Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Ölümündən sonra onun evində elektrik işi görən zaman arvadı Səkinənin bacısı qızı Hürünü görərək bəyənmişəm. |
Bu barədə Hürünün digər bacısının əri və əsgər yoldaşım Zaur ilə danışmışam. |
2015-2016-cı illərdə Hürü ilə nişanlanıb, daha sonra isə ailə qurmuşam”. |
“Dəfələrlə məni sorğu-suala çəkdi”"Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş İlkini öldürülməsindən təxminən bir ay əvvəldən Firudin Məmmədov ona bir neçə dəfə söz salaraq adam öldürə bilib-bilməyəcəyini soruşub:"“Mən isə Firudini özünə uca şəxsiyyət bildiyimə və hədsiz məhəbbətim olduğuna görə onun xətrinə istəni... |
Hadisədən təxminən bir həftə əvvəl Firudin Məmmədov məni yaşadığı evə çağırdı. |
İlk dəfə açıq şəkildə İlkini öldürmək lazım olduğunu bildirdi. |
Lakin nə üçün öldürmək lazım olduğunu demədi və heç nə vəd etmədi. |
Həyatda heç vaxt qarşılaşmamışıq. |
Firudin xeyli vaxtdır İlkini öldürmək istədiyinə görə bir ay cinayəti törətməyə razı olub-olmayacağımı, yaxud etibarlı olub-olmadığımı hər dəfə mənə suallar verməklə yoxladı. |
Mən təmənnasız olaraq və birbaşa Firudin üçün İlkini öldürəcəyimə razılıq verməyimə baxmayaraq onun İlkini nə üçün öldürtmək istədiyini bilmədim. |
Xeyli vaxt keçdiyinə görə ardıcıllığı dəqiq xatırlamıram. |
Lakin yadımdadır ki, razılıq verəndən sonrakı günlərdə Firudin İlkini tanıtmaq üçün onun hansısa restoranda toy mərasimində çəkilmiş masa ətrafında əyləşmiş şəkilini göstərdi”. |
“Yerləri dəqiqləşdirdim”"Təqsirləndirilən şəxs qeyd edib ki, Firudin günorta saatlarında onunla birlikdə tanımadığı və xatırlamadığı taksi avtomobili ilə NZS qəsəbəsinə gedib:"“İlkinin yaşadığı evi, həmin evə doğru ana yoldan ayrılan yolu, taksi ilə İlkini düşürəcəyi yeri və hadisə yeri olan “qarajlar tərəfi”, yəni təx... |
Taksi sürücüsü Firudinin nə məqsədlə mənə həmin yerləri göstərməsini bilmədi. |
Bundan sonra bir, yaxud iki dəfə özüm də cinayətə hazırlaşmaq məqsədilə həmin yerlərə tək getdim, gəzərək İlkinin əsas yoldan piyada gələ biləcəyi və mənim gizlənə biləcəyim yerləri dəqiqləşdirdim. |
Firudin cinayət törədilən zaman telefon əlaqəsi saxlamaq üçün mənə mobil nömrə verdi. |
Həmin ərəfədə 15, yaxud 20 manat müqabilində 20 Yanvar dairəsinin yaxılığında dükanlardan birindən bıçaq əldə etdim və hadisə gününə qədər evimdə saxladım. |
Bıçaqdan ailə üzvlərim məlumatsız olublar”. |
“Məqsədim izi itirmək idi”"Əhədin ifadəsinə görə, hadisə günü, yəni 31 oktyabr 2011-ci ildə günorta saatlarına qədər Firudin Məmmədovla telefon əlaqəsi saxlayıb:"“Firudin mənə həmin gün İlkini evdən çıxararaq özü ilə harasa aparacağını, geri qayıdaraq evinin yanında, mənə göstərdiyi küçənin başında taksidən düşürəcəyin... |
Bundan sonra evə piyada gedəcək İlkini yolda öldürməyi mənə tapşırdı. |
Mən də razılaşaraq qabaqcadan plana uyğun əynimə cins şalvar və cins gödəkçə geyindim, bıçağı gödəkçəmin iç yan cibində bağlanmış vəziyyətdə evdən çıxdım. |
Əynimə geyindiyim köhnə paltarları məhz İlkini öldürəndən sonra atmağım üçün qabaqcadan özüm seçmişdim. |
Evdən çıxaraq əvvəlcə tanışım Anarla əlaqə saxlayaraq yaşadığı evin yaxınlığında görüşdüm. |
Anarın müvəqqəti olaraq istifadəsində olan “Nokia” markalı sadə modelli mobil telefonunu istədim. |
Əvvəllər ondan mobil telefon istədiyimi xatırlamıram. |
Amma özüm əvvəllər ona 1-2 dəfə telefon hədiyyə etdiyimə görə həmin gün mənə etiraz etmədi. |
Evə qayıdaraq öz mobil nömrəmi və markasını xatırlamadığım mobil telefonunu işlək vəziyyətdə evdə qoydum. |
Telefonunumu evdə qoymaqda məqsədim guya evdə olmağım barədə görüntü yaratmaq, Anarın telefonunu götürməkdə məqsədim isə sadə model telefonların antenaya düşmədiyini eşitdiyim üçün izi itirmək idi”. |
“Dar küçədə yaxaladım”"Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra NZS qəsəbəsinin yaxınlığına gəlib və Firudinə zəng edərək artıq hadisə yerində olduğu barədə məlumat verib:"“Firudin evdə idi.Sonra da onunla bir neçə dəfə də telefon əlaqəsi yaratdım. |
Firudin İlkinlə evdən çıxdıqlarını, daha sonra birlikdə getdikləri yerdən çıxıb geri qayıtdıqlarını xəbər verdi. |
Bundan sonra qabaqcadan Firudinlə razılaşdığımız yerə, yəni İlkinin evinə doğru uzanan küçənin başında gözləməyə başladım. |
Az sonra xeyli zaman keçdiyinə və həmin vaxt həyəcanlı olduğuma görə rəngini və markasını xatırlamadığım bir avtomobil məndən təxminən 20 metr aralıda dayandı. |
Eyni anda Firudin zəng edərək İlkinin avtomobildən düşdüyünü dedi. |
Təxminən 100 metr boyunca təxminən 20 metr ara məsafəsi ilə İlkinin ardınca düşdüm. |
Sonra ara məsafəsini azaldaraq lap yaxınlaşdım. |
Bıçağı çıxararaq hazır vəziyyətdə sol əlimdə tutdum. |
İlkinin evinə yaxın qaranlıq dar, çığıra oxşayan bir ara yol vardı. |
Oraya keçəndə ətrafın qaranlıq və sakit, kimsəsiz olmasını fürsət bilərək arxa tərəfdən hücum etdim, bıçaqla ilk zərbəni üstdən aşağı İlkinin kürək nahiyəsinə endirdim. |
İlkin sağ çiyni üstə mənə tərəf çevrildi. |
Bundan sonra bıçaqla sinə və qarın nahiyələrinə ardıcıl zərbələr endirdim. |
O, yerə yıxılaraq mənə tərəf təpik atdı, həmçinin qışqıraraq kömək istədi. |
Ətrafdakı pəncərələrdə işıqlar yandığını hiss etdim və dərhal oradan uzaqlaşmağa başladım. |
İlkinin yerdən qalxaraq təxminən 20 metr aralıda yerləşən ikimərtəbəli binanın blokuna tərəf qaçdığını gördüm. |
Təxminən yüz metr qaçaraq taksiyə əyləşdim və sürücüdən yaşadığım ünvanın yerləşdiyi ərazini nəzərdə tutaraq “Neftçilər”ə sürməsini xahiş etdim. |
Lakin taksinin geri qayıdıb hadisə yerinə tərəf istiqamət aldığını görəndə özümü itirdim. |
Sürücüyə Neftçilər Xəstəxanasına tərəf sürməsini istədim. |
Taksi məni Neftçilər Xəstəxanasının qarşısına gətirdi. |
Orada isə başqa tanımadığım taksi ilə “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığına gəldim. |
Piyada binaların arası ilə evimə tərəf getdim. |
Yolda 369 saylı mobil nömrəni sındıraraq xatırlamadığım yerə atdım”. |
“İntim münasibətim olmayıb”"Təqsirləndirilən şəxs deyib ki, hadisə zamanı hər hansı xəsarət almayıb:"“Əynimdəki paltarların çöl səthi qana bulaşmayıb və ehtiyat üçün paltarlarımı salafana yığıb ertəsi gün evdən uzağa apararaq zibil qutusuna tulladım. |
Bıçağı isə su ilə yuyub təmizlədim. |
Firudin intihar edəndən sonra bulvara gedərək Xəzər dənizinə atdım. |
Evə daxil olan ərəfədə Firudin mənim nömrəmə zəng vurdu və danışıq zamanı üstü örtülü formada - “tapşırdığınız işi həll etdim”, - dedim. |
Firudin isə mənə hadisə ilə bağlı polisə çağırıldığını bildirdi. |
Növbəti günlərdə ifşa olunmamağım üçün Firudindən uzaq oldum. |
Nə telefonla danışdım, nə də əyani görüşdüm. |
Onun intihar edəcəyindən qabaqcadan məlumatım olmayıb. |
Yalnız intihardan sonra zəng edərək hadisə barədə xəbər verdilər, məscidə çağırdılar. |
Hadisəni ürəyimdə daşımaq ilk əvvəllər mənə ağır olduğuna görə Firudin öləndən qısa müddət sonra həmin ərəfələrdə daha yaxın olduğum dostum Anara NZS qəsəbəsində bir adamı bıçaqla vurub öldürdüyümü etiraf etdim. |
Anara Firudinin tapşırığı ilə bu cinayəti törətdiyimi də deməmişəm. |
İlkini öldürməyim barədə başqa heç kimə danışmamışam. |
Bu cinayətin törədilməsində başqa iştirakçı olmayıb. |
Mənim Firudin ilə hər hansı intim münasibətim olmayıb. |
Firudinin başqa cinayətləri təşkil edib-etməməsini də bilməmişəm”. |
“Elçiliyi Firudin müəllim etdi”"İş üzrə zərərçəkmiş İlkinin hüquqi varisi qismində ifadə verən həyat yoldaşının sözlərinə görə, mərhum İlkinlə rəsmi qaydada ailə həyatı qurub:""“Toydan sonra Bakı şəhərində NZS qəsəbəsində kirayədə yaşamışıq. |
Ailədə həmişə çox mehriban olmuşuq. |
Rəsmi nikahdan iki övladımız doğuldu. |
Ailə qurandan sonra İlkin NZS qəsəbəsində bir otaq kirayə götürərək dərzi fəaliyyəti ilə məşğul olurdu. |
Eyni zamanda, işləyə-işləyə Bakı İslam Universitetinin ruhanilik fakültəsinə də qəbul oldu. |
2010-cu ildə təhsilini bitirərək diplomunu alsa da, həmin ixtisas üzrə heç bir vaxt işləməyib. |
İlkinin Bakı İslam Universitetində təhsil aldığı müddətdə kiminlə oturub-durmasını bilməsəm də, universitetdə müəllim işləyən Firudin Məmmədovla çox yaxın olduqlarını bilmişəm. |
Firudin müəllim İlkinin elçiliyinə gəlib, bizim toyumuzu maliyyələşdirib. |
Toydan sonra da dəfələrlə İlkinə pul verib. |
Daha sonra İlkin Əmlak Komitəsində sürücü işləyən Namiq vasitəsilə orada işləyən Rüstəmlə tanış oldu. |
Tanışlıqdan sonra İlkin bir neçə dəfə sürücüsünün işi olduğundan onun avtomobilini idarə edərək Gəncə şəhərinə və Cəlilabad rayonuna aparıb. |
İlkinin həm Firudin Məmmədov, həm də Rüstəmlə tanışlığı dostluğa çevrildi. |
Bayram günləri, ad günlərində bir-birilərinin evinə gedib-gəlirdilər. |
Ailəlikcə çox mehriban münasibətləri yaranmışdı”. |
“Kişilərlə intim münasibətini bilməmişəm”"Hüquqi varis qeyd edib ki, 2010-cu ilin axırlarında İlkin Sabunçu rayonu ərazisində yerləşən ASC-nin səhmdarlarından biri olub:"“Lakin hansı miqdarda səhmə malik olması, həmin səhmi hansı vasitə ilə almasından xəbərsiz qalmışam. |
İlkin özü də bu barədə mənə heç nə danışmayıb. |
İlkinin deməsinə görə, zavodu onun adına həmin vəzifəli şəxs keçirib və zavoda rəhbərlik etdiyinə görə 500 manat əməkhaqqı alıb. |
2010-cu ilin yay aylarında İlkin Maştağa qəsəbəsində hər sotunu 800 ABŞ dolları olmaqla beş sot torpaq sahəsi aldı və orada ev tikməyə başladı. |
İlkinin deməsinə görə, zavodda olan köhnə dəzgahların dəmirlərini sataraq həmin pulla evi tikdirib. |
İlkin bəzən evə gəlmir və bunu iş yerində qalması ilə izah edirdi. |
Həmçinin 2010-cu ildən İlkin məndən ayrı yataqda yataraq bunun səbəbini uşağın ağlaması ilə izah etdi. |
Onun müxtəlif kişilərlə intim münasibəti yaşaması barədə məlumatım olmayıb. |
Bu barədə ilk dəfə istintaq dövründə polis bölməsində eşitmişəm”. |
“Baş çəkməyə getdiyini zənn etmişəm”"Hüquqi varisin sözlərinə görə, 31 oktyabr 2011-ci ildə gün ərzində İlkinin əhvali-ruhiyyəsi yaxşı olmayıb və tez-tez yatmaq istədiyini bildirib:"“Firudinlə telefonla danışdı. |
Firudini evdə gözlədiyini, bir yerdə Rüstəmgilə gedəcəklərini bildirdi. |
Saat 20 radələrində Firudin evimizə gəldi, bir qədər oturub çay içdikdən sonra İlkin Rüstəmlə danışdı. |
Rüstəm İlkinə öz evinə çatdığını bildirdi. |
Bundan sonra İlkin və Firudin birlikdə Rüstəmin evinə gedəcəklərini bildirərək çıxdılar. |
Evdən çıxanda İlkin Firudinə öz avtomobili ilə getmələrini təklif etsə də, Firudin İlkinin maşın sürməyindən ehtiyat etdiyini əsas gətirərək razılaşmadı. |
Yola çıxıb taksi ilə getməyi təklif etdi. |
Ümumiyyətlə, bizim ailəmizlə Rüstəmin ailəsi yaxın münasibətdə olub. |
Həmin günlərdə Rüstəmin ailəsi Londona getdiyinə görə evdə tək idi.İlkingil getdiklərinin səbəbini deməsələr də, Rüstəmə dost kimi baş çəkməyə getdiklərini zənn etmişəm”. |
Məhkəmənin hökmü ilə Əhəd 14 il müddətinə azadlıqdan məhrum edilib. |
Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. |
“Sabah Azərbaycan xalqı üçün əlamətdar gündür. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.