Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Valideynlərin arzularına, istəklərinə baxılır və yaxud da ətrafın düşüncəsinə baxılır - “camaatın uşağı” məsələsi...Amma bu araşdırılmalıdır. |
Burada bilik, bacarıq, ən əsası - maraq öz hökmünü verə bilməlidir. |
Bu üç şeyə diqqət edə bilsək, hesab edirəm ki, övladlarımızın istiqamət seçimində daha böyük uğur əldə etmiş olarıq. |
- Peşə məktəblərini necə dəyərləndirirsiniz və əmək bazarında rolunu necə görürsünüz? |
- Peşə məktəbləri son illərdə inkişaf etməyə başlayıb. |
Həm maddi-texniki bazaları gücləndirilib, həm yeni təyinatlar olunub. |
Peşə sahiblərində də ən başlıca meyar əməkhaqqıdır. |
Əməkhaqqı yüksək olan yerə, sözsüz ki, təcrübəli mütəxəssislər gəlirlər, daha keyfiyyətli tədris təşkil olunur. |
Bu gün biz görürük ki, peşə məktəblərindən məzun olan tələbələrimiz artıq özləri müəyyən peşələrdə görünürlər və yaxşı da davam edirlər işləməyə. |
Bunu mexanika sahəsində də görürük, dərzilikdə də görürük və s.Peşə məktəblərinə bir az da diqqət olunsa, düşünürəm ki, oranı bitirən məzunlar nəinki ali təhsilli məzunlarla başabaş rəqabət apara, hətta müəyyən ixtisaslarda onları keçə də bilərlər. |
Daha çox foto burada:PhotoStock.az"Əzizə İsmayılova |
Rusiyanın populyar news.ru portalı Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisindən bəhs edən geniş material dərc edib. |
Məqalədə seçkilərin 30 illik fasilədən sonra ilk dəfə işğaldan azad edilmiş Qarabağ torpaqlarında da təşkil olunacağı xüsusilə vurğulanır. |
Bildirilir ki, təkcə bu bölgədə 26 seçki məntəqəsi fəaliyyət göstərəcək. |
“Seçki prosesini 90 mindən çox yerli və 800-ə yaxın beynəlxalq müşahidəçi izləyəcək. |
Prezident İlham Əliyev növbədənkənar seçkinin keçirilməsinin səbəblərini yanvarın əvvəlində yerli televiziya kanallarına müsahibəsində açıqlayıb. |
O izah edib ki, Qarabağda yerli antiterror tədbirlərindən sonra respublika öz suverenliyini və ərazi bütövlüyünü tamamilə bərpa edib. |
Beləliklə, ölkənin əvvəllər qarşısına qoyduğu bütün məqsədlərə nail olunub və Azərbaycan üçün yeni dövr başlayıb”, - deyə materialda qeyd olunur. |
Həmçinin, diqqətə çatdırılır ki, ekspertlərin yekdil fikrinə görə, məhz İlham Əliyev prezidentlik yarışının şəksiz favoritidir. |
“İlham Əliyev 2020-ci ilin payızında Qarabağda 44 günlük müharibədə qələbəni və Azərbaycanın suverenliyinin tam bərpasını təmin edib. |
Onun Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində sosial, iqtisadi, hüquqi sahələrdə əsaslı islahatlar aparılıb, nəzərdə tutulan bütün proqramlar uğurla icra olunub”, - məqalədə vurğulanır. |
Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsində güclü külək avtomobilləri su altında qoyub. |
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb. |
Belə ki, küləyin güclənməsi nəticəsində sahildəki avtomobillər dalğaların qurbanına çevrilib. |
Həmin görüntüləri təqdim edirik: |
Fevralın ilk günlərində məşhur ABŞ-li porno aktrisa Uitni Raytın (Whitney Wright) İran İslam Respublikasına səfər etməsi barədə xəbər və görüntülər sosial şəbəkələrdə bomba kimi partlayıb. |
“Azad İran” “YouTube” kanalı bu barədə süjet hazırlayıb. |
Bildirilib ki, aktrisanın Tehran səfərini əks etdirən şəkilləri özünün “Instagram” hesabında paylaşması iranlı istifadəçilərin ən müxtəlif reaksiyalarına və qızğın müzakirələrinə yol açıb. |
Amma mövzu təkcə sosial şəbəkələrlə məhdudlaşmayıb. |
“Associated Press”, BBC, “Əl-Cəzirə”, “France-Press”, “Washington Post” kimi beynəlxalq media nəhəngləri bununla bağlı xəbər və şərhlər dərc ediblər. |
İran mətbuatı da mövzudan kənarda qalmayıb. |
Ölkənin bir çox informasiya agentlikləri və xəbər portalları bu məsələ ilə bağlı yazılar veriblər. |
Qeyd edək ki, 100-dən çox filmə çəkilmiş və öz sahəsində bir sıra mükafatlar almış 32 yaşlı Uitni Rayt həm də dünyanın müxtəlif yerlərinə səyahətlərini əks etdirən foto və video materialları sosial mediada davamlı paylaşması ilə tanınır. |
İsrailin xarici işlər naziri İsrael Katz Argentina Prezidenti Xavyer Mileyə ölkənin Tel-Əvivdəki diplomatik missiyasının Qüdsə köçürülməsini elan etdiyinə görə təşəkkür edib. |
O, bu barədə sosial şəbəkə səhifəsində yazıb. |
Qeyd edək ki, bu gün Argentina Prezidenti Miley İsrailə rəsmi səfərə gəlib. |
O, fevralın 7-də İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək və onunla ölkələr arasında əlaqələrin daha da gücləndirilməsini müzakirə edəcək. |
Xatırladaq ki, Miley prezident seçildikdən sonra Netanyahu ilə söhbətində diplomatik missiyanın Qüdsə köçürülməsini müzakirə edib və bu barədə baş nazirə verdiyi sözə əmələ edib. |
Azərbaycanlı seysmoloqlar Türkiyədə zəlzələ bölgəsində yenidən tədqiqatlar aparacaqlar. |
Bununla bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli “6 Şubat 2023 Depremleri ve Mühendislik Paneli” mövzusunda keçirilən onlayn iclasda məlumat verib. |
Professor iclasda 2023-cü ilin aprel ayında mərkəz əməkdaşları ilə birgə qardaş Türkiyənin zəlzələ bölgəsində ən çox dağıntıya məruz qalan Kahramanmaraş şəhəri və zəlzələnin episentrində olan Pazarcık qəsəbəsində apardıqları qravimetrik, maqnitometrik, mühəndis-seysmik və makroseysmik tədqiqatlardan da söz açıb. |
RSXM-nin mütəxəssislərinin apardığı tədqiqat işləri nəticəsində ərazidə gərginlik vəziyyəti müəyyən edildiyini bildirən Qurban Yetirmişli deyib ki, gələcəkdə aparılacaq tikinti işləri ilə əlaqədar bu ərazilərin dərinlik quruluşu, hansı qırılmalarla bağlı olduğu öyrənilərək ərazinin seysmikliyi qiymətləndiriləcək. |
Basketbol üzrə aşağı yaş qruplarından ibarət Azərbaycan yığmalarının Avropa çempionatındakı rəqibləri bəlli olub. |
Azərbaycan Basketbol Federasiyasından Oxu.Az-a verilən məlumata görə, 20 yaşadək oğlan basketbolçulardan ibarət yığma B divizionunun B qrupunda Niderland, Böyük Britaniya, Portuqaliya və İrlandiya seçmələri ilə qarşılaşacaq. |
Bu qrupun oyunları iyulun 12-21-də Rumıniyanın Piteşti şəhərində keçiriləcək. |
18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi iyulun 23-28-də Albaniyanın Elbasan şəhərində təşkil olunacaq C divizionunun B qrupunun oyunlarında Moldova, Ermənistan və Monako komandaları ilə üz-üzə gələcək. |
Eyni yaş qrupu üzrə qızlardan ibarət kollektiv isə həmin tarixlərdə Kosovonun Priştina şəhərində keçiriləcək C divizionunun B qrupunun matçlarında Albaniya, Gürcüstan və Ermənistan yığmalarını sınağa çəkəcək. |
Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət millisi C Divizionunda Albaniya, Malta və Moldova ilə birlikdə A qrupunda mübarizə aparacaq. |
Görüşlər iyulun 9-14-də Albaniyanın Durres şəhərində olacaq. |
Eyni tarixlərdə qızlardan ibarət U-16 yığması isə C divizionunun A qrupunda Gürcüstan, Ermənistan və Kipr seçmələrinə rəqib olub. |
Bu qrupun oyunları Cəbəllütariqdə keçiriləcək. |
Rusiyanın Komi Respublikasının Koyqorodski rayonunun Qriva kəndində taxta konstruksiyalı məktəb yanıb. |
Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yanan məktəbdən 40-dan çox insan, o cümlədən 38 uşaq təxliyə edilib. |
İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. |
Hazırda hadisənin səbəbləri araşdırılır. |
Vətən müharibəsinin şəhidi Natiq Baxşəliyevin xanımı Gülnaz Baxşəliyeva bu gün paytaxtda böyük miqdarda pul tapıb. |
Oxu.Az xəbər verir ki, şəhidin həyat yoldaşı pulu itirən şəxsi axtarmaq üçün ATV telekanalında yayımlanan “Bizimləsən” verilişinə müraciət edib. |
Məbləğin nə qədər olduğu və hansı istiqamətdə tapıldığı barədə məlumatlar açıqlanmayıb. |
Məlumata görə, bu məbləğ 11 min dollar olub. |
Telekanalın qaynar xəttinə zəng edənlərdən birinin pulun həqiqi sahibi olduğu bəlli olub. |
Həmin görüntüləri təqdim edirik: |
Ukraynada müharibə davam edir. |
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. |
O bildirib ki, ötən gecə Kiyevdə əvvəlki günlərlə müqayisədə sakitlik olub:""“Amma buna baxmayaraq, Ukraynanın digər şəhərlərində vəziyyət daha da gərginləşib. |
Xüsusilə Donetsk, Dnepropetrovsk, Xerson, Xarkov və Zaporojye vilayətlərində həm hava hücumları, həm də quru döyüşləri müşahidə olunub”. |
Qeyd edilib ki, Xarkov vilayətində vəziyyət olduqca gərgindir:""“Ötən gecə S-300 kompleksləri ilə Xarkovun 20 yaşayış məntəqəsinə raket zərbələri endirilib. |
Burada kifayət qədər itkilər var. |
Eyni zamanda yaşayış məntəqələrindən birində Cəmşid adlı həmyerlimizə aid bütöv ferma heyvanları ilə birlikdə, demək olar ki, göyə sovrulub”. |
Dağıstanda qəfil qar uçqunu baş verib. |
Bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsindən məlumat verilib. |
“Dağıstanın bütün yüksək dağlıq Tsuntinski rayonu ilə qar uçqunu səbəbindən nəqliyyat əlaqəsi kəsilib”, - məlumatda bildirilir. |
Ölənlər barədə məlumat verilməyib, detallar dəqiqləşdirilir. |
Qeyd edək ki, Soçi kurortunda da həmçinin qar uçqunu baş verib. |
Xilasedicilər altı nəfəri qar altından çıxarıblar. |
ABŞ-nin keçmiş prezidenti Donald Tramp seçkilər prosesinə müdaxilə ilə bağlı iş üzrə hüquqi toxunulmazlığa malik deyil. |
Belə qərarı Vaşinqtondakı Apellyasiya Məhkəməsi qəbul edib. |
Məhkəmənin qərarına əsasən, Trampa qarşı Kapitoliyə hücumla bağlı cinayət işi açıla bilər. |
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisinin müşahidəsi ilə bağlı ölkəmizdə səfərdə olan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Can Min ilə görüşüb. |
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. |
Görüş zamanı Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq perspektivləri, habelə növbədənkənar Prezident seçkisi ilə bağlı məsələlər müzakirə edilib. |
Nazir Ceyhun Bayramov Azərbaycanın ŞƏT üzvləri ilə mövcud əməkdaşlığının Təşkilat çərçivəsində ölkəmizin aktivliyini şərtləndirdiyini, habelə qarşılıqlı dialoqa töhfə verdiyini bildirib. |
Ölkəmizin ŞƏT-in dialoq üzrə tərəfdaşı kimi regional təhlükəsizlik məsələləri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi kommunikasiya layihələrinin irəlilədilməsi üzrə Təşkilatla faydalı əməkdaşlıq etdiyi bildirilib. |
Azərbaycanın Avrasiya məkanında xüsusi mövqe və çəkisi olan ŞƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyi, bu istiqamətdə iqtisadiyyat, ticarət, energetika, investisiyalar, humanitar, turizm və s.sahələr üzrə mövcud əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsinin vacibliyi qeyd olunub. |
Bununla yanaşı, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirin Azərbaycanda keçiriləcəyini nəzərə alaraq ekologiya sahəsində geniş əməkdaşlıq imkanlarının o... |
Nazir Ceyhun Bayramov 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkisinin 30 ilə yaxın işğaldan sonra ilk dəfə bütün ərazilərimizdə keçirilməsinin, habelə işğaldan azad olunmuş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri nəticəsində öz evlərinə qayıdan vətəndaşlarımızın ilk dəfə öz doğma torpaql... |
Qarşı tərəf o cümlədən, hazırda xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən vətəndaşlarımız üçün seçki prosesinin təşkili ilə əlaqədar Xarici İşlər Nazirliyi tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlandırılıb. |
Baş katib Can Min növbədənkənar Prezident seçkisinin müşahidəsi ilə əlaqədar dəvətə görə təşəkkür edərək seçkinin təşkilində ölkəmizə uğurlar arzulayıb. |
Baş katib seçkiyə hazırlıq prosesinin yüksək səviyyədə təşkilinin böyük məmnunluq doğurduğunu vurğulayıb. |
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. |
Azərbaycanda növbədənkənar prezident seçkisinə hazırlıq işləri tamamlanıb. |
Seçkini izləyəcək beynəlxalq müşahidəçilərin sayı da bəllidir. |
İsrailin aviasiya qüvvələri Livanın cənubunda yerləşən hərbi mövqeləri bombaladı. |
Rəsmi Təl-Əviv əməliyyatın təfərrüatını açıqladı. |
Hərbi qulluqçuların aylıq məvacibləri artırıldı. |
“Nikosayağı” kimi tanınan blogerin məhkəməsi keçirildi. |
Uzun müddətdir müzakirələrə səbəb olan Nicat Şakirli ilk dəfə ifadə verdi. |
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: |
Argentinada meşə yanğını Bariloçe yaxınlığındakı ucqar Pataqoniya bölgəsini viran qoyub. |
Bununla bağlı sosial şəbəkələrdə yanğının dağlıq ərazilərinə yayıldığına dair görüntülər yayılıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.