərək intihar edib.
Əhəd Salahovun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Əhəd Salahov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O bildirib ki, Firudin Məmmədovla yoldaşlıq münasibəti olub:“Firudin Məmmədov mənə İlkin adlı şəxslə ədavəti olduğunu, bir müddət sonra onunla NZS qəsəbəsində görüşəcəyini deyib, mənim də onun yanında olmağımı istədi.
Firudin Məmmədov məni bir dəfə İlkinin yaşadığı yerə aparmış, onun evini mənə göstərmişdi.
Mənə bir mobil nömrə vermişdi ki, İlkinlə görüşə gedəndə onunla tez və rahat əlaqə saxlayım.
Hadisənin üzərindən uzun müddət keçdiyindən hazırda mobil nömrəni xatırlamıram”.
“Arxadan zərbə vurdu”"Əhədin sözlərinə görə, hadisə baş verən günü Firudin Məmmədovun ona verdiyi nömrəyə zəng edərək İlkinlə NZS ərazisində, İlkinin yaşadığı evə doğru gediblər:""“Mən NZS qəsəbəsində İlkinin yaşadığı evə tərəf hərəkət etməyə başladım.
Firudin və İlkinin yanına çatıb salamlaşdım.
İlkini əvvəllər heç vaxt görməmişdim.
İlkin məni görəndə Firudinə narazılığını bildirdi.
Firudin İlkini qırağa çəkərək söhbət etməyə başladı.
Mənə isə dedi ki, bir az kənarda dayanım.
Onlardan 6-7 metr kənara çəkildim.
İlkin üzünü mənə tutaraq söyüşlə təhqir etdi, ora niyə gəldiyimi soruşdu.
Mən də onu təhqir etməyə başladım.
Mənə tərəf gəlmək istəyəndə Firudin arxadan ona bıçaqla bir zərbə vurdu.
Sonra əli ilə onu özünə tərəf çəkib sinə nahiyəsindən də bir zərbə endirdi.
İlkin yerə yıxıldıqdan sonra üstünə çıxdı.
Firudin İlkinin üzərində olan zaman onları ayırdım.
Daha sonra Firudin bir istiqamətə, mənsə əksinə doğru getdim.
Taksiyə əyləşərək Neftçilər Xəstəxanasının yaxınlığına gəldim.
Taksiyə əyləşəndə “Neftçilər” dedikdə, metro stansiyanın yaxınlığını nəzərdə tutsam da, taksi sürücüsü Neftçilər Xəstəxanasını başa düşmüşdü.
Daha sonra Neftçilər Xəstəxanasının yanından “Xalqlar Dostluğu” metro stansiyanın yaxınlığına getdim”.
“Tələbələri ilə intim əlaqəsindən xəbərim olmayıb”"Təqsirləndirilən şəxs qeyd edib ki, həmin ərazidən də 2015-ci ilə kimi yaşadığı mənzilə gedib:""“Firudinin mənə verdiyi nömrəni sındırıb küçəyə atdım.
Mən Firudin Məmmədovla qonşum vasitəsilə tanış olmuşdum.
Onda İslam Universitetində işləyirdi.
Mən İslam Universitetinə qəbul üçün imtahan versəm də, qəbul ola bilməmişdim.
Firudinlə daimi istifadə etdiyim mobil nömrə vasitəsilə əlaqə saxlayırdım.
Nömrəni şəxsiyyət vəsiqəsi təqdim etmədən aldığım üçün həmin nömrənin kimin adına qeydiyyatda olduğunu bilmirəm.
Hadisə baş verməmişdən bir ay əvvəl Firudinlə bir-iki dəfə görüşmüşəm.
Görüşüb söhbətləşərkən İlkinlə arasında problem olduğunu demişdi.
Lakin problemin məzmunu barəsində mənə heç nə söyləməmişdi.
Onu namaz qılan, dindar şəxs kimi tanımışam.
Firudinlə tələbələri arasında intim əlaqədən xəbərim olmayıb.
Firudinin mənə verdiyi mobil nömrəni istifadə etmək üçün tanışımın mobil telefonunu götürmüşəm.
Onun rahat əlaqə saxlamaq üçün mənə mobil nömrə verməsi məndə şübhə oyatmayıb.
Hadisə yerinə Firudinlə birlikdə hadisədən əvvəl bir dəfə gündüz vaxtı da getmişdik.
Hadisə baş verən gün Firudinlə bir neçə dəfə telefonla danışmışdıq.
Onun İlkinlə saat 23:00-da görüşməsi məndə heç bir şübhə yaratmadı.
İlkinlə görüşəcəyi yeri Firudin mənə hadisə baş verməmişdən qabaq yalnız bir dəfə göstərib.
Hadisə zamanı üzərimdə bıçaq olmayıb, heç bir dükandan da bıçaq almamışam.
Firudin İlkinlə birlikdə hadisə yerinə gəlib, mən isə tək getmişəm”.
“Dedilər ki, qan azlığından ölüb”"Təqsirləndirilən şəxs bildirib ki, hadisədən sonra telefonla danışarkən Firudin ona polis bölməsinə gedəcəyini bildirib:"“Məni Baş Prokurorluğa çağırıb NZS ərazisində baş vermiş cinayət hadisəsini törətdiyimi və onlara bu məlumatı tanışım Anarın çatdırdığını bildirdilər.
Anara NZS ərazisində ölüm hadisəsinə şahid olduğumu demişdim.
Lakin öldürən və ölənin adını ona deməmişəm.
Firudin Məmmədovun oğlunu qiyabi olaraq tanıyıram və onun evinə hadisədən qabaq bir neçə dəfə getmişəm.
Firudin Məmmədovun oğlunun zavodda müdir vəzifəsi tutduğu barədə məlumatım olmayıb.
O, oğlunun İlkinlə birlikdə çalışmasını deməyib.
İlkinlə hansı səbəbdən ədavəti olduğunu da deməyib.
Mən Anara araşdırılan ölüm hadisənin harada, hansı şəraitdə törədilməsi ilə bağlı heç bir məlumat verməmişəm.
Firudinin evində təmir işlərini mən aparmışam, hadisədən sonra onun baldızının qızı ilə evlənmişəm.
Firudinin yas yerinə getmişəm, onun qan azlığı xəstəliyindən əziyyət çəkməsi səbəbindən öldüyü bildirilib.
Firudin Məmmədovun ətrafında olan insanları tanımamışam”.
“Mənə atalıq etdi”"Məhkəmə təqsirləndirilən şəxsin hazırkı ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər müəyyən edilib.
Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb.
Həmin ifadədən məlum olur ki, anadan olduğu vaxtdan 2015-ci ilə qədər “Nazlı” deyə çağırılan anası Nəzakət Salahova ilə birlikdə yaşayıb:"“Atam 1996-cı ildə rəhmətə gedib.
Anam isə uzun müddət xadimə (süpürgəçi) işləyib.
Mən demək olar ki, çöl şəraitində - küçədə böyümüşəm.
Nizami rayonunda yerləşən əvvəlcə 109, daha sonra isə 277 saylı orta məktəblərdə təhsil almışam.
Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətdə olmuşam.
Hərbi xidmətdən qayıdandan sonra əvvəlcə müxtəlif yerlərdə fəhləlik etməyə, sonra isə elektrik işini öyrənib elektrik ustası olaraq işləməyə başlamışam.
Mərhum Firudin Məmmədovu hərbi xidmətə gedəndən əvvəl onun tələbələrindən olmuş Rövşən adlı tanışıma görə dindar bir şəxs kimi tanımışam.
Hazırda Rövşənin bacısı Firudinin oğlu Zamirin arvadıdır.
Tanıdıqdan sonra Firudinə bir din adamı kimi, ağsaqqal insan kimi hörmətim getdikcə artıb.
Firudin mənə ata oldu, atalıq etdi.
Firudinə həmişə yüksək dəyər vermişəm və heç vaxt sözündən çıxmamışam”.
“Evində elektrik işi görən zaman...”"Təqsirləndirilən şəxsin sözlərinə görə, Firudin İslam universitetində dekan işləyib, “Ruslan 93” marketin arxasında yeddinci mərtəbədə ailəsi ilə birlikdə yaşayıb:"“Mən tez-tez həm baş çəkmək, həm də həyati məsləhətlər almaq, nələrisə öyrənmək məqsədilə Firudinin evinə getmişəm.
Adətən Firudin özü məni evinə çağırırdı.
Belə-belə həmin ərəfələrdə Firudinin arvadı Səkinə, oğlanları Əfqan və Zamiri tanımışam.
Firudin mənim yaşadığım mənzilə heç vaxt gəlmirdi.
Lakin dəfələrlə məni taksi, yaxud digər şəxslərin avtomobili ilə yaşadığım binanın və ya blokun qarşısında düşürüb.
Ümumiyyətlə, Firudinin özünün istifadəsində avtomobil yox idi.Xatırlamadığım iki mobil nömrəsi və iki mobil telefonu vardı.
Firudinin hər iki mobil nömrəsi ilə əlaqə saxlamışam.