Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Məqalədə, həmçinin ATƏT DTİHB-nin seçkini müşahidə edəcək missiyasının tərkibi haqqında ətraflı məlumat verilib. |
Türkiyənin “Anadolu” agentliyinin saytında dərc edilmiş məqalədə Azərbaycanda növbədənkənar prezident seçkisinə hazırlıq prosesinin yüksək səviyyədə aparıldığı vurğulanıb. |
Yazıda diqqətə çatdırılıb ki, seçkidə 7 namizəd qeydə alınıb, ölkə ərazisində 6,3 min seçki məntəqəsi fəaliyyət göstərəcək və 6,5 milyon seçici səsvermədə iştirak edəcək. |
Bununla yanaşı, Azərbaycan vətəndaşlarının yaşadıqları və uzunmüddətli ezamiyyətdə olduqları 37 xarici ölkədə 49 seçki məntəqəsi yaradılıb. |
Bu seçkini müşahidə edəcək 85 min müşahidəçinin bir hissəsi 49 beynəlxalq təşkilatı və 70 ölkəni təmsil edirlər. |
Eyni zamanda, Türkiyə, Rusiya, Almaniya, İtaliya, Yaponiya və başqa ölkələrdən 63 beynəlxalq media təşkilatının nümayəndələri də seçkini müşahidə edəcəklər. |
“Anadolu” agentliyi vurğulayıb ki, Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində də seçki məntəqələri yaradılıb. |
Sabahkı növbədənkənar prezident seçkisi 30 illik fasilədən sonra Azərbaycanın bütün ərazisində keçiriləcək ilk seçki olacaq. |
Qarabağın incisi olan Şuşada, Xankəndidə, işğaldan azad edilmiş digər rayonlarda 22 min seçici səsvermədə iştirak edəcək. |
Məqalədə prezidentliyə namizədlər, onların proqramları haqqında da ətraflı məlumat verilib. |
Rusiyanın TASS agentliyi, Birinci telekanalı və “Mir” telekanalının saytlarında da Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisi ərəfəsində geniş analitik məqalələr dərc edilib. |
Bu məqalələrdə də qeyd olunub ki, prezident seçkisi ilk dəfə Qarabağ da daxil olmaqla, Azərbaycanın bütün ərazisində keçiriləcək. |
“Azərbaycan hakimiyyəti növbədənkənar seçkinin keçirilməsini məhz ərazilərin azad olunması nəticəsində yaranmış yeni reallıqla izah ediblər. |
Prezident İlham Əliyev bəyan edib ki, bu seçki respublikanın həyatında yeni mərhələnin başlanğıcı olmalıdır”, - deyə Rusiya mediası vurğulayıb. |
Məqalələrdə prezidentliyə namizədlər haqqında geniş məlumat verilib. |
“Ekspertlərin yekdil rəyinə görə, Prezident İlham Əliyev prezidentlik uğrunda yarışların şəksiz lideridir. |
Analitiklər şübhə etmirlər ki, 20 illik dövlət rəhbəri təcrübəsinə malik olan hazırkı Prezidentin rəqibi yoxdur, çünki ölkədə onun populyarlığı çox yüksəkdir. |
Belə ki, məhz onun sayəsində 30 ildən sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, 2020-ci ilin 44 günlük müharibəsində möhtəşəm Qələbə qazanılıb, Qarabağda separatçılığa son qoyulub”, -deyə yazılarda vurğulanıb. |
Bu məqalələrdə də Azərbaycanın son 20 ildə əldə etdiyi böyük nailiyyətlər, seçkini müşahidə edəcək beynəlxalq missiyalar barədə ətraflı məlumat verilib. |
İordaniyanın “The Jordan Times” qəzetində və “Assasuana” portalında Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisi ilə bağlı dərc olunmuş məqalələrdə bu ölkənin parlamentinin aşağı palatası və Senatının nümayəndələrinin seçkidə müşahidəçi qismində iştirak etdikləri vurğulanıb. |
Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, prezidentlik uğrunda 7 namizəd mübarizə aparacaq, eyni zamanda, ölkənin tarixində yeni eranın başlanğıcı olacaq bu seçkini ATƏT-in DTİHB-nin nümayəndələri daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən və beynəlxalq təşkilatlardan 790 müşahidəçi izləyəcək. |
“Bu seçki onunla əlamətdardır ki, onlar ilk dəfə Azərbaycanın bütün suveren ərazisində keçirilir”, -deyə sonda qeyd olunub. |
Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisi ərəfəsində Qazaxıstanın “Kazinform” agentliyinin saytında da analitik məqalə dərc edilib. |
Məqalədə MSK-nın sədri Məzahir Pənahova istinadla bildirilib ki, prezident seçkisini müşahidə etmək üçün 90 min müşahidəçi qeydə alınıb. |
Hər seçki məntəqəsində səsvermə prosesini 13-14 müşahidəçi izləyəcək. |
Bütün seçki məntəqələri lazımi avadanlıqla təchiz edilib, MDB PA, Şanxay Əməkdaşlıq Təşkilatı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, Türk Dövlətləri Təşkilatının nümayəndələri seçkini müşahidə edirlər. |
Bununla yanaşı, müxtəlif ölkələrdən olan 63 media təşkilatı da səsvermə prosesini izləyəcək. |
Quba-Xaçmaz yolunda minik avtomobili aşıb. |
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində baş verən hadisə zamanı VAZ-21014 markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq aşıb. |
Hadisə zamanı yüngül xəsarət alan sürücü sakinlərin köməyi ilə avtomobildən çıxarılıb. |
İlkin ehtimala görə, hadisəyə avtomobilin hava şəraitinə uyğun olmayan yüksək sürətlə idarə edilməsi səbəb olub. |
Faktla bağlı araşdırma aparılır. |
“Taxıl sazişi yenidən həyata keçirilməlidir”. |
Bunu Vallettada maltalı həmkarı İan Borq ilə birlikdə mətbuat konfransı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. |
“Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. |
Müharibənin dağıdıcı nəticələrinin mümkün qədər tez bitməsi lazımdır. |
Biz taxıl sazişinin dirçəldilməsinə önəm veririk”, - deyə o bildirib. |
XİN rəhbəri, həmçinin, fevralın 12-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin Ukrayna müharibəsi və Qara Dəniz taxıl sazişini müzakirə edəcəklərini bildirib. |
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. |
APA xəbər verir ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda, rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb. |
Bakı istiqamətində hərəkətdə olan, Göygöl rayon sakini Elbrus Məlikovun idarə etdiyi TIR yoldan çıxaraq dərəyə aşıb. |
Qəzadan sonra avtomobildə yanğın qeydə alınıb. |
Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. |
Yanğın söndürülüb, avtomobil yanğından mühafizə edilib. |
Məlumata görə, sürücü yüngül xəsarət alıb. |
TIR-ın Rusiyaya yanacaq (mazut) apardığı bildirilir. |
Faktla bağlı araşdırma aparılır. |
Bakı-Quba avtomobil yolunun Şabran rayonunun Ağbaş kəndindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib. |
Faktla bağlı araşdırma aparılır. |
Azərbaycanda İKT və yüksək texnologiyalar sahəsində innovasiyaların tətbiqi ilə seçilən “Azerconnect” şirkəti tərəfindən Azərbaycanın azad edilmiş ərazilərində telekommunikasiya infrastrukturunun bərpasına və inkişafına yatırılan sərmayənin həcmi 60 milyon manata çatacaq. |
Bu barədə şirkətdən bildirilib. |
“NEQSOL Holding”in tərkibinə daxil olan “Azerconnect” şirkəti həmçinin regionda daimi əsaslı yeni iş yerlərinin açılması istiqamətində də fəaliyyətini davam etdirir. |
Belə ki, “Azerconnect” tərəfindən yaxın zamanda 100-ə yaxın şəxsin yeni iş yerləri ilə təmin edilməsi nəzərdə tutulub. |
Qeyd olunanlar azad olunmuş ərazilərdə telekommunikasiya infrastrukturunun bərpası və inkişafı, eləcə də ən son texnologiyaların tətbiqinə öz töhfəsini verəcək. |
Görülən bu işlər “NEQSOL Holding”in Azərbaycanın azad edilmiş ərazilərinə ümumilikdə 200 milyon manatadək sərmayə yatırmaq planlarının bir hissəsidir. |
“Azerconnect” dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində beynəlxalq standartlara uyğun müxtəlif xidmətlər təqdim edən şirkətdir və “NEQSOL Holding”in tərkibinə daxildir. |
Qeyd edək ki, ölkəmizin Qarabağ bölgəsində telekommunikasiya şəbəkəsinin qurulmasına bu günə kimi “Azerconnect” tərəfindən artıq 24 milyon manat həcmində sərmayə yatırılıb. |
Ölkədaxili etirazlar, korrupsiya ittihamları, xarici siyasətdə uğursuzluqlar Fransa gündəmini zəbt edib. |
Faktiki olaraq hər ay, hər həftə, hər gün Emmanuel Makronun idarə etdiyi ölkədə qalmaqal, etiraz aksiyaları, mitinqlər keçirilir. |
Nəticədə hazırkı hökumət ölkə tarixinə ən korrupsioner, yarıtmaz hakimiyyət kimi düşmək “şansı” qazanıb. |
Media və siyasi dairələrdə rüşvət, korrupsiya və maxinasiyalar Makron hakimiyyətini xarakterizə edən əsas cəhətlər kimi vurğulanır. |
İrimiqyaslı maliyyə fırıldaqları, korrupsiya piramidasının başında isə birbaşa prezidentin durduğu təsdiqlənir. |
Belə ki, Fransa lideri daha bir radikal addımla qalmaqalın mərkəzinə düşüb. |
Yerli mediada yer alan xəbərlərə görə, o, adı korrupsiya qalmaqallarında çəkilən 72 yaşlı Fransua Bayru barəsində məhkəmədə bəraət qərarı çıxarılmasına nail olub. |
Bu qərar Bayrunun bu həftə yenidən hökumətin tərkibində təmsil olunmasına da səbəb ola bilər. |
Məlumat üçün bildirək ki, Bayru MoDem mərkəzçi partiyanın rəhbəri olaraq Makronla bir koalisiyada təmsil olunur, koalisiya 557 nəfərlik parlamentdə 51 yerə malikdir. |
Yeri gəlmişkən, üç dəfə prezident seçkisində namizəd olan Bayru 2027-ci il prezident seçkisində Makronun potensial varisləri sırasında göstərilir. |
Məhz bu şəxs 2017-ci ildə Makronun hakimiyyətə gəlməsində əvəzsiz rol oynayıb, ali posta namizədliyini geri çəkib. |
Makronun prezidentliyinin birinci ilində isə ədliyyə naziri vəzifəsindən imtina edib. |
O zaman Bayru Avropa Parlamentinin vasitələrindən sui-istifadə etməkdə ittiham olunmuşdu. |
Emmanuel Makron da indi korrupsioner Bayrunu dəstəkləməklə imicinə növbəti zərbəni vurmuş olub. |
Məsələ ondadır ki, adıçəkilən şəxs adı çirkli əməllərdə hallanan ilk adam deyil. |
Dəfələrlə Makron komandasında təmsil olunan şəxslərin maliyyə fırıldaqları, korrupsiya əməlləri barədə xəbərlər mediada yayılıb. |
Ümumiyyətlə isə Makronun özülü korrupsiya və rüşvət üzərində qurulub. |
Onun 2017-ci ildə seçki kampaniyası zamanı yaşadığı qalmaqalı yada salaq. |
Seçki kampaniyasında maliyyə saxtakarlığına yol verildiyini Fransa mətbuatı da yazmışdı. |
Hüquq-mühafizə orqanlarının araşdırmalarına görə, Makron seçki kampaniyası üçün ABŞ-nin “McKinsey” konsaltinq şirkətindən qeyri-qanuni maliyyə alıb. |
Əvvəlcə iş adamlarının çirkli pulların yuyulması və vergidən yayınması ilə bağlı istintaq başladılıb. |
Və sonra məlum oldu ki, şirkətlə Makron arasında çox yaxın münasibət var. |
Əvvəllər bir sıra nəşrlərdə “McKinsey”nin ABŞ kəşfiyyat xidmətləri ilə əlaqəsi olduğu barədə məlumatlar dərc olunub. |
Bundan əlavə, Makron prezident olanda ştatlardan olan iş adamlarının aldıqları son dərəcə sərfəli hökumət müqavilələri böyük suallar doğurur. |
Şirkət nümayəndələrinin əvvəlcə Makronun partiyasında, sonra isə hökumətində vəzifələr tutması da diqqət çəkir. |
Yeri gəlmişkən, Makronun korrupsiya qalmaqallarında erməni lobbisi ilə işbirliyi də keçir. |
Fransa prezidentinin ABŞ-nin “Uber” şirkəti ilə gizli razılaşmasını yada salaq. |
Bu barədə məlumatları Fransa parlamentinin komissiyasının hesabatında da tapmaq olar. |
Məlumatda qeyd olunur ki, “Uber” Fransa hökumətində ən yüksək səviyyələrdə müttəfiqlər tapıb. |
Bildirilib ki, bu, Makronla onun kabinetinin üzvləri arasında qeyri-şəffaf, lakin imtiyazlı münasibətlərin göstəricisidir. |
Məlumata görə, şirkətlə əməkdaşlıq barədə qərarlar dövlət səviyyəsində şəxsi maraqlar əsasında qəbul edilib. |
E.Makronun Fransanın iqtisadiyyat naziri olarkən “Uber” ilə bağladığı gizli sövdələşmə sayəsində şirkət sürücülərinin təlim saatlarını 250-dən 7-yə necə azaltdığına dair bir hissə də var. |
Qeyd edək ki, “Uber” ABŞ-nin dünyaca məşhur taksi şirkətidir. |
Bu xəbər Fransa prezidentinin əməllərini ifşa edən çox ciddi ittiham idi.Fransa lideri Makronun keçmişi ilə bağlı ortaya çıxan bu faktlar onun əsl simasının, korrupsiya və rüşvətxorluğa meylinin, pul müqabilində siyasi və iqtisadi sövdələşmələr etdiyinin göstəricisi hesab edilə bilər. |
Onun “Uber” ilə sövdələşməsi faktı, yəqin ki, yeganə belə hal deyil. |
Bu baxımdan, Makron və komandasının, ailə üzvlərinin və kabinetinə yaxın şəxslərin rüşvət və korrupsiya faktları ilə bağlı yeni faktların ortaya çıxacağı gözlənilir. |
Yəni hər an belə hallarla rastlaşmaq olar. |
Məsələn, hər an Fransa prezidenti və komandasının erməni lobbisi ilə maxinasiyaları, onlardan aldığı maliyyələr barədə məlumat yayıla bilər. |
Sözsüz ki, Makron və komandasının erməni sevgisinin arxasında maliyyə, pul dayanır. |
Əks halda, Yelisey sarayında oturanlar “ermənidən artıq erməni olmağa” çalışmazdılar. |
Beləliklə, bir daha aydın olur ki, Fransa dövlətinin hər zaman bayraq kimi dalğalandırdığı “demokratiya”, “azad rəqabət mühiti”, “azad bazar iqtisadiyyatı” və digər ideyalar, sadəcə, boş sözlər və şüarlardır, əməldə heç nə yoxdur. |
Qeyd olunan faktlar da özünü demokratiyanın beşiyi hesab edən böyük dövlətin başçısı üçün, sadəcə, ayıbdır. |
Onsuz da, Makronun siyasəti və Fransada baş verən son hadisələr - fermerlərin həyatı iflic etməsi fransızların böyük narazılığına səbəb olub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.