Search is not available for this dataset
text
stringlengths
10
518k
Makron da çıxıb əməlləri ilə bağlı açıqlama verməlidir.
Lakin görünən də odur ki, o, bu addımı atmağa tələsmir, cəzasızlıq onu yeni-yeni qalmaqallara sürükləyir.
Uşağın telefondan istifadəsini məhdudlaşdırarkən kəskin etirazla qarşılaşmamaq üçün tədricən hərəkət etmək vacibdir.
Bu barədə rusiyalı müəllim və psixoloq Viktoriya Savkova danışıb.
“Hər hansı qayda və məhdudiyyətlərin mərhələli şəkildə tətbiq edilməsi, uşağa bu barədə əvvəlcədən xəbərdarlıq edilməsi, qadağanın şərtlərinin dəqiqləşdirilməsi tövsiyə olunur.
Əgər yeniyetməlik dövründə olan insandan danışırıqsa, ardıcıl və öncədən düşünülmüş formada davranmaq xüsusilə vacibdir.
İzahat olmadan nəyisə məhdudlaşdırmaq olmaz”, - psixoloq vurğulayıb.
Valideynlər unutmamalıdırlar ki, telefon şəxsi əşyadır və onu xəbərdarlıq etmədən götürmək uşağın şəxsi sərhədlərini pozmaq deməkdir.
“Telefonu niyə uşaqdan götürməliyəm” sualını özünüzə verib cavablandıra bilməlisiniz.
“Ola bilsin ki, bu, uşağın tapşırığı yerinə yetirməkdən yayınması və ya onlayn oyunlara daha az vaxt sərf etməsi üçün lazımdır.
İndi cavabınızı müsbət şəkildə yenidən formalaşdırmağa çalışın”, - deyə Savkova tövsiyə edib.
Cavab belə səslənə bilər:“Mən istəyirəm ki, uşağım daha çox gəzsin, məktəbdə və həyətdə dostları ilə daha çox ünsiyyətdə olsun, ailəsi ilə vaxt keçirsin”.
Mütəxəssis belə qənaətə gəlib ki, bu formul bizə bütün pisliklərin mənbəyi kimi telefonu görməməyə imkan verəcək və uşağın düzgün inkişafına yönəldəcək.
Müğənni Nurlan Əzizbəyli plastik əməliyyatla üzündə dəyişiklik etdirib.
Axşam.az xəbər verir ki, 40 kiloqramdan çox çəki atan sənətçi yeni görünüşü ilə televiziya verilişlərindən birinin efirinə qatılıb.
İfaçının buxaq, qaşqaldırma, dəridartma əməliyyatları olunduğu bildirilib.
Nurlan eyni zamanda saçlarını da qara rəngə boyayıb.
Nurlan bildirib ki, hazırda çəkisi 70 kiloqramdır.
Sosial şəbəkələrdə Yaponiyanın şimalındakı Hokkaydo sahillərində baş verən faciənin görüntüləri yayılıb.
Belə ki, 16-17 fərddən ibarət qatil balina dəstəsi “buz tələsinə” düşüb.
Görüntülərdə həm yetkin heyvanlar, həm də balaların daxil olduğu qrupun xilas olma cəhdləri əks olunub.
Günortadan sonra qatil balinalar suyun altında yoxa çıxıblar.
Mütəxəssislər onların öldüyünü bildirirlər.
Videonu yerli tədqiqatçı dron vasitəsilə qeydə alıb.
ABŞ-də intihar etdiyi deyilən azərbaycanlı Şahbaz Abdurrahmanovun nəşinin bu həftə ölkəyə gətiriləcəyi gözlənilir.
Bu barədə Oxu.Az-a onun ailə yaxınları məlumat veriblər.
Məlumata görə, o, əslən Füzuli rayonundan olub.
Ailə yaxınlarının məlumatına görə, Ş.Abdurrahmanov sonuncu dəfə anası ilə ötən həftənin birinci günü görüntülü əlaqə saxlayıb.
ADA Universitetini bitirən Şahbaz Abdurrahmanov ABŞ-yə təhsilini davam etmək üçün gedibmiş.
Rusiyalı artist Maksim Qalkinin qəsri əlindən alınmayacaq.
Bu barədə Rusiya Federasiya Şurasının ordu barədə saxta məlumatlar və ölkənin təhlükəsizliyinə qarşı cinayətlərə görə əmlakın müsadirə edilməsi haqqında yeni qanunla bağlı açıqlamasından məlum olub.
Bildirilir ki, yeni qanunda tam müsadirə nəzərdə tutulmayıb, bu barədə heç bir qeyd yoxdur.
Bu o deməkdir ki, Qalkinin Moskva əyalətinin Qryaz kəndindəki qəsrinin taleyi ilə bağlı narahat olmağa dəyməz.
Əlbəttə, bir şərtlə ki, onu icarəyə verərək, alınan pulu Ukrayna Silahlı Qüvvələrinin, yaxud Rusiyada qadağan olunmuş hər hansı təşkilatın ehtiyaclarına xərcləməsin.
Həmçinin parodiyaçının Rusiya əleyhinə şüarlar səsləndirdiyi konsertlərdə tamaşalardan gələn qonorar müsadirə oluna bilər.
Sabah Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.
Budəfəki seçki bu günə qədər keçirilənlərdən fərqlənir.
Belə ki, bu dəfə seçki Azərbaycanın bütün suveren ərazilərində baş tutacaq.
Əlbəttə ki, Azərbaycanın bu uğurunu, seçkilərin əhəmiyyətini, geosiyasi miqyasa təsirlərini hər zaman olduğu kimi həzm edə bilməyənlər var.
Bağlı olduqları mərkəzlərdən təlimatlar alaraq hərəkətə keçənlər ictimai rəyi çaşdırmağa çalışırlar.
Belə təşkilatlardan biri də “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” (SMDTM) və onun rəhbərliyində təmsil olunan Anar Məmmədlidir.
Qərbin ənənəvi oyuncağına çevrilən A.Məmmədli və rəhbərlik etdiyi təşkilat 2001-ci ildən bu günədək ölkəmizdə keçirilən bütün seçkilərin müşahidəsini aparıb və bu seçkilərin beynəlxalq standartlara cavab verməməsi barədə qərəzli hesabatlar hazırlayaraq xarici donorlara və beynəlxalq təşkilatlara göndərib.
SMDTM-in fəaliyyəti ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Milli Demokratiya İnstitut (NDI), Demokratiyaya Milli Dəstək fondu (NED), “German Marşal” fondu və ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilib.
A.Məmmədli də 2020-ci ildə məhz ABŞ donorlarının maddi dəstəyi ilə ABŞ-nin Sirakuz Universitetinin Maksvel məktəbinin İctimai İdarəçilik ixtisası üzrə magistr dərəcəsini bitirib.
Azərbaycan Respublikası Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən A.Məmmədli barəsində vəzifəli şəxslərin qulluq səlahiyyətlərindən dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla sui-istifadə edərək mütəşəkkil dəstə tərkibində külli miqdarda gə...
Azərbaycan Prezidentinin 17.03.2016-cı il tarixli Əfv Sərəncamı ilə həbsdən azad edilib.
Anar Məmmədli məhz 2013-cü ildə keçirilən prezident seçkisini nüfuzdan salmaq məqsədilə ABŞ-nin Milli Demokratiya İnstitutundan qanunsuz yolla aldığı 276 min ABŞ dolları maliyyə vəsaiti üzrə saxta əməliyyatlar həyata keçirməsi səbəbindən həbs olunsa da, azadlığa buraxıldıqdan sonra köhnə fəaliyyətindən əl çəkməyib.
Belə ki, A.Məmmədlinin rəhbərlik etdiyi SMDTM tərəfindən Azərbaycanda keçirilmiş 2018-ci il Prezident, 2019-cu il bələdiyyə, eləcə də 2020-ci ildə keçirilmiş parlament seçkilərinin müşahidəsi aparılıb.
Bütün seçkilərin qeyri-demokratik mühitdə keçirilməsi barədə qərəzli hesabatlar hazırlanaraq beynəlxalq təşkilatlara təqdim olunub.
Hazırda SMDTM-in fəaliyyəti ABŞ-nin “Beynəlxalq İnkişaf Agentliyi” (USAID), “German Marşal Fondu”, “Freedom House”, “National Endowment for Democracy” (NED), “National Democratic İnstitute” (NDI), Çexiyanın “Prague Civil Society Center” təşkilatları tərəfindən maliyyələşdirilir.
7 fevral 2024-cü il tarixdə keçiriləcək prezident seçkisi çərçivəsində Anar Məmmədli aktivləşməyə çalışır.
Xarici donorlara əksər dairələrdə iş aparacağını bildirsə də, cəmi 50-60 müşahidəçi toplaya bilib.
Bu da gənclərin artıq Anar Məmmədlinin pul qazanmaq üçün həyata keçirdiyi ucuz şoularının iştirakçısı olmaq istəməməsindən irəli gəlir.
Müşahidəçi kimi cəlb edilmiş şəxslər arasında maddi imkanları zəif şəxslər üstünlük təşkil edir.
Anar Məmmədli hər müşahidəçi üçün xarici donorlardan külli miqdarda pul alsa da, müşahidəçilərə 40-50 manat pul verir və qalan vəsaiti mənimsəyir.
Bütün bunlar onu göstərir ki, Qərbin Anar Məmmədli adlı oyuncağı artıq işə yaramır.
Türkiyədə “əsrin fəlakəti”ndən artıq bir il ötdü.
50 mindən artıq insanın həyatını itirdiyi zəlzələnin ən dağıdıcı təsirlərinə məruz qalan Hatayda sakinlər şəhər meydanına toplaşaraq əbədiyyətə yola saldıqları yaxınlarını yad ediblər.
Oxu.Az-ın məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.
Kadrda sakinlərin şəhər meydanına toplaşaraq bir ağızdan azərbaycanlı bəstəkar və tarzən Əli Səliminin ərdəbilli şair Fərhad İbrahiminin sözlərinə bəstələdiyi və Rəşid Behbudovun ifasında ölümsüzlük qazanan “Ayrılıq” mahnısı ilə əzizlərini andıqları görünür.
Bakıda fəaliyyət göstərən məşhur “Laçın” ticarət mərkəzindən külli miqdarda qızıl oğurlamış qadının məhkəməsi keçirilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, 1981-ci il təvəllüdlü Gülnarə Rəhimova Qara Qarayev prospekti 105 ünvanında yerləşən mərkəzdə baş vermiş oğurluqla bağlı məsuliyyətə cəlb edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə cinayət işi açılıb.
Qızıl-zinət əşyaları mağazasının sahibi bildirib ki, Gülnarə onların daimi müştərisi olub.
O, hər dəfə ora gələndə qızıl əşyalardan birini gizli şəkildə götürərək özü ilə aparıb və bunlar kameraya düşüb.
Mağazadan ümumilikdə 1 kiloqram 200 qram çəkidə və dəyəri 100 min manata yaxın olan qızıl əşyalar oğurlanıb.
Barəsində cinayət işi açıldıqdan sonra Gülnarə qarşı tərəfə 3500 manat qaytarıb.
Həmçinin bildirilib ki, o, oğurluq hadisələrindən sonra özünə ev alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə oğurluqda təqsirləndirilən qadın 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Ona elektron qolbaq taxılıb və üzərinə bir sıra inzibati vəzifələr qoyulub.
Növbədənkənar prezidenti seçkisi ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Mərkəzi Seçki Komissiyası (MSK) ilə əməkdaşlıq edir.
Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Görülən tədbirlər çərçivəsində TƏBİB-in müvafiq tabeli tibb müəssisələri 5-8 fevral tarixlərində gücləndirilmiş iş rejimində çalışır.
Səhhəti ilə əlaqədar müalicə alan seçicilər üçün Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzi və Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzində səyyar seçki məntəqələri ya...
Həmçinin seçicilərin səhhəti ilə əlaqədar hallar baş verdiyi təqdirdə onların müalicə müəssisələrində yerləşdirilməsi, müəssisədən-müəssisəyə köçürülməsi, çıxarılması, onların qeydiyyatı və siyahıların tərtib edilməsi təmin olunacaq.
“Yeni Klinika” və Mərkəzi Neftçilər Xəstəxanasının müvafiq şöbələrində zərurət yarandığı hallar üzrə tibbi yardım göstərilməsi məqsədilə boş çarpayıların ayrılması təmin olunub.
Eyni zamanda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bundan əlavə, seçkini müşahidə etmək hüququnu almış xarici müşahidəçilər fasiləsiz tibbi xidmətlərlə təmin ediləcəklər.
Xarici müşahidəçilərin yerləşdiyi “Boulevard Hotel” və “Hyatt Regency” hotellərində 5-8 fevral tarixlərində həkim məntəqəsi, “Radisson Hotel Baku” hotelinin ərazisində isə gücləndirilmiş təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib.
Təcrübəli, eyni zamanda xarici dil bilikləri olan tibbi heyət növbətçilik əsasında təhkim olunublar.
Zəruri təchizat və təminat işləri yerinə yetirilib.
Ötən ilin avqustunda Bakının Nərimanov rayonunda 1993-ci il təvəllüdlü Samir Mehrab oğlu Məhərrəmovu qətlə yetirməkdə təqsirli bilinən şəxsin məhkəməsi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1985-ci il təvəllüdlü Fariz Mənsim oğlu Şəhniyarov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə təqsirləndirilib.
Araşdırmalar zamanı məlum olub ki, F.Şəhniyarov avqustun 22-nə keçən gecə metronun “Ulduz” stansiyasının yaxınlığındakı mağazaya gedib və spirtli içki alıb.
O, fasiləsiz çalışan mağazanın satıcısı S.Məhərrəmovdan 4 saat ərzində bir neçə dəfə spirtli içki alıb və oradakı skamyada içib.
Nəticədə Farizin Samirə 2 manat borcu yaranıb.
Satıcı pulu tələb etdikdə isə tərəflər arasında mübahisə düşüb.
Gecə saat 5 radələrində işlədiyi avtoyuma məntəqəsinə gedən Fariz oradan bıçağı götürərək geri qayıdıb və satıcıya hücum edərək onu bıçaqlayıb.
Ağır xəsarətlər alan Samir hadisə yerində ölüb.
Bildirilib ki, Samir yaşadığı Ağcabədidən Bakıya beş ay imiş ki, işləmək məqsədilə gəlibmiş.
Məhkəmənin hökmü ilə Samir Məhərrəmovu qətlə yetirən F.Şəhniyarova 17 il azadlıqdan məhrumetmə cəzası verilib.
Latviya, Litva və Estoniyanın müvəqqəti işlər vəkilləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıblar.
Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, buna səbəb Rusiyada keçiriləcək prezident seçkisi ilə əlaqədər təhlükəsizlik tədbirləri ilə bağlı məsələyə Baltikyanı ölkələrin hakimiyyət orqanlarının lazımi cavab verməməsidir.
Qeyd olunub ki, bu təhlükəsizlik tədbirləri Vilnüs, Riqa və Tallindəki Rusiya səfirliklərindəki seçki məntəqələrinə aiddir.
“Biz Baltikyanı dövlətlərin təmsilçilərinə bildirdik ki, 1961-ci il Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq və hamılıqla qəbul edilmiş beynəlxalq təcrübə əsasında diplomatik missiyaları qorumaq üçün bütün lazımi tədbirləri görmək məsuliyyəti qəbul edən dövlətlərin üzərinə düşür.
Rusiya üç ölkənin hakimiyyət orqanlarından səsvermə zamanı seçicilərin, eləcə də Rusiya səfirliklərinin əməkdaşlarının təhlükəsizliyinin təmini üçün lazım olan hər şeyi etməyi istəyib”, - M.Zaxarova deyib.
O vurğulayıb ki, seçki zamanı çətinliklər yaratmaq bu ölkələrdə yaşayan ruslar arasında ciddi etiraza səbəb olacaq:"“Çünki bu onların konstitusion hüquqlarının pozulmasıdır.
Biz Baltikyanı ölkələrin öz öhdəliklərini yerinə yetirməsini təmin etməyə davam edəcəyik.
Əgər təxribat davam edərsə, ikitərəfli kontekstdə və beynəlxalq strukturlarda qətiyyətlə hərəkət edəcəyik”, - deyə Zaxarova bildirib.