Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Ekoodun adi odundan baha olsa da, uzun müddət yanır. |
Məsələn, bir kisə kömür iki saata israf olunursa, bir kisə briket 7-8 saatlıq yanmanı təmin edir. |
Bu prosessin ekoloji cəhətdən böyük üstünlükləri var. |
Adi kömür ağacın məhv olunması vasitəsilə əldə olunursa, briket, yəni ekokömür yalnız qalıqlardan hazırlanır. |
Bu da itkisiz istehsalat deməkdir. |
Bir sexin qalıq və qırıntıları hesabına ikinci sexin fəaliyyəti təmin olunur. |
Ekoodundan hər növ soba və kaminlərdə istifadə etmək olur. |
Qida sənayesində, kafe və restoranlarda, təbiət qoynundakı pikniklərdə, samovar və manqallarda da bu odun işə çox yarayır. |
Briketlərin istehsalında heç bir kimyəvi qatqıdan istifadə edilmir. |
Bu məhsulun ən vacib cəhəti ekoloji təmiz məhsul olmasıdır. |
Və əlbəttə ki, əhali ekoodundan istifadə edəcəksə, meşələrimiz qırılmayacaq, planet bir təhlükədən xilas olacaq. |
Mütəxəssislərin fikrincə, meşələri qırıb, sağlam ağacları oduna çevirən brakonyerliyə qarşı mübarizədə qanunvericilikdə sərt qadağaların təsiri gücləndikcə, insanların ekooduna rəğbəti eynən inkişaf etmiş Avropa ölkələrindəki kimi artmaqdadır. |
Xatırladaq ki belə bir müəssisə “Bakı Abadlıq Xidməti” MMC-nin təşəbbüsü ilə Bakıda xeyli vaxtdır qurulub. |
Amma Bakıdan Qarabağa odun daşımaqdansa sözügedən sexin birini də Laçında açmaq daha məqsədəuyğun hesab olundu. |
Hazırda Laçındakı ekoodun sexində 12 yerli sakin çalışır. |
Amma məhsul alındıqca, yəni bazarda bu məhsula tələb artdıqca təklif də artacaq, yəni istehsalat daha da genişlənəcək. |
Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. |
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. |
Qəza zamanı “Toyota” və iki KIA markalı avtomobil toqquşub. |
Ölən və ya xəsarət alanlarla bağlı məlumat yoxdur. |
Qəza nəticəsində avtomobillərə ciddi maddi ziyan dəyib. |
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. |
Qeyd olunub ki, yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün tədbirlər görülür. |
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir. |
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Vətən müharibəsi qazisi Arif Yusubovun tibbi xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. |
Qeyd edək ki, ərazi bütövlüyümüz uğrunda döyüşlərdə ağır yaralanan Arif Yusubov “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. |
“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür. |
İspaniyanın müxtəlif yerlərində traktorlu fermerlər etiraz aksiyaları keçirərək magistral yollarda nəqliyyatın hərəkətinə mane olublar. |
Fermerlər həm sektorun düşdüyü çətin vəziyyətə diqqət çəkməyə çalışırlar, həm də Avropanın kənd təsərrüfatı siyasətinə qarşı çıxırlar. |
Belə ki, Malaqada fermerlər və çobanlar nəqliyyat vasitələri və yanan təkərlərlə limana girişi bağlayıblar. |
Kənd təsərrüfatı işçilərinin etirazları səbəbindən Valensiyaya girişlərdən biri bağlanıb. |
Bundan əlavə, fermerlər Rioja Muxtar İcmasının paytaxtı Loqronyo ərazisində nəqliyyatın hərəkətini dayandırıblar. |
Araqon, Kataloniya və ölkənin digər bölgələrində də nümayişlər təşkil olunub. |
Son zamanlar Avropa İttifaqının müxtəlif ölkələrində fermerlərin etiraz aksiyaları keçirilir. |
Xüsusilə, Belçika, Almaniya, İtaliya və digər icma ştatlarında nümayişlər təşkil olunub. |
Azərbaycanda məhkəmənin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs elektron nəzarət vasitəsini itirdiyinə görə məhkəməyə verilib. |
“Qafqazinfo”nun məlumatına görə, iddiaçı qismində tanınmış Bakı şəhəri Maliyyə İdarəsi elektron nəzarət vasitəsinin itirilməsinə görə cavabdeh Fuad Abbasovdan təzminat tələb edib. |
Sözügedən avadanlığın dəyəri 2270 manat təşkil edir. |
İddiaçı cavabdehin məsuliyyətli olmadığını əsas gətirərək qeyd edilən vəsaitin cavabdehdən tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməsini xahiş edib. |
Qarşı tərəf məhkəmədə iştirak etməkdən yayınsa da, əvvəlki ərizəsində daşıma müddəti bitdikdən sonra həmin elektron qolbağın taleyindən xəbərsiz olduğunu qeyd edib. |
Məhkəmə iddia tələbini tam təmin edib. |
Qərara əsasən, elektron nəzarət vasitəsinin itirilməsinə görə 2270 manat məbləğində pul cavabdehdən alınaraq Bakı Şəhər Maliyyə İdarəsinə ödənilməlidir. |
Mədəniyyət Nazirliyində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadəyə 2-ci dərəcəli “Əmək” ordeni təqdim olunub. |
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. |
Mədəniyyət naziri Adil Kərimli E.Qasımzadəyə yüksək dövlət təltifi münasibətilə təbriklərini çatdırıb. |
Qeyd olunub ki, Azərbaycanda memarlıq sahəsinin inkişafında onun mühüm xidmətləri var. |
Uzun illər paytaxtımızın baş memarı olmuş Elbay Qasımzadənin əməyi dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. |
O bundan əvvəl “Şöhrət” (2000) və “Şərəf” (2018) ordenləri ilə təltif edilib. |
E.Qasımzadə fəaliyyətinə verilən böyük dəyərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. |
Sonda nazir dövlət təltifini memara təqdim edib, xatirə şəkli çəkdirilib. |
Qeyd edək ki, tanınmış memar Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə bu ordenə layiq görülüb. |
Pakistanda Milli Assambleya (parlamentin aşağı palatası) üzvlüyünə namizəd Seyid Zülfiqar Əli Şah silahlı hücuma məruz qalıb. |
Məlumata görə, ona Sind əyalətinin Mirpur Xas şəhərində sui-qəsd cəhdi edilib. |
Siyasətçi xəstəxanaya yerləşdirilib. |
Onun səhhəti barədə məlumat verilmir. |
Qeyd edək ki, Əli Şah Pakistan Xalq Partiyasından seçkilərə namizədliyini irəli sürüb. |
Yeri gəlmişkən, bundan əvvəl Bəlucistan əyalətinin Xub şəhərində Pakistan Xalq Partiyasının daha bir namizədinə sui-qəsd cəhdi olub. |
Belə ki, siyasətçi Mir Əli Həsən Zehrinin seçki qərargahında partlayış baş verib. |
Hadisə nəticəsində üç uşaq xəsarət alıb. |
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisinin müşahidəsi məqsədilə ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedevi qəbul edib. |
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. |
Bildirilib ki, görüş zamanı MDB çərçivəsində gündəlikdə duran aktual məsələlər, əməkdaşlıq perspektivləri, habelə növbədənkənar prezident seçkisinin müşahidəsindən irəli gələn məsələlər müzakirə olunub. |
Ceyhun Bayramov Azərbaycanın MDB ölkələri ilə ikitərəfli, o cümlədən Birlik çərçivəsində çoxtərəfli əməkdaşlığı uğurla davam etdirdiyini bildirərək, Birliyə üzvlüyümüzün sosial, mədəni, humanitar sahələrdə münasibətlərin daha da inkişafına töhfə verdiyini diqqətə çatdırıb. |
Cari ilin 7 fevral tarixində baş tutacaq növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisi ilə bağlı görülən işlər barədə qarşı tərəfi ətraflı məlumatlandıran Ceyhun Bayramov sözügedən seçkinin 30 ildən artıq müddətdən sonra ilk dəfə işğaldan azad olunmuş ərazilərimizdə keçirilməsi ilə əlamətdar olduğunu vurğula... |
Seçkinin təşkili ilə bağlı bütün hazırlıq işlərinin görüldüyü, eyni zamanda beynəlxalq müşahidəçilərin, habelə xarici media nümayəndələrinin seçkini müşahidə etməsi üçün lazımi tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb. |
Ceyhun Bayramov, həmçinin Xarici İşlər Nazirliyi tərəfindən ölkə xaricində yaşayan, habelə uzunmüddətli xarici ezamiyyətdə olan vətəndaşlarımızın seçki hüquqlarını həyata keçirməsi məqsədilə aidiyyəti işlərin görüldüyünü, bu istiqamətdə 37 xarici ölkədə 49 seçki məntəqəsinin yaradıldığını bildirib. |
Sergey Lebedev Azərbaycanda keçiriləcək seçkinin müşahidəsində iştirakla bağlı dəvətə görə təşəkkür ifadə edərək, hazırlıq işlərinin peşəkarlıqla aparılmasının təqdirəlayiq olduğunu bildirib. |
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu, “Hayastan” fraksiyasından olan deputat Levon Koçaryanın işi yaxın vaxtlarda məhkəməyə göndəriləcək. |
Ermənistan mediasının məlumatına görə, bu barədə jurnalistlərə Levon Koçaryanın özü məlumat verib. |
Onun sözlərinə görə, ötən gün barəsində başlanmış cinayət işi çərçivəsində İstintaq Komitəsinə çağırılıb. |
Həmçinin, onun dostu Sergey Asaturov da dindirilməyə çağırılıb, daha sonra ona ərazini tərk etməmək barədə yazılı öhdəlik imzalatdırılıb. |
İstintaq Komitəsi L.Koçaryana qarşı ittihamın bəzi məqamlarını dəyişib, müstəntiq işin bağlandığını və tezliklə məhkəməyə göndəriləcəyini bildirib. |
Bərdə rayonunda yerləşən “Lənbəran bəy evi” məhv olmaq təhlükəsi ilə üz-üzədir. |
İki əsrə yaxın yaşı olan tarixi tikili sovet dövründə bir müddət xəstəxana, daha sonra isə uşaq bağçası kimi istifadə olunub. |
40 ildən çoxdur istifadəsiz qalan tarixi abidə hazırda baxımsız vəziyyətdədir. |
“Bu bizim babamızın atasının evidir. |
Var-dövlətini yığıb aparıblar, özünü də 21 yaşında güllələyiblər. |
Bu mülkü əmimiz sonradan məhkəmə yolu ilə qaytarıb, hazırda sənədləri ondadır. |
Atam burada yaşayıb, hamımız bu evdə doğulmuşuq. |
İstəyimiz odur ki, bu mülk dağılmasın, itməsin”, - deyə Əhməd bəyin nəticələri söyləyiblər. |
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: |
Bu gün Mingəçevir şəhərində intihara cəhd olub. |
Bu barədə Fövqəladə Hallar nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. |
Bildirilib ki, Mingəçevir şəhəri, Puşkin küçəsində bir nəfər vətəndaş dördmərtəbəli yaşayış binasının damına çıxaraq intihara cəhd nümayiş etdirib. |
Bunu görən sakinlər Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə hadisə barədə məlumat veriblər. |
Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidməti Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. |
Binanın həyətindəki yanğınsöndürən-xilasedicilər intihara cəhd etmək istəyən 1989-cu il təvəllüdlü Təhməzov Müşfiq Hilal oğlunu fikrindən daşındırmaq məqsədilə onunla məsafədən psixoloji söhbət apardıqları vaxt damdakı xilasedicilər yaranmış əlverişli vəziyyətdən istifadə edərək vətəndaşı anidən tutaraq intiharın qarşı... |
Dünya mediası Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi ərəfəsində geniş analitik məqalələr dərc edib. |
AZƏRTAC xəbər verir ki, Malayziyanın geniş oxucu auditoriyasına malik “New Straits Time” nəşrində dərc olunmuş məqalədə 2020-ci il Vətən müharibəsi və ötən il aparılan antiterror tədbirlərindən sonra ərazi bütövlüyü və suverenliyini tam bərpa edən Azərbaycan xalqının ölkənin müasir tarixinin yeni mərhələsinə başlamaq ə... |
“Azərbaycanın yeni regional reallıq yaratması, öz ərazilərində suverenliyini, hüququn aliliyini bərpa etməsi bəzi beynəlxalq gücləri çox narahat edib. |
Bu kontekstdə AŞPA-nın Bakıya təzyiqini misal çəkmək olar. |
Qələbədən sonra gələcəyə daha inamla baxan Azərbaycan xalqı iqtisadi, sosial sahələrdə əldə olunmuş müvəffəqiyyətləri möhkəmləndirmək, Silahlı Qüvvələrin qüdrətini artırmaq üçün dövlətçiliyə olan sədaqətini bir daha nümayiş etdirəcək”. |
Malayziya nəşrində ölkəmizin son 20 ildə əldə etdiyi böyük nailiyyətlərdən, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq neft-qaz layihələrindən bəhs edilib, Qoşulmama Hərəkatına uğurlu sədrlikdən sonra Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyi edəcəyi diqqətə çatdırılıb. |
Qəzetin məqaləsində vurğulanıb:""“Bütün bu uğurların arxasında onların memarı olan müdrik lider, insanları səfərbər edən siyasətçi dayanır. |
Onun yorulmaz fəaliyyəti həm də dünyada olan ədalətsizliklə mübarizəyə yönəlib. |
İlham Əliyev müsbət inkişaf tendensiyalarını irəli aparan liderdir”. |
Estoniyanın “Riigikogu” nəşrində dərc olunmuş məqalədə bu ölkənin ATƏT DTİHB-nin müşahidə missiyasının tərkibinə daxil olan nümayəndəsi Heljo Pikhofun Azərbaycanda növbədənkənar prezident seçkisinə hazırlıqla bağlı ilk təəssüratı yer alıb. |
Eston deputat bildirib ki, müşahidəçilərin məqsədi prezident seçkisinin demokratik prinsiplərə uyğun olub-olmadığına, şəffaf səsvermə prosedurlarının və ədalətli təşviqat ab-havasının təmin edilməsinə nəzarət etməkdir. |
Prezident İlham Əliyevin seçkidə daha çox səs toplamaq şansının olduğunu qeyd edən Pikhof qeyd edib ki, o, Salyan rayonundakı məntəqədə səsvermə prosesini müşahidə edəcək. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.