Search is not available for this dataset
text
stringlengths
10
518k
Çünki bu seçki Azərbaycanın suveren, müstəqil, ərazi bütövlüyünü tam bərpa etdiyi dövrdə ilk prezident seçkisi olacaq”.
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, seçki günü müstəqil Azərbaycanın bütün ərazilərində səsvermə keçiriləcək:""“İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.
6 milyon 478 mindən çox seçicimiz 6 mindən çox seçki məntəqəsində səs verəcəklər.
Seçki məntəqələrinin hər biri beynəlxalq standartlara uyğun təşkil edilib.
Ümumilikdə 90 372 müşahidəçi qeydiyyatdan keçib və onların 790 nəfəri beynəlxalq müşahidəçidir”.
Daha çox foto burada:PhotoStock.az"Könül Cəfərli
Fevralın 8-dən yalnız “CinemaPlus” kinoteatrlar şəbəkəsində Türkiyədə izlənmə rekordları qıran “Ölümlü dünya 2” komediyasının nümayişi başlayır.
Filmin rejissoru Ali Atay, ssenaristləri Ali Atay, Feyyaz Yiğit və Aziz Kedidir.
Rollarda Ahmet Mümtaz Taylan, Alper Kul, Doğu Demirkol, Feyyaz Yiğit, Giray Altınok, İrem Sak, Mehmet Özgür, Özgür Emre Yıldırım və Sarp Apak kimi tanınmış aktyorlar oynayırlar.
Filmin qısa məzmunu:Qanundankənar həyatlarına davam edən Mermer ailəsinin hər bir üzvü öz problemləri ilə mübarizə aparır.
Serhan hamilə yoldaşı Begümü yeni həyatlarına öyrəşdirməkdə çətinlik çəkir.
Serhat sevdiyi qadından məhrum olur, Qazanfer isə ailəsini cinayət təşkilatına qarşı bir arada saxlamaq üçün mübarizə aparır.
Lakin Zaferin təşkilatın əlinə keçməsi hər kəsin həyatını alt-üst edir.
Qeyd etmək istərdik ki, Türkiyədə “Ölümlü dünya 2” filmi nümayiş olunduğu gündən iki milyona yaxın izləyici toplayıb.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
Azərbaycanın beynəlxalq teleradio şirkəti CBC-nin Mali və Burkina-Fasoda Fransa müstəmləkəçiliyinin qanlı tarixi və nəticələri haqqında hazırladığı sənədli filmlər “Russia Today” televiziya kanalında nümayiş etdirilib.
Fransa müstəmləkəçiliyinin Afrika ölkələrinə təsirlərinə həsr olunan sənədli filmlərin baş prodüseri CBC telekanalının baş direktoru Vüqar Xəlilovdur.
CBC-nin bu film silsiləsi Afrikada baş verən tarixi hadisələri dərk etmək baxımından yeni səhifə açır, regiondakı münaqişələrin və Fransanın Afrikadakı siyasi oyunlarının mürəkkəbliyini, Afrika xalqlarının qul kimi istismar edilməsini nümayiş etdirir.
Bu sənədli filmlərin “Russia Today”də göstərilməsi təkcə beynəlxalq auditoriyanın neokolonializm haqqında anlayışını genişləndirməklə kifayətlənmir, həm də Fransanın yaratdığı qlobal problemlərin dərin və hərtərəfli işıqlandırılmasının əhəmiyyətini vurğulayır.
CBC-nin çəkiliş qrupları Afrikada olarkən Əlcəzair, Buake, Seneqalda çəkilişlər aparıb, Mali və Burkina-Faso dövlətlərinin başçılarından müsahibələr götürərək bu ölkələrin mövcud siyasi və sosial problemləri haqqında eksklüziv baxış ortaya qoyublar.
Sözügedən jurnalist araşdırmaları və reportajlar Afrika ölkələrinin üzləşdiyi məsələlərin ciddiliyini və aktuallığını vurğulayır.
Qeyd etmək lazımdır ki, RT dünyanın 100-dən çox ölkəsində 800 milyon tamaşaçı auditoriyasına malikdir.
Afrika mövzularını geniş işıqlandıran Rusiyanın “Улыбаемся и машем” (“Gülümsəyirik və əl edirik”) “Telegram” kanalı qeyd edir ki, “CBC TV Azerbaijan” mütəmadi olaraq yüksək peşəkarlıqla Afrikadakı xəbərləri və hadisələri, bu qitədəki antikolonializm aspektlərini rus dilində təqdim edərək auditoriyaya unikal və keyfiyyə...
“Telegram” kanalının fikrincə, bu, oxşar mövzuların işıqlandırılmasında Rusiyanın nəhəng media qurumlarının qarşısına mövcud olan standartları xeyli yüksəltmək kimi öhdəlik qoyur.
Kanal qeyd edir ki, “CBC TV Azerbaijan” Azərbaycanın beynəlxalq peyk televiziya kanalı olaraq, RT (“Russia Today”), RİA, “Sputnik” kimi böyük media şirkətlərinə Afrika və antikolonializm mövzularını keyfiyyətli işıqlandırmaqda peşəkarlıq nümunəsi göstərir.
Kanal rus dilində təqdim olunan yüksəksəviyyəli jurnalist işini xüsusi vurğulayır.
Bu da informasiyanı geniş auditoriya üçün daha əlçatan edir.
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC hər zaman cəmiyyətin inkişafına hesablanan sosialyönümlü layihələrə xüsusi önəm verir.
Şirkət ötən il də Korporativ Sosial Məsuliyyət (KSM) çərçivəsində ölkə əhəmiyyətli tədbirlərin təşkilinə dəstək verməklə yanaşı, maraqlı layihələrə imza atması ilə seçilib.
“Azərlotereya” “Əmanətə Sədaqət” layihəsi üzrə Azərbaycan və Türkiyənin universitetlərində təhsil alan bütün şəhid ailə üzvlərinin təhsil və yaşayış xərclərini qarşılamaq başda olmaqla, bir çox sosial layihələri həyata keçirir.
Şirkət Qarabağ Dirçəliş Fondu ilə birgə “Hər şey Qarabağ üçün” layihəsinə start verib.
Layihə çərçivəsində “Azərlotereya”nın tirajlı lotereya biletlərinin satışından əldə edilən vəsaitin bir hissəsi Qarabağ Dirçəliş Fonduna ianə edilir.
Fəaliyyətində hər zaman idmanın inkişafı yönündə dövlətin prioritet siyasətinə dəstək göstərən “Azərlotereya”nın “Misli” brendi hazırda Azərbaycan Premyer Liqasının baş sponsorudur.
Şirkətin bu addımı ölkədə futbolun inkişafına böyük töhfə verir.
Bu yolda görülən işlərdən biri də “Azərlotereya” ilə “Sabah” futbol və basketbol, eləcə də “Mingəçevir” Futbol Klubu arasında imzalanmış sponsorluq müqaviləsidir.
Məqsəd idmanda kütləviliyin təmin edilməsi, gənc idmançıların yetişməsi, futbol və basketbol yarışları vasitəsi ilə sosial məsuliyyətin təbliği, azarkeş mədəniyyətinin formalaşmasına dəstək olmaqdır.
“Azərlotereya” sağlam həyat tərzinin təşviqində də fəal iştirak edir.
Bu timsalda şirkət “Bakı Marafonu”nun tərəfdaşı olub.
Marafonda 20 minədək iştirakçı yarışıb.
“Azərlotereya”nın KSM fəaliyyətinin əsas istiqamətlərindən biri də ekologiya və ətraf mühitin mühafizəsidir.
Şirkət ətraf mühitin mühafizəsinə töhfə vermək məqsədilə “Gələcəyə yaşıl miras” devizi ilə ağacəkmə aksiyasına qoşulub.
Həmçinin nazirliyin “Yaşıl Gələcək” adlı ağacəkmə layihəsinə qoşularaq çox sayda ağacın əkimi üçün ianə edib.
Təhsil sahəsinə xüsusi önəm verən “Azərlotereya” bu istiqamətdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə əməkdaşlıq memorandumu imzalayıb.
Fərqli sahələr üzrə tədrisə dair müxtəlif dillərdə kitabların alınmasını həyata keçirərək UNEC kitabxanasına böyük töhfə verib.
Həmçinin “Azərlotereya” “Heydər Əliyev ili” çərçivəsində elm və təhsilin inkişafına dəstək məqsədilə yerli universitetlərə qəbul imtahanında öz qrupları üzrə ən yüksək bal toplamış tələbələrdən 11 nəfəri xüsusi təqaüdlə təmin edib.
Şirkət elm və təhsilin tərəqqisinə töhfə vermək, onların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə intellektual oyunlar üzrə ölkənin ən yaxşılarının yarışdığı Peşəkar İntellekt Liqasına da dəstək olub.
Ölkəmizdə startap ekosisteminin inkişafına dəstək göstərmək adına "Azərlotereya"nın ASAN İnnovasiyalar Mərkəzi ilə əməkdaşlığı çərçivəsində “Brain Game” intellektual oyun hakatonu keçirilib.
Sadalanan işlərin fonunda “Azərlotereya” digər sahələr üzrə də hər zaman aktivlik göstərərək müxtəlif böyük tədbirlərdə sponsor kimi çıxış edib.
Şirkət bundan sonra da dövlətimizin tərəqqisində önəmli rol oynayan KSM və dayanıqlı inkişaf üzrə önəmli mövzulara dair yeni təşəbbüslərdə iştiraka davam edəcək.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin formalaşdırdığı hökumətin yeni üzvləri məlum olub.
Siyahını sizə təqdim edirik:""Oljas Bektenov - Baş nazir"Qalımjan Koyşıbayev - Qazaxıstan Baş nazirinin müavini, Administrasiyasının rəhbəri"Aybek Dadebayev - Qazaxıstan Prezidenti Administrasiyasının başçısı"Azamat Eskarayev yenidən Qazaxıstan Ədliyyə Naziri"Madi Takiyev - Qazaxıstanın maliyyə naziri"Almasadam Satkali...
Tokayevin müvafiq fərmanı ilə Oljas Bektenov Qazaxıstanın yeni baş naziri olub.
Kabinetin üç üzvü əvvəlki vəzifəsinə yenidən təyin edilib.
Bunlar Murat Nurtleu (baş nazirinin müavini, eyni zamanda, xarici işlər naziri), Ruslan Jaksılıkov (müdafiə naziri), Yerjan Sadenovdur (daxili işlər naziri).
Qeyd edək ki, dünən Kasım-Jomart Tokayev hökumətin istefası haqqında fərman imzalamışdı.
Hərbi xidmətdən qanunsuz yayınma hallarına qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, müddətli həqiqi hərbi xidmətdən yayınmaq məqsədilə ali təhsil almaq barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinə təqdim edilməsi üçün saxta arayışlar hazırlayan şəxsin qanunsuz əməlləri ifşa edilib.
Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma zamanı Fuad Elçin oğlu Xəlilov tərəfindən 2023-cü ildə müddətli hərbi xidmət keçməkdən yayınmalarına köməklik göstərilməsi məqsədilə iki nəfər Qəbələ rayon sakininin guya Türkiyə Respublikasının Sakarya Universitetində təhsil al...
Toplanmış sübutlar əsasında Baş İdarədə Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 320.1-ci (rəsmi sənədi qanunsuz hazırlama və satma) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
Müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı kompleks mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək.
“Səsvermə zamanı seçicilərə heç kim təzyiq edə, tələsdirə, kimə səs verdiyini soruşa bilməz”.
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, səsvermə ən son seçici səs verənə qədər davam edəcək:""“Seçki Komissiyasının üzvləri şəffaflığa və məxfiliyə nəzarət edəcəklər.
Səsvermə bitdikdən sonra səslərin hesablanmasına başlanılacaq.
Biz çalışacağıq ki, səsvermənin ilkin nəticələrini elə həmin axşam hesablayaq.
Hesab edirik ki, seçki günü axşam saat 21:00 ərəfələrində ilkin rəqəmlər açıqlanacaq.
Növbəti iki gün ərzində dairələrdə rəqəmlər ümumiləşdirilib MSK-ya göndəriləcək.
Bundan sonra Mərkəzi Seçki Komitəsinin iclası keçiriləcək və rəsmi nəticə orada açıqlanacaq”.
“Olimpiadada var gücümüzlə ən böyük hədəfə nail olmağa çalışacağıq”.
Mütəxəssis dünyanın ən mötəbər yarışı üçün proqnoz vermək istəmədiyini bildirib:""“Beynəlxalq turnir haqqında da əvvəlcədən danışmıram.
Orada 5 qızıl medal əldə edəcəyimizi bilsəm də, yenə proqnoz vermirəm.
Hələlik yalnız Qaşım Maqomedov (58 kq) lisenziya qazanıb.
Allahın köməyi ilə növbəti lisenziyalarımız da olacaq”.
Abdullayev yığmanın 4 medal qazandığı (1 gümüş, 3 bürünc) Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş G2 kateqoriyalı Füceyrə açıq çempionatı barədə də fikirlərini bölüşüb:""“Bu, ənənəvi turnirdir və hər il keçirilir.
Burada həmişə güclü komandalar iştirak edirlər.
Yay Olimpiya Oyunlarına az qalmış idmançılar belə yarışlarda güclərini sınayırlar.
İdmançılarımız səviyyəli yarışda 4 medal qazandılar.
Bütün taekvondoçular olmasalar da, 6 kişi, 6 qadın təmsilçimiz dayanq üzərinə çıxıb.
Burada təcrübələrini artırdılar.
Milad Beiqi Harçeqani (+87 kq) birillik fasilədən sonra yeni çəkidə mübarizə apardı.
Onun çıxışı hələlik qənaətbəxşdir.
İranda və Türkiyədə yarışlar olacaq.
Hər turnirə fərqli heyət gedəcək.
Türkiyədəki yarışa yalnız olimpiya komandası gedəcək”.
“Beynəlxalq təşkilatların nümayəndələrinin seçki prosesini işğaldan azad edilmiş ərazilərdə müşahidə etmələrinə dair istəkləri tərəfimizdən çox xoş qarşılanıb”.
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hətta bəzi beynəlxalq təşkilatların nümayəndələri artıq işğaldan azad edilmiş ərazilərə gediblər:""“Misal olaraq Moldova, Ukraynadan, eləcə də bəzi qrupların tərkibində olan beynəlxalq müşahidəçilər seçki prosesini müşahidə etmək üçün artıq Qarabağdadırlar”.
Laçında yenicə açılan müəssisə ekoodun istehsal etməklə, meşələrin qorunmasına xidmət edəcək.
Bu gün Laçında fəaliyyətə başlayan və onlarla yeni iş yerinin açılmasına səbəb olan yeni müəssisələr zamanın tələblərinə cavab verən təsisatlardır.
Kreativlik və ətraf mühitin qorunması baxımından diqqət çəkən müəssisələrdən biri ötən ay fəaliyyətə başlayıb.
Briket, yəni ekoodun istehsalı ilə məşğul olan müəssisə xammal seçimi baxımından tamamilə fərqlidir.
Ekoloji təmiz məhsul sayılan bu odun növü digər sexlərdəki istehsalat qalıqlarından, məsələn, mebel qırıqlarından, kəsinti və tullantılardan hazırlanır.
Həmin qalıqları yüksəkhərarətli peçlərdə presləyib odun düzəldirlər.
Bu prosesi həyata keçirmək üçün İtaliyadan xüsusi avadanlıq gətirilib.
Bakı Abadlıq Xidməti öz ənənəsinə uyğun olaraq bu dəfə də yeni müəssisədə təlimlər keçməklə işə başlayıb.
Müasir avadanlığın quraşdırılması, işə salınması, yeni texnologiya ilə işləyən laçınlılara xüsusi kursların keçirilməsi də italiyalı mütəxəssislər tərəfindən həyata keçirilib.
Artıq təlim prosesi başa çatıb, sex istehsalata başlayıb.
Ekoloji odunu adi odundan fərqləndirən cəhətlər hansılardır?