Search is not available for this dataset
text
stringlengths
10
518k
Qeyd edək ki, And dağlarının ətəyində yerləşən bu şəhər bir vaxtlar İkinci Dünya müharibəsindən sonra Almaniyadan qaçan çoxsaylı nasist müharibə cinayətkarları üçün sığınacaq olması ilə məşhurdur.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrəvan şəhərinin yer altında gizlədilən tarixi üzə çıxır” adlı süjet hazırlanıb.
Oxu.Az xəbər verir ki, verilişdə Ermənistan Milli Elmlər Akademiyası əməkdaşlarının təşəbbüsü ilə yer altında olan İrəvanı “Batmış şəhəri bərpa etmək” adı ilə erməniləşdirmək niyyətindən bəhs olunur.
Bildirilib ki, 1827-ci ildə ruslar İrəvanı işğal etdikdən sonra coğrafi mövqeyinə və yaşayış üçün şərait imkanlarını buranı for-postda çevirmək istiqamətində işlədilər:“Osmanlı və İrandan gətirdikləri erməniləri bu ərazidə yerləşdirib, onlara tarix uydurdular və paytaxt qurmağa başladılar.
Ermənilər də bu işdə fəallıq edib gerçək tarixi silmək üçün mədəni, tarixi abidələri, bütöv məhəllə və yaşayış yerlərini yerlə yeksan etdilər.
Abadlaşmaq adı ilə məscidlər, zadəgan evləri, karvansara və digər memarlıq incilərini dağıtdılar.
İndi İrəvanın şəhər mərkəzinin altında Azərbaycan türklərinin yaratdığı böyük şəhər mədəniyyətinin inciləri yatır.
Qazıntılar zamanı çıxan izləri tarixi və mədəni cinayətləri üzə çıxmasın deyə, tez ört-basdır edirlər”.
Süjetdə Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi Frina Babayanın, Təhsil, elm, mədəniyyət və idman naziri Arayik Harutyunyanın fikirlərinə yer verilir:“2003-cü ildə Respublika meydanında İrəvanın orta əsrlərə aid tikililərin aşkar edilməsi gözlənilməz olub.
İndi yeni hökumət İrəvanın orta əsrlər memarlıq keçmişini təkcə gələcək nəsillərə deyil, həm də indiki nəslə və turistlərə təqdim etmək istəyir.
Layihə reallaşarsa, bu, həm də şəhərdə turizmin inkişafına töhfə verəcək.
Hələlik yeraltı məhəlləni bərpa etmək üçün nə qədər vəsait tələb olunacağı ilə bağlı heç bir hesablama yoxdur”.
Sonda vurğulanıb ki, hökümətin bu layihədən imtina etməsi daha real görünür:“Çünki qazıntılar altında ermənilərin 200 il ərzində dağıdıb, gizlədikləri Azərbaycan izləri aşkarlanacaq.
Onların yeganə ümidi gerçəyin torpaq altında qalmasınadır.
Əks halda tarixi cinayətləri, vandalizm əməlləri üzə çıxacaq”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümu...
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb...
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Rusiya ilə sərhədin tamamilə bağlanmasının tərəfdarı olan sağçı “Əsl Finlər” Partiyasından olan deputat Yussi Halla-aho yenidən Finlandiya parlamentinin sədri seçilib.
O, səsvermə zamanı səslərin yarısından çoxunu alıb.
Halla-ahoya 91 deputat səs verib.
Sağçı partiyadan olan siyasətçi ilk dəfə 2023-cü ilin iyununda bu vəzifəni tutub.
Qeyd edək ki, Halla-aho Finlandiyada keçirilən prezident seçkisində də iştirak edib.
Kampaniyası zamanı o, Rusiya əsgərlərinin öldürülməsinə çağırış etməsilə yadda qalıb.
ABŞ-nin “SpaceX” şirkətinin keçmiş işçiləri onun rəhbərliyini gender ayrı-seçkiliyində və işçilərin qanunsuz olaraq işdən çıxarılmasında ittiham ediblər.
Bu barədə Kaliforniya Mülki Hüquqlar Departamentinə göndərilmiş keçmiş işçilərin rəsmi şikayətlərinə istinadən məlumat yayılıb.
Şirkətin yeddi keçmiş işçisinin iddialarına görə, rəhbərliyin hərəkətləri Kaliforniyanın Ədalətli Məşğulluq və Yaşayış Qanununu pozur, hansı ki, gender ayrı-seçkiliyi və ictimai yerlərdə korporativ problemləri qaldıran şəxslərə qarşı diskriminasiyanı qadağan edir.
Departament iddiaçıları mövqeyi dəstəkləsə, “SpaceX” cərimələrlə üzləşə bilər və həmçinin keçmiş işçilərə təzminat ödəməli olacaq.
Korporasiya yeni ittihamlarla bağlı şərh verməkdən imtina edib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Müşahidə Missiyasının rəhbəri Osman Mesteni və nümayəndə heyətinin digər üzvlərini qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Görüşdə TÜRKPA çərçivəsində əməkdaşlıq məsələləri, habelə cari ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkisi ilə bağlı hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov TÜRKPA-nın türk dövlətləri arasında mövcud qardaşlıq və dostluq əlaqələrinin parlamentlərarası səviyyədə inkişafı baxımından vacib platforma olduğunu diqqətə çatdıraraq, dövlətlərimiz arasında siyasi, iqtisadi, sosial, mədəni, humanitar və s.sahələr üzrə əməkdaşlığın genişləndirilməsində parlament...
Türk dövlətləri arasında müxtəlif səviyyələrdə təmasların artırılmasının regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa təkan verdiyi diqqətə çatdırılıb.
Növbədənkənar Prezident seçkisi ilə əlaqədar hazırlıq işləri, o cümlədən Xarici İşlər Nazirliyi tərəfindən görülən tədbirlər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, ilk dəfə bütün ərazilərimizdə suverenliyimizin bərpasından sonra keçirilən bu seçki prosesinin tarixi əhəmiyyət kəsb etdiyini bi...
İşğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin təsis edildiyi diqqətə çatdırılıb.
Missiya rəhbəri Osman Mesten qardaş Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi zəfərdən, habelə tam suverenliyinin bərpasından sonra ilk dəfə keçirilən Prezident seçkisini müşahidə etməkdən məmnunluq duyduğunu qeyd edib.
Keçiriləcək seçkinin nəticələrinin Azərbaycanın bundan sonrakı inkişafında mühüm rola malik olacağına dair əminlik ifadə olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınlarında ən azı 131 nəfər ölüb.
Bu barədə ölkənin tibbi ekspertiza mərkəzində məlumat verilib.
Ekspertlərin məlumatına görə, artıq 35 cəsədin şəxsiyyəti müəyyən edilib.
Xatırladaq ki, fevralın 2-də Çili Prezidenti Qabriel Boriç yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib.
Səlahiyyətlilərin hesablamalarına görə, 14 mindən çox ev yanıb və ya zədələnib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlət Birliyinin (MDB) Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskini qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan və MDB arasında əməkdaşlıq gündəliyi, habelə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisindən irəli gələn məsələlər müzakirə olunub.
MDB məkanında qanunvericilik orqanları arasında təmasların qurumasına şərait yaradan platforma kimi MDB Parlamentlərarası Assambleyanın əhəmiyyəti vurğulanıb.
Azərbaycanın üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni, elmi, humanitar və s.sahələr üzrə əməkdaşlığın inkişafında mühüm rolu olan dialoq platforması kimi MDB-yə əhəmiyyət verdiyi diqqətə çatdırılıb.
C.Bayramov 7 fevral tarixində 30 illik işğaldan sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində növbədənkənar Prezident seçkisinin baş tutacağını, torpaqlarından didərgin düşmüş vətəndaşlarımızın işğaldan azad olunmuş ərazilərimizdə seçkidə iştirak edəcəyini bildirib.
Habelə xarici ölkələrdəki vətəndaşlarımızın seçki hüququnun təmin olunması istiqamətində Xarici İşlər Nazirliyi tərəfindən müvafiq tədbirlərin görüldüyü, xarici ölkələrimizdəki diplomatik nümayəndəliklərimizdə müvafiq seçki məntəqələrinin yaradıldığı diqqətə çatdırılıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Qarabağ Universitetinin Nizamnaməsi” təsdiq edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən üç gün müddətində Qarabağ Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.
“Turan Tovuz” klubu futbolçu Budaq Nəsirovla yollarını ayırıb.
Klubdan Oxu.Az-a verilən məlumata görə, bölgə təmsilçisi 27 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.
Qeyd edək ki, AFFA İntizam Komitəsi Budaq Nəsirovu Əvəzedicilər Liqasının XX turunda “Səbail-2” ilə matçda komanda yoldaşını vurduğu üçün dörd oyunluq diskvalifikasiya etmişdi.
Ukraynada ölkə sakinləri onlayn nikaha girə biləcəklər.
Bu barədə rəqəmsal transformasiya naziri Mixail Fedorov məlumat verib.
Onun sözlərinə görə, bunu “Diye” elektron dövlət xidmətləri servisindən istifadə etməklə həyata keçirmək mümkün olacaq.
“Bu, bütün dünya üçün unikal olacaq.
Bu, hərbçilərimizin uzaqdan evlənməsinə şərait yaradacaq”, - o bildirib.
O, xidmətin təhlükəsiz olduğunu vurğulayıb.
Hər şey video formatında həyata keçiriləcək.
Mənbə:“Politika stranı” “Telegram” kanalı
Keniyanın Malindi şəhərində məhkəmə “Yaxşı xəbərlər” dini icmasının lideri Pol Makkenzi və onun 29 şərikini 191 uşağın qətlində ittiham edib.
Məlumata görə, təqsirləndirilən şəxslərin hamısı günahlarını etiraf ediblər.
Prokuror bildirib ki, Makkenzi öz davamçılarına “cənnətə gedə bilmələri üçün özlərini və uşaqlarını ac saxlamağı” tapşırıb.
Keşiş məzhəb üzvlərinə uşaqlarını məktəbə göndərməyi, xəstə olduqda xəstəxanaya getməyi qadağan edib və bu cür müəssisələri “şeytan yuvası” adlandırıb.
İcmanın üzvləri Keniyanın şərqindəki Şakahola meşəsindəki ucqar yaşayış məntəqələrində yaşayıblar.
Orada 400-ə yaxın cəsəd tapılıb.
İnsanların aclıqdan öldüyü müəyyən edilib.
Makkenziyə gəlincə o, ötən ilin aprelində həbs edilib.
Dekabrda keşiş 12 ay müddətinə azadlıqdan məhrum edilib.
İş üzrə daha 29 təqsirləndirilən şəxs martın 7-də məhkəmə qarşısına çıxmalıdır.
Cənubi Sudanın qərbində yerli qruplaşmalar arasında gedən döyüşlərdə ən azı 26 nəfər həlak olub.
Qeyd olunur ki, ötən həftə yeni güclə başlayan zorakılıq dalğası səngimək bilmir.
Ştatın qubernatoru vəzifəsini icra edən Arcangelo Anyar bildirib ki, Varab əyalətindən olan silahlılar Qərbi Bar əl Qəzal əyalətində polis idarəsini və bazarı yandırıblar.
8 polis əməkdaşı və 10 mülki şəxs həlak olub.
Varab əyalətinin informasiya naziri Uilyam Vul hücum edənlərdən də səkkizinin öldürüldüyünü bildirib.
O, bildirib ki, mübahisə otlaq və əkinçilik üçün lazım olan münbit torpaqların yenidən bölüşdürülməsi ilə bağlıdır.
Qeyd edək ki, ötən həftədən indiyədək bir neçə oxşar münaqişədə 150-dən çox insan həlak olub.
İordaniya və Cənubi Koreya seçmə komandaları Asiya Kubokunun yarımfinal mərhələsində qarşılaşıblar.
Oyun Əl-Rayanadakı (Qətər) Əhməd bin Əli adına stadionda baş tutub.
Qarşılaşma gözlənilməz nəticə ilə - 2:0 hesabı ilə iordaniyalıların xeyrinə başa çatıb.
Qeyd edək ki, Asiya Kubokunun finalında İordaniya yığması fevralın 7-də üzləşəcək İran-Qətər cütünün qalibi ilə oynayacaq.
Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək.
Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır:""- bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;"- magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə ayrıayrı ixtisas sah...
Bakıda yaşayış binasında yanğın olub.
Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Məhəmməd hadi küçəsində qeydə alınıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətlərinin qüvvələri cəlb olunublar.
Həmin görüntüləri təqdim edirik:
Universitetlərdə təhsil alan tələbələr dərsliklərlə bağlı problem yaşayırlar.
“Xəzər Xəbər”ə danışan tələbələrin sözünə görə, onlar bəzi fənlər üzrə dəsrlik əldə etməkdə çətinlik çəkirlər.
Bəs ali təhsil ocaqlarındakı kitabxanalar tələbələr üçün niyə əlçatan deyil?
Onların sözünə görə, yeni ixtisaslarla bağlı dərslikləri tapmaq işi daha da qəlizləşdirib.
Tələbələr hansı universitetdə oxumalarından asılı olmayaraq dərsliklə bağlı bir çox fənlərdə problem yaşadıqlarını dilə gətiriblər.
Ölkədə həqiqətən də ali məktəblər üzrə dərslik qıtlığı varmı?