Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Fevralın 7-də keçiriləcək növbədənkənar prezidenti seçkisinə hazırlıq prosesi ölkəmizin Türkiyədəki səfirliyi, İstanbul və Qars şəhərlərindəki baş konsulluqları tərəfindən fəal davam etdirilir. |
Bu barədə Azərbaycanın İstanbuldaki baş konsulluğu məlumat yayıb. |
Baş konsulluqda 17 saylı Yasamal üçüncü seçki dairəsinin 53 və 54 saylı seçki məntəqələri təşkil olunub. |
Bu məntəqələrdə yerli vaxtla saat 08:00-dan 19:00-a qədər baş konsulluğun əhatə dairəsində daimi yaşayan, müvəqqəti və ya uzunmüddətli ezamiyyətdə olan 18 yaşı tamam olmuş, aktiv seçici hüququna malik Azərbaycan Respublikası vətəndaşları səs verə bilərlər. |
Seçki günü uzaqda yaşayan və səsvermədə iştirak etmək istəyən vətəndaşlarımız üçün baş konsulluq tərəfindən nəqliyyat vasitələri təmin olunacaq. |
Vətəndaşların İstanbulun Kiçikçəkməcə, Sultanqazi, Bayrampaşa rayonlarından, eləcə də Bursa vilayətinin Osmanqazi və Nilufər rayonlarından nəqliyyat vasitələri ilə seçki məntəqələrinə gəlmələri təşkil ediləcək. |
Həmçinin vətəndaşlarımızın səyyar səsvermə hüququndan istifadə ilə bağlı müraciətləri nəzərə alınaraq, məntəqəyə gələ bilməyən seçicilərin yaşadıqları ünvanlara səyyar qutular göndəriləcək. |
Ermənistanın Müdafiə Nazirliyinin hərbi hissələrindən birində yanğın baş verib. |
Bu barədə Ermənistan mediası məlumat yayıb. |
Məlumata görə, insident zamanı ehtiyatda olan hərbçi ölüb. |
Bildirilir ki, hadisə döyüş mövqeyindən bir qədər aralıda olub. |
Yanğının qeyri-müəyyən şəraitdə baş verdiyi vurğulanır. |
Hadisənin qurbanı 1985-ci il təvəllüdlü Artur Qriqoryan olub. |
Yanğın zamanı başqa zərərçəkən olmayıb. |
Faktla bağlı araşdırma aparılır. |
Bir tərəfdən üfunət, digər tərəfdən rütubət. |
Zirzəmi də ağcaqanadlarla dolub. |
Xezerxeber.az-ın məlumatına görə, bu xoşagəlməz mənzərə Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi bina 78/9 ünvanındandır. |
46 il öncə tikilərək sakinlərin istifadəsinə verilən və 50-ə yaxın ailənin yaşadığı binanın zirzəmisində kanalizasiya suları aşıb-daşır. |
Bina 10 il əvvəl əsaslı təmir olunsa da, zirzəmidə yerləşən kanalizasiya sistemi düzgün qurulmadığından çirkab sular zirzəmiyə dolur. |
Sakinlərin sözünə görə, hər şikayətlərindən sonra Su-kanal Sahəsindən gələrək zirzəmidən suyu çəkirlər, amma bu, problemi həll etmir. |
Məsələ ilə bağlı Lənkəran Su-kanal Sahəsinin rəisi Asif Məmmədov bildirib ki, binanın zirzəmisinə çirkli sularla yanaşı qurunt suları da axır. |
Qurunt suları zirzəmidən xüsusi texnikalarla çəkildikdən sonra qəzalı su boruları tam bərpa olunacaq. |
Su borusu partlayıb, küçədə hərəkət çətinləşib. |
Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Binəqədi rayonu Gülüstan qəsəbəsindəki içməli su xətti partlayıb. |
Sakinlərin sözlərinə görə, beş gündür ki, borunun ətrafını bu cür su basıb və nəticədə də həm piyadaların, həm də avtomobillərin hərəkətində çətinlik yaranıb. |
Sakinlər bildiriblər ki, ərazidəki su xəttində bu cür qəzalar tez-tez baş verir. |
Məsələyə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən aydınlıq gətirilib. |
Rusiyalı aktyor Mixail Boyarski planlı şəkildə müalicə üçün Sankt-Peterburqdakı Mariinski xəstəxanasına yerləşdirilib. |
Qeyd olunur ki, sənətçi koronar angioqrafiya və stentləmə əməliyyatlarından keçməli olacaq. |
Noyabrın sonunda Boyarski infarkt keçirdikdən sonra xəstəxanaya yerləşdirilib. |
O, bir həftə xəstəxanada olub və dekabrın əvvəlində evə buraxılıb. |
Xatırladaq ki, Mixail Boyarskinin 74 yaşı var. |
Aktyor “Lensovet” Teatrında tamaşalarda iştirak edir, baxmayaraq ki, 2023-cü ildə yaşı və səhhəti ilə əlaqədar karyerasını bitirmək niyyətini açıqlamışdı. |
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oğlunun sosial şəbəkədəki paylaşımına görə üzr istəyib. |
Qalmaqallı paylaşımda ABŞ Prezidenti Co Baydenin Altsheymer xəstəliyinə tutulmasına eyham vurulub. |
18 yaşlı Şuvael Ben-Qvir degenerativ beyin xəstəliyi olan Altsheymer xəstəliyi haqqında məlumatlılığın artırılmasının vacibliyi haqqında yazıb. |
O qeyd edib ki, bu xəstəlik qocalıqda idraki zəifləmə və demensiyanın ən çox yayılmış səbəbidir. |
Gənc oğlan Baydenin portretini posta əlavə edib. |
“Şuvael, oğlum öz işində ciddi səhvə yol verib, mən bunu qəti şəkildə qəbul etmirəm”, - nazir vəziyyəti şərh edib. |
O qeyd edib ki, ABŞ İsrailin “böyük müttəfiqi”dir. |
“Qarabağ xronikası” verilişinin 131-ci buraxılışı efirə gedib. |
Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Xankəndi ilə Şuşanı birləşdirən, bir çox tarixi hadisələrin iştirakçısı və şahidi olan Ağa körpüsündən bəhs edib. |
Qeyd olunub ki, Kəhrab dərəsi üzərində yerləşən bu körpü sovet hakimiyyəti illərində el arasında Gövhər Ağa kimi tanınan Gövhər Nisəbəyim tərəfindən tikdirilib. |
Bildirilib ki, separatçılıq və separatçı ideyalarının inkişaf etməsi nəticəsində 1989-cu ildə Ağa körpüsündən hərəkət edən insanlara atəş açılmağa başlanıb:""“Bu səbəbdən Şuşa, Laçın camaatı bu yoldan istifadə etmədilər. |
Bakıya və digər ərazilərə hərəkət etmək üçün Laçın yolunu seçdilər. |
Həmin dövrdə də Ağa körpüsü SSRİ silahlı qüvvələrinin gözünün qarşısında partladılır. |
Erməni separatçıları körpüyə dinamiti SSRİ silahlı qüvvələrinin gözünün qarşısında necə qoyur və necə partladırlar?”"Ətraflı Baku TV-nin süjetində: |
Sosial şəbəkələrdə qiyməti iki manat olan geyimlərin satışı ilə bağlı elanlar paylaşılır. |
Ucuz ətin şorbası olmaz deyiblər. |
Cibə qənaət etmək üçün alınan bu geyimlər insanları canlarından edə bilər. |
Məsələ ilə bağlı Həkim Abbas Bağırov bildirib ki, sintetik və elektrik yükü ilə yüklənən materiallardan hazırlanan geyimlər insan orqanizmində xroniki yorğunluq sindromunu yaradır:""“Bu cür geyimlər qan təzyiqinin yüksəlməsinə, şəkərin miqdarının dəyişməsinə, əsəb sisteminin gərilməsinə səbəb olur”. |
İlk dəfə olaraq Azərbaycanda səsvermə bütün ölkə ərazisində keçiriləcək. |
Səsvermənin keçiriləcəyi şəhərlərdən biri də Laçındır. |
Baku TV-nin əməkdaşı Laçında yeni yaradılan 106 saylı seçki məntəqəsində olub və şəhərdə seçki prosesinə hazırlıq işləri haqında məlumat verib. |
Qeyd edək ki, Azərbaycanda fevralın 7-ə növbədənkənar prezident seçkisi təyin olunub. |
Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşa... |
Türkiyənin Ədirnə Şəhər Məhkəməsi 2022-ci ilin noyabrında Türkiyə ilə sərhəddə Bolqarıstan sərhədçisinin ölümündə günahkar olanlardan birini ömürlük həbsə məhkum edib. |
Məlumata görə, ikinci hücumçu şərti cəza alıb. |
2022-ci ilin noyabrında Bolqarıstan-Türkiyə sərhədində Bolqarıstan sərhəd polisi və ordusunun birgə dəstəsi atəşə tutulub. |
Nəticədə bir sərhədçi həlak olub. |
Türkiyə polisi bolqar sərhədçiyə hücumda şübhəli bilinən iki şəxsi qısa müddətdə saxlayıb. |
Bu, Bolqarıstan-Türkiyə sərhədində qanunsuz miqrantların odlu silahdan istifadə etməsi ilə bağlı ilk belə hadisə olub. |
Müstəqil Azərbaycan tarixində seçki ilk dəfə olaraq ölkə ərazisinin hər qarışını əhatə edəcək. |
İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən və yaşayan insanlar da budəfəki seçkidə iştirak edəcəklər. |
Səsvermənin keçiriləcəyi şəhərlərdən biri də Xankəndidir. |
Baku TV-nin əməkdaşı Xankəndi şəhərində seçkiöncəsi son vəziyyət haqqında məlumat verib. |
İsrailin “Mossad” kəşfiyyat xidməti Qətər vasitəsilə Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı Fələstinin radikal HƏMAS hərəkatından cavab alıb və hazırda onu araşdırır. |
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun administrasiya məlumat yayıb. |
“HƏMAS-ın Qətər vasitəçisinin “Mossad”a çatdırdığı cavab danışıqlarda iştirak edən bütün tərəflər tərəfindən ətraflı öyrənilir”, - deyə məlumatda bildirilir. |
Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində səsvermə prosesi bitib. |
Qeyd edilib ki, Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 44 saylı seçki məntəqəsində yerli vaxtla səhər saat 8:00-da başlayan səsvermə axşam saat 19:00-da başa çatıb. |
“Səfirlikdə konsulluq qeydiyyatında olan vətəndaşlarımız, “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Pekin-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuş və kabinə heyəti və müxtəlif səbəblərdən seçki günü Pekin şəhərində olan seçicilər də səsvermədə iştirak ediblər. |
Bayram əhvali-ruhiyyəsində keçirilən seçkidə vətəndaşlar xüsusi fəallıq nümayiş etdiriblər”, - məlumatda vurğulanıb. |
14:47"Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə əlaqədar ölkəmizin Koreya Respublikasındakı səfirliyində yaradılan seçki məntəqəsində səsvermə başa çatıb. |
06:52"Azərbaycanın Çindəki səfirliyində yerli vaxtla saat 08:00-dan etibarən prezident seçkisində səsvermə başlanıb. |
Qeyd olunub ki, səfirlikdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 44 saylı seçki məntəqəsi yaradılıb. |
“Vətəndaşlarımız səhər saatlarından başlayaraq seçki məntəqəsinə gəlirlər. |
Hazırda seçicilərin xüsusi fəallığı müşahidə olunur. |
Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra ölkəmizdə keçirilən ilk növbədənkənar prezident seçkisi ölkə hüdudlarından kənarda yaşayan vətəndaşlarımız üçün də xüsusi əhəmiyyət kəsb edir. |
Suveren, müstəqil və ərazi bütövlüyü bərpa olunmuş Azərbaycan vətəndaşları seçkiyə bayram əhvali-ruhiyyəsində qatılırlar”, - Azərbaycanın diplomatik missiyasından vurğulanıb. |
03:52"Növbədənkənar Azərbaycan Respublikası prezidentinin seçkisi ilə əlaqədar Koreya Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 08:00-da (Bakı vaxtı ilə 03:00) səsverməyə start verilib. |
Bakı ilə saat fərqinə əsasən, səsvermə prosesi ilk olaraq ölkəmizin Seuldakı səfirliyində yaradılan məntəqə seçki komissiyasında başlayıb. |
Məntəqə lazımi əyani vəsaitlərlə təmin edilib, burada səs verən seçicilərin siyahısı tərtib olunub. |
Yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları Azərbaycan Respublikasının etibarlı pasportu və ya şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edirlər. |
Seçicilərin öz iradələrini azad və sərbəst şəkildə bildirmələri üçün lazımi şərait yaradılıb. |
Azərbaycanın Koreya Respubikasındakı səfirliyində yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən Seulda olan səsvermə hüququna malik seçicilər də səs verə bilərlər. |
Səsvermə yerli vaxtla saat 19:00-da başa çatacaq. |
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ölkəmizdə keçiriləcək ilk seçki olan növbədənkənar prezident seçkisində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması ... |
Bu məntəqələr üzrə 23 minə yaxın seçici siyahıya alınıb. |
Ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq, dünya üzrə Cənubi Koreyada başlayan səsvermə prosesi ölkəmizin ABŞ-nin Los-Anceles şəhərindəki baş konsulluğundakı məntəqədə başa çatacaq. |
Müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olan növbədənkənar prezident seçkisi Müzəffər Azərbaycan Ordusunun tarixə qızıl hərflərlə yazılan Qarabağ zəfəri sayəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ilk seçkidir. |
Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, prezident seçkisində səsvermə hüququ olan seçicilərin ümumi sayı 6 milyon 478 min 623 nəfərdir. |
Seçicilər 6 min 537 məntəqədə səs verəcəklər. |
Ölkə üzrə 1000 məntəqədə veb-kameralar quraşdırılıb. |
Həmin məntəqələrdəki prosesi onlayn rejimdə izləmək mümkündür. |
Seçkini izləmək üçün, ümumilikdə 90 minə yaxın müşahidəçi qeydiyyatdan keçib ki, onlar arasında müxtəlif dövlətlərin, beynəlxalq və regional təşkilatların, o cümlədən ATƏT-in, MDB-nin, Şanxay Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının, nümayəndələri də var. |
Bundan başqa, “Associated Press”, BBC, “Əl-Cəzirə”, “Kyodo” da daxil olmaqla, 30-dan çox xarici media qurumu seçkini işıqlandıracaq. |
Növbədənkənar prezident seçkisində üç təşkilat “exit poll” keçirmək üçün müraciət edib. |
06.02.2024 - 23:28"Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində saat qurşağına görə səsvermə Cənubi Koreyadakı səfirliyimizdə yaradılan seçki məntəqəsində başlayacaq. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.